Məhkəmə qərarları › İş №1-1(092)-73/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-73/2025

29.01.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-73/2025 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1999-cu il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN xxxxxxx), subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Aşağı Quşçu kəndində daimi qeydiyyatda olmaqla, Şahbuz şəhəri,Hərbi şəhərcik, Subaylar yataqxanasında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci mota atıcı taborunun 6-cı bölüyünün, 1-ci taqımının komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olan, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, 30 oktyabr N0N5-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, N7 dekabr N0N4cü il tarixdə saat N radələrində həmin hərbi hissənin Batabat taborunda yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman heç bir səbəb olmadan mövqenin əsgər yataqxanasında tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında atıcı sanitar vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 sağ və sol qollarından dörd-beş yumruq zərbəsi vurmuş və sonuncu buna etirazını bildirdikdə yenidən dirsəyi ilə kürək nahiyəsinə beş-altı zərbə endirərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N0N5-ci ilin iyun ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasında gündəlik ərzaq normasının siyahısını səhv yazdığı üçün tabeliyində olan, komandiri olduğu taqımda tuşlayıcı-minaatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN ünvanına nalayiq ifadə işlədib, sinəsinə beş-altı yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N0N5-ci ilin iyun ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasında döyüş xidməti jurnalını səhv yazdığı üçün tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 sağ qolundan iki-üç yumruq zərbəsi vurub, daha sonra sonuncunun boyun nahiyəsini qolunun arasına salıb sifətinə iki-üç sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N0N5-ci ilin iyul ayının sonlarında saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin odun saxlancının qarşısında qış ehtiyatı üçün mövqeyə verilmiş 10 litrlik su qablarını səliqəsiz yığdığı üçün tabeliyində olan, komandiri olduğu taqımda tuşlayıcı-minaatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN ünvanına nalayiq ifadə işlədib, sinəsinə bir yumruq zərbəsi vurmuş və əsgər Zərərçəkmiş şəxsN aşağı çökdükdən sonra dirsəyi ilə onun kürəyinə, dizi ilə baldır nahiyəsinə yenidən iki zərbə endirərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N0N5-ci ilin iyul ayının sonlarında saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasında təmir etdirdiyi divara söykəndiyi üçün tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadə işlədib, sinəsinə bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 30 iyul N0N5-ci il tarixdə saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında ərzaq anbarını səliqəsiz saxladığı üçün tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs4 ünvanına nalayiq ifadə işlədib, sinəsinə bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, N0N5-ci ilin avqust ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin odun saxlancının qarşısında siqaret çəkdiyi üçün tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlətmiş və daha sonra əynində olan qısaqol köynəyin yaxasından tutub sol qoluna üç yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 17 avqust N0N5-ci il tarixdə saat N radələrində hərbi hissənin Şahbuz rayonu Batabat yaylağı ərazisində yerləşən, şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasında heç bir səbəb olmadan tabeliyində olan, komandiri olduğu taqımın 1-ci manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 sağ qoluna üç yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etdiyini, xidmət yerinin şərti olaraq “Ramazan” adlandırılan mövqe olduğunu, həmin mövqe düşmənlə təmas xəttində, döyüş şəraitində yerləşdiyini, ümumilikdə həmin vaxt mövqedə 1N nəfər əsgərin olduğunu, onlardan 8 əsgərin onun tabeliyində xidmət etdiklərini, rütbə və vəzifəcə onlara rəis hesab olunduğunu, N0N4-cü ilin dekabr ayının sonlarında, saat N radələrində mövqenin yataqxanasında olarkən əsgər Məhəmmədəli Hüseynlinin hər iki qollarından zarafatla, ağrımayan dərəcədə 4-5 yumruq, kürək nahiyəsindən isə dirsəyi ilə 5-6 dəfə yavaş formada vuraraq ona “səni vururam ki, dözümlü olasan, canın bərkisin” dediyini, N0N5-ci ilin iyun ayının əvvəllərində, saat N radələrində mövqenin yataqxanasında əsgər M.Hüseynli döyüş xidməti jurnalını səhv yazdığı üçün əsəbləşib onun sağ qolundan N-3 yumruq vuraraq boynunu qolunun arasına salıb yenə qolundan N-3 dəfə vurduğunu, N0N5-ci ilin avqust ayının əvvəllərində, saat N radələrində yanma təhlükəsi ilə bağlı əsgərlərə odun damı ətrafında siqaret çəkmələrini qadağan etsə də əsgər M.Hüseynli verilən tapşırığı icra etməyib həmin ərazidə siqaret çəkdiyi üçün əsəbiləşib ona nalayiq ifadə işlədərək yanına çağırıb qısaqol köynəyinin yaxasında tutub onun sol qolundan yavaş formada 3 yumruq vurduğunu, N0N5-ci ilin iyun ayının əvvəllərində, saat N radələrində yataqxanada əsgər Zərərçəkmiş şəxsN gündəlik ərzaq normasının siyahısını səhv yazdığını görüb dəfələrlə ona buna görə iradını bildirdiyindən yenə də işinə laqeyid yanaşdığını görüb əsəbiləşərək ona qarşı nalayiq ifadə işlədib onun sinəsindən 5-6 yumruq vurduğunu, N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində mövqeyə gətirilən ehtiyat suları saxlanca səliqəsiz düzməsi səbəbindən əsəbiləşərək Zərərçəkmiş şəxsN yanına çağırıb ona qarşı nalayiq ifadə işlədərək onun sinəsindən 1 yumruq vurduğunu, yerə çökdükdən sonra onun kürəyindən də dirsəyi ilə, baldır nahiyəsindən isə dizi ilə bir dəfə vurduğunu, N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində yataqxanada təmir işləri aparıb divarları rənglədiklərini, həmin vaxt dəhlizində əsgər Zərərçəkmiş şəxs3 divara söykənməsini görüb divarı yeni boyamalarına görə onun divara ləkə salacağını düşünüb ona nalayiq ifadə işlədərək sinəsindən yumruqla 1 dəfə vurduğunu, N0N5-ci ilin iyul ayının sonlarında, saat 1N:30 radələrində yataqxanada təmizliyi yoxlayarkən ərzaq anbarının səliqəsiz olmasını görüb anbara nəzarət edən aşbaz Zərərçəkmiş şəxs4 yanına çağıraraq onun sinəsindən yumruqla 1 dəfə vurub anbarı təmiz saxlamasını tapşırdığını, N0N5-ci ilin avqust ayının ortalarında, saat N radələrində dəhlizdə dayanan əsgər Zərərçəkmiş şəxs5 zarafatla sağ qolundan N-3 yumruq vurduğunu, törətdiyi əməlləri qəsdən törətmədiyini, əksəriyyətinin zarafatla qollarından və başqa yerlərindən vurduğunu, onlara var yox söyüşü də söymədiyini, vətən uğrunda gedən döyüşlərdə iştirak etdiyini, hər bir zərərçəkmiş şəxsdən ayrı ayrılıqda üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladığını, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində N yanvar N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə atıcı vəzifəsində xidmət etdiyini, xidmət yerinin “Batabat” yaylağı ərazisində yerləşən, şərti adı “Ramazan” mövqeyi olduğunu, taqım komandirlərinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu və onun tabeliyində xidmət etdiklərini, N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində mövqeyin yataqxanasında, dəhlizdə divara söykənib əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən baş leytenant Təqsirləndirilən şəxs onun divara söykənməsini görüb ona qarşı nalayiq ifadələr işlədərək əsəbi halda ona yaxınlaşaraq sinəsindən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, 30 iyul N0N5-ci il tarixdə saat N radələrində ərzaq anbarını səliqəsiz saxladığı üçün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs4 söyərək onun sinəsindən yumruqla vurduğunu gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs 17 avqust N0N5-ci il tarixdə, saat N radələrində yataqxanaya daxil olarkən əsgər Zərərçəkmiş şəxs5 qolundan yumruq zərbələri vurmasını da gördüyünü, lakin nə səbəbə vurmasını bilmədiyini, baş leytenant Təqsirləndirilən şəxs hər dəfə onları mənfi xasiyyətnamə verəcəyi ilə hədələdiyini, taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs onları vurmasına görə yuxarı komandanlığa bu barədə məruzə etdiklərini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 ifadəsində N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünündə xidmətdə olarkən taqım komandirlərinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu və onun tabeliyində xidmət etdiyini, mövqedə olan aşpaz tərxis olduğu üçün N5 iyun N0N5-ci il tarixdən manqada ştatdan kənar aşpaz təyin edildiyini, 30 iyul N0N5-ci il tarixdə, saat N radələrində baş leytenant Təqsirləndirilən şəxs ərzaq anbarını yoxlayarkən saat təqribən 1N:30 radələrində yataqxanadan çölə çıxıb ona yaxınlaşaraq ərzaq anbarının səliqəsiz olduğunu verilən tapşırıqları vaxtında yerinə yetirmədiyini bildirərək onu danlayıb əsəbi halda ona qarşı nalayiq ifadələr işlətdikdən sonra sağ əli ilə onun sinəsindən bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən arxaya doğru gedib səndələdiyini, həmin vaxt sinə nahiyəsindən güclü ağrılar hiss etdiyini, N7 dekabr N0N4-cü il tarixdə, saat N radələrində yataqxanada baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 də qollarından və kürəyindən yumuruqla vurduğunu gördüyünü, N0N5-ci ilin iyun ayının əvvəllərində saat N radələrində mövqenin yataqxanasında döyüş xidmət jurnalını səhv yazdığı üçün əsgər Zərərçəkmiş şəxs1 sağ qolundan yumruq, sifətindən şillə ilə vurduğunu gördüyünü, demək olar ki, onun əməllərindən artıq bezdiklərini və yorulduqlarını, tez-tez var-yox söyüşləri söydüyünü, ondan qorxduqları üçün də yuxarı komandanlıqlara məruzə edə bilmədiklərini, baş leytenant Təqsirləndirilən şəxs hər dəfə onları mənfi xasiyyətnamə verəcəyi ilə hədələdiyini, bu barədə təsadüfən evləri ilə danışarkən dayısı gizir Şahid4 da onlarda olduğunu və dayısının ondan xidmətlə bağlı soruşduqda bütün olanları ona danışaraq artıq baş leytenant Təqsirləndirilən şəxs əməllərindən bezdiklərini dayısına bildirdiyini, dayısının da olanları yuxarı komandanlığa dedikdən sonra yuxarı komandanlığın da hadisə barədə məlumatının olduğunu, həmin ərəfədə dayısına şikayət etdiyinə görə heç bir cəzası və günahı olmadığı halda onun xidməti vərəqəsinə iki dəfə güya cəzalanması ilə bağlı qeydlər etdiyini, zərərçəkmiş şəxs kimi onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsidə N5 iyun N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə xidmət etdiyini, xidmət yerinin şərti adı “Ramazan” olan mövqe olduğunu, taqım komandirinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu və onun tabeliyində xidmət etdiyini, 17 avqust N0N5-ci il tarixdə, saat N radələrində yataqxananın girişində, dəhlizdə durarkən, həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 isə dəhlizin qarşısında, çöldə siqaret çəkdiyini, həmin vaxt baş leytenenat Təqsirləndirilən şəxs ona tərəf gəlib güya zarafatla onun sağ qolundan sağ əli ilə 3 dəfə yumruqla vurduğunu, bundan başqa baş leytenant Təqsirləndirilən şəxs N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində ərzaq anbarını səliqəsiz saxladığı üçün əsgər Zərərçəkmiş şəxs4 söyərək onun sinəsindən yumruqla vurduğunu gördüyünü, onun törətdiyi əməllərdən ondan qorxduqları üçün yuxarı komandanlığa məlumat vermədiklərini, onun əməllərindən artıq bezdiklərini, tez-tez onun var-yox söyüşləri söydüyünü, baş leytenant Təqsirləndirilən şəxs hər dəfə onları mənfi xasiyyətnamə verəcəyi ilə hədələdiyini, işin üstü açıldıqdan sonra Təqsirləndirilən şəxs onlardan üzr istədiyini, zərərçəkmiş şəxs kimi onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N oktyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə heyət nəfəri vəzifəsində xidmət etdiyini, xidmət yerinin şərti adı “Ramazan” olan mövqe olduğunu, baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiklərini, N0N5-ci ilin iyul ayının sonlarında, saat 1N:30 radələrində yataqxananın girişində əsgər Zərərçəkmiş şəxsNla söhbət etdiklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs4 yataqxanada çörək bişirərkən hava isti olduğu üçün onların yanlarına gəldiyini, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs4 görüb onu yanına çağıraraq ərzaq anbarını səliqəsiz saxlaması səbəbindən ona qarşı nalayiq ifadə işlədərək onun sinəsindən bir yumruq vurduğunu gördüyünü, N0N5-ci ilin iyul ayının ortalarında saat N radələrində yataqxananın dəhlizində əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3la dayanıb söhbət edərkən baş leytenant Təqsirləndirilən şəxs yataqxananın qapısından çıxıb əsgər Zərərçəkmiş şəxs3 divara söykəndiyini görərək, ona qarşı nalayiq ifadə işlətdikdən sonra onun sinəsinə bir yumruq vurmasını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində şərti olaraq “Ramazan” adlandırılan mövqedə heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, taqım komandirinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu, N0N5-ci ilin avqust ayının əvvəllərində, saat N radələrində mövqedə odun damının yanında əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 ilə birlikdə dayanıb siqaret çəkərkən baş leytenant Təqsirləndirilən şəxs orada siqaret çəkmələrini görüb əsgər Zərərçəkmiş şəxs1 nə üçün orada siqaret çəkib yerə atdıqlarını bildirdikdən sonra ona qarşı nalayiq ifadə işlədərək ona yaxınlaşıb onun qısaqol köynəyinin yaxasından tutub sol qolundan yumruq zərbələri vurduğunu gördüyünü, N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə posta gətirilmiş ehtiyat suları su damına yığarkən əsgər Zərərçəkmiş şəxsN suları dama səliqəsiz yığdığına görə ona irad bildirərək su damının qarşısında ona qarşı nalayiq ifadələr işlədərək onun sinəsindən bir yumruq zərbəsi vurduğunu, əsgər Zərərçəkmiş şəxsN zərbənin təsirindən yerə çökdükdə onun kürəyindən dirsəyi ilə, baldır nahiyəsinə dizi ilə bir dəfə vurduğunu, N0N5ci ilin iyul ayının sonlarında baş leytenant Təqsirləndirilən şəxs ərzaq anbarını səliqəsiz saxladığı üçün yataqxanada əsgər Zərərçəkmiş şəxs4 söyüb sinəsindən yumruq zərbəsi vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N5 iyun N0N5-ci il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etdiyini, xidmət yerinin şərti adı “Ramazan” olan mövqe olduğunu, 1-ci taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiklərini, baş leytenant Təqsirləndirilən şəxs N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində ərzaq anbarını təmiz saxlamadığı üçün əsgər Zərərçəkmiş şəxs4 var yox söyüşü söyüb onun sinəsindən yumruqla vurmasını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid4 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunda gizir hərbi rütbəsində xidmət etdiyini, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etdiyi dövrdən tanıdığını, bacısı oğlu Zərərçəkmiş şəxs4 N0N4-cü ilin oktyabr ayından N nömrəli hərbi hissənin şərti adı “Ramazan” olan mövqeyində xidmət etdiyini, N nömrəli hərbi hissədən tanıdığı baş leytenant Təqsirləndirilən şəxs “Ramazan” adlanan mövqeyinə verildiyini bilib onunla münasibəti olduğu üçün bacısı oğlu Nihadın da orada xidmət etdiyini deyib ondan göz-qulaq olmasını xahiş etdiyini, 18 avqust N0N5-ci il tarixdə məzuniyyətdə olduğundan Bakı şəhərində bacısıgildə olarkən saat 18 radələrində tanımadığı nömrədən Nihadın zəng edərək evləri ilə danışarkən telefon danışığı zamanı baş leytenant Təqsirləndirilən şəxs onu və orada xidmət edən digər əsgər yoldaşlarını incitdiyini, onları təhqir etdiyini, var yox söyüşləri söydüyünü, artıq ona münasibətdə dözülməz bir halın olduğunu, onun hərəkətlərindən bezdiklərini, onun barəsində yuxarı komandanlığa şikayət etmək istədiklərini dediyini, bacısı oğlundan baş leytenant Təqsirləndirilən şəxs nə söyüş söyməsini soruşsa da, o, utandığı üçün cavab vermədiyini, yanında olan tanımadığı başqa əsgərin ondan telefonu alaraq Təqsirləndirilən şəxs onların “var-yoxunu” söyərək bacısı oğlu Nihadın dediklərini təsdiq etdiyini, onun da bu deyilənlərə dözməyərək yuxarı komandanlığa bu barədə məlumat verdiyini, 19 avqust N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edib bacısı oğlu Nihadın və onunla xidmət edən digər əsgərlərin onun barəsində yuxarı komandanlığa şikayət edərək güya onun onları döydüyünü, onların var-yoxlarını söydüyünü bu səbəbdən də onun barəsində araşdırma aparıldığını bildirərək ondan onların şikayətlərini geri götürmələrində ona köməklik etməsini ondan xahiş etdiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs1 ifadəsində N nömrəli hərbi hissənin N-ci taborunun şərti adı “Ramazan” mövqeyində xidmət edərkən taqım komandirinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu və onun tabeliyində xidmət etdiyini, N7 dekabr N0N4-cü il tarixdə, saat N radələrində yataqxanaya daxil olduqda baş leytenant Təqsirləndirilən şəxs güya zarafatla onun sağ və sol qollarından 4-5 yumruq zərbəsi vurduğunu, yumruq zərbələri sərt olduğu üçün qolunda güclü ağrı hiss etdiyini, ağrıdığından ona vurmamasını desə də baş leytenant Təqsirləndirilən şəxs onu vurmağa davam etdirərək “vururam ki, bərkiyəsən” dediyini, onu vurmaması üçün qabağa əyilsə də, həmin vaxt kürək nahiyəsindən sağ dirsəyi ilə 5-6 dəfə yumuruqla vurduğunu, onun dayanmadığını görüb, zərbələrin təsirindən dözə bilməyib yataqxanadan çölə qaçdığını, bir neçə gün qollarında, kürəyində bərk ağrılar olduğunu, N0N5-ci ilin iyun ayının əvvəllərində saat N radələrində baş leytenant Təqsirləndirilən şəxs yataqxanada döyüş xidmət jurnalını yoxlayarkən onun kitabı səhv yazmasını görüb buna görə sağ əli ilə onun sağ qolundan N-3 yumruq zərbəsi vurduğunu, sonra qolunu boynuna salıb sol sifət nahiyəsindən də N-3 şillə zərbəsi vurduğunu, həmin vaxt qolunda və sifətində bərk ağrılar hiss etdiyini, N0N5-ci ilin avqust ayının əvvəllərində saat N radələrində odun saxlancının qarşısında kölgəlikdə əsgərlər Zərərçəkmiş şəxsN, ŞahidN və Zərərçəkmiş şəxs3la birlikdə dayanıb siqaret çəkərkən baş leytenant Təqsirləndirilən şəxs oraya gəlib tək ona qarşı nalayiq ifadə işlətdikdən sonra əynində olan qısaqol köynəyin yaxasından tutub sağ əli ilə onun sol qolundan 3 yumruq zərbəsi vurduğunu, onun yumruq zərbələri sərt olduğundan qolunda bərk ağrı hiss etdiyini, N0N5-ci ilin iyun ayının əvvəllərində yataqxananın qarşısında siqaret çəkərkən əsgər Zərərçəkmiş şəxsN qaçaraq yataqxanadan çıxmasını gördüyünü, əsgər Zərərçəkmiş şəxsN onun yanına gələrək ərzaq normasını düzgün yazmadığı üçün baş leytenant Təqsirləndirilən şəxs onu söyüb sinəsindən yumruq zərbələri vurmasını dediyini, bundan başqa, N0N5-ci ilin iyul ayında, saat N radələrində baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə posta gətirilmiş 10 litrlik qablarda olan ehtiyat suları əsgər ŞahidNla su damına yığarkən əsgər Zərərçəkmiş şəxsN isə su damında suları üst-üstə yığdığını, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs su damına gəlib əsgər Zərərçəkmiş şəxsN suları səliqəsiz yığdığını irad tutaraq ona qarşı nalayiq ifadə işlətdikdən sonra onun sinəsindən yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN zərbənin təsirindən yerə çökdüyünü, baş leytenant Təqsirləndirilən şəxs onun kürəyindən dirsəyi ilə, baldır nahiyəsindən isə dizi ilə iki dəfə vurduğunu gördüyünü, N0N5-ci ilin iyul ayının ortalarında, saat N radələrində yataqxanada əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs3la dəhlizdə söhbət edərkən həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 divara söykənib durduğunu, baş leytenant Təqsirləndirilən şəxs isə yataqxananın qapısından dəhlizə çıxıb onun divara söykənməsini görüb əsgər Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadə işlətdikdən sonra onun sinəsindən bir yumruq vurduğunu gördüyünü, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə ələqadar məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN ifadəsində N nömrəli hərbi hissənin N-ci tabor, 6-cı bölüyündə xidmət edərkən xidmət yerinin şərti adı “Ramazan” olan mövqey olduğunu, həmin vaxt taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs olduğunu, baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyini, baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə N0N5-ci ilin iyun ayının əvvəllərində, saat N radələrində şərti adı “Ramazan” olan mövqenin yataqxana binasında gündəlik ərzaq normasının siyahısını yazarkən həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs içəridə çarpayıda uzandığını, onun yanından keçərkən çarpayıdan ayağa durub ona qarşı nalayiq ifadə işlətdikdən sonra sağ və sol əlləri ilə onun sinəsindən 5-6 dəfə güclü formada yumruq zərbələri vurduğunu, həmin vaxt sinəsində güclü ağrı hiss etdiyindən onun yenə vurmaması üçün qaçıb yataqxanadan çölə çıxdığını, N0N5-ci ilin iyul ayının sonlarında, saat N radələrində baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə posta gətirilmiş ehtiyat suları əsgərlər Zərərçəkmiş şəxs1 və ŞahidNla birlikdə saxlanca yığarkən suları səliqəsiz yığmasını deyib onu su damının qarşısına çağıraraq ona qarşı nalayiq ifadə işlədib sinəsindən sağ əli ilə bir yumruq vurduğunu, həmin vaxt sinəsində güclü ağrı hiss etdiyini, bir daha onu vurmaması üçün yerə çökdükdə yenə kürəyindən dirsəyi ilə, baldır nahiyəsindən isə dizi ilə iki zərbə vurduğunu, baş leytenant Təqsirləndirilən şəxs N0N4-cü ilin dekabr aylarının sonlarında, saat N radələrində əsgər Zərərçəkmiş şəxs1 hər iki qolundan yumruq zərbələri vurduğunu gördüyünü, bundan başqa, baş leytenant Təqsirləndirilən şəxs N0N5-ci ilin avqust ayında odun damının qarşısında siqaret çəkərkən əsgər Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlədərək yaxasından tutub sol qolundan yumruq zərbələri vurmasını gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs 30 iyul N0N5-ci il tarixdə saat 1N:30 radələrində ərzaq anbarını səliqəsiz saxladığı üçün əsgər Zərərçəkmiş şəxs4 söyərək onun sinəsindən yumruq zərbəsi vurmasını eşitdiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə-tibbi ekspertin 01 sentyabr N0N5-ci il tarixli, 480 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində 17 avqust N0N5ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, əsgər Zərərçəkmiş şəxs5 ekspert müayinəsi zamanı baş leytenant Təqsirləndirilən şəxs 17 avqust N0N5-ci il tarixdə ona zor tətbiq edib vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertin 01 sentyabr N0N5-ci il tarixli, 481 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində N0N5-ci ilin iyul ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, əsgər Zərərçəkmiş şəxs3 ekspert müayinəsi zamanı baş leytenant Təqsirləndirilən şəxs N0N5-ci ilin iyul ayının sonlarında ona zor tətbiq edib vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertin 01 sentyabr N0N5-ci il tarixli, 48N nömrəli rəyində əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində N0N5-ci ilin iyuniyul aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, əsgər Zərərçəkmiş şəxsN ekspert müayinəsi zamanı baş leytenant Təqsirləndirilən şəxs N0N5-ci ilin iyun ayının əvvəllərində və N0N5-ci ilin iyul ayının sonlarında ona zor tətbiq edib vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertin 06 sentyabr N0N5-ci il tarixli, 50N nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində 30 iyul N0N5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, əsgər Zərərçəkmiş şəxs4 ekspert müayinəsi zamanı baş leytenant Təqsirləndirilən şəxs 30 iyul N0N5-ci il tarixdə ona zor tətbiq edib vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertin 06 sentyabr N0N5-ci il tarixli, 503 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində N0N4-cü ilin dekabr ayında, N0N5-ci ilin iyun və avqust aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, əsgər Zərərçəkmiş şəxs1 ekspert müayinəsi zamanı baş leytenant Təqsirləndirilən şəxs N7 dekabr N0N4-cü il tarixdə, N0N5-ci ilin iyun ayının əvvəllərində və N0N5-ci ilin avqust ayının əvvəllərində ona zor tətbiq edib vurduğunu göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş NN avqust N0N5-ci il tarixli, 3-N5-N14/N-10N0/N0N5 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissədə birgə xidmət etdikləri müddətdə hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant Təqsirləndirilən şəxs ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxsN, əsgər Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxs4 və əsgər Zərərçəkmiş şəxs5 arasında tabelik münasibətləri var, baş leytenant Təqsirləndirilən şəxs onlara rəis hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 15 oktyabr N0N5-ci il tarixli, 3-N5-N14/N-1336/N0N5 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin zabiti, baş leytenant Təqsirləndirilən şəxs 09 iyun N0N5-ci il tarixdən 04 iyul N0N5-ci il tarixədək N5 gün müddətinə məzuniyyətdə olmuş, 17-19 iyul N0N5-ci il tarixlərində üç günlük istirahətdə olmuş, 18-19 fevral N0N5-ci il, 18-19 mart N0N5-ci il, 15-16 aprel N0N5-ci il, 13-14 may N0N5-ci il, 15-16 iyul N0N5-ci il və 11-13 avqust N0N5-ci il tarixlərində hərbi hissənin daimi dislokasiya məntəqəsində keçirilən taqım komandirlərinin toplanışında iştirak etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissə komandaniri Vüsal Quliyev tərəfindən verilmiş 08 oktyabr N0N5-ci il tarixli, 3-N5-N14/N-1333/N0N5 nömrəli məktubdan görünür ki, Hərbi hissənin şərti olaraq “Ramazan” adlanan mövqeyi Şahbuz rayonunda, dağlıq ərazidə, hava xətti ilə N754 metr məsafədə düşmənin şərti “DŞK” adlanan, hava xətti ilə N850 metr məsafədə, düşmənin şərti “Kəşfiyyat” adlanan, hava xətti ilə 19N0 metr məsafədə, düşmənin şərti “Aşağı Pexota” adlanan, hava xətti ilə 3180 metr məsafədə düşmənin şərti “Yüksəklik” adlanan mövqeyləri ilə bir başa təmas xəttində döyüş şəraitində yerləşir. ( cinayət işi 1-ci cild, iş vərəqə N50) Təqsirləndirilən şəxs 04 iyul N0N5-ci il tarixdə dispanser müayinədən keçirilmiş, 04 iyul N0N5-ci il tarixli, 610 nömrəli dispanserizasiya vərəqəsində müayinələrin nəticəsinə uyğun olaraq onun sağlam olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində XN Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X8 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi müalicə almadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada narkoloji xəstə kimi müalicə almadığı göstərilmişdir. “Tovuz rayon Mərkəzi Xəstəxanası” X8 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli, 31N nömrəli əmri ilə hərbi hissənin Nci taborunun 6-cı bölüyünün 1-ci taqımının komandiri (“Ramazan” mövqeyi, yüksəklik N709.9 m) vəzifəsinə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 44 Günlük vətən müharibəsində iştirak edərək “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 –N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli, N94 nömrəli əmri ilə hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1ci manqasının atıcı-radiotelefonçusu vəzifəsindən hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcı sanitarı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N0N5-ci il tarixli, 9N nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcı sanitarı vəzifəsindən hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Hal-hazırda xidmətdən tərxis olunub. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxsN – natamam orta-ixtisas təhsillidir, subaydır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli, N94 nömrəli əmri ilə hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün N-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsindən hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının tuşlayıcı-minataanı vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Hal-hazırda xidmətdən tərxis olunub. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 Çəmşid oğlu – tam orta təhsillidir, subaydır. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 – natamam orta təhsillidir, subaydır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli, N84 nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 – natamam orta təhsillidir, subaydır. N nömrəli hərbi hissə komandirinin N5 iyun N0N5-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun 6cı bölüyünün 1-ci taqımının 1-ci manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 3N9.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə istintaqında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübut xarakterli digər iş materialları ilə (əməl beş zərərçəkmiş şəxsə qarşı törədilmişdir) tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirli bilinən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək, onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, 44 Günlük vətən müharibəsində iştirak edərək “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən üzr istəyərək, onlarla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Silahlı X1 1-ci maddəsində göstərilir ki, hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara riayət etməklə hərbi intizama əməl etməlidirlər. Daxili Xidmət Nizamnaməsinin N-ci maddəsində “hərbi qulluqçuların hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirmələri”, 38-ci maddəsində “hərbi qulluqçuların birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları”, 4N-ci maddəsində “hərbi qulluqçuların həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmələri, 46-cı maddəsində “komandirin şəxsi heyətin tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə” cavabdeh olmaları, 47-ci maddəsində “komandir (rəis) heyətinin tabeliyində olanlara rəğbət və ehtiram göstərmələri, qayğılarına qalmaları, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməmələri, onların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmaları, 50-ci maddəsində isə “hər bir komandir (rəis) heyətinin tabeliyində olanların ciddi hərbi intizamın zəruriliyini şüurlu surətdə dərk etmələrinə səy göstərmələri, baş verə biləcək cinayətlərin, xoşagəlməz hadisə və hərəkətlərin qarşısını vaxtında almaları, onların yaranmasına səbəb ola biləcək amilləri vaxtında aşkar edib aradan qaldırmağa diqqət yetirmələri” göstərilmişdir. Azərbaycan Respublikası Silahlı X1 55-ci maddəsində isə göstərilir ki, taqım komandirinin tabeliyində olan hərbi qulluqçulara hərbi intizamı pozmalarına görə məzəmmət, töhmət, şiddətli töhmətdən başlayaraq əsgərlərə növbədənkənar 4-ə qədər xidmət naryadı vermək hüququ vardır. Həmin Nizamnamənin 90-cı maddəsində göstərilir ki, əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldıra bilər. X3 87-ci maddəsində göstərilir ki, rəis tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin yuxarıda sadalanan tələblərini kobud surətdə pozaraq onun tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən onun tabeliyində olan əsgərlərə qarşı qanuna və nizamnaməyə uyğun olmayan davranış qaydasını seçməsini, törətdiyi cinayət əməlini düşmənlə üz-üzə döyüş mövqeylərində törətməsini, onların var yoxunu söyərək təhqir etməsini, müxtəlif bəhanələrlə onları döyməsini, əgər kimlərsə yuxarı komandanlıqdan onların xidmət etdikləri mövqeyə gələrkən onlara şikayət edərlərsə həmin əsgərləri ciddi şəkildə cəzalanacağını, həmin əsgərlərə mənfi xasiyyətnamə verəcəyini, (həttda ondan evlərinə şikayət edən əsgərlərdən Zərərçəkmiş şəxs4 heç bir cəzası olmamasına baxmayaraq xidməti vərəqəsində ona cəza yazdığını) bildirərək şüurlu şəkildə cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, əməli bir neçə şəxsə qarşı törətməsini, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmasını nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının minimum həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X7rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 30 oktyabr N0N5-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi təqdim etdiyi hesabata uyğun Naxçıvan şəhər Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli N9 yanvar N0N6-cı il tarixdən hesablansın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərmiş olduğu hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi təqdim etdiyi hesabata uyğun Naxçıvan şəhər Vəkil Bürosunun hesabına pul köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar