Məhkəmə qərarları › İş №1-1(092)-77/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-77/2025

04.03.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-77/2025 04.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin vəkalətli nümayəndələri Nümayəndə1, Nümayəndə2 , Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1980-ci il tarixdə Culfa rayonu Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), tam orta təhsilli, evli, üç azyaşlı uşağı olan, əvəllər məhkumluğu olmayan, Culfa rayonu Bənəniyar kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 2-ci artilleriya batareyasının 1-ci taqımının 1-ci manqasının baş sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan, 15 dekabr N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci manqasının baş sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli “Nizami istismar qrupuna aid olan avtomobil texnikasının istismar olunması haqqında” 459 nömrəli və “1-ci taborun müdafiə rayonunda 3-cü taborun minaatan batareyasının atəş mövqelərinin mühəndis cəhətdən hazırlanması haqqında” 460 nömrəli əmrləri ilə ona təhkim edilmiş “QAZ 3308” markalı “C 318 MR” hərbi nömrə nişanlı avtomobillə batareyanın şəxsi heyətini Culfa rayonu, Ərəfsə kəndi yaxınlığında olan, Culfa rayon Milax bələdiyyəsinin tərkibində olan torpaq sahəsinə aparıb orada yerləşərək həmin ərazidə batareyanın əsas atəş mövqelərinin mühəndis cəhətdən hazırlanması işlərinə cəlb edilmişdir. 16 iyul N5-ci il tarixdə, saat 14:15 radələrində kiçik çavuş Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə həmin ərazidə ətrafa dağılmış məişət tullantılarını toplayıb dağın yamacında, şəxsi heyətin qaldığı qoşqudan 23.5 metr aralıda olan köhnə səngərdən qalmış çuxura yığaraq özündə olan alışqanla yandırıb həmin ərazidən getmişdir. Kiçik çavuş Təqsirləndirilən şəxs yandırdığı oda nəzarət etməyərək ehtiyatsız davrandığı üçün alov ətrafdakı quru otlara, daha sonra kollara və ağaclara yayılaraq yanğın baş vermiş, özü və köməyə gələn digər hərbi qulluqçular alovun söndürülməsinə cəhd etsələr də, bunu nail ola bilməmişlər. Yanğın geniş sahəni əhatə edərək alovun sürətlə ətrafa yayılması səbəbindən ilk olaraq Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan 30.5 hektarlıq torpaq sahəsində olan “Qoz” ağacının 18 ədədi yanma nəticəsində məhv olmuş, 74 ədədi yanma nəticəsində müəyyən hissələrindən zədələnmiş, “Palıd” ağacının 423 ədədi yanma nəticəsində məhv olmuş, 58 ədədi yanma nəticəsində müəyyən hissələrindən zədələnmiş, “Söyüd” ağacının 3 ədədi yanma nəticəsində müəyyən hissələrindən zədələnmiş, “Dovşan alması” kolunun 29 ədədi, “Quş armudu” kolunun 4 ədədi, “Yabani alça” kolunun 2 ədədi, “İtburnu” kolunun 27 ədədi, “Yemişan” kolunun 62 ədədi, “Badamça” kolunun 4 ədədi, “Aralıq quşarmudu” kolunun 26 ədədi, “Gəvən” kolunun 393 ədədi yanma nəticəsində məhv olmuş, bundan sonra yanğın davam edərək “Gəvik” dövlət meşəsinə keçmiş, həmin meşənin 12 hektarlıq torpaq sahəsində olan “Palıd” ağacının 930 ədədi yanma nəticəsində məhv olmuş, 306 ədədi müəyyən hissələrindən zədələnmiş, “Qarağac” ağacının 1 ədədi yanma nəticəsində məhv olmuş, “Gəvən” kolunun 237 ədədi, “Dovşan alması” kolunun 31 ədədi, “Quşarmudu” kolunun 10 ədədi, “Enliyarpaq gərməşov” kolunun 33 ədədi, “İtburnu” kolunun 16 ədədi, “Yemişan” kolunun 14 ədədi, “Aralıq quşarmudu” kolunun 7 ədədi yanma nəticəsində məhv olmuşdur. Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan 30.5 hektarlıq torpaq sahəsindəki 576 ədəd ağacın və 547 ədəd kolların yanaraq məhv olması və zədələnməsi nəticəsində 168660 (bir yüz altmış səkkiz min altı yüz altmış) manat, “Gəvik” dövlət meşəsinin 12 hektarlıq sahəsindəki 1237 ədəd ağacın və 348 ədəd kolların yanaraq məhv olması və zədələnməsi nəticəsində 35981 (otuz beş min doqquz yüz səksən bir) manat, ümumilikdə yanğın nəticəsində N4641 (iki yüz dörd min altı yüz qırx bir) manat məbləğində ziyan vurulmuş, bununla da onun odla ehtiyatsız davranması üzündən ağacları və kolları məhv etməsi və zədələməsi xüsusilə külli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasında xidmət edərkən ona xidməti “QAZ 3308” markalı “C 318 MR” hərbi nömrə nişanlı yük avtomobilinin təhkim edildiyini, N iyul N5-ci il tarixdə hərbi hissənin 3-cü taborun batareya komandiri kapitan Şahid1 ona hərbi hissə komandanlığının göstərişinə əsasən 8 nəfər əsgərlə birlikdə Culfa rayon Ərəfsə kəndinə gedərək “Gədik” postuna gedən yolun üzərində yerləşən dağın yamacında ehtiyat səngərlər qazacaqları barədə tapşırıq aldığından sonra MAHHXHQ baş çavuş Şahid2, kapitan Şahid1 və adlarını və soyadlarını xatırlamadığı 8 nəfər əsgərlə birlikdə ona təhkim edilmiş yük avtomobili ilə birlikdə deyilən əraziyə getdiklərini, oraya əlavə olaraq “Kamaz” markalı yük avtomobili ilə şəxsi heyətin gecələr qalması üçün “kunq” da gətirildiyini, dayandıqları yerin “Cəvizlik” adlanan ərazidə yerləşməklə “Gəvik” dövlət meşəsinə yaxın olduğunu, orada yerbəyer olduqdan sonra verilən tapşırığa əsasən səngər qazmağa başladıqlarını, demək olar ki, hər gün axşama qədər orada işlədikdən sonra şəxsi heyətin “kunq”da qalaraq dincəldiklərini, sürücü olduğundan özünün səngər qazılması işlərinə cəlb olunmadığını, 16 iyul N5-ci il tarixdə, saat 13 radələrində şəxsi heyət günorta yeməyini yeyəndən sonra işləməyə getdiyini, özünün isə kunq olan ərazidə, yəni məskunlaşdıqları və yemək yedikləri ərazidə qaldığını, həmin vaxt ətrafda müxtəlif tullantı qalıqları olmasını görüb ərazini tullantılardan təmizləməyi düşünərək yəni konserva qutularını, kağız və kardon qırıqlarını, taxta parçalarını, kol-kosu avtomobildən təxminən 15-N metr aralıda olan, içərisi təxminən 1 metr dərinlikdə, ölçüləri təxminən 1.5x2 metr olan köhnə səngər yerinə tökərək alışqanla yandırdığını, tullantılar alovlanıb yanmağa başladıqdan sonra oranı nəzarətsiz qoyub 15-N metr kənarda dayanan “kunq”un yanına gedib onun kölgəsində oturaraq siqaret çəkməyə başladığını, təxminən bir neçə dəqiqə sonra tullantıları yandırdığı istiqamətə baxarkən nisbətən dağın yamacına doğru, “Cəvizlik” olan ərazinin başlanğıc hissəsində 3-4 metr uzunluğunda torpaq üzərində olan quru otların yanmasını görüb tez həmin əraziyə qaçaraq kitelini çıxarıb yerə vurmaqla yanan yeri söndürmək istəsə də, yanğının sönmədiyini, hava küləkli olduğundan daha da genişlənməyə başladığını, bundan sonra ərazidə səngər qazan əsgərləri ucadan köməyə çağırdığını, orada olan əsgərlərin, kapitan Şahid1 və MAHHXHQ baş çavuş Şahid2 da yanğın olan əraziyə qaçıb gələrək lapatqa ilə, kitellərini çıxarmaqla yanğını söndürməyə çalışsalar da otlar quru olduğu üçün və hava küləkli olduğundan yanğın sürətlə “Cəvizlik” adlanan əraziyə və dağın yamacı ilə meşə istiqamətində yayılaraq ağacları və kolları yandırdığını, yanğının genişlənərək söndürmək mümkün olmadığını, təcili “112” xidmətinə zəng edib hadisə barədə məlumat verdiklərini, bir qədər sonra “Gəvik” dövlət meşəsinin meşəbəyisi Cavad adlı şəxsin də oraya gəlib yanğını kimin törətdiyini soruşduqda ona ehtiyatsızlıqdan yanğını özünün yandırdığını dediyini, artıq yanğının geniş bir əraziyə yayılaraq dağda olan meşə ağacları və kolların demək olar ki, əksəriyyətini yandığını, bir az sonra Ekologiya Nazirliyindən nümayəndələrin və 2 ədəd yanğınsöndürən avtomobilin də əraziyə gəldiyini, ərazinin böyük bir sahəsinin demək olar ki, yandığını və alovun getdikcə yayıldığını, meşə istiqamətə maşın gedə bilmədiyi üçün yanğınsöndürənlərin yerə düşüb dağa qalxaraq yanğını yardımçı vasitələrlə söndürməyə çalışdıqlarını, özlərinin də yanğınsöndürənlərə kömək etdiklərini, saat təqribən N radələrində yanğını demək olar ki, tamamilə söndürdüklərini, kapitan Şahid1 göstərişi ilə əsgərlərin və özlərinin ləvazimatlarını da götürərək avtomobilə “Ərəfsə” tabor mərkəzinə getdiklərini, sonrakı araşdırma zamanı Culfa rayonu Milax bələdiyyəsinə məxsus ərazinin 30.5 hektar ərazisində olan ağaclar və kolların, “Gəvik” dövlət meşəsinin 12 hektar ərazisində olan ağaclar və kolların yanaraq məhv olmasını, bəzilərinin zədələnməsini, Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan 30.5 hektarlıq torpaq sahəsindəki ağac və kolların məhv olmasını, yanma nəticəsində 168660 manat, “Gəvik” dövlət meşəsinin 12 hektarlıq sahəsindəki ağac və kolların zədələnməsi və məhv olması nəticəsində ümumilikdə ehtiyatsızlıqdan törətdiyi yanğın nəticəsində bələdiyəyə və Ekologiyaya N4641 manat məbləğində ziyan vurduğunu öyrəndiyini, ailəli olduğunu, hadisəni ehtiyatsızlıqdan törətdiyini, törətdiyi əmələ görə peşman olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin vəkalətli nümayəndəsi Nümayəndə1 ifadəsində Culfa rayon Milax bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Ərəfsə kəndinin də Milax bələdiyyəsinin tərkibində 4950 hektar torpaq sahəsi olduğunu, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin yanında isə “Gəvik” dövlət meşəsinin yerləşdiyini, həmin ərazilərin bir-birinə bitişik vəziyyətdə olduğunu, Ərəfsə kəndində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində, “Gəvik” dövlət meşəsinə aid hissənin yaxınlığında “Cəvizlik” adlanan “Qoz” ağacı bağının da olduğunu, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində “Qoz” ağaclarından başqa, “Palıd”, “Söyüd” ağacları, “Dovşan alması”, “Quş armudu”, “Yabani alça”, “İtburnu”, “Yemişan”, “Badamça”, “Aralıq quşarmudu”, “Gəvən” kollarının da bitdiyini, 16 iyul N5-ci il tarixdə, saat 16 radələrində “Gəvik” dövlət meşəsinin meşəbəyi Şahid9 onun mobil telefonuna zəng edərək “Ərəfsə kəndi ərazisində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin “Cəvizlik” adlanan hissəsində yanğın olduğu məlumatını verdiyindən dərhal bələdiyyə mülkiyyətinə məxsus, yanğının baş verdiyi əraziyə getdiyini, yanğının “Cəvizlik” adlanan ərazinin kənarından başlamaqla digər istiqamətlərə doğru yayılıb “Gəvik” dövlət meşəsinin ərazisini də əhatə etdiyini, orada Ekologiya Nazirliyinin əməkdaşlarının, həmçinin N nömrəli hərbi hissənin bir qrup hərbi qulluqçusunun da olduğunu, onların da yanğının söndürülməsinə köməklik etdiklərini, bir qədər sonra 2 ədəd yanğınsöndürmə avtomobilinin də oraya gəldiyini, axşama yaxın yanğının söndürüldüyünü, orada olan və hansısa qazıntı işləri aparan hərbi qulluqçulardan yanğının səbəbini soruşduqda N saylı hərbi hissənin kiçik çavuşu Təqsirləndirilən şəxs adlı şəxsin ehtiyatsızlıqdan ətrafda müxtəlif tullantı qalıqları olmasını görüb ərazini tullantılardan təmizləməyi düşünərək yəni ətrafa yayılmış konserva qutularını, kağız və kardon qırıqlarını, taxta parçalarını, kol-kosu içərisi təxminən 1 metr dərinlikdə, ölçüləri təxminən 1.5x2 metr olan köhnə səngər yerinə tökərək alışqanla yandırdığını, tullantılar alovlanıb yanmağa başladıqdan sonra oranı nəzarətsiz qoyduğundan ərazinin yanmağa başladığını dediklərini, özünün də “Cəvizlik” olan ərazinin başlanğıc hissəsində 3-4 metr uzunluğunda torpaq üzərində olan quru otların yanmasını görüb əraziyə diqqətlə baxarkən hərbi qulluqçuların maşınlarının saxladığı yerin yaxınlığına təxminən 1 metr dərinliyində köhnədən qazılmış çuxur olmasını, orada müxtəlif tullantıların yandırılmasını gördüyünü, həmin tullantıların yeni yandırıldığının hiss olunduğunu, ilkin nəticəyə görə yanğının həmin yerdən başlayaraq ətrafa, “Cəvizlik” adlanan əraziyə doğru yayıldığını, oradan da dağın yamacı ilə meşə ərazisinə keçdiyi qənəətinə gəldiklərini, bir azdan Ekologiya Nazirliyinin əməkdaşlarının da oraya gəldiklərini, 16 iyul N5-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Ərəfsə kəndində Milax bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin 30,5 hektar hissəsində olan yaşıllıqların məhv olduğunu, bunlara “Qoz”, “Palıd”, “Söyüd” ağacları, “Dovşan alması”, “Quş armudu”, “Yabani alça”, “İtburnu”, “Yemişan”, “Badamça”, “Aralıq quşarmudu”, “Gəvən” kolları olduğunu, bununla bağlı akt tərtib edildiyini, akta əsasən bələdiyyə mülkiyyətinə aid 30.5 hektar yanmış hissədə olan yaşıllıqların müəyyən hissəsi tamamilə məhv olması, müəyyən hissəsinin isə yanma nəticəsində zədələnməsi aşkar olunduğunu, “Qoz” ağacının 18 ədədinin yanma nəticəsində məhv olduğu, 74 ədədinin isə yanma nəticəsində müəyyən hissələrindən zədələndiyi, “Palıd” ağacının 423 ədədinin yanma nəticəsində məhv olduğu, 58 ədədinin isə yanma nəticəsində müxtəlif hissələrindən zədələndiyi, “Söyüd” ağacının 3 ədədinin yanma nəticəsində müəyyən hissələrindən zədələndiyi, “Dovşan alması” kolunun 29 ədədinin, “Quş armudu” kolunun 4 ədədinin, “Yabani alça” kolunun 2 ədədinin, “İtburnu” kolunun 27 ədədinin, “Yemişan” kolunun 62 ədədinin, “Badamça” kolunun 4 ədədinin, “Aralıq quşarmudu” kolunun 26 ədədinin, “Gəvən” kolunun 393 ədədinin yanma nəticəsində məhv olduğunu, Culfa rayonu Milax bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 547 ədəd kol, 576 ədəd ağac olmaqla, ümumilikdə 1123 ədəd yaşıllıq ağacının məhv olduğu və ya zədələndiyini, Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə baş vermiş yanğın nəticəsində ümumilikdə 168660 manat, “Gəvik” dövlət meşəsinə baş vermiş yanğın nəticəsində isə 35981 manat, ümumilikdə dövlətə N4641 manat ziyan dəydiyini, həmin halla bağlı təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs, maddi imkanının aşağı olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq Milax bələdiyyəsi olaraq ondan heç bir mülki iddiaları, şikayətləri və tələblərinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin vəkalətli nümayəndəsi Nümayəndə2 ifadəsində 11 aprel N5-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Ətraf mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunun müdiri vəzifəsində işlədiyini, 16 iyul N5-ci il tarixdə, saat 15 radələrində Culfa rayonu, Ərəfsə kəndi ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan “Gəvik” dövlət meşəsində yanğın baş verməsi barədə məlumat aldıqdan dərhal sonra Nazirliyinin əməkdaşları ilə birlikdə həmin əraziyə getdiklərini, orada Meşə ərazisi ilə yanaşı Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan ərazidə də yanğın olduğunu gördüklərini, elə həmin gün axşam saatlarında yanğın söndürüldükdən sonra hadisə ilə bağlı Nazirliyinin əməkdaşlarından ayrılmış qrup tərəfindən 16-18 iyul N5-ci il tarixlərində ətraflı monitorinq yoxlama apararaq akt tərtib etdiklərini, həmin akta əsasən “Gəvik” dövlət meşəsinin 12 hektar ərazisində olan yaşıllıqların məhv olması və zədələnməsi barədə qeydiyyat apardıqlarını, belə ki, “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə 930 ədəd “Palıd” ağacı yanma nəticəsində məhv olduğunu, 306 ədəd “Palıd” ağacının isə müəyyən hissələrindən yanma nəticəsində zədələndiyini, 1 ədəd “Qarağac” ağacı yanma nəticəsində məhv olduğunu, 237 ədəd “Gəvən” kolu, 31 ədəd “Dovşan alması” kolu, 10 ədəd “Quşarmudu” kolu, 33 ədəd “Enliyarpaq gərməşov” kolu, 16 ədəd “İtburnu” kolu, 14 ədəd “Yemişan” kolu, 7 ədəd “Aralıq quşarmudu” kolu yanma nəticəsində məhv olduğunu, Culfa rayonu Ərəfsə kəndi ərazisində yerləşən “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə isə 348 ədəd kol, 1237 ədəd ağac olmaqla, ümumilikdə 1585 ədəd yaşıllığın məhv olunduğunu və zədələndiyini, ümumilikdə “Gəvik” dövlət meşəsində baş vermiş yanğın nəticəsində 35981 manat ziyan vurulduğunu, Culfa rayon Milax bələdiyyəsinin isə 30.5 hektar ərazisində olan yaşıllıqlar yanğın nəticəsində məhv olduğunu və zədələndiyini akta əsasən bildiyini, sonradan həmin yanğını ehtiyatsızlıqdan törədən şəxsin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Təqsirləndirilən şəxs olduğunu bildiyini, törədilmiş yanğın nəticəsində ümumilikdə 42.5 hektar ərazidə olan yaşıllıqların məhv olmasını və zədələnməsini öyrəndiyini, təqsirləndirilən şəxs qismində tanınmış N saylı hərbi hissənin kiçik çavuşu Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi əmələ görə hərbi qulluqçu olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və ailə vəziyyətini nəzərə alıb Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəkalətli nümayəndəsi olaraq meşə təsərrüfatına dəymiş ziyanla bağlı heç bir mülki iddialarının, şikayət və tələblərinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində yanğın hadisəsinin törədildiyi vaxt N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının komandiri vəzifəsində xidmət etdiyini, MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs 3-cü taborun minaatan batareyasında xidmət edərkən görüb tanıdığını, onun batareyada baş sürücü vəzifəsində xidmət etdiyini, sürücü olduğu üçün ona hərbi hissədən “QAZ 3308” markalı “C 318 MR” hərbi nömrə nişanlı yük avtomobili təhkim edildiyini, N5-ci ilin iyul ayının əvvəllərində hərbi hissə komandirinin göstərişi ilə batareyanın bir qrup şəxsi həyəti ilə Culfa rayonu Ərəfsə kəndinə gedərək şərti adı “Gədik” olan mövqenin yolu üzərində yerləşən dağın yamacında ehtiyat səngərlər qazılması, mövqelər qurulması barədə göstəriş aldıqlarından, batareyada xidmət edən MAHHXHQ baş çavuş Şahid2, sürücü Təqsirləndirilən şəxs, həmçinin batareyanın 8 nəfər əsgəri ilə birlikdə Təqsirləndirilən şəxs təhkim edilmiş yük avtomobili ilə həmin əraziyə getdiklərini, həmin ərazi dərəlik və dağlıq ərazi olduğunu, orada şəxsi heyətin gecələr qalması üçün “kunq” qoşqusu da gətirdiklərini, verilən tapşırığa əsasən səngər qazmağa və mövqelər qurmağa başladıqlarını, 16 iyul N5-ci il tarixdə, saat 13 radələrində şəxsi heyyətlə günorta yeməyini yedikdən bir az sonra işlərini davam etməyə getdiklərini, “Kunq”un yanında Təqsirləndirilən şəxs qaldığını, sürücü olduğu üçün onu səngər təkmilləşdirməsi işlərinə aparmadıqlarını, saat 14:25 radələrində qaldıqları tərəfə baxarkən qaldıqları yerin yanlarında nəsə quru otların yanmasını gördüklərini, təcili şəxsi heyətlə birlikdə yanan əraziyə qaçdıqlarını, orada kiçik çavuş Təqsirləndirilən şəxs yanğını söndürməyə çalışdığını gördüklərini, tez əsgərlərlə birlikdə kitellərini soyunaraq yanan yerlərə çırpmaqla yanğını söndürməyə çalışdıqlarını, lakin otlar quru və hava küləkli olduğundan və yanğın çox sürətlə yayıldığından söndürə bilmədiklərini, yanğını söndürmək getdikcə çətinləşdiyini və artıq yanğını söndürmək mümkün olmadığını, yanğının sahəsinin sürətlə genişlənməyə başlayaraq “Cəvizlik” adlanan əraziyə və dağın yamacı ilə meşə istiqamətində yayılmağa başladığını, tez “112” xidmətinə, yanğınsöndürmə xidmətinə də zəng edib hadisə barədə məlumat verdiklərini, bir qədər sonra “Gəvik” meşəsinin meşəbəyi Cavadın da oraya gəldiyini, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini soruşduqda onun ərazidə müxtəlif tullantılar, konserv bankaları, kardon qırıqları və kol-kos olduğunu görərək qaldıqları yerə yaxın olan çalaya toplayaraq yandırarkən ətrafda çoxlu quru ot olduğundan yanğının əraziyə yayıldığını dediyini, təqribən bir saat sonra Ekologiya Nazirliyinin əməkdaşlarının və 2 ədəd yanğınsöndürən avtomobilin də əraziyə gəldiyini, axşam üstü yanğının artıq tamami ilə söndürüldüyünü, yanğın nəticəsində böyük bir sahədə olan ağacların, kolların yanaraq məhv olduğunu və zədələndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ baş çavuş Şahid2 ifadəsində N5-ci il iyul ayının əvvəllərində hərbi hissə komandirinin göstərişi ilə batareyanın bir qrup şəxsi həyəti ilə birlikdə Ərəfsə kəndinə gedərək şərti adı “Gədik” olan posta gedən yolun üzərində yerləşən dağın yamacında ehtiyat səngərlər qazması işinə cəlb olunduqlarını, onunla birlikdə batareya komandiri kapitan Şahid1 və 8 nəfər əsgərin də MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs təhkim edilmiş yük avtomobilı ilə lazımi ləvazimatları götürüb həmin yerə getdiklərini, həmin ərazi dərəlik və dağlıq ərazi olduğunu və “Cəvizlik” adlanan ərazinin aşağı hissəsinə eyni zamanda “Gəvik” adlı meşə ərazisinə də yaxın olduğunu, 16 iyul N5-ci il tarixdə, saat 13 radələrində şəxsi heyətin günorta yeməyindən sonra saat təqribən 14 radələrində kapitan Şahid1la birlikdə şəxsi heyətin dağın yamacında səngər qazma işlərini davam etdirməyə getdiklərini, Təqsirləndirilən şəxs isə sürücü olduğundan “kunq” olan yerdə qaldığını, təxminən 15-N dəqiqə sonra Təqsirləndirilən şəxs ucadan qışqırıb nəyə görəsə kömək istədiyini eşitdiklərini, həmin istiqamətə baxdıqda aşağıda torpaq üzərində olan quru otların yanmasını gördüklərini, yanğının sürətlə meşəyə doğru genişlənməsini gördüklərini, kapitan Şahid1 və orada olanlarla birlikdə həmin istiqamətə qaçıb yanan ərazini söndürməyə başladıqlarını, lakin otlar quru və hava küləkli olduğundan yanğının çox sürətlə yayıldığından yanğını söndürməyin həddən artıq çətinləşdiyini və demək olar ki mümkün olmadığını, otlar quru olduğu üçün yanğının sürətlə “Cəvizlik” adlanan əraziyə və dağın yamacı ilə meşə istiqamətinə yayıldığını, Təqsirləndirilən şəxs mobil telefonla yanğınsöndürmə xidmətinə də zəng edib hadisə barədə məlumat verdiyini, bir az sonra “Gəvik” meşəsinin meşəbəyi Cavad adlı şəxsin də oraya gəlib yanğın barədə soruşduqda “ Təqsirləndirilən şəxs ərazidə olan tullantıları yandırarkən ehtiyatsızlıqdan yanğının digər ərazilərə də sıçradığını” dediyini, bir azdan həmin əraziyə yaxınlıqdakı kəndin bələdiyyə sədrinin, Ekologiya Nazirliyinin əməkdaşlarının və daha sonra 2 ədəd yanğınsöndürən avtomobilin də əraziyə gələrək müxtəlif yardımçı vasitələrlə yanğını söndürməyə başladıqlarını, həmin gün təqribən saat N radələrində yanğını çətinliklə olsa da söndürdüklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissəsinin 3-cü taborunda heyət nəfəri vəzifəsində xidmət etdiyini, N5-ci il iyul ayının əvvəllərində batareya komandiri kapitan Şahid1 Culfa rayonu Ərəfsə kəndi ərazisində yerləşən, şərti adı “Gədik” olan mövqenin yolu üzərində ehtiyat səngərlərin qazılacağı barədə məlumat verib kapitan Şahid1 özü də daxil olmaqla səkkiz nəfər əsgərlə birlikdə Təqsirləndirilən şəxs təhkim olunmuş avtomobil ilə həmin əraziyə gedib verilən tapşırığa əsasən səngər qazmağa və mövqelər qurmağa başladıqlarını, həmin ərazinin “Cəvizlik” adlanan əraziyə yaxın olduğunu, bir az aralıda isə meşəlik ərazi olduğunu, 16 iyul N5-ci il tarixdə nahar yeməyini yeyib, bir qədər istirahət etdikdən sonra saat 14 radələrində həmin əraziyə işləməyə getdiklərini, kapitan Şahid1 və Şahid2 da onlarla birlikdə getdiyini, Təqsirləndirilən şəxs isə maşının yanında qaldığını, o, sürücü olduğundan səngər qazılması işinə cəlb edilmədiyini, həmin gün saat 14:25 radələrində dağın yamacında səngər qazarkən “Cəvizlik” adlanan əraziyə yaxın onların məskunlaşdıqları yerdən otların alovlanıb yanmasını gördüklərini, təcili səngərdən çıxıb oraya doğru qaçıb yanğını söndürməyə çalışdıqlarını, ərazidə çoxlu quru otlar olduğundan, havanın isə küləkli olduğundan yanğının söndürülməsinin mümkün olmadığını, otlar quru olduğu üçün yanğının sürətlə “Cəvizlik” adlanan əraziyə və dağın yamacı ilə meşə istiqamətinə yayıldığını, Təqsirləndirilən şəxs yanğınsöndürmə xidmətinə zəng edib bu barədə məlumat verdiyini, artıq yanğının geniş əraziyə yayıldığını, ərazidə olan meşə ağacları və kolların əksəriyyətinin yandığını, yaxud zədələndiyini, sonrakı vaxtlarda hadisənin hansı səbəbdən baş verməsi barədə soruşduqda Təqsirləndirilən şəxs baş vermiş hadisəni olduğu kimi onlara danışdığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində N5-ci ilin iyul ayının əvvəllərində yeni səngər və mövqelərin qurulması üçün batareyanın ümumilikdə 11 nəfər şəxsi heyəti ilə birlikdə MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs təhkim edilmiş avtomobillə həmin əraziyə getdiklərini, həmin ərazinin Culfa rayonu Ərəfsə kəndində dağlıq ərazidə yerləşən, şərti adı “Gədik” olan mövqey olduğunu, təyin olunmuş ərazinin yaxınlığında çoxlu “Qoz” ağacı və başqa ağac və kolların olduğunu, oraya yaxın isə dağlıq həm də meşəlik ərazi olduğunu, verilmiş tapşırığı yerinə ytirməyə başlayarkən MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs sürücü olduğu üçün ona təhkim edilmiş maşının yanında qaldığını, dağın döşündə səngərqazma işləri apararkən anidən Təqsirləndirilən şəxs ucadan qışqırıb onları köməyə çağırdığını eşitdiyini, tez səs gələn tərəfə baxanda “Qoz” ağacları olan tərəfdə otların yanmasını görüb həmin tərəfə qaçaraq kitellərini çıxarıb yerə çırparaq yanğını söndürməyə çalışdıqlarını, otlar quru hava isə küləkli olduğu üçün az bir müddət ərzində yanğının sürətlə bütün əraziyə və dağın yamacı ilə meşəlik ərazi istiqamətində yayıldığını yanğınının qarşısını demək olar ki, almaq mümkün olmadığını, yanğının hansı səbəbdən baş verməsi barədə soruşduqda Təqsirləndirilən şəxs ərazidə təmizlik üçün ərazidə olan tullantıları bir yerə, tullantıları atdıqları çuxura yığıb yandırandan sonra yanğına nəzarət etmədiyi üçün ehtiyatsızlıqdan yanğının ətrafa yayıldığını dediyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid5 digər şahidlərin ifadələrinə uyğun ifadə verərək ifadəsində N5-ci ilin iyul ayının əvvəllərində batareya komandirinin göstərişinə əsasən Təqsirləndirilən şəxs təhkim edilmiş yük avtomobili ilə Ərəfsə kəndinə yolun üzərində olan dağlıq ərazidə ehtiyyat səngərlər qazmağa getdiklərini, həmin yerin dağ və meşəlik ərazi olduğunu, orada meşə ağacları və kollar bitdiyini, verilən tapşırığa əsasən hər gün orada səngər qazmağa və mövqelər qurmağa başladıqlarını, 16 iyul N5-ci il tarixdə saat 13 radələrində nahar yeməyindən sonra yenidən həmin əraziyə getdiklərini, kiçik çavuş Təqsirləndirilən şəxs isə kunqun yanında qaldığını, səngər qazarkən aşağıda, zibilləri atdıqları yerin yaxınlığında otluq ərazinin yanmasını görüb yanğını söndürmək məqsəd ilə oraya qaçdıqlarını, kiçik çavuş Təqsirləndirilən şəxs da ucadan qışqırıb onları köməyə çağırdığını, yanğın küləkli havada çox sürətlə yuxarıya doğru yayıldığını, orada yanğını söndürməyə çalışsalar da bunu bacarmadıqlarını, otlar quru və hava küləklı olduğundan yanğının sürətlə bütün əraziyə və dağın yamacı ilə meşəlik əraziyə yayıldığını, sonradan hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində N2-ci ilin yanvar ayından Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin rəisi vəzifəsində işlədiyini, vəzifəsi meşələrin inkişaf etdirilməsindən, qorunmasından ibarət olduğunu, Culfa rayonu, Ərəfsə kəndi ərazisində yerləşən “Gəvik” dövlət meşəsinin həmin əraziyə aid olduğunu, həmin meşədə “Palıd”, “Qarağac”, “Yabanı alça” ağac növləri, “Dovşan alması”, “Quş armudu”, “Enliyarpaq gərməşov”, “Badamça”, “Aralıq quşarmudu”, “Yemişan”, “İtburnu”, “Gəvən” kollarının olduğunu, 16 iyul N5-ci il tarixdə, saat 15:30 radələrində “Gəvik” dövlət meşəsinin meşəbəyisi Şahid9 ona təcili zəng edərək onun nəzarət etdiyi sahədə, meşədə yanğın baş verdiyini bildirdiyindən həmin idarənin əməkdaşları Fətulla Nabatovu və Şahid7 də götürərək təcili hadisə baş verən əraziyə, “Gəvik” dövlət meşəsi istiqamətə getdiklərini, orada Milax bələdiyyəsinə məxsus torpaq sahəsinin bir hissəsinin tamamilə yandığını, digər hissələrinin isə yanğından mühafizə olunduğunu gördüklərini, “Gəvik” dövlət meşəsində isə yanğının hələ də davam etdiyini, həmin vaxt havanın isə bərk küləkli olduğunu, orada ərazinin meşəbəyisi Şahid9, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, habelə təxminən 10 nəfər hərbi geyimdə olan hərbi qulluqçuların da olduğunu, onlardan yanğının hansı səbəbdən baş verməsini soruşduqda meşəbəyi Şahid9 onlara Təqsirləndirilən şəxs adlı hərbi qulluqçunun qida məhsullarının tullantılarını yandırarkən ehtiyatsızlıqdan yanğın törətdiyini bildirdiyini, həmin gün saat N radələrinə yaxın yanğının geniş xarakter almasının qarşısı alındığını, ərazi yanğından mühafizə olunduqdan sonra ilkin olaraq akt tərtib edildiyini, akta əsasən yanğının hansı ərazilərdə olduğu qeyd olunduğunu, 17 iyul N5-ci il tarixdə yenidən yanğın olan əraziyə gedərək həm bələdiyyə mülkiyyətində olan ərazinin, həm də “Gəvik” dövlət meşəsinin koordinatları, hansı sayda ağacların və kolların məhv olması, zədələndiyi barədə akt tərtib etdiklərini, akta əsasən yanğın nəticəsində həmin ərazilər üzərindəki ağac və kollarla birlikdə yandıqlarını və zədələndiklərini, meşəlik ərazidə isə “Palıd”, “Qarağac”, “Qoz” ağacları, “Söyüd”, “Qarağac”, “Yabani alça” ağac növləri, “Dovşan alması”, “Quş armudu”, “Enliyarpaq gərməşov”, “Badamça”, “Yemişan”, “İtburnu”, “Gəvən kolu” kolları yanaraq məhv olduqlarını və zədələndiklərini qeyd etdiklərini, sonralar dövlətə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə hər iki ərazinin yanan hissələrinin sərhədləri dəqiqləşdirilərək bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin 30.5 hektarı sahəsinin “Gəvik” dövlət meşəsinə məxsus ərazinin isə 12 hektar hissəsinin yanaraq məhv olduğunu, tərtib edilmiş akta əsasən yanmış və zədələnmiş ağacların, kolların dəqiq sayı göstərildiyini, Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində baş vermiş yanğın nəticəsində tərtib edilmiş akta əsasən ümumilikdə 168660 manat, “Gəvik” dövlət meşəsinə yanğın nəticəsində isə 35981 manat ziyan vurulduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində N5-ci ilin fevral ayından Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Babək rayon üzrə məsləhətçisi vəzifəsində işlədiyini, 16 iyul N5-ci il tarixdə xidmət rəisinin ona zəng edərək Culfa rayonu, Ərəfsə kəndi ərazisində yerləşən “Gəvik” dövlət meşəsində yanğın baş verdiyini bildirdiyindən idarənin əməkdaşı Şahid6la yanğının baş verdiyi əraziyə getdiklərini, orada bələdiyyə mülkiyyətində olan ərazinin tamamilə yanmasını, “Gəvik” dövlət meşəsində isə yanğının hələ də davam etməsini gördüklərini, ərazidə “Gəvik” dövlət meşəsinin meşəbəyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və təxminən 10-15 nəfər hərbi geyimdə olan hərbi qulluqçuların olduğunu, orada olan meşəbəyi Cavaddan baş vermiş yanğın hadisənin necə baş verməsini soruşduqda hadisəni olduğu kimi onlara danışaraq hadisənin hərbi qulluqçulardan birinin ehtiyatsızlığı ucbatından törəndiyini, yanğının ilkin olaraq Culfa rayonu, Milax bələdiyyəsinin mülkiyyətində olan “Cəvizlik” adlanan ərazidən, hərbi qulluqçuların məskunlaşdığı və tullantıları yandırdığı yerdə başlayaraq daha sonra geniş xarakter alaraq “Gəvik” dövlət meşəsinə keçdiyini dediyini, saat N radələrinə yaxın isə yanğının geniş xarakter almasının qarşısının demək olar ki, alındığını, ərazi yanğından mühafizə olunandan sonra ilkin olaraq akt tərtib edərək yanğının hansı ərazilərdə olduğunu, yanğın nəticəsində hansı ağaclara, kollara ziyan dəyməyini qeyd etdiklərini, səhərsi gün 17 iyul N5-ci il tarixdə yenidən əraziyə gedərək həm bələdiyyə mülkiyyətində olan ərazinin, həm də “Gəvik” dövlət meşəsinin koordinatlarını, hansı sayda ağacların məhv edildiyini, zədələndiyini qeyd etdiklərini və bununla bağlı müvafiq akt da tərtib etdiklərini, tərtib edilmiş akta əsasən ümumilikdə 30.5 hektar bələdiyyə mülkiyyətində olan ərazidə 12 hektar ərazi və “Gəvik” dövlət meşəsinin ərazisi olmaqla ümumilikdə 42.5 hektar sahənin yandığını, bələdiyyə mülkiyyətinə aid, yanmış hissədə torpaq qatı üzərində geniş bir ərazidə yayılmış “Qoz”, “Dovşan alması”, “Quş armudu”, “Enliyarpaq gərməşov”, “Qarağac”, “Söyüd”, “Badamça”, “Yemişan”, “İtburnu”, “Yabani alça”, “Gəvən kolu” ağac və kollarının olduğunu, həmin yaşıllıqların müəyyən hissəsinin tamamilə məhv olduğunu, müəyyən hissəsinin isə yanma nəticəsində zədələndiyini gördüklərini, tərtib edilmiş akta əsasən “Qoz” ağacının 18 ədədinin yanma nəticəsində məhv olduğu, 74 ədədi isə yanma nəticəsində müəyyən hissələrindən zədələndiyi, “Palıd” ağacının 423 ədədinin yanma nəticəsində məhv olduğu, 58 ədədinin isə zədələndiyi, “Söyüd” ağacının 3 ədədinin zədələndiyini, “Dovşan alması” kolunun 29 ədədinin, “Quş armudu” kolunun 4 ədədinin, “Yabani alça” kolunun 2 ədədinin, “İtburnu” kolunun 27 ədədinin, “Yemişan” kolunun 62 ədədinin, “Badamça” kolunun 4 ədədinin, “Aralıq quşarmudu” kolunun 26 ədədinin, “Gəvən” kolunun 393 ədədinin yanma nəticəsində məhv olduğunu, Culfa rayonu Milax bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 547 ədəd kol, 576 ədəd ağac olmaqla, ümumilikdə 1123 ədəd yaşıllıq sahəsinin məhv olunduğunu və zədələndiyini, “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə yaşıllıqların müəyyən hissəsinin yanma nəticəsində tamamilə məhv olduğunu, müəyyən hissəsinin isə zədələndiyini, belə ki, 930 ədəd “Palıd” ağacının yanma nəticəsində məhv olduğunu, 306 ədəd “Palıd” ağacının isə müəyyən hissələrindən yanma nəticəsindən zədələdiyini, 1 ədəd “Qarağac” ağacının yanma nəticəsində məhv olduğunu, 237 ədəd “Gəvən” kolu, 31 ədəd “Dovşan alması” kolu, 10 ədəd “Quşarmudu” kolu, 33 ədəd “Enliyarpaq gərməşov” kolu, 16 ədəd “İtburnu” kolu, 14 ədəd “Yemişan” kolu, 7 ədəd “Aralıq quşarmudu” kolunun yanma nəticəsində məhv olduğunu, “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə ümumilikdə 348 kol, 1237 ağac olmaqla, 1585 ədəd yaşıllığın məhv olunduğunu və zədələndiyini, qeyd olunan ərazilərdə yaşıllıqlara yandırılma nəticəsində dəymiş ziyanla bağlı 16-18 iyul N5-ci il tarixlərində ətraflı monitorinq yoxlaması aparılarkən yandırılma nəticəsində bələdiyyə mülkiyyətinə məxsus ərazidə yaş halda diametrləri (d=4.1-8 sm) 4 ədəd, (d=8.1-12 sm) 10 ədəd, (d=12.1-16 sm) 2 ədəd, (d=16.1-N sm) 1 ədəd, (d=N.1-24 sm) 1 ədəd olmaqla ümumilikdə 18 ədəd “Qoz” ağacı məhv olmuş, (d=1- 4 sm) 5 ədəd, (d=4.1-8 sm) 13 ədəd, (d=8.1-12 sm) 27 ədəd, (d=12.1-16 sm) 18 ədəd, (d=16.1-N sm) 8 ədəd, (d=N.1-24 sm) 2 ədəd, (d=24.1-28 sm) 1 ədəd olmaqla ümumilikdə 74 ədəd “Qoz” ağacı zədələnmişdir. Yaş halda (d=1-4 sm) 82 ədəd, (d=4.1-8 sm) 75 ədəd, (d=8.1-12 sm) 62 ədəd, (d=12.1-16 sm) 47 ədəd, (d=16.1-N sm) 38 ədəd, (d=N.1-24 sm) 34 ədəd, (d=24.1-28 sm) 22 ədəd, (d=28.1-32 sm) 18 ədəd, (d=32.1-36 sm) 16 ədəd, (d=36.1-40 sm) 14 ədəd, (d=42 sm) 1 ədəd, (d=43 sm) 1 ədəd, (d=47 sm) 1 ədəd, (d=50 sm) 1 ədəd, (d=65 sm) 2 ədəd, (d=70 sm) 2 ədəd, (d=100 sm) 1 ədəd, (d=87 sm) 1 ədəd, (d=49 sm) 1 ədəd, (d=53 sm) 1 ədəd, (d=57 sm) 1 ədəd, (d=45 sm) 1 ədəd, (d=75 sm) 1 ədəd olmaqla ümumilikdə 423 ədəd “Palıd” ağacı məhv olmuş, (d=1-4 sm) 4 ədəd, (d=4.1- 8 sm) 6 ədəd, (d=8.1-12 sm) 7 ədəd, (d=12.1-16 sm) 5 ədəd, (d=16.1-N sm) 3 ədəd, (d=N.1-24 sm) 8 ədəd, (d=24.1-28 sm) 4 ədəd, (d=28.1-32 sm) 2 ədəd, (d=32.1-36 sm) 3 ədəd, (d=36.1-40 sm) 5 ədəd, (d=42 sm) 1 ədəd, (d=47 sm) 1 ədəd, (d=50 sm) 2 ədəd, (d=65 sm) 1 ədəd, (d=70 sm) 2 ədəd, (d=100 sm) 1 ədəd, (d=49 sm) 1 ədəd, (d=45 sm) 1 ədəd, (d=75 sm) 1 ədəd olmaqla ümumilikdə 58 ədəd “Palıd” ağacı zədələnmişdir. 3 ədəd yaş halda diametrləri (28, 38, 60) sm olan “Söyüd” ağaclarının budaqları yanaraq zədələnmişdir. “Gəvik” dövlət meşəsində yandırılmış 12 hektar ərazidə 1 ədəd yaş halda diametri 09 sm olan “Qarağac” ağacı məhv olmuşdur. Yaş halda (d=1-4 sm) N7 ədəd, (d=4.1-8 sm) 163 ədəd, (d=8.1-12 sm) 96 ədəd, (d=12.1-16 sm) 85 ədəd, (d=16.1-N sm) 73 ədəd, (d=N.1-24 sm) 45 ədəd, (d=24.1-28 sm) 54 ədəd, (d=28.1-32 sm) 38 ədəd, (d=32.1-36 sm) 40 ədəd, (d=36.1-40 sm) 40 ədəd, (d=41 sm) 07 ədəd, (d=43 sm) 5 ədəd, (d=44 sm) 6 ədəd, (d=50 sm) 5 ədəd, (d=55 sm) 5 ədəd, (d=60 sm) 8 ədəd, (d=61 sm) 6 ədəd, (d=102 sm) 3 ədəd, (d=80 sm) 5 ədəd, (d=73 sm) 7 ədəd, (d=95 sm) 2 ədəd, (d=45 sm) 10 ədəd, (d=70 sm) 2 ədəd, (d=58 sm) 3 ədəd, (d=56 sm) 4 ədəd, (d=48 sm) 5 ədəd, (d=42 sm) 6 ədəd olmaqla ümumilikdə 930 ədəd “Palıd” ağacı məhv olmuşdur. Yaş halda diametrləri (d=1-4 sm) 67 ədəd, (d=4.1-8 sm) 45 ədəd, (d=8.1-12 sm) 35 ədəd, (d=12.1-16 sm) 25 ədəd, (d=16.1-N sm) N ədəd, (d=N.1-24 sm) 26 ədəd, (d=24.1-28 sm) 35 ədəd, (d=28.1-32 sm) N ədəd, (d=32.1-36 sm) 16 ədəd, (d=36.1-40 sm) 10 ədəd, (d=41 sm) 05 ədəd, (d=43 sm) 2 ədəd olmaqla ümumilikdə 306 ədəd “Palıd” ağacının zədələndiyini, ümumilikdə Culfa rayonu, Ərəfsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində baş vermiş yanğın nəticəsində 168660 manat, “Gəvik” dövlət meşəsinə baş vermiş yanğın nəticəsində isə 35981 manat, ümumilikdə dövlətə N4641 manat ziyan dəydiyini, həmin maddi ziyanın hesablanması “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr N16-cı il tarixli, 421 nömrəli qərarına və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 nömrəli qərarına əsasən hesablandığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində 09 avqust N1-ci il tarixdən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 adına Zəngəzur Milli Parkında mühafizəçi vəzifəsində işlədiyini, vəzifəsinin otlaq sahələrinə, qadağan olunmuş yerlərdə qanunsuz ovlamalara, ağacların kəsilməsinə nəzarət etməli olduğunu, əsas xdmət sahəsinin Culfa rayonu, Ərəfsə kəndi ərazisində olan “Gəvik” dövlət meşəsinin ərazisi olduğunu, əlavə olaraq meşələrdə nəzarəti meşəbəyilərin həyata keçirdiklərini, “Gəvik” dövlət meşəsinin meşəbəyisinin Şahid9 olduğunu, 16 iyul N5-ci il tarixdə saat 15 radələrində Culfa rayonu, Ərəfsə kəndinin digər istiqamətində olan “Xəzinə Dərə” dövlət meşəsinin ərazisinə tərəf gedərkən “Gəvik” meşəsinin yanması barədə məlumat aldığı üçün təcili həmin əraziyə getdiyini, orada kənd bələdiyyəsinin ərazisinin yanmasını, yanğının meşəyə çatmasını, meşənin yanaraq yuxarı doğru qalxmasını gördüyünü, həmin ərazidə hərbi hissəyə məxsus “Qaz 3308” markalı maşın və yaşayış üçün “kunq” olmasını gördüyünü, bir neçə hərbi qulluqçunun da həmin ərazidə olduğunu, onlardan birinin də, sonradan ad-soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyini, həmin şəxsdən yanğının hansı səbəbdən baş verməsini soruşduqda yaxınlıqda, maşınların dayandığı yerin yaxınlığında olan çuxuru göstərib baş vermiş hadisəni olduğu kimi ona danışdığını, oradan çıxıb meşə istiqamətinə gedərkən həmin vaxt yanğınsöndürənlərin də əraziyə gəldiklərini, sonra köməkli şəkildə yanğını söndürməyə başladıqlarını, həmin gün saat N radələrində yanğını tamami ilə söndürdüklərini, ümumiyyətlə 30.5 hektar bələdiyyə mülkiyyətində olan ərazi, 12 hektar ərazi isə “Gəvik” dövlət meşəsinin ərazisi olmaqla 42.5 hektar sahənin yandığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş meşəbəyi Şahid9 ifadəsində 16 iyul N5-ci il tarixdə saat 14:15 radələrində “Gəvik” dövlət meşəsinin qurtaracağında “Gəvik” dövlət meşəsinin aşağı hissəsindən tüstü gəldiyini görüb dərhal həmin əraziyə gedərək baş verən yanğının “Gəvik” meşə sahəsində deyil, Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan ərazidə baş verdiyini gördüyünü, əraziyə çatan zaman 6-7 nəfər hərbi geyimdə hərbi qulluqçunun orada olduğunu gördüyünü, ərazinin küləkli olduğunu, onlardan “buranı kim yandırdı?” deyə soruşduqda həmin vaxt orada olan bir nəfər hərbi qulluqçunun, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona qida məhsullarının tullantılarını yandırarkən ehtiyatsızlıqdan yanğının geniş xarakter aldığını və küləkli hava olduğundan əraziyə yayıldığını bildirdiyini, bu məlumatları öyrəndikdən sonra idarənin rəisi Şahid6 zəng edərək hadisə barədə dərhal ona məlumat verdiyini, bir az sonra əraziyə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşınının da gəldiyini, yanğınsöndürən maşın gələn zaman artıq baş vermiş yanğın “Gəvik” dövlət meşəsinə də keçdiyini, ilkin olaraq bələdiyyə mülkiyyətində olan ərazini daha sonra isə “Gəvik” dövlət meşəsinin sahəsini söndürməyə başladıqlarını, təxminən saat 18:00-19:00 radələrində yanğını söndürdüklərini, sonraki günlər Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları akt tərtib edərək həmin ərazidə hansı sayda ağacların və kol bitkilərinin yanaraq məhv olması, zədələnməsi barədə məlumatları qeyd etdiklərini, əraziyə baxış zamanı 30.5 hektar bələdiyyə mülkiyyətində olan ərazisi, 12 hektar ərazi isə “Gəvik” dövlət meşəsinin ərazisi olmaqla, ümumilikdə 42.5 hektar sahənin yandığını, həmin bələdiyyə və meşə sahəsində “Qoz”, “Dovşan alması”, “Quş armudu”, “Enliyarpaq gərməşov”, “Qarağac”, “Palıd”, “Söyüd”, “Badamça”, “Yemişan”, “İtburnu”, “Yabani alça”, “Gəvən kolu” ağac və kolları olmaqla həmin ağac və kolların çoxunun yararsız hala düşdüyünü və zədələndiyini göstərdi. Cinayət işi üzrə Dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin əməkdaşları Şahid10 və Şahid11 da məhkəmə istintaqında şahid qismində dindirilmiş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şahid7 ifadəsinə uyğun ifadə verdilər. Cinayət işi üzrə 15 oktyabr N5-ci il tarixdə məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş, alınmış 27 oktyabr N5-ci il tarixli, 1063 nömrəli ekspert rəyində göstərilmişdir ki, yanğının mənbəyi Culfa rayon Ərəfsə kəndi ərazisində yerləşən həmin rayonun Milax bələdiyyəsinə aid torpaq sahəsində olan hərbi hissənin şəxsi heyətinin gecələr qalması üçün oraya gətirilmiş “kunq” qoşqusundan 23.5 metr kənarında qazılmış çuxurda (köhnədən qazılmış səngərdə) yerləşmiş və genişlənərək “Cəvizlik” adlanan əraziyə və dağın yamacı ilə meşə istiqamətinə doğru yayılmışdır. Yanğının baş verməsinə səbəb (yanğının mənbəyinə) kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın, kibritin və s.) təsirindən yanan materialların (zibil tullantılarının, quru ot kollarının və s.) alışması istisna edilmir. Yanğının Culfa rayon Ərəfsə kəndi ərazisində yerləşən həmin rayonun Milax bələdiyyəsinə aid torpaq sahəsində olan hərbi hissənin şəxsi heyətinin gecələr qalması üçün oraya gətirilmiş “kunq” qoşqusundan 23.5 metr kənarında qazılmış çuxurda (köhnədən qazılmış səngərdə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanan materialların (zibil tullantılarının, quru ot kollarının və s.) alışmasından baş verməsi istisna edilmir. Cinayət işi üzrə tərtib olunmuş 03 oktyabr N5-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki; Hadisə Culfa rayonu Ərəfsə kəndindən təqribən 6,5 km məsafədə, “Gədik” olan mövqeyə gedən yolun sağ tərəfində, Culfa rayonu Milax bələdiyyə mülkiyyətinə aid torpaq səhəsində (həmin torpaq sahəsinin “Cəvizlik” adlanan hissəsi də daxil olmaqla) və bələdiyyə torpaq sahəsinə bitişik, həmin ərazinin sağ tərəfində dağın yamac və zirvə hissəsində, eləcə də dağın arxa tərəfində yerləşən “Gəvik” dövlət meşəsində baş vermişdir. Culfa rayonu Milax bələdiyyə mülkiyyətinə aid torpaq səhəsi 4950 hektar, “Gəvik” dövlət meşəsi 196.21 hektar olmaqla həmin ərazilərdə ölçü işləri (“Gəvik” dövlət meşəsinə aid kadastr planı, “KMZ” xəritə, yer quruluşu planı (koordinatlar göstərilməklə) aparıldı və nəticədə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 30,5 hektar hissəsinin, “Gəvik” dövlət meşəsinə aid 12 hektar ərazinin yandığı müəyyən edildi. Bələdiyyə mülkiyyətinə məxsus yanmış ərazinin yanğın başladığı hissəsində 2,5x3,15 metr ölçüdə, dağın yamac hissəsinin başlanğıcında, nisbətən dördkünc formada, kənarlarında qazılıb yığılmış torpaq qalağı olan, içəri tərəfində divarlarının kənarı uçmuş köhnə çuxur (köhnə səngər yeri) vardır. Həmin hissədə çuxurun dərinliyi 1,50 metr, çuxurun qarşı tərəfində, nisbətən düzənlik əraziyə doğru olan hissəsində dərinlik 0,40 metr olmaqla divarların hündürlüyü yuxarıdan aşağıya doğru azalır. Çuxurun ətrafı otluq ərazidir. Çuxurun 1,50 metr hündürlüyündə olan arxa divarı bələdiyyə mülkiyyətində olan yanmış torpaq sahəsinin başlanğıc hissəsidir. Çuxurun içərisində yanmış və qaralmış vəziyyətdə müxtəlif tullantı qalıqları vardır. Onlar nazik metal marerialdan hazırlanmış qazlı şirin su qabları, üz qırxmaq üçün istifadə edilən “köpük” qabları, dezodorant qabları, müxtəlif ölçülü metal konserv bankaları, yanmış ağac budaqları, kömürləşmiş ağac qalıqlarından ibarətdir. Bələdiyyə mülkiyyətinə aid, yanmış hissədə torpaq qatı üzərində geniş bir ərazidə yayılmış formada “Qoz”, “Dovşan alması”, “Quş armudu”, “Enliyarpaq gərməşov”, “Qarağac”, “Söyüd”, “Badamça”, “Yemişan”, “İtburnu”, “Yabani alça”, “Gəvən kolu” ağac və kolları vardır. Həmin yaşıllıqların müəyyən hissəsi yanma nəticəsində tamamilə məhv olmuş, müəyyən hissəsi isə yanma nəticəsində zədələnmişdir. “Qoz” ağacının 18 ədədi yanma nəticəsində məhv olmuş, 74 ədədi müəyyən hissələrindən zədələnmiş, “Palıd” ağacının 423 ədədi yanma nəticəsində məhv olmuş, 58 ədədi müxtəlif hissələrindən zədələnmiş, “Söyüd” ağacının 3 ədədi müəyyən hissələrindən zədələnmişdir. “Dovşan alması” kolunun 29 ədədi, “Quş armudu” kolunun 4 ədədi, “Yabani alça” kolunun 2 ədədi, “İtburnu” kolunun 27 ədədi, “Yemişan” kolunun 62 ədədi, “Badamça” kolunun 4 ədədi, “Aralıq quşarmudu” kolunun 26 ədədi, “Gəvən” kolunun 393 ədədi yanma nəticəsində məhv olmuşdur. Baxış zamanı Culfa rayon Milax bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 547 ədəd kol, 576 ədəd ağac olmaqla, ümumilikdə 1123 ədəd yaşıllıq məhv olmuş və zədələnmişdir. Baxış zamanı “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə 930 ədəd “Palıd” ağacı yanma nəticəsində məhv olmuş, 306 ədəd “Palıd” ağacı isə müəyyən hissələrindən zədələnmiş, 1 ədəd “Qarağac” ağacı yanma nəticəsində məhv olmuş, 237 ədəd “Gəvən” kolu, 31 ədəd “Dovşan alması” kolu, 10 ədəd “Quşarmudu” kolu, 33 ədəd “Enliyarpaq gərməşov” kolu, 16 ədəd “İtburnu” kolu, 14 ədəd “Yemişan” kolu, 07 ədəd “Aralıq quşarmudu” kolu yanma nəticəsində məhv olmuşdur. Baxış zamanı “Gəvik” dövlət meşəsinə aid 12 hektar sahədə 348 ədəd kol, 1237 ədəd ağac olmaqla, ümumilikdə 1585 ədəd yaşıllıq məhv olmuş və zədələnmişdir. Cinayət işi üzrə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunmuş 18 iyul N5-ci il tarixli, 122 nömrəli aktdan görünür ki; 16 iyul N5-ci il tarixdə Culfa rayon Milax bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində və “Gəvik” dövlət meşəsində baş vermiş yanğın nəticəsində yaşıllığa dəymiş ziyanın hesablanması ilə bağlı həmin ərazilərə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Culfa rayon Milax bələdiyyəsinə aid 30.5 hektar torpaq sahəsi yanmışdır. Yandırılma nəticəsində bələdiyyə mülkiyyətinə məxsus ərazidə yaş halda diametrləri (d=4.1-8 sm) 4 ədəd, (d=8.1-12 sm) 10 ədəd, (d=12.1-16 sm) 2 ədəd, (d=16.1-N sm) 1 ədəd, (d=N.1-24 sm) 1 ədəd olmaqla ümumilikdə 18 ədəd “Qoz” ağacı məhv olmuş, (d=1-4 sm) 5 ədəd, (d=4.1-8 sm) 13 ədəd, (d=8.1-12 sm) 27 ədəd, (d=12.1-16 sm) 18 ədəd, (d=16.1-N sm) 8 ədəd, (d=N.1-24 sm) 2 ədəd, (d=24.1-28 sm) 1 ədəd olmaqla ümumilikdə 74 ədəd “Qoz” ağacı zədələnmişdir. Yaş halda (d=1-4 sm) 82 ədəd, (d=4.1-8 sm) 75 ədəd, (d=8.1-12 sm) 62 ədəd, (d=12.1-16 sm) 47 ədəd, (d=16.1-N sm) 38 ədəd, (d=N.1-24 sm) 34 ədəd, (d=24.1-28 sm) 22 ədəd, (d=28.1-32 sm) 18 ədəd, (d=32.1-36 sm) 16 ədəd, (d=36.1-40 sm) 14 ədəd, (d=42 sm) 1 ədəd, (d=43 sm) 1 ədəd, (d=47 sm) 1 ədəd, (d=50 sm) 1 ədəd, (d=65 sm) 2 ədəd, (d=70 sm) 2 ədəd, (d=100 sm) 1 ədəd, (d=87 sm) 1 ədəd, (d=49 sm) 1 ədəd, (d=53 sm) 1 ədəd, (d=57 sm) 1 ədəd, (d=45 sm) 1 ədəd, (d=75 sm) 1 ədəd olmaqla ümumilikdə 423 ədəd “Palıd” ağacı məhv olmuş, (d=1-4 sm) 4 ədəd, (d=4.1-8 sm) 6 ədəd, (d=8.1-12 sm) 7 ədəd, (d=12.1-16 sm) 5 ədəd, (d=16.1-N sm) 3 ədəd, (d=N.1-24 sm) 8 ədəd, (d=24.1-28 sm) 4 ədəd, (d=28.1-32 sm) 2 ədəd, (d=32.1-36 sm) 3 ədəd, (d=36.1-40 sm) 5 ədəd, (d=42 sm) 1 ədəd, (d=47 sm) 1 ədəd, (d=50 sm) 2 ədəd, (d=65 sm) 1 ədəd, (d=70 sm) 2 ədəd, (d=100 sm) 1 ədəd, (d=49 sm) 1 ədəd, (d=45 sm) 1 ədəd, (d=75 sm) 1 ədəd olmaqla ümumilikdə 58 ədəd “Palıd” ağacı zədələnmişdir. 3 ədəd yaş halda diametrləri (28, 38, 60) sm olan “Söyüd ağaclarının budaqları yanaraq zədələnmişdir. “Gəvik” dövlət meşəsində yandırılmış 12 hektar ərazidə 1 ədəd yaş halda diametri 09 sm olan “Qarağac” ağacı məhv olmuşdur. Yaş halda (d=1-4 sm) N7 ədəd, (d=4.1-8 sm) 163 ədəd, (d=8.1-12 sm) 96 ədəd, (d=12.1-16 sm) 85 ədəd, (d=16.1-N sm) 73 ədəd, (d=N.1-24 sm) 45 ədəd, (d=24.1-28 sm) 54 ədəd, (d=28.1-32 sm) 38 ədəd, (d=32.1-36 sm) 40 ədəd, (d=36.1-40 sm) 40 ədəd, (d=41 sm) 07 ədəd, (d=43 sm) 5 ədəd, (d=44 sm) 6 ədəd, (d=50 sm) 5 ədəd, (d=55 sm) 5 ədəd, (d=60 sm) 8 ədəd, (d=61 sm) 6 ədəd, (d=102 sm) 3 ədəd, (d=80 sm) 5 ədəd, (d=73 sm) 7 ədəd, (d=95 sm) 2 ədəd, (d=45 sm) 10 ədəd, (d=70 sm) 2 ədəd, (d=58 sm) 3 ədəd, (d=56 sm) 4 ədəd, (d=48 sm) 5 ədəd, (d=42 sm) 6 ədəd olmaqla ümumilikdə 930 ədəd “Palıd” ağacı məhv olmuşdur. Yaş halda diametrləri (d=1-4 sm) 67 ədəd, (d=4.1-8 sm) 45 ədəd, (d=8.1-12 sm) 35 ədəd, (d=12.1-16 sm) 25 ədəd, (d=16.1-N sm) N ədəd, (d=N.1-24 sm) 26 ədəd, (d=24.1-28 sm) 35 ədəd, (d=28.1-32 sm) N ədəd, (d=32.1-36 sm) 16 ədəd, (d=36.1-40 sm) 10 ədəd, (d=41 sm) 05 ədəd, (d=43 sm) 2 ədəd olmaqla ümumilikdə 306 ədəd “Palıd” ağacı zədələnmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş 13 oktyabr N5-ci il tarixli, 3-14-32/2-1144/N5 nömrəli məktubda göstərilmişdir ki, Culfa rayon Ərəfsə kəndində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində baş vermiş yanğın nəticəsində 168 660 (bir yüz altmış səkkiz min altı yüz altmış) manat və “Gəvik” dövlət meşəsində baş vermiş yanğın nəticəsində 35 981 (otuz beş min doqquz yüz səksən bir) manat olmaqla, ümumilikdə təbiətə N4 641 (iki yüz dörd min altı yüz qırx bir) manat məbləğində ziyan vurulmuşdur. Culfa rayon Milax bələdiyyəsindən daxil olmuş 06 sentyabr N5-ci il tarixli, 11 nömrəli arayışda 16 iyul N5-ci il tarixdə baş vermiş yanğın nəticəsində 30.5 hektar ərazidə yanan sahənin Culfa rayon Milax bələdiyyəsinin Ərəfsə kəndinə məxsus torpaq sahəsi olduğu göstərilmişdir. Culfa rayon Milax bələdiyyəsi hüquqi şəxs kimi Culfa rayon Milax bələdiyyəsinin sədri Nümayəndə1 03 dekabr N5-ci il tarixli qərarla zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Culfa rayon Milax bələdiyyəsindən daxil olmuş 03 dekabr N5-ci il tarixli, 33 nömrəli məktubda və təqdim edilmiş aktda (Culfa rayon Milax bələdiyyəsinin N fevral N6-cı il tarixli aktından da görünür ki həmin bələdiyənin 11 üzvünün iştirakı ilə iclas çağırılaraq hər birinin razılığı ilə) göstərilmişdir ki, cinayət işi üzrə Culfa rayon Milax bələdiyyəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində baş vermiş yanğın nəticəsində 168 660 (bir yüz altmış səkkiz min altı yüz altmış) manat ziyana görə Təqsirləndirilən şəxs mülki iddiaları, tələbləri və şikayətləri yoxdur. İbtidaii istintaq və məhkəmə istintaqı zamanı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquqi şəxs kimi 30 oktyabr N5-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən verilmiş 06 yanvar N6-ci il tarixli vəkalətnaməyə əsasən Nazirliyin hüquqlarının müdafiəsinin etibar edildiyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin Ətraf mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunun müdiri Nümayəndə2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 21 may N5-ci il tarixli, 360 nömrəli dispanserizasiya vərəqəsində Təqsirləndirilən şəxs müayinələrin nəticəsinə uyğun olaraq sağlam olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində X1 Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 sorğu verilərək alınmış 13 noyabr N5-ci il tarixli, 3-28-34-4/2-2811/N5 nömrəli məktubda Təqsirləndirilən şəxs dispanserdə narkomaniyaya, alkoqolizmə və ruhi xəstəliyə görə qeydiyyatda dayanmadığı göstərilmişdir. “X22 Mərkəzi” X19 sorğu verilərək alınmış 19 noyabr N5-ci il tarixli, 3-28-34-19/2- 372/N5 nömrəli məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixonevroloji və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. N saylı hərbi hissə komandiri İsmayıl Mədətov tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissədə xidmət edir və aylıq əmək haqqı 1547 (min beş yüz qırx yeddi) manat 39(otuz doqquz) qəpik təşkil edir və həmin məbləğdən İki uşağın saxlanması üçün 688 (altı yüz səksən səkkiz) manat aliment pulu ödəyir. Təqsirləndirilən şəxs – xx xxxxxxx 1980-ci il tarixdə Culfa rayonu, Bənəniyar kəndində anadan olmuşdur. Culfa rayonu, Bənəniyar kəndində daimi qeydiyyatdadır. Tam orta təhsillidir, evlidir. Himayəsində ikinci evlilikdən iki azyaşlı övladları var. Cinayət işinin materiallarına əlavə edilmiş Nigah haqqında Az-11 saylı 258992№-li şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 06 may N08-ci ildə Culfa rayon Bənəniyar kənd sakini X8 ilə ailə həyatə qurmuş birgə nigahlarından 04 avqust N08-ci ildə doğulmuş X14 və 10 nöyabr N15-ci ildə doğulmuş X11 olmuşdur. (Cinayət işi 1-cü cild iş vərəqə 160-165) Cinayət işinin materiallarına əlavə edilmiş Culfa rayon Məhkəməsinin 2(089)-N4\N17 nömrəli, 12 dekabr N17-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 04 avqust N08-ci ildə doğulmuş X9 və 10 nöyabr N15-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanmasna görə bir uşaq üçün 100 manat olmaqla , hər ay N0 manat məbləğındə aliment pulunun tutularaq uşaqların anası X4 ödənilməsi göstərilmişdir. ( cinayət işi 3-cü cild iş vərəqə 23) Cinayət işinin materiallarına əlavə edilmiş Nigah haqqında Az-11 saylı 156134№-li şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr N19-cu ildə Culfa rayon Bənəniyar kənd sakini X10 ilə ailə qurmuş birgə nigahlarından 19 yanvar N19-cu ildə doğulmuş X16 və N may N0-ci ildə doğulmuş X12 olmuşdur. Hər ikisi azyaşlıdır. (Cinayət işi 1-cü cild iş vərəqə 160-165) N nömrəli hərbi hissə komandirinin N aprel N5-ci il tarixli, 113 nömrəli əmri ilə kiçik çavuş hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N5-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin haubitsalı artilleriya divizionunun 2-ci artilleriya batareyasının 1-ci taqımının 1-ci manqasının baş sürücüsü vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Xüsusi müsadirə cinayət hüquqi tədbirinin tətbiq edilməsi məqsədilə Təqsirləndirilən şəxs bank hesablarının vəziyyəti (həmin hesablar üzrə aparılan əməliyyatla, mədaxil, məxaric, əməliyyatlarının tarixi, yeri və məbləği, qalıq, bank hesablarına mədaxil olunan vəsaitlərin mənbələri, hansı təyinat üzrə xərclənmələri və sair göstərilməklə), depozit seyf özəklərinin mövcudluğu, kart hesabları, kredit götürmələri, kredit ödəmələri, bütün növ pul köçürmələri, nağd, eləcə də müxtəlif pul köçürmə sistemləri vasitəsi ilə aparılmış ödəmələr və digər maliyyə əməliyyatlarına dair bütün məlumatların Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün banklardan götürülməsi ilə bağlı Naxçıvan MR Hərbi Məhkəməsinə təqdimat verilmiş, Məhkəmənin qərarı ilə qeyd edilən məlumatların banklardan götürülməsi təmin edilmiş verilmiş bank məlumatlarından da görünür ki, onun adına hər hansı bir pul vəsaiti yoxdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinə və Naxçıvan MR Daxili İşlər Nazirliyinin X26 İdarəsinə sorğular verilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X26 İdarəsindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs adına hər hansı avtonəqliyyat vasitəsinin olmadığı göstərilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinə sorğu verilərək alınmış 27 noyabr N5-ci il tarixli, 03/1647 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) Culfa rayon X7 xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı əsasında Culfa rayonu, Bənəniyar kəndində 9675,26 m² kənd təsərrüfatı təyinatlı, 1263,9 m² həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzaları yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, 260.1-ci maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə, 260.1-2-ci maddəsinə əsasə Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusiilə küllü miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsı zərərçəkmiş şəxsin vəkalətl nümayəndələrini o cümlədən şahidləri dinləyərək iş materiallarını elələcə də ekspert və mütəxəssis rəylərini nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında MAHHXHQ–su Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməli tam sübuta yetdiyindən əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs MAHHXHQ–su Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MAHHXHQ–su Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq təqsirləndirilən şəxs MAHHXHQ–su Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin nümayəndələrinin ondan hər hansı bir şikayət və tələblərinin olmamasını, baş vermiş hadisənin ehtiyatsızlıqdan törərməsini, 2(iki) uşağa görə aliment ödəməsini, 3 (üç) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə eyni zamanda hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onların öz ailəsi ilə Təqsirləndirilən şəxs nəzərən onun aliment ödədiyi azyaşlı uşaqları ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özü və ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumların islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Eyni zamanda məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən belə hesab edir ki, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı da təyin edə bilməz ona görə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin hərbi qulluqçusudur və Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza hərbi qulluqçulara təyin edilmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən cərimə növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin yaşayış yeri üzrə, yəni Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 15 dekabr N5-ci il tarixində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq hökm qanuni qüvvəyə mindikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə həyata keçirilən məhkəmə hazırlıq iclası və məhkəmə baxışı iclasları zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel N5-ci il tarixli 141 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsiərində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs dövəlt büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 aprel N5-ci il tarixli 141 saylı qərarı ilə bir iş saatı 11 manat olmaqla 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Cinayət işi üzrə 100 (bir yüz) manat məhkəmə yanğın-texniki ekspertizası üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, SAP(XİİS) hesabı, Adı: X13 MR idarəsi, Kodu: 502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************4, SFİFT NAXCAZ21, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi VÖEN **********, Hesab: AZ21NABZ**********0**********4) köçürülməlidir. Məhkəmə hazırki cinayət işi üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, vurulmuş ziyanın, N4.641(iki yüz dörd min altı yüz qırx bir) manatın 3(üç) misli miqdarında yəni 613 923( altı yüz on üç min doqquz yüz iyirmi üç) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Culfa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 aprel N5-ci il tarixli 141 saylı qərarı ilə bir iş saatı 11 manat olmaqla 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə 100 (bir yüz) manat məhkəmə yanğın-texniki ekspertizası üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, SAP(XİİS) hesabı, Adı: X13 MR idarəsi, Kodu: 502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************4, SFİFT NAXCAZ21, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi VÖEN **********, Hesab: AZ21NABZ**********0**********4) köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar