Məhkəmə qərarları › İş №1-1(092)-9/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-9/2023

10.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-9/2023 10.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi məhkəməsinin inzibati binasında xx xxxxxxx 2004-cü ildə Beyləqan rayonunun İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmayan, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olmaqla N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, N saylı hərbi hissənin 3cü tabor 8-ci bölüyündə qumbaraatan vəzifəsində xidmət edən,15 fevral 2023-cü il tarixdən barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməlsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Əsgər Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət edərkən N dekabr 2022-ci ildə saat 07 radələrində əsgər yataqxanasında onunla eyni bölükdə xidmət edən tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ona başqa əsgərin çarpayısında oturub çəkməsini geyindiyinə görə irad tutması səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələblərinə zidd olaraq əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək yaxasından tutub, sifətinə yumruq zərbələri vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq ona “alt dodağın qançırı ilə müşayiət olunan sol mərkəzi kəsici dişin tacının sınığı və burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 14 oktyabr 2022-ci ildə SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hal hazırda N saylı hərbi hissənin 3-cü taborunun 8-ci bölüyündə qumbaraatan vəzifəsində xidmət etdiyini, N saylı hərbi hissədə xidmət edərkən əsgər Zərərçəkmiş şəxs gənc əsgər kursu keçdiyi müddətdə görüb tanıdığını, onunla eyni bölükdə xidmət etdiyini və aralarında tabelik münasibətləri olmadığını, N dekabr 2022-ci il tarixdə saat 07 radələrində şəxsi heyətə “qalx” komandası verildikdən dərhal sonra paltarlarını geyinib çarpayısından aşağı düşərək birinci mərtəbədəki əsgər yoldaşı Muhammed İşlekin yatdığı çarpayının üstündə oturub çəkməsini geyinməyə başladığını, bunu görən və yaxınlıqda olan digər əsgər yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşıb iradını bildirərək “çarpayını kim yığışdıracaq” deyərək çarpayıdan qalxmasını tələb etdiyini, ona “narahat olma, çəkməmi geyinib çarpayını özüm düzəldəcəm” cavabını verdiyini, lakin Zərərçəkmiş şəxs israrla onun çarpayıdan qalxmasını kobud və qıcıxlandırıcı şəkildə tələb etdiyini, özünün də eyni kobud qaydada təhqiramiz söyüş şəklində ona cavab qaytararaq “sənlik deyil özüm çarpayını səlqəyə salacağam” dedikdə Zərərçəkmiş şəxs səsini yüksəldərək israrla “sənə demədim qalx çarpayıdan” dediyini, ayağa qalxdığını və bu səbəbdən də aralarında mübahisə yarandığını, mübahisə vaxtı Zərərçəkmiş şəxs onun buşlatından yapışaraq sıxmağa başladığını, özünün də bir əli ilə onun yaxasından yapışaraq digər əli ilə ona mane olmağa çalışdığını, bu vaxt Zərərçəkmiş şəxs onun sifətinin sol tərəfinə iki yumruq vurduğunu, özü də qarşılıqlı sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə iki yumruq vurduğunu, həmin vaxt orada olan əsgərlər Şahid1la Şahid2 onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs onu vurmasına görə sifətinin bərk ağrıdığını, bir azdan həmin gün üçün tabor növbətçisi olan leytenant Şahid4 yanına gedib olanları ona danışdığını, Şahid4 də müayinə üçün onu tibb məntəqəsinə apardığını, səhəri gün, yəni 22 dekabr 2022-ci ildə Zərərçəkmiş şəxs da hospitala aparıldığını, onun orada rentgen müayinəsindən keçirildiyini, müayinə zamanı onun burnunda yerdəyişməyən sınıq və dişinin mina qatında sınıq aşkar edildiyini eşitdiyini, artıq onun sağaldığını və normal xidmətini davam etdirdiyini, Zərərçəkmiş şəxs üzr istədiyini, onu bağışlamasını xahiş etdiyini, Zərərçəkmiş şəxs da onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını həmin hadisənin təsadüfən olduğunu, həmin hadisəyə qədər və ondan sonra heç kəslə nə dalaşdığını nə də kiminləsə də mübahisə etdiyini, Zərərçəkmiş şəxs birinci onu vurmasından sonra məcbur qalıb onu vurduğunu, etdiyi hərəkətdən son dərəcə peşman olduğunu, atasının 1-ci qrup, anasının isə 2-ci qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə gənc əsgər kursu keçdiyi müddətdə görüb tanıdığını, hal-hazırda N saylı hərbi hissədə xidmət etdiyini, hadisə olan vaxt N nömrəli hərbi hissədə xidmət edərkən Təqsirləndirilən şəxs ilə eyni bölükdə xidmət etdiklərini, onunla aralarında tabelik münasibətləri olmadığını, N dekabr 2022-ci ildə saat 07 radələrində, “qalx” komandasından sonra, yataqxanada əsgər Təqsirləndirilən şəxs öz yatdığı çarpayının alt hissəsindəki digər çarpayıda oturub çəkməsini geyindiyini gördüyünü, əsgər yoldaşının çarpayısının dağınıq olmaması üçün ona, yəni Təqsirləndirilən şəxs irad tutub orada oturmamasını “sən başqasının yerində oturursan, oranın da səliqəsini pozursan, kim səndən sonra oranı düzəldəcək” dediyini, Təqsirləndirilən şəxs ona əhəmiyyət verməyərək çarpayının üstündən durmadığını, çəkməsini bağlamağa davam edərək ona “get işinlə məşğul ol, sənin yerin deyil, bura başqasının yeridir” cavabını verdiyini, yenidən çarpayı ilə bağlı ona irad tutduqda Təqsirləndirilən şəxs ona kobud şəkildə nalayiq ifadə işlədərək “get işinlə məşğul ol, sənlik deyil” dediyini, onun bu sözündən əsəbləşib sol əli ilə onun buşlatının boğaz nahiyəsindən yapışaraq sağ əli ilə onun sifətinə iki yumruq vurduğunu, Təqsirləndirilən şəxs onu vurmasını gözləmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs də onun yaxasından tutub sifətinin sol tərəfindən iki yumruq vurduğunu, yumruqlardan birinin onun burun nahiyəsinə dəydiyini, burun hissəsinin bərk ağrıdığını, orada olan əsgərlər Şahid2 və Şahid1 onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs onu yumruqla vurması nəticəsində dodağının qanadığını, sonra hər ikisinin tabor növbətçisi Şahid4 yanına gedib dalaşmaları barədə ona məruzə etdiklərini, səhərki gün burnunda göyərtilər olduğundan və xəsarət aldığından onu hospitala göndərdiklərini, hospitalda rentgen müayinəsindən keçirilərkən burnunda və dişində sınıq olduğunun aşkar edildiyini, bir müddət müalicə olunduqdan sonra artıq sağaldığını, sağlamlığında heç bir problem olmadığını, Təqsirləndirilən şəxs ondan dəfələrlə üzr istədiyini, onu bağışladığını, ondan hər hansı bir şikayəti və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N nömrəli hərbi hissənin 5-ci taborunda xidmət etdiyini, əsgərlər A. Ağarəhimovu və Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə gənc əsgər kursu keçdiyi müddətdə görüb tanıdığını, N dekabr 2022-ci ildə saat 07 radələrində şəxsi heyətə “qalx” komandası verildikdən sonra əsgər Təqsirləndirilən şəxs birinci mərtəbədə olan əsgər yoldaşının çarpayısında oturub çəkməsini geyindiyini, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oturduğu çarpayıdan qalxmasını tələb etdiyini, bir az sonra çarpayıların arasında hər iki əsgərin mübahisə etdiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini eşitdiyini, həmin vaxt onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buşlatının boğaz nahiyəsindən tutub sifətinə iki yumruq vurduğunu, Təqsirləndirilən şəxs də qarşılıqlı Zərərçəkmiş şəxs yaxasından tutub sifətinin sol tərəfinə iki yumruq vurduğunu gördüyünü, yaxınlıqda olan əsgər Şahid2 ilə dərhal onları tutub ayırdıqlarını, Zərərçəkmiş şəxs dodağının qanadığını, sonradan eşitdiyinə görə mübahisələrinin Təqsirləndirilən şəxs başqasının çarpayısında oturmasına görə olduğunu, səhər yeməyindən sonra Təqsirləndirilən şəxs sol gözünün ətrafının qaraldığını gördüyünü, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurması nəticəsində onun burnunun və dişinin sındığını eşitdiyini, hər iki əsgərin dalaşqan əsgərlər olmadıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində N dekabr 2022-ci ildə saat 07 radələrində şəxsi heyətə “qalx” komandası verildikdən bir az sonra əsgər yoldaşları A. Ağarəhimovla F. Bəşirzadənin sözlü mübahisə etdiklərini eşitdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər yoldaşının yatdığı çarpayının üstündə oturub çəkməsini geyindiyini, Zərərçəkmiş şəxs isə ayaq üstə olduğunu, onların arasında nə baş verdiyini öyrənmək üçün onlar olan tərəfə getdiyini, onların yanına çatanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buşlatının boğaz nahiyəsindən yapışıb onun sifətinə iki yumruq vurduğunu gördüyünü, tez əsgər Şahid1la onları ayırdıqlarını, Zərərçəkmiş şəxs geri çəkdikdən sonra onun dodağının qanadığını gördüyünü, ondan dodağına nə olmasını soruşduğunu, onun da Təqsirləndirilən şəxs yumruqla vurduğunu dediyini, həmin vaxt Zərərçəkmiş şəxs arxadan tutub geri çəkdiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görmədiyini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən yumruqla vurması nəticəsində onun burnunun və dişinin sındığını bildiyini, Təqsirləndirilən şəxs sakit heç də dalaşqan əsgər olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissədə xidmət etdiyini, əsgərlər A. Ağarəhimovu və F. Bəşirzadəni N nömrəli hərbi hissədə gənc əsgər kursu keçdiyi müddətdə görüb tanıdığını, hər iki əsgərin sakit və mehriban əsgər olduqlarını, N dekabr 2022-ci ildə saat 07 radələrində yataqxanada olan ayaqyolundan çıxıb silah otağının qarşısına gedərkən yataqxananın girişindən sol tərəfdə yatan əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini gördüyünü, onlara yaxınlaşıb niyə mübahisə etmələrini soruşmaq istərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq söz işlətdiyini, araya girib onları ayırarkən anidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buşlatından yapışıb sifətinin sol tərəfinə iki yumruq vurduğunu gördüyünü, həmin vaxt naryad olduğundan rabitəyə cavab vermək üçün rabitənin yanına getdiyini, həmin vaxt orada olan əsgərlər Şahid2 ilə Şahid1 onları aralaşdırdıqlarını, sonradan mübahisə vaxtı Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs yaxasından yapışıb sifətinin sol tərəfinə iki yumruq vurmasını, nəticədə Zərərçəkmiş şəxs burnunun və dişinin sındığını bildiyini, sonradan əsgər yoldaşlarından eşitdiyinə görə Təqsirləndirilən şəxs səhər “qalx” komandasından sonra tibb bölüyündə olan əsgər yoldaşının çarpayısının üstündə oturaraq ayaqqabısını bağlayarkən Zərərçəkmiş şəxsla aralarında mübahisə düşdüyünü və bir-birilərini vurduqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş leytenant Şahid4 ifadəsində N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etdiyini, hər iki əsgəri xidmət müddəti görüb tanıdığını, N dekabr 2022-ci ildə saat 07 radələrində yataqxanada sənədləri işləyərkən əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əsgər yoldaşı Zərərçəkmiş şəxsla dalaşdığını bildirdiyini, tez hər ikisini yanına çağırdığını, ilk baxışdan Təqsirləndirilən şəxs sol gözünün ətrafında azca qaralma olsa da Zərərçəkmiş şəxs sifətində heç bir xəsarət izlərinin olmadığını gördüyünü, onlardan nəyə görə dalaşdıqlarını soruşduğunu, hər ikisinin də hadisəni olduğu kimi ona danışdıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğunu bildirmədiyini, dərhal hadisə barədə yuxarı komandanlığa məruzə etdiyini, onların dalaşmalarını bölük komandirinə mobil telefon vasitəsilə məruzə etdiyini, Təqsirləndirilən şəxs tibb məntəqəsinə oradan da hospitala apardıqlarını, səhərki gün mübahisə vaxtı Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs nalayiq ifadə işlədərək onun sifətinin sol tərəfinə iki yumruq vurduğunu eşitdiyini, Zərərçəkmiş şəxs da hospitala aparılıb rentgen müayinəsi olunarkən onun burnunun və dişinin sınmasını eşitdiyini, hər iki əsgərin sakit, heç də dalaşqan əsgərlər olmadıqlarını göstərdi. Zərərçəkmiş şəxs barəsində 26 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, 29 dekabr 2022-ci il tarixli 280 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-alt dodağın qançırı ilə müşayiət olunan sol mərkəzi kəsici dişin tacının sınığı və burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 13 yanvar 2023-cü il tarixli, 63 №-li arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədə təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X5 birinci qrup, anası X3 isə ikinci qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş Beyləqan rayon İmamverdilər kənd Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə gəlməmişdən əvvəl kənd ərazisində nümunəvi davranışı ilə özünü yaxşı tərəfdən göstərən bir şəxs olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza “ talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyətinə xidmət etməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin onu bağışlaması və ondan hər hansı bir şikayət və tələbinin olmaması, atası X4 birinci qrup əlil, anası X1 isə ikinci qrup əlil olması, yaşadığı ərazi üzrə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilən arayışda müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirici hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, müddətli həqiqi hərbi xidmət qulluqçusudur, qanunla müddətli həqiqi hərbi xidmət qulluqçularına isə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilmir, azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasını verməyi və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bildiyindən real təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 6 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunduqdan sonra isə Beyləqan rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. . Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar