Məhkəmə qərarları › İş №1-1(092)-74/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-74/2025

06.01.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-74/2025 06.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Əhmədova Nərgiz Bağır qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Şərur rayonunun Qabıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (Fin xxxxxxx) evli (3 uşaq atası), tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Qabıllı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində N6 noyabr N0N5-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissədə xidmət edən gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyev X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 19 sentyabr N0N5-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində, 4-cü taborun minaatan batareyasının şəxsi heyəti üçün nəzərdə tutulmuş 1ci yataq otağında yataqların səliqəsinə baxarkən sağ pəncərə tərəfdən 1-ci çarpayının N-ci mərtəbəsindəki döşəyin üzərində olan adyalın düzgün yığılmadığını görüb onu düzəldərkən, həmin gün saat N radələrində səhər yerbəyerinə getməzdən əvvəl minaatan batareyasının 1-ci taqımının atəşi idarə etmə manqasının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Zərərçəkmiş şəxs həmin adyalın arasında gizlətdiyi, özünə məxsus, orta bazar qiyməti 1000 (bir min) manat olan “İphone-15” markalı mobil telefonu adyalın arasında görmüş, həmin vaxt onda yaranmış oğurluq niyyətini həyata keçirmək məqsədilə özgə əmlakı olan “İphone-15” markalı mobil telefonu götürüb oğurluq yolu ilə talamış və digər yataq otağında gizlətmişdir. NN sentyabr N0N5-ci il tarixdə saat 18:30-da telefonun aşkar edilmədiyini görüb gizlətdiyi yerdən götürərək çantasına qoymaqla yaşadığı ünvan 1 ünvanına aparmış, həmin gün saat N0 radələrində telefonu açdıqda Zərərçəkmiş şəxs “İCloud” şifrəsi vasitəsilə telefonun onun yaşadığı ünvanda olduğunu aşkar edib həmin ünvana gəlmiş, Təqsirləndirilən şəxs oğurluq əməlinin aşkar edilməməsi üçün telefonu hasardan qonşu torpaq sahəsinə atsa da, telefon orada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində MAHHXHQ-su kiçik çavuş Zərərçəkmiş şəxs hərbi xidmətdən görüb tanıdığını, Zərərçəkmiş şəxs həmin vaxt onun tabeliyində xidmət etdiyini, onunla münasibətlərinin xidməti olduğunu, 19 sentyabr N0N5-ci il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının 4-cü taborun şəxsi heyətinin yatdığı 3-cü mərtəbəsində, minaatan batareyası üçün nəzərdə tutulmuş kubrikdə çarpayıların üzərində olan adyalların səliqəsinə baxarkən birinci çarpayının ikinci mərtəbəsində olan adyalın səliqəsiz olduğunu görüb həmin adyalı düzəldən zaman adyalın arasında bir ədəd “İphone-15” markalı mobil telefon görüb orada heç kəsin olmamasından istifadə edərək həmin telefonu oğurlamq fikirinə düşdüyünü, telefonu olduğu yerdən götürüb başqa çarpayının döşəyinin altına qoyub gizlətdiyini, həmin gün saat 1N radələrində yataqxanada olarkən kiçik çavuş Zərərçəkmiş şəxs yataqxanada ona yaxınlaşaraq ehtiyat kubrikdə özünə məxsus “İphone-15” markalı mobil telefonu gizlətdiyini, indi isə tapa bilmədiyini, kiminsə onu oğurladığını dediyini, həmin vaxt oğurladığı mobil telefonun ona məxsus olduğunu bildiyini, lakin ona həmin telefonu görmədiyini dediyini, NN sentyabr N0N5-ci il tarixdə saat 18:30 radələrində, axşam yerbəyerindən sonra oğurladığı “İphone-15” markalı telefonu gizlətdiyi yerdən götürərək yaşadığı Naxçıvan şəhəri, Əliabad qəsəbəsindəki evlərinə apararaq saat təqribən N0 radələrində həmin telefonu oğlu Şahid4 verib ondan telefonu açmasını istədiyini, oğlu Şahid4 də telefonu açan zaman telefonun ekranında onun oğurluq telefon olması və axtarışda olması haqqında mesaj gəldiyini, həmin vaxt oğlu Şahid4 ona telefonun oğurluq olmasını, proqram tətbiqi vasitəsilə telefonun harada olmasının bilindiyini bildirsə də onun dediyinə əhəmiyyət vermədiyini, “ona get işinlə məşğul ol” deyib telefonu aparıb otaqda çantasına qoyduğunu, təxminən saat N1 radələrində kiçik çavuş Zərərçəkmiş şəxs onun telefonuna zəng edərək çölə çıxmağını dediyini, həmin vaxt həyətə çıxarkən kiçik çavuş Zərərçəkmiş şəxs kiçik çavuş Şahid3la onu çöldə gözlədiklərini gördüyünü, Zərərçəkmiş şəxs ona itmiş telefonunun onun evində olduğunu, bunu mobil tətbiq vasitəsi ilə öyrəndiklərini deyərək telefonu qaytaracağı halda bu barədə heç kimə heç nə deməyəcəyini bildirdiyini, işindən çıxarılacağından qorxaraq, telefonu itirmək üçün yalandan onlara hava soyuq olduğu üçün qalın paltar geyinəcəyini bildirib bir bahanə ilə evə keçərək oğurladığı mobil telefonu çantasından götürüb öz boz rəngli alt köynəyinə büküb ağ rəngli salafanın içinə qoyaraq ağzını bağlayaraq qonşuluqda olan boş torpaq sahəsinə ataraq küçəyə çıxıb onların yanına gedərək Zərərçəkmiş şəxs telefonun onda olmadığını bildirdiyini, bir az sonra batareya komandiri kapitan Şahid1 və taborun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi kapitan ŞahidN, daha sonra hərbi polisin əməkdaşları həmin ünvana gələrək onun razılığı ilə onun evinin həyətində və qonşuluqda olan boş sahədə axtarış apararkən kapitan Şahid1 telefonu atdığı boş torpaq sahəsindən taparaq hərbi polisə təqdim etdiyini, başqa çıxış yeri qalmadığından telefonu oğurladığını etiraf etdiyini, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş MAHHXHQ kiçik çavuşu Zərərçəkmiş şəxs ifadəsində gizir Təqsirləndirilən şəxs hərbi xidmət müddətindən görüb tanıdığını, onun tabeçiliyində xidmət etdiyini, hadisə olan gün 18 sentyabr N0N5-ci il tarixdə, axşam saatlarında Naxçıvan şəhərində yerləşən “Alitelecom” telefon mağazasından altı-satqı müqaviləsi ilə N400 manata kredit ilə, ilkin ödəniş N00 manat ödəməklə “İphone-15” markalı mobil telefon aldığını, həmin gün də telfonu aldığına görə peşman olduğunu və səhəri gün həmin telefonu aparıb şəhərdə satacağını düşündüyünü, səhərsi gün yəni 19 sentyabr N0N5-ci il tarixdə, səhər hərbi hissəyə gələrkən telefonu da özü ilə gətirdiyini, saat N radələrində hərbi hissənin yataqxanasının 3cü mərtəbəsinə qalxaraq minaatan batareyasına məxsus girişdən sol tərəfdə yerləşən 1-ci ehtiyyat kubrikə daxil olaraq həmin “İphone-15” markalı telefonu söndürüb sağ pəncərə tərəfdəki birinci yatağın ikinci mərtəbəsindəki adyalın arasına qoyub gizlətdiyini, saat 1N radələrində yataqxanaya gələrək həmin kubrikə keçib telefonu qoyduğu yerə baxanda telefonun orada olmadığını görüb dərhal kubrikdən çıxıb batareyanın baş çavuşu olan gizir Təqsirləndirilən şəxs zəng edərək onun yanına gedib itmiş telefonunu soruşaraq ona telefonunu gizlətdiyi yeri göstərdiyini, gizir Təqsirləndirilən şəxs də telefonu görmədiyini bildirdiyini, bütün günü telefonunu axtarsa da tapa bilmədiyini, saat təqribən 1N radələrində telefonunun “İcloud” şifrəsini “Google”-da yazsa da telefon söndürüldüyündən yerini dəqiqləşdirə bilmədiyini, bundan sonra batareya komandiri kapitan Şahid1 müraciət edib telefonunu ehtiyyat kubrikdə oğurlandığını bildirdiyini, N0 sentyabr N0N5-ci il tarixdə axşam saatlarında növbəni təhvil verib naryaddan çıxıb yaşadığı evə getdiyini, evdə olarkən NN sentyabr N0N5-ci il tarixdə, saat N1 radələrində “İCloud” vasitəsilə axtarış edərkən telefonunun məkanının Naxçıvan şəhəri, Əliabad qəsəbəsində olduğunu göstərdiyini, həmin vaxt xidmət yoldaşı Şahid3 bu barədə bildirib onunla birlikdə Əliabad qəsəbəsinə getdiklərini, bu barədə batareya komandiri kapitan Şahid1 məlumat verdiyini, Əliabad qəsəbəsində həmin ünvana gələrkən telefonun məkanının göstərildiyi həyət evinin gizir Təqsirləndirilən şəxs evi olduğundan həmin vaxt telefonunu gizir Təqsirləndirilən şəxs oğurladığını düşündüyünü, ona zəng edərək evdən çölə çıxmasını xahiş etdiyini, gizir Təqsirləndirilən şəxs küçəyə çıxdıqdan sonra ona proqramda telefonun yerinin onun evində göründüyünü, telefonu qaytaracağı halda məsələni heç kimə bildirməyəcəyini bildirdikdə gizir Təqsirləndirilən şəxs telefonun onda olmadığını, telefonu onun oğurlamadığını bildirdiyini, həmin vaxt onun hava soyuq olduğu üçün qalın paltar geyinməli olduğunu bildirərək evə qayıtdığını, bu vaxt “Google” proqramında həmin telefonun yerinin dəyişdiyini, gizir Təqsirləndirilən şəxs evindən aralıda yerləşən boş yerdə olduğunu gördüyünü, bir azddan gizir Təqsirləndirilən şəxs gələrək təkrar telefonu onun götürmədiyini, telefonun onda olmadığını təkidlə bildirdiyini, bir azdan batareya komandiri kapitan Şahid1 və taborun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi kapitan ŞahidN, daha sonra 7-ci Hərbi Polis şöbəsinin əməkdaşları həmin yerə gələrək gizir Təqsirləndirilən şəxs icazəsi ilə onun evinin həyətində və evinə yaxın ərazidə olan boş sahədə axtarış apardıqlarını, saat təqribən N3 radələrində proqramın göstərdiyi ərazidə, gizir Təqsirləndirilən şəxs evinin yanından keçən avtomobil yolunun kənarda olan boş torpaq ərazidə axtarış edən zaman kapitan Şahid1 ağ sellofan torbanın içərisində, boz rəngli alt köynəyə bükülmüş vəziyyətdə telefonu taparaq hərbi polis əməkdaşlarına təqdim etdiyini, həmin vaxt gizir Təqsirləndirilən şəxs təqsirini boynuna alıb telefonu özünün oğurladığını və yaşadığı evə gətirdiyini bildirdiyini, zərərçəkmiş şəxs kimi onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin 4-cü taborunun minaatan batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən Şahid1 ifadəsində 19 sentyabr N0N5-ci il tarixdə, saat N radələrində hərbi hissədə, xidməti otağında olarkən kiçik çavuş Zərərçəkmiş şəxs ona telefonunun oğurlanması barədə məlumat verdiyini, həmin vaxt ona hərbi hissəyə smartfon tipli mobil telefon gətirdiyinə görə irad bildirərək telefonunun itməsi barədə taborun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi kapitan ŞahidN məlumat verdiyini, NN sentyabr N0N5-ci il tarixdə, saat N1 radələrində Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək həmin telefonun yerini tapdığını, telefonun Əliabad qəsəbəsində göründüyünü dediyini, buna görə də qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi kapitan ŞahidN məlumat verərək onunla birlikdə həmin ünvana getdiklərini, yolda kiçik çavuş Zərərçəkmiş şəxs ona bir daha zəng edərək gizir Təqsirləndirilən şəxs paltar geyinmək üçün evə girdiyini və həmin vaxt telefonun yerinin dəyişdiyini, telefonun yerinin artıq evdə deyil, yaxınlıqdakı ərazidə görsəndiyini dediyini, bundan sonra kapitan ŞahidNla həmin ünvana çatanda küçədə kiçik çavuş Zərərçəkmiş şəxs və MAHHXHQ kiçik çavuş Şahid3 Təqsirləndirilən şəxs söhbət etdiyini gördüklərini, bir az sonra hərbi polis şöbəsinin əməkdaşlarının da oraya gəlib gizir Təqsirləndirilən şəxs telefonu axtarmaq üçün onun həyətinə baxış keçirilməli olduqlarını bildirdiklərini, gizir Təqsirləndirilən şəxs də buna razılıq verdiyini, gizir Təqsirləndirilən şəxs iştirakı ilə boş həyətyanı sahədə axtarış aparıarkən həmin vaxt onun evinin yaxınlığındaki boş ərazidən ağ sellofan torbada boz rəngli alt köynəyinə bükülmüş vəziyyətdə “İphone- 15” markalı telefonu tapıb hərbi polisin əməkdaşlarına təhvil verdiklərini gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində xidmət edən ŞahidN ifadəsində 19 sentyabr N0N5-ci il tarixdə, saat N radələrində hərbi hissədə olarkən taborun minaatan batareyasının komandiri kapitan Şahid1 ona kiçik çavuş Zərərçəkmiş şəxs “İphone 15” markalı mobil telefonunun hərbi hissədə itdiyini bildirdiyindən Zərərçəkmiş şəxs yanına çağırıb niyə hərbi hissəyə smartfon tipli mobil telefon gətirdiyini soruşaraq onu danlayıb tabor komandirinə bu barədə məlumat verdiyini, NN sentyabr N0N5-ci il tarixdə, saat N1 radələrində kapitan Şahid1 onun mobil telefonuna zəng edərək MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs telefonunun “İcloud” proqramı vasitəsilə tapıldığını, həmin telefonun Naxçıvan şəhəri, Əliabad qəsəbəsində evlərdən birində göründüyünü, həmin evin gizir Təqsirləndirilən şəxs evi olduğunu dediyini, buna görə batareya komandiri kapitan Şahid1la birlikdə Əliabad qəsəbəsinə gizir Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, bir az sonra hərbi polisin əməkdaşlarının gələrək onlarla birlikdə gizir Təqsirləndirilən şəxs evinin həyətində və ətrafında onun razılığı ilə axtarış aparmağa başladıqlarını, axtarış zamanı kapitan Şahid1 gizir Təqsirləndirilən şəxs evinin yaxınlığından keçən avtomobil yolunun digər tərəfində olan boş torpaq sahəsindən ağ rəngli sellofan torbanın içərisində, alt köynəyinə bükülmüş vəziyyətdə telefonu taparaq hərbi polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini gördüyünü, telefonu da onun, yəni gizir Təqsirləndirilən şəxs oğurladığını bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin N-ci taborunun minaatan batareyasının 1-ci taqımın 3-cü manqasının komandiri vəzifəsində, MAHHXHQ kiçik çavuş hərbi rütbəsində xidmət edən Şahid3 da ifadəsində şahid N nömrəli hərbi hissənin 4-cü taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində xidmət edən ŞahidN ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. Cinayət işi üzrə N5 sentyabr N0N5-ci ildə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, təqdim edilmiş 03 oktyabr N0N5-ci il tarixli, NMQ 019-10/N5 nömrəli X1 hesabatında 01 ədəd “İphone-15” markalı, 1N8GB/8G yaddaşlı mobil telefonun köhnəlmə faizi nəzərə alınmaqla orta bazar dəyərinin 1000.(min) manat müəyyən olunduğu göstərilmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, İstintaq zamanı “İphone-15” markalı mobil telefonun şübhəli şəxsə tanınma üçün təqdim etmək zərurəti yarandığından, 17 noyabr N0N5-ci il tarixdə həmin mobil telefon onunla eyni növdən olan əlavə 3 ədəd mobil telefonla birlikdə gizir Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi iştirakı ilə tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs N rəqəmi ilə tanınmaya təqdim edilmiş “İphone-15” markalı mobil telefonu tanıyaraq həmin mobil telefonu 19 sentyabr N0N5-ci il tarixdə N nömrəli hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində yerləşən 4-cü taborun minaatan batareyasının şəxsi heyətinin yatması üçün nəzərdə tutulmuş 1-ci yataq otağının sağ pəncərə tərəfdən 1-ci çarpayısının N-ci mərtəbəsində olan yatağın adyalının arasından oğurladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində yerləşən 4-cü taborun minaatan batareyasının şəxsi heyəti üçün nəzərdə tutulmuş 1-ci yataq otağının sağ pəncərə tərəfdən 1-ci çarpayısının N-ci mərtəbəsində olan yatağın adyalının arasından oğurladığı 01 ədəd “İphone-15” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin, istintaq zamanı gizir Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə 19 noyabr N0N5-ci il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasında ifadənin yerində yoxlanması istintaq hərəkəti yerinə yetirilmiş, gizir Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə 19 sentyabr N0N5-ci il tarixdə, saat N radələrində N nömrəli hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində yerləşən 4-cü taborun minaatan batareyasının şəxsi heyəti üçün nəzərdə tutulmuş 1-ci yataq otağının sağ pəncərə tərəfdən 1-ci çarpayısının N-ci mərtəbəsində olan yatağın adyalının arasından Zərərçəkmiş şəxs məxsus olan “İphone-15” markalı mobil telefonu hansı şəraitdə oğurladığını əyani olaraq göstərmiş və ətraflı təsvir etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 7-ci Hərbi polis şöbəsindən 10-cu Təhqiqat bölməsinə ünvanlanmış N3 sentyabr N0N5-ci l tarixli məktubda 19 sentyabr N0N5-ci il tarixdə N nömrəli hərbi hissənin 4-cü taborunun minaatan batareyasının MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs “İphone-15” markalı mobil telefonu hərbi hissəyə gətirərək əsgər yataqxanasında çarpayılardan birinin adyalının arasında gizlətdiyi, düzülüşdən sonra həmin telefonu gizlətdiyi yerdə tapa bilmədiyi, minaatan batareyasının başçavuşu gizir Təqsirləndirilən şəxs həmin mobil telefonu oğurlayaraq başqa yerdə gizlətdiyi, NN sentyabr N0N5-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına apararaq istifadə etməyə cəhd göstərdiyi həmin vaxt Zərərçəkmiş şəxs “İColud” şifrəsi ilə telefonun Naxçıvan şəhəri, Əliabad qəsəbəsində olduğunun bilindiyi, həmin ərazidə axtarış aparılan zaman gizir Təqsirləndirilən şəxs qonşuluğunda olan boş həyətyanı sahədən həmin mobil telefonun Təqsirləndirilən şəxs məxsus alt köynəyinə bükülmüş halda sellofan torbada tapıldığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N nömrəli hərbi hissənin 4-cü taborunun komandiri mayor Elşən Musayevin hərbi hissə komandirinə ünvaladığı raportdan görünür ki, həmin taborun minaatan batareyasının baş çavuşu gizir Təqsirləndirilən şəxs eyni batareyada xidmət edən MAHXHHQ kiçik çavuş Zərərçəkmiş şəxs məxsus “İphone-15” markalı mobil telefonu oğurlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş N0 oktyabr N0N5-ci il tarixli, N886 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə gizir Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR XN sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs İsə oğlunun Dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli, 300 nömrəli əmrindən çıxarışda gizir Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildib, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin tank əleyhinə artilleriya batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. N5 noyabr N0N4-cü il tarixli, 333 nömrəli əmrində çıxarışdan görünür ki, onun həmin hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edildilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə gizir Təqsirləndirilən şəxs mənfi xarekterizə olunmuşdur. Zərərçəkmiş şəxs – N9 avqust N001-ci il tarixdə Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Şərur rayonunun Cəlilkənd kəndində qeydiyyatda olmaqla həmin yerdə yaşayır. N nömrəli hərbi hissə komandirinin N7 dekabr N0NN-ci il tarixli, 367 nömrəli əmrindən çıxarışda MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildib, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin 4-cü motoatıcı taborunun artilleriya batareyasının 1-ci taqımının 3-cü manqasının top komandiri vəzifəsinə təyin edilmişdir. N8 noyabr N0N4-cü il tarixli, 336 nömrəli əmrində çıxarışda isə onun həmin hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun minaatan batareyasının 1-ci taqımının atəşi idarəetmə manqasının komandiri-baş hesablayıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. Şahid4 məhkəməyə ərizə ilə müraciyət edərək Təqsirləndirilən şəxs onun atası olduğunu bu səbəbdən də Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq onun əlehinə ifadə verməkdən imtina etmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs aşağıdaki ailə üzvləri vardır. Arvadı:-X4 1980-ci il doğumlu. 0ğlu:- X5. xx.xx.N007-ci il doğumlu. Oğlu:-Şahid4. xx.xx.N009-cu il doğumlu. Oğlu: X7. xx.xx.N016-cı il doğumlu. (az yaşlı) Beləliklə,məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası daxilində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində üç uşağı olmaqla bir azyaşlı uşağının olmasını, əməlini səmimi etraf edib əməlindən peşiman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Beləki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən,cəza sosial ədalətin bərpası,məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu vəs.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması,motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi,dərəcəsi və xarakteri və s.) nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. Azərbaycan Respublikası CM-nin 49.4-cü maddəsinə əsasən islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir, Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri əvəzinə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə pul tutulmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”N5 iyun N003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone-15” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd alt köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs, hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiəçinin təqdim etdiyi hesabata uyğun Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülməlidir. İş üzrə məhkəmə xərci – cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair X3 tərəfindən aparılmış qiymətləndirmənin xidmət haqqı 150 (yüz əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq tutularaq “X3 MMC-nin VÖEN:********** H/h:AZ16NİCB**********0001A35090 "xxxx" ASC, kodu 507064 VÖEN ********** muxbir hesabı: AZ98NABZ ******************** saylı müxbir hesabına ödənilməlidir. Cinayət iş üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsini, Azərbaycan Respublikası CPM-nin 345-349,351-353,356, 358,383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə aylıq pul təminatından dövlət nəfinə 1N (on iki) faiz məbləğində pul tutulmaqla 1(bir) il N(iki) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə xidmət etdiyi yeni hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone-15” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd alt köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs, hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiəçinin təqdim etdiyi hesabata uyğun Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülsün. İş üzrə məhkəmə xərci – cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair X3 tərəfindən aparılmış qiymətləndirmənin xidmət haqqı 150 (yüz əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq “X3 MMCnin VÖEN:********** H/h:AZ16NİCB**********0001A35090 "xxxx" ASC, kodu 507064 VÖEN ********** muxbir hesabı: AZ98NABZ ******************** saylı müxbir hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar