Məhkəmə qərarları › İş №1-1(092)-8/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-8/2023

13.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-8/2023 13.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nərmin Fərəməz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1993-cü ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, bir azyaşlı uşaq atası, əvvəllər məhkum olunmayan, N6 noyabr N0NN-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmış, müvəqqəti işsiz, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 10 yanvar N0N3-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabeçilik münasibətində olmayan MAHHX HQ əsgər Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü Zenit-Raket divizionunun təsərrüfat bölməsində sürücü vəzifəsində, MAHHX HQ əsgər hərbi rütbəsində xidmət edərkən N4 noyabr N0NN-ci il tarixdə, saat 09:30 radələrində divizionun yeməkxanasında çay süzdükdən sonra çaynikin tabelik münasibətlərində olmayan, həmin divizionun “Start” batareyasının 1-ci start taqımının baş heyət nəfəri vəzifəsində xidmət edən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs qoluna dəyməsi səbəbindən sonuncu ona nalayiq ifadə işlədərək buşlatının yaxasından tutmuş, həmin vaxt aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinin ziddinə olaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun buşlatının yaxasından yapışıb burun nahiyəsinə başı ilə bir dəfə vuraraq ona “burunun küt travması və sağ burun sümüyünün qapalı sınığı” xəsarətini yetirməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində N4 noyabr N0NN-ci il tarixdə, saat 08:30-da idman saatı olduğundan idmana getdiyini, idman qurtardıqdan sonra xidmət yoldaşları MAHHXHQ əsgərlər Suat Aydınlı və Şahid1la divizionun yeməkxanasında çay içməyə getdiklərini, həmin vaxt MAHHXHQ kiçik çavuş Samir Eyvazov, MAHHXHQ əsgərlər Şahid4 və Zərərçəkmiş şəxs da yeməkxanada olduqlarını, onların bir masada oturub çay içdiklərini, eyni masada əyləşdiklərini, həmin vaxt saat təxminən 09:30 radələri olduğunu, ayağa qalxıb masanın üzərində olan çayniki götürüb özünə, ŞahidN və Şahid1 çay süzdükdən sonra həmin çayniki masanın üzərinə qoyanda çaynikin ondan solda əyləşən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs qoluna dəydiyini, həmin vaxt onun əsəbi şəkildə “çayniki niyə ağzıma soxursan?” deyib nalayiq ifadə işlətdiyini, bu zaman onun da Zərərçəkmiş şəxs “Səməndər, hövsələm yoxdur, qəsdən qoymadım ki?” deyib nalayiq ifadə işlətdiyini, birdən Zərərçəkmiş şəxs ayağa qalxıb hər iki əli ilə onun buşlatının yaxasından tutduğunu, onun da Zərərçəkmiş şəxs buşlatının yaxasından tutduğunu, yanlarında olanların onları ayırmağa çalışdıqlarını, Zərərçəkmiş şəxs əlini yaxasından çəkməsini dediyini, lakin gözləmədən anidən başı ilə onun burun nahiyəsinə bir dəfə vurduğunu, sonra Zərərçəkmiş şəxs burnundan qan axmağa başladığını, onun əlini yaxasından çəkib aralandığını, Şahid1 bu barədə mobil telefon vasitəsilə batareya komandiri kapitan Kazım Kazımlıya məruzə etdiyini, onun yeməxanaya gəlib baş verənləri sorğu-sual etdikdən sonra onu və Zərərçəkmiş şəxs aidiyyəti üzrə hərbi hissəyə göndərdiyini, həmin gün Zərərçəkmiş şəxs hərbi hospitala göndərildiyini, tibbi müayinələrdən keçən zaman burnunda sınıq aşkar edilməsini eşitdiyini, hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib hövsələsi olmadığını, əsəbi olduğuna görə onu vurduğunu dediyini, Zərərçəkmiş şəxs da onu bağışladığını, N6 noyabr N0NN-ci il tarixdə xidmətə uyğunsuzluq maddəsi ilə ordu sıralarından ehtiyata buraxıldığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş çəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N4 noyabr N0NN-ci il tarixdə, saat 08:30-da idmana getdiyini, idmanı qurtardıqdan sonra MAHHXHQ əsgər Şahid4 və MAHHXHQ kiçik çavuş Şahid3la birlikdə divizionun əsgər yeməkxanasına gedərək orada çay içdikləri zaman MAHHXHQ əsgərlər Təqsirləndirilən şəxs, Suat Aydınlının və Şahid1 gələrək eyni stola əyləşdiklərini, Təqsirləndirilən şəxs ondan sağda əyləşdiyini, Təqsirləndirilən şəxs ayağa qalxaraq çay süzdükdən sonra çayniki onun qarşısına qoyduğunu, çaynikin qoluna dəydiyini, həmin vaxt əynində isti səhra gödəkçəsi (buşlat) olduğundan çaynikin buşlata dəydiyini, buna baxmayaraq çayniki birbaşa onun tərəfinə qoymağı xoşuna gəlmədiyindən əsəbiləşib Təqsirləndirilən şəxs “çayniki niyə ağzıma soxursan?” deyib nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs isə ona “Səməndər, hövsələm yoxdur, qəsdən qoymadım ki?” deyib nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsi xoşuna gəlmədiyi üçün ayağa qalxıb hər iki əli ilə onun buşlatının yaxasından tutduğunu, həmin vaxt Təqsirləndirilən şəxs da onun buşlatının yaxasından tutduğunu, bir-birilərinin yaxasından tutub dartışdırmağa başladıqlarını, həmin vaxt yanlarında olanların olanları aralaşdırmağa çalışdıqlarını, bu zaman Təqsirləndirilən şəxs anidən başı ilə onun burun nahiyəsinə bir dəfə vurduğunu, burnunun qanamağa başladığını, Şahid1 və ŞahidN onu əl-üz yuma yerinə apardıqlarını, sonra Şahid1 bölük komandiri kapitan Kazım Kazımlıya zəng edərək hadisə barədə məruzə etdiyini, batareya komandiri kapitan Kazım Kazımlı yeməxanaya gəlib baş verənləri sorğu-sual etdikdən sonra onları N nömrəli hərbi hissəyə göndərdiyini, tibb məntəqəsində ilkin tibbi yardım göstərildikdən sonra, sınıq olma ehtimalını nəzərə alıb hərbi hospitala göndərildiyini, hərbi hospitalda rentgen müayinəsindən keçən zaman burnunda sınıq olduğunu həkimlərin dediyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və ya tələbinin olmadığını, hadisədən sonra onun üzr istədiyini, buna görə onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N4 noyabr N0NN-ci ildə, saat 09:30 radələrində səhər idmanından sonra MAHHXHQ əsgərlər Suat Aydınlı və Təqsirləndirilən şəxs ilə divizionun yeməkxanasına çay içmək üçün getdiklərini, yeməkxanada MAHHXHQ kiçik çavuş Şahid3, MAHHXHQ əsgərlər Şahid4 və Zərərçəkmiş şəxs bir stolda əyləşib çay içdiklərindən onların yanına gedib həmin stola əyləşdiklərini, Təqsirləndirilən şəxs ayağa qalxaraq ona, özünə və Suat Aydınlıya çay süzdükdən sonra yerinə əyləşdiyini və çayniki özündən sol tərəfə qoyduğunu, bu zaman ondan solda əyləşən Zərərçəkmiş şəxs ona “çayniki ağzıma niyə soxursan?” deyib nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs isə ona “Səməndər, hövsələm yoxdur, qəsdən qoymadım ki?” deyib nalayiq ifadə işlətdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxıb hər iki əli ilə Təqsirləndirilən şəxs buşlatının yaxasından tutduğunu, Təqsirləndirilən şəxs da onun buşlatının yaxasından tutduğunu, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlini yaxasından çəkməsini deyib başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs əlini onun yaxasından çəkib hər iki əli ilə burnunu tutduğunu, onun burnunun qanadığını, Zərərçəkmiş şəxs yeməxananın içərisində əl-üz yuma yerinə aparıb əl-üzünü yumağa köməklik etdiklərini, bundan sonra özünün bu barədə mobil telefon vasitəsilə batareya komandiri kapitan Kazım Kazımlıya məruzə etdiyini, batareya komandiri kapitan Kazım Kazımlı yeməxanaya gəlib baş verənləri sorğusual etdikdən sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aidiyyəti üzrə hərbi hissəyə göndərdiyini, həmin gün Zərərçəkmiş şəxs hərbi hospitalda tibbi müayinələrdən keçən zaman burnunda sınıq aşkar edilməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində N4 noyabr N0NN-ci ildə, saat 08:30-da günün nizam qaydasına əsasən səhər idmanına getdiklərini, idmandan qayıdandan sonra MAHHXHQ əsgərlər Şahid1 və Təqsirləndirilən şəxsla təxminən saat 09:30 radələrində divizionun yeməkxanasına çay içmək üçün getdiklərini, orada MAHHXHQ kiçik çavuş Şahid3, MAHHXHQ əsgərlər Şahid4 və Zərərçəkmiş şəxs bir stolda əyləşib çay içdiklərindən onların yanına gedib həmin stola əyləşdiklərini, Təqsirləndirilən şəxs ayağa qalxaraq ona, özünə və Şahid1 çay süzüb yerinə əyləşdiyini, həmin vaxt çayniki özündən sol tərəfə qoyanda Zərərçəkmiş şəxs ona “çayniki ağzıma niyə soxursan?” deyib ona nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs da “Səməndər, hövsələm yoxdur, qəsdən qoymadım ki?” deyib nalayiq ifadə işlətdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxıb hər iki əli ilə Təqsirləndirilən şəxs buşlatının yaxasından tutanda Təqsirləndirilən şəxs da onun buşlatının yaxasından tutduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlini yaxasından çəkməsini dedikdən sonra başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə vurduğunu və Zərərçəkmiş şəxs əlini onun yaxasından çəkib hər iki əli ilə burnunu tutduğunu, onun burnunun qanadığını, sonra Şahid1 bu barədə mobil telefon vasitəsilə batareya komandiri kapitan Kazım Kazımlıya məruzə etdiyini, onun yeməkxanaya gəlib baş verənləri sorğu-sual etdikdən sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aidiyyəti üzrə hərbi hissəyə göndərdiyini, həmin gün hərbi hospitalda tibbi müayinələrdən keçən zaman Zərərçəkmiş şəxs burnunda sınıq aşkar edilməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N4 noyabr N0NN-ci ildə, saat 09:30-da səhər idmanından sonra MAHHXHQ əsgərlər Şahid4 və Zərərçəkmiş şəxsla əsgər yeməkxanasına çay içməyə getdiklərini, çay süzüb söhbət etdiklərini, təxminən 1-N dəqiqə sonra yeməkxanaya MAHHXHQ əsgərlər Təqsirləndirilən şəxs, Suat Aydınlı və Şahid1 gəlib onlarla eyni masaya əyləşdiklərini, Təqsirləndirilən şəxs ayağa qalxaraq özünə, Şahid1 və ŞahidN çay süzüb yerinə əyləşdiyini, həmin vaxt çaynikin ondan sol tərəfdə əyləşən Zərərçəkmiş şəxs buşlatına dəydiyini, Zərərçəkmiş şəxs əsəbi şəkildə ona “çayniki ağzıma niyə soxursan?” deyib nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs isə ona “Səməndər, hövsələm yoxdur, qəsdən qoymadım ki?” deyib nalayiq fadə işlətdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxaraq hər iki əli ilə Təqsirləndirilən şəxs buşlatının yaxasından tutanda Təqsirləndirilən şəxs da onun buşlatının yaxasından tutduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlini yaxasından çəkməsini deyib sonra da başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs əlini onun yaxasından çəkib hər iki əli ilə burnunu tutduğunu, həmin vaxt onun burnunun qanadığını, bundan sonra Şahid1 bu barədə mobil telefon vasitəsilə batareya komandiri kapitan Kazım Kazımlıya məruzə etdiyini, K.Kazımlının yeməkxanaya gələrək baş verənləri sorğu-sual etdikdən sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aidiyyəti üzrə hərbi hissə komandanlığına məruzə etdiyini, onları hərbi hissəyə göndərdiyini, həmin gün axşam saatlarında hərbi hospitaldan tibbi müayinələrdən keçən zaman Zərərçəkmiş şəxs burnunda sınıq aşkar edildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid qismində dindirilmiş Şahid3 vermiş olduğu ifadə ilə eyni mövzuda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı ifadəsini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 50-5N-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 153 №-li, 30 noyabr N0NN-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – burunun arxa səthində qançır, sağ burun sümüyündə sınıq, göstərilən xəsarətlər küt əşyanın təsirindən törənə bilərdi və eləcə də baş ilə burun nahiyəsinə vurma zamanı yaranmağa xarakterikdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 05-ci vərəqəsinə əlavə edilmiş N4 noyabr N0NN-ci il tarixli, N №-li hərbi hissənin növbətçi həkiminin vermiş olduğu telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin MAHHX HQ əsgəri Təqsirləndirilən şəxs tabeçilik münasibətində olmayan MAHHX HQ əsgər Zərərçəkmiş şəxs qarşı nizamnamədən kənar hərəkətlər etmişdir. Cinayət işinin 1-ci cildinin N4 və 38-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N5 dekabr N0N0-ci il tarixli, 358 №-li əmrdən çıxarışına əsasən Təqsirləndirilən şəxs həmin hərbi hissənin 3-cü divizionunun təsərrüfat bölməsinin sürücüsü vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissə komandirinin N7 noyabr N0NN-ci il tarixli, 33N №-li əmrdən çıxarışına əsasən isə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin NN-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş arayışda MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla MAHHXHQ əsgər Zərərçəkmiş şəxs ayrı-ayrı bölmələrdə xidmət etdikləri, hər ikisinin MAHHXHQ əsgər hərbi rütbəsində xidmət etməklə onların arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş N8 noyabr N0NN-ci il tarixli, 1631 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 33N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan MAHHX HQ əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəza növləri Təqsirləndirilən şəxs “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxıldığından qeyd olunan cəza növlərinin onun barəsində təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını, zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, himayəsində bir azyaşlı uşağının olmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilərək sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən də, onun islah olunması və bununlada cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar