Məhkəmə qərarları › İş №1-1(092)-8/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-8/2024

19.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-8/2024 19.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1992-ci il tarixdə Qazax rayonunun Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşaq atası, ali hərbi təhsilli, məhkum olunmamış, Naxçıvan şəhəri, 1 №li hərbi şəhərcik, ev 1, mənzil 315-də qeydiyyatda olan, N №-li hərbi hissənin, tank əlehinə batareyasının 1-ci taqımının komandiri, baş leytenant rütbəsində xidmət edən, 17 noyabr 2023cü ildə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin tank əleyhinə batareyasının 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən 2023-cü ilin avqust ayının sonlarında saat 13:30 radələrində Culfa şəhərində yerləşən hərbi hissənin ərazisindəki 2-ci əsgər yataqxanasının qarşısında tabeliyində xidmət edən əsgərləri düzərək farağat komandası vermiş, komanda verdikdən sonra komandiri olduğu taqımın 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs sırada hərəkət etdiyini görüb, onun sifətindən bir sillə zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə, hərbi xidmətdə olarkən 15 sentyabr 2023-cü il tarixdə saat 13:20 radələrində Culfa şəhərində yerləşən hərbi hissənin ərazisindəki 2-ci əsgər yataqxanasının qarşısında batareyanın şəxsi heyətinə düzülüş komandası verdikdən sonra yataqxanaya girmiş, yataqxananın içərisində yerləşən sanitar qovşağın qarşısında əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq qarnının ağrıdığını bildirib sanitar qovşağa getmək üçün icazə istədikdə sonuncunun ünvanına nalayiq söz işlədərək düzülüşə getməsini bildirmiş, Zərərçəkmiş şəxs yenidən sanitar qovşağa getmək üçün icazə istədikdə ona geriyə dön komandası verib kitelinin boynundan tutaraq çəkib yerə yıxmış, yerə yıxılarkən Zərərçəkmiş şəxs başı kafel döşəməyə dəymiş, yerdə olan zaman sonuncunun sifətinə iki sillə, boynundan isə bir yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin tank əleyhinə batareyasının 1-ci taqımının komandiri vəzifəsində, əsgər Zərərçəkmiş şəxs isə onun tabeliyində xidmət etdiyini, 2023-cü ilin avqust ayının axırlarında 15 sentyabr 2023-cü il tarixdə N №-li hərbi hissəyə həyəcan komandası verildiyini, həyəcan siqnalı qurtardıqdan sonra hərbi hissədə batareya komandiri kapitan Cəmil Bəşirov şəxsi heyətin silahlarını və digər ləvazimatları yerinə qoyması barədə göstəriş verdiyini, dərhal tabeliyində olan əsgərlərə silahları silah otağına qoyub yataqxananın qarşısında düzülmələri barədə göstəriş verdiyini, özünün də onun adına olan silahı silah otağına qoyub cərgənin qabağına gəldikdə bir neçə əsgərin orada olmadığını gördüyünü, tez yataqxanaya qayıdanda 3-4 əsgərin içəridə olduğunu görərək onlara dərhal sıraya getmələri barədə göstəriş verdiyini, bu arada əsgər Zərərçəkmiş şəxs ayaqyolu istiqamətinə getdiyini görüb ondan niyə düzülüşə getməməsinin səbəbini soruşduqda “ qarnım ağrıyır, ayaqyoluna getmək istəyirəm” dediyini, ona “dərhal qayıt düzülüşə, cərgədə hamı səni gözləyir” dedikdə Zərərçəkmiş şəxs yenə ona təkidlə qarnının ağrıdığını, ayaqyoluna getmək istədiyini və ondan icazə verməsini xahiş etdiyinı, yenidən ona cərgəyə getməsini tələb etdiyini, yenə onun “ayaqyoluna getməliyəm” cavabını verdikdə əsgər Zərərçəkmiş şəxs “geriyə dön və cərgəyə get” komandası verdikdə, onun narazı və əsəbi şəkildə, öz-özünə danışa-danışa nəsə deyərək dönüb gedərkən onun hərəkətləri onu qıcıqlandırdığını, özünü saxlaya bilməyib əsəbi halda Zərərçəkmiş şəxs kitelindən tutub yerə tərəf çəkib itəliyərkən onun müvazinətini saxlaya bilməyib yerə yıxıldığını, yerdə Hüseynovun başı yerə dəydiyini, yerdə onun sifətindən iki sillə vurduğunu, onun da ağladığını, səs-küyə kapitan Şahid4 oraya gəlib əsgər Zərərçəkmiş şəxs oradan uzaqlaşdırdığını, 2023-cü ilin avqust ayının axırlarında tabeliyində olan əsgərlərin nahar yeməyi yemək üçün cərgəyə düzülərkən həmin vaxt əsgər Zərərçəkmiş şəxs cərgədə düzgün dayanmadığından sifətindən bir sillə vurduğunu, onun da heç nə deməyib cərgədə sakit dayandığını, axır vaxtlar səhətində bir az problemlər yarandığını, xaraktercən bir az əsəbi olduğunu, əsəblərini cilovlaya bilməyib müəyyən vaxtlarda əsgər Zərərçəkmiş şəxs vurduğuna görə peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini, Zərərçəkmiş şəxs da onu bağışladığını göstərdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin tank əleyhinə artilleriya batareyasında, baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyini, 2023-cü ilin avqust ayının axırlarında nahar yeməyi düzülüşü zamanı saat təxminən 13 radələrində 2-ci yataqxananın qarşısında olan zaman baş leytenant Təqsirləndirilən şəxs batareyanın cərgədə olan 5 nəfər şəxsi heyətinə farağat komandası verdiyini, həmin vaxt onun da cərgədə olduğunu, sırada ondan başqa əsgərlər Şahid3, Rzayev Akşinin, Şahid1 və Şahid2 də olduqlarını, beli ağrıdığı üçün sırada sərbəst dayanaraq sağ ayağını bir az tərpətdiyini, həmin vaxt cərgənin qabağına gələn baş leytenant Bənnayevin onun sərbəst dayanmasını görüb onun sifətinin sol tərəfindən sağ əli ilə bir dəfə sillə ilə vuraraq niyə farağat komandasında tərpəndiyini dediyini, baş leytenant Bənnayevin onu şillə ilə vurmasını orada olan əsgərlərin hamısının gördüyünü, bundan başqa 15 sentyabr 2023-cü il tarixdə qalx komandasından sonra onlara həyəcan siqnalının verildiyini, tez silahsursatlarını götürüb batareya şəklində təyin olunmuş yerə getdiklərini, saat təxminən N radələrində hərbi hissəyə qayıtdıqdan sonra batareya komandirinin göstərişinə əsasən əşya saxlancına gedib üzərlərindəki əşyaları və silah-sursatı təhvil verərək yataqxananın qarşısında düzlənmə əmrinin verildiyini, qarnı ağrıdığından saat 13:20 radələrində yataqxanadakı ayaqyoluna getmək istədiyini, həmin vaxt bir neçə əsgərin də ayaqyoluna getdiyini, ayaqyolunun yanında baş leytenant Təqsirləndirilən şəxsı görüb ondan icazə almaq istədikdə onun onlara “tez qayıdın düzülüşə” dediyini, orada olan digər əsgərlərin düzülüş yerinə qayıtsa da qarnı ağrıdığı və sancılandığı üçün tualetə girmək istədiyini, bu vaxt baş leytenant Bənnayevin əsəbi şəkildə ona nalayiq ifadələr işlədərək cərgəyə getməsini dediyini, təkrar ondan tualetə getməsinə icazə istədikdə Bənnayevin həmin vaxt ona geriyə dön komandası verdiyini, geriyə dönərkən Təqsirləndirilən şəxs onun kitelinin arxa tərəfindən, boyun hissədən tutub onu aşağıya doğru güclə çəkdikdə ayağı sürüşdüyünü və yerə yıxıldığını, yerə yıxılan zaman başının yerdə kafelə dəydiyini, yerdə olan zaman Bənnayevin onun boynundan yumruqla bir dəfə, sifətindən isə 2 dəfə sillə ilə vurduğunu, səs-küyə kapitan Şahid4 da oraya gələrək onu yerdən qaldırıb yataqxanadan çölə göndərdiyini, hirsindən ağlaya-ağlaya çölə çıxdığını, həmin vaxt oraya gələn mayor Şahid5 onu görüb nə olduğunu soruşduqda ona olanları danışdığını, batareya komandirləri baş leytenant Təqsirləndirilən şəxs xaraktercə bir az sərt və əsəbi olduğunu, baş leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ilə eyni bölükdə xidmət etdiklərini, batareya komandirlərinin baş leytenant Təqsirləndirilən şəxs olduğunu, 2023-cü ilin avqust ayının axırlarında nahar yeməyi düzülüşü zamanı saat təxminən 13 radələrində 2-ci yataqxananın qarşısında olan zaman baş leytenant Təqsirləndirilən şəxs orada olan batareyanın şəxsi heyətinə farağat komandası verdiyini, həmin vaxt sırada 5 nəfərin, özünün, əsgərlər Şahid3, Zərərçəkmiş şəxs və ad-soyadını xatırlamadığı daha iki əsgərin də olduğunu, cərgənin qabağına gələn Təqsirləndirilən şəxs sırada olan əsgərlərə bir neçə dəfə farağat komandası verdiyini, orada olan əsgər Zərərçəkmiş şəxs beli ağrıdığından farağat komandasını yerinə yetirə bilmədiyini, bu zaman baş leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb sifətindən bir sillə vurduğunu, onun da sifətinin qızardığını gördüklərini, sonradan əsgər Zərərçəkmiş şəxs özünün baş leytenant Təqsirləndirilən şəxs sırada düzgün durmadığı üçün onu sillə ilə vurduğunu dediyini, 15 sentyabr 2023-cü il tarixdə qalx komandası zamanı xidmət etdikləri batareyaya həyəcan siqnalının verildiyini, həyacan siqnalından sonra saat təxminən N radələrində hərbi hissəyə qayıtdıqdan sonra batareya komandirinin göstərişinə əsasən üzərlərindəki əşyaları və silah-sursatlarını və qoruyucu jiletlərini silah otağına təhvil verdikdən sonra Bənnayevin əsgərlərə çöldə düzülməsi barədə göstəriş verərək ayaqyolu tərəfə getdiyini, saat 13:20 radələrində Zərərçəkmiş şəxs da daxil bir neçə əsgərlə birlikdə yataqxanadakı ayaqyoluna getmək istədikdə ayaqyolunun qarşısında baş leytenant Təqsirləndirilən şəxs onları görüb geri, cərgəyə qaytardığını, ancaq əsgər Zərərçəkmiş şəxs ayaqyolunun yanında qaldığını, yataqxanadan çölə çıxan zaman əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs “qarnım sancılanır icazə verin ayaqyoluna gedim” dediyini eşitdiyini, bir az sonra isə yataqxanadan bərk səs-küy gəldiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qışqıraraq “mən düzülüş vermişəm, çıx çöldə düzül, tualetə sonra gedərsən” dediyini eşitdiyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs ağlaya-ağlaya yataqxanadan çölə çıxıb cərgəyə gəldiyini, sonradan əsgər Zərərçəkmiş şəxs Bənnayevin niyə onu vurmasını soruşduqda hadisəni olduğu kimi onlara danışdığını, batareya komandirləri baş leytenant Təqsirləndirilən şəxs xaraktercə bir az sərt və əsəbi olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində batareya komandirləri baş leytenant Təqsirləndirilən şəxs tabeliyində, əsgər Zərərçəkmiş şəxsla eyni bölükdə xidmət etdiyini, 2023-cü ilin avqust ayının axırlarında nahar yeməyi düzülüşü zamanı saat təxminən 13 radələrində 2-ci yataqxananın qarşısında olan zaman baş leytenant Təqsirləndirilən şəxs batareyanın şəxsi heyətinin bəzilərinə sırada farağat komandası verdiyini, həmin vaxt sırada onun, əsgərlər Şahid3, Zərərçəkmiş şəxs və Şahid1 olduqlarını, sırada olan zaman əsgər Zərərçəkmiş şəxs farağat komandasında bir neçə dəfə tərpəndiyinə görə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb onun sifətindən sillə ilə bir dəfə vurma səsini eşitdiyini, ona tərəf baxanda sifətinin sillə dəyən yerinin qızardığını gördüyünü, 15 sentyabr 2023-cü il tarixdə batareyaya həyəcan siqnalı verildiyini, saat təxminən N radələrində hərbi hissəyə qayıtdıqdan sonra batareya komandirinin göstərişinə əsasən üzərlərindəki əşyaları və silah sursatı təhvil verdikdən sonra baş leytenant Təqsirləndirilən şəxs göstərişinə əsasən yataqxananın qarşısında düzüldüklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs içəridə, yataqxanada olduğunu, sonradan özünün dediyinə görə cərgədə olmamasının səbəbi ayaqyoluna getmək istəməsi olduğunu, düzülüşdən bir az sonra əsgər Zərərçəkmiş şəxs ağlayaraq yataqxanadan çölə çıxdığını gördüyünü, həmin vaxt oradan keçən mayor Şahid5 əsgər Zərərçəkmiş şəxs ağladığını görüb onu yanına çağıraraq qərargah istiqamətinə apardığını, bir qədər sonra əsgər Zərərçəkmiş şəxs qərargahdan qayıtdıqda ondan nə olmasını soruşduqda baş leytenant Təqsirləndirilən şəxs ayaqyoluna getmək üçün icazə istədiyini, onun da icazə verməyib əsəbiləşərək onu yerə yıxaraq döydüyünü, dediyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N №-li hərbi hissənin tank əleyhinə artilleriya batareyasının 2-ci taqım 2-ci manqasında əsgər rütbəsində xidmət etdiyini, 2023-cü ilin avqust ayında nahar yeməyi düzülüşü zamanı yataqxananın qarşısında baş leytenant Təqsirləndirilən şəxs ona, əsgər Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 sırada farağat komandası verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs cərgədə farağat komandasında durmadığından baş leytenant Təqsirləndirilən şəxs əsəbləşərək onun sifətindən bir sillə vurduğunu gördüyünü, 2023-cü ilin sentyabr ayında yadında qalmayan tarixdə qalx komandasından sonra batareyaya həyəcan siqnalı verildiyini, saat təxminən N radələrində hərbi hissəyə qayıtdıqdan sonra batareya komandirinin göstərişinə əsasən üzərlərində olan əşyaları və silah sursatı təhvil verib yataqxananın qarşısına gəlib silah-sursatlarını və qoruyucu jiletlərini növbəli şəkildə silah otağına təhvil verib yataqxananın qarşısında düzüldüklərini, bu arada yataqxanadan bərk səs küy gəldiyini, Təqsirləndirilən şəxs deyəsən kiməsə əsəbləşdiyini, cərgəyə gec gəldiyindən orada nə olmasını bilmədiyini, bir azdan əsgər Zərərçəkmiş şəxs yataqxanadan ağlaya-ağlaya çıxdığını gördüyünü, yaxınlıqdan keçən mayor Şahid5 əsgər Zərərçəkmiş şəxs nə olmasını, niyə ağlamasını soruşub onu qərargaha apardığını, bir müddət sonra əsgər Zərərçəkmiş şəxs yataqxanaya qayıtdıqdan sonra, ondan nə olmasını soruşduqda onun da yataqxanada ayaqyoluna getmək üçün baş leytenant Təqsirləndirilən şəxs icazə istədiyini, Təqsirləndirilən şəxs də ona icazə verməyərək əsəbiləşib yerə yıxdığını və döydüyünü dediyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid4 ifadəsində N №-li hərbi hissənin əlahiddə minaatan batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etdiyini, 15 sentyabr 2023-cü il tarixdə, hərbi hissəyə həyəcan komandası verildiyini, saat təqribən 12-13 radələrində həyəcan komandası ləğv edildiyindən yataqxanada, məişət otağında oturub televizora baxarkən ayaqyolunun qarşısındakı bərk səs-küy gəldiyini, kiminsə ağladığını eşitdiyini, tez həmin istiqamətə gedəndə baş leytenant Təqsirləndirilən şəxs kimisə yerə yıxmasını gördüyünü, lakin onu vurmasını görmədiyini, oraya yaxınlaşanda əsgər Zərərçəkmiş şəxs yerdə olduğunu, baş leytenant Təqsirləndirilən şəxs isə onun başının üstündə durduğunu görüb dərhal onlara yaxınlaşıb Təqsirləndirilən şəxs kənara çəkərək əsgər Zərərçəkmiş şəxs ayağa qaldırıb yataqxanadan bayıra çıxardığını, lakin Təqsirləndirilən şəxs niyə onu yerə yıxma səbəbini bilmədiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs çox əsəbi olduğundan onu sakitləşdirdiyini, sonra isə əsgər Zərərçəkmiş şəxs mayor Şahid5 qərargaha aparmasını öyrəndiyini, sonradan öyrəndiyinə görə Zərərçəkmiş şəxs həyacan siqnalından sonra yataqxanada ayaqyoluna getmək istərkən baş leytenant Təqsirləndirilən şəxs ona icazə verməyib onu yerə yıxaraq döydüyünü eşitdiyini, baş leytenant Təqsirləndirilən şəxs normal, nizamnaməni sevən, bir az da əsəblərini cilovlaya bilməyən bir zabit olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid5 ifadəsində N №-li hərbi hissənin komandirinin ideoloji iş və mənəvi psixoloji təminat bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət etdiyini, 15 sentyabr 2023-cü il tarixdə qalx komandası zamanı hərbi hissədə həyəcan komandası verildiyini, saat təxminən 13 radələrində həyacan siqnalından sonra bölmələrin yerləşmələrini yoxlayarkən hərbi hissənin ərazisindəki 2-ci yataqaxananın qarşısından keçən zaman yatqxanadan qışqırıq səsi gəldiyini eşidib oraya yaxınlaşan zaman əsgər Zərərçəkmiş şəxs ağlayaraq yataqxanadan çölə çıxdığını gördüyünü, onu yanına çağırıb nə olmasını soruşduqda o, baş leytenant Təqsirləndirilən şəxs ona ayaqyoluna getməyə icazə verməyib onu vurmasını dediyini, sonraki araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs həyacan komandasından sonra yataqxanada ayaqyoluna getmək üçün Təqsirləndirilən şəxs icazə istədiyini, Təqsirləndirilən şəxs də ona icazə verməyərək hirslənib onun boynundan tutub yerə yıxdığını, yerdə onun sifətindən sillə və yumruqla vurduğunu öyrəndiyini göstərdi. Təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri onun tam etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Cinayət işi üzrə iş vərəqə 52-də olan N №-li hərbi hissədən alınmış arayışda tank əleyhinə batareyasının 1-ci taqımının komandiri baş leytenant Təqsirləndirilən şəxs ilə tank əleyhinə batareyasının 1-ci taqımının 3-cü manqasının tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olduğu göstərilmişdir. Cinayət işi üzrə iş vərəqə 53-də olan cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1074 nömrəli arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və sıradankənar hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir Cinayət işi üzrə iş vərəqə 121-də olan cinayət işinin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işi üzrə iş vərəqə 36-da olan cinayət işinin materiallarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsaslar yoxdur. Cinayət işi üzrə iş vərəqə 31 və 107-də olan cinayət işinin materiallarında Cinayət işi üzrə Zərərçəkmiş şəxs iki dəfə məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 12 oktyabr 2023-cü il tarixli, 375 nömrəli ekspert rəyində və 31 oktyabr 2023-cü il tarixli, 402 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinə əlavə edilmış sənədlərdən görünür ki, 14.04. 2019-cu il təvəllüdlü X3 və 29 iyul 2016-ci il tarixdə doğulmuş X4 adlı iki azyaşlı övladları var. Təqsirləndirilən şəxs hal-hazırda N nömrəli hərbi hissədə baş leytenant rütbəsində xidmət edir, N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N №-li əmri ilə hərbi hissənin tank əleyhinə batareyasının 1-ci tank əleyhinə taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs N №-li hərbi hissədə xidmət edən əsgər, N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli N №-li əmri ilə hərbi hissənin tank əleyhinə batareyasının 1-ci tank əleyhində taqımının 3-cü qumbaraatan manqasının tuşlayıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Xidmət etdiyi yerdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını, törətmiş olduğu cinayət üzrə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, xidmətini davam etdirmək arzusunda olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onu bağışlamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında- bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kataqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ( sanksiyada nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzası onun barəsində tətbiq edilə bilməz, ona görə ki, zabit statusu daşıyan şəxslərə həmin cəzalar təyin edilmir) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini qanuni və ədalətli hesab etmir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimaii təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hal kimi qəbul edərək onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün yəni hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1(bir) il 6(altı) müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə 12 (on iki) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar