Məhkəmə qərarları › İş №1-1(092)-76/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-76/2025

21.01.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-76/2025 21.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx N00N-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx) subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 06 dekabr N0N5-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci taqımının N-ci manqasının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Axundov XN Nazirliyininin N nömrəli hərbi hissəsinin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci taqımının N-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N1 iyul N0N5-ci il tarixdə saat 18 radələrində onunla tabelik münasibətlərində olan, həmin taqımın 1-ci manqasında atıcı-nizamlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs MAHHXHQ və gizirlərin ünvanına nalayiq ifadə işlətməsinə görə, bölüyün yataqxanasının sanitar qovşağında sonuncudan hansı səbəbdən nalayiq ifadə işlətməsini soruşub hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs əynində olan kitelin yaxa hissəsindən tutaraq özünə tərəf çəkib sifət nahiyəsinə başı ilə bir zərbə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən “sağ üst çənədə İ dişin (stomatoloji statusla 1N-ci) tac səviyyəsindən sınığı və üst dodağın sağ bucağında 1 ədəd qançırla müşayiət olunan səthi yara” xəsarətlərini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi vaxtdan tanıdığını və onun tabeliyində xidmət etdiyini, N1 iyul N0N5ci il tarixdə xidmət etdiyi bölük üzrə cavabdeh təyin olunduğunu, onunla birgə eyni bölükdə xidmət edən 8 nəfər əsgər və Zərərçəkmiş şəxs da N nömrəli hərbi hissənin ərazisinə patrul növbətçiliyinə təyin olunduqlarını, həmin gün saat 17:00-da hərbi hissə növbətçisi tərəfindən patrul nəfəri təyin olunmuş əsgərlərə təlimat keçirildiyini, təlimdən təxminən N0 dəqiqə sonra əsgərləri N nömrəli hərbi hissənin yataqxana binasının arxasında olan çardağa gətirdiyini, əsgərlər çardaqda söhbət edən zaman əsgərlərin bir birləri ilə ümumilikdə əsgərlərin sayının azlığından, naryada çox çıxmaqlarından, naryadın çətinliyindən danışdıqlarını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs isə ümumi çətinlıkdən danışıb hərbi hissədə əsgərdən çox MAHHXHQ-su və gizir olduğunu, onların da əgər naryad təyin olunsalar əziyyət çəkməyəcəklərini deyib MAHHXHQ-su və gizirlərin varyoxunu söydüyünü, onun söyüşündən əsəbləşərək ayağa qalxaraq əsgər Zərərçəkmiş şəxs tərəf gedib nə dediyini, niyə söyüş söydüyünü soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ona elə demək istəmədiyini, söyüşləri öz üzərinə götürdüyünü dediyini, həmin vaxt çardaqda oturan əsgərlər də onlara yaxınlaşıb mübahisə etməmələrinə imkan vermədikdə əsgər Zərərçəkmiş şəxs kənara çəkilməsini bildirdiyini, bir az sonra çardaqdan çıxıb yataqxana binasının yanına getdiklərini və orada əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən söyüş söydüyünü soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ona dediyinin səhv başa düşüldüyünü, ona qarşı nalayiq ifadə işlətmədiyini ümumi olaraq ortalığa dediyini, əsəbi halda ona dediyi söyüşlərin şəhidlərin ruhuna hörmətsizlik olduğunu bildirərək N nömrəli hərbi hissənin yataqxanasına getdiyini, təxminən bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs da yataqxanaya gələrək sanitar qovşağa getdiyini, o, da bir az əvvəl əsgər Zərərçəkmiş şəxsla söhbət edə bilmədiyi üçün onunla söhbət etmək məqsədi ilə onun arxasınca sanitar qovşağa getdiyini, əsgər Şahid5 da həmin vaxt sanitar qovşaqda olduğunu, məqsədi əsgər Zərərçəkmiş şəxs bayaq dediyi sözlərə görə başa salmaq olduğundan orada olan əsgər Şahid5 çölə çıxmasını dediyini, əsgər Şahid5 da çölə çıxdıqdan sonra əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb qarşısında dayanaraq hansı səbəbdən söyüş söydüyünü soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə bir daha ona onun ünvanına söyüş söymədiyini, ümumilikdə ortalığa nalayiq ifadə işlətdiyini dediyini, həmin məsələyə görə onunla mübahisə edərək anidən əsəbləşib hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs əynində olan kitelin yaxasından tutub özünə tərəf çəkərək onun sifət nahiyəsindən başı ilə bir zərbə vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs dodağından qan gəlməyə başladığını, tez sanitar qovşaqdan çölə çıxdığını, əsgər Zərərçəkmiş şəxs başı ilə zərbə vuran zaman əsgər Zərərçəkmiş şəxs dişi onun alın nahiyəsinə dəydiyi üçün alın nahiyəsinin yaralandığını gördüyünü, daha sonra əsgər Zərərçəkmiş şəxs onun arxasınca çölə çıxdığını və yataqxananın girişində dəhlizdə dayandığını, bu zaman əsgər Zərərçəkmiş şəxs süngüsünü istəyərək qışqırdığını, sonradan orada olan əsgərlər əsgər Zərərçəkmiş şəxs süngü bıçağını sanitar qovşaqdan tapıb ona verdiklərini, həmin vaxt bölük komandiri baş leytenant ŞahidN də oraya gəldiyini və əsgər Zərərçəkmiş şəxs ağız nahiyəsinin qan olduğunu görüb nə baş verdiyini əsgər Zərərçəkmiş şəxs soruşduğunu, əsgər Zərərçəkmiş şəxs da baş vermiş hadisəni olduğu kimi baş leytenant ŞahidN danışdığını, baş leytenant ŞahidN onu da yanına çağırıb hər ikisini birlikdə xidməti otağına apardığını, orada onları sorğu-sual edib hansı səbəbdən əsgər Zərərçəkmiş şəxs zor tətbiq etdiyini soruşduqda baş vermiş hadisəni olduğu kimi ona danışdığını, sonra əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə oradan isə N05 nömrəli hərbi hospitala göndərildiklərini, orada müayinə olunan zaman əsgər Zərərçəkmiş şəxs dodağında xəsarət aşkar edildiyini, həmçinin ön tərəfdə olan bir dişinin də sındığının dediklərini, bir neçə gün sonra əsgər Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən Mərkəzi Hospitala göndərildiyini eşitdiyini, əsgər Zərərçəkmiş şəxs hərbi hissəyə qayıtdıqdan sonra yanına gedib onu vurduğu üçün peşman olduğunu deyib ondan üzr istədiyini və onu bağışlamasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N1 iyul N0N5-ci il tarixdə saat 17 radələrində N nömrəli hərbi hissənin yataqxana binasının arxasında yerləşən çardaqda yeni növbətçiliyə təyin olunmuş əsgərlərlə söhbət etdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs da onların yanında olduğunu, orada bir-birləri ilə söhbət etdikləri vaxt əsgər Zərərçəkmiş şəxs orada olan əsgərlərə nə səbəbəsə MAHHXHQ-su və gizirlərin var-yoxunu belə-belə edim dediyini, bu zaman MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs da ayağa qalxıb əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq niyə söyüş söydüyünü soruşaraq onunla mübahisə etdiyini, həmin vaxt özünün və orada olan digər əsgərlərin onların mübahisə etmələrinə imkan vermədiklərini, daha sonra əsgərlərin bəzilərinin, həmçinin Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs da N nömrəli hərbi hissənin yataqxana binasının N-cü mərtəbəsində yerləşən xidmət etdikləri bölüyün yataqxanasına getdiklərini, özünün də bir az sonra yataqxanaya qalxdıqda kiçik çavuş Təqsirləndirilən şəxs dəhlizdə, yataqxananın girişində dayandığını, əsgər Zərərçəkmiş şəxs isə sanitar qovşağın girişində dayanaraq ağzının qan olduğunu və süngüsünü istəyərək qışqırdığını, digər əsgərlərin isə onu sakitləşdirməyə çalışdığını gördüyünü, həmin vaxt bölük komandiri baş leytenant ŞahidN gəldiyini və onlardan nə baş verdiyini soruşaraq hər ikisini otağına apardığını, sonraki vaxtlarda əsgər yoldaşlarından hadisənin necə baş verməsini öyrəndiyini göstərdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin əsgəri ŞahidN ifadəsində N1 iyul N0N5-ci il tarixdə saat 17 radələrində siqaret çəkmək üçün N nömrəli hərbi hissənin yataqxana binasının arxasında yerləşən çardağa getdiyini, orada bölüyün naryada təyin olunan və naryadı təhvil verən əsgərləri ilə söhbət edərkən kiçik çavuş Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs da orada olduğunu, söhbət zamanı əsgər sayı az olduğu üçün naryadın çoxluğundan danışdıqlarını, bu zaman əsgər Zərərçəkmiş şəxs orada tez-tez naryada çıxmalarından gileylənərək hərbi hissədə əsgər sayının az olduğunu, hər tərəfdə MAHHXHQ-su və gizir olduğunu deyib MAHHXHQ-su və gizirlərin var-yoxunu söydüyünü, bu zaman MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs ayağa qalxıb ondan niyə söyüş söydüyünü soruşaraq əsgər Zərərçəkmiş şəxsla mübahisə etdiyini, həmin vaxt o və orada olan əsgərlərin onların mübahisə etmələrinə imkan vermədiklərini, daha sonra əsgərlərin bəzilərinin həmçinin əsgər Zərərçəkmiş şəxsla kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin yataqxana binasının N-cü mərtəbəsində yerləşən xidmət etdikləri bölüyün yataqxanasına getdiklərini, özünün isə yataqxana binasının 1-ci mərtəbəsində yerləşən çayxanaya getdiyini, çayxanada təxminən 15 dəqiqə oturduqdan sonra çölə çıxdığını, çölə çıxdığı vaxt bölük komandiri baş leytenant ŞahidN qaçaraq yataqxana binasına daxil olduğunu gördüyünü, bu zaman nə baş verdiyini öyrənmək üçün baş leytenant ŞahidN arxasınca yataqxanaya getdiyini, yataqxanaya qalxdıqdan sonra kiçik çavuş Təqsirləndirilən şəxs yataqxananın girişində dəhlizdə dayandığını, əsgər Zərərçəkmiş şəxs isə sanitar qovşağın girişində dayanıb baş leytenant ŞahidNlə söhbət etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ağzının qan olduğunu gördüyünü, bir azdan baş leytenant ŞahidN əsgər Zərərçəkmiş şəxsla kiçik çavuş Təqsirləndirilən şəxs xidməti otağına apardığını, sonradan yataqxanada olan əsgərlərdən hadisənin necə baş verməsini soruşduqda kiçik çavuş Təqsirləndirilən şəxs onu sanitar qovşaqda vurduğunu, lakin niyə vurmasını demədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün komandiri vəzifəsində xidmət edən, baş leytenant ŞahidN ifadəsində N1 iyul N0N5-ci il tarixdə saat 15 radələrində N nömrəli hərbi hissənin yataqxana binasının arxasında siqaret çəkdiyi vaxt yataqxana binasının N-cü mərtəbəsində yerləşən xidmət etdiyi bölüyün yataqxanasından bərk səs-küy gəldiyini eşitdiyini, bu zaman nəsə baş verdiyini düşünüb dərhal N-cü mərtəbəyə qalxdığını, orada gün növbətçisindən nə baş verdiyini soruşduqda ona kiçik çavuş Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs mübahisə etdiklərininin deyildiyini, həmin vaxt Zərərçəkmiş şəxs sanitar qovşağın yanında dayandığını, onun ağzının qan olduğunu gördüyünü, dərhal əsgər Zərərçəkmiş şəxs yanına gedib nə baş verdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs ona kəllə zərbəsi vurduğunu dediyini, o, da kiçik çavuş Təqsirləndirilən şəxs yanına çağırıb əsgər Zərərçəkmiş şəxsla birlikdə xidməti otağına apardığını, otaqda kiçik çavuş Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs zor tətbiq etdiyini soruşduqda kiçik çavuş Təqsirləndirilən şəxs ona baş vermiş hadisəni olduğu kimi ona danışdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ağız nahiyəsinə baxdığı zaman dodağının partladığını və ön tərəfdə olan bir dişinin qırıldığını gördüyünü, əsgər Zərərçəkmiş şəxs da kiçik çavuş Təqsirləndirilən şəxs dediklərini təsdiqlədikdən sonra hadisə barədə aidiyyəti üzrə hərbi hissə komandanlığına məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin əsgəri Şahid4 ifadəsində N1 iyul N0N5-ci il tarixdə saat 18:00-da əsgər Zərərçəkmiş şəxs və adlarını xatırlamadığı 7 nəfər əsgərlə birlikdə N nömrəli hərbi hissənin ərazisində patrul növbətçiliyinə, patrul nəfəri təyin olunduqlarını, təlimat keçirildikdən sonra yataqxana binasının arxasında olan çardağa getdiklərini, orada kiçik çavuş Təqsirləndirilən şəxs və bölüyün şəxsi heyətindən başqa digər əsgərlərin də yanlarında əyləşdiyini, çardaqda söhbət edən zaman əsgərlərin az olduğu üçün naryadın çoxluğundan danışdıqlarının, söhbət zamanı əsgər Zərərçəkmiş şəxs çardaqda oturan əsgərlərə naryadın çoxluğundan əziyyət çəkdiklərini, bu barədə hərbi hissə komandirinə məruzə etməyə ehtiyac olduğunu deyərək hərbi hissədə əsgərdən çox MAHHXHQ-su və gizir olduğunu deyib onların ünvanına nalayiq ifadələr işlətdiyini, bu zaman MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs ayağa qalxıb ona tərəf gedərək ondan niyə söyüş söydüyünü soruşaraq onunla mübahisə etdiyini, həmin vaxt özü və orada olan digər əsgərlərin onların mübahisə etmələrinə imkan vermədiyini, daha sonra əsgərlərin bəziləri həmçinin əsgər Zərərçəkmiş şəxsla kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin yataqxana binasının N-cü mərtəbəsində yerləşən xidmət etdikləri bölüyün yataqxanasına getdiyini, özünün isə təxminən 15 dəqiqə çardaqda oturub siqaret çəkdikdən sonra yataqxanaya getdiyini, yataqxanaya qalxdıqdan sonra kiçik çavuş Təqsirləndirilən şəxs yataqxananın girişində, dəhlizdə dayandığını, əsgər Zərərçəkmiş şəxs isə sanitar qovşağın girişində dayandığını və ağzının qan olduğunu gördüyünü, həmçinin əsgər Zərərçəkmiş şəxs süngüsünü istəyərək qışqırdığını, digər əsgərlərin isə onu sakitləşdirməyə çalışdığını, bu zaman bölük komandiri baş leytenant ŞahidN də oraya gəldiyini və əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb nə baş verdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə kiçik çavuş Təqsirləndirilən şəxs onu vurduğunu dediyini, daha sonra baş leytenant ŞahidN kiçik çavuş Təqsirləndirilən şəxs da yanına çağırıb hər ikisini birlikdə xidməti otağına apardığını, sonradan hadisənin necə olması barədə əsgər yoldaşlarından öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin əsgəri Şahid5 ifadəsində N1 iyul N0N5-ci il tarixdən saat 18:00-da əsgər Zərərçəkmiş şəxs və adlarını xatırlamadığı 7 nəfər əsgərlə birlikdə N nömrəli hərbi hissənin ərazisinə patrul növbətçiliyinə, patrul nəfəri təyin olunduqlarını, N1 iyul N0N5-ci il tarixdə qrafikə uyğun olaraq saat 17:00-da N nömrəli hərbi hissənin ərazisində hərbi hissə növbətçisi tərəfindən təlimat keçirildiyini, təxminən N0 dəqiqə təlimat keçirildikdən sonra bölük üzrə cavabdeh MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs onları N nömrəli hərbi hissənin yataqxana binasının arxasında olan çardağa gətirdiyini, o, həmin vaxt sanitar qovşağa getmək üçün kiçik çavuş Təqsirləndirilən şəxs icazə alaraq sanitar qovuşağına getdiyini, təxminən 15 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs da sanitar qovşağa gəldiyini, bir neçə dəqiqə sonra kiçik çavuş Təqsirləndirilən şəxs da sanitar qovşağa gələrək ona çölə çıxmasını dediyini, o, da sanitar qovşaqdan çölə çıxdığını, təxminən 5 dəqiqə sanitar qovşaqdan bərk səs-küy gəldiyini, sonra əsgər Zərərçəkmiş şəxs sanitar qovşaqdan ağzı qan olmuş vəziyyətdə çölə çıxıb süngüsünü istəyərək qışqırdığını gördüyünü, o və digər əsgərlər yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışdığını, bu zaman bölük komandiri baş leytenant ŞahidN də oraya gəldiyini və əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb nə baş verdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə kiçik çavuş Təqsirləndirilən şəxs onu vurduğunu dediyini, daha sonra baş leytenant ŞahidN hər ikisini birlikdə xidməti otağına apardığını, o, isə xidməti ilə məşğul olduğunu, sonradan əsgərlərdən əsgər Zərərçəkmiş şəxs yataqxananın arxasında olan çardaqda MAHHXHQ və gizirlərin ünvanına nalayiq ifadə işlətdiyini, bu səbəbdən aralarında mübahisə yarandığı üçün kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etdiyini öyrəndiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hərbi xidmətdən tərxis olunaraq yaşayış yeri üzrə Bakı şəhərinə getmiş, teleqramma ilə müraciət edərək məhkəmə istintaqında iştirak etməyən, ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyündə atıcı-nizamlayıcı, N0 oktyabr N0N5-ci il tarixdən isə texniki qulluq və təmir bölüyünün təxliyyə qrupunda takelajçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi vaxtdan görüb tanıdığını, onun tabeliyində xidmət etdiyini, təqribən N1 iyul N0N5-ci il tarixdə saat 18:00-da 8 nəfər əsgərlə birlikdə N nömrəli hərbi hissənin ərazisinə patrul növbətçiliyinə patrul nəfəri təyin olunduqlarını, N1 iyul N0N5-ci il tarixdə saat 17:00-da N nömrəli hərbi hissənin ərazisində hissə növbətçisi tərəfindən patrul nəfəri təyin olunmuş əsgərlərə təlimat keçirildiyini, təlimatdan sonra həmin gün bölüyün cavabdehi MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs onları N nömrəli hərbi hissənin yataqxana binasının arxasında olan çardağa gətirdiyini, orada saat 18:00-dək xidməti təhvil almalarını gözlədiklərini, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs da onların yanlarında olduğunu, saat 17 radələrində çardaqda əsgərlərlə söhbət edən zaman bir-birlər ilə əsgərlərin sayı az olduğu üçün naryada tez-tez çıxmaqlarından, naryadın çətinliyindən danışarkən onlara “ gəlin bu barədə hərbi hissə komandirinə müraciyət edək” dedikdə orada olan əsgərlərin onunla razı olmadıqlarını, onun da əsgərlərə hərbi hissədə əsgərdən çox MAHHXHQ-su və gizir olduğunu, onların hansı səbəbdən naryad təyin olunmadıqlarını bildirirərək MAHHXHQ-su və gizirlərin ünvanlarına söyüş söydüyünü, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsəbi halda ayağa qalxaraq ona tərəf gəlib niyə o, cürə söyüş söyməsini soruşduqda o, isə kiçik çavuş Təqsirləndirilən şəxs elə demək istəmədiyini desə də kiçik çavuş Təqsirləndirilən şəxs onu yalnış baş düşərək yenidən onun üstünə gəldiyini, bu zaman çardaqda oturan əsgərlərin onlara yaxınlaşıb mübahisə etmələrinə imkan vermədiyini, kiçik çavuş Təqsirləndirilən şəxs onlara kənara çəkilmələrini dediyini, həmin vaxt onun təkidi ilə hər ikisi çardaqdan çıxıb yataqxana binasının yanına getdiklərini və orada A. Axundov ondan hansı səbəbdən söyüş söydüyünü soruşduqda ona onu səhv başa düşdüyünü dediyini, Təqsirləndirilən şəxs da həmin vaxt ona yuxarıda, yataqxanada danışarıq deyib yataqxanaya tərəf getdiyini, bir azdan N nömrəli hərbi hissənin yataqxanadaki sanitar qovşağa gedərkən əsgər Şahid5 da sanitar qovşaqda olduğunu, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs da sanitar qovşağa girərək əsgər Şahid5 çölə çıxmasını dediyini, əsgər Şahid5 da çölə çıxdıqdan sonra kiçik çavuş Təqsirləndirilən şəxs ona yaxınlaşıb qarşısında dayanaraq yenə ona hansı səbəbdən söyüş söydüyünü soruşaraq hər iki əli ilə onun əynində olan kitelin yaxasından tutub özünə tərəf çəkərək sifət nahiyəsindən bir kəllə vurduğunu, həmin vaxt dodağının partladığını və dodağından qan gəlməyə başladığını o, da heç nə deməyib sanitar qovşaqdan çölə çıxdığını, bu zaman dəhlizdə olan əsgərlərin onun ağız nahiyəsinin qan olduğunu görüb yanına gəldiyini, həmin vaxt naryada gedəcəyi üçün silah otağından təhvil aldığı süngü bıçağın üzərində olmadığını görüb sanitar qovşaqda düşdüyünü fikirləşdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs sanitar qovşaqda olduğundan geriyə qayıtmayaraq qışqıra-qışqıra süngüsünü istədiyini, bundan sonra əsgərlərin sanitar qovşaqdan onun süngü bıçağını gətirdiklərini, həmin vaxt bölük komandiri baş leytenant ŞahidN onun yanına gəlib nə baş verdiyini soruşduqda hadisəni olduğu kimi ona danışdığını, baş leytenant ŞahidN də hadisə barədə hərbi hissə komandanlığına məruzə etdikdən sonra onu hərbi hissənin tibb məntəqəsinə, oradan isə N05 nömrəli hərbi hospitala oradan isə ətraflı müayinə üçün Bakı şəhərində yerləşən Mərkəzi Hospitala göndərildiyini, hal-hazırda səhətinin normal olduğunu, hərbi xidmətdən tərxis olunduğunu təqsirləndirilən şəxsin ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 45 və 46-da olan məhkəmə-tibbi ekspertin 08 avqust N0N5-ci il tarixli, N98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “sağ üst çənədə İ dişin (stomatoloji statusla 1N-ci) tac səviyyəsindən sınığı və üst dodağın sağ bucağında 1 ədəd qançırla müşayiət olunan səthi yara” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər məhdud səthə malik bərk küt əşyanın (alətin) təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi inkar edilmir, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 47 və 48-də olan məhkəmə-tibbi ekspertin 11 avqust N0N5-ci il tarixli, N99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası zamanı onda “alın nahiyəsində başın tüklü hissəsinin sərhədində 1 ədəd zərif çapıq toxuması” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət həmin nahiyədə olan səthi xarakterli çapılmış yaranın izi olub məhdud səthə malik bərk küt əşyanın (alətin) təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi inkar edilmir, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət olduğu göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin yaralanma və travma hallarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N5-ci il tarixdə “üst dodağın cırılmış yarası və 1N-ci dişin travmatik qopması” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin yaralanma və travma hallarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.N0N5-ci il tarixdə “üzün sağ yarısının və alın nahiyəsinin sıyrılmış yarası” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır. İş üzrə araşdırma N №-li hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün komandiri, baş leytenant ŞahidN raportu əsasında başlamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 05 avqust N0N5-ci il tarixli arayışda hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci komendant taqımının N-ci komendant manqasının komandiri MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs ilə həmin bölüyün 1-ci komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Hərbi-Həkim Komissiyasının 01 oktyabr N0N5-ci il tarixli 1N1NN №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N0 dekabr N0N5-ci il tarixli N60 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci komendant taqımının N-ci komendant manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N6 iyun N0N5-ci il tarixli 181 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs kiçik çavuş hərbi rütbəsində olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyündə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 1N yanvar N0N5-ci il tarixli 1N nömrəli əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci komendant taqımının 1-ci komendant manqasının atıcınizamlayıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N0 oktyabr N0N5-ci il tarixli N11 nömrəli əmrindən çıxarışda Zərərçəkmiş şəxs hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün 1-ci komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsindən hərbi hissənin texniki qulluq və təmir bölüyünün texniki qulluq və təmir taqımının takelajçısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyündə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N9 və N5N-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N00N-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.N-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə, xidmət yerini dəyişdiyi hərbi hissə komandanlığına həvalə edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N44-N49, N51-N5N, N56, N81 və N84.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 10 (on ) faiz məbləğdə pul tutularaq dövlət nəfinə ödənilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə, xidmət yerini dəyişdiyi hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar