Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-7/2025 12.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxsN, X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 199N-ci il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında manqa komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət edən, N0 noyabr N0N4-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs QASİM OĞLUNUN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini - manqa komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu 1-ci manqanın yerləşdiyi, şərti olaraq “Ramazan” adlandırılan döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirən zaman N0N4-cü ilin may ayının ortalarında saat 17 radələrində mövqenin əsgər yataqxanasında həmin taqımın radiotelefonçusu vəzifəsində xidmət edən, əsgər X7 ilə cütlük olmaqla mövqedə xidmət edən başqa hərbi qulluqçularla birlikdə domino oyunu oynamış, oyun zamanı yaxşı oynamaması səbəbindən əsgər Əfrun İbrahimovun başına bir yumruq zərbəsi vurmuş, oyunun sonunda isə uduzduqları üçün hər iki əli ilə əsgər Əfrun İbrahimovun yanaqlarından möhkəm tutub dartaraq, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N0N4-cü ilin sentyabr ayının əvvəllərində saat 07:30-da şərti olaraq “Ramazan” adlandırılan döyüş mövqeyində xidmət edən şəxsi heyətə yuyunub düzülüşə hazırlaşmalarını, onları gündəlik işlərə böləcəyini deyib özü mövqenin tualetinə getmiş, bir az sonra qayıtdıqda taqımın 1-ci manqasının pulemyotçusu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN yataqxananın həyətində siqaret çəkdiyini görüb onu yanına çağıraraq düzülüşə hazır olub-olmadığını soruşmuş və sonuncu yuyunub hazırlaşmadığını dedikdə əvvəlcə ünvanına nalayiq ifadə işlətmiş, daha sonra isə əli ilə əsgər Zərərçəkmiş şəxsN alt çənəsindən tutub sıxaraq yuxarıya doğru qaldırmış, onu arxaya doğru itələyərkən əsgər Zərərçəkmiş şəxsN kürəyi arxasında olan yataqxananın divarına dəymiş, bununla da, o, Zərərçəkmiş şəxsN güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N4-cü ilin may ayının təxminən ortalarında saat 17 radələrində xidmət etdiyi şərti olaraq "Ramazan” adlandırılan mövqenin yataqxanasında əsgər Əfrun İbrahimovla domino oynayarkən komanda olmuş, digər komanda isə mövqedə xidmət edən MAHHXHQ-su ŞahidN və başqa bir əsgər olmuşdur. Oyunun sonunda uduzduqları üçün o, əsgər Əfrun İbrahimovun yanaqlarında tutub sıxaraq “Əfuş, uduzduq” demiş, bu zaman əsgər Əfrun İbrahimov hər hansı xəsarət almamış, lakin halı pisləşib narahat olmuş, mövqenin dərman çantasında olan "karvalol" damcısını su ilə qarışdırıb halı düzəlməsi üçün ona verdikədən sonra özünü yaxşı hiss etmiş, Əfrun İbrahimov sonradan ona mülkidə olan vaxt kiminləsə dava etdiyini, buna görə travma aldığını, odur ki, onun yanaqlarından tutanda özünü pis hiss edib halı qarışdığını demişdir. Həmçinin N0N4-cü ilin sentyabr ayının əvvəllərində taqım komandiri baş leytenant K.Bağırov toplantıya cəlb edildiyindən o, mövqedə böyük kimi qalmış, saat 06:30-da şəxsi heyətə qalx komandası verərək durub, yuyunub-hazırlaşmalarını tapşırmış, saat 07:30 radələrində şəxsi heyətin hazır şəkildə yataqxanada düzülüb onu gözləmələrini, gəlib onları işlərə ayıracağını deyərək mövqenin ayaqyolusuna getmiş, ayaqyolundan qayıdanda əsgər Zərərçəkmiş şəxsN mövqenin həyətində dayanıb siqaret çəkdiyini gördükdə ondan yuyunub hazırlaşıb-hazırlaşmadığını soruşmuş, Zərərçəkmiş şəxsN ona hazırlaşmadığını bildirdiyi üçün yataqxananın qarşısında Məhəmmədtağı İsmayilovu yanına çağırıb çənəsindən tutub “məni məcbur eləməyin ki, sizinlə başqa cür rəftar edim " demiş, bundan başqa Zərərçəkmiş şəxsN heç bir zor tətbiq etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində domino oyunu zamanı yaxşı oynamaması səbəbindən əsgər Əfrun İbrahimovun başına bir yumruq zərbəsi vurmasını xatırlamadığını, əsgər Əfrun İbrahimova qarşı etdiyi bütün hərəkətlərini zarafatla etdiyini, əsgər Zərərçəkmiş şəxsN çənəsindən tutub onu yuxarıya doğru qaldırmasından başqa özünün ona heç bir zor tətbiq etmədiyini, tabeliyində olan əsgərlərə qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra onlardan üzr istəyərək onlarla barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü qismən təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər X7 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımında radiotelefonçusu vəzifəsində, şərti olaraq “Ramazan” adlandırılan mövqedə xidmət etdiyi zaman N0N4-cü ilin may ayının ortalarında mövqenin yataqxanasında dörd nəfər şəkilində domino oyunu oynayarkən Təqsirləndirilən şəxslə cütlük olmuş, digər cütlük isə həmin mövqedə xidmət edən MAHHXHQ-su ŞahidNla bir nəfər əsgər olmuş, oyun zamanı onlar uduzduqlarından Təqsirləndirilən şəxs onu günahlandırmış, “niyə yaxşı oynamırsan” deyib başından bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra oyun bitdikdən sonra Təqsirləndirilən şəxs hər iki əli ilə onun yanaqlarından möhkəm tutaraq dartmışdır. Təqsirləndirilən şəxs sonuncu hərəkətindən sonra ağrının təsirindən narahat olmuş, həmin vaxt o, Təqsirləndirilən şəxs “indiyə kimi heç atam mənimlə belə rəftar etməmişdi” deyib çölə çıxmışdır. Əsgər yoldaşları onunla birlikdə yataqxanadan çölə çıxıb ona su vermiş, Təqsirləndirilən şəxs həmin suyun içinə ürək dərmanı salmışdır. Daha sonra yataqxanaya gedib uzanmış, bir az sonra özünə gəlib xidməti işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun başından vurması və yanaqlarından tutub sıxaraq dartmasına görə hər hansı xəsarət almamışdır. Həmin hadisə zamanı onun narahat olmasına səbəb Təqsirləndirilən şəxs hər iki əli ilə onun yanaqlarından möhkəm tutaraq sıxması olmuşdur. Belə ki, o xidmətə gəlməzdən əvvəl üzünə balta dəydiyindən üzünə azacıq təsir olduğu hallarda narahat olmuşdur. Həmçinin N0N4-cü ilin sentyabr ayının əvvəllərində səhər qalx komandasından sonra şəxsi heyət mövqenin yataqxanasında olub yuyunub hazırlaşmış, içəridə əsgər yoldaşı Şahid1la birlikdə yır-yığış edən vaxt çöldən səs-küy gəldiyini eşidib pəncərdən baxanda Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN divara dayadığını və əli ilə divara sıxdığını görmüş, bundan sonra Zərərçəkmiş şəxsN onun əlindən çıxıb yataqxanaya qaçmışdır. XN ifadəsində MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs domino oyunu zamanı onu vurduqdan sonra ona yaxınlaşaraq onu zarafatla vurmasını dediyini, lakin yanaqlarından tutub dartışdıran zaman özünün bunu zarafat kimi qəbul etmədiyini, həmin vaxt ağrının təsirindən narahat olduğunu, Təqsirləndirilən şəxs “sənlə zarafat edirəm” deməsi səbəbindən özünün bu barədə heç kəsə məlumat vermədiyini, MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyini, özünün onunla barışdığını, onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onun cəzalandırılmasını istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N4-cü ilin sentyabr ayının əvvəllərində xidmət etdiyi “Ramazan” mövqeyində səhər qalx komandasından sonra yuxudan durub gündəlik işlərlə məşğul olmuş, təxminən saat 07:30 radələrində Təqsirləndirilən şəxs şəxsi heyətə yataqxanada düzümələrini tapşırıb gəlib şəxsi heyəti yoxlayıb işlərə böləcəcəyini deyib ayaqyoluna getmiş, o, ayaqyolundan gələnə kimi özü siqaret çəkmək üçün yataqxananın yan tərəfinə getmiş, bir az sonra Təqsirləndirilən şəxs ayaqyolundan qayıdanda onun orada dayanıb siqaret çəkdiyini görüb öz yanına, yəni yataqxananın qarşısına çağırmış, onun yanına getdikdə Təqsirləndirilən şəxs ondan yuyunub-yuyunmadığını soruşmuş, hələ yuyunmadığını dedikdə Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə işlətmiş, daha sonra onun çənəsindən tutub onu yuxarı qaldırmış, ayağı yerdən üzülməsinə az qalmış geriyə doğru itələmiş, bu zaman kürəyi təxminin N0-30 sm aralıqda olan yataqxananın divarına dəymişdir. Bundan sonra o, yataqxanaya qaçmış, bu vaxt Təqsirləndirilən şəxs də içəriyə girib əsgərləri düzüb qışqırmağa başlamış, onlara “məni əsəbləşdirməyin, sizi it balası kimi ayaqlayaram” demiş, əsgər Şahid1 ona nəyə görə elə dediyini, it balası olmadıqlarını deyəndə Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlayıb onun təxribatçı olduğunu, ara qarışdırdığını, it balası sözünü heç kəsə demədiyini, kim üzərinə götürüsə ona dediyini bildirmiş, daha sonra öz xidməti işləriylə məşğul olmuşdurlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona başqa zərbə vurmamış, o da Təqsirləndirilən şəxs hər hansı qarşılıq verməmiş və ya zor tətbiq etməmiş, nalayiq ifadə işlətməmiş, çənəsindən tutub divara çırpdığı üçün hər hansı xəsarət almamış, kürəyi divara möhkəm dəydiyi üçün ağrımış, kürəyinin göyərməsindən qorxduğundan əsgər yoldaşlarına kürəyini göstərib nəsə olub-olmamasına baxmalarını xahiş etmiş, onlar da baxıb heç nə olmadığını demişdirlər. Bundan başqa N0N4-cü ilin may ayının ortalarında, saat 17 radələrində xidmət etdiyi “Ramazan” mövqeyinin yataqxanasında Təqsirləndirilən şəxs, əsgər Əfrun İbrahimov, onlarla eyni MAHHXHQ-su ŞahidN və yadında qalmayan başqa bir nəfər əsgər domino oyunu oynamış, Təqsirləndirilən şəxs və Əfrun İbrahimov bir komanda olmuş, oyun əsnasında Təqsirləndirilən şəxs Əfrun İbrahimovun başından bir yumruq zərbəsi vurmuş, bundan sonra Təqsirləndirilən şəxs oyunun sonunda Əfrun İbrahimovun yanaqlarından tutub möhkəm dartmış, Əfrun İbrahimov “heç mənə dədəm belə eləməmişdi” demiş, narahat olub ürəyi sıxılmış və yataqxanadan çölə çıxmışdır. Ona su verib sakitləşdirdikdən sonra onu yataqxanaya aparmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxslə Əfrun İbrahimovun arasında başqa mübahisə olmamış, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmamış və ya nalayiq ifadə işlətməmişdir. Həmçinin Zərərçəkmiş şəxsN ifadəsində MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onun cəzalandırılmasını istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, “Ramazan” mövqeyində xidmət etdiyi müddətdə təqribən N0N4-cü ilin may ayının ortalarında, saat 17 radələrində mövqenin yataqxanasında olan vaxt əsgər yoldaşlarının demək olar ki, hamısı içəridə olmuş, təkcə döyüş növbəsində olanlar olmamış, yataqxanada Təqsirləndirilən şəxs və əsgər Əfrun İbrahimov onlarla eyni mövqedə xidmət edən pulemyot manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidNla domino oyunu oynamış, Təqsirləndirilən şəxslə Əfrun İbrahimov bir, ŞahidNla isə başqa bir əsgər bir komanda olmuş, oyun zamanı Təqsirləndirilən şəxs komandası uduzduğu üçün o, əsgər Əfrun İbrahimova “nəyə görə düz oynamırsan” deyib onun başından bir zərbə vurmuş, daha sonra isə oyunun sonunda onun yanaqlarından tutub sıxaraq dartışdırmağa başlamış, bu zaman Əfrun İbrahimov narahat olduğu üçün onu çölə çıxarıb, su vermişlər, o, Təqsirləndirilən şəxs “indiyə kimi heç atam mənə belə etməyib” demiş, Təqsirləndirilən şəxs ona “Carvolol” məhlulu vermiş, bir az keçdikdən sonra Əfrun İbrahimov özünə gəldiyi üçün yataqxanaya gedib uzanmış, Təqsirləndirilən şəxslə onun arasında başqa mübahisə olmamış, bir-birilərinə qarşı hər hansı nalayiq ifadələr işlətməmiş, həmin vaxt Əfrun İbrahimov hər hansı xəsarət almamışdır. Bundan başqa, N0N4-cü ilin sentyabr ayının əvvəllərində səhər saatlarında, qalx komandasından sonra mövqenin yataqxanasında təmizlik işləri görərkən təxminən saat 07:30 radələrində yataqxananın həyətindən qışqırma səsi gəldiyini, Təqsirləndirilən şəxs kiminsə üzərinə qışıqırdığını eşidib pəncərədən çölə baxanda Təqsirləndirilən şəxs onunla eyni manqada xidmət edən əsgər Zərərçəkmiş şəxsN çənəsindən tutub onu yuxarıya doğru dartdığını, daha sonra onu yataqxananın divarına tərəf itlədiyini görmüş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN buraxıb postun heyətinin yataqxanada düzülməsini tapşırdığından yataqxanada düzülmüşdürlər. Təqsirləndirilən şəxs sıranın qarşısına çıxıb “məni əsəbləşdirməyin, sizi it balası kimi ayaqlayaram, küçük səsi çıxararsınız” dedikdə Təqsirləndirilən şəxs ümumi danışmamasını, it balası olmadıqlarını demiş, o, daha da əsəbləşərək ona “sən təxribat törədirsən, səni təxribatçı kimi məruzə edərəm” demiş, düzülüş dağıldıqdan sonra öz xidməti işlərini görmüşdürlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik-çavuş ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N0N4-cü ilin may ayının təxminən ortalarında saat 17 radələridə xidmət etdiyi “Ramazan” mövqeyinin yataqxanasında o, Təqsirləndirilən şəxs və Əfrun İbrahimov domino oyunu oynamış Təqsirləndirilən şəxs və Əfrun İbrahimov bir komandada olmuş, özü isə başqa bir əsgərlə komanda olmuş, Təqsirləndirilən şəxs Əfrun İbrahimov oyunu uduzduqları üçün Təqsirləndirilən şəxs oyunun gedişi zamanı Əfrun İbrahimovu danlamış, daha sonra əli ilə Əfrun İbrahimovun başından bir zərbə vurmuş, oyunun sonunda isə Təqsirləndirilən şəxs Əfrun İbrahimovun yanaqlarından tutaraq dartmış, həmin vaxt Əfrun İbrahimov “heç atam məni belə etməmişdi” demiş, onun halı pisləşdiyi üçün əsgərlərə birlikdə Əfrun İbrahimovu çölə çıxarıb üzünə su vurmuşdurlar. Təqsirləndirilən şəxs stəkanda suya ürək dərmanı töküb Əfrun İbrahimova vermiş, Əfrun İbrahimov özünə gəldikdən sonra onu yataqxanaya aparıb uzatmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 və əsgər Şahid5 oxşar məzmunlu ifadələr verərək, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlər ifadələrində göstərilənləri təsdiq etmişlər. Şahid əsgər Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclaslarında iştirakı müvafiq hərbi hissə komandanlığı tərəfindən təmin edilməmişdir. O, xx.xx.N0N4-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurət ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Şahid4 xidmət etdiyi mövqedə əlverişsiz hava şəraitinin olması səbəbindən onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı müvafiq hərbi hissə komandanlığından də məhkəməyə müvafiq məktublar ünvanlanmışdır. Məhkəmə, Şahid4 məhkəmə iclaslarına gəlməsini istisna edən halları proses iştirakçılarının razılığı ilə üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, SHXÇDX-in Füzuli rayon şöbəsi tərəfindən 30 aprel N0N4-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılıb ixtisas kursu keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N9 iyun N0N4-cü il tarixdə ixtisas kursunu bitirib N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyün 1-ci taqımının 1-ci manqasının atıcıradiotelefonçusu vəzifəsinə təyin olunaraq şərti adı “Ramazan” olan döyüş mövqeyinə göndərilmişdir. Baş çavuş Təqsirləndirilən şəxs, əsgər X5 və əsgər Zərərçəkmiş şəxsN hərbi xidmət müddətində görüb tanımış, onlarla hər hansı qohumluq münasibətləri, düşmənliyi və ya ədavəti yoxdur. N0N4-cü ilin sentyabr ayının əvvəllərində “Ramazan” mövqeyində olmuş, qalx komandasından sonra gündəlik işlərini görmüş, saat 07:30 radələrində Təqsirləndirilən şəxs hamının hazırlaşmasını, gəlib şəxsi heyəti işlərə böləcəyini deyib ayaqyoluna getmiş, həmin vaxt onunla eyni mövqedə xidmət edən əsgər yoldaşı Zərərçəkmiş şəxsN yataqxananın yan tərəfində dayanıb siqaret çəkmiş, bir az sonra Təqsirləndirilən şəxs ayaqyolundan gəlib yataqxananın qarşısında ona qışqıraraq nəyə görə hazırlaşmadığını deyib yanına çağırmış, Zərərçəkmiş şəxsN onun yanına gələndə Təqsirləndirilən şəxs onun çənəsindən tutub sıxaraq divara çırpmış, Zərərçəkmiş şəxsN kürəyi yataqxananın divarına dəymiş, daha sonra Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxsN çənəsindən tutub sıxmış vəziyyətdə sağ əlini yumruq tutub Zərərçəkmiş şəxsN vurmaq istəyəndə o, qaçaraq yataqxanaya girmişdir. Bundan sonra Təqsirləndirilən şəxs də içəriyə girib şəxsi heyəti yataqların qarşısında düzüb “sizə neçə dəfə demişəm məni əsəbləşdirməyin, sizi it balası kimi ayaqlayaram küçük səsi çıxararsınız” demiş, bu vaxt əsgər yoldaşı Şahid1 ona nəyə görə elə sözlər dediyini, bizə heç kəsin it balası deyə bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs də ona “sən təxribatçısan, təxribat törədirsən, mən heç kimə it balası demirəm, kim üstünə götürürsə ona deyirəm” kimi sözlər deyərək mübahisə etmiş, daha sonra işlərə ayrıldıqlarından gündəlik işlərlə məşğul olmuşdurlar. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN başqa zərbə vurmamış, Zərərçəkmiş şəxsN da Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etməmiş və ya nalayiq ifadə işlətməmiş, nə Məhəmmədtağı İsmaylov, nə də ki, başqa kimsə bu barədə heç kəsə heç nə deməmişdir (i.v İ cild N17-NN0). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən, o cümlədən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid ifadəsindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin ittiham tərəfindən təqdim olunan təsviri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təkzib olunmur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü qismən təqsirli bilməsinə dair ifadəsinin “əsgər Əfrun İbrahimova qarşı etdiyi bütün hərəkətlərini zarafatla etməsi, domino oyunu zamanı yaxşı oynamaması səbəbindən əsgər Əfrun İbrahimovun başına bir yumruq zərbəsi vurmasını xatırlamaması və əsgər Zərərçəkmiş şəxsN çənəsindən tutub yuxarıya doğru qaldırarmasından başqa özünün ona heç bir zor tətbiq etməməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında əsgər Əfrun İbrahimova qarşı etdiyi bütün hərəkətlərini zarafatla (qeyri-ciddi) etdiyini bildirsə də, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs əsgər Əfrun İbrahimovu domino oyununda uduzduqlarına görə vurduğunu, sonuncu dəfə hər iki əli ilə əsgər Əfrun İbrahimovun yanaqlarından möhkəm tutub dartdıqdan sonra “zarafat edirəm” desə də, onun bu hərəkətləri nəticəsində əsgər Əfrun İbrahimovun halının pisləşdiyini, narahat olduğunu, həttda Əfrun İbrahimovun ona “indiyə kimi heç atam mənimlə belə rəftar etməmişdi” dediyini, əsgər Zərərçəkmiş şəxsN çənəsindən tutub sıxaraq yuxarıya doğru qaldırdığını və onu arxaya doğru itələdiyini, bu zaman onun kürəyinin yataqxananın divarına dəydiyini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.N0N4-cü il tarixli qərarlardan görünür ki, əsgər X7 və əsgər Zərərçəkmiş şəxsN cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 1-N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin 1N may N0N3-cü il tarixli, 134 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X11 X10 Üzrə müavininin xx.xx.N0N3-cü il tarixli, 036 əç №li əmri ilə MAHHXHQ-su çavuş Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 17). N №-li hərbi hissə komandirinin N aprel N0N4-cü il tarixli, 101 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X1 Ümumqoşun Ordu X10 Üzrə müavininin xx.xx.N0N4-cü il tarixli, 39 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının radiotelefonçusu vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 16). N №-li hərbi hissə komandirinin N dekabr N0N3-cü il tarixli, 371 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN həmin tarixdən hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 14). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 18 sentyabr N0N4-cü il tarixli, 1N37 №-li arayışdan görünür ki, MAHHX HQ-su baş çavuş Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər əsgər X4 və Zərərçəkmiş şəxsN aralarında tabelik münasibətləri olmuş, MAHHX HQ-su baş çavuş Təqsirləndirilən şəxs onlara rəis hesab edilmişdir (i.v İ cild 58). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X6 “Məhkəmə-Tibbi Ekspertizası”nın N3 sentyabr N0N4-cü il tarixli, 5NN №-li və 30 sentyabr N0N4-cü il tarixli, 535 №-li ekspert rəylərindən görünür ki, ekspert müayinəsi zaman əsgər X4 və əsgər Zərərçəkmiş şəxsN bədən səthlərində baş vermiş cinayət hadisələri ilə bağlı hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (İ.v İ cild 104- 139). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisələr nəticəsində zərərçəkmiş şəxslərin sağlamlıqlarına hər hansı bir zərərin vurulmaması öz təsdiqini tapır. X3 Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 97). Məhkəmə hesab edir ki, bu sübutla MAHHX HQ-su baş çavuş Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N4 sentyabr N0N4-cü il tarixli, 863 №li arayışdan görünür ki, MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs N4 sentyabr N0N4cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, tibbi müayinə zamanı MAHHX HQ-su baş çavuş Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir (i.v İ cild 136). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild N0). Məhkəmə hesab edir ki, bu sübutla MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və xidmətə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Şübhəli şəxs qismində tanımaq və qətimkan tədbirinin seçilməsi haqqında” N0 noyabr N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild NN5-NN6). Məhkəmə hesab edir ki, bu sübutla baş çavuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Həmçinin NN və N7 noyabr N0N4-cü il tarixli “Üzləşdirmə haqqında” protokollardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxsN, şahidlər Şahid1, ŞahidN və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı həmin şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini onun üzünə qarşı da demişlər (i.v İİ cild 1-4, 6-9, 11-1N). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 3N9.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında əsgər Əfrun İbrahimova qarşı etdiyi bütün hərəkətlərini zarafatla (qeyri-ciddi) etməsi ilə bağlı ifadəsinə nəzərən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əsgər Əfrun İbrahimova qarşı yol verdiyi hərəkətlər zarafatla (qeyri-ciddi) törədilmiş olsa belə, onun bu hərəkətləri xarakterinə və nəticələrinə əsasən onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” tərkib əlaməti ilə tam əhatə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su baş çavuş Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini, ictimai təhlükəlilik dərəcəsini (cinayətin həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini), həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini (təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, cinayətin baş vermə şəraiti, həyata keçirilmə üsulu, baş vermiş nəticələrin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki bu kimi hallar da məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N0 noyabr N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 18 dekabr N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına N70 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına N70 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-7/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-7/2025
12.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver