Məhkəmə qərarları › İş №1-1(092)-7/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-7/2024

18.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-7/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 01 avqust 199N-ci il tarixdə Ordubad rayon Gilançay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, evli, iki azyaşlı uşaq atası, məhkum olunmamış, Ordubad rayonu, Gilançay kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hadisəni törədən vaxt N №-li hərbi hissədə manqa komandiri vəzifəsində, MAHHXHQ-su əsgər hərbi rütbəsində xidmət etmiş, N oktyabr N0N3cü il tarixdən Ordu sıralarından ehtiyata buraxılmış, 0N noyabr N0N3-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün, 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsində, MAHHXHQ-su əsgər hərbi rütbəsində xidmət edərkən N0N3-cü ilin iyun ayının əvvəllərində, saat N radələrində həmin hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən 5-ci taborunun yeməkxanasında yemək yediyi zaman tabeliyində olan, komandiri olduğu 3-cü manqada atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 ailəsi ilə əlaqə saxlamasından ötrü telefon istəməsindən əsəbiləşib tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədilə bir qədər sonra əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb sinəsindən 1 yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin iyun ayının sonlarında saat N radələrində həmin hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən 5-ci taborunun yataqxanasında tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədilə komandiri olduğu 3-cü manqada radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN yaxınlaşıb səbəbsiz yerə başından N yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin iyun ayının sonlarında saat N radələrində həmin hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Soyuq-6” adlanan döyüş mövqeyinin səngərində mühəndis işləri görərkən tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə komandiri olduğu 3-cü manqada radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN kürək nahiyəsindən səbəbsiz yerə N-3 yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin iyul ayının əvvəllərində saat N radələrində həmin hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Soyuq-6” adlanan döyüş mövqeyinin səngərində əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN ilə mühəndis işləri görən zaman əsgər Zərərçəkmiş şəxs1 yerə oturması səbəbindən əsəbiləşib tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə onun sifətindən 1 yumruq zərbəsi vuraraq yerə yıxmış, daha sonra yerdə olarkən kürək nahiyəsindən 1 təpik zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 11 iyul N0N3-cü il tarixdə saat N radələrində hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Soyuq-6” adlanan döyüş mövqeyində döyüş növbətçiliyinə təyin olunan əsgər Şahid1 posta göndərməyək döyüş mövqeyinin yataqxanasında qalmasını tapşırmış və bu zaman döyüş növbəsinə təyin olunan digər əsgər Zərərçəkmiş şəxs1 ona əsgər Şahid1 da onunla birlikdə getməli olduğunu bildirməsi səbəbindən əsəbiləşib tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs1 sinəsindən 1 yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin iyul ayının ortalarında saat 09:00-da hərbi hissənin Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Soyuq-6” adlanan döyüş mövqeyinin yataqxanasında sobanın yanında dayanıb isinərkən tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə səbəbsiz yerə orada olan əsgər Zərərçəkmiş şəxsN kitelinin yaxasından tutub divara sıxaraq, sinəsindən və sol qolundan bir neçə dəfə yumruq zərbəsi vurmuş, daha sonra təpiklə sol bud nahiyəsindən vurub onu yerə yıxaraq sol bud nahiyəsinə yenidən N təpik zərbəsi endirərək ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tamami ilə təqsirli bilməyərək ifadəsində hadisənin baş verdiyi vaxt N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət etdiyini, sonraki xidmət yerinin N saylı hərbi hissəyə dəyişdirildiyini, N oktyabr N0N3-cü il tarixdən isə hərbi xidmətdən tərxis olunduğunu, 08 iyul N0N3-cü ildən N avqust N0N3-cü ilədək N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət edərkən zərərçəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN onun tabeçiliyində xidmət etdiklərini, 08 avqust N0N3-cü il tarixdə tabor komandiri tərəfindən onun manqasında yoxlama apararkən ona məxsus, özünün istifadə etdiyi 3 ədəd smartfon telefonu və 1 ədəd “Wifi” aparatını aşkar edərək götürdüklərini, sonradan barəsində araşdırma aparılarkən əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və mövqedə xidmət edən digər əsgərlərin onlara qarşı güya nizamnamədən kənar hərəkətlər etdiyini bildirdiklərini, lakin onun heç vaxt xidmət etdiyi müddətdə təkcə həmin əsgərlərə yox, tabeliyində olan digər hərbi qulluqçulara qarşı kənar hərəkətlərə yol vermədiyini, onlara zor tətbiq edib onları vurmadığını, əsgər Zərərçəkmiş şəxs1 ondan dəfələrlə evlə danışmaq üçün telefon istədiyini, təkcə onları yox tabeliyində xidmət edən digər əsgərlərin də xahişini yerinə yetirərək həmişə ailələri ilə telefonla danışmaq üçün şərait yaratdığını, həmişə onların qayğısına qaldığını, həmişə onlarla müəyyən zarafatlar etdiyini, bəzən zarafatyana söyüşlər də söydüyünü, lakin həmin zarafatyana söyüşlərin onların acığına gələcəyini bilmədiyini, əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN da heç vaxt vurmadığını və döymədiyini, zor tətbiq etmədiyini, onlara qarşı nizamnamədən kənar hər hansı bir hərəkət etmədiyini, bu səbəbdən də zərərçəkmiş şəxslərdən də üzr istəmədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunun “Soyuq-6” adlanan mövqeyində atıcı vəzifəsində xidmət edərkən həmin vaxt post böyüklərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu və həmin vaxt onun tabeçiliyində xidmət etdiyini, halhazırda xidmət yerinin 4-cü tabor olduğunu, N0N3-cü ilin iyun ayının əvvəllərində, saat N radələrində yeməkxanada olarkən ailəsi ilə danışmaq üçün manqa komandiri Təqsirləndirilən şəxs telefonunu istədiyini, lakin Təqsirləndirilən şəxs yemək yediyindən ona əhəmiyyət vermədiyini, bir az onun yanında duraraq onun telefonu vermədiyindən əsəbləşib heç nə deməyərək yataqxanaya getdiyini, bir az sonra post böyüyü Təqsirləndirilən şəxs onun arxasınca yataqxanaya gələrək ondan niyə yemək yeyərkən onu narahat etdiyini və nəyə əsəbləşdiyini ondan soruşub əsəbi halda onun sifətindən 1 dəfə yumruqla vurduğunu, onun da həmin vaxt özünü saxlaya bilməyib yerə yıxıldığını, başının arxa nahiyəsinin stulun oturacağına dəydiyini, lakin xəsarət almadığını, başının yerə dəyən həmin hissəsinin bərk ağrıdığını, heç bir səbəb olmadan onu vurduğundan hirsindən ağladığını, bir dəfə də N0N3-cü ilin iyul ayının əvvəllərində, saat N radələrində “Soyuq-6” mövqeyinin səngərlərində təmizləmə işləri aparılarkən yorulduğundan yerə oturub dincələrkən bunu görən manqa komandiri Təqsirləndirilən şəxs onu yanına çağırıb niyə oturmasının səbəbini soruşaraq 1 dəfə yumruqla sağ göz nahiyəsindən vurduğunu, həmin vaxt yerə yıxıldığını, yerdə də onun kürək nahiyəsindən təpiklə 1 dəfə vurduğunu, gözünün həmin hissəsinin qızardığını, özünü saxlaya bilməyib ağladığını, orada olan əsgər yoldaşları ŞahidNin, Zərərçəkmiş şəxsN, Şahid1 onu vurmasını gördüklərini, N0N3cü ilin iyul ayının ortalarında, gecə saatlarında əsgər yoldaşı Şahid1la birlikdə döyüş növbətçiliyinə təyin olunduqlarını, lakin həmin vaxt əsgər yoldaşı Şahid1 Təqsirləndirilən şəxs saçını vurduğundan döyüş növbətçiliyinə Təqsirləndirilən şəxs göstərişi ilə tək çıxdığını, həmin vaxt səngərdə bərk qorxduğu üçün yataqxanaya gələrək, manqa komandirinə əsgər Şahid1 da onunla birlikdə döyüş növbətçiliyinə gəlməsini ondan xahiş etdikdə Təqsirləndirilən şəxs yenidən onu geriyə xidmət yerinə tək göndərdiyini, yenə səngərə, döyüş növbətçiliyinə tək qayıtdığını, havanın qaranlıq olduğundan, ətrafdan gələn xışıltı səslərindən qorxaraq yenə yataqxanaya gəlib Təqsirləndirilən şəxs səngərdə tək olduğundan bərk qorxduğunu, əsgər yoldaşı, onunla döyüş növbətçiliyinə çıxmalı olan əsgər Şahid1 onunla gəlməsini xahiş etdikdə Təqsirləndirilən şəxs əsəbləşərək ona nələrsə deyib həmin vaxt onun sinəsindən 1 dəfə yumruq zərbəsi vurduğunu, hər hansı bir ciddi xəsarət almasa da hirsindən ağlaya-ağlaya xidmətə tək getdiyini, bir azdan Şahid1 da xidmət yerinə gəldiyini və xidmətlərini davam etdirdiklərini, Təqsirləndirilən şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu, onun cəzalanmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyündə xidmət edərkən həmin vaxt post böyüklərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu və onun tabeliyində xidmət etdiyini, N0N3-cü ilin iyun ayının sonlarında, saat N radələrində 5-ci taborun mərkəzinin yataqxanasında oturacaqda oturan zaman Təqsirləndirilən şəxs onun niyə oturacaqda oturmasını soruşaraq əsəbləşib onun başından N dəfə yumruqla vurduğunu, həmin hadisədən 3-4 gün sonra, N0N3-cü ilin iyun ayının sonlarında, saat N radələrində bölüyün “Soyuq-6” mövqeyinin səngərində səngərbərkitmə işləri apararkən Təqsirləndirilən şəxs səbəbsiz yerə səngərdə onu yenə yıxaraq yerdə onun kürək nahiyəsindən N-3 dəfə yumruqla vurduğunu, bərk ağrısa da həmin vaxt xəsarət almadığını, bundan başqa, N0N3-cü ilin iyul ayının ortalarında, saat 09 radələrində, hava soyuq olduğundan döyüş növbətçiyindən qayıdıb yataqxanada sobanın yanında isinərkən həmin vaxt Təqsirləndirilən şəxs onun yanına gələrək əli ilə kitelinin yaxasından yapışıb divara dayayaraq yumruqlarla bir neçə dəfə sinəsindən və sol qolundan vurduğunu, sonra təpiklə sol bud nahiyəsindən vurub yerə yıxdıqdan sonra yerdə təkrar sol bud nahiyəsindən N təpik vurduğunu, həmin vaxt hər hansı bir xəsarət almadığını, lakin onu bağışladığını, Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində əsgər yoldaşı Zərərçəkmiş şəxs1lə birlikdə 5-ci taborun 17-ci bölüyündə xidmət etdiklərini, 1N iyul N0N3-cü il tarixdə mövqeyə yoxlama gəlməsi ehtimalı olduğu üçün, yataqxananı səliqə səhmana saldıqlarını, mülküdən saç kəsmə bacarığı olduğundan post böyüyü Təqsirləndirilən şəxs saçını qaydaya saldığını, orada olan digər əsgərlərin də təmizlik işləri gördüklərini və saçlarını kəsdiklərini, əsgər Zərərçəkmiş şəxs1lə birlikdə saat NN:00-dan 00:00-dək döyüş növbətçiliyinə təyin olunsalar da Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 xidmət yerinə tək göndərərək “növbəyə hələlik tək get, Şahid1 mənim saçımı kəsir, bir azdan o, da gələcək” dediyini, əsgər Zərərçəkmiş şəxs1 müşahidə məntəqəsinə tək getdikdən 10-15 dəqiqə sonra yataqxanaya qayıdıb Təqsirləndirilən şəxs postda bərk qorxduğunu dediyini, Təqsirləndirilən şəxs də yenə ona, xidmət yerinə getməsini və Şahid1 da onun saçını kəsdikdən sonra gələcəyini dediyini, beş on dəqiqə sonra əsgər A.Cəfəquliyevin təkrar yataqxanaya qayıdıb postda tək qorxduğunu dediyini, Təqsirləndirilən şəxs əsəbləşərək onun sinəsindən yumruqla bir dəfə vuraraq yenidən növbəyə göndərdiyini, onun da ağlayaraq müşahidəyə tək getdiyini, bir azdan özünün də saç vurma işini qurtarıb xidmət yerinə, Zərərçəkmiş şəxs1 yanına getdiyini, bir dəfə də əsgər Zərərçəkmiş şəxs1 N0N3-cü ilin iyun ayının əvvəllərində, saat N radələrində tabor mərkəzində evləri ilə danışmaq üçün Təqsirləndirilən şəxs telefonunu istədiyini, onun da telefonunu vermədiyindən əsgər Zərərçəkmiş şəxs1 uşaqların içərisində pis olub əsəbi halda yataqxanaya getdiyini, bir müddət sonra Təqsirləndirilən şəxs də onun arxasınca yataqxanaya gedib orada əsgər Zərərçəkmiş şəxs1 sinəsindən yumruqla vurduğunu, Zərərçəkmiş şəxs1 yerə yıxıldığını və başının oturacağa dəydiyini, bunu özünün də gördüyünü, tez Zərərçəkmiş şəxs1 yanına gedib ona kömək edərək ayağa qaldırdığını, Təqsirləndirilən şəxs niyə onu vurmasını soruşduqda Təqsirləndirilən şəxs “yemək yediyim yerdə gəlib məni nayrahat edir, məndən telefon istəyir” dediyini, N0N3-cü ilin iyun ayının sonlarında, saat N radələrində tabor mərkəzində olarkən yataqxanada oturan zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN başından N dəfə yumruqla vurduğunu gördüyünü, həmin hadisədən 3-4 gün sonra, N0N3-cü ilin iyun ayının sonlarında, saat N radələrində bölüyün “Soyuq-6” mövqeyinin səngərində daş hörərkən Təqsirləndirilən şəxs yenə səbəbsiz yerə səngərdə əsgər Zərərçəkmiş şəxsN kürək nahiyəsindən N-3 dəfə yumruqla vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N saylı hərbi hissənin 5-ci taborunda “Soyuq-6” mövqeyində xidmət edərkən N0N3-cü ilin iyul ayının əvvəllərində yadında qalmayan tarixdə şəxsi heyətin “Soyuq” mövqeyinin səngərlərində mühəndis işlərinin aparılmasına cəlb olunduqlarını, orada işləyərkən əsgər yoldaşı Zərərçəkmiş şəxs1 sağ göz altı nahiyəsinin qızarmasını gördüyünü, əsgər yoldaşlarından bunun səbəbini soruşanda onlar MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 sağ gözündən bir dəfə yumruqla vurub yerə yıxaraq yerdə bir dəfə təpiklə vurduğunu dediklərini, Zərərçəkmiş şəxs1 soruşduqda onun də bunu təsdiq etdiyini, 11 iyul N0N3-cü il tarixdə mövqeyə yoxlama gəlməsi ehtimalı olduğundan şəxsi heyyətə üst-başlarını, saçlarını nizamnaməyə uyğun, qaydaya salmaları barədə göstəriş verildiyini, Şahid1 saçvurma bacarığı olduğundan Təqsirləndirilən şəxs və saçının vurulmasına ehtiyacı olduğundan onun və diğər əsgərlərin saçını nizama saldığını, həmin gün saat NN:00-dan 00:00-dək döyüş növbətçiliyinə əsgər Zərərçəkmiş şəxs1lə əsgər Şahid1 təyin edildiklərini, əsgər Şahid1 döyüş növbətçiliyinə çıxmadığını, Zərərçəkmiş şəxs1ln saçını vurduğu üçün əsgər Zərərçəkmiş şəxs1 xidmətə tək çıxdığını, bir az keçdikdən sonra əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya gəlib MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tək xidmət apardığı üçün döyüş növbətçiliyində qorxmasını bildirdiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs isə onu danlayaraq yenidən mövqeyə göndərdiyini, əsgər Zərərçəkmiş şəxs1 15-N0 dəqiqədən sonra yenidən yataqxanaya gələrək tək olduğu üçün postda qorxduğunu dediyini, həmin vaxt MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yataqxanada onun sinəsindən 1 bir dəfə yumruqla vurduğunu gördüyünü, N0N3-cü ilin iyun ayının sonlarında, saat N radələrində “Soyuq-6” mövqeyinin səngərində daş hörərkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs səngərdə əsgər Zərərçəkmiş şəxsN kürək nahiyəsindən N-3 dəfə yumruqla vurduğunu gördüyünü, N0N3cü ilin iyun ayında əsgər A.Cəfəquliyevin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ailəsi ilə telefonla danışmaq istədiyini bildirən zaman Təqsirləndirilən şəxs onun sinəsindən yumruqla vurmasını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində N0N3-cü ilin iyul ayının 11-də “Soyuq-6” mövqeyinə yoxlama gələcəyi üçün axşam saatlarında manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əsgərlərin saçını nizamnaməyə uyğun kəsilməsi barədə göstəriş verdiyini, əsgər Zərərçəkmiş şəxs1lə əsgər Şahid1 həmin vaxt döyüş növbətçiliyinə təyin edildiklərini, lakin Şahid1 döyüş növbətçilyinə çıxmayıb MAHHXHQ əsgər Təqsirləndirilən şəxs saçını səliqəyə saldığını, digər əsgərlərində yataqxanada səliqə-səhman işlərinə baxdıqlarını, əsgər Zərərçəkmiş şəxs1 xidmətə tək getdiyini, təxminən onun getməsindən 15-N0 dəqiqə sonra yataqxanaya gəlib manqa komandirinə müşahidə məntəqəsində tək olduğu üçün qorxduğunu, əsgər yoldaşı Şahid1 da gəlməsini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsəbləşib onu müşahidəyə təkrarən göndərdiyini, onun müşahidəyə getdikdən bir neçə dəqiqə sonra yenidən yataqxanaya qayıdaraq təkrarən qorxmasını dediyini, Təqsirləndirilən şəxs əsəbləşərək əsgər A.Cəfəquliyevin sinəsindən 1 dəfə yumruqla vuraraq onu yenidən mövqeyə göndərdiyini, onun da ağlayaraq yenə növbəyə tək getdiyini, bir azdan əsgər Şahid1 da işini qurtarıb müşahidə məntəqəsinə getdiyini, N0N3-cü ilin iyul ayının ortalarında, saat 09 radələrində Zərərçəkmiş şəxsN döyüş növbətçiyindən qayıtdıqdan sonra yataqxanada sobanın yanında isinərkən Təqsirləndirilən şəxs onun yanına gəlib əli ilə onun kitelinin yaxasından yapışıb divara söykəyib yumruqlarla bir neçə dəfə sinəsindən və sol qolundan vurduğunu və sonra təpiklə onun sol bud nahiyəsindən vurub yerə yıxaraq, yerdə sol budundan N təpik vurduğunu gördüyünü, N0N3-cü ilin iyun ayının əvvəllərində tabor mərkəzində olarkən əsgər A.Cəfəquliyevin evlə danışmaq üçün manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yeməkxanada yemək yeyərkən ondan telefon istəməsi səbəbindən əsəbləşərək onu vurduğunu gördüyünü, N0N3-cü ilin iyul ayının əvvəllərində “Soyuq-6” adlanan mövqeyin səngərlərində mühəndis işləri görərkən əsgər A.Cəfəquliyevin səngərdə yerə oturmasına görə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun sağ gözündən yumruqla vurub, sonra yerə yıxaraq təpiklə kürək nahiyəsindən vurmasını, N0N3-cü ilin iyun ayının sonlarında isə axşam yeməyindən sonra, tabor mərkəzində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yataqxanada əsgər T.Museyibovun başından yumruqla iki dəfə vurmasını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 Fəxrin oğlu ifadəsində N0N3-cü ilin iyul ayının 11-də mövqeyə yoxlama gələcəyindən manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxsın əsgərlərə bölükdə səliqə-səhman yaratmağı və saçlarını nizama salmaları barədə göstəriş verdiyini, əsgər Şahid1 saç kəsmək əlindən gəldiyindən ehtiyacı olanların və manqa komandiri Təqsirləndirilən şəxsın saçını kəsdiyindən saat NN:00-dan 00:00-dək əsgər Zərərçəkmiş şəxs1lə döyüş növbətçiliyinə çıxmadığını, əsgər Zərərçəkmiş şəxs1 tək müşahidə mənqətəsinə getdiyini, təxminən 15- N0 dəqiqə sonra əsgər A.Cəfəquliyevin yataqxanaya gələrək manqa komandirinə müşahidə məntəqəsində qorxduğunu, əsgər yoldaşı Şahid1 da gəlməsini dediyini, həmin vaxt manqa komandiri ona əsəbləşərək yenidən onu müşahidə məntəqəsinə göndərdiyini, onun da yenidən mövqeyə tək getdikdən 10-15 dəqiqədən sonra yataqxanaya gələrək yenə qorxduğunu dediyini, sonradan həmin vaxt Təqsirləndirilən şəxs əsgər A.Cəfəquliyevin sinəsindən 1 dəfə yumruqla vurmasını əsgər yoldaşlarından eşitdiyini, N0N3-cü ilin iyun ayının sonlarında, axşam yeməyindən sonra təxminən saat N radələrində yataqxanada oturarkən Təqsirləndirilən şəxs yataqxanaya girib əsgər T.Museyibova yaxınlaşaraq onun başından yumruqla iki dəfə vurduğunu gördüyünü, əsgər yoldaşlarından N0N3-cü ilin iyun ayının əvvəllərində tabor mərkəzində olarkən əsgər A.Cəfəquliyevin evlə danışmaq üçün Təqsirləndirilən şəxs telefon istəyib onu narahat etməsi səbəbindən sinəsindən 1 dəfə yumruqla vurmasını, N0N3-cü ilin iyul ayının əvvələrində “Soyuq-6” mövqeyinin səngərlərində mühəndis işləri görərkən yerdə oturması səbəbindən Təqsirləndirilən şəxs əsgər A.Cəfəquliyevin sağ gözündən yumruqla vurub, sonra yerdə təpiklə kürək nahiyəsindən vurmasını və N0N3-cü ilin iyun ayının sonlarında səngərdə iş görərkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN kürəyindən yumruqla vurmasını, eləcə də, N0N3-cü ilin iyul ayının ortalarında yataqxanada sobanın yanında onun əsgər Zərərçəkmiş şəxsN yumruqla bir neçə dəfə sinəsindən, qolundan və sol bud nahiyəsindən təpiklə vurmasını eşitdiyini göstərdi. Xidmət etdiyi postdakı hava şəraiti ilə əlaqadar olaraq hərbi hissə komandanlığı tərəfindən iştirakı təmin edilməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid əsgər Şahid5 ifadəsində 11 iyul N0N3-cü il tarixdə mövqeyə yoxlama gələcəyini eşitdiklərindən ərazisində təmizlik işləri apardıqlarını, həmin gün əsgər Zərərçəkmiş şəxs1 əsgər Şahid1la saat NN:00-dan 00:00dək olan müddətdə döyüş növbəsinə təyin edildiklərini, əsgər Şahid1 saç vurma bacarığı olduğundan manqa komandirinin və ehtiyacı olan digər əsgərlərin saçını kəsdiyindən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 posta tək göndərdiyini, təqribən saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya gələrək Təqsirləndirilən şəxs qorxduğunu və tək posta çıxmaq istəmədiyini dediyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əsəbləşərək sağ əli ilə onun sinəsindən bir yumruq zərbəsi vurub yenidən mövqeyə göndərdiyini gördüyünü, bir az sonra əsgər Şahid1 Təqsirləndirilən şəxs saçını nizama saldıqdan sonra döyüş növbətçiliyinə getdiyini, əsgər yoldaşlarından N0N3-cü ilin iyun ayının əvvəllərində tabor mərkəzində olarkən əsgər A.Cəfəquliyevin evlə danışmaq üçün Təqsirləndirilən şəxs telefonunu istədiyini onun da əsəbləşib yataqxanaya gedərək onun sinəsindən 1 dəfə yumruqla vurmasını, N0N3-cü ilin iyul ayının əvvələrində səngərlərində mühəndis işləri görərkən yerə oturması səbəbindən Təqsirləndirilən şəxs A.Cəfəquliyevin sağ gözündən yumruqla vurub yerə yıxaraq yerdə təpiklə kürək nahiyəsindən vurmasını, N0N3-cü ilin iyun ayının sonlarında, axşam yeməyindən sonra, saat N radələrində tabor mərkəzində yataqxanada oturarkən Təqsirləndirilən şəxs əsgər T.Museyibovun başından yumruqla iki dəfə vurmasını, N0N3cü ilin iyun ayının sonlarında “Soyuq-6” mövqeyinin səngərində iş görərkən yenidən onun əsgər Zərərçəkmiş şəxsN kürək nahiyəsindən yumruqla vurmasını, N0N3-cü ilin iyul ayının ortalarında, yataqxanada sobanın yanında əsgər Zərərçəkmiş şəxsN yumruqla bir neçə dəfə sinəsindən, qolundan və bud nahiyəsindən təpiklə vurmasını eşitdiyini göstərmişdi. Cinayət işinin materialları, o cümlədən N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etdikləri, Təqsirləndirilən şəxs onlara rəis hesab olunduğu göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsə də qeyd edilən xüsusatlar zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokoları və digər zəruri istintaq hərəkətləri ilə təkzib edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli, N8N №-li əmrindən çıxarışdan görünür ki, hadisənin törəndiyi vaxt təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edilmiş və həmin vəzifədə xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, NN8 №-li əmrindən çıxarışda MAHHXHQ əsgər Təqsirləndirilən şəxs X6 komandanının şəxsi heyət üzrə müavininin xx.xx.N0N3-cü il tarixli, 08N nömrəli əmrindən çıxarışa əsasən N avqust N0N3cü il tarixdə N nömrəli hərbi hissədən gəldiyi və N nömrəli hərbi hissənin 3-cü taborunun, 8-ci bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, N90 №-li əmrindən çıxarışda X6 komandanının şəxsi heyət üzrə müavininin xx.xx.N0N3-cü il tarixli, 0118 nömrəli əmrindən çıxarışa və 114 nömrəli üzülüşmə vərəqəsinə əsasən hərbi hissənin 3cü taborunun, 8-ci bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N3-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində mənfi xarakterizə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, N5 may N017-ci il təvəllüdlü X3 və 15 fevral N0N0-ci il təvəllüdlü X4 adlı övladları var. ( 1-ci cild, iş vərəqə 146) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və törətdiyi cinayət əməlini ümumiyyətlə etiraf etməməsi ilə bağlı verdiyi ifadəsi özünü müdafiə etmə kimi qiymətləndirir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməsə də onun əməli zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN məhkəmə istintaqı zamanı ifadəsində digər Zərərçəkmiş şəxs1 isə məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs bağışladıqlarını, ondan şikayət və tələblərinin olmadığını göstərmişdilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1- ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcürbəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını, himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə iclasında son sözlə çıxış edərkən Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməli etiraf etdiyini, həmin əməli törədərkən stressli və gərgin olduğunu,zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 yanvar N0N4-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində 0N noyabr N0N3-cü tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinib N(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətini başlanğıcı həbsə alındığı 18 yanvar N0N4-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində 0N noyabr N0N3-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar