Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-7/2023 17.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X45 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi XN4 Rabitə və İnformasiya şəxsin vəkalətli Texnologiyaları Sistemləri İdarəsinin Texniki təminat nümayəndəsi: bölməsinin rəisinin istismar və təmir üzrə baş köməkçisi, mayor Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsN, Müdafiəçisi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili MüdafiəçiN iştirakları ilə xx xxxxxx 1987-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (aliment ödədiyi iki az yaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi N nömrəli hərbi hissənin 1-ci taborunun, 1-ci bölüyünün, 1-ci taqımının, 1-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, hal-hazırda X37 MMC-də mühavizəçi vəzifəsində işləyən, 30 noyabr N0NN-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri ilə, N0 avqust 1989-cu ildə Babək rayon Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, Babək rayonu Zeynəddin kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, hal-hazırda işsiz, 14 dekabr N0NN-ci il tarixində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, MAHHX HQ–su kimi N №-li hərbi hissədə qumbaratan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əvvəllər eyni hərbi hissədə xidmət etdiyi Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxsN ilə cinayət əlaqəsinə girərək, özünün N №-li hərbi hissədə saxlanılan rabitə kabellərinin oğurlanması üçün hərbi hissənin ərazisinə daxil olacağı və rabitə kabellərini hərbi hissədən çıxaracağı, Təqsirləndirilən şəxsN isə həmin kabellərin daşınmasında və yandırılıb mis metalının çıxarılıb satılmasında ona köməklik edəcəyi barədə qabaqcadan razılaşmış və bu məqsədlə o, 1N sentyabr N0NN-ci ildə saat N radələrində yaşadığı evdən bağ qayçısı və 1 ədəd un kisəsi götürüb taksi fəaliyyəti ilə məşğul olan Naxçıvan şəhər sakini Şahid4 idarə etdiyi “Vaz N065” markalı 75–BB-866 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissənin yaxınlığına gedib 5N-ci məhəllədə yerləşən yaşayış evlərinin yanında avtomobildən düşərək hərbi hissənin yeni tikilən avtomobil parkı ilə dəmir çəpəri arasında olan hissədən qanunsuz olaraq hərbi hissənin ərazisinə daxil olmuş, əsgər yataqxanasının arxasında olan, əvvəllər avtomobil parkı kimi istifadə edilən ərazidə saxlanılan və N №-li hərbi hissəyə məxsus 301,9N manat dəyərində 111 metr uzunluğunda P-N96 markalı rabitə kabellərindən özü ilə apardığı bağ qayçısı ilə kəsərək kisəyə yığmış, həmin kabelləri gizli olaraq talayıb hərbi hissənin ərazisindən çıxararaq yeni tikilən avtomobil parkının hasarının çöl tərəfindəki çuxura qoymuş, sonra Naxçıvan şəhərində “Böyük bağ” adlanan çay evinə gedərək orada Təqsirləndirilən şəxsNlə görüşmüş, bu barədə Təqsirləndirilən şəxsN məlumat verdikdən sonra əvvəlcədən razılaşdıqları kimi həmin gün saat N3 radələrində birlikdə N №-li hərbi hissənin yaxınlığına gedib oğurlanmış kabelləri qoyduğu çuxurdan götürüb yaşadığı ünvan 4 ünvanına aparmışlar, orada Təqsirləndirilən şəxsNlə birlikdə həmin kabelləri yandırıb üzərindəki dəmirləri təmizləmiş, kabellərin içərisindən çıxan mis metalını kisəyə yığmış, əldə etdikləri mis metalının çəkisi satış üçün az olduğundan, təkrarən həmin kabeldən oğurlamaq barədə razılaşmışlar. Beləlilklə də, Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxs-N №-li hərbi hissəyə 301,9N manat ( üç yüz bir manat, doxsan iki qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxsN ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq N0NN-ci ilin sentyabr ayının 15 və 18-də təkrarən N №-li hərbi hissənin ərazisinə qanunsuz daxil olaraq eyni üsulla N №-li hərbi hissəyə məxsus ümumilikdə 455,6 manat dəyərində 167,55 metr uzunluğunda P-N96 markalı rabitə kabelini talayaraq yeni tikilən avtomobil parkının hasarının çöl tərəfindəki çuxura qoymuş, daha sonra müvafiq olaraq N0NN-ci ilin sentyabr ayının 15-i və 18-də saat N3 radələrində Təqsirləndirilən şəxsNlə birlikdə gedib kabelləri həmin çuxurdan götürmüş, sonra Təqsirləndirilən şəxsN Qaraxanbəyli kəndində boş ərazidə oğurlanmış kabelləri yandırmış, daha sonra əldə olunan mis metalını 1N sentyabr N0NN-ci ildə oğurlanan kabeldən çıxardıqları mis metalı ilə birlikdə Naxçıvan şəhəri sakini Şahid5 1N6 manat qarşılığında satdıqdan sonra öz aralarında pulu bölüşdürmüşlər. Bundan başqa o, tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxsNlə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq təkrarən N3 sentyabr N0NN-ci ildə saat N radələrində eyni üsulla N №-li hərbi hissənin ərazisinə qanunsuz daxil olub N №-li hərbi hissəyə məxsus N metr uzunluğunda 399,84 manat dəyərində P-N96 markalı rabitə kabelini gizli olaraq talayıb mühafizə edilən hərbi hissənin ərazisindən kənara çıxararaq yeni tikilən avtomobil parkının hasarının çöl tərəfdən yanındakı çuxura qoymuş, həmin gün saat N3 radələrində Təqsirləndirilən şəxsN kabelləri çuxurdan götürən zaman hərbi hissənin patrul rəisi tərəfindən aşkarlandığından kabelləri ataraq qaçmış, qeyd olunan kabellər hərbi qulluqçular tərəfindən hərbi hissəyə qaytarılmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla N №-li hərbi hissəyə məxsus ümumilikdə N manat 36 qəpik (bir min bir yüz əlli yeddi manat, otuz altı qəpik) dəyərində 4N5,55 metr uzunluğunda P-N96 markalı rabitə kabelini gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həziyev X3 Nihad Akif oğlu tərəfindən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurlanmış özgə əmlakını qabaqcadan vəd edib, əmlak barəsində sərəncam verməklə, satışa hazır vəziyyətə gətirməklə və satmaqla köməkçi qismində talamışdır. Belə ki, o, N0NN-ci ilin sentyabr ayının əvvəllərində eyni hərbi hissədə əvvəllər birlikdə xidmət etdiyi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 N №-li hərbi hissədə saxlanılan rabitə kabellərindən oğurlayıb yandıraraq içərisindən çıxan mis metalını satıb qazanc əldə etmək niyətinin olmasını bildirən zaman Təqsirləndirilən şəxs1 hərbi hissənin ərazisinə daxil olacağı və rabitə kabellərini hərbi hissədən çıxaracağı təqdirdə həmin talanmış kabellərin oradan daşınmasında və yandırılıb içərisindən mis metalının çıxarılıb satılmasında ona köməklik edəcəyi barədə qabaqcadan vəd edərək razılaşmış, bu razılıq əsasında 1N sentyabr N0NN-ci ildə saat N radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evdən bağ qayçısı və 1 ədəd un kisəsi götürüb taksi fəaliyyəti ilə məşğul olan Naxçıvan şəhər sakini Şahid4 idarə etdiyi “Vaz N065” markalı 75–BB-866 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissənin yaxınlığına gedib 5N-ci məhəllədə yerləşən yaşayış evlərinin yanında avtomobildən düşərək hərbi hissənin yeni tikilən avtomobil parkı ilə dəmir çəpəri arasında olan hasarsız hissədən qanunsuz olaraq hərbi hissənin ərazisinə daxil olmuş, əsgər yataqxanasının arxasında olan, əvvəllər avtomobil parkı kimi istifadə edilən ərazidə saxlanılan N №-li hərbi hissəyə məxsus 301,9N manat dəyərində 111 metr uzunluğunda P-N96 markalı rabitə kabellərindən özü ilə apardığı bağ qayçısı ilə kəsərək kisəyə yığmış, həmin kabelləri gizli olaraq talayıb hərbi hissənin ərazisindən çıxararaq yeni tikilən avtomobil parkının hasarının çöl tərəfindəki çuxura qoymuş, sonra Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 çağırışı ilə Naxçıvan şəhərində “Böyük bağ” adlanan çay evinə gedərək orada onunla görüşmüş, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq barədə Təqsirləndirilən şəxsN məlumat verdikdən sonra əvvəlcədən razılaşdıqları kimi həmin gün saat N3 radələrində birlikdə N №-li hərbi hissənin yaxınlığına gedib Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış kabelləri onun qoyduğu çuxurdan götürüb Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına aparmışlar, orada Təqsirləndirilən şəxs1lə birlikdə həmin kabelləri yandırıb üzərindəki dəmirləri təmizləmiş, kabellərin içərisindən çıxan mis metalını kisəyə yığmış, əldə etdikləri mis metalının çəkisi satış üçün az olduğundan, təkrarən həmin kabeldən oğurlamaq barədə razılaşmışlar. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq N0NN-ci ilin sentyabr ayının 15-i və 18-də Təqsirləndirilən şəxs1 tərəfindən N №-li hərbi hissənin ərazisinə qanunsuz daxil olmaqla talanmış və N №li hərbi hissəyə məxsus 455,6 manat dəyərində 167,55 metr uzunluğunda P-N96 markalı rabitə kabelini Təqsirləndirilən şəxs1 qoyduğu çuxurdan müvafiq olaraq N0NN-ci ilin sentyabr ayının 15-i və 18-də saat N3 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə gedib götürmüş, sonra Təqsirləndirilən şəxsN Qaraxanbəyli kəndində boş ərazidə oğurlanmış kabelləri yandırmış, daha sonra əldə olunan mis metalını 1N sentyabr N0NN-ci ildə oğurlanan kabeldən çıxardıqları mis metalı ilə birlikdə Naxçıvan şəhəri sakini Şahid5 1N6 manat qarşılığında satdıqdan sonra öz aralarında pulu bölüşdürmüşlər. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 N3 sentyabr N0NN-ci ildə saat N radələrində eyni üsulla N №-li hərbi hissənin ərazisinə qanunsuz daxil olmaqla taladığı N №-li hərbi hissəyə məxsus N metr uzunluğunda 399,84 manat dəyərində P-N96 markalı rabitə kabelini Təqsirləndirilən şəxs1 qoyduğu çuxurdan həmin gün saat N3 radələrində götürən zaman hərbi hissənin patrul rəisi tərəfindən aşkarlandığından kabelləri ataraq qaçmış, qeyd olunan kabellər hərbi qulluqçular tərəfindən hərbi hissəyə qaytarılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, hadisə baş verən zaman N №-li hərbi hissədə MAHHXHQ-su əsgər kimi xidmət etmiş, banka olan N0000 manat kredit borcuna, ayda N50 manat aliment ödədiyinə, atası və anası ilə birlikdə yaşadığına, atasının işləməməsinə və bu kimi digər maddi problemlərinə görə oğurluq etmək qərarına gəlmişdir. Hadisənin baş verdiyi dövrdə N №-li hərbi hissənin ərazisində təmir işləri getdiyindən rabitə kabelləri rulon formasında əraziyə qoyulmuş, o, kabelləri görüb onların içərisində mis olması qənaətinə gəldikdən sonra onları satıb maddi qazanc əldə etmək niyyəti ilə rabitə kabellərini oğurlamağı niyyət etmişdir. O, Təqsirləndirilən şəxsN N019-cu ildən, yəni xidmətə başladığı vaxtdan bəri tanımış və onunla söhbət edərkən ona maddi problemlərim olduğunu bildirmiş, Təqsirləndirilən şəxsN borc pul istəmiş, lakin Təqsirləndirilən şəxsN də maddi vəziyyətinin yaxşı olmadığını və ona kömək edə bilməyəcəyini bildirmişdir. Bu maddi problemlərə görə təxminən N0NN-ci ilin sentyabr ayının əvvəllərində işdən sonra gecə saatlarında Naxçıvan şəhər “Böyük bağ” adlanan yerdə olan çayçıda Təqsirləndirilən şəxsNlə görüşüb çay içərkən ona N nömrəli hərbi hissədə saxlanılan rabitə kabellərindən oğurlayıb yandırıb içərisindəki misləri satmaq barədə təklif etmiş, Təqsirləndirilən şəxsN onun fikri ilə razılaşmış, aralarında hərbi hissəyə özünün girib kabelləri götürüb çölə çıxaracağı, Təqsirləndirilən şəxsN isə kabellərin oradan daşınmasında yandırılıb içərisindən misin götürülməsində ona kömək edəcəyi barədə razılaşmışlar. Bu səbəbdən də o, xx.xx.N0N3cü il tarixdə iş vaxtından sonrakı vaxtda N №-li hərbi hissənin ərazisində yerləşən boş ərazidən rabitə kabellərini oğurlamış, oğurladığı kabelləri yeni tikilmiş avtomobil parkının hasarının yanında hərbi hissənin ərazisindən kənarda küçədə qazılmış çuxura qoymuş, sonra piyada Naxçıvan şəhərində “Böyük bağ” adlanan parkda olan çayçıya getmiş, orada Təqsirləndirilən şəxsNlə görüşmüş və ona hərbi hissədən bir kisə kabel çıxardığını demiş, bundan sonra o, Təqsirləndirilən şəxsNlə birlikdə onların məhəlləsində yaşayan və taksi sürücüsü kimi fəaliyyət göstərən Vahid adlı şəxsin ağ rəngli “VAZ N065” markalı avtomobili ilə rabitə kabellərini götürməyə getmişlər. Onlar Vahidin ağ rəngli “VAZ N065” markalı avtomobilindən hərbi hissənin yaxınlığında yerləşən məhlələrin birində düşmüşlər. O, Vahidə şübhələnməməsi üçün həmin məhlədə yaşayan iş yoldaşı olduğunu və ondan nəsə götürəcəyini demiş və piyada hərbi hissənin ərazisinə daxil olub, əvvəlcədən kəsib götürdüyü rabitə kabellərini içərisinə qoyduğu kisəni əvvəlcədən qoyduğu çuxurun içərisindən götürmüş, Təqsirləndirilən şəxsNlə birlikdə onları maşının yük yerinə qoymuş və qayıtmışlar. Daha sonra onlar rabitə kabellərini aparıb özünün yaşadığı həyətdə yandırmışlar. Onlar həyətdə gətirdiyi rabitə kabellərini əritdikdən sonra gözlədiklərindən az, təxminən 5-6 kq mis çıxmışdır. Əldə etdikləri mis az olduğuna görə o, yenidən oğurluq etməyi qərara almış, Təqsirləndirilən şəxsN də onun bu fikrinə “özün bilərsən, mən hərbi hissənin ərazisinə daxil olub rabitə kabellərini götürə bilmərəm, lakin yandırılmasına köməklik edə bilərəm”- demişdir. Həmin müddətdə hərbi hissədə iş getdiyindən, işləyənlər də mülki geyimdə işlədiyindən onun hərbi hissəyə girib-çıxmağı o qədər də diqqəti cəlb etməmişdir. O, xx.xx.N0NN-ci il tarixdə və xx.xx.N0NN-ci il tarixdə də eyni qaydada oğurluq etmişdir. Vahidin avtomobili ilə gedib rabitə kabellərini içərisinə qoyduğum kisələri götürmüş və Təqsirləndirilən şəxsNlə birlikdə onları maşının yük yerinə qoymuş və qayıtmışdır. Bu oğurluqlarda götürdüyü rabitə kabellərini daha sonra Təqsirləndirilən şəxsN Qaraxanbəyli kəndində boş ərazidə təkbaşına yandırmışdır. O, hər üç oğurluq əməlində rabitə kabellərini qayçı ilə kəsmiş, kisənin içərisinə qoymuş, çuxurun içərisinə atmışdır. Daha sonra axşam saatlarında Vahidin ağ rəngli “VAZ N065” markalı avtomobili ilə gedib Təqsirləndirilən şəxsNlə onları oradan götürüb gətirib onların həyətinə qoymuşlar. xx.xx.N0NN-ci il tarixdə o, işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxsN kirayə yaşadığı məhləyə getmişdir. İçərisində oğurladığı bütün rabitə kabellərinin hamısını yandırarkən əldə etdikləri mis və dəmir materiallar olan kisələri götürüb hər ikisi birlikdə piyada mis alqı-satqısı ilə məşğul olan Vilayət adlı şəxsin qabaqcadan Təqsirləndirilən şəxsN dediyi ünvana getmişlər. Orada Vilayət təmiz mis olan kisənin 6 kiloqram, Təqsirləndirilən şəxsN sonradan yandırdığı metal qarışıqlı mis olan kisənin isə 11 kiloqram 300 qram olduğunu bildirmiş, bunun qarşılığında onlara 1N6 manat pul vermiş, Vilayət ona satdıqları malların oğurluqdan əldə edilməsini bilməmişdir. Həyətdən çıxdıqdan sonra o, Təqsirləndirilən şəxsNlə pulu bölərək ona 40 manat vermiş, N0 manat taksi sürücüsü Vahidə taksi pulu verməyə ayırmış, qalan 66 manat pulu isə özünə götürmüşdür. Təqsirləndirilən şəxsN onun verdiyi 40 manat pulu götürmək istəməmiş və bu işi ona köməklik məqsədilə etdiyini bildirmişdir. O, isə təkidlə pulu Təqsirləndirilən şəxsN vermiş və ona pulu götürməsini, çünki onun da əziyyətinin olduğunu bildirmişdir. O, xx.xx.N0NN-ci il tarixdə yenə əvvəlcədən kəsib çuxurun içinə rabitə kabellərini atmış, daha sonra Bakıdan dostu gəldiyinə görə Təqsirləndirilən şəxsN zəng edib işinin olduğunu bildirmiş və rabitə kabellərini təkbaşına gedib götürməsini tapşırmışdır. Bir müddət sonra o, Təqsirləndirilən şəxsNlə danışanda, Elsevər ona rabitə kabellərini götürərkən bir hərbi qulluqçunun onu gördüyünü və özünün də rabitə kabellərini atıb qaçdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 törədilən əməllər nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu, halhazırda aylıq N50 manat məbləğində aliment ödədiyi iki azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 öncə xidmətə başlamış, daha sonra Təqsirləndirilən şəxs1 hərbi hissəyə gəldikdən sonra onunla bir müddət birlikdə xidmət etmiş, təxminən 4 il xidmət etmiş, lakin ailəvi problemləri olduğuna görə xidmətdə müəyyən pozuntulara yol vermiş, bu səbəbdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs1lə yoldaşlığı xidmətdən ayrıldıqdan sonra da davam etmişdir. Söhbətlərin birində Təqsirləndirilən şəxs1 ona maddi sıxıntılarının olduğunu bildirmiş və ondan köməklik etməyini istəmişdir. O, da Təqsirləndirilən şəxs1 “Mənim də maddi sıxıntılarım çoxdur, himayəmdə N uşağım var, kirayədə yaşayıram, banka da 7000 manat borcum var, arvadım da işləmir. Ona görə sənə köməklik edə bilməyəcəm”- demişdir. Bundan sonra bir gün Təqsirləndirilən şəxs1 onu “Böyük bağ” çay evinə çağırmış, çay içdikləri zaman Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin ərazisində mis kabellər saxlanıldığını, kabellərdən oğurlamaq niyyətinin olmasını bildirmiş, o da Təqsirləndirilən şəxs1 bu fikrinin düzgün olmadığını demiş, fikrindən daşınmasını məsləhət görmüş, lakin sonda Nihadın kabelləri hərbi hissənin ərazisindən çıxaracağı, birlikdə oradan daşıyıb aparıb yandırıb mislərini çıxarıb satacaqları ilə bağlı Nihadın təklifi ilə razılaşmışdır. Lakin onlar nə qədər maddi qazanc əldə etmək niyyətlərini qabaqcadan müəyyən etməmiş və əldə edəcəkləri maddi qazancın bölgüsü barədə də razılığa gəlməmişlər.Bu görüşdən sonra hər ikisi yaşadığı ünvana qayıtmışlar. xx.xx.N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs1 onu yenə “Böyük bağ” çay evinə çağırmış, bu zaman ona N №-li hərbi hissənin ərazisində yerləşən boş ərazidəki çuxurun içərisinə rabitə kabellərini oğurlayaraq qoyduğunu bildirmiş. Bundan sonra VAZ N06 markalı avtomobil gəlib “Böyük bağ” çay evinini yanından onları götürmüş, ardınca N nömrəli hərbi hissənin yaxılığındakı həyət evlərinin yanına aparmışdır. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşüb hərbi hissə üçün yeni inşa edilən avtomobil parkının divarının yanına getmişlər. Taksi sürücüsü kimi fəaliyyət göstərən Vahid onları aparıb gətirəndə maşından düşməmiş və heç nə barəsində sual verməmişdir. Vahidin onların əməlindən xəbəri olmamışdır. Divarın çöl tərəfində Təqsirləndirilən şəxs1 çuxura düşüb kisədə olan kabelləri götürmüşdür. Daha sonra onunla birlikdə kabelləri maşının arxasına qoyduqdan sonra onlar həmin maşınla Təqsirləndirilən şəxs1 yaşadığı həyətə getmişlər. Onlar rabitə kabellərini evin qarşısında boşluq olan ərazidə ocaq qalayaraq yandırmış, rabitə kabelləri yandıqdan sonra üzərində dəmir məftillər qalmışdır. Yerdə qalan misi dəmir məftillərdən təmizləyib kisəyə yığmışlar. Mis az, təxminən 6 kiloqram çıxmış, onun da bir kiloqramı təxminən 7 manat olduğuna görə onlar hələlik satmamaq qərarına gəlmişlər. 15 sentyabr N0NN-ci il və 18 sentyabr N0NN-ci il tarixlərində də Təqsirləndirilən şəxs1 ona eyni qaydada N №-li hərbi hissənin ərazisində yerləşən boş ərazidəki çuxurun içərisinə rabitə kabellərini oğurlayaraq qoyduğunu və rabitə kabellərini ordan götürmək üçün onun köməyinə ehtiyacı olduğunu bildirmişdir. Onlar birlikdə gedib rabitə kabellərini götürdükdən sonra kabelləri Təqsirləndirilən şəxs1 həyətinə qoymuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 ona zəng vurub işdə olduğuna görə vaxtının olmadığını bildirmiş və həmin kabelləri təkbaşına gedib əritməyi tapşırmışdır. Həm də rabitə kabellərini Təqsirləndirilən şəxs1 həyətində yandırdıqları zaman qonşuların iyi hiss edəcəyindən, narahat olub şübhələnəcəyindən ehtiyat edib rabitə kabellərini tənha bir yerdə yandırmağı qərara almışlar. O, belə bir yer axtardığı zaman iş yoldaşı Ələkbərli X1 boş çöl ərazisində yandırmaq fikrini demişdir. Ona görə də, o, VAZ N06 markalı avtomobilin sürücüsü Vahidlə birlikdə rabitə kabellərini Qaraxanbəyli kəndinə aparmış və Vahid onu qoyub geri qayıtmışdır. Taksi sürücüsü kimi fəaliyyət göstərən Vahidlə onun şəxsi münasibətləri yaxın olmadığından Vahid ona heç bir sual verməmişdir. O, Qaraxanbəyli kəndində boş çöl ərazisində rabitə kabellərini yandırmış, çıxan misləri yenidən kisəyə yığmış, işini bitirdikdən sonra Vahidə zəng edib çağırmışdır. Vahid gəldikdən sonra yandırdığı kabellərdən qalan misi kisələrdə avtomobilin yük yerinə qoymuş və aparmışlar. O, Təqsirləndirilən şəxs1 gəldikdən sonra Vilayət adlı şəxslə telefonda danışmış, misləri olduğunu və satmaq istədiklərini demişdir. Vilayət də köhnə “Qonaq evi”nin yanında yaşadığından onlara misi ora gətirmələrini bildirmişdir. O, Təqsirləndirilən şəxs1lə zəngləşib, görüşüb kirayə yaşadığı Naxçıvan şəhəri “Dəyirmançı” kafesinin yaxınlığında olan binanın həyətindəki yolka ağacının dibində gizlətdiyi iki kisə misi götürüb piyada Təqsirləndirilən şəxs1lə birlikdə Naxçıvan şəhərində köhnə “Qonaq evi”nin yaxınlığındakı dəmir alan Vilayətin yanına getmişdir. Onlar içərisində mis olan N ədəd kisəni Vilayətə vermişlər. Tərəzidə çəkildikdən sonra təmiz mis 6 kiloqram, dəmirli isə təxminən 11,3 kiloqram gəlmişdir. Vilayət onlara bunun qarşılığında 1N6 manat pul vermişdir. Həyətdən çıxdıqdan sonra Nihad ona 40 manat pul vermiş, N0 manatı Vahidə taksi pulu verməyə ayırmış, qalan 66 manat pulu isə özünə götürmüşdür. O, Təqsirləndirilən şəxs1 ona verdiyi 40 manat pulu əvvəlcə götürmək istəməmiş, Təqsirləndirilən şəxs1 maddi sıxıntıları olduğuna görə bütün pulu özünə götürməyini və ona bir yoldaş kimi yardım etmək istədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs1 təkidlə punu ona vermişdir. Bundan sonra onlar hərəsi öz evlərinə qayıtmışlar. O, Təqsirləndirilən şəxs1 ona verdiyi 40 manat pulla evə ərzaq almışdır. N3 sentyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib işi olduğunu, həmişəki yerdə avtomobil parkının yanındakı çuxura kabel qoyduğunu və gedib götürməyini demişdir. O, da Vahidə zəng edib gəlməyini tapşırmışdır. O, Vahidlə N nömrəli hərbi hissənin yaxınlığına getmiş, avtomobildən düşüb təkbaşına Təqsirləndirilən şəxs1 dediyi yeni inşa edilən hasarın çöl tərəfdən yanına getmiş, çuxurun içərisində Təqsirləndirilən şəxs1 gizlətdiyi kabelləri götürmək üçün çuxura tullanmışdır. Həmin vaxt qapıdan bir hərbi qulluqçu çıxmış, yanında bir əsgər də olmuşdur. Həmin hərbi qulluqçu ona tərəf gəlib nə etdiyini soruşan zaman o, hərbi qulluqçuya “bura mülki ərazidir, sənə nə var” demiş, həmin hərbi qulluqçu fanarla onun üzünə işıq salmış, hərbi hissə növbətçisinə məruzə edəcəyini və gözləməsini bildirmiş, telefonunu çıxarmış, telefonla zəng edən zaman o, tanına biləcəyindən qorxub kabelləri yerə atıb tez çuxurdan çıxıb qaçmışdır. Növbəti gün işdə olarkən ona Babək Rayon Polis Şöbəsindən zəng gəlmişdir. Daha sonra polis əməkdaşları gəlib onu aparıb izahatını alan zaman kabelləri Təqsirləndirilən şəxs1 oğurlamasına kömək etməyini etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxsN törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində N nömrəli hərbi hissənin balansında olan P-N96 və TPP 50xNx0.4 növ rabitə kabellərinin N nömrəli hərbi hissənin ərazisində saxlanıldığını, hər hansı hərbi hissədə işlədilməsinə zərurət yaranan zaman oradan götürülüb işlədildiyini, kabellərin əvvəldən N nömrəli hərbi hissənin ərazisində olan köhnə avtomobil parkının yanına yığıldığını, həmin kabellər hərbi hissənin ərazisinin daxilində olduğundan onların mühafizəsinin konkret olaraq kiməsə tapşırılmadığını, lakin kabellərin mövcudluğu üzərində nəzarət vəzifəsinin XN4 Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsinin Texniki təminat bölməsinin rəisinin istismar və təmir üzrə baş köməkçisi kimi ona həvalə edildiyini, N4 sentyabr N0NN-ci ildə idarə rəisinin N nömrəli hərbi hissənin ərazisində saxlanılan rabitə kabellərindən oğurlandığını və orada saxlanılan kabellərin varlığını yoxlamağı göstəriş verdiyini, yoxlama nəticəsində N78 metr P-N96 markalı ağır səhra kabelinin çatışmadığını, TPP 50xNx0.4 markalı kabeldə isə hər hansı çatışmazlıq aşkar olunmadığını, yoxlamanın nəticəsinin aktlaşdırıldığını, şəxsin oğurlayıb hərbi hissədən sonuncu dəfə çıxartmağa çalışdığı kabelin də orada olduğunu, həmin kabelləri çatışmazlıq kimi qiymətləndirmədiklərini, yoxlama zamanı hərbi hissədən rabitə kabellərini N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ Təqsirləndirilən şəxs1 mülki bir şəxslə birlikdə oğurladığını öyrəndiyini, rabitə kabellərinin N nömrəli hərbi hissəyə məxsus olduğunu, sadəcə N nömrəli hərbi hissədə saxlanıldığını, oğurluq nəticəsində N nömrəli hərbi hissəyə maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN törətdikləri əməllər nəticəsində hərbi hissəyə dəymiş maddi ziyanın ödənilməsini və təqsirkar şəxslərin barələrində qanunamüvafiq qərarın qəbul edilməsini istədiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində yaşadığı evin həyətində tulllantı dəmir qəbul etdiyini, ayrı-ayrı şəxslərdən dəmir, alminum, mis alıb satdığını, N0NN-ci ilin sentyabr ayının sonlarında istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə tanımadığı nömrədən zəng gəldiyini, misinin olmasını və satmaq istədiyini bildirdiyini, həmin şəxsin kim olmasını bilmədiyini, yaşadığı evi tanımadığını, misi hara gətirəcəyini soruşanda Naxçıvan şəhərində “Qonaq evi” adlanan yerin arxasında yaşadığı evdə qəbul etdiyini dediyini, həmin gün təxminən saat NN radələrində iki nəfər mülki geyimli, biri eynəkli, dolu, ucaboy digəri isə arıq, orta boylu şəxslərin gəldiyini, iki ədəd kisədə birində mis və digərində isə yanmış kabeldən qalan mis gətirdiklərini, bir kisədə olan misin üzərində olan dəmir məftillərin təmizləndiyini, həmin misi tərəzidə ölçdükdə 6 kiloqram olduğunu, digər kisədə olan misin isə 11 kiloqram 300 qram olduğunu, misləri tərəzidə çəkdikdən sonra qiymətini hesabladığını, onlara 1N6 manat pul verdiyini, pulu alıb getdiklərini, araşdırma zamanı həmin şəxslərdən digərinin adının Nihad olduğunu N nömrəli hərbi hissədə xidmət etdiyini öyrəndiyini, onların hər ikisini də tanımadığını, həmin mislərin hərbi hissədən oğurluq olduğunu araşdırma zamanı öyrəndiyini, misin kabeldən yanma mis olduğunu, adətən aldığı mislərin yandırılmış kabellərdən olduğundan köhnə kabelləri yandırıb misini gətirib satdıqlarını fikirləşdiyini, nömrəsini hardan öyrəndiklərini bilmədiyini, nömrəsinin şəhərdə çox adam da olduğunu, dəmir al-verçisi kimi tanındığını, başqa vaxtlarda Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxsN ona mis və ya digər hər-hansı metal materialdan olan əşya satmadıqlarını, araşdırma zamanı X18 Xidmətindən kisələrdən birini 11 kiloqram 300 qram olan dəmir qarışıq olan misi gəlib həyətdə çəkib protokollaşdırıb götürdüklərini, digər kisədə olan 6 kq misi isə Bakı şəhərinə satdığını, hal-hazırda harada olmasını bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid1 ifadəsində N3 sentybar N0NN-ci il tarixdən N4 sentyabr N0NN-ci il tarixədək hərbi hissənin ərazisinin mühafizəsi üçün ayrılmış patrul heyətində rəis olduğunu, 4 nəfər əsgərin isə patrul nəfəri olduğunu, hərbi hissə komandirinin əmrinə əsasən yeni inşa edilən avtomobil parkını içəri tərəfdən mühafizə etdiyini, həmin ərazinin yeni inşa edildiyini, tam hasarlanmadığını, tikinti getdiyindən divarın yanına tikinti materialları yığıldığını və həmin tikinti materiallarına nəzarət etdiklərini, N3 sentyabr N0NN-ci il tarixdə, təxminən saat NN:55 radələrində hərbi hissə üçün yeni inşa edilmiş parkın hasarının kənarı ilə içəri tərəfdən patrul nəfəri əsgər ŞahidNla hərəkət edən zaman parkın arxa qapısı tərəfdən tapılltı səsi eşidib qapıdan çölə çıxıb ətrafa baxdığını, həmin zaman divarın dibində olan kabellərin keçirilməsi üçün nəzərdə tutulmuş çuxurda bir nəfər mülki şəxsin olduğunu gördüyünü, ona tərəf əlindəki fənərlə işıq salan zaman əlində bir topa kabel olmasını gördüyünü, onun işığı görüb kabeli yerə atdığını, ondan orada nə etdiyini, kim olduğunu soruşan zaman həmin şəxsin oranın mülki ərazi olduğunu, usta olduğunu kabelini apardığını dediyini, bu barədə hərbi hissə növbətçisinə məruzə edən zaman onun hərbi hissənin yanında yaşayış evləri olan məhəlləyə tərəfə qaçdığını, arxasınca biraz qaçıb çata bilmədiyindən dayandığını, fənərin işığını sifətinə salan zaman həmin şəxsi tanıdığını, hərbi hissədə MAHHXHQ kimi xidmət etdiyini, lakin həmin vaxt adını xatırlamadığını, bu zaman əsgər ŞahidN da yanında olduğunu, qayıdıb hərbi hissə növbətçisi kapitan Şahid3 bu barədə məruzə etdiyini, o da gəlib kabelin hərbi hissənin rabitə kabeli olmasını gördüyünü, həmin şəxsin adının həmin zaman yadına düşdüyünü və Elsevər olduğunu xatırladığını, bu barədə hissə növbətçisi kapitan Şahid3 məruzə etdiyini, Şahid3 kabelə baxıb, kabelin hərbiyə aid olduğunu və kabeli aparıb əsgər yataqxanasının yanında saxlanılan kabellərin yanına qoymağı göstəriş verdiyini, kabeli aparıb oraya qoyduğunu, növbəti gün hərbi hissədə araşdırma başlandığını, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsNlə birlikdə hərbi hissənin ərazisində saxlanılan rabitə kabellərindən oğurladığını öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid3 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, sentyabr ayında atasına məxsus ağ rəngli “VAZ N065” markalı avtomobil ilə pul qarşılığında qonum-qonşunu, yaxın adamları istədikləri yerə aparırmış. Həmin ayın xatırlamadığı günlərində o, hava qaralan vaxtlarda eyni məhəllədə böyüdüyü və qapı qonşusu olduğu Təqsirləndirilən şəxs1 mobil nömrəsinə etdiyi zənglərə əsasən onu da pul qarşılığında istədiyi yerlərə aparmışdır. Nihad taksi fəaliyyətinə görə pul məbləğini hər dəfə yox, maaş aldığı zaman bütün məbləği birlikdə ödəmişdir. Bir dəfə Nihad ona zəng vurub “Böyük bağ” çay evinin yanında olduğunu və onu N №-li hərbi hissənin yaxınlığına aparmağını istəmişdir. O, Təqsirləndirilən şəxs1 niyə onu N №-li hərbi hissənin yaxınlığına aparmağını istəməyinin səbəbini tam olaraq bilməmiş, yük aparıb-gətirmək olduğunu təxmin etmişdir. Oraya apardıqdan təxminən N-3 saat sonra Təqsirləndirilən şəxs1 ona zəng vurub onu götürməyini istəmişdir. O, N №-li hərbi hissənin yaxınlığına getdiyi zaman Təqsirləndirilən şəxs1 yanında Təqsirləndirilən şəxsN və kisənin də olduğunu görmüş, o, Nihadgilin kisədə olan yükü maşına qoyub maşından götürdüyü zaman sadəcə olaraq baqajı açmış, lakin maşından düşməmişdir. O, Nihadgili İran məscidinin yanına qədər gətirmiş, kisənin içində nə olduğunu bilməmiş, bundan əlavə təxminən 1-N dəfə də Nihadı eyni qaydada hərbi hissəyə aparıb gətirmişdir. Həmin vaxtlarda da Nihadla Elsevər kisədə olan yükü maşına qoyub maşından götürdüyü zaman o, baqajı açmış, lakin maşından düşməmişdir. O, Nihadla əvvəlcədən tanımadığı Elsevəri N №-li hərbi hissənin yaxınlığına apardığı zaman onlar bəzən ev daşımağa kömək edəcəklərini, bəzən yük götürəcəklərini bildirmişlər. O, da onlara inanmış, Elsevəri tanımadığına görə onun yanında yox, təklikdə Nihaddan həmin yüklərin nəsə problemli bir şey olub-olmadığını soruşmuş, Nihad da cavabında narahat olmağa heç bir əsas olmadığını, heç bir problem olmadığını bildirmişdir. O, da Nihadın bu sözlərinə inanmışdır. Bir dəfə isə Nihad ona zəng vurub Təqsirləndirilən şəxsN Qaraxanbəyli kəndinə aparıb- gətirməyini istəmiş, bunun qarşılığında nə qədər pul istədiyini soruşmuş, o da qiyməti dedikdən sonra gəlməyini istəmişdir. O, Elsevəri Qaraxanbəyli kəndinə aparıb qayıtmış, onu gözləməmişdir. Təxminən 1-1,5 saat sonra Elsevər ona zəng vurub onu gəlib götürməyini istəmişdir. Sonuncu dəfə də o, Elsevəri N №-li hərbi hissənin yaxınlığına aparmış, Elsevər də ona gözləməyini və yük götürüb qayıdacağını bildirmişdir. Təxminən yarım saat gözləyib Elsevərdən qayıdıb-qayıtmayacağını soruşmaq üçün ona zəng vurmuş, Elsevər birinci dəfə zəngini açmamış, ikinci dəfə yenidən zəng vurduqda telefonu açıb qayıtmağını və özünün gələcəyini bildirmişdir. Növbəti gün polis əməkdaşları ona zəng vurub Babək rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə onun oğurluq əməli barədə məlumatı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də mühafizə işlədiyi zaman Naxçıvan şəhər 3-cü mikrorayonda yerləşən NN-ci binada tikinti işləri gedirmiş. Elsevər də orada fəhlə işləyirmiş. Bir gün Elsevər ona 5-6 kq misi olduğunu və Elsevər özü şəhər daxilində binada yaşadığı üçün onu əritmək üçün yer axtardığını bildirmişdir. O, da tikintidə çıxan atxod misləri fəhlələr yığıb aparıb satıdığına görə Elsevərin də haradansa elə mis tapıb onları əridib satmaq istədiyini fikirləşmişdir. Ona görə də özünün Qaraxanbəyli kəndində yaşadığından və həmin tərəflərdə boş çöl ərazisi olduğundan Elsevərə onun yaşadığı tərəflərdə yerləşən boş çöl ərazisində gətirib yandıra biləcəyini bildirmişdir. Elsevər misləri yandırmağa gətirdiyi gün işdən o, tez çıxmış, yolda Elsevərlə qarşılaşmış və ağ rəngli “VAZ N065” markalı avtomobil olan taksi ilə Qaraxanbəyli kəndinə - onların yaşadığı əraziyə gəlmişlər. O, taksiyə öz məhəlləsinin girişində minmiş və Elsevərgili onların həyətinin arxasında yerləşən boş çöl ərazisinə aparmışdır. Bu zaman taksidə Elsevər özü və taksi sürücüsü olmuşdur. O, taksi sürücüsünü sifətdən tanısa da, adını bilməmiş və onunla münasibəti olmamışdır. Maşın onun göstərdiyi yerə çatdıqda Elsevər maşının arxasından içərisində kabellər olan və tam xatırlamadığı sayda kisələri götürmüş, onlar maşından düşdükdən sonra taksi sürücüsü getmişdir. Elsevər kabelləri qorxa-qorxa yandırdığına görə ondan şübhələnmiş, Elsevərdən bu barədə soruşduqda isə, Elsevər problemli bir şey olmadığını və kabelləri ona dostunun verdiyini bildirmişdir. Elsevər kabelləri onun yanında yandırmış, misləri kisəyə yığmış, daha sonra taksini çağırmış və taksi də yenidən gəlib Elsevəri aparmışdır. ŞahidN məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.N0N3-cü il tarixli telefonoqram və xx.xx.N0N3-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadələrini təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, ŞahidN məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən ŞahidN ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N3 sentyabr N0NN-ci ildən N4 sentyabr N0NN-ci ilədək patrul naryadına təyin edildiyini, patrul rəisinin MAHHXHQ əsgər Şahid1 olduğunu, əsgər Ramil Tarverdiyevlə isə eyni növbədə olduğunu, digər patrul nəfərlərinin kim olmasını xatırlamadığını, patrul naryadında olan zaman hərbi hissədə yeni tikilmiş avtomobil parkını içəri tərəfdən mühafizə etdiyini, N3 sentyabr N0NN-ci ildə saat N3 radələrində patrul rəisi Şahid1 yanına gəldiyini, birlikdə hərəkət edən zaman avtomobil parkının çölündən nəsə ayaq səsləri gəldiyini eşitdiklərini, tikinti getdiyindən həm də avtomobil parkının çölünə də nəzarət etmək tapşırıldığını, Şahid1la birlikdə parkdan çölə çıxdığını, küçənin qaranlıq olduğunu, səs gələn istiqamətə Şahid1la birlikdə əlindəki fanarla işıq salarkən bir nəfər mülki geyimli şəxsin avtomobil parkının divarının yanındakı çuxurda dairəvi formada yığılıb bağlanmış kabeli götürdüyünü gördüyünü, ona tərəf işıq salan zaman əlindəki kabeli yerə atdığını, Şahid1la ona tərəf getdiyini, Şahid1 ondan kim olmasını burada nə etməsini soruşanda həmin şəxs usta olduğunu, kabelini götürüb getməyə gəldiyini dediyini, mülki şəxs oranın hərbi hissənin ərazisi olmadığını deyən zaman Şahid1 həmin ərazinin hərbi hissənin kənarı olsa da, tikinti getdiyini bildirdiyini, Şahid1 həmin zaman mülki şəxsə gözləməsini və hissə növbətçisinə xəbər verəcəyini dediyini, mobil telefonunu çıxarıb hissə növbətçisinə xəbər verən zaman həmin mülki şəxsin yaşayış evlərinin olduğu küçəyə tərəf qaçdığını, onun arxasınca qaçdıqlarını, çata bilməyib arxaya qayıtdıqlarını, qayıdanda hissə növbətçisi kapitan Şahid3 artıq həmin yerdə olduğunu və həmin kabelə işıq salıb hərbi hissəyə məxsus rabitə kabeli olmasını dediyini, kabelin qara rəngli olduğunu, təxminən barmaq qalınlığında olduğunu, dairəvi formada yığılıb bağlandığını, hissə növbətçisi soruşan zaman MAHHXHQ Şahid1 kabeli oğurlamaq istəyən şəxsin adını yadına salıb əvvəllər hərbi hissədə xidmət edən Təqsirləndirilən şəxsN olmasını bildirdiyini, onun sifətini tam aydın gördüyünü, sonra hissə növbətçisinin həmin kabeli götürüb hərbi hissədə əsgər yataqxanasının yanında olan rabitə kabellərinin yanına qoymalarını bildirdiyini, qayıdıb xidmətinə davam etdiyini, sonradan hərbi hissədə danışılanlardan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxsN hərbi hissəyə məxsus rabitə kabellərini oğurladığını eşitdiyini göstərmişdir(i.v İİ cild 58- 6N). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N8 oktyabr N0NN-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1, 177.N.N və 177.N.3-cü maddələri ilə cinayət işi başlanmış, N №-li hərbi hissə isə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). “Cinayət əməlinin tövsif edilməsi və ittihama düzəliş edilməsi haqqında” N dekabr N0NN-ci il tarixli qərardan, “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” N dekabr N0NN-ci il tarixli qərardan, Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 dekabr N0NN-ci il tarixli qaərardan, o cümlədən müvafiq protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələrinə, Təqsirləndirilən şəxsN əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələrinə tövsif edilərək, N dekabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 14 dekabr N0NN-ci il tarixdə isə Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələri ilə ittiham elan edilmişdir (i.v İİ cild 157-159, 160-161, 163, 184-185, 187). “Hadisə yerinə baxış keçirilməsi haqqında” N9 və 30 sentyabr N0NN-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer N №-li hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasının sağ tərəfində olan dəmir və taxta katoklarda olan rabitə kabellərinin saxlanıldığı ərazidir. Baxış zamanı yataqxanadan sağda avtomobil parkı kimi nəzərdə tutulmuş ərazidə XN4 rabitə idarəsinə məxsus rabitə kabellərinin yığıldığı, kabellərin katoklara sarılmış vəziyyətdə olduğu, ərazinin arxa hissədən məftil çəpərlərlə, yan hissədən dəmir barmaqlıqlarla çəpərləndiyi, katokların yığıldığı yerdən 1 metr məsafədə istifadə edilməyən park növbətçisinin oturması üçün nəzərdə tutulmuş hər tərəfli şüşəli, PVC materialdan hazırlanmış, gözətləmə butqasının olduğu, dəmir barmaqlıqlı çəpərlə bir nömrəli əsgər yataqxanası arasında 6.56 metr məsafənin olduğu, kabellərin müəyyən ölçüdə olmaqla katoklara sarılmış vəziyyətdə bir-birlərinin üzərinə yığıldığı, yan tərəfdə olan barmaqlıqlı çəpərin hündürlüyünün 1.80 metr olduğu, həmin ərazidə kabellər dolanmış 50 ədəd katok olduğu, katoklardan 43 ədədinin dəmir, 7 ədədinin isə taxta materialdan olduğu, katoklar yığılan ərazidən əsgər yataqxanasının sağ yan divarınadək 6.70 metr məsafə olduğu müəyyən edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN törətdikləri əməllərini etiraf edərək ilkin izahatlarında göstərdikləri halları təsdiq etmişlər (i.v İ cild 39-51, 60-69, 70-74). “İfadənin yerində yoxlanılması haqqında” N3 dekabr N0NN-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmişdir. Həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdikləri hadisələri etiraf etmişlər (i.v İİ cild N9-NN8, NN9-N33). XN4 Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsinin rəisi, polkovnik Qasım Rəhimov tərəfindən X19 Xidmətinə ünvanlanmış 03 oktyabr N0NN-ci il tarixli, 6738 №-li məktubdan və N nömrəli hərbi hissənin N dekabr N0N-ci il tarixli, 819 №-li naryadından görünür ki, N №-li hərbi hissənin ərazisində saxlanılan P-N96 və TPP 50xNx0.4 növ rabitə kabelləri N №-li hərbi hissənin Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsinin balansında olmuşdur (i.v İ cild 91-9N). N №-li hərbi hissənin kabel təsərrüfatının yoxlanılmasına dair N4 sentyabr N0NN-ci il tarixli, N№-li aktdan görünür ki, XN5 yaradılmış komissiya tərəfindən N4 sentyabr N0NN-ci il tarixdə N №-li hərbi hissənin ərazisində saxlanılan N №-li hərbi hissəyə məxsus rabitə kabellərində yoxlama aparılmış, hərbi hissənin balansında olan P-N96 markalı rabitə kabellərində N78 metr çatışmazlıq olduğu aşkar edilmişdir (i.v İ cild 94). “Sübutların qiymətləndirilməsi haqqında” 1N yanvar N0N3-cü il tarixli qərardan görünür ki, N3 sentyabr N0NN-ci ildə saat N3 radələrində Təqsirləndirilən şəxsN avtomobil parkının yanında olan küçədəki çuxurdan Təqsirləndirilən şəxs1 talayaraq gizlətdiyi rabitə kabellərini götürən zaman patrullar tərəfindən aşkar edildiyindən kabeli ataraq qaçmış, həmin kabel hərbi hissənin hərbi qulluqçuları tərəfindən götürülərək hərbi hissədə saxlanılan digər rabitə kabellərinin yanına qoyulmuşdur. XN5 yaradılmış yoxlama komissiyası tərəfindən N №-li hərbi hissədə saxlanılan N №-li hərbi hissəyə məxsus P- N96 markalı ağır səhra kabelinin varlığı yoxlanılan zaman Təqsirləndirilən şəxsN atıb qaçdığı kabel çatışmazlıq kimi hesablanmamışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxsN ataraq qaçdığı P-N96 markalı ağır səhra kabelinin uzunluğunun ölçülərək N metr olduğu müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (i.v İİİ cild 7-N7). “Mütəxəssis dəvət etmək haqqında” N7 oktyabr N0NN-ci il tarixli, 466 №-li qərardan və müvafiq mütəxəssis rəyindən görünür ki, N nömrəli hərbi hissənin ərazisindən talanan kabelin növünün müəyyən edilməsi üçün mütəxəssis dəvət edilmiş, mütəxəssis tərəfindən kabelin yararlılığına və növünə dair rəy verilmiş, həmin rəydə oğurluğun predmeti olan kabelin P-N96 markalı ağır səhra kabeli olması, içərisindən NxNx0,9 ölçülü mis naqil olması, N3 sentyabr N0NN-ci ildə Təqsirləndirilən şəxsN ataraq qaçdığı P-N96 markalı rabitə kabelinin istifadəyə yararlı olması, oğurlanan kabelin XN4 balansında olan P-N96 markalı səhra kabeli ilə eynilik təşkil etməsi göstərilmişdir (i.v İ cild 16N). XN4 Rabitə və İnformasiya Texnologiyaları Sistemləri İdarəsinin rəisi, polkovnik Qasım Rəhimov tərəfindən X19 Xidmətinə ünvanlanmış 03 oktyabr N0NN-ci il tarixli, 6738 №-li məktuba əlavə edilmiş Arayış-hesabatdan görünür ki, oğurluğun predmeti olan P-N96 markalı ağır səhra kabelinin 1 metrnin dəyəri N.7N AZN olmuşdur (i.v İ cild 93). “Tədqiqat üçün nümunələrin götürülməsinə dair” 05 oktyabr N0NN-ci il tarixli protokollardan görünür ki, müvafiq ekspertizanın keçirilməsi üçün N nömrəli hərbi hissənin ərazisində saxlanılan P-N96 və TPP 50xNx0.4 növ rabitə kabellərinin hər birindən ayrıayrılıqda 1 metr, o cümlədən X19 Xidmətində saxlanılan və vətəndaş Şahid5 yaşadığı evə baxış zamanı götürülən 11 kiloqram 300 qram ərimiş kabeldən qalan mis və digər qarışığı olan məftildən 1 kiloqram nümunə götürülmüş və götürülmüş nümunələr kağız paketlərə qoyularaq qablaşdırılmışdır (i.v. İ cild 106-107). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr N0NN-ci il tarixli, 6/578N №-li Materialların məhkəmə ekspertizasının rəyində tədqiqata təqdim edilmiş şərti olaraq “1” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsinin (P-N96 markalı rabitə kabeli - mənbə qərar) gümüşü rəngli simlərinin dəmir əsaslı ərintidən, qırmızımtıl-sarı rəngli simlərinin mis əsaslı ərintidən hazırlandığı, kabel nümunəsinin 1 metrində ümumilikdə təxminən 67,44 qram metal kütlə olduğu (54,0N qram mis + 13,4N qram dəmir), şərti olaraq “N” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsinin (TPP 50xNx0,4 markalı rabitə kabeli - mənbə qərar) gümüşü rəngli metal ekran təbəqəsinin alüminium əsaslı ərintidən, qırmızımtıl-sarı rəngli simləri mis əsaslı ərintidən hazırlandığı, kabel nümunəsinin 1 metrində ümumilikdə təxminən 137,19 qram metal kütlə olduğu (11N,57 qram mis + N4,6N qram alüminium), şərti olaraq “3” kimi işarə edilmiş zərfdə olan gümüşü rəngli metal hissələrin alüminium əsaslı ərintidən hazırlandığı, şərti olaraq “4” kimi işarə edilmiş zərfdə olan çoxsaylı metal simlərin dəmir əsaslı ərintidən hazırlandığı, şərti olaraq “5” kimi işarə edilmiş zərfdə olan çoxsaylı metal simlərdən ibarət üç ədəd topac şəklində metal kütlənin mis ve dəmir əsaslı ərintidən hazırlandığı, şərti olaraq “1” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsinin (P-N96 markalı rabitə kabeli - mənbə qərar) ilə şərti olaraq “5” kimi işarə edilmiş zərfdə olan çoxsaylı metal simlərdən ibarət üç ədəd topac şəklində metal kütlənin kimyəvi tərkibinə və diametrinə görə uyğunluq təşkil etməklə hər ikisinin mis və dəmir əsaslı ərintidən hazırlanmış simlərdən ibarət olduğu, həmçinin kabel nümunəsinin tərkibində olan gümüşü rəngli metal simlərlə şərti olaraq “4” kimi işarə edilmiş zərfdə olan çoxsaylı metal simlərin kimyəvi tərkibinə və diametrinə görə uyğunluq təşkil etməklə hər ikisinin dəmir əsaslı ərintidən hazırlandığı, bu isə həmin metal kütlələrin bu növ kabeldən əldə olunmasının mümkün olduğunu deməyə əsas verdiyi, şərti olaraq “N” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsinin (TPP 50xNx0,4 markalı rabitə kabeli - mənbə qərar) gümüşü rəngli ekran təbəqəsi şərti olaraq “3” kimi işarə edilmiş zərfdə olan gümüşü rəngli metal hissələrlə uyğunluq təşkil etməklə hər ikisinin alüminium əsaslı ərintidən hazırlandığı, həmin metal hissələrin bu növ kabeldən əldə olunmasının mümkün olduğunu deməyə əsas verdiyi, şərti olaraq “N” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsinin (TPP 50xNx0,4 markalı rabitə kabeli - mənbə qərar) tərkibində olan mis əsaslı ərintidən hazırlanmış simlərin şərti olaraq “5” kimi işarə edilmiş zərfdə olan mis əsaslı ərintidən hazırlanmış simlərlə kimyəvi tərkibinə görə uyğunluq təşkil etsədə, diametrlərinə görə fərqli olduğu, şərti olaraq “5” kimi işarə edilmiş zərfdə olan çoxsaylı mis əsaslı ərintidən hazırlanmış simlərin bu növ kabeldən əldə olunmamasını deməyə əsas verdiyini, 6 kiloqram mis ərintisini əldə etmək üçün şərti olaraq “1” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsindən (P-N96 markalı rabitə kabeli - mənbə qərar) təxminən 111 metr uzunluqda istifadə olunmalı olduğu, həmin kabelin 111 metrindən təxminən 1,5 kiloqram dəmir kütlə ayrılacağını, 6 kiloqram mis ərintisini əldə etmək üçün şərti olaraq “N” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsindən (TPP 50xNx0,4 markalı rabitə kabeli - mənbə qərar) təxminən 53,3 metr uzunluqda istifadə olunmalı olduğu, həmin kabelin 53,3 metrindən təxminən 1,3 kiloqram alüminium kütlə ayrılacağını, 11 kiloqram 300 qram metal qarışıqlı misi əldə etmək üçün şərti olaraq “1” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsindən (P-N96 markalı rabitə kabeli - mənbə qərar) təxminən 167,55 metr uzunluqda istifadə olunmalı olduğu, qeyd olunan qarışığın tərkibinin mis və dəmir əsaslı ərintidən hazırlanmış kütlədən ibarət olduğu, 11 kiloqram 300 qram metal qarışıqlı misi əldə etmək üçün şərti olaraq “N” kimi işarə edilmiş zərfdə olan bir ədəd kabel nümunəsindən (TPP 50xNx0,4 markalı rabitə kabeli - mənbə qərar) 8N,36 metr uzunluqda istifadə olunmalı olduğu, qeyd olunan qarışığın tərkibinin mis və alüminium əsaslı ərintidən hazırlanmış kütlədən ibarət olduğu göstərilmişdir (i.v İ cild 148-151). “Nömrə məlumat sistemindən edilmiş çıxarışlara baxış keçirilməsi haqqında” 11 noyabr N0NN-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN istifadəsində olan mobil nömrələrdən çıxarışlar alınmış, təqsirləndirlən şəxslərin ifadələrində göstərdikləri cinayətlərin törədildiyi 1N, 15, 18 və N3 sentyabr N0NN-ci il tarixlərində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxsN istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında zəngləşmələrin və danışıqların olması müəyyən edilmişdir (i.v İİ cild 38- 40). “Sübutların qiymətləndirilməsi haqqında” 1N yanvar N0N3-cü il tarixli qərardan, o cümlədən 11 yanvar N0N3-cü il tarixli, 16 və 17 №-li ödəniş tapşırıqlarından və Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən verilmiş 11 yanvar N0N3-cü il tarixli, 706 və 707 №-li ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən törədilmiş oğurluq əməllərinə görə zərərçəkmiş hüquqi şəxsə (N №-li hərbi hissəyə) ümumilikdə N manat 36 qəpik (bir min bir yüz əlli yeddi manat, otuz altı qəpik) məbləğində maddi ziyan vurulmuşdur. 399,84 AZN dəyərində istifadəyə yararlı kabel istintaq zamanı qablaşdırılaraq götürülmüş, 757,5N AZN dəyərində kabel isə yandırlaraq mis metalı kimi 1N6 AZN qarşılığında satılmışdır. Yandırılmış kabelin dəyəri olan 757,5N AZN pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən oğurluq nəticəsində vurulmuz ziyanın aradan qaldırılması, dövlət nəfinə ödənilməsini təmin etmək üçün könüllü şəkildə Naxçıvan Muxtar Respublikası Malliyə Nazirliyinin xəzinə hesabına qoyulmuş, beləliklə N №-li hərbi hissəyə vurulan zərər tam olaraq ödənilmişdir (i.v İİİ cild N-5, 7-N7). N7 dekabr N0NN-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə 1 metr P-N96 markalı rabitə kabeli, 1 metr TPP 50xNx0,4 rabitə kabeli, yanmış gümüşü rəngli metal, dəmir əsaslı metal simlər, mis və dəmir əsaslı 3 topa şəklində metal kütlə və 01 ədəd bağ qayçısı, N metr uzunluğunda P-N96 markalı rabitə kabeli, 11 kiloqram 300 qram çəkisində mis metal qarışıqlı məftil maddi sübut kimi tanınmışdır (i.v İİ cild N34-N35). N №-li hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 369 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs1 Müdafiə nazirinin müavini-X35 Komandanının N7 dekabr N019-cu il tarixli, 015N əç №-li əmri ilə hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edildiyinə görə N8 dekabr N019-cu il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 13). N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli, 368 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs1 X35 XN9 Üzrə müavinin N7 dekabr N0NN-ci il tarixli, 0N0 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N dekabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İİ cild N48). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 06 oktyabr N0NN-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışlar (i.v İ cild 130-131). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş N4 sentyabr N0NN-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət müddəti ərzində mənfi xarakterizə olunmuşdur (i.v İ cild 14). Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xasiyyətnamədən isə görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Belə ki, həmin xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 öz müsbət hərəkətləri ilə məhəllə sakinləri və öz yaşıtları arasında özünə məxsus hörmət qazanmış, qonşularla mehriban rəftar etmiş, məhəllənin xeyr və şər işlərində yaxından iştirak etmişdir. Məhəllə sakinləri arasında ona dair heç bir narazılıq olmamış və nümayəndəliyə onunla bağlı hər hansı bir şikayət daxil olmamışdır (i.v İİİ cild 155). Babək rayon İHB-nın Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN və xx.xx.N0N3-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İ cild N00, İİİ cild N ). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 14 noyabr N0NN-ci il tarixli, 1N0N №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 14 noyabr N0NN-ci il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun həmin dövr üçün hərbi xidmətə yararlı olduğu müəyyyən edilmişdir (i.v İİ cild 69). X36 adına Naxçıvan şəhər XN0 Şəxsi tərəfindən verilmiş N7 fevral N0N3-cü il tarixli X46 Vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 N7 fevral N0N3-cü il tarixdə X47 həkim komissiyası tərəfindən müayinədən keçirilmiş, verilmiş müayinə vərəqəsində onun sağlam olduğu göstərilmişdir (i.v İİİ cild 117). Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 noyabr N0NN-ci il tarixli, 6N53 №-li tibbi yoxlama protokolunda Təqsirləndirilən şəxsN sağlam olduğu göstərilmişdir (i.v İ cild 199). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 noyabr N0NN-ci il tarixli və 14 dekabr N0NN-ci il tarixli qərarlardan görünür ki, 30 noyabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, 14 dekabr N0NN-ci il tarixdə isə Təqsirləndirilən şəxsN barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 143-144,N0N-N03). Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli 101N, 1013 №-li arayışlardan, o cümlədən AZ-İİ 666468, AZ-İİİ 306799 №-li doğum haqqında, AZ-İ 51144N №-li Nikah haqqında, AZ-İ NN741 №-li Nikahın pozulması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri 1955-ci il təvəllüdlü atası-X4, 1964-cü il təvəllüdlü anası-X15, 1985-ci il təvəllüdlü qardaşı- X5, 1990-cı il təvəllüdlü qardaşı- X6, N01N-ci il təvəllüdlü qızı- XN, N014-cü il təvəllüdlü oğlu- X7 ibarətdir. Təqsirləndirilən şəxs1 0N may N011-ci il tarixdə Naxçıvan şəhər sakini XNN ilə rəsmi nikaha daxil olmuş və onlar arasında olan nikah 17 may N0N-ci il tarixdə pozularaq, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 61 № ilə qeyd edilmişdir (i.v İİ cild 70-71,93, İİİ cild 115-116). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş N3 fevral N0N3-cü il tarixli, 40177/N0N3 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Naxçıvan Şəhər Məhkəməsinin N(078)-1067/N0NN №li, xx.xx.N0NN-ci il tarixli icra sənədinə əsasən N uşağın saxlanılması üçün X16 hər ay N50 manat məbləğində aliment ödəyir (i.v İİİ cild 114). Babək rayon İHB-nın Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 1N45 №-li arayışdan, Naxçıvan Şəhər İcra Hakimiyyətinin N saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 16 mart N0N3-cü il tarixli, 08 №-li arayışdan, Təqsirləndirilən şəxsN məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin sürətindən, o cümlədən AZ-İ 60N85N №-li nikah haqqında və AZ-İİ 853078 və AZ-İİİ 53N411 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxsN Babək rayon Zeynəddin kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 8 ünvanında yaşayır və onun ailə üzvləri atası- X1N, anası-X13, arvadı- X8, qızı- X9, oğlu- X17 ibarətdir (i.v İ cild 194, 196-198, İİ cild N04, İİİ cild 16N). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxs1 nəzərən CM-in 177.N.N və 177.N.3-cü madələrinin, Təqsirləndirilən şəxsN nəzərən 3N.5, 177.N.N və 177.N.3-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzaları yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XN6rşı” N dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri ilə, Təqsirləndirilən şəxsN törətdiyi əməllər isə 3N.5, 177.N.N və 177.N.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart N005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının N-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 18N, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin N3-3, N7, NN7, N3N və N35-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.N-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.N.N, 180.N.N və ya 181.N.N-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının N0-ci bəndinə görə anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Həmin qərarının N6-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 MAHHX HQ–su kimi N №-li hərbi hissədə qumbaratan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxsə (N №-li hərbi hissəyə) maddi ziyan (ümumilikdə N manat 36 qəpik (bir min bir yüz əlli yeddi manat, otuz altı qəpik)) vurmaqla təkrarən etdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti, Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 tərəfindən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurlanmış özgə əmlakını qabaqcadan vəd edib əmlak barəsində sərəncam verməklə, satışa hazır vəziyyətə gətirməklə və satmaqla köməkçi qismində talaması ilə müşayiət olunan əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etməsi, həmçinin Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 tərəfindən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurlanmış özgə əmlakını qabaqcadan vəd edib əmlak barəsində sərəncam verməklə, satışa hazır vəziyyətə gətirməklə və satmaqla köməkçi qismində talaması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, aliment ödədiyi N (iki) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi, 11 yanvar N0N3-cü il tarixli, 16 və 17 №-li ödəniş tapşırıqları, Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən verilmiş 11 yanvar N0N3-cü il tarixli, 706 və 707 №-li ödəniş qəbzləri, o cümlədən AZ-İİ 666468, AZ-İİİ 306799 №-li doğum haqqında şəhadətnamələrin surətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xasiyyətnamə, xx.xx.N0N3-cü il tarixli 101N №-li arayış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş N3 fevral N0N3-cü il tarixli, 40177/N0N3 №-li arayış ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsi xarakterizə edən iki xasiyyətnamə vardır. Bunlardan biri Təqsirləndirilən şəxs1 hərbi qulluqçu kimi fəaliyyət göstərmiş olduğu N №-li hərbi hissənin komandanlığı tərəfindən, digəri isə onun daimi yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N4 sentyabr N0NN-ci il tarixli xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs1 xidmət etdiyi müddət ərzində özünü intizamsız, vəzifə borclarına səhlənkar yanaşan, üzərinə düşən məsuliyyəti dərindən dərk etməyən hərbi qulluqçu kimi göstərdiyi, onun hərbi işi vicdanla öyrənmədiyi, öz xidməti vəzifələrini yerinə yetirməyə səhlənkar yanaşdığı, .....komandirlərin və rəislərin verdiyi əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmədiyi, verilən tapşırıqlara məsuliyyətsiz yanaşıdığı və.s qeyd olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xasiyyətnamədə isə Təqsirləndirilən şəxs1 öz müsbət hərəkətləri ilə məhəllə sakinləri və öz yaşıdları arasında özünə məxsus hörmət qazandığı, qonşularla mehriban rəftar etdiyi, məhəllənin xeyr və şər işlərində yaxından iştirak etdiyi, məhəllə sakinləri arasında ona dair heç bir narazılığın olmadığı və nümayəndəliyə onunla bağlı hər hansı bir şikayətin daxil olmadığı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hər iki xasiyyətnamənin məzmununu cəzanın müəyyən edilməsinə təsiri baxımından təhlil edərək, hesab edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 şəxsiyyətinin gerçək cizgiləri müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatlı mənbədən verilmiş bu xasiyyətnamədə onun şəxsiyyəti yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilmiş, onun əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətini səciyyələndirən hallara yer verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N4 sentyabr N0NN-ci il tarixli xidməti xasiyyətnamədə isə Təqsirləndirilən şəxs1 şəxsiyyəti bir hərbi qulluqçu kimi qiymətləndirilmiş, onun şəxsiyyətinin cizgiləri xidməti fəaliyyəti ilə əlaqələndirilmişdir. Təqsirləndirilən şəxs1 halhazırda bir hərbi qulluqçu olmadığını, onun N dekabr N0NN-ci il tarixdən etibarən xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxıldığını, törədilmiş cinayət hadisəsinin hərbi xidmət əleyhinə olan cinayətlərdən olmadığını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 №-li Sahə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xasiyyətnamə N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən üstün tutulmaqla, onun cəzasını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxsN məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində N (iki) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin ifadəsi, 11 yanvar N0N3-cü il tarixli, 16 və 17 №-li ödəniş tapşırıqları, Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən verilmiş 11 yanvar N0N3-cü il tarixli, 706 və 707 №-li ödəniş qəbzləri, o cümlədən AZ-İ 60N85N №-li nikah haqqında və AZ-İİ 853078 və AZ-İİİ 53N411 №-li doğum haqqında şəhadətnamələrin surətləri, Babək rayon İHB-nın Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN və xx.xx.N0N3cü il tarixli xasiyyətnamələr və xx.xx.N0NN-ci il tarixli, 1N45 №-li arayış ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələrinin, o cümlədən Təqsirləndirilən şəxsN təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.5,177.N.N və 177.N.3-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildiyindən və məhkəmədə onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədiyindən onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxs1 nəzərən Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələrinin, Təqsirləndirilən şəxsN nəzərən isə Cinayət Məcəlləsinin 3N.5,177.N.N və 177.N.3-cü maddələrinin) sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onların öz ailələri ilə (xüsusən Təqsirləndirilən şəxs1 nəzərən onun aliment ödədiyi azyaşlı uşaqları ilə) olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxslərin özləri və ailələrini (Təqsirləndirilən şəxs1 nəzərən onun aliment ödədiyi azyaşlı uşaqlarını) ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumların islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxslərə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X4Nrşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələbə cavab verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 5N-1.N-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə ünvan 4 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri; Təqsirləndirilən şəxsN üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə ünvan 3 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxslərin yaşayış yeri üzrə, yəni Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində 30 noyabr N0NN-ci il tarixində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, o cümlədən Təqsirləndirilən şəxsN barəsində 14 dekabr N0NN-ci il tarixində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq onlara təyin olunmuş cəzlar icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar–Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 metr P-N96 markalı rabitə kabeli, 1 metr TPP 50xNx0,4 rabitə kabeli, yanmış gümüşü rəngli metal, dəmir əsaslı metal simlər, mis və dəmir əsaslı 3 topa şəklində metal kütlə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; N metr uzunluğunda P-N96 markalı rabitə kabeli zərərçəkmiş hüquqi şəxsə- N №-li hərbi hissəyə qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilən, ibtidai istintaq dövründə hadisə yerlərinə baxış zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 1 (bir) ədəd DVD disk, fotoçəkilişlərin əks olunduğu 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs1 dindirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinin tələblərinə uyğun olaraq belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd bağ qayçısı cinayət törədilərkən istifadə edilən alət olduğundan və 11 kiloqram 300 qram çəkisində mis metal qarışıqlı məftil isə cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan həmin əmlakların müsadirə edilərək dövlət nəfinə alınması təmin edilməlidir. Qeyd etmək zəruridir ki, məhkəmə xüsusi müsadirə ilə bağlı bu qərara gələrkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi məqsədilə 757,5N manat (yeddi yüz əlli yeddi manat, əlli iki qəpik) məbləğində pul vəsaitinin Naxçıvan Muxtar Respublikası Malliyə Nazirliyinin xəzinə hesabına qoyulmasını da nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, cinayət işi üzrə 08 fevral N0N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 və Həziyev X14 Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edildiklərindən, təqsirli bilinən şəxslərə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardıma görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili MüdafiəçiN təqdim edəcəyi hesabatlara uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə “Materialların məhkəmə ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -70 (yetmiş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X11, Kodu:N0005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin xəzinə hesabına qoyulmuş və zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın dəyəri olan 757,5N manat (yeddi yüz əlli yeddi manat, əlli iki qəpik) məbləğində pul vəsaiti hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxsə-100 №li hərbi hissəyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.N və 177.N.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib N (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə ünvan 4 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, 177.N.N və 177.N.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə ünvan 3 ünvanını axşam saat NN:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar–Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan 1 metr P-N96 markalı rabitə kabeli, 1 metr TPP 50xNx0,4 rabitə kabeli, yanmış gümüşü rəngli metal, dəmir əsaslı metal simlər, mis və dəmir əsaslı 3 topa şəklində metal kütlə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; N metr uzunluğunda P-N96 markalı rabitə kabeli zərərçəkmiş hüquqi şəxsə-N №-li hərbi hissəyə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd bağ qayçısı və 11 kiloqram 300 qram çəkisində mis metal qarışıqlı məftilin müsadirə edilərək dövlət nəfinə alınması təmin edilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə hadisə yerlərinə baxış zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 1 (bir) ədəd DVD disk, fotoçəkilişlərin əks olunduğu 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs1 dindirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN ifadələrinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişlərin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardıma görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili MüdafiəçiN təqdim edəcəyi hesabatlara uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilsin. İş üzrə “Materialların məhkəmə ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -70 (yetmiş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14N595, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X11, Kodu:N0005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən Naxçıvan Muxtar Respublikası Malliyə Nazirliyinin xəzinə hesabına qoyulmuş 757,5N manat (yeddi yüz əlli yeddi manat, əlli iki qəpik) məbləğində pul vəsaiti hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxsin-100 №li hərbi hissənin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-7/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-7/2023
17.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver