Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-8/2025 17.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Şərur rayon Vəkil Bürosunun vəkili, Müdafiəçi, Mütəxəssis: XN, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, N uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində tank əleyhinə bölüyün N-ci tank əleyhinə taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən, barəsində N6 noyabr NN4-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 13 dekabr NN4-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının N7 dekabr NN4-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha artıq şəxsə, təkrar, işgəncə verməklə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə batareyasının N-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasının komandiri-operatoru vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən NN4-cü ilin iyun ayının sonlarında saat 10 radələrində batareyanın baş çavuşu, gizir İlkin Səfərlinin tapşırığı ilə hərbi hissənin ərazisində yerləşən batareyanın əşya saxlanc otağında batareyanın əsgərləri tərəfindən əşya çantalarının rəflərə yığılması işinə nəzarət edən zaman tabeliyində olan, həmin batareyanın 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasında operator vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN əşya çantalarını rəflərə yığarkən kəmərlərini düzgün bağlamadığını görüb kitelinin çiyin hissəsindən tutaraq silkələmiş və daha sonra əşya saxlanc otağındakı, diametri N sm, uzunluğu 1N8,5 sm olan dəmir borunu götürüb sağ ayağının diz nahiyəsinə N zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmiş, Təqsirləndirilən şəxs NN4-cü ilin iyul ayının sonlarında saat 13 radələrində batareya komandiri kapitan Cəmil Bəşirovun tapşırığı ilə hərbi hissənin ərazisində yerləşən batareyanın əşya saxlanc otağında batareyanın əsgərləri tərəfindən əşya-əmlakın rəflərə yığılması işinə nəzarət edən zaman əşyaları səliqəli yığmamaları səbəbindən tabeliyində olan, həmin batareyanın 1-ci tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 kitelinin çiyin nahiyələrindən tutub özünə tərəf çəkərək başı ilə əsgər Zərərçəkmiş şəxs1 başının təpə nahiyəsinə N zərbə vurmuş və daha sonra əşya saxlanc otağındakı, diametri N sm, uzunluğu 1N8,5 sm olan dəmir borunu götürüb batareyanın 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasında operator vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN sağ ayağının diz nahiyəsinə N zərbə vuraraq onlara güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki şəxsə təkrarən zor tətbiq etmiş, Təqsirləndirilən şəxs NN4-cü ilin iyul ayının sonlarında saat 16 radələrində tabeliyində olan, xidmət etdiyi batareyanın 1-ci tank əleyhinə taqımının 4-cü qumbaraatan manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 hərbi hissənin ərazisindəki əsgər çayxanasından gec qayıtması səbəbindən əsgər yataqxanasında yerə uzanması barədə göstəriş vermiş və əsgər Zərərçəkmiş şəxs3 onun göstərişi ilə yerə uzandıqdan sonra ayaqlarını sonuncunun sağ və sol tərəfinə qoyub qəfildən sürətlə sinəsinin üzərinə N dəfə oturub-qalxaraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, Təqsirləndirilən şəxs NN4-cü ilin avqust ayının 5-də saat 13 radələrində əsgər yataqxanasında batareyanın şəxsi heyətinə “düzülüş” komandası verən zaman həmin gün hərbi hospitaldan müayinədən qayıtmış, tabeliyində olan, həmin batareyanın 1-ci tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 taburetkada oturduğunu, sıraya durmadığını görüb yaxınlaşaraq döşəmə üzərində əlləri ilə gövdəsini saxlaması, yəni “Jim” vəziyyəti alması barədə göstəriş vermiş, lakin əsgər Zərərçəkmiş şəxs1 özünü narahat hiss etdiyini bildirib həmin vəziyyətdə durmadığı üçün o, sonuncunun kitelinin çiyin nahiyəsindən tutub ayağına 1 təpik zərbəsi vuraraq yerə yıxılması üçün badalaq vermiş, həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs1 yerə yıxılmadığını görüb, kitelinin yaxasından tutub arxaya itələyərək çarpayıya çırpmış və boyun nahiyəsinin ön hissəsindən tutub sıxaraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, Təqsirləndirilən şəxs NN4-cü ilin avqust ayının əvvəllərində saat NN radələrində əsgər yataqxanasında heç bir səbəb olmadan tabeliyində olan, həmin batareyanın 1-ci tank əleyhinə taqımının Nci qumbaraatan manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs4 sol qolunu tutub buraraq, daha sonra sol əlinin N-ci barmağını dişləyərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş, həmçinin Təqsirləndirilən şəxs NN4-cü ilin avqust ayının əvvəllərində saat 15 radələrində batareyanın əsgər yataqxanasındakı məişət otağında şəxsi heyətin vəzifə borclarını və nizamnamə qaydalarını öyrənmələrinə nəzarət edən zaman tabeliyində olan, həmin batareyanın 1-ci tank əleyhinə taqımının 4-cü qumbaraatan manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 əsgər yoldaşı ilə danışdığını görüb, onu ayağa qaldırmış və yaxınlaşıb, sinəsində olan tükləri əli ilə tutub dəfələrlə dartıb yolaraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə verməklə təkrarən zor tətbiq etmiş, bundan başqa, Təqsirləndirilən şəxs NN4-cü ilin avqust ayının sonlarında tabeliyində olan, xidmət etdiyi batareyanın 1-ci tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 batareyanın əşya saxlanc otağında mahnı oxuması səbəbindən əynində olan kitelin çiyin nahiyəsindən tutub, başı ilə sonuncunun baş nahiyəsinə 1 zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə rəisi kimi, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələrində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, özünü müdafiə xarakterli ifadə verərək, ifadəsində əsgər Zərərçəkmiş şəxs4 qarşı etdiyi əməl zamanı onunla heç bir ədavətinin olmadığını, bir anlıq özünü boşluğa saldığını, səhlənkarlıqmı etdiyini, niyə etdiyini bilməyərək, amma bu əməlləri qisas mənasında, zor tətbiq etmək mənasında etmədiyini, əsgər Zərərçəkmiş şəxsN sıraya gecikdiyinə görə və digər əsgərlər yeməyə gecikdiyinə görə əsəbləşib bir anlıq elə bir hərəkət etdiyini, boruyla vurmağını xatırlamadığını, desələrdə yenə də xatırlamadığını, əsgər Zərərçəkmiş şəxsN əşya saxlancında boru ilə vurmağını xatırlamadığını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1la əşya saxlancında işləməyinin xatırlamadığını, bölüyün baş çavuşunun onları işləməyə göndərmədiyini, Zərərçəkmiş şəxs3 sinəsindən tükünü yolduğunu, onu ədavət məqsədi ilə etmədiyini, xoş münasibətlə gülə-gülə tükünü çəkdiyini, danışmasın deyə zarafat məqsədi ilə etdiyini, bütün etdiklərindən də peşman olduğunu, Zərərçəkmiş şəxs3 yerə uzatdığını, amma vəzifəli şəxsin gəldiyini dedikdə onu ayağa qaldırdığını, onun sinəsində oturduğunu xatırlamadığını, onun ayağını çəkən bir əsgər olduğunu, bacardığı qədər ona kömək göstərdiyini, onun xitmətdə bir az əziyyət çəkdiyini, əsgər yoldaşlarından dala qaldığını, bacardığı qədər ona köməklik göstərdiyini, Zərərçəkmiş şəxs1la birlikdə əşya saxlancında 4-5 nəfər əsgər olduğunu, onların kim olduğunu xatırlamadığını, Zərərçəkmiş şəxs1 əşya saxlancından nəsə götürməyə gəldiyini, bir anlıq çölə çıxdığını, mahnı oxuduğunu, oxuduğu mahnının başqa bir mahnı, türmə mahnısı olduğunu, digər əsgərlərdən birinin Zərərçəkmiş şəxs1 bu mahnıların hamısını bildiyini dediyini, onun ədavətlə, hirslənərək yox, zarafat məqsədi ilə Zərərçəkmiş şəxs1 çiynindən tutub, “sənin mahnıların mənə gəlsin mənim də bildiyim vəzifə borclarım sənə gəlsin” dediyini, o məqsədlə başından yavaşca vurduğunu, nəsə ondan incikliyi olmadığını, başqa vaxtlarda əsgərlərin nə çətinlikləri nə probləmləri olduğu zaman yaxınlaşanda səmimi olaraq yaxınlaşdıqlarını, onların nəsə inciklikləri olduğunu hiss eləmədiyini, əsgər Zərərçəkmiş şəxs4 qarşı zarafat etdiyini, bir səhv etdiyini, yaşınında zarafat etməyə əl vermədiyini, özünündə utandığını, az yaşı olmadığını, bir anlıq səhvə yol verdiyini göstərmişdir. Daha sonra təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən də tabeliyində olan əsgərlərə qarşı zorakılıq hərəkətlərini qismən etiraf etmiş, digər hallar üzrə özünü müdafiə xarakterli cavablar vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün qismən etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində NN4-cü ilin avqust ayının əvvəllərində səhər vaxtı “varikosel” xəstəliyi ilə bağlı hərbi hospitalda müayinələrdən keçdiyini, əməliyyat olunmaq məsləhət görüldüyünü, ağrıları olduğu üçün iynə vurulduğunu, hərbi hissəyə qaytarıldıqdan sonra saat 13 radələrində yataqxanaya getdiyini, çavuş Təqsirləndirilən şəxs yataqxanada əsgərlər Şahid4la və Zərərçəkmiş şəxs3 hansısa intizamsızlıqlarına görə “jim” vəziyyətini almaqlarına göstəriş verdiyini, onlar jim vəziyyəti aldıqlarını, daha sonra batareyanın şəxsi heyətinə düzülüş komandası verdiyini, ayaq üstə duranda vurulan iynələrin yerləri ağrıdığı üçün taburetkanın üzərində oturduğunu, Təqsirləndirilən şəxs onu görüb qalxıb cərgəyə durmasını dediyini, Təqsirləndirilən şəxs şəxsi heyət gələndə qalxıb cərgəyə duracağını bildirdiyini, Təqsirləndirilən şəxs ona “jim” vəziyyətini almağına göstəriş verdiyini, xəstəliyi ilə ağrıları olduğunu, buna görə də “jim” vəziyyətini ala bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs sağ əli ilə sol çiynindən tutduğunu, sağ ayağı ilə sol ayağına badalaq vurduğunu, ancaq yıxılmadığını, Təqsirləndirilən şəxs əsəbləşərək kitelinin yaxasından əli ilə tutub onu arxaya doğru itələdiyini, taxta çarpayıya dəyib dayandığını, sonra Təqsirləndirilən şəxs sağ əli ilə boğazından tutub güclü sıxmağa başladığını, yataqxanada olan gün növbətçisi əsgər Şahid3 gəlib tutaraq Təqsirləndirilən şəxs ondan aralaşdırdığını, NN4-cü ilin iyul ayının sonlarında hərbi hissəyə ordu komandanlığından zabitlər gəldiyini, bütün hərbi hissənin şəxsi heyətinə sıra baxışı keçirildiyini, saat 13 radələrində sıra baxışı bitdiyini, batareya komandiri ona əsgər Zərərçəkmiş şəxsN və çavuş Təqsirləndirilən şəxs rəhbərliyi ilə əleyhqazların və dəbilqələrin saxlanca yerləşdirilməsini tapşırdığını, Təqsirləndirilən şəxsla hərbi hissənin avtomobil parkında olan saxlanca getdiklərini, saxlancın qarşısında olan əşya əmlakı daşıyaraq saxlancın rəflərinə yığmağa başladıqlarını, əşyaları yığan vaxt Təqsirləndirilən şəxs onlara bir neçə dəfə səliqəli yığmadıqları üçün irad tutub əsəbləşdiyini, əmlakın rəfə əyri qoyulması səbəbindən Təqsirləndirilən şəxs yaxınlaşıb əlləri ilə onun çiyinlərindən tutub özünə tərəf çəkəndə vuracağını hiss edib zərbənin sifətinə dəyməməsi üçün başını aşağı əydiyini, Təqsirləndirilən şəxs onun təpə nahiyəsinə başı ilə iki dəfə zərbə vurub buraxdığını, Təqsirləndirilən şəxs sonra Zərərçəkmiş şəxsN tərəf dönüb “sizi veriblər bura, məni bezdirmisiz” deyib, orada olan dəmir boru ilə Zərərçəkmiş şəxsN sağ ayağının diz nahiyəsindən iki dəfə zərbə vurduğunu, bundan sonra Zərərçəkmiş şəxsNlə birlikdə saxlancdan çölə qaçdıqlarını, sonra Təqsirləndirilən şəxs əsəbi şəkildə “əmlakları gətirin özüm yığacam” dediyini, onlar da əmlakları daşıyıb Təqsirləndirilən şəxs verdiklərini, rəfə yığdığını, NN4-cü ilin avqust ayının sonlarında avtoparkdakı əşya saxlancına gedərkən orada mahnı oxuduğunu, həmin vaxt saxlancda olan və bunu görən Təqsirləndirilən şəxs mahnı oxuduğuna görə “heç vəzifə borclarını belə bilmirsən, ancaq mahnını bilirsən” deyib çiynindən əli ilə tutub kəllə ilə bir dəfə başından vurduğunu, başı ağrıdığını, heç bir xəsarət almadığını, Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində haliyədə həqiqi hərbi xidmətini bitirdiyini, NN4-cü ilin iyun ayının sonlarında səhər vaxtı hərbi hissənin şəxsi heyətinə “həyəcan” komandası verildiyini, bir müddət sonra “həyəcan” komandası bitdiyini, qayıdıb götürülmüş silahları silah otağına təhvil verdiklərini, bel çantaları və əleyhqazlar isə avtomobil parkında yerləşən saxlanc anbarının qarşısına qoyduqlarını, batareya komandiri ona, əsgər Şahid1 və çavuş Təqsirləndirilən şəxs əmlakları saxlancdakı rəflərə yığmağa göstəriş verdiyini, qalan şəxsi heyət isə yataqxanaya getdiyini, əmlakları saxlanc anbarına gətirdiyini, Şahid1 isə rəflərə yerləşdirdiyini, dəbilqələr həmin vaxt bel çantalarının içərisinə yerləşdirildiyindən Şahid1 bel çantalarını açıb içərisində olan dəbilqələri çıxardıb kənara yığdığını, bel çantalarının kəmərlərini bağlamaq üçün ona verdiyini, çantaların kəmərlərini bağlayanda Təqsirləndirilən şəxs düz bağlamadığını deyib ona bir neçə dəfə irad tutduğunu, sonra Təqsirləndirilən şəxs növbəti dəfə ona irad bildirəndə saxlancda olan dəmir boru ilə sağ dizinin yan tərəfindən iki dəfə ardıcıl zərbə vurduğunu, ayağı ağrıdığından etirazını bildirərək saxlancdan çölə çıxdığını, sonradan Təqsirləndirilən şəxs onu saxlanca çağırdığını, gedib işə davam etdiyini, NN4-cü ilin iyul ayının sonlarında, səhər vaxtı hərbi hissəyə ordu komandanlığından zabitlər gəldiyini, hərbi hissənin şəxsi heyətinə, əşyaəmlakına və silahlarına baxış keçirdiklərini, saat 13 radələrində baxış qurtardıqdan sonra dəbilqə, bel çantası və əleyhiqazları götürərək avtomobil parkında yerləşən saxlanca qoymaq üçün oraya getdiklərini, çavuş Təqsirləndirilən şəxs rəhbərliyi ilə əsgər Zərərçəkmiş şəxs1lə orada qalıb ləvazimatları saxlanca yığmağa başladıqlarını, çöldəki dəbilqə, əleyhiqaz və bel çantalarını içəri daşıdığını, Zərərçəkmiş şəxs1 isə həmin əmlakları rəflərə yığdığını, çavuş Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 irad tutub əmlakları rəflərə səliqəli yığmalarını dediyini, sonra Təqsirləndirilən şəxs özü əmlakları rəfə yerləşdirib səliqəli, düzgün yığmalarını tapşırdığını, Zərərçəkmiş şəxs1lə əşyaları rəflərə yığmağa davam etdiklərini, bir az sonra Təqsirləndirilən şəxs yenə irad tutub əsəbləşib qışqıraraq “düz yığa bilmirsiniz, rədd olun düzgün yığın” dediyini, Zərərçəkmiş şəxs1lə birlikdə ona “düzgün yığa bilmirik, əlimizdən gələn budur” dediklərini, Təqsirləndirilən şəxs yenə də qışqırıb “düz yığın” dediyini, bir neçə dəfə irad tutduqdan sonra Təqsirləndirilən şəxs çantanın əyri qoyulduğunu görüb hər iki əli ilə Zərərçəkmiş şəxs1 çiyinlərindən tutduğunu, Zərərçəkmiş şəxs1 başını aşağı əydiyini, həmin vaxt Təqsirləndirilən şəxs onun təpə nahiyəsinə başı ilə iki dəfə ardıcıl zərbə vurduğunu, Zərərçəkmiş şəxs1 onun bu hərəkətlərindən narazılıq etdiyini, bundan sonra Təqsirləndirilən şəxs “sizi veriblər bura məni bezdirmisiz” deyib yaxınlaşaraq dəmir boru ilə sağ ayağının dizdən yuxarı yan hissəsindən iki dəfə ardıcıl zərbə vurduğunu, ayağı ağrıdığını, bundan sonra yenə vurmaması üçün Zərərçəkmiş şəxs1lə saxlancdan qapını açıb çölə qaçdıqlarını, Təqsirləndirilən şəxs əsəbi şəkildə qışqırıb “əmlakları gətirin özüm yığacam” dediyini, bundan sonra Zərərçəkmiş şəxs1lə əmlakları daşıyıb içəridə Təqsirləndirilən şəxs verdiklərini, o isə rəflərə yığdığını, NN4-cü ilin avqust ayının əvvəllərində saat 16 radələrində Təqsirləndirilən şəxs yataqxanada əsgər Zərərçəkmiş şəxs3 sinəsində olan tükləri əli ilə dartıb qopartdığını gördüyünü, nə üçün onun tüklərini yolduğunu bilmədiyini, tüklərini yolduqca Zərərçəkmiş şəxs3 üzünü turşutduğunu, ağrıdığı üzündən hiss olunduğunu, NN4-cü ilin iyul ayının sonları əsgər Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs icazə alıb çayxanaya getdiyini, çayxanadan gec qayıtması səbəbindən Təqsirləndirilən şəxs yataqxanada ona yerə uzanmasına göstəriş verdiyini, Zərərçəkmiş şəxs3 yataqxanada arxası üstə yerə uzandığını, Təqsirləndirilən şəxs ayaqlarının birini Zərərçəkmiş şəxs3 bir tərəfinə, digərini isə o biri tərəfinə qoyduğunu, arxası Zərərçəkmiş şəxs3 başına tərəf olmaqla qəfildən sürətlə sinəsinə oturub qalxdığını, sonra bir də sürətlə oturduğunu, sonra onun üzərindən qalxıb kənara çəkildiyini, həmin vaxt Zərərçəkmiş şəxs3 sinəsi ağrıdığını, Təqsirləndirilən şəxs zorakı hərəkətləri nəticəsində xəsarət almadığını, Təqsirləndirilən şəxs bağışladığını, şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində N №-li hərbi hissənin tank əleyhinə bölüyündə əsgər rütbəsində xidmət etdiyini, NN4-cü ilin iyul ayının sonlarında çavuş Təqsirləndirilən şəxs çayxanaya getmək üçün icazə aldığını, çayxanaya gedib yemək yediyini, saat 16 radələrində yataqxanaya qayıdıb çavuş Təqsirləndirilən şəxs çayxanadan qayıtması barədə məruzə etdikdə Təqsirləndirilən şəxs nə üçün gec qayıtmasını soruşub ona yerə uzanması barədə göstəriş verdiyini, ondan yerə uzanmaması üçün xahiş etdiyini, Təqsirləndirilən şəxs uzanmayacağı təqdirdə özünün onu uzadacağını dediyini, bu səbəbdən məcbur qalıb arxası üstə yataqxananın içərisində yerə uzandığını, uzandıqdan sonra Təqsirləndirilən şəxs ayaqlarını aralayıb bədəninin hər iki tərəfinə yerə qoyub arxası onun başına tərəf qəfildən sürətlə sinəsində oturduğunu, sonra yenidən qalxıb bir də sürətlə oturduğunu, həmin vaxt sinəsində ağrı hiss etdiyini, buna etiraz edib Təqsirləndirilən şəxs belə etməməsini dediyini, bundan sonra Təqsirləndirilən şəxs üzərindən qalxdığını, NN4-cü ilin avqust ayının əvvəllərində təxminən saat 15 radələrində batareyanın şəxsi heyəti yataqxanada məişət otağında batareya komandirinin göstərişi ilə günün nizam qaydasını və vəzifə borclarını oxuyarkən batareya komandiri Təqsirləndirilən şəxs onlara nəzarət etməyi tapşırdığını, nizamnamə oxuyan vaxt əsgərlərdən kiməsə nəsə dediyini, danışdığını görən Təqsirləndirilən şəxs onu ayağa qaldırıb yaxınlaşaraq sinəsində olan tükləri əli ilə tutub yolmağa başladığını, təxminən 4-5 dəfə sinəsində olan tükləri əli ilə dartıb yolduğunu, yolduğu tükləri yerə atdığını, tükləri yolan zaman sinəsində ağrı hiss etdiyini, bu səbəbdən Təqsirləndirilən şəxs belə bir hərəkət etməməsini desə də, Təqsirləndirilən şəxs ona qulaq asmadığını, bir müddət tüklərini yolduqdan sonra dayandığını, sinəsi tükləri yolunduğundan qızardığını, NN4-cü ilin avqust ayının əvvəllərində saat 13 radələrində Təqsirləndirilən şəxs yataqxanada onu və əsgər Şahid4 görüb nə üçün sıraya getmədiklərini soruşub onlara “jim” vəziyyəti almağa göstəriş verdiyini, Şahid4la birlikdə “jim” vəziyyəti aldıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 də “jim” vəziyyətində durmasını dediyini, Zərərçəkmiş şəxs1 hospitaldan gəldiyini, ağrılarının olduğunu, dura bilmədiyini dedikdə, Təqsirləndirilən şəxs ona əsəbləşib, əli ilə Zərərçəkmiş şəxs1 sağ çiynindən tutub ayağı ilə ayağına vurub onu yıxmaq istəsə də, o, yıxılmadığını, bundan sonra Təqsirləndirilən şəxs əsəbləşərək onun kitelinin yaxasından əli ilə tutub Zərərçəkmiş şəxs1 arxaya doğru itələyib çarpayıların arasına saldığını, çarpayıların arasında olduqlarından daha sonra nə baş verməsini görmədiyini, səsə orada olan əsgərlər gəlib çavuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 araladıqlarını, çavuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN saxlanc anbarında hansısa səbəbdən ayağından dəmir boru ilə vurduğunu, Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində N №-li hərbi hissənin tank əleyhinə bölüyündə əsgər rütbəsində xidmət etdiyini, çavuş Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, onunla qohumluq münasibətləri və ədavəti olmadığını, Təqsirləndirilən şəxs rütbəsi çavuş olduğundan rütbəyə görə ona rəis hesab edildiyini, NN4-cü ilin avqust ayının əvvəllərində saat təxminən N1 radələrində günün nizam qaydasına uyğun olaraq əsgərlər növbəti günə hazırlaşıb, yuyunduqlarını, həmin gün batareya üzrə cavabdeh çavuş Təqsirləndirilən şəxs olduğunu, yuyunub qurtardıqdan sonra Təqsirləndirilən şəxs əsgərlərə yataqxanadan çıxıb axşam gəzintisi üçün yataqxananın qarşısında düzülməyə göstəriş verdiyini, su flyaqası yataqxanada qaldığından saat N1:N radələrində onu götürmək üçün yataqxanaya qayıdıb su qabını dolabdan götürüb qayıtmaq istəyəndə orada Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, heç nə demədən arxadan yaxınlaşıb onun sol qolunu tutub burduğunu, qolunu burduğu üçün aşağı əyildiyini, arxası Təqsirləndirilən şəxs tərəf düşdüyünü, qolunu çıxarmaq üçün burulub əlindən çıxmaq istəyəndə Təqsirləndirilən şəxs əlini buraxmayıb sol əlinin N-ci, işarət barmağını dişlədiyini, barmağı ağrıdığından Təqsirləndirilən şəxs narazılığını bildirib buraxmasını dediyini, bundan sonra Təqsirləndirilən şəxs onun qolunu buraxdığını, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN avtoparkdakı saxlanc anbarında dəmir boru ilə ayağından, Zərərçəkmiş şəxs1 isə kəllə ilə başından vurduğunu, Təqsirləndirilən şəxs zorakı hərəkətləri nəticəsində xəsarət almadığını, onu bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində NN4-cü ilin iyun ayının sonlarında N №-li hərbi hissədə “həyəcan” həftəsi olduğunu, tez-tez “həyəcan” komandası verildiyini, şəxsi heyət silah-sursatla, təhkim olunmuş əşyalarla bilrlikdə mövqelərə çıxdıqlarını, NN4-cü ilin iyun ayının sonlarında səhər vaxtı “həyəcan” komandası olduğunu, mövqelərə çıxdıqlarını, saat 10 radələrində qayıdıb silah-sursatı silah otağına təhvil verdiklərini, bundan sonra şəxsi heyət bölüyün baş çavuşu İlkin Səfərlinin göstərişi ilə avtoparka saxlanca getdiyini, əşya çantalarını saxlancın qarşısında yerə düzdüklərini, çavuş Təqsirləndirilən şəxs rəhbərliyi ilə əsgər Zərərçəkmiş şəxsNlə birlikdə əşyaları saxlanca yığılması işini onlara tapşırdığını, Zərərçəkmiş şəxsN çantaları və əşyaları çöldən saxlancın içərisinə gətirdiyini, əşya çantalarını açıb içində olan dəbilqələri çıxarıb rəfə yığdığını, sonra açdığı bel çantalarını kəmərlərini bağlamaq üçün Zərərçəkmiş şəxsN verdiyini, Zərərçəkmiş şəxsN çantaların kəmərlərini düzgün bağlamadığı üçün Təqsirləndirilən şəxs ona irad tutduğunu, Zərərçəkmiş şəxsN çantaları düzgün qaydada necə bağlayacağını göstərdiyini, ancaq Zərərçəkmiş şəxsN yenə yaxşı bağlamadığını, bunu görən Təqsirləndirilən şəxs əsəbləşib əlini atıb saxlancda küncə qoyulmuş yaşıl rəngli dəmir borunu götürərək həmin boru ilə Zərərçəkmiş şəxsN diz nahiyəsindən iki dəfə zərbə vurduğunu, Zərərçəkmiş şəxsN həmin vaxt yerə oturub çantaları bağladığından zərbələr onun diz nahiyəsinə dəydiyini, Zərərçəkmiş şəxsN səsini ucaldaraq Təqsirləndirilən şəxs etirazını bildirib, nə üçün onu vurmasını soruşduğunu, sonra işi dayandırıb saxlancdan çölə çıxdığını, bundan sonra Təqsirləndirilən şəxs həmin borunu yerinə qoyub Zərərçəkmiş şəxsN saxlanca gəlib işə davam etməsini dediyini, Zərərçəkmiş şəxsN isə ona çantaları bağlaya bilmədiyini dediyini, Təqsirləndirilən şəxs ona “çantaları Şahid1 bağlayacaq, sən gəl çantaları rəfə yığmağa başla” dediyini, bundan sonra Zərərçəkmiş şəxsN saxlanca gəlib çantaları rəfə yığdığını, NN4-cü ilin avqust ayının əvvəllərində səhər vaxtı əsgər Zərərçəkmiş şəxs1 hərbi hospitala müayinəyə göndərildiyini, saat 13 radələrində hospitaldan qayıdıb yataqxanaya gəldiyini, həmin gün əsgər Şahid3la gün növbətçisi xidmətində olduğunu, silah otağının qarşısında telefonun yanında durduğunu, saat 13 rədələrində yataqxanadan Təqsirləndirilən şəxs səsini eşitdiyini, yataqxanaya girib ayaqyolu tərəfə su doldurmağa gedərkən Təqsirləndirilən şəxs qışqıraraq əsgər Zərərçəkmiş şəxs1 “jim” vəziyyəti almasını tələb etdiyini gördüyünü, Zərərçəkmiş şəxs1 ağrıları olduğunu, dura bilmədiyini dedikdə yenidən ona qışqırdığını, həmin vaxt onların yanından keçib ayaqyoluna su qabını doldurmağa getdiyini, ayaqyolundan çıxarkən Təqsirləndirilən şəxs çarpayıların arasında Zərərçəkmiş şəxs1 çapayıya söykəyib sağ əli ilə boğazından tutub sıxmasını gördüyünü, orada olan əsgərlər Şahid3, Royal Ələsgərov Təqsirləndirilən şəxs tutub aralaşdırdıqlarını, NN4-cü ilin avqust ayının əvvəlləri, təxminən saat 15 radələrində batareyanın şəxsi heyəti yataqxanada məişət otağında oturub günün nizam qaydaları dəyişdirildiyindən yeni günün nizam qaydalarını oxuduqlarını, batareya komandiri çavuş Təqsirləndirilən şəxs əsgərlərin günün nizam qaydalarını öyrənmələrinə nəzarət etməyi tapşırdığını, nizam qaydalarını oxuyan vaxt Zərərçəkmiş şəxs3 kimləsə danışdığını, Təqsirləndirilən şəxs bunu görüb Zərərçəkmiş şəxs3 ayağa qaldırıb ona tərəf gedərək danışdığı üçün sinəsində olan tükləri əli ilə tutub yolmağa başladığını, təxminən 4-5 dəfə sinəsində olan tükləri əli ilə dartıb yolaraq yerə atdığını, Zərərçəkmiş şəxs3 sinəsindən tükləri yolunduğu üçün ağrıdığından üz-gözünü turşutduğunu, Təqsirləndirilən şəxs “eləməyin ağrıyır” dediyini, ancaq Təqsirləndirilən şəxs buna fikir verməyib sinəsinin tükünü yolmağa davam etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində NN4-cü ilin təxminən iyul ayının sonlarında saat 13 radələrində çavuş Təqsirləndirilən şəxs əsgərlər Şahid4 və Zərərçəkmiş şəxs3 hansısa intizamsızlığa görə yataqxanada “jim” vəziyyətində durmalarına göstəriş verdiyini, sonra ona batareyanın bütün şəxsi heyətini ərazidən düzülüşə çağırmağını tapşırdığını, ərazidə işləyən əsgərləri çağırmaq üçün yataqxanadan çıxdığını, yataqxanaya düzülüşə qayıdanda səhər vaxtı hərbi hospitala müayinəyə göndərilmiş əsgər Zərərçəkmiş şəxs1 də düzlüşdə gördüyünü, sırada olarkən əsgər Zərərçəkmiş şəxs1 gözlərinin dolduğunu gördüyünü, Zərərçəkmiş şəxs1 nə olmasını, niyə gözünün dolmasını soruşduğunu, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs ona “jim” vəziyyətində dayanmasına göstəriş verdiyini, ağrısı olduğu üçün bunu edə bilmədiyini, buna görə Təqsirləndirilən şəxs onun ayağından təpiklə vurub ona badalaq verdiyini, yıxılmadığını, bundan sonra Təqsirləndirilən şəxs onu çarpayıların arasına salıb boğazından yapışıb sıxdığını dediyini, NN4-cü ilin iyul ayının sonlarında saat 16 radələrində çavuş Təqsirləndirilən şəxs yataqxanada düzülüş verdiyini, düzüldükdən sonra Təqsirləndirilən şəxs sıranın qarşısına keçdiyini, Zərərçəkmiş şəxs3 çayxanadan gec qayıtdığına görə Zərərçəkmiş şəxs3 cərgənin qarşısına çıxardıb yerə uzanmasına göstəriş verdiyini, Zərərçəkmiş şəxs3 yerə uzanmamasını ondan xahiş etsə də Təqsirləndirilən şəxs onunla razılaşmadığını, Zərərçəkmiş şəxs3 məcbur olub arxası üstə yataqxananın içərisində yerə uzandığını, Təqsirləndirilən şəxs ayaqlarını onun bədəninin hər iki tərəfinə aralayaraq qoyduğunu, arxası Zərərçəkmiş şəxs3 başına tərəf olaraq durduğunu, qəfildən sürətlə onun sinəsində N dəfə oturub qalxdığını, Zərərçəkmiş şəxs3 yenə Təqsirləndirilən şəxs belə etməməsini xahiş etdiyini, bundan sonra Təqsirləndirilən şəxs onun üzərindən çəkildiyini, NN4-cü ilin avqust ayının əvvəlləri yataqxanada şəxsi heyət yeni günün nizam qaydasını oxuyub öyrənərkən çavuş Təqsirləndirilən şəxs onlara nəzarət etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs3 nəsə etdiyinə görə Təqsirləndirilən şəxs ona yaxınlaşıb bir neçə dəfə sinəsinin tükünü qopardıb yerə atdığını, Zərərçəkmiş şəxs3 tükü yolunduqca incitməsi hiss olunduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N №-li hərbi hissədə tank əleyhinə bölükdə əsgər rütbəsində xidmət etdiyini, çavuş Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, onunla qohumluq münasibətləri və ədavəti olmadığını, NN4-cü ilin avqust ayının əvvəllərində batareya üzrə gün növbətçisi təyin olunduğunu, saat 13 radələrində silah otağının qarşısında duran vaxt yataqxanadan kiminsə “eləmə çavuş Bayramov, hospitaldan gəlmişəm” sözləri deməsini eşitdiyini, nə baş verməsinə baxmaq üçün yataqxanaya girdiyini, həmin vaxt çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 boğazından tutub çarpayıya sıxdığını, əli ilə onun boğazından tutub sıxdığını gördüyünü, tez onlara tərəf gedib ikisinin arasına girib, Təqsirləndirilən şəxs əlini tutub Zərərçəkmiş şəxs1 araladığını, onları aralaşdırdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ağrıdığını, əsgər Zərərçəkmiş şəxs1 qolundan tutub yataqxanadan çıxarıb çölə apardığını, Təqsirləndirilən şəxs əli ilə sıxması nəticəsində İ.İsmayılovun boğazında qızartılar əmələ gəldiyini gördüyünü, Zərərçəkmiş şəxs1 nə üçün Təqsirləndirilən şəxs belə etməsini soruşduqda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona “jim” vəziyyətini almasını dediyini, ağrıları olduğu üçün həmin vəziyyətdə dura bilmədiyini dediyindən ayağından badalaq vurub yerə yıxmaq istədiyini, ancaq yıxılmadığını, sonra itələyib çarpayıya söykəyib boğazından sıxdığını dediyini, NN4-cü ilin avqust ayının əvvələrində saat təxminən N1:N radələrində günün nizam qaydasına uyğun olaraq şəxsi gigiyena və növbəti günə hazırlıq vaxtı olduğunu, batareyanın şəxsi heyətinin bir hissəsi axşam düzülüşü üçün yataqxanadan çıxıb çölə getdiyini, həmin gün cavabdeh olan çavuş Təqsirləndirilən şəxs yataqxanada əsgər Faiq Bayramovla nəsə deyib güldüyünü, zarafatlaşdığını, həmin vaxt çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs4 görüb ona tərəf getdiyini, heç bir səbəb olmadan özünü göstərmək üçün Zərərçəkmiş şəxs4 sol qolundan əlləri ilə tutub qolunu burduğunu, Zərərçəkmiş şəxs4 qolu burulduğundan arxasını ona tərəf çevirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 tutduğu sol əlinin N-ci barmağını dişlədiyini, Zərərçəkmiş şəxs4 qolu və barmağı ağrıdığından Təqsirləndirilən şəxs narazılığını bildirib belə etməməsini dediyini, bundan sonra Təqsirləndirilən şəxs onu buraxdığını, NN4-cü ilin avqust ayının əvvəllərində saat 15 radələrində yataqxanada məişət otağında şəxsi heyət vəzifə borclarını və günün nizam qaydasını öyrənərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ayağa qaldırıb sinəsinin tüklərini yolduğunu, tüklərini yolması Zərərçəkmiş şəxs3 ağrı verdiyini, ağrıdığı hiss olunduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər X5 ifadəsində NN4-cü ilin təxminən iyul ayının sonlarında saat 13 radələrində dərs bitdiyi üçün yataqxanaya gəldiyini, əsgərlərin bir qismi ərazidə olduğunu, əsgər Zərərçəkmiş şəxs3lə ayaqyoluna girdiyini, çıxanda çavuş Təqsirləndirilən şəxs batareyanın şəxsi heyətinə yataqxananın içərisində düzülüş verdiyini, sonra taburetkaların nə üçün sıra ilə düzgün qoyulmadığını soruşub ona və Zərərçəkmiş şəxs3 ip gətirib taburetkaları iplə düzmələrini dediyini, Zərərçəkmiş şəxs3lə ipin harada olmasını bir-birlərindən soruşanda Təqsirləndirilən şəxs əsəbləşərək onlara “jim” vəziyyəti almalarına göstəriş verdiyini, onlar “jim” vəziyyətini aldıqlarını, Təqsirləndirilən şəxs əsgər ŞahidN ərazidə olan bütün əsgərləri düzlüşə çağırmasını tapşırdığını, ŞahidN şəxsi heyəti çağırmaq üçün çölə çıxdığını, həmin vaxt hospitala müayinəyə getmiş əsgər Zərərçəkmiş şəxs1 qayıdıb yataqxanada taburetkada oturduğunu, Təqsirləndirilən şəxs onun oturduğunu görüb nə üçün qalxıb cərgəyə durmadığını soruşduğunu, Zərərçəkmiş şəxs1 həmin zaman ayağa qalxıb ona iynə vurulduğunu, ayağı ağrıdığını dediyini, bundan sonra Təqsirləndirilən şəxs onun üstünə gedib “jım” vəziyyəti almasını tələb etdiyini, Zərərçəkmiş şəxs3lə ayağa qalxdıqlarını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “jim” vəziyyətini almasını dediyini, o isə imtina edib ağrıdığını dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tapşırığını yerinə yetirmədiyi üçün əli ilə onun çiynindən tutub ayaqlarından sağ ayağı ilə sərt formada təpik vurub badalaq verdiyini, lakin Zərərçəkmiş şəxs1 yıxılmadığını, bundan sonra Zərərçəkmiş şəxs1 kitelinin yaxasından tutub onu çarpayıların arasına itələyib saldığını, bundan sonra orada nə etməsini görə bilmədiyini, həmin vaxt oraya gələn gün növbətçisi əsgər Şahid3 cəld onların arasına girib Təqsirləndirilən şəxs aralaşdırıb kənara çəkdiyini, onlar aralaşdıqdan sonra Zərərçəkmiş şəxs1 gözləri dolduğunu, narahat olduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü qismən təqsirli bildiyini, NN4-cü ilin iyun ayının sonlarında əşya saxlancında işləyərkən əsgər Zərərçəkmiş şəxs1 çantaların kəmərlərini düzgün bağlamaması səbəbindən dəmir boru ilə sağ ayağının diz nahiyəsindən vurmadığını, NN4-cü ilin iyul ayında əşya saxlancında Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən başı ilə, əsgər Zərərçəkmiş şəxsN isə dəmir boru ilə sağ ayağının diz nahiyəsindən vurmadığını, NN4-cü ilin iyul ayının sonlarında əsgər Zərərçəkmiş şəxs3 çayxanadan gec qayıtdığına görə onu yerə uzatdıqdan sonra sinəsində oturmadığını, NN4-cü ilin avqust ayının 5-də Zərərçəkmiş şəxs1 “jım” vəziyyəti almasına göstəriş verdikdə həmin vəziyyəti almadığına görə onun ayağından təpiklə vurub badalaq vermədiyini, onu yaxasından tutub arxaya itələyərək çarpayıya çırpmadığını, boğazından tutub sıxmadığını, NN4-cü ilin avqust ayının əvvəllərində yataqxanada Zərərçəkmiş şəxs4 barmağını dişləyərkən onun qolunu burmadığını bildirərək bu barədə verdiyi ifadələrə tənqidi yanaşır, həmin ifadələrin zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, təqsirləndirilən şəxsin qismən etirafından başqa digər halları özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamların və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəyləri, həmçinin digər sübutlarla tam sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-3-cü vərəqələrinə əlavə edilmiş, cinayət işinin başlanması və müstəntiqin icraatına verilməsi haqqında 07 oktyabr NN4-cü il tarixli qərardan məlum olur ki, əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsinə əlavə edilmiş X1 Sistemindən çıxarılmış Azərbaycan Respublikası DİN-in sistemində yoxlanılmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr NN4-cü il tarixli 505 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr NN4-cü il tarixli 506 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr NN4-cü il tarixli 507 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs3 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 56-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr NN4-cü il tarixli 508 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs4 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N7 sentyabr NN4-cü il tarixli, 941 №-li arayışdan məlum olur ki, əsgər Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxsN və əsgər Zərərçəkmiş şəxs4 ilə MAHHX HQ çavuş Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri var. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsinə əlavə edilmiş N3 sentyabr NN4-cü il tarixli, 836 №-li arayışdan görünür ki, MAHHX HQ çavuş Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs1 komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxsN komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 68-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs4 komandanlıq tərəfindən müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs3 komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 71-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, MAHHX HQ çavuş Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 7N-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqədən çıxarışdan görünür ki, MAHHX HQ çavuş Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, postları dəyişib qayıdarkən marşurut üzrə düzgün hərəkət etmədiyinə görə xx.xx.NN4-cü il tarixli N0 №-li əmrlə “Töhmət” cəzası ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 73-cü vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs4 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, növbəni düzgün təşkil etmədiyinə (taqım komandirinə məruzə etmədiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə Növbədən kənar N sutka xidməti naryad cəzası ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, verilən tapşırığa səhlənkar yanaşdığına (düzgün şəkildə gigiyena qaydalarına riayət etmədiyinə) görə xx.xx.NN3-cü il tarixli əmrlə “Töhmət”, səhər baxışına hazırlıqsız çıxdığına (geyim formasını yuyub ütüləmədiyinə) görə xx.xx.NN3-cü il tarixli əmrlə “Töhmət”, sıra nizamnaməsinin tələblərini pozduğuna (sıra məşqini mənimsəmədiyinə) görə xx.xx.NN3-cü il tarixli əmrlə “Töhmət” cəzaları ilə, verilən tapşırığa səhlənkar yanaşdığına (təyin olunmuş yeri tərk etdiyinə) görə xx.xx.NN3-cü il tarixli əmrlə növbədən kənar 1 sutka xidməti naryad, növbəni düzgün təşkil etmədiyinə (qərargah kuryeri zamanı növbə yerində mürgülədiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə növbədən kənar 3 sutka xidməti naryad, növbəni düzgün təşkil etmədiyinə (üzünü vaxtında qırxmadığına) görə xx.xx.NN4-cü il tarixli əmrlə Növbədən kənar 3 sutka xidməti naryad və axşam gəzintisinə gedən zaman sıraya yubandığına görə xx.xx.NN4-cü il tarixli əmrlə növbədən kənar N sutka xidməti naryad cəzaları ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 75-cİ vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, sıra intizamını pozduğuna (sırada tərpəndiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə “Töhmət”, səhər baxışına gecikdiyinə görə xx.xx.NN4-cü il tarixli əmrlə “Şiddətli töhmət” və sıra intizamını pozduğuna görə xx.xx.NN4-cü il tarixli əmrlə Növbədən kənar 1 sutka xidməti naryad cəzaları ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs3 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, sağlamlığına nəzarət etmədiyinə (soyuq su içdiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə “Töhmət”, sağlamlığına nəzarət etmədiyinə (yeməkxanada yemək yemədiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə “Töhmət”, sağlamlığına nəzarət etmədiyinə (dəfələrlə təyin olunmamış yerdən soyuq su içdiyinə) görə xx.xx.NN4-cü il tarixli əmrlə “Şiddətli töhmət”, daxili qaydaları pozduğuna (yataqxanada səs saldığına) görə xx.xx.NN4-cü il tarixli əmrlə “Töhmət” və DXN-nin və tabelik münasibətini pozduğuna dilləşdiyinə görə xx.xx.NN4-cü il tarixli əmrlə “Töhmət” cəzaları ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 95 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1, hərbi hissənin tank əleyhinə batareyanın 1-ci tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 80-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyun NN3-cü il tarixli 181 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN, hərbi hissənin tank əleyhinə batareyanın 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 81-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr NN3-cü il tarixli N59 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs4, hərbi hissənin tank əleyhinə batareyanın 1-ci tank əleyhinə taqımının N-ci qumbaraatan manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 8N-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr NN3-cü il tarixli N59 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs3, hərbi hissənin tank əleyhinə batareyanın 1-ci tank əleyhinə taqımının 4-cü qumbaraatan manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N avqust N18-ci il tarixli N17 №-li əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs, hərbi hissənin tank əleyhinə batareyanın N-ci tank əleyhinə taqımının tank əleyhinə idarəolunan raketlər manqasının komandiri-operatoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin N-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N8 oktyabr NN4-cü il tarixli 31N №-li əmrindən çıxarışdan görünür ki, çavuş Təqsirləndirilən şəxs, hərbi hissənin tank əleyhinə bölüyünün N-ci tank əleyhinə taqımının 1-ci manqasının komandiri-operatoru vəzifəsinə təyin edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki şəxsə işgəncə verməklə təkrarən zor tətbiq etməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.1N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N1N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 yanvar NN5-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Şərur rayon Vəkil Bürosunun hesabına N10 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd uzunluğu 1N8,5 sm, diametri N sm olan dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci, 3N9.N.N-ci və 3N9.N.6-cı maddələri ilə təqsirli bilinib 0N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 yanvar NN5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Şərur rayon Vəkil Bürosunun hesabına N10 (iki yüz on) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd uzunluğu 1N8,5 sm, diametri N sm olan dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-8/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-8/2025
17.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver