Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-8/2022 11.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalova Nuray Hikmət qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, subay, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, N nömrəli hərbi hissənin tibb təhcizat bölməsinin rəisi, barəsində 01 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını təkrarən, xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin tibbi-təchizat bölməsinin rəisi-tibbi təchizat rəisi vəzifəsində, tibb xidməti baş leytenantı rütbəsində xidmət edərkən 2021-ci ilin iyul ayının ortalarında maddi gəlir əldə etmək məqsədi ilə ona etibar edilmiş N №-li hərbi hissənin tibbi anbarından öz qulluq mövqeyindən istifadə etməklə bir flakonu 4.59 AZN olmaqla ümumi dəyəri 1377 AZN olan 300 flakon “Rotacef 1,0”, bir flakonu 5.1 AZN olmaqla, ümumi dəyəri N20 AZN olan 200 flakon “Betodin N % 120 ml (povidon)” məhlulunu və 1 bağlamı 11.62 AZN olmaqla, ümumi dəyəri 116.2 AZN olan N bağlam “Neyrovit (Tiam. HCL+pirid.+siano) 2 ml № N” adlı, ümumlikdə 2513.20 manat dəyərində dərman preparatlarını talayaraq Naxçıvan şəhəri “Cahan Ticarət Mərkəzi”də yerləşən “CAVİD” adlanan aptekə verib satışını təşkil etməklə mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə xidmət edərkən 19 may 2021-ci il tarixdə N №-li hərbi hissəyə N47, N48 və N49 №-li qaimələrlə 54 adda, 1680 AZN məbləğində “Aknetrent 20 mq N30”-dan 60 bağlam, 5.2 AZN məbləğində “Analgin 500 mq 2ml NN” -dan 20 bağlam, 30,94 AZN məbləğində “Askorutin 50 mq N50” -dən 26 bağlam, 4,5 AZN məbləğində “Baboçka 25 G (Venofix)”-dən 45 ədəd, 48,8 AZN məbləğində “Belok 50 mq N20”-dən 20 bağlam, 2550 AZN məbləğində “Betadin N% 120 ml (povidon)”-dan 500 flakon, 50 AZN məbləğində “Bint Nx16 elastik”-dən N0 ədəd, 13 AZN məbləğində “Boro plus 25,0”dan N bağlam, 12,95 AZN məbləğində “Dikloberl 75 mg N5”-dən 5 bağlam, 152 AZN məbləğində “Əlcək steril N 7,5 pudralı”-dan 200 cüt, 33,52 AZN məbləğində “Əlcək cərrahi q/steril NN0 L (pudrasız)”-dan 2 bağlam, 200 AZN məbləğində “Metrogil 1% 30 qr-gel”-dən 80 bağlam, N,1 AZN məbləğində “Metoklopramid 5mq/ml 2ml N1”-dən 2 bağlam, 0,9 AZN məbləğində “Papaverin h/d 2% 2ml NN”-dan 1 bağlam, 4.16 AZN məbləğində “Natrium tiosulfat 300 mq/ml N ml”-dən 2 bağlam, 3N AZN məbləğində “Roakkutan Nmq N30”-dan N bağlam, 2850 AZN məbləğində “Roakkutan 20mq N30”-dan 75 bağlam, 7,92 AZN məbləğində “Natrium xlorid 0,9mq/ml 400 ml”-dan 12 flakon, 55,25 AZN məbləğində “No-şpa (Drotaverin h\x) 0,04 N24”-dən 5 bağlam, 8,91 AZN məbləğində “Omeprazol 20mq N30”-dan 9 bağlam, 19,35 AZN məbləğində “Otrivin 0,05% Nml”-dən 5 flakon, 16.08 AZN məbləğində “Panadol 500 mq N24”-dən 6 bağlam, 20.88 AZN məbləğində “Qlükoza 50mq/ml 400 ml”-dən 24 flakon, 1377 AZN məbləğində “Seftriakson 1,0 (Rotaçef)”-dən 300 flakon, 350,88 AZN məbləğində “Siklo proginova 2mq+2mq/0,5mq N21”-dən 17 bağlam, 32,48 AZN məbləğində «Strepsils» ballı lidokainlidən 7 bağlam, 3,54 AZN məbləğində “Suprastin 20mq/ml 1ml N5”dən 1 bağlam, 47,52 AZN “Taylolhot-D N12”-dən 6 bağlam, 21,28 AZN məbləğində “Dimedrol 1%-1ml NN”-dan 28 bağlam, 435,6 AZN məbləğində “Festal NN”-dan 330 bağlam, 3,5 AZN məbləğində “Flukanazol 150mq N1”-dən N bağlam, N2,45 AZN məbləğində “Betadin sprey 50 ml”-dən 55 flakon, 18,3 AZN məbləğində “Ketoprofen (Artrokol)” 45qr gel-dən 5 bağlam, 12,6 AZN məbləğində “Doktoplast N4”-dən 70 bağlam, N,82 AZN məbləğində “Amoksisillin 500mq NN0”-dən 1 bağlam, 255,25 AZN məbləğində “Ampulisillin+sulbaktam 1,5mq (Baktocid)”-dən 53 flakon, 8,37 AZN məbləğində “Askorbin turşusu 50mq/ml 2ml NN”-dən 9 bağlam, 89,8 AZN məbləğində “Benzilpensillin Na duzu 1,0”-dan 524 flakon, 7,98 AZN məbləğində “Biseptol 480 N20”-dən 3 bağlam, 1,24 AZN məbləğində “Brilliant yaşılı 1%-N ml”-dən 4 flakon, 4,8 AZN məbləğində “Bromheksin 8mq N50”-dən 12 bağlam, 15,52 AZN məbləğində “Deksamezaton 4mq/ml -1ml N25”-dən 2 bağlam, 0,79 AZN məbləğində “Kofein benzonat natrium 200mq/ml 1ml NN”-dan 1 bağlam, N,N AZN məbləğində “Levomikol məlhəmi 40,0”-dan N bağlam, 2,31 AZN məbləğində “Lidokain hidroxlorid 20mq/ml- 2ml NN”dan 3 bağlam, 18,15 AZN məbləğində “Maye köçürmək üçün qurğu (sistem şlankı)”-dan 55 ədəd, 0,48 AZN məbləğində “Parasetamol 200 NN”-dan 6 bağlam, 8,47 AZN məbləğində “Ringer 500ml”-dən 7 flakon, 18 AZN məbləğində “Siprofloksasin (Roksin)” 500 mq NN-dən 3 bağlam, 63 AZN məbləğində “Şpris birdəfəlik iynə 5 ml”-dən 300 ədəd, 31,29 AZN məbləğində “Şpris birdəfəlik iynə N ml”-dən N9 ədəd, 5,28 AZN məbləğində “Yodun 5% məhlulu N ml”-dən 16 flakon, 0,79 AZN məbləğində “Vişnevski liniment 40.0”-dan 1 bağlam olmaqla, ümumilikdə 1N90,09 AZN (on bir min doxsan manat doqquz qəpik) məbləğində dərman və tibbi əmlakı verməməklə, təkrarən 06 may 2021-ci il tarixdə N №-li hərbi hissəyə N №-li qaimədə N,83 AZN məbləğində “ventolin 2.5 qr, 5 ml N20”-dən 3 bağlam, 09 avqust 2021-ci il tarixdə 881561 və 881560 №-li qaimələrdə 9 adda dərman preparatlarından N2.4 AZN məbləğində “Artoksan 1% 45qr”-dan 20 bağlam, 23.7 AZN məbləğində “Buskopan 20 mq/ml N6”-dan N bağlam, 64,75 AZN məbləğində “Deklosid krem 30 qr (Klot.+ qent)”-dən 7 bağlam, 29,04 AZN məbləğində “Disinon (Etamzilat) 2ml NN”-dan 6 bağlam, 340 AZN məbləğində “Reosorbilakt 200 ml”-dən 80 flakon, 622,76 AZN məbləğində “Safosbin 40 mq N28”-dən 4 bağlam, 697,2 AZN məbləğində “Neyrovit 2ml NN”-dan 60 bağlam, 126.25 AZN məbləğində “riboksin 200 mq N50”-dən 125 bağlam olmaqla, ümumilikdə 2016,93 AZN (iki min on altı manat doxsan üç qəpik) məbləğində dərman və tibbi əmlakı verməməklə, 17 avqust 2021-ci il tarixdə N №-li hərbi hissəyə N və N №-li qaimələr ilə 969 AZN məbləğində “betadin N% 120 ml (povidon)”-dan 190 flakon, 930 AZN məbləğində “diltiazem 1,0”-dan N0 flakon olmaqla, ümumilikdə 1899 AZN (bir min səkkiz yüz doxsan doqquz manat) məbləğində dərman və tibbi əmlakı verməməklə; 23 avqust 2021-ci il tarixdə N №-li hərbi hissəyə N №-li qaimədə N,40 AZN məbləğində “azitromisin 250 mq N6”-dan 5 bağlam, 2,30 AZN məbləğində “Adrenalin h/d 1,8 mq/ml 1ml NN”-dan 1 bağlam olmaqla ümumilikdə 16.70 (on altı manat yetmiş qəpik) məbləğidə dərman preparatını verməməklə, 24 avqust 2021-ci il tarixdə N №-li hərbi hissəyə N №-li qaimə ilə 2550 AZN (iki min beş yüz əlli manat) məbləğində “betadin N% 120 ml (povidon)”-dan 500 flakon verməməklə, 22 sentyabr 2021-ci il tarixdə N №-li hərbi hissəyə 881562, 881565, N, 881563 və 88156N №-li qaimələrlə 46 adda, 458,3 AZN məbləğində “Alflutop 1ml NN”-dan N bağlam, N,52 AZN məbləğində “Ambroksol (Sekrazol) 6mq/ml 150ml”-dən 2 flakon, 64,92 AZN məbləğində “Amoksisillin 500mq NN0”-dən 6 bağlam, 935 AZN məbləğində “Ampisillin+sulbaktam 1,5 mq (Baktocid)”dən 220 flakon, N,56 AZN məbləğində “Analgin 500 mq 2ml NN”-dan 56 bağlam, 115,35 AZN məbləğində “ANİOSPRAY QUİCK 5L”-dən 1 flakon, 13,95 AZN məbləğində “Askorbin turşusu 50mq/ml 2ml NN”-dan 15 bağlam, 5,76 AZN məbləğində “Asparkam NN”-dan 24 bağlam, 11,4 AZN məbləğində “Azitromisin 250mq N”-dən 5 bağlam, 18,54 AZN məbləğində “Feksofen 180 mg N20”-dən 3 bağlam, 8,37 AZN məbləğində “Hidrogen peroksid 30 mg”-dan 27 flakon, 34,80 AZN məbləğində “Magnezium+kalium N20”-dən 2 bağlam, 72,78 AZN məbləğində “Verşipron N0 mg N30”-dan 6 bağlam, 68,8 AZN məbləğində “Vitamin C 160 (limonlu) N20”-dən 8 bağlam, 1.8 AZN məbləğində “Baboçka 19G (Venofix )”-dən 18 ədəd, 70,89 AZN məbləğində “Biyan Bronxo 150 ml”-dən 17 ədəd, 46,48 AZN məbləğində “Biyan Qripson 150 ml”-dən N flakon, 19,58 AZN məbləğində “Biyan Şərbəti N0 ml”-dən 11 flakon, 23,28 AZN məbləğində “Deksamezaton 4mq/ml -1ml N25”-dən 3 bağlam, 5,24 AZN məbləğində “Diklofenak 25 mq/ml 3ml NN”-dan 4 bağlam, 42,56 AZN məbləğində “Dimedrol 1%-1ml NN”-dan 56 bağlam, 33,88 AZN məbləğində “Disinon (Etamzilat) 2ml NN”-dan 7 bağlam, 87,1 AZN məbləğində “Dopamin (Dofamin) 40mq/ml 5ml NN”-dan 5 bağlam, 12,92 AZN məbləğində “Eufillin 2,4% Nml NN”-dan 17 bağlam, N,6 AZN məbləğində “Kalsium glükonat N0 mq/ml N ml NN”-dan 5 bağlam, 206,80 AZN məbləğində “Kalsium hipoxlorid (Xlorlu əhəng) 65%”-dən 40 kq, 29,28 AZN məbləğində “Ketoprofen (Artrokol) 45qr gel”-dən 8 bağlam, 13,46 AZN məbləğində “Ketoprofen (Ketonal) 5mq/ml 2mlNN”-dan 2 bağlam, 25,25 AZN məbləğində “Levomikol məlhəmi 40,0”-dan 25 bağlam, 33,15 AZN məbləğində “No-şpa (Drotaverin h\x) 0,04 N24”-dən 3 bağlam, 225 AZN məbləğində “Novokain 0,5% 5ml NN”-dan 250 bağlam, 6,52 AZN məbləğində “Oflaksasin 40 mq NN”-dan 4 bağlam, 65,7 AZN məbləğində “Piridoksin h/d 50mq/ml-1ml NN”-dan 90 bağlam, 442 AZN məbləğində “Reosorbilakt 200 ml”-dən N4 flakon, 11,02 AZN məbləğində “Sionakobalamin 0,05% 1ml NN”-dan 19 bağlam, 467,07 AZN məbləğində “Safosbin 40mq N28”-dən 3 bağlam, 1226,72 AZN məbləğində “Sefatoksim (Faktasim) 1,0 N1”-dən 328 flakon, 1226 AZN məbləğində “Seftazidim N00 mg N1 (Seftem)”-dən 200 flakon, 120 AZN məbləğində “Seftriakson 1,0”-dan 200 flakon, 24 AZN məbləğində “Siprofloksasin (Roksin) 500 mq NN”-dən 4 flakon, 74,24 AZN məbləğində “Strepsils (ballı lidokain) N24”-dən 16 bağlam, 627,48 AZN məbləğində “Tiam.hx+pirid.+siano.(Neyrovit) 2ml NN”-dən 54 bağlam, 86 AZN məbləğində “Tiamin xlorid (bromid 6%) 50mq 1ml NN”-dan N0 bağlam, N,04 AZN məbləğində “Trokserutin 300 mq N30”-dan 6 bağlam, N7,8 AZN məbləğində “Vit C 240 N20”-dən N bağlam, 15,18 AZN məbləğində “Yodun 5% spirt məhlulu N ml”-dən 46 flakon olmaqla, cəmi 7238,09 AZN (yeddi min iki yüz oyuz səkkiz manat doqquz qəpik) məbləğində, ümumilikdə adları qeyd edilən hərbi hissələrə 248N,81 AZN (iyirmi dörd min səkkiz yüz on manat səksən bir qəpik) dəyərində dərman preparatları və tibbi əmlakı verməməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş dövlət əmlakı olan dərman preparatlarını və tibbi əmlakı satmaq məqsədi ilə xeyli miqdarda təkrarən talayaraq mənimsəmiş, nəticədə tibb anbarda təftiş zamanı 277N,34 AZN (iyirmi yeddi min yeddi yüz on dörd manat otuz dörd qəpik) məbləğində dərman preparatları və tibbi əmlakdan çatışmazlıq aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində etdiyi əməldən peşman olduğunu, əvvəllər N №-li hərbi hissənin təchizat rəisi vəzifəsində xidmət etdiyini, hərbi hissələrə dərman verilməsini təşkil etdiyini, 2021-ci ilin iyul ayının təxminən ortalarında anasının əməliyyatına görə xərclərinin çıxdığını, ona təcili pul lazım olduğunu, bir neçə nəfərdən soruşduqda ona borc vermədiklərini, borc almaq üçün «Cavid» adlanan aptekdə satıcı işləyən əvvəlcədən tanıdığı Amalın işlədiyi aptekə getdiyini, Amalı aptekdən çölə çağırdığını, ona anasının əməliyyatına görə borcunun yarandığını, ona təcili 600 manat borc pul lazım olmasını dediyini, Amalın ona “qoy kassaya baxım görüm nə qədər pul var?” deyib içəri girdiyini, bir müddətdən sonra bayıra çıxıb, ona 560 manat pul gətirib verdiyini, ona tez zamanda qaytar kassadan götürmüşəm, mənim üzümə söz gəlməsin dediyini, Amala çalışacağam ki, 3-4 günə maaşımız veriləndə pulu qaytarım dediyini, bundan sonra hərbi hissəyə getdiyini, həmin pulu lazım olan xərclərinə verdiyini, bir neçə gündən sonra Amalın ona zəng vurub borcunu istədiyini, pulu kassadan götürməsini, qaytarıb yerinə qoymaq lazımdır dediyini, ona hələ maaşımız verilməyib, verilən kimi qaytaracağam dediyini, aradan bir neçə gün keçdikdən sonra Amalın yenə zəng vurub pulu niyə göndərmirsən? soruşduğunu, ona narahat olma, tez bir zamanda qaytaracağam dediyini, həmin vaxt anasının müalicəsi səbəbindən borclandığını, pula ehtiyacı olduğunu, Amalın aptekdə işlədiyini, ona bir neçə dərman göndərim, satsın borcumu bağlayım deyə fikirləşdiyini, odur ki, anbardan 300 ədəd rotacef, 200 ədəd betadin və N0 ədəd neyrovit dərmanını qutularda gətirib vaqona qoyduğunu, bundan sonra Amala zəng edib ona hazırda sənin pulunu qaytarmağa imkanım yoxdur, ancaq dərman göndərirəm, pulu qaytara bilməsəm sata bilsən satarsan dediyini, Amalın da deyinib narazı halda razılaşdığını, Amalın ondan dərmanların nə dərmanı olmasını soruşmadığını, bundan sonra əvvəlcədən tanıdığı, bir neçə dəfə taksi kimi xidmətindən istifadə etdiyi Cəfər adlı taksi sürücüsünə zəng vurduğunu, ona gəl vaqonların yanına sənə veş verəcəyəm, apar bir yerə ver dediyini, həmin vaxt vaqonların N №-li hərbi hissənin yaxınlığında olduğunu, vaqonlara arada anbarda saxlanılan vaxtı bitmiş dərmanları yığdığını, Cəfərin VAZ 2N7 markalı taksi kimi istifadə etdiyi avtomaşınla vaqonların yanına gəldiyini, əvvəlcədən qutulara yığdığı dərmanları ağ rəngli kisəyə qoyduğunu, həmin kisəni Cəfərin maşınına qoyub “bunu 57-də tort dükanının yanında Cavid aptekə verərsən” dediyini, onun çıxıb getdiyini, təxminən N-15 dəqiqədən sonra Cəfərin ona zəng vurub verdiyi veşi aptekə verməsini dediyini, təxminən N-15 gün sonra Amalın ona zəng vurub, “sənin göndərdiyin dərmanlarının bir hissəsini satmışam, 132 manat pul almışam, ancaq dərmanların istifadə müddəti bitir, aptekdə elə vəziyyətdə qalır, mən dərmanları nə edim?” dediyini, ona “borcumdan 132 manat çıxarsan, 428 manatını maaşda verəcəm, qalan vaxtı bitən dərmanları da zibilə atarsan” deyib bildirdiyini, bundan əlavə Amala dərman göndərmədiyini, maaşı alıb digər ehtiyaclarına xərclədiyindən Amalın pulunu qaytara bilmədiyini, Amalın teztez zəng edib borcunu istədiyini, pulu qaytarmasını dedikdə, ona narahat olmamasını, pulu qaytaracağını dediyini, 2021-ci ilin sentyabr ayının əvvəlləri nahar fasiləsi vaxtı, saat N-15 radələrində Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının gəlib onu Xidmətin inzibati binasına dəvət etdiklərini, orada olan əməkdaşlara Cavid aptekə bir dəfə bir neçə adda dərman verməsini dediyini, bu barədə izahat verdiyini, bundan sonra hərbi hissəyə getdiyini, bu barədə hərbi hissə komandanlığına məlumat vermədiyini, təxminən 8-9 gündən sonra təhiqiqat xidmətindən kapitan Amil Hacıyevin onu xidməti otağına çağırdığını, ondan dərman satması barədə məlumat gəlməsini dediyini, ondan izahat alındığını, DTX-da verdiyi həmin izahata oxşar izahat verdiyini, dərmanları Şahid1 verməsini dediyini, Amalı saç həkimi mütəxəssisi kimi tanıyıb bildiyini, başqa vaxtlarda ondan borc istəmədiyini, Cavid aptekə əvvəllər dərman vermədiyini, əvvəl Bakı şəhərində aptek işlətdiyini, Amala Bakıda aptekinin olduğunu dediyini, bir neçə dəfə Amal ondan dərman istədikdə ona dərman göndərdiyini, bu səbəbdən Amalın dərmanları hansısa aptekdən götürüb ona verməsini düşündüyünü, Amalın hərbi tibb anbarından dərman götürüb ona verməsini bilmədiyini, dərmanları Cavid aptekə göndərəndə Amalın ondan heç nə soruşmadığını, narazı halda razılaşdığını, onun danışığından dərmanı deyil, verdiyi pulu istəməsinin hiss olunduğunu, N №-li hərbi hissənin tibbi təchizat anbarına bütün növdən olan dərman preparatlarının bəzi hallarda sifariş əsasında, bəzi hallarda isə humanitar yardım şəklində Bakı şəhərindən N №-li hərbi hissədən qaimə və hesab-naryad sənədləri ilə göndərildiyini, müvafiq sənədlərə imza etməklə dərmanları təhvil alıb anbara mədaxil etdiyini, dərmanların il ərzində neçə dəfə göndərilməsini bilmədiyini, sonuncu dəfə avqust ayında dərmanların göndərilməsini bilsə də, gələn dərmanların hansı adda olmasını və miqdarını bilmədiyini, dərmanlara akt yazmalı olduğu halda tək olduğundan, kifayət qədər vaxtının olmamasına görə bunu edə bilmədiyini, bu səbəbdən dərmanların qəbulunu qəbul aktı ilə mədaxil etmədiyini, dərman preparatlarının və tibbi əmlakın qəbulunu, onların uçotunun aparılmasının Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N-cü il tarixli, 34 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrində Tibbi əmlakın uçotunun aparılması Qaydalar»-ı ilə tənzimləndiyini, 050, 216, 404, N və N №-li hərbi hissələrin tibb məntəqəsində aptek rəisi vəzifəsində xidmət edən hərbi qulluqçulara onun tərəfindən dərmanların bəzi hallarda qaiməsiz, yəni A4 kağızında qeyd edilməklə verilməsinin, daha sonra onlara verilmiş qaimələrdə artıq dərman preparatları barədə qeydiyyat aparılmasının, həmçinin, qaimədə göstərilən dərmanların kəsir olaraq verilməsinin həm öz vəzifəsini, həm də anbar rəisi vəzifələrini icra etməsi, başının digər xidməti işlərə qarışması, həmçinin, Türkiyə Respublikasına saç həkimi işi ilə bağlı kursa getdiyindən, dərmanların hərbi hissələrə paylanılmasını və dərmanların keyfiyyət göstəricilərini vaxtında yoxlanılmasını təşkil edib apara bilmədiyini, dərmanları verərkən qaimələri yazmağa vaxtı olmadığından bəzi hallarda dərmanları verərkən onları A4 kağızında qeyd etdiyini, sonradan isə qaimələri yazıb vəkalətnamə əsasında dərman alan şəxslərə imzalatdığını, bəzi hallarda xidməti işləri ilə əlaqədar anbara kifayət qədər nəzarət edə bilmədiyini, bəzi dərmanların istifadə müddəti başa çatdığından onları 404, N və N saylı hərbi hissələrin qaimələrinə yazıb, onlardan bir qismini verib, bəzilərini də vermədiyini, üzərində qalmasın deyə, buna görə ona irad tutulmaması üçün vaxtı keçmiş dərmanları hərbi hissələrə yazdığını, göndərilən dərmanları hərbi hissələrə paylamalı olduğunu, bu sahədə tək olduğundan, həmçinin, xidməti işlərə başı qarışdığından, saç əkimi ilə məşğul olduğundan bütün bunları çatdıra bilmədiyini, dərmanları toplu şəkildə zibil qutusuna atıb, ilin sonunda ya akt tərtib edəcəyini, ya da ki, hansısa hərbi hissəyə yazacağı qaimələrdə verilmiş kimi göstərəcəyini düşündüyünü, lakin qaimə və aktı vaxtında tərtib edə bilmədiyini, bəzən də, hərbi hissələrə verməli olduğu dərmanların vaxtı keçdiyindən onları verə bilmədiyini, bu barədə qaimələrdə qeydiyyat aparsa da, həmin dərmanları vermədiyini, dərmanları vaxtında paylamaması səbəbindən istifadə müddətinin keçməsinə, dərmanları zibil qutusuna atmasına və bu barədə akt tərtib etməməsinə görə dərmanların kəsir və istifadəsiz olduğunu, N saylı hərbi hissəyə N ədəd betadin məhlulu yazıb vermədiyini, həmin vaxt dərman təminatı ilə bağlı yoxlama aparıldığına görə bu halın N saylı hərbi hissədə aşkara çıxarıldığını, ona zəng olunub göstərdiyi məhlul istənildikdə, gəlib anbardan götürmələrini bildirdiyini, eyni hala, eyni məqsədlə N №-li hərbi hissə üzrə də yol verdiyini, uçot sənədlərində diltiazemin varlığı göründüyüdən ona görə də N №-li hərbi hissəyə göndərib həmin vasitə ilə sərf edildiyini qeyd etmək istədiyini, ancaq bunun da bilindiyini, ona görə çatışmazlıq kimi qeyd edildiyini, Şahid16 apteki düzgün yoxlamadığını, ən düzgün yoxlamanın təftiş zamanı aparıldığını, 2021-ci il ərzində N №-li hərbi hissəyə rotacef 1,0 dərmanı sifariş verildiyini, lakin bunun hansı tarixlərdə, hansı miqdarda, neçə dəfə sifariş verilməsini bilmədiyini, həmin hərbi hissədən bir neçə dəfə Rotacef və digər dərmanlardan humanitar yardım formasında da verildiyini, hərbi hissələrə rotacef dərmanı verilsə də, həmin dərmanın bir hissəsinin anbarda qaldığını, rotacef dərmanı göndəriləndə onun istifadə müddətinin bitməsinə az vaxt olduğunu, bu barədə hərbi hissə komandirinə və Ordunun Tibb idarəsinin rəisinə bildirdiyini, onların isə həmin dərmanın humanitar yardım kimi göndərildiyini, bu barədə nə qədər istifadə edilməsi mümkündürsə edilsin, edilmədikdə isə silgisinin aparılmasının deyildiyini, hərbi hissələrə ümumilikdə 277N,34 AZN (iyirmi yeddi min yeddi yüz on dörd manat otuz dörd qəpik) məbləğində dərman preparatlarını və tibbi əmlak verməməsini qəbul etdiyini, həmin maddi ziyanı tam şəkildə ödədiyini göstərmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olduğunu, törətdiyi əməlini səmimi etiraf etdiyini, vurulmuş ziyanı tamamilə ödədiyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmasını, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş mayor Nümayəndə2 ifadəsində Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, Təqsirləndirilən şəxs barəsində araşdırma aparıldığını, həmin vaxt anbarda dərman çatışmazlığı aşkar edildiyini, həmçinin Təqsirləndirilən şəxs hansısa mülkü aptekə dərman satdığını, təftiş aparıldığını, hərbi hissənin tibb anbarında xeyli miqdarda çatışmazlıq və artıqlıq aşkar edildiyini, Təqsirləndirilən şəxs vəzifəsindən uzaqlaşdırıldığını və hərbi hissə komandirinin sərəncamına verildiyini, hərbi hissənin Təqsirləndirilən şəxs dərman prepartlarını talaması ilə bağlı şikayətinin olduğunu, Təqsirləndirilən şəxs dövlət tərəfindən oxudularaq təhsil verildiyini, dövlətin ona nə qədər xərc çəkdiyini, Türkiyə Respublikasına kursa göndərildiyini, yaxşı həkim olmasını nəzərə alıb aşağı həddə cəza verməyinizi xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2015-ci ilin aprel ayından Naxçıvan şəhəri Cahan Ticarət mərkəzində yerləşən «Cavid» adlanan aptekdə əczaçı-satıcı işlədiyini, Təqsirləndirilən şəxs əvvəllər başqa aptekdə işləyərkən oradan gəlib dərman alarkən tanıdığını, onun dərmanların tərkibi ilə maraqlandıqda Tibb Universitetində əczaçılıq üzrə ali təhsil almasını, hərbi xidmətə gedəcəyini eşitdiyini, bu səbəbdən onunla münasibəti yarandığını, sonrakı dövrlərdə söhbət zamanı Bəhramın hərbidə işləməsini bildiyini, hansı vəzifədə xidmət etməsini bilmədiyini, Bəhramın dərman tərkiblərini yaxşı bilməsinə görə hər hansı dərmanın tərkibi ilə bağlı anlaşılmazlıq olduqda, onunla telefonla danışdığını, borcla bağlı, səhhətində müəyyən problemlər olduğundan onunla dəfələrlə zəngləşib məsləhətlər aldığını, özünün xəstəliyi olduğundan Bəhramın onu müalicə etdiyini, ona görə onunla mütəmadi əlaqə saxladığını, onu saç əkən həkim kimi tanıdığını, saç əkməsi ilə əlaqədar Bəhramın ona depodan şampunlar, vitaminlər və yağlar götürməsini dediyini, hər dəfə ona müraciət edən pasiyentləri Bəhramın onun yanına göndərdiyini, həmin xəstələrə dərmanlar satdığını, onun sifarişi ilə yağ gətirdiyini, həmin yağı, şampunları və vitaminləri Bəhramın xəstələrə yazdığını, onların da gəlib aptekdən aldığını, 2021-ci ilin iyul ayının xatırlamadığı günündə Bəhramın onun istifadə etdiyi mobil telefonuna zəng edib anasının əməliyyat olunacağını, bu səbəbdən ona pul köməkliyi edib-edə bilməyəcəyini soruşduğunu, ona pulunun olmamasını dediyini, bir-iki gündən sonra Bəhramın aptekə gəldiyini, Bəhramın bayırda ona vəziyyətim pisdir, mənə bir-iki günlük pul ilə kömək et dedikdə, ona özünün pulunun olmadığını, aptekdə satıcı işlədiyini, ancaq dediyi müddətdə pulu qaytarıb verə bilərsə ona kassadan pul verə biləcəyini bildirdiyini, Bəhramın pulu vaxtında qaytaracağını dediyini, kassadan 560 manat götürüb bayırda Bəhrama verdiyini, 2-3 gündən sonra Bəhramın istifadə etdiyi mobil telefonuna zəng edib pulu niyə qaytarmamasını soruşduğunu, Bəhramın ona imkanının olmamasını, amma pulunu verəcəyini bildirdikdə, ona verdiyi pulu kassadan götürdüyünü, işində problem olmaması üçün pulu qaytarmasını dediyini, Bəhramın ona maaş almadığını, ancaq alan kimi verəcəyini bildirdiyini, 2-3 gündən sonra Bəhramın ona zəng edib «borcunun müqabilində sənə dərmanlar göndərəcəyəm, qalsın aptekdə əgər pulunu verə bilməsəm onları satıb pulunu götürərsən» dediyini, narazı halda razılaşdığını, 1- 2 saatdan sonra bir mülki şəxsin aptekə gəlib ona Bəhramın bir neçə karopka göndərməsini dediyini, aptekdən bayıra çıxıb, VAZ 2N7 markalı avtomaşından 3 ədəd balaca karobkaları götürüb ona verdiyini, karobkaları gətirib aptekə qoyduğunu, həmin adamın çıxıb getdiyini, Bəhrama zəng edib göndərdiyi dərmanların ona verilməsini dediyini, Bəhramın ona 200 ədəd betodin, 300 ədəd rotacef və N0 ampula neyrovit göndərdiyini, həmin dərmanlardan satıb 132 manat pul əldə etdiyini, digər dərmanlar satılmadığından və dərmanların istifadə müddəti sentyabr və oktyabr aylarında bitəcəyindən Bəhrama zəng edib bu barədə deyib, nə etməsini soruşduğunu, Bəhramın ona dərmanları at getsin, qalan borcunu da verəcəyəm dediyini, dərmanları zibilliyə atdığını, Bəhramın onun 428 manatını qaytarmadığını, 2021-ci ilin sentyabr ayında Bəhramın ona verdiyi dərmanların DTX tərəfindən aşkar olunduğunu, araşdırma zamanı hər şeyi olduğu kimi izahatında göstərdiyini, dərmanlar barədə aptek müdriyyətinin xəbəri olmadığını, Bəhramın hərbidə həkim olmağını bilsə də, onun vəzifəsini, dərmanları hərbidən göndərməsini bilmədiyini, onun depodan şampunlar, vitaminlər və yağlar götürdüyünü, Bəhramın pasiyentlərinə həmin ləvazimatları satdığını, Təqsirləndirilən şəxs əvvəl Bakı şəhərində aptek işlətməsini bildiyindən dərmanları oradan göndərdiyini düşünüb həmin dərmanları haradan gətirməsini soruşmadığını, “Nəqşicahan Med” və “Akifarm” firmalarından kənar aptekə dərmanların alınıb gətirilməsinə icazə verilmədiyinə görə Təqsirləndirilən şəxs dərmanları aptekə göndərərkən narazılıq etdiyini, dərmanları deyil, pulu istədiyini, Bəhramın pul vermək fikrinin olmamasını görüb məcbur qalaraq dərmanları qəbul edib bir hissəsini satdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid3 ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsində aptek rəisi vəzifəsində xidmət etdiyini, hərbi hissənin dərman perparatlarına olan ehtiyacını vaxtlı-vaxtında ödəməyin, dərmanların anbardan sifarişini təşkil edib onları qaiməyə uyğun qəbul etməyin və dərmanların istifadəsinin təmin etməyini xidməti vəzifəsi olduğunu, buna görə də N №-li hərbi hissənin tibbi-təchizat anbarından müxtəlif adda dərmanlar sifariş verib götürdüyünü, dərmanlara həmişə sifariş yazdığını, hərbi hissə komandirinə imzalatdırdığını, sonra həmin sifarişi kargüzarlığa verdiyini, kargüzarlığın həmin sifarişi X4 Tibb idarəsinə göndərdiyini, sifarişin icra edilməsi üçün oradan N №-li hərbi hissəyə göndərildiyini, bundan sonra N №-li hərbi hissə komandanlığı tərəfindən sifarişin icrasının hərbi hissənin tibbi təchizat rəisi, tibb xidməti leytenantı Təqsirləndirilən şəxs həvalə olunduğunu, Təqsirləndirilən şəxs həmçinin anbar rəisi vəzifəsini icra etdiyi üçün dərmanların onun verdiyini, 2021-ci ilin avqust ayında hərbi hissəyə lazım olan dərmanların qəbulu ilə bağlı Təqsirləndirilən şəxs zəng vurduğunu, ona dərmanlar götürəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin anbarından dərmanlar göndərildiyini, lakin çeşidləmə aparılmamasını dediyini, buna baxmayaraq ona bir neçə dərmana təcili ehtiyac olmasını, həmin dərmanları gəlib götürmək istəməsini, sifarişi sonra yazıb verəcəyini dediyini, Bəhramın razılaşaraq “sifarişə ehtiyac yoxdu, dərmanları verim, sonra da verdiyim dərmanları qaimədə yazaram” dediyini, dərmanları almaq üçün 09 sentyabrda vəkalətnamə ilə anbara getdiyini, oraya getmədən öncə hərbi hissəyə lazım olan dərmanları A4 kağıza yazdığını, anbarda A4 kağızı götürüb hərbi hissəyə lazım olan dərmanları götürdükcə sayları barədə qeydiyyat apardığını, sonra götürdüyü dərmanları bir tərəfə yığdığını və Mehtiyevə “mənə qaimə yaz, dərmanları aparım” deyib qaimə istədiyini, onun “gecdi, dərmanları apar, qaiməni sabah tərtib edib vərəcəyəm” dediyini, qaimə olmadığından dərmanların əlahiddə taborlara verilməsini təşkil edə bilmədiyini, Təqsirləndirilən şəxs zəng vurub qaimə istədikdə, onun da yaxşı, hazırlayaram gəlib götürərsən dediyini, lakin bundan sonra nə qədər zəng vursa da, onun ya telefonu açmadığını, ya da vaxtım yoxdu kimi bəhanələr edib qaimə tərtib etmədiyini, xx.xx.2021-ci ilədək dəfələrlə ona zəng vursa da, “vaxtım yoxdur, anbardayam, işim çoxdu” deyib bəhanələr gətirərək qaimə vermədiyini, 22 sentyabrda Bəhramın zəng vurub qaimələri tərtib etməsini bildirdiyindən N №-li hərbi hissəyə gedib Təqsirləndirilən şəxs qaimələri aldığını, Təqsirləndirilən şəxs qaiməni ona uzadıb “imzala surətini mənə ver” dediyini, qaimələrə baxanda verilən dərmanlarla qaimədə yazılan dərmanlar arasında fərq olmasını, tutuşmamasını, qaimədə qeyd edilən bəzi dərmanların ümumiyyətlə verilməməsini, bəzilərinin isə kəsir verilməsini gördüyünü, bunlara görə qaiməyə qol çəkə bilməyəcəyini bildirdiyini, onun tibb idarə rəisi H.Ələkbərovun xəbəri var deyib, qaiməni göstərərək, yazılan dərmanların bəzilərinin istifadə müddətinin bu ay bitməsini, onların verilməyəcəyini, bəzilərinin də anbarda olmasını, gəlib götürərsən dediyini, onun hansı dərmanların anbarda olmasını, hansının vaxtının bitməsinə az qalmasını demədiyini, Təqsirləndirilən şəxs “özümü riskə ata bilmərəm, qol çəkmirəm” dediyini, bundan sonra qaiməni imzalamadan onları götürüb getdiyini, hərbi hissədə olarkən gündəlik istifadə olunan dərman preparatlarının qeydiyyatı kitabına faktiki alınan dərmanların adlarını yazdığını, bundan sonra N №-li hərbi hissənin tabeliyində olan əlahiddə hərbi hissələrə normalara uyğun dərmanlar payladığını, 2021-ci ilin oktyabr ayının əvvəlində Təqsirləndirilən şəxs Naxçıvan şəhərində hansısa aptekə dərman satmasını eşitdiyini, daha sonra hərbi hissə komandirinin göstərişinə əsasən daxili yoxlama komissiyasının aptekin sənədlərini və dərmanlarını yoxladığını, həmin vaxt komissiyaya 2021-ci ilin sentyabr ayında mərkəzi anbardan qaimələrə uyğun dərman verilməsini dediyini, bunun əsasında müvafiq akt tərtib edildiyini, hərbi hissə komandirinin ondan hansı səbəbdən bu barədə məruzə etməməsini soruşduqda, Təqsirləndirilən şəxs ona tibb idarə rəisinin bu barədə məlumatının olmasını və aradan qaldırılacağını deməsini dediyindən bu barədə məruzə etməməsini bildirdiyini, Təqsirləndirilən şəxs ona 46 adda dərmanı ya kəsir verdiyini, ya da ümumiyyətlə vermədiyini, Təqsirləndirilən şəxs 881562, 881563, N, 881565, 88156N №-li qaimələrdə Alflutop 1ml NN 20 bağlam yazdığını, N bağlamını vermədiyini, Ambroksol (Sekrazol) 6mq/ml 150ml N flakon yazdığını, 2 flakonunu vermədiyini, Amoksisillin 500mq NN0 N bağlam yazdığını, 6 bağlamını vermədiyini, Ampisillin+sulbaktam 1,5 mq (Baktocid) 220 flakon yazdığını, ümumiyyətlə vermədiyini, Analgin 500 mq 2ml NN 121 bağlam yazdığını, 51 bağlamını vermədiyini, ANİOSPRAY QUİCK 5L 1 flakon yazdığını, ümumiyyətlə vermədiyini, Askorbin turşusu 50 mq/ml 2ml NN 90 bağlam yazdığını, 15 bağlamını vermədiyini, Asparkam NN 50 bağlam yazdığını, 24 bağlamını vermədiyini, Azitromisin 250 mq N6 15 bağlam yazdığını, 5 bağlamını vermədiyini, Baboçka 19G (Venofix ) 20 ədəd yazdığını, 17 ədədini vermədiyini, Biyan Bronxo 150 ml 20 flakon yazdığını, 17 flakonunu vermədiyini, Biyan Qripson 150 ml 16 flakon yazdığını, N flakonunu vermədiyini, Biyan Şərbəti N0 ml 11 flakon yazdığını, lakin vermədiyini, Deksametazon 4mq/ml-1ml N25 6 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Diklofenak 25 mq/ml 3ml NN 11 bağlam yazdığını, 7 bağlam verib, 4 bağlamını vermədiyini, Dimedrol 1%- 1ml NN 156 bağlam yazdığını, N0 bağlamının verib, 56 bağlamını vermədiyini, Disinon (Etamzilat) 2ml NN 7 bağlam yazdığını, lakin vermədiyini, Dopamin (Dofamin) 40mq/ml 5ml NN 5 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Eufillin 2,4% Nml NN 19 bağlam yazdığını, 2 bağlamını verib, 17 bağlamını vermədiyini, Feksofen 180 mq N20 3 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Hidrogen peroksid 30mq/ml-2ml N0ml 47 flakon yazdığını, 27 flakonunu vermədiyini, Kalsium glükonat N0 mq/ml N ml NN N bağlam yazdığını, 9 bağlamını verib, 5 bağlamını vermədiyini, Kalsium hipoxlorid (Xlorlu əhəng) 65% 40 kq yazdığını, ümumiyyətlə vermədiyini, Ketoprofen (Artrokol) 45qr gel 8 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Ketoprofen (Ketonal) 5mq/ml 2mlNN 5 bağlam yazdığını, 3 bağlam verdiyini, 2 bağlamını vermədiyini, Levomikol məlhəmi 40,0-dan 40 bağlam yazsa da, 25 bağlamını vermədiyini, Magnesium+kalium 250+300mq N20 2 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, No-şpa (Drotaverin h\x) 0,04 N24 17 bağlam yazdığını, 3 bağlamını vermədiyini, Novokain 0,5% 5ml NN 600 bağlam yazdığını, 350 bağlam verildiyini, 250 bağlamını vermədiyini, Oflaksasin 40 mq NN 5 bağlam yazdığını, 4 bağlamını vermədiyini, Piridoksin h/d 50mq/ml-1ml NN 150 bağlam yazdığını, 90 bağlamını vermədiyini, Reosorbilakt 200 ml N4 flakon yazdığını, N4 flakonunu vermədiyini, Sionakobalamin 0,05% 1ml NN (Vitamin B12 preparatı) 19 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Safosbin 40mq N28 3 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Sefatoksim (Faktasim) 1,0 N1 848 flakon yazdığını, 328 flakonunu vermədiyini, Seftazidim N00mg N1 (Seftem) 200 flakon yazdığını, ümumiyyətlə vermədiyini, Seftriakson 1,0-dan 200 flakon yazdığını, ümumiyyətlə vermədiyini, Siprofloksasin (Roksin) 500 mq NN 4 flakon yazdığını, ümumiyyətlə vermədiyini, Strepsils (ballı və lidokain) N24 20 bağlam yazdığını, 16 bağlamını vermədiyini, Tiam.hx+pirid.+siano.(Neyrovit) 2ml NN 60 bağlam yazdığını, 54 bağlamını vermədiyini, Tiamin xlorid (bromid 6%) 50mq 1ml NN, yəni Vitamin B1 170 bağlam yazdığını, 70 bağlam verdiyini, N0 bağlamını vermədiyini, Trokserutin 300mq N30 6 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, Veroşpiron N0mq N30 6 bağlam yazdığını, ümumiyyətlə vermədiyini, tubik şəkilli V it C 240 N20 16 bağlam yazdığını, N bağlamını vermədiyini, həmin tubikin 160-lığı, yəni V it C160 (limonlu) N20 N bağlam yazdığını, 8 bağlamını vermədiyini, Yodun 5% spirt məhlulu Nml N6 flakon yazdığını, 60 flakon verdiyini, 46 flakonunu vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid4 ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsində aptek rəisi vəzifəsəndə xidmət etdiyini, dərman və tibbi təchizatları sifariş edib qaimə əsasında N №-li hərbi hissənin tibb anbarından götürərək hərbi hissənin anbarına gətirib müvafiq kitabda qeydiyyat apardığını, bundan sonra istifadəyə verdiyini, anbar rəisi vəzifəsini N №-li hərbi hissənin tibbi təchizat bölməsinin rəisi Təqsirləndirilən şəxs icra etdiyini, xx.xx.2021-ci ildə lazım olan dərmanların siyahısını A4 kağıza yazdığını, həmin gün Təqsirləndirilən şəxs zəng vurub “vacib dərmanlar lazımdır” deyib, ona sifariş yazmadığını bildirdiyini, Təqsirləndirilən şəxs gəl sonra sifarişi verərsən dediyini, bundan sonra vəkalətnamə ilə anbara gedib, kağıza yazdığı dərmanları götürdüyünü, bir neçə gündən sonra Təqsirləndirilən şəxs zəng edib dərmanların qaiməsini tələb etdiyini, onun “işim var, sonra verəcəyəm” dediyini, bundan sonra ona dəfələrlə zəng edib qaiməni istəsə də, onun hərdən bir bəhanə edib qaiməni yazmadığını, hətta bir neçə dəfə daxili telefonla ona zəng vurub qaiməni istədiyini, onun işinin çox olmasını deyib, qaimələrin buna görə hazır olmamasını, hazır olanda verəcəyini dediyini, təxminən bir ay sonra, N-15 iyunda qaimələrin hazır olub-olmamasını soruşmaq üçün ona yenidən zəng vurduğunu, Təqsirləndirilən şəxs qaimələri N №-li hərbi hissənin hissə növbətçisinə verməsini, gedib oradan götürməsini dediyini, həmin gün oraya gedərək xx.xx.2021-ci il tarixə yazılmış 3 ədəd qaiməni ad və soyadını xatırlamadığı hərbi hissə növbətçisindən aldığını, orada qaimələrin bir nüsxədə olduğunu, qaimələrə göz gəzdirib baxdıqda qaimələrdə ayrı dərman adları olmasını gördüyünü, buna görə qaimələrə qol çəkmədiyini, Təqsirləndirilən şəxs zəng vurub “qaimələrdə artıq dərmanlar yazmısan, eləsi var ki, mənə kəsir vermisən” dediyini, Bəhramın da “indi orada deyiləm, ayrı yerdəyəm, gələrsən anbara verərəm” cavabını verdiyini, qaimələri götürüb hərbi hissəyə gəldiyini, bundan sonra kitabla tutuşdurma apardıqda Təqsirləndirilən şəxs ona aidiyyəti olmayan dərmanları yazmasını, həmçinin ona verilən dərmanların bəzilərinin sayını isə artıq göstərməsini müəyyən etdiyini, əvvəlcədən ona verilən faktiki dərmanların sayı və adını kitaba yazmadığını, Təqsirləndirilən şəxs hər dəfə dərmanları istəsə də, onun həmin dərmanların anbarda olduğunu, vaxt edib verəcəyini dediyini, hər dəfə götürmək istəsə də, lakin dərmanları ondan ala bilmədiyini, Bəhramın hərdən bir bəhanə edib, dərmanları ona vermədiyini, 2021-ci ilin sentyabr ayında hərbi hissədə olarkən Təqsirləndirilən şəxs Naxçıvan şəhərində hansısa aptekə dərman satmasını, bunun da aşkar edilməsini eşitdiyini, 2021-ci ilin oktyabr ayının əvvəlində hərbi hissə komandirinin tapşırığına əsasən hərbi hissənin aptekində daxili yoxlama komissiyası tərəfindən təftiş aparıldığını, həmin vaxt komissiya üzvlərinə 19 mayda verilən qaimələrdə Təqsirləndirilən şəxs ona kəsir dərmanlar verməsini dediyini, onun qaimələrdə göstərilən 53 adda dərmanları verməməsini və ya kəsir verməsini bildirdiyini, Təqsirləndirilən şəxs qaimələrdə yazdığı Aknetrent 20 mq N30, Analgin 500 mq 2ml NN, Askorutin 50 mq N50, Baboçka 25 G (Venofix), Belok 50 mq N20, Betadin N% 120 ml (povidon), Bint Nx16 elastik, Boro plus 25,0, Dikloberl 75 mg N5, Əlcək steril N 7,5 (pudralı), Metrogil 1% 30 qr-gel, Natrium tiosulfat 300 mq/ml N ml, Natrium xlorid 0,9mq/ml 400 ml, No-şpa (Drotaverin h\x) 0,04 N24, Omeprazol 20mq N30, Otrivin 0,05% Nml, Panadol 500 mq N24, Qlükoza 50mq/ml 400 ml, Roakkutan Nmq N30, Roakkutan 20mq N30, Seftriakson 1,0 (Rotaçef), Siklo proginova 2mq+2mq/0,5mq N21, Əlcək cərrahi q/steril NN0 L (pudrasız), Strepsils ballı lidokainli, Metoklopramid 5mq/ml 2ml NN, Suprastin 20mq/ml 1ml N5, Taylolhot-D N12, Dimedrol 1%-1ml NN, Festal NN, Flukanazol 150mq N1, Betadin sprey 50 ml, Ketoprofen (Artrokol) 45qr gel, Doktoplast N4 adlı dərman və tibbi əmlaklardan heç nə vermədiyini, buna görə də həmin dərmanların adını kitaba işləmədiyini, digər dərmanlardan isə kəsir vermədiyini, Təqsirləndirilən şəxs qaimələrdə Amoksisillin 500mq NN0 500 flakon yazdığını, 160 flakonu vermədiyini, Ampulisillin+sulbaktam 1,5mq (Baktocid) 180 flakon yazdığını, 53 flakonunu vermədiyini, Askorbin turşusu 50mq/ml 2ml NN N bağlam yazdığını, 9 bağlamı vermədiyini, Benzilpensillin Na duzu 1,0-dan 700 flakon yazdığını, 524 flakonunu vermədiyini, Biseptol 480 N20 5 bağlam yazdığını, 3 bağlamını vermədiyini, Brilliant yaşılı 1%-N ml 20 flakon yazdığını, 4 flakonunu vermədiyini, Bromheksin 8mq N50 15 bağlam yazdığını, 12 bağlamnı vermədiyini, Deksametazon 4mq/ml-1ml N25 3 bağlam yazdığını, 2 bağlamını vermədiyini, Kofein benzonat natrium 200mq/ml 1ml NN 2 bağlam yazdığını, 1 bağlamını vermədiyini, Levomikol məlhəmi 40,0 18 bağlam yazdığını, N bağlamını vermədiyini, Lidokain hidroxlorid 20mq/ml-2ml NN 5 bağlam yazdığını, 3 bağlamını vermədiyini, Maye köçürmək üçün qurğudan (sistem şlankı) 61 ədəd yazdığını, 55 ədədini vermədiyini, Papaverin h/d 2% 2ml NN 2 bağlam yazdığını, 1 bağlamını vermədiyini, Parasetamol 200 NN 30 bağlam yazdığını, 6 bağlamını vermədiyini, Ringer 500ml 24 flakon yazdığını, 7 flakonunu vermədiyini, Siprofloksasin (Roksin) 500 mq NN 5 bağlam yazdığını, 3 bağlamını vermədiyini, Şprist birdəfəlik iynə 5 ml N ədəd yazdığını, 300 ədədini vermədiyini, Şpirist birdəfəlik iynə N ml 200 ədəd yazdığını, N9 ədədini vermədiyini, Yodun 5% məhlulu N ml 20 flakon yazdığını, 16 flakonunu vermədiyini, Vişnevski liniment 40.0-dan 5 bağlam yazdığını, 1 bağlamını vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid6 ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsində aptek rəisi-feldşer vəzifəsində xidmət etdiyini, hərbi hissəyə gətiriləcək dərman preparatlarını N №-li hərbi hissənin tibb anbarından götürdüynü, tibbi təchizat bölməsinin rəisi Təqsirləndirilən şəxs anbar rəisi vəzifəsini icra etdiyini, 2021-ci ilin may və avqust ayında dərmanları tam tərkibdə almadığını, Təqsirləndirilən şəxs tərəfindən qaimədə göstərilən miqdarda dərmanların ona verilmədiyini, 2021-ci ilin may ayında tibb anbarından Təqsirləndirilən şəxs dərman preparatları alarkən onun həmin vaxtı qaimədə 5 bağlam Ventolin 2.5 qr, 5 ml N20 adlı dərmanları yazıb həmin dərmandan 2 bağlam verdiyini, 3 bağlamı vermədiyini, bundan sonra dəfələrlə ondan həmin dərmanları istəsə də, onun hərdən bir bəhanə gətirərək həmin dərmanı vermədiyini, xx.xx.2021-ci ildə sifariş əsasında dərman götürmək üçün tibb anbarına getdiyini, həmin müddət Təqsirləndirilən şəxs qaimələrdə Riboksin N50 adlı dərmandan 125 bağlam yazsa da, ona cəmi 5 bağlam verdiyini, bundan əlavə onun sofosbuvir (sofosbin) N28 adlı dərmandan 4 bağlam, reosorbilakt 200 ml-dən 80 flakon, buskopan N6-dan N bağlam, Deklosit krem 30 gr adlı dərmandan 7 bağlam, Neyrovit 2 ml NN-dan 60 bağlam yazsa da, ümumiyyətlə vermədiyini, disinon 2ml NN adlı dərmandan 7 bağlam yazsa da, ona 1 bağlam verib, 6 bağlamı isə vermədiyini, artoksan 1% 45 gram-dan 25 bağlam yazsa da, ona 5 bağlamı verdiyini, 20 bağlamı vermədiyini, onun verdiyi qaimələri imzaladığını, qaimənin bir sürətini ona verib digər surətini götürdüyünü, sonra dərmanları götürüb hərbi hissəyə gəldiyini, anbardan verilməyən dərmanlar haqqında yalnız məntəqə rəisi baş leytenant Şahid11 məruzə etdiyini, onun dərmanları tələb edib almasını tapşırdığını, anbardan gətiridiyi dərmanları hərbi hissədə forma 26/50-yə işlədiyini, ancaq qaimədə göstərilib verilməyən dərmanları həmin kitaba işləmədiyini, Təqsirləndirilən şəxs dəfələrlə dərmanları istəsə də, onun müxtəlif bəhanələr gətirib dərmanları vermədiyini, hərbi hissədə asma bronxit xəstəsi olmadığını, ventolin dərmanlarını kiməsə istifadə etmək üçün vermədiyini, 2021-ci ilin oktyabr ayında dərmanların istifadə müddəti bitdiyi üçün noyabr ayında silinmə aktı ilə silindiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti kapitanı ŞahidN, tibb xidməti baş leytenantı Şahid15 və gizir Şahid7, tibb xidməti baş leytenantı Şahid5 ifadəsinə oxşar məzmunlu ifadələr verərək Şahid5 N №-li hərbi hissənin tibb anbarına gedib tibb xidməti leytenantı Təqsirləndirilən şəxs dərman preparatları və sarğı materiallarını aldığını, Bəhramın qaimələri vermədiyini, Şahid5 bir neçə gün sonra qaimələri Təqsirləndirilən şəxs alıb hərbi hissəyə gətirdiyini, vəzifə dəyişikliyi ilə əlaqədar aptekin təhvil-təslimi aparılarkən Təqsirləndirilən şəxs qaimədə 600 ədəd betadin dərmanı yazıb, N0 ədədini verib, N ədədini isə vermədiyinin aşkar olunduğunu, bundan sonra Şahid5 Təqsirləndirilən şəxs N ədəd betadin dərmanını istədiyini, Təqsirləndirilən şəxs anbarda araşdırma getdiyini, araşdırmadan sonra dərmanları verəcəyini dediyini, lakin hələ də dərmanları vermədiyini göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid9 ifadəsində xx.xx.2021-ci ildə N №-li hərbi hissədə aptek rəisi vəzifəsinə təyin edildikdən sonra gizir Şahid12la apteki təhvil-təslim etdiklərini, həmin vaxt Şahid12 ona bir ədəd A4 kağızında N №-li hərbi hissənin anbarından götürdüyü və hərbi hissənin dağ bölmələrinə verilmiş dərmanların siyahısını verdiyini, ona həmin dərmanları avqust ayının ortalarında götürməsini, dərmanların qaiməsi hazır olmadığından Təqsirləndirilən şəxs qaimələri yazıb verəcəyini dediyini, təhvil-təslimi A4 kağızda yazılan dərmanlara uyğun apardığını, bundan sonra bir dəfə Təqsirləndirilən şəxs zəng vurub qaimələri soruşduqda, onun qaimələrin hazır olmadığını, hazır olanda gəlib götürərsən dediyini, təxminən sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng vurub qaimələrin hazır olmasını dediyindən N №-li hərbi hissəyə gedib qaimələri götürdüyünü, həmin vaxt Şahid12 xidmət yerinin N №-li hərbi hissəyə anbar rəisi vəzifəsinə dəyişildiyini, qaimələri götürüb hərbi hissəyə getdiyini, dərmanları Şahid12 götürdüyünə görə qaimələrə qol çəkmədiyini, məxaric və mədaxili hesablayarkən Təqsirləndirilən şəxs qaimədə betadin N% 120 ml məhlulunun sayını artıq yazmasını, qaimədə 200 flakon yazsa da, 190 flakonunu, digər qaimədə isə diltiazem 1,0 dərmanından N0 flakon yazsa da, ümumiyyətlə verməməsini müəyyən etdiyini, bundan sonra hərbi hissənin bölmələri ilə əlaqə saxladıqda elə dərmanların verilmədiyinin aşkar olunduğunu, Şahid12 zəng vurub, Təqsirləndirilən şəxs qaimədə 2 adda dərmanların sayını çox göstərməsi barədə ona bildirdiyini, Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurub qaimələrdə dərmanların kəsir gəlməsini, qaimədə dərmanları artıq yazmasını bildirdiyini, onun inkar edib “ola bilməz, mən qaiməyə uyğun dərman sayı nədirsə onu da vermişəm” dediyini, ona “fakt-sübut həmin dərmanlar qaimədə yazılıb bizə verilməyib, bölmələrlə də əlaqə saxladım, onlara da verilməyib” dedikdə, Bəhramın “mən vermişəm, qaimədə varsa, deməli vermişəm” dediyini, bunu tibb xidmət rəisi Şahid8 də bildiyini, Bəhramla onun yanında danışdığını, Bəhramın elə deməsindən sonra Şahid8 polkovnik H.Ələkbərova zəng vurub bu barədə dedikdə, H.Ələkbərovun da ona komissiyaların hərbi hissələrdə yoxlama aparacağını, yoxlamanın nəticəsində akta yazılacağını bildirdiyini, həmin ərəfələrdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərində hansısa aptekə dərman satmasını, buna görə araşdırma aparılmasını eşitdiklərini, həmin gündən bir neçə gün sonra hərbi hissənin daxili yoxlama komissiyasının hərbi hissədə dərmanların və tibbi əmlakların varlığını yoxladığını, yoxlama nəticəsində qaimədə qeyd edilən dərmanların müvafiq aktda da qeyd edildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti kapitanı Şahid8 ifadəsində gizir Şahid12 əvvəllər hərbi hissənin aptek rəisi vəzifəsində xidmət etdiyini, 2021-ci ildə iyul ayında ön xəttdə yerləşən bölmələrin dərman ehtiyatını komplektləşdirmək üçün sifariş tərtib etdiklərini, 2021-ci ilin avqust ayında Şahid12 dərmanları götürmək üçün mərkəzi anbara getdiyini, anbardan dərmanları götürüb hərbi hissəyə gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona qaiməni sonra yazacağını dediyini, Şahid12 anbardan götürdüyü dərmanları A4 kağızda siyahı şəklində yazdığını, dərmanlar veriləndən sonra Şahid12 qaimələri almasını dediyini, lakin Təqsirləndirilən şəxs qaimələrin hazır olmamasını bildirdiyini, 2021-ci ilin sentyabr ayında A. İbrahimovun xidməti yeri dəyişdirildiyindən onun yerinə gizir Şahid9 təyin edildiyini, onun gizir Şahid12la təhvil-təslim etdiklərini, təxminən sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs Şahid9 zəng vurub qaimələrin hazır olmasını dediyini, Sadiqin də N №-li hərbi hissəyə gedib qaimələri götürdüyünü, dərmanları Şahid12 götürdüyünə görə Şahid9 qaimələrə qol çəkmədiyini, Şahid9la birlikdə məxaric və mədaxili hesablayarkən Təqsirləndirilən şəxs qaimədə “betadin N% 120 ml” məhlulunun sayını artıq yazmasını, onun qaimədə “betadin”-i 200 flakon yazıb, N flakon verməsini, 190 flakonunu verməməsini, başqa bir qaimədə isə “diltiazem 1,0” dərmanından N0 flakon yazsa da, ümumiyyətlə verməməsini aşkar etdiklərini, Şahid9 Təqsirləndirilən şəxs zəng vurub bu barədə dedikdə, Təqsirləndirilən şəxs ona “mən qaimədə nə varsa, onları vermişəm” dediyini, Bəhramın elə deməsindən sonra polkovnik H.Ələkbərova zəng vurub bu barədə ona bildirdiyini, H.Ələkbərovun onlara gedib anbardan dərmanları götürməsini dediyindən Şahid9 yeni anbar rəisi gizir Şahid16 zəng vurub həmin dərmanları istədiyini, onun anbarda həmin adda dərmanlar olmamasını dediyini, bundan sonra yenidən Hidayət həkimə zəng vurub dərmanları götürə bilmədiklərini bildirdiyini, onun komissiyanın hərbi hissələrdə yoxlama aparacağını, yoxlamanın nəticəsində Bəhramın vermədiyi dərmanları akta yazacaqlarını dediyini, həmin ərəfələrdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərində harasa dərman satmasını, araşdırma aparılmasını eşitdiklərini, bir neçə gündən sonra hərbi hissənin daxili yoxlama komissiyasının hərbi hissədə dərmanların və tibbi əmlakların varlığını yoxladığını, yoxlama nəticəsində qaimədə qeyd edilən və verilməyən dərmanların müvafiq aktda da qeyd edildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş gizir Şahid12 şahid, tibb xidməti kapitanı Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti polkovnik-leytenantı X1 ifadəsində N №-li hərbi hissənin əlahiddə tibb taboru olmaqla təyinatlarından birinin də bölmələrin tibb təminatının təmin edilməsi olduğunu, hərbi hissələrin tibbi təminatının tibb anbarında olan dərman və tibbi əmlakla təmin edildiyini, həmin tibb anbarının N №-li hərbi hissənin tibbi təchizat bölməsinin tərkibində olduğunu, tibb anbarının rəisi vəzifələrini hərbi hissənin tibb təchizat bölməsinin rəisi-tibb təchizat rəisi Təqsirləndirilən şəxs icra etdiyini, onun hərbi hissələrə məxsus dərman preparatlarını düzgün qeydiyyat edib, uçot sənədlərinə uyğun paylaşdırmadığına görə onun rütbəsinin bir pillə aşağı salındığını, N №-li hərbi hissənin tibb anbarının hərbi hissədən kənarda yerləşdiyini, onun Müdafiə Nazirliyinin N №-li hərbi hissəsindən daxil olan dərman preparatları və sarğı materiallarını, hərbi əmlakı anbara mədaxil edib, bundan sonrakı vaxtlarda X5 tabeliyində olan hərbi hissələr üzrə paylanmasına, müvafiq kitab və jurnallarda qeydiyyatın aparılmasına cavabdeh şəxs olduğunu, xidmət müddətində Müdafiə Nazirliyinin Tibb idarəsindən dərmanların göndərilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən sifariş hazırlandığını, həmin sifarişdə anbarda olan qalıq dərmanlar və lazım olan dərmanların adı və ədədinin yazıldığını, bundan sonra sifarişin Təqsirləndirilən şəxs tərəfindən imzalandığını, sifarişin X4 tibb idarəsinə, oradan da Müdafiə Nazirliyinə göndərildiyini, N №-li hərbi hissədən göndərildikdən sonra dərmanların qəbul edilib tibb anbarına yığıldığını, bundan sonra isə həmin dərmanların qaimə-faktura ilə hərbi hissələrə paylanıldığını, hərbi hissələrin sifariş tərtib etdiyini, həmin sifarişin ordunun tibb idarəsinə göndərildiyini, orada idarə rəisi H.Ələkbərov tərəfindən təsdiq edilib ona göndərildiyini, sifarişin arxasında qol çəkib, dərkənar qoyub, tibbi təchizat rəisi Təqsirləndirilən şəxs dərmanların verilməsi üçün göstəriş verdiyini, həmin dərmanların da qaimə ilə hərbi hissələrə verildiyini, xx.xx.2021-ci ildə gizir Şahid16 tibb təchizat bölməsinin feldşeri-anbar rəisi vəzifəsinə təyin olundundan anbarın təhvil-təslim edilməsi barədə göstəriş verdiyini, bundan sonra Şahid16 Təqsirləndirilən şəxslə anbarı təhvil-təslim edə bilmədiklərini, Təqsirləndirilən şəxs uçot sənədlərini işləmədiyini, sənədləri komputerdə işləməsini bildirdiyini, Şahid16 ondan komputerdə anbarın qalığını və dövriyyəsini istədiyini, Bəhramın komputerdən siyahı çıxarıb verdiyini, Şahid16 gedib anbarı həmin siyahı əsasında saydığını, müəyyən artıqlıq və çatışmazlıq aşkar edildiyini, bu barədə ona məruzə etdiyini, bundan sonra Təqsirləndirilən şəxs yanına çağırıb ona iradlarını bildirib, sənədləri işləməsini haqqında tapşırıq verdiyini, bir neçə gün onun sənədləri işlədiyini, sonra Şahid16la onun anbardakı dərmanları saydıqlarını, yenə artıqlıq və kəsirlik aşkar olunduğunu, Bəhramın ondan möhlət istəyib sənədləri işləmədiyinə görə artıqlıq və kəsirlik yaranmasını dediyini, ona uçot sənədlərini yazıb, təhvil-təslim etməsinə göstəriş verdiyini, bundan sonra onun forma 44 kartlarını, kitabları yazmağa başladığını, hələ də Şahid16la təhvil-təslim edə bilmədiklərini, hər gün buna görə sırada ona irad tutduğunu, xx.xx.2021-ci ildə X2 xidmətinin rəisi, kapitan A.Hacıyevin ona zəng vurub Təqsirləndirilən şəxs təhqiqat xidmətinə çağırdığını, Təqsirləndirilən şəxs oraya göndərəndə niyə çağırıldığını soruşduğunu, onun bilmirəm dediyini, oradan qayıdıb ona yaxınlaşaraq anasının xəstə olmasını, pula ehtiyacı olduğundan Cahan ticarət mərkəzində yerləşən aptekə dərman satmasını, bununla bağlı orada izahat verməsini, buna görə də təhiqiqata çağrıldığını dediyini, onun 3 adda, rotacef, neyrovit və betadin dərmanı satdığını, dərmanları 2021-ci ilin iyul ayında satmasını bildirdiyini, dərmanları satdığına görə uçot sənədlərini qaydasına qoya bilmədiyini dediyini, təhqiqat xidmətinin mərkəzi tibb anbarını möhürlədiyini və orada təftiş başladığını, araşdırma zamanı anbarda müxtəlif adda dərman və tibbi əmlakdan çatışmazlıq və artıqlıq aşkar edildiyini, hərbi hissədə yoxlama komissiyasının yoxlama həyata keçirmədiyini, özünün həmin komissiyanın fəaliyyətini yoxlaya bilmədiyini, Bəhramın dərmanları paylamasını, sənədlərə işləmədiyini aşkar edib bu barədə dəfələrlə ona iradlarını bildirdiyini, dərmanları payladıqdan sonra qaimələri yazmadığını, bu barədə müvafiq kitablarda qeydiyyat aparmadığını, buna görə ona bir dəfə töhmət, bir dəfə də şiddətli töhmət cəzası elan etdiyini, onun xidməti vəzifəsinə uyğun olmadığını dəfələrlə tibb idarə rəisi, polkovnik H.Ələkbərova məruzə etdiyini, şərəf məhkəməsinə çıxarılıb qovulmasını istədiyini, lakin bununla bağlı hər hansı tədbir görülmədiyini, əksinə onun Türkiyə Respublikasına saç əkimi kursuna göndərildiyini, bundan başqa dəfələrlə tibb anbarına anbar rəisi verilməsi ilə bağlı müraciət etdiyini, ancaq anbar rəisi verilmədiyini, qaimlərdə yazılan dərmanların miqdarına fikir vermədiyini, həmin sahəyə Bəhramın özünün cavabdeh olduğunu, hərbi hissənin tibbi təchizat anbarının açarlarının daim Təqsirləndirilən şəxs olduğunu, məzuniyyətə gedərkən açarların ona verildiyini, həmin müddətdə anbardan kiməsə dərman vermədiyini, Bəhramın müvafiq buraxılışı olduğu üçün tibbi təchizat anbarına ancaq onun getdiyini, Təqsirləndirilən şəxs bütün günü orada olduğundan anbardan dərman preparatlarını götürüb satdığını, onun kəsirliyini ört-basır etmək üçün, ya da ki, satmaq niyyəti ilə hərbi hissələrə dərmanları yazıb vermədiyini düşündüyünü, sənədlərin təftişində iştirak etdiyini, təftişin qanunauyğun keçirildiyini, bir ay ərzində yoxlama aparıldığını, yoxlama komissiyasının Təqsirləndirilən şəxs əvəzinə sənədləri işlədiyini, sayım etdiyini, təftişin keçirilməsinə Bəhramın hər hansı pis münasibəti olmadığını, Bəhramın hərbi hissələrdə kəsirlik olmasını qəbul etmədiyini, lakin komissiyanın ona “sən verməmisən, onlar da kitablara dərmanların sərfi ilə bağlı yazmayıblar” dediyini, həmçinin hərbi hissələrin yoxlama komissiyalarının aktlar təqdim etdiklərini, həmin aktlarda kəsirlər qeyd edildiyini, aktı sonda özünün, komissiya üzvləri və Təqsirləndirilən şəxs imzaladığını, Bəhramın bütün narazılıqlarının nəzərə alındığını, ancaq hərbi hissələrə dərmanları verməməsinin nəzərə alınmadığını, həmin çatışmazlıqların da akta qeyd olunduğunu, komissiya tərəfindən ona qarşı hər hansı qərəzli mövqenin olmadığını, təftiş aktında avtomaks (N litrlik) dezinfeksiya məhlulu, “İR 150” markalı təmassız termometrlər, termal görüntülü kamera sistemi, (Model:HTD8813) təmassız termometr, (Elektron) “tibbi termometrin “Covid 19” virusunun ilkin yayılması vaxtlarında N №-li hərbi hissədən təyyarə ilə hava limanına göndərildiyini, həmin əmlakların mərkəzi tibb anbarına daxil olmadan qaiməsiz hərbi hissələrə göndərildiyini, üzlük sanitar çantalarının da döyüşə gedən şəxsi heyətə verildiyini, lakin bununla bağlı hər hansı qeydiyyat aparılmadığını, hərbi hissəyə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Bəhramdan hərbi hissənin yox yuxarıların şikayətçi olduğunu, Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid17 ifadəsində 2021-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs tibb anbarından dərman preparatlarını satması bağlı araşdırma aparıldığını, araşdırma üzrə təftiş təyin edildiyini, komissiyada iştirak etdiyini, yoxlamanın uçot kitabları, forma 27 kartları, qaimələr, paylama cədvəlləri və digər sənədlərlə aparıldığını, ilkin vaxtlarda Təqsirləndirilən şəxs tibb anbarına dərmanların qəbulunu, paylanılmasını və digər dövriyyə ilə bağlı hər hansı sənədləşməni qaydalara uyğun aparmadığının müəyyən edildiyini, onun sənədləşməni komputerdə yazdığını, komputerdə yazılanlarla rəsmi sənədlərin işlənildiyini, kartaların yazıldığını, bundan sonra anbarın sayımının başlanıldığını, yoxlama zamanı çatışmazlıq və artıqlıq aşkar edildiyini, bundan sonra hərbi hissələrdən Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə qaimələrə bir neçə hərbi hissəyə müəyyən sayda və müxtəlif adda dərmanları yazsa da, həmin dərmanların faktiki olaraq verilməməsi ilə bağlı müraciətlər edildiyini, bu səbəbdən hərbi hissələrin daxili yoxlama komissiyası tərəfindən yoxlamalar aparılıb aktlar tərtib olunaraq təftiş komissiyasına verildiyini, həmin vaxt Təqsirləndirilən şəxs 404, 515, 095, 216, N və N saylı hərbi hissələrə xeyli sayda dərman preparatlarını qaimələrə yazıb onlara verməməsinin müəyyən edildiyini, bütün yoxlamaların aktları və təftiş komissiyasının aktı əsasında yekun təftiş aktı tərtib edildiyini, çatışmazlığının və artıqlığının aktda qeyd edildiyini, Təqsirləndirilən şəxs yoxlamanın gedişi ilə bağlı hər hansı narazılığı olmadığını, onun bəzi dərmanları, eləcə də tibbi əmlakları hərbi hissələrə qaiməsiz verməsini bildirdiyini, bununla bağlı hərbi hissələrlə dəqiqləşdirmələr aparıldığını, pandemiyaya görə onun tərəfindən termal kameranın, elektron istilik aparatlarının və dezinfeksiya məhlulunun birbaşa hərbi hissələ göndərilməsinin aşkar edildiyini, Təqsirləndirilən şəxs 53 ədəd sanitar çantanı müharibəyə gedən şəxsi heyətə verməsini bildirdiyini, bununla bağlı hər hansı rəsmi sənəd olmadığından aktda çatışmazlıq kimi qeyd etdiklərini, dəqiqləşdirmə zamanı çantaların hərbi hissələrə verilməsinin müəyyən edildiyini, onun hərbi hissəyə vermədiyi, lakin anbarında artıq olan dərmanların çatışmazlıq kimi aktda qeyd olunduğunu, onun hərbi hissəyə betadin dərmanı yazıb vermədiyini, lakin anbarında həmin dərmandan artıqlıq olduğunu, hərbi hissənin çatışmazlığını, ümumi çatışmazlıq kimi qeyd etdiklərini, Təqsirləndirilən şəxs digər əmlakların necə kəsir gəlməsi barədə tutarlı səbəb gətirə bilmədiyini, Təqsirləndirilən şəxs dərmanın vaxtının bitməsi və məhvi ilə bağlı akt tərtib etmədiyini, buna görə onun məsuliyyət daşıdığını, vaxtı bitən dərmanların komissiya tərəfindən məhv edilib akt tərtib edilməli olduğunu, lakin bunun edilmədiyini, yoxlamanın bir ay davam etdiyini, yoxlama zamanı anbarda olan dərmanların varlığının, keyfiyyətinin yoxlamamasının, uçot sənədlərinin yazılmamasının müəyyən edildiyini, bu səbəbdən bir çox dərmanların vaxtının bitdiyini, vaxtı bitən dərmanlarla bağlı silinmə aktlarının tərtib edilmədiyini, may ayında istifadə müddəti bitmiş diltiazem dərmanının sentyabr ayında qaiməyə yazılıb hərbi hissəyə göndərildiyini, yoxlama zamanı Təqsirləndirilən şəxs bütün dərmanların yerində olmasını, ilkin vaxtlarda onun dərmanlardan satmışam, ancaq gətirib yerinə qoymuşam kimi sözlər işlətdiyini, “kişini pul ilə sınamasınlar, ehtiyacım olub satmışam, sonra da alıb gətirib yerinə qoymuşam” dediyini, yoxlama zamanı xeyli miqdarda dərman çatışmazlığı müəyyən edildikdə, Təqsirləndirilən şəxs dərman satmasını inkar etməyə başladığını, bundan sonra hərbi hissələrin ona şər atmasını, onlara dərman verməsini dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti baş leytenantı Şahid5 ifadəsində N №-li hərbi hissənin 3-cü taborunun tibb məntəqə rəisi vəzifəsində xidmətdə olduğunu, xx.xx.2021-ci ildə tibb xidməti rəisinin göstərişi ilə yazılan sifariş əsasında vəkalətnamə ilə dərmanları almaq üçün sanitar avtomobili ilə N №-li hərbi hissəyə getdiyini, anbar rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs dərman preparatları və sarğı materiallarını aldığını, Bəhramın qaimələri vermədiyini, bir neçə gün sonra qaimələri Bəhramdan alıb hərbi hissəyə gətirdiyini, təxminən N gündən sonra gizir Şahid7 hərbi hissəyə aptek rəisi vəzifəsinə təyin olunduğunu, həmin vaxt onun apteki təhvil-təslim etməyə başladığını, 2021-ci ilin oktyabr ayının əvvəlində qaimədə Bəhramın 600 ədəd betadin dərmanı yazıb, N0 ədədini verib, N ədədini verməməsinin müəyyən edildiyini, bundan sonra Təqsirləndirilən şəxs qalan dərmanı istədiyini, Bəhramın anbarda araşdırma getdiyini, araşdırmadan sonra dərmanları verəcəyini desə də, onları vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti leytenantı ŞahidN ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət etdiyini, xx.xx.2021-ci ildə A4 formatlı kağızda hərbi hissəyə lazım olan dərmanların siyahısını, adını və miqdarını yazdığını, vəkalətnamə götürüb N №-li hərbi hissəyə getdiyini, tibb xidməti leytenantı Təqsirləndirilən şəxs tibb anbarında siyahıya uyğun olaraq dərman preparatlarını ona verdikdən sonra N №-li hərbi hissəyə qayıtdıqlarını, orada Təqsirləndirilən şəxs komputer vasitəsilə dərmanların qaiməsini yazan zaman ondan 2 adda dərman preparatlarını - 1 bağlam Adrenalin h/d 1.8 mq/ml 1ml NN-dan, 5 bağlam Azitromisin 250 mq N6-dan qaiməyə yazıb ona verməsini xahiş etdiyini, ilk dəfə dərman sifarişi verdiyinə görə hansı dərmanın yazılması barədə təsəvvürünün olmadığını, Təqsirləndirilən şəxs həmin dərmanların adını da qaiməyə yazdığını və dərmanları ona sonra verəcəyini dediyini, avqust və sentyabr ayında bir neçə dəfə Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb həmin dərmanların ona verməsini xahiş etsə də, onun dərmanlardan anbarda olmadığını bəhanə gətirib dərmanları ona vermədiyini, oktyabr ayının əvvəlində hərbi hissədə daxili yoxlama zamanı bu nöqsanın ortaya çıxdığını, müvafiq akt tərtib edildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb xidməti baş leytenantı Şahid11 ifadəsində gizir Şahid6 2021-ci ilin may ayında N №-li hərbi hissənin tibb anbarından Təqsirləndirilən şəxs dərman preparatları aldığını, Bəhramın həmin vaxtı qaimədə 5 bağlam Ventolin 2.5 qr, 5 ml N20 adlı dərmanlar yazıb, həmin dərmandan 2 bağlam verib, 3 bağlamı vermədiyini, bunu qaiməni aldıqdan sonra bildiklərini, həm Şahid6, həm də özünün dəfələrlə Təqsirləndirilən şəxs dərmanları istədiyini, onun bəhanələr gətirib dərmanın anbarda olduğunu, özü anbarda olanda verəcəyini bildirdiyini, xx.xx.2021-ci ildə verilən sifariş əsasında yenə də hərbi hissə üçün N №-li hərbi hissənin tibb anbarından dərman preparatları götürüldüyünü, Təqsirləndirilən şəxs yenə də dərmanları kəsir verdiyini, gizir Şahid6 ondan dərmanları tələb edib almasını tapşırdığını, anbardan gətirdiyi dərmanları hərbi hissədə forma 26/50-yə işlədiyini, ancaq qaimədə göstərilib verilməyən dərmanları həmin kitaba işləmədiyini, dəfələrlə B. Mehtiyevdən dərmanları istəsə də, onun müxtəlif bəhanələr gətirib dərmanları vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid16 ifadəsində xx.xx.2021-ci ildə N №-li hərbi hissənin tibbi təchizat bölməsinin tibb anbarının rəisi vəzifəsinə təyin edildiyini, hərbi hissənin tibb anbarını Təqsirləndirilən şəxs təhvil almalı olduğunu, tibbi təchizat bölməsinin feldşeri - anbar rəisi vəzifəsi vakant olduğundan iş və vəzifələri tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs icra etdiyini, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs anbarda olan dərmanların varlığı və uçotu kartları olan Forma 44-ü istədiyini, forma 44ün hər dərman preparatı üçün açılan uçot kartları olduğunu, dərmanın mədaxil və məxaricinin, hansı hərbi hissələrə verilməsinin həmin kartda işləndiyini, Təqsirləndirilən şəxs forma 44 uçot kartlarının olmadığını, həmin kartları yazmadığını, bütün dərman vasitələri üçün xidməti komputerdə siyahı tutduğunu, həmin siyahıda hansı hərbi hissəyə nə yazmışdırsa orada olmasını dedikdə, ona “sənin forma 44 kartların olmalıdır, həmin dərmanların dövriyəsi oraya yazılmalıdır, qaimələr və sifarişlər olmalıdır” deyə soruşduğunu, Bəhramın da “qaimələr var, sifarişlər də var, səbr elə siyahını mən tamamlayım, verəcəyəm gedib təhvil-təslim edərik” dediyini, təxminən 11-12 sentyabr 2021-ci ildə anbarı təhvil vermək üçün dərmanların siyahısını kağıza çap edərək ona verdiyini, onunla birlikdə anbara gedib dərman preparatları və sarğı materiallarını saymağa başladığını, Bəhramın ilk günlərdə sayımda iştirak etdiyini, lakin sonra gəlmədiyini, 8 gün anbarda işlədikdən sonra dərmanlarda artıq və kəsir olduğunu aşkar etdiyini, bu barədə Təqsirləndirilən şəxs dediyini, Təqsirləndirilən şəxs ona dərmanlardan hərbi hissələrə verməsini, lakin siyahıya işləmədiyi üçün kəsir gəlməsini, bəzi hərbi hissələrin isə dərmanlarını götürmədiyi üçün artıqlıq olmasını, ona yeni siyahı verəcəyini bildirdiyini, xx.xx.2021-ci ildə Bəhramın ona yeni siyahı verdiyini, həmin siyahını götürüb yenidən anbara getdiyini, orada dərman preparatlarını yenidən saymağa başladığını, bu dəfə anbarda yenə də artıq və çatışmazlıq aşkar etdiyini, oradan birbaşa hərbi hissə komandiri, polkovnik-leytenant R.Qəmbərovun yanına gəlib olanları məruzə etdiyini, Bəhramın verdiyi siyahını ona verdiyini, həmçinin ona Bəhramın uçot kitablarını, kartlarını, sifarişlərin gəlməməsini bildirib kağızda yazılı ona verdiyini, bunlara görə əsəbiləşdiyini, hətta Şahid13 “bu belə olmaz, komissiya təşkil edin, yoxlamanı onlar aparsın” dediyini, Şahid13 ona “sən get mən özüm tədbir görəcəm” dediyini, bundan sonra Təqsirləndirilən şəxs Forma 44 uçot kartlarını komputerdə tərtib etdiyini, 2021-ci ildə N №-li hərbi hissəyə gətirilmiş və hərbi hissədən digər hərbi hissələrə verilmiş dərmanları həmin uçot kartlarında işləməyə başladığını, hələ də ondan anbarı təhvil almadığını, bunları hərbi hissə komandirinə deməsinin Bəhramın pis qarşıladığını, ona zəng vurub “niyə gedib komandirə xəbərçilik edirsən?” sualını verdiyini, Bəhrama “düz etmişəm, sən anbarı pis günə qoymusan, orada nəyin nə qədər olması bilinmir, əlinə gələni yazıb vermisən, heç nəyə də qeyd eləməmisən, iki siyahı verdin, ikisi də anbarla düz gəlmir” dediyini, bundan sonra Bəhramla münasibətlərinin soyuduğunu, təhvil-təsim etmək üçün Bəhramın uçot sənədlərini işləməsini gözlədiyini, komandirin ona “sənədləri işlə, qaydaya sal, təhvil-təslim et” tapşırığı verdiyini, xx.xx.2021-ci ildə axşam düzülüşü zamanı hərbi hissə komandirinə Təqsirləndirilən şəxs təhqiqata çağırılması barədə zəng olunduğunu, hərbi hissə komandiri Şahid13 ona zəng vurub Təqsirləndirilən şəxs 57-də aptekə dərman satması, bunun hüquq mühafizə orqanları tərəfindən aşkar edilməsi, anbarın möhürlənməsi barədə məlumat verdiyini, növbəti gün tibb anbarında yoxlama komissiyası tərəfindən dərmanların, sarğı materiallarının və tibbi invertarların sayılmağa başlanıldığını, bir neçə gündən sonra Bəhramın xeyli miqdarda dərman kəsirliyi və artıqlığı aşkar edildiyini, Bəhramdan bu barədə soruşulduqda onun hərdən bir bəhanə etdiyini, araşdırma zamanı Təqsirləndirilən şəxs özündən dərmanları Cahan Ticarət Mərkəzində Cavid aptekdə işləyən Amal adlı şəxsə satmasını eşitdiyini, 2021ci ilin sentyabr ayında bir neçə dəfə Amal adlı şəxsin Bəhrama tez-tez zəng etməsini və nə isə danışmalarının şahidi olduğunu, Amal zəng vuran kimi Bəhramın uzaqlaşıb danışdığını, nə danışdıqlarını eşidə bilmədiyini, Bəhram İstanbula kursa gedəndə onu gizir Ə.Məmmədovun əvəz etdiyini, Əvəzlə birlikdə Bakıdan gələn dərmanları qəbul etdiklərini, sonra Əvəz ilə söhbət edəndə Əvəzin “dərmanları saydım, hamısı öz yerindədir. Kəsirlik və ya artıqlıq yoxdur” dediyini, araşdırma zamanı hərbi hissələrin aptek rəislərinin idarə rəisinə Bəhramın onlara dərmanları kəsir verməsi barədə məlumat verdiklərini, idarə rəisinin də onlara “gedib dərmanları anbardan götürün” dediyini, N və N №-li hərbi hissənin aptek rəisiləri gizir Şahid3 və gizir Şahid9 anbara gəldiyini, lakin dərmanları götürmələrinə icazə verilmədiyini, sonra Təqsirləndirilən şəxs həmin hərbi hissələrlə yanaşı, 095, N və N №-li hərbi hissələrə də kəsir dərman verməsini eşitdiyini, gizir Şahid9 ona anbarda diltiazem dərmanı olmasını, gəlib onu götürmək istədiyini dediyini, həmin vaxt anbarda elə dərmanın olmadığını ona dediyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli plenum qərarına əsasən ilk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinə zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq onun məhkəmə iclasında iştirakının təmin ounması üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. N №-li hərbi hissə üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 154 №-li əmrdə tibb xidməti leytenantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 049N №-li əmri ilə N №-li hərbi hissənin tibb təchizat bölməsinin rəisi – tibb təchizat rəisi vəzifəsinə təyin edildiyindən həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi göstərilmişdir. N №-li hərbi hissənin tibbi təchizat anbarında aparılmış təftiş aktı ilə bağlı arayışla və X5 tərkibinə daxil olan 404, 095, 515, 216, N və N №-li hərbi hissələrdə tibbi xidmətin daxili yoxlamasının keçirilməsi barədə aktlarla da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri tam sübuta yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və Statistik İnformasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar (i.v İİ cild səh.2). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il 2621 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. (i.v 2-ci cild 112). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. (i.v İ cild 24). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə Cinayət- Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, ittiham və müdafiə tərəfləri sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N3-N6-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş dövlət əmlakı olan dərman preparatlarını və tibbi əmlakı satmaq məqsədi ilə xeyli miqdarda təkrarən talayaraq mənimsəməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələri, eləcə də tədqiq edilmiş materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə və təkrar törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair " 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.N-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərəri tam aradan qaldırması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət nəzərə alınaraq təyin edilmiş cəzanı yüngülləşdirərək qəti cəza təyin etməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 01 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seşilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Buna görədə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə müəyyən edilmiş ümumilikdə 277N.34 manat olan maddi ziyan Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsinə saxlanması üçün verilmişdir. Zərər çəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın dəyəri olan 277N.34 manat (iyirmi yeddi min yeddi yüz on dörd) manat (otuz dörd) qəpik məbləğində pul vəsaitinin hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə ödənilməsi məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 5500 (beş min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu müddət nəzərə alınaraq təyin edilmiş cəzanı yüngülləşdirərək qəti olaraq 4300 (dörd min üç yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. Cinayət işi üzrə müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsində saxlanılan ümumilikdə 277N.34 (iyirmi yeddi min yeddi yüz on dörd) manat 34 (otuz dörd) qəpik olan maddi ziyan dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə 4 ədəd DVD yaddaş diski cinayət işində saxlansın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.
Məhkəmə qərarları › İş №1-1(092)-8/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-8/2022
11.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver