Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-9/2024 13.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı ildə Şərur rayonunun Xök kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Xök kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 24 oktyabr 2023cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edən, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 08 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının 22 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı, təkrarən və işgəncə verməklə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının komandiri, eyni zamanda bölüyün şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyində post başçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin may ayının ortalarında özünün istirahət zamanı həmin manqada atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 atası İlham Məmmədovun aralarında dostluq münasibəti olan, həmin hərbi hissədə mühəndis xidmətinin rəisi vəzifəsində xidmət edən, mayor Fəxri İsmayılovla birlikdə övladı Zərərçəkmiş şəxs1 görməyə gəldiyi üçün o, istirahət edə bilməmiş və görüş vaxtı bitdikdən sonra saat 13 radələrində əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs1 mayor F.İsmayılovun posta gəlməsi səbəbindən istirahət edə bilmədiyini deyib, atasının sonuncunu nə üçün posta gətirdiyini soruşaraq, əvvəlcə əsgər Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfindən sağ əli ilə 4 sillə zərbəsi vurmuş, daha sonra əynində olan kitelin yaxasından tutub kürəyini divara çırparaq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin iyun ayının əvvəllərində gecə saatlarında şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin müşahidə məntəqəsində döyüş növbətçiliyi aparan əsgər Zərərçəkmiş şəxs1 və həmin manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 rabitə aparatına cavab verməmələri səbəbindən yataqxanaya çağıraraq, orada əvvəlcə əsgər Zərərçəkmiş şəxs1 əynində olan qoruyucu jiletdən tutub badalaq verərək yerə yıxmış, yerdə olarkən başını 3 dəfə metlax döşəməyə vurub ayağa qalxmasını tapşıraraq, ayağa qalxdıqdan sonra sağ əli ilə sifətinin sol tərəfindən 3 sillə zərbəsi vurmuş və daha sonra sağ əli ilə əsgər Zərərçəkmiş şəxs3 başından iki yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin iyul ayının təxminən əvvələrində saat 15 radələrində həmin manqada pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 içməsi üçün istədiyi suyu gec gətirməsi səbəbindən şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin yataqxanasında əsgər Zərərçəkmiş şəxs2 gətirdiyi suyu alıb sifətinə çırparaq, daha sonra sol əli ilə əynində olan köynəyin yaxasından yapışıb sağ əli ilə sifətinin sol tərəfindən 1 sillə zərbəsi vurmuş və paltarının yaxasından dartıb yataqxananın mərkəz hissəsinə apararaq orada sağ əli ilə sifətinin sol tərəfindən 2 sillə və 1 yumruq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs cinayətkar əməllərini davam etdirərək daha sonra badalaq verməklə əsgər Zərərçəkmiş şəxs2 yerə yıxmış, yerə yıxdıqdan sonra sağ əli ilə sifətinin sol tərəfindən 2 yumruq zərbəsi vuraraq, başını oradakı içərisi su ilə dolu olan vedrəyə soxub-çıxartmış və ayağa qalxdıqdan sonra həmin vedrəni götürüb içindəki suyu Zərərçəkmiş şəxs2 başından boşaldıb ona qarşı nalayiq ifadələr işlədərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 09 iyul 2023-cü il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs2 “şəxsi heyəti düzüb sənin baş geyiminə və qısaqol maykana irad tutub niyə təmiz olmadığını deyəcəm, daha sonra şəxsi heyətin qarşısında səni döyəcəm ki, gənc əsgərlərin gözləri qorxsun” demiş, sonuncunun etiraz etməsinə baxmayaraq həmin gün saat 17 radələrində şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin yataqxanasında Zərərçəkmiş şəxs2 papağını və qısaqol maykasını nəyə görə yumadığını deyərək əvvəlcə sifətinin hər iki tərəfindən 3 sillə zərbəsi, daha sonra sağ əli ilə sifətinin sol tərəfində 2 yumruq zərbəsi vurmuş və paltarının yaxasından tutub yerə yıxaraq kürək və qarın nahiyələrinə 3 təpik zərbəsi endirmişdir. O, daha sonra cinayətkar əməllərini davam etdirib, ayağa qalxmaq istəyən əsgər Zərərçəkmiş şəxs2 başını çarpayının dəmir hissəsinə çırparaq, başını sobanın yanındakı, içərisində su olan vedrəyə soxub bir az saxladıqdan sonra çıxarmış və daha sonra vedrəni götürüb içərisindəki suyu başından aşağı tökərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin avqust ayının əvvəllərində saat 12 radələrində şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin yataqxanasında əsgər Zərərçəkmiş şəxs1 silah otağının qapısını möhürləməsini tapşırmış, lakin əsgər Zərərçəkmiş şəxs1 möhürü tapa bilmədiyi üçün sonuncunun sifətindən bir yumruq zərbəsi vurub burnunu qanadaraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin avqust ayının əvvəllərində saat 15 radələrində əsgər Zərərçəkmiş şəxs2 şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin saxlanc otağına aparıb orada onunla boks fəndləri edəcəyini demiş, sonuncu boks fəndlərini bilmədiyini, onunla boks etmək istəmədiyini bildirsə də, buna əhəmiyyət verməyib Zərərçəkmiş şəxs2 başından və sifətindən 15 yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin avqust ayının ortalarında saat 16 radələrində əsgər Zərərçəkmiş şəxs2 şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin saxlanc otağına aparıb orada yenə də onunla boks fəndləri edəcəyini demiş və sonuncunun etiraz etməsinə baxmayaraq orada başından və sifətindən 7 yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 14 avqust 2023-cü il tarixdə saat 15:30-da şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin yataqxanasında olarkən əsgər Zərərçəkmiş şəxs2 yanına çağırmış, əsgər Zərərçəkmiş şəxs2 yeməkxanada olduğu üçün eşitmədiyindən yataqxananın giriş qapısının yanında əvvəlcə sonuncunun əynində olan belyonun yaxasından tutub sağ əli ilə sol qulağından 2 sillə və 2 yumruq zərbəsi vuraraq, daha sonra onu itələyib yataqxananın dəhlizində yerə yıxmış və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrindən 4 yumruq və 4 təpik zərbəsi vurub ona “ödəmlə müşayiət olunan sol qulaq seyvanının sırğalıq hissəsinin əzilmiş yarası” dərəcəsi təyin olunmayan xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 19 avqust 2023-cü il tarixdə səhər saatlarında başçısı olduğu, şərti olaraq “Qarabağ 2” adlandırılan postun ərazisində yerləşən səngərləri yoxlamağa gələn hərbi hissənin mühəndis xidməti rəisi vəzifəsində xidmət edən, mayor Fəxri İsmayılovun postdan ayrılan zaman əsgər Zərərçəkmiş şəxs1 buraxılışa göndərməsi barədə ona tapşrııq verməsindən əsəbiləşərək bir qədər sonra əsgər Zərərçəkmiş şəxs1 yanına, yəni əsgər yataqxanasının qarşısına çağırıb əlində tutduğu stəkandakı suyu sonuncunun üzərinə tökmüş, daha sonra Zərərçəkmiş şəxs1 yataqxanaya çağırıb orada sağ əli ilə sifətinin sol tərəfindən 4 sillə zərbəsi, sinəsindən bir yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 21 avqust 2023-cü il tarixdə saat 09 radələrində şərti olaraq “Qarabağ 2” adlandırılan döyüş mövqeyinin yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs2 natəmiz olduğunu, əllərini düzgün yumadığını, gigiyena qaydalarına əməl etmədiyini deyib ünvanına nalayiq ifadə işlədərək əvvəlcə başından 2 yumruq zərbəsi, çənəsindən 2 sillə zərbəsi vurmuş, daha sonra əynində olan qısaqol maykanı dartıb cıraraq həmin maykanıZərərçəkmiş şəxs2 boğazına dolayıb dartmış və kürək nahiyəsindən 3 yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində 2022-ci ilin ortalarından N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün xidmət apardığı “Qarabağ 2” postunda manqa komandiri-post böyüyü vəzifəsində xidmət etdiyini, əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xidmət zamanı tanıdığını, onlarla münasibətinin xidməti olduğunu, həmin əsgərlərlə bir müddət bir yerdə xidmət etdiyini, həmin əsgərlərə xidmət zamanı etdikləri intizamsızlığa görə 1-2 şillə vurduğunu, əsgər Zərərçəkmiş şəxs2 pinti əsgər olduğunu, ayaqyoluna gedəndən sonra sudan istifadə etmədiyini, papağını və belyosunu pinti saxladığını, bunlara görə ona iradını bildirsə də nəticə çıxartmadığını, odur ki, əsəbləşərək ona 1-2 şillə vurduğunu, 2023-cü ilin iyul ayının əvvələrində saat 15 radələrində əsgər Zərərçəkmiş şəxs2 ona su gətirməsini istədiyini, onun isə isti su gətirdiyi üçün əsəbləşib suyu onun üzərinə atdığını, 2023-cü ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs2 qablar yuyulan yerdə dayandığını, onu bir neçə dəfə çağırsa da cavab vermədiyini, onun yanına gedib ondan niyə cavab verməməsini soruşduqda kinayəli cavablar verdiyini, odur ki, əsəbləşib ona bir şillə vurduğunu, 2023-cü ilin iyun ayının əvvəllərində gecə saatlarında müşahidə məntəqəsinə zəng vurduğunu, lakin rabitəyə cavab verən olmadığını, həmin müddət müşahidə məntəqəsində əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xidmət apardıqlarını, onları yataqxanaya çağırıb nə üçün rabitəyə cavab verməmələrini bildirərək hər birinə 1-2 şillə vurduğunu, ondan sonra xidmət yerlərinə qayıdıb yaxşı xidmət aparmalarını tapşırdığını, həmin əsgərlərə qarşı başqa zorakılıq hərəkətləri etmədiyini, başqa əsgərlərə qarşı da zor tətbiq etmədiyini, onları döymədiyini, əsgər Zərərçəkmiş şəxs2 başını çarpayının dəmir hissəsinə vurmadığını, onun başını içərisində su olan vedrəyə soxmadığını, onun başına su tökmədiyini, etdiyi əməllərdən peşman olduğunu göstərmişdir. Daha sonra təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən də tabeliyində olan əsgərlərə qarşı zorakılıq hərəkətlərini qismən etiraf etmiş, digər halları özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün qismən etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən zərər çəkmiş şəxsin elan olunaraq tədqiq edilmiş ifadəsi, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində 2023-cü ilin təxminən may ayında xidmət etdiyi əraziyə həftə sonu olduğu üçün atası İlham Məmmədov və ailə dostları olan, N nömrəli hərbi hissənin mühəndis xidmət rəisi mayor Fəxri İsmayılov onunla görüşmək üçün mövqeyə gəldiklərindən bu barədə Təqsirləndirilən şəxs məlumat verib görüş üçün icazə istədiyini, Təqsirləndirilən şəxs ona gedib “Qarabağ 1” mövqeyində görüşməsi barədə icazə verdiyini, həmin mövqeyə gedərək valideyini ilə görüşdüyünü, bir-iki saat sonra isə mövqeyə qayıtdığını, saat 13 radələrində mövqeyə qayıtdıqdan sonra mövqenin yataqxanasına girərək Təqsirləndirilən şəxs məruzə etdiyini, Təqsirləndirilən şəxs nəyə görə mayor F.İsmayılovu mövqeyə gətirdiyini soruşub sağ əli ilə sifətinin sol tərəfindən təxminən 3-4 şillə vurduğunu, daha sonra əynində olan kitelin yaxasından tutub kürəyini divara çırpdığını, yaxasından yapışmış vəziyyətdə əlini yumruq vəziyyətinə gətirdiyini, vurmaq istəsə də vurmadığını, buraxıb xidməti işləriylə məşğul olmasını dediyini, Təqsirləndirilən şəxs qarşı hər hansı qarşılıq vermədiyini və ya nalayiq ifadə işlətmədiyini, Təqsirləndirilən şəxs onu vurduğu üçün hər hansı xəsarət almadığını, Təqsirləndirilən şəxs onu vurması barədə yuxarı komandir və rəislərindən kiməsə məruzə etmədiyini, çünki həmişə Təqsirləndirilən şəxs hərbi hissə komandiri ilə münasibətinin yaxşı olduğunu, onsuz da ona heç kəsin heç nə etməyəcəyini dediyi üçün çəkindiyini, kiməsə desə hər hansı tədbir görülməməsindən və Təqsirləndirilən şəxs onu yenə incitməsindən qorxduğunu, 2023-cü ilin iyun ayının əvvəllərində, onunla eyni mövqedə xidmət edən əsgər Zərərçəkmiş şəxs3 ilə birlikdə döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, təxminən gecə saatlarında, müşahidə mövqeyində olan rabitə aparatının dəstəyini yerinə düzgün qoymadığı üçün mövqenin yataqxanasından bir neçə dəfə zəng gəlsə də səs gəlmədiyini, bu vaxt əsgərlərdən kimsə müşahidə mövqeyinə gəlib Təqsirləndirilən şəxs onları çağırdığını dediyini, Zərərçəkmiş şəxs3 ilə birlikdə mövqenin yataqxanasına getdiyini, Təqsirləndirilən şəxs onlara müşahidədə yatdıqlarını, ona görə rabitəyə cavab vermədiklərini dediyini, o da, rabitə aparatının dəstəyini düzgün qoymadığı üçün səsi eşitmədiklərini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs rabitə aparatının dəstəyini düzgün qoymağı nə vaxt öyrənəcəyini deyərək silahı yerə qoymağını və kaskanı çıxarmağını bildirdiyini, silahı yerə qoyub kaskanı çıxardığını, Təqsirləndirilən şəxs onun əynində olan qoruyucu giletdən tutub badalaq verərək yerə yıxdığını, yerdə olarkən başını 2-3 dəfə metlaq döşəməyə vurduğunu, daha sonra ayağa qalxmasını dediyini, ayağa qalxdıqdan sonra Təqsirləndirilən şəxs sağ əli ilə sifətinin sol tərəfindən 3 şillə zərbəsi vurduğunu, sonra əsgər Zərərçəkmiş şəxs3 başından sağ əli ilə iki yumruq zərbəsi vuraraq döyüş növbətçiliyini düzgün aparmalarını deyib onları müşahidə mövqeyinə göndərdiyini, 2023cü ilin avqust ayının əvvəlləri xidmət etdiyi “Qarabağ 2” mövqeyində olduğunu, hərbi hissənin idarə heyətindən mövqeyə yoxlamalar gələcəyi üçün təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs ona silah otağının qapısını möhürləməsini tapşırdığını, yataqxanaya gedib möhürü axtarsa da tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs yanına gedib möhürü tapa bilmədiyini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs silah otağının yanında olduğunu, möhürün silah otağının içində olduğunu göstərib tapa bilmədiyi üçün əsəbləşərək sağ əli ilə burnundan bir yumruq zərbəsi vurduğunu, burnundan qan açıldığını, Təqsirləndirilən şəxs bunu görüb qorxaraq ona başqa zərbə vurmadığını, həmin vaxt mövqeyə yoxlamalar gəlib çatdığı üçün ona tez qaçıb gizlənməsini, burnunun qanamasını yoxlamaların bilməməsini dediyini, o da salfetka ilə burnunu tutaraq, mövqenin hamamına getdiyini, orada burnunu yuyub təmizlədiyini, qanaxma dayandığını, 19 avqust 2023-cü ildə yenə də xidmət etdiyi “Qarabağ 2” mövqeyinə yoxlamalar gəldiyini, mayor Fəxri İsmayılov da oraya gəldiyini, onu mövqedə görüb yanına çağırdığını, F.İsmayılov Təqsirləndirilən şəxs onun çoxdandır buraxılışa getmədiyini, onu buraxılışa göndərməsini dediyini, təxminən saat 11 radələrində yoxlamalar getdikdən sonra mövqenin yataqxanasının qarşısında olarkən Təqsirləndirilən şəxs onun yanına gəlib əlində olan stəkandakı suyu üzərinə atdığını və “səni niyə kimsə məndən xahiş edir, səni buraxılışa ötürməyəcəm, mən nə vaxt qərar versəm o vaxt buraxılışa gedərsən” dediyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs2 çölə çıxaraq Təqsirləndirilən şəxs onu çağırdığını bildirdiyini, o, yataqxanaya getdikdə əsgər Zərərçəkmiş şəxs2 də içəriyə girdiyini, yataqxanaya girdikdən sonra Təqsirləndirilən şəxs heç nə demədən sağ əli ilə onun sifrətinin sol tərəfindən 3-4 şillə vurduğunu, sağ əli ilə sinəsindən yumruqla vuraraq “əgər mayor İsmayılov səni bir də tapşırsa bundan betər edəcəm” dediyini, 2023-cü ilin iyul ayının əvvələri gündüz saatlarında Təqsirləndirilən şəxs mövqenin əsgərlərini yataqxanada düzdüyünü, əsgər Zərərçəkmiş şəxs2 gedib içməli su gətirməsini dediyini, Zərərçəkmiş şəxs2 suyu gətirmək üçün mətbəxə gedən zaman bir neçə dəqiqə gec gəldiyini, bu zaman Təqsirləndirilən şəxs ondan nəyə görə gecikdiyini soruşduqda Zərərçəkmiş şəxs2 su içdiyini bildirdiyini, Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs2 yaxasından yapışıb sifətindən bir şillə zərbəsi vurduğunu, daha sonra yenə də onun sifətindən sağ əli ilə iki şillə və bir yumruq zərbəsi vurub yerə yıxdığını, yerdə olan zaman da Zərərçəkmiş şəxs2 bir neçə yumruq zərbəsi vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 boynundan yapışıb onun başını sobanın yanında olan, içərisində soyuq su saxladıqları vedrəyə soxduğunu, bundan sonra onu buraxıb həmin vedrədəki suyu Zərərçəkmiş şəxs2 üzərinə tökdüyünü, 2023-cü ilin iyul ayının əvvəllərində xidmət etdikləri “Qarabağ 2” mövqeyinə iki nəfər gənc əsgər gəldiyini, onlar 2023-cü ilin aprel çağırışçıları olduğunu, saat 17 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanada düzüb əsgər Zərərçəkmiş şəxs2 əyinindəki belyosuna irad tutaraq nəyə görə yumadığını soruşduğunu, daha sonra isə onun sifətindən şillə və yumruq zərbələri vurduğunu, Zərərçəkmiş şəxs2 yerə yıxıb təpik zərbələri vurmağa başladığını, daha sonra onun başını sobanın yanındakı içi su ilə dolu vedrəyə soxduğunu, sonra isə vedrənin içində olan suyu Zərərçəkmiş şəxs2 başından aşağıya tökdüyünü, 2023-cü ilin avqust ayının əvvəllərində, təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 və onu əşya otağına çağıraraq otağın qapısını bağladığını, Zərərçəkmiş şəxs2 onunla boks yarışı edəcəyini, ona da hakim olmasını bildirdiyini, Zərərçəkmiş şəxs2 razı olmasa da onu boks fəndləri ilə vurmağa başladığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından və sifətindən çox saylı yumruq zərbələri vurduğunu, Zərərçəkmiş şəxs2 isə ona heç bir qarşılıq vermədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bir az döydükdən sonra onun qarşılıq vermədiyini görüb başqa zərbə vurmadığını, qapını açıb onları çölə buraxdığını, bundan təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs2lə boks fəndləri məşq etmək adı ilə ona çoxlu yumruq zərbələri vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs2 dodağı partladığını, 2023-cü ilin avqust ayının 21-də, saat 09 radələrində mövqenin əsgərləri ilə birlikdə yataqxananın qarşısında təmizlik işləri görülən zaman, Təqsirləndirilən şəxs də yataqxananın qarşısında olduğunu, bu vaxt ayaqyolundan gələn əsgər Zərərçəkmiş şəxs2 yanına çağıraraq natəmiz olduğunu, gigiyena qaydalarına əməl etmədiyini bildirdiyini və baş nahiyəsindən şillə zərbələri vurduğunu, sonra isə əynində olan belyonu dartıb cırdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 belyosunu cırdıqdan sonra onu boynuna salıb dartmağa başladığını, Zərərçəkmiş şəxs2 aşağı əyilən zaman Təqsirləndirilən şəxs onun kürəyindən bir yumruq zərbəsi vurduğunu, 14 avqust 2023-cü ildə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs2 mövqenin yeməkxanasında olan zaman Təqsirləndirilən şəxs bir iki dəfə onu çağırdığını, Zərərçəkmiş şəxs2 içəri gələndə bayaqdan çağırdığı halda nəyə görə gəlmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs2 də eşitmədiyini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs yataqxananın dəhlizində Zərərçəkmiş şəxs2 yaxasından tutub sağ əli ilə onun sol qulağından iki şillə və iki yumruq zərbəsi vurduğunu, daha sonra yerə yıxıb Zərərçəkmiş şəxs2 bir neçə təpik və yumruq zərbələri vurduğunu, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qulağından vurduğu üçün onun sol qulağının şişdiyini, Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində 2023-cü ilin iyul ayının 1-dən ordu sıralarından ehtiyata buraxıldığını, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun manqa komandiri və bilavasitə rəisi olduğunu, 2023-cü ilin iyun ayının əvvəllərində, gecə saatlarında əsgər yoldaşı Zərərçəkmiş şəxs1la birlikdə xidmət etdikləri “Qarabağ 2” mövqeyində, müşahidə məntəqəsində döyüş növbətçiliyi apardığını, əsgər Zərərçəkmiş şəxs1 mövqeyə yeni gəldiyi üçün rabitə aparatının dəstəyini necə qoymaq lazım olduğunu bimədiyindən dəstəyi zəng gələndə eşidilməyəcək vəziyyətdə qoyduğunu, buna görə də müşahidədə olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə müşahidəyə zəng vurduğunu, lakin eşitmədiklərini, bu vaxt dəqiq xatırlamadığı hansısa əsgər müşahidəyə gələrək Təqsirləndirilən şəxs onları çağırdığını dediyini, onlar da müşahidəni boş qoyub mövqenin yataqxanasına getdiklərini, Təqsirləndirilən şəxs əvvəlcə yatdıqlarını bildirdiyini, ona Zərərçəkmiş şəxs1 dəstəyi düzgün qoymadığı üçün rabitənin zəngini eşitmədiklərini dediklərini, bu vaxt Təqsirləndirilən şəxs onlara silahlarını yerə qoymalarını dediyini, silahları yerə qoyduqdan sonra o, əsgər Zərərçəkmiş şəxs1 əynində olan qoruyucu giletdən tutub yerə yıxdığını, Zərərçəkmiş şəxs1 başını 2-3 dəfə metlaq döşəməyə vurduğunu, sonra Zərərçəkmiş şəxs1 ayağa qalxdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfindən 3 şillə zərbəsi daha vurduğunu, ona da nəyə görə Zərərçəkmiş şəxs1 öyrətmədiyini deyərək başından iki yumruq zərbəsi vurduğunu, “Qarabağ 2” mövqeyində xidmət edərkən 2023cü ilin may ayının təxminən ortalarında əsgər Zərərçəkmiş şəxs1 “Qarabağ 1” mövqeyinə gedib atası ilə görüşdüyünü, həmin vaxt onun yanına atası ilə birlikdə atasının dostu olan, N nömrəli hərbi hissədə xidmət edən mayor Fəxri İsmayılov da gəldiyini, həmin gün təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs1 mövqeyə qayıtdığını, yataqxanada olan zaman Zərərçəkmiş şəxs1 gələrək Təqsirləndirilən şəxs məruzə etdiyini, bu vaxt Təqsirləndirilən şəxs ona “sən niyə mayoru posta gətirirsən” dediyini, bundan sonra Zərərçəkmiş şəxs1 sifətindən təxminən 3-4 şillə zərbəsi vuraraq yaxasından tutduğunu və kürəyini divara çırpdığını, Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid5 ifadəsində 2023-cü ildə avqust ayının ortalarında mayor Fəxri İsmayılov “Qarabağ 2” mövqeyinə gəldiyini, o, N nömrəli hərbi hissənin mühəndis xidmət rəisi olduğu üçün mövqenin səngərlərini yoxladığını, F.İsmayılov getdikdən sonra Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs1 da orada olduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanına çağırıb nəyə görə mayor İsmayılovun onu tapşırdığını soruşub əlindəki suyu onun üzünə atdığını, bir az sonra mövqenin həyətində olan zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya çağırdığını, çöldə olduğu üçün içəridə nə baş verdiyini bilmədiyini, sonradan Təqsirləndirilən şəxs yataqxanada Zərərçəkmiş şəxs1 döydüyünü eşitdiyini, 2023-cü ilin avqust ayının əvvəllərində, saat 12 radələrində mövqedə yoxlama olacağı üçün mövqenin həyətində təmizlik işləri gördüyünü, yoxlamalar gəlib-getdikdən sonra əsgər yoldaşlarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 silah otağının qapısını möhürləməyi tapşırdığını, Zərərçəkmiş şəxs1 möhürü tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs yumruqla vuraraq onun burnunu qanatdığını eşitdiyini, 2023-cü ilin iyul ayının əvvəllərində saat 17 radələrində Təqsirləndirilən şəxs onunla eyni mövqedə xidmət edən əsgər Zərərçəkmiş şəxs2 papağına və belyosuna irad tutub çirkli olduğunu dediyini, daha sonra Zərərçəkmiş şəxs2 sifətindən şillə və yumruq zərbələri vurmağa başladığını, Zərərçəkmiş şəxs2 yerə yıxıb təpiklədiyini, daha sonra başını sobanın yanında olan su vedrəsinə soxub-çıxardığını, sonra Təqsirləndirilən şəxs həmin vedrənin suyunu Zərərçəkmiş şəxs2 üstünə tökməsini gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 2023-cü ilin avqust ayında təqribən günorta saatlarında əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyindən qayıdıb mövqenin yeməkxanasında oturduğunu, Təqsirləndirilən şəxs bir iki dəfə Zərərçəkmiş şəxs2 çağırsa da Zərərçəkmiş şəxs2 gec eşitdiyi üçün bir az gec gəldiyini, bu vaxt Təqsirləndirilən şəxs mövqenin yataqxanasının qapısının yanında onu eşitmədiyi üçün əsgər Zərərçəkmiş şəxs2 qulağından 2 şillə və 2 yumruq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduqdan sonra onu yataqxananın içinə salıb yerə yıxaraq bədənindən yumruq və təpik zərbələri vurduğunu, 2023-cü ilin iyul ayının təxminən əvvəllərində saat 15 radələrində yataqxanada olarkən Təqsirləndirilən şəxs əsgər O.Havqerdiyevə su gətirməsini dediyini, Zərərçəkmiş şəxs2 də su gətirmək üçün yeməkxanaya getdiyini, bir az keçəndən sonra Zərərçəkmiş şəxs2 gələndə Təqsirləndirilən şəxs ondan niyə gec gəldiyini soruşduğunu, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 döyməyə başladığını, əvvəlcə onun gətirdiyi suyu alıb üzünə çırpdığını, daha sonra sifətindən şillə ilə vurub yaxasından tutub dartışdırdığını, sifətindən yenə də şillə və yumruqlarla vurub yaxasından dartıb yerə yıxdığını, Təqsirləndirilən şəxs yerdə də Zərərçəkmiş şəxs2 yumruq zərbələri vurduqdan sonra onun başını sobanın yanındakı vedrədə olan suya soxub-çıxartdığını, daha sonra isə həmin vedrənin suyunu başından aşağıya tökdüyünü, 2023-cü ilin avqust ayının ortalarında, saat 09 radələrində mövqenin yataqxanasını təmizləyərkən çöldən səs-küy gəldiyini eşitdiyini, çölə çıxanda Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 qışqırdığını gördüyünü, Təqsirləndirilən şəxs şəxsi heyəti düzüb Zərərçəkmiş şəxs2 ayaqyolundan gəlib əlini yumadığını deyib ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından yumruq və sifətindən şillə zərbələri vurduğunu, dartıb belyosunu cırdığını, belyonu boğazına dolayıb boğduğunu, sonra isə kürəyindən yumruq zərbələri vurub buraxdığını, bir dəfə də Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 belyosuna və papağına irad tutub döydüyünü, həmin vaxt şəxsi heyət də mövqenin yataqxanasında olduğunu, 2023-cü ilin iyul ayının 9-da axşam saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 papağının və belyosunun nəyə görə çirkli olduğunu dediyini, sonra isə Zərərçəkmiş şəxs2 sifətindən təxminən 2-3 şillə zərbəsi, 2 yumruq zərbəsi vurub dartaraq yerə yıxdığını, yerdə olan zaman da bir neçə təpik zərbəsi vurub əsgər Zərərçəkmiş şəxs2 boynundan tutub başını vedrədə olan suya soxduğunu və həmin suyu başından aşağıya boşaltdığını, Təqsirləndirilən şəxs bir-iki dəfə Zərərçəkmiş şəxs2 boks edəcəkələrini dediyini, Zərərçəkmiş şəxs2 istəmədiyini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əşya otağına apardığını, əsgər Zərərçəkmiş şəxs1 da oraya aparıb onlara hakimlik etməsini dediyini, əsgər Zərərçəkmiş şəxs1 başqa orada başqa əsgər olmadığından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 necə vurmasını görmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 2023-cü ilin iyul ayında “Qarabağ 2” mövqeyinə təzə gəldikləri ərəfələrdə MAHHXHQ Təqsirləndirilən şəxs həmin vaxt mövqedə xidmət edən əsgər Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməsini gördüyünü, mövqeyə təzə gələn gün saat 17 radələrində, əsgər yoldaşlarıyla birlikdə mövqenin yataqxanasında olan zaman Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanada düzdüyünü, əsgər Zərərçəkmiş şəxs2 “mən papuqayam ki, sənə belyo və papağını yu demişəm ancaq yumamısan” dediyini, Zərərçəkmiş şəxs2 də “xeyr, siz mənim komandirimsiniz, üzrlü sayın, yadımdan çıxıb, yuyacam” deyə bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sifətindən bir şillə zərbəsi vurduğunu, daha sonra əsəbləşərək Zərərçəkmiş şəxs2 sifətindən bir neçə şillə və yumruq zərbələri vurduğunu, yaxasından dartıb Zərərçəkmiş şəxs2 yerə yıxdığını, Zərərçəkmiş şəxs2 yerdə olan zaman Təqsirləndirilən şəxs yenə də onun bədəninin qarın və kürək tərəflərindən bir neçə təpik zərbələri vurmağa davam etdiyini, həmin vaxt yataqxanada olan odun sobasının yanındakı yanğın təhlükəsi üçün vedrədə su qoyulduğunu, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 başını həmin vedrədəki suya soxduğunu, bir az saxlayıb buraxdığını, daha sonra vedrədəki suyu onun başından aşağı boşaltdığını, Təqsirləndirilən şəxs bir neçə dəfə əsgər Zərərçəkmiş şəxs2 “səninlə boks işləyəcəyik” deyib onu mövqenin əşya otağına aparıb, qapını kilidləyərək içəridə döydüyünü, bir dəfə əsgər Zərərçəkmiş şəxs1 da içəriyə aparıb hakimlik etməsini dediyini, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir qarşılıq vermədiyi halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından və sifətindən çoxlu yumruq zərbələri vurduğunu bildirdiyini, 2023-cü ilin avqust ayının sonlarında, səhər saatlarında əsgər Zərərçəkmiş şəxs2 ayaqyolundan gələn zaman, onun əynində tapışqa olduğunu, Təqsirləndirilən şəxs mövqenin yataqxanasının həyətində Zərərçəkmiş şəxs2 ayaqyolundan tapışqa ilə gəldiyini görən zaman ondan nəyə görə botinka ilə getmədiyini soruşduğunu, Zərərçəkmiş şəxs2 də çöl tapışqası geyindiyini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətdiyini, natəmiz olduğunu dediyini, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından bir neçə dəfə yumruqla vurub əynindəki belyosunu dartıb cırdığını, həmin belyonu Zərərçəkmiş şəxs2 boğazına sarıyıb dartdığını, daha sonra isə kürəyindən bir neçə yumruq zərbəsi daha vurduğunu, 2023-cü ilin avqust ayının ortalarında, hərbi hissənin mühəndis xidmət rəisi mövqedəki səngərləri yoxlamağa gəldiyini, həmin şəxs mayor rütbəli bir zabit olduğunu, o, mövqedə olan zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 adını buraxılışa yazmasını bildirdiyini, həmin mayor rütbəli zabit qayıtdıqdan sonra təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs yataqxanada əsgər Zərərçəkmiş şəxs1 “səni nəyə görə kimsə mənə tapşırır, mənim elə şeydən xoşum gəlmir” deyərək üzündən şillə zərbələri, sinəsindən isə bir yumruq zərbəsi vurduğunu, 2023-cü ilin avqust ayının əvvəllərində “Qarabağ 2” mövqeyinə hərbi hissədən yoxlama gələcəyi üçün mövqedə təmizlik və yır-yığış işləri görən zaman, təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 silah otağının qapısını möhürləməsini dediyini, Zərərçəkmiş şəxs1 bir az sonra gəlib möhürü tapa bilmədiyini bildirdikdə Təqsirləndirilən şəxs silah otağının içinə gedib möhürü əsgər Zərərçəkmiş şəxs1 göstərərək nəyə görə yaxşı axtarmadığını soruşduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxs1 burnundan bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs1 burnu qanadığını, yoxlamalar gələcəyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tez gedib burnunu yumasını tapşırdığını, onun da hamama gedib burnunu yuduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 2023-cü ilin avqust ayının əvvəlləri “Qarabağ 2” mövqeyində xidmətini davam etdirən zaman mövqeyə yoxlamalar gələcəyi üçün təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs əsgər yoldaşı Zərərçəkmiş şəxs1, silah otağının qapısını möhürləməsini tapşırdığını, Zərərçəkmiş şəxs1 möhürü nə qədər axtarsa da tapa bilmədiyini, bu vaxt Təqsirləndirilən şəxs silah otağının içinə girib oradan möhürü tapdığını, Zərərçəkmiş şəxs1 möhürü tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs onun burnundan bir yumruq zərbəsi vuraraq burnunu qanatdığını, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 gedib burnunu yumasını tapşırdığını, Zərərçəkmiş şəxs1 da burnunu yuduğunu, 2023-cü ildə avqust ayının oratalarında hərbi hissənin idarə heyətinin zabiti olan mayor Fəxri İsmayılov mövqeyə gəldiyini, o, mövqenin səngərlərini və digər mühəndis istehkamlarını yoxladıqdan sonra post böyüyü Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 buraxılışa göndərməsini tapşırıb getdiyini, F.İsmayılov getdikdən sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya çağırıb onun sifətindən şillə zərbələri və sinəsindən bir yumruq zərbəsi vuraraq ona “əgər mayor İsmayılov səni bir də tapşırsa bundan betər edəcəm” dediyini, 2023-cü ilin iyul ayının təxminən əvvələrində, saat 15 radələrində Təqsirləndirilən şəxs əsgərləri mövqenin yataqxanasında düzüb söhbət edən zaman, əsgər Zərərçəkmiş şəxs2 ona su gətirməsini tapşırdığını, Zərərçəkmiş şəxs2 su gətirmək üçün mətbəxə getdiyini, bir az sonra Zərərçəkmiş şəxs2 gələndə Təqsirləndirilən şəxs onun gətirdiyi stəkanı əlindən alıb içindəki suyu Zərərçəkmiş şəxs2 üzünə çırpdığını, nəyə görə gec gəldiyini soruşaraq Zərərçəkmiş şəxs2 üzündən bir şillə zərbəsi vurduğunu, yaxasından dartışdırıb sifətindən yenə də şillə və yumruq zərbələri vurduğunu, ondan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 ayağından badalaq verərək onu yerə yıxdığını və onun başını sobanın yanındakı vedrədə olan suya soxduğunu, sonra Zərərçəkmiş şəxs2 buraxıb həmin vedrənin içində olan suyu başından aşağı boşaltdığını, 2023-cü ilin iyul ayının əvvəllərində, saat 17 radələrində yataqxanada düzülən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “mən papuqayam ki, sənə belyo və papağını yu demişəm ancaq yumamısan” dediyini, Zərərçəkmiş şəxs2 də ona “xeyr, siz mənim komandirimsiniz, üzrlü sayın, yadımdan çıxıb, yuyacam” deyə cavab verdiyini, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sifətindən bir neçə şillə və yumruq zərbələri vurduğunu, daha sonra Zərərçəkmiş şəxs2 yaxasından dartıb onu yerə yıxdığını, bədəninin qarın və kürək tərəflərindən bir neçə təpik zərbələri vurmağa davam etdiyini, sonra isə Zərərçəkmiş şəxs2 başını sobanın yanında olan vedrədəki suya soxduğunu, bir az saxlayıb buraxdığını, daha sonra vedrədəki suyu onun başından aşağı boşaltdığını, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs2 mövqenin əşya otağına aparıb onunla boks işləyəcəyini dediyini, əsgər Zərərçəkmiş şəxs1 da hakimlik etməsi üçün oraya apardığını, həmin vaxt o əşya otağında olmadığını, buna görə də orada nə olmasını bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 09 iyul 2023-cü ildə “Qarabağ 2” mövqeyinə xidmətə təzə gələn zaman, nahar yeməyindən sonra əsgər yoldaşlarıyla birlikdə mövqenin yataqxanasında düzüldüyünü, Təqsirləndirilən şəxs şəxsi heyətə təlimat verib təmizlik barədə danışdığını, bu vaxt əsgər yoldaşı Zərərçəkmiş şəxs2 irad tutaraq papağının və qısaqol köynəyinin çirkli olduğunu dediyini, Zərərçəkmiş şəxs2 də üzr istəyərək aradan qaldıracağını bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs2 üzündən şillə və yumruq zərbələri vurduğunu, daha sonra əsəbi soyumadığını və Zərərçəkmiş şəxs2 dartıb yerə yıxdıqdan sonra onun qarnından və kürəyindən təpikləməyə başladığını, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başını krovata çırpdığını, bununla da ürəyi soyumadığını və onun başını yanğın təhlükəsi üçün yataqxanada, sobanın yanına qoyulmuş vedrənin içinə soxaraq bir az saxladıqdan sonra buraxdığını və vedrədəki suyu başından aşağıya boşaltdığını, 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 boks etmək adı ilə əşya otağına aparıb içəridə onu döydüyünü, əsgər Zərərçəkmiş şəxs1 da onlara hakimlik etməsi üçün apardığını, həmin vaxt o əşya otağında olmadığını, bir müddət sonra onlar çölə çıxanda əsgər Zərərçəkmiş şəxs2 halı pis olduğunu, dediyinə görə içəridə olarkən Təqsirləndirilən şəxs onun sifətindən və başından yumruq zərbələri vurduğunu, 2023-cü ilin avqust ayının təxminən sonları səhər saatlarında mövqenin ərazisində təmizlik işləri görən zaman əsgər Zərərçəkmiş şəxs2 ayaqyolundan gələrkən Təqsirləndirilən şəxs onu yanına çağıraraq nalayiq ifadələr işlətdiyini və ona natəmiz olduğunu dediyini, bundan sonra onu döyməyə başladığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından yumruq zərbələri vurub əynində olan qısaqol köynəyini dartıb cırdığını, kürəyindən yumruq zərbələri vurub cırılmış köynəyini də boğazına dolayıb dartdığını, 2023-cü ilin avqust ayının ortalarında, saat 11 radələrində mövqenin yataqxanasında olan zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya çağırtdırdığını, ona “səni nəyə görə kimsə mənə tapşırır, mənim elə şeydən xoşum gəlmir” dediyini və Zərərçəkmiş şəxs1 sifətindən bir neçə şillə zərbəsi vurduğunu, daha sonra sinəsindən bir yumruq zərbəsi vurduğunu, həmin gün səhər saatlarında hərbi hissədən bir nəfər mayor rütbəli zabitin mövqeyə gəldiyini, sonradan əsgər Zərərçəkmiş şəxs1 yaxını olan həmin zabit Təqsirləndirilən şəxs onu buraxılışa göndərməsini dediyini, buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döydüyünü eşitdiyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli, teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar zərərçəkmiş şəxs kimi tanındığını, səhhətilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ifadəsində 2023-cü ilin iyul ayının təxminən əvvələrində saat 15 radələrində xidmət etdiyi “Qarabağ 2” mövqeyində olan zaman, post başçısı Təqsirləndirilən şəxs mövqedə xidmət edən, döyüş növbətçiliyində olmayan əsgərləri mövqenin yataqxanasında düzmüş, şəxsi heyətlə söhbət zamanı ona içmək üçün su gətirməsini demiş, o da mövqenin yeməkxanasına gedərək susuz olduğu üçün əvvəlcə özü su içmiş, daha sonra isə bir bardaq su götürüb yataqxanaya qayıtmışdır. Giriş qapısının yanında suyu Təqsirləndirilən şəxs verən zaman ondan niyə gecikdiyini soruşmuş, cavabında su içdiyi üçün 2-3 dəqiqə gecikdiyini bildirdikdə Təqsirləndirilən şəxs gətirdiyi suyu alaraq onun üzünə çırpmış, daha sonra sol əli ilə əynində olan köynəyin yaxasından yapışaraq sağ əli ilə sifətinin sol tərəfindən bir şillə zərbəsi vurub yaxasından dartaraq yataqxananın ortasına aparmış, orada şəxsi heyətin qarşısında sağ əli ilə sifətinin sol tərəfindən iki şillə və bir yumruq zərbəsi vurmuş, sonra ayağından badalaq verərək yerə yıxıb yenə də sağ əli ilə sifətinin sol tərəfindən iki yumruq zərbəsi vurmuş, başından tutaraq başını orada olan içi su dolu vedrəyə soxmuş, daha sonra buraxmışdır. Ayağa qalxan zaman isə həmin vedrəni götürüb içindəki suyu başından aşağı boşaltmışdır. Təqsirləndirilən şəxs hər hansı qarşılıq verməmiş və ya nalayiq ifadələr işlətməmiş, Təqsirləndirilən şəxs onu vuran zaman ona qarşı nalayiq ifadələr işlətmişdir. 09 iyul 2023-cü ildə səhər saatlarında xidmət etdiyi “Qarabağ 2” mövqeyinə gənc əsgərlər gəlmiş, günorta saatlarında yataqxanada olan zaman Təqsirləndirilən şəxs onun yanına gəlib “şəxsi heyəti düzüb sənin baş geyiminə və belyona irad tutub niyə təmiz olmadığını deyəcəm, daha sonra şəxsi heyətin qarşısında səni döyəcəm ki, gənc əsgərlərin gözləri qorxsun” demiş, ona belə bir şey etməməsini, döyməməsini desə də Təqsirləndirilən şəxs onsuz da öz dediyini edəcəyini bildirib getmişdir. Həmin gün saat 17 radələrində mövqedə xidmət edən şəxsi heyəti, o cümlədən yeni gələn əsgərlər Şahid4 və Şahid2 mövqenin yataqxanasında düzmüş, bu zaman Təqsirləndirilən şəxs ona papağını və belyosunu nəyə görə yumadığını soruşmuş, o da yadından çıxdığını bildirərək, üzr istəmiş, bu vaxt Təqsirləndirilən şəxs onun sifətinin hər iki tərəfindən təxminən 2-3 şillə zərbəsi vurmuş, daha sonra isə sağ əli ilə sifətinin sol tərəfində 2 yumruq zərbəsi vurub yaxasından tutub dartaraq yerə yıxmış, yerdə olan zaman kürək və qarın hissələrimdən təxminən 2-3 təpik zərbəsi vurmuş, ayağa qalxmaq istəyəndən hər iki əli ilə başından tutub başının təpə nahiyəsini orada olan çarpayının dəmir hissəsinə çırpmış, sonra isə boynundan tutub başını sobanın yanındakı vedrədə saxladıqları suya soxub bir az saxladıqdan sonra isə buraxaraq vedrənin suyunu götürüb başından aşağı tökmüşdür. 2023-cü ilin avqust ayının əvvələrində, təxminən saat 15 radələrində mövqenin yataqxanasında olarkən Təqsirləndirilən şəxs onu yanına çağırıb boks edəcəkləri demiş, ona boks bacarmadığını, istəmədiyini bildirsə də Təqsirləndirilən şəxs ona əhəmiyyət verməyib mövqenin saxlanc otağına aparıb onunla eyni bölmədə xidmət edən əsgər Zərərçəkmiş şəxs1 da hakimlik etməsi üçün oraya çağırmış, Təqsirləndirilən şəxs saxlanc otağının qapısını bağlayıb boks fəndləri işlədərək başından və sifətindən yumruq zərbələri vurmağa başlamış, ona nə qədər “eləməyin yoldaş maxe” desə də o, dayanmadan sifət və baş nahiyələrindən çoxlu yumruq zərbəsi vurmuş, özünü qorumaq üçün əlləri ilə və qolları ila başını tutub zərbələrin təsirini azaltmış, bundan sonra Təqsirləndirilən şəxs onu vurmağı dayandırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun sifətindən və başından təxminən 10-15 yumruq zərbəsi vurmuşdur. Bundan 4-5 gün sonra, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs yenə də onu və əsgər Zərərçəkmiş şəxs1 saxlanc otağına aparıb boks edəcəklərini, Zərərçəkmiş şəxs1 isə hakim olacağını demiş, etiraz etməsinə baxmayaraq başından və sifətindən 6-7 yumruq zərbəsi vurmuşdur. 2023-cü ilin avqust ayının 14-də təxminən saat 15:30 radələrində mövqenin yeməkxanasında olarkən yuxusuz olduğu üçün stulda oturduğu vəziyyətdə mürgüləmiş, bu vaxt əsgər Şahid4 yeməkxanaya gəlib onu Təqsirləndirilən şəxs çağırdığını bildirmiş, çölə çıxıb Təqsirləndirilən şəxs yanına getdikdə ona “səni çağırıram niyə cavab vermirsən” deyib sol əli ilə əynində olan belyonun yaxasından tutub sağ əli ilə sol qulağından 2 şillə və 2 yumruq zərbəsi vurmuş, daha sonra onu itələyib yataqxananın dəhlizinə salıb yerə yıxmış, yerdə olan zaman bədəninin müxtəlif yerlərindən təxminən 4 yumruq, 3-4 təpik zərbəsi vurmuş, ona heç nə demədən sakit dayanmış, ona başqa zərbə vurmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun sol qulağından vurduğuna görə sol qulağı şişmiş və ağrımışdır. 2023-cü ilin avqust ayının 21-də saat 09 radələrində mövqenin ayaqyolundan gələn zaman şəxsi heyət mövqenin ərazisində təmizlik işləri görmüş, Təqsirləndirilən şəxs də mövqenin həyətində olmuş, gedib əlini yuyan zaman Təqsirləndirilən şəxs onu çağırıb natəmiz olduğunu, əllərini düzgün yumadığını, gigiyena qaydalarına əməl etmədiyini deyib ona qarşı nalayiq ifadələr işlətmiş, daha sonra mövqenin yataqxanasının qarşısında başından 1-2 yumruq zərbəsi vurmuş, daha sonra çənəsindən 2 şillə zərbəsi vurub əynində olan belyodan dartaraq cırmış, belyonu boğazına dolayıb dartmağa başlamış, başını aşağı əydiyi üçün Təqsirləndirilən şəxs yumruqla onun kürəyindən 2-3 zərbə vurub daha sonra onu buraxmış və şəxsi heyətin yanında natəmiz olduğunu deyərək danlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edən zaman ona qarşı nalayiq ifadələr işlətmişdir. 2023-cü ilin may ayının təxminən ortalarında əsgər yoldaşı Zərərçəkmiş şəxs1 atası onunla görüşmək üçün mövqeyə gəlmiş, Zərərçəkmiş şəxs1 atası ilə birlikdə onların ailəvi dostları olan hərbi hissənin mühəndis xidmətinin rəisi mayor Fəxri İsmayılov da onu görməyə gələcəyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Qarabağ 1” mövqeyinə gedib valideynləri ilə orada görüşməsini demiş, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs1 atası ilə görüşüb mövqeyə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs mövqenin yataqxanasında ona nəyə görə mayoru mövqeyə gətirdiyini deyib Zərərçəkmiş şəxs1 sifətindən təxminən 3-4 şillə zərbəsi vurmuş, daha sonra yaxasından tutub kürəyini divara çırpmış, həmin vaxt yataqxanada olduğu üçün Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurmasını görmüşdür. 2023-cü ilin avqust ayının ortalarında mayor Fəxri İsmayılov mövqeyə yoxlamaya gəlmiş, F.İsmayılov əsgər Zərərçəkmiş şəxs1 onun buraxılışa göndəriləcəyini demiş, təxminən saat 11 radələrində F.İsmayılov mövqedən getdikdən sonra Təqsirləndirilən şəxs ona gedib Zərərçəkmiş şəxs1 yataqxanaya çağırmağını dediyindən onu çağırmış, yataqxanada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nəyə görə F.İsmayılova buraxılışa getmək istədiyini bildirməsini deyib sifətindən 3-4 şillə zərbəsi və sinəsindən bir yumruq zərbəsi vurmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində təxminən saat 12 radələrində yataqxananın içərisində qoyulmuş stolda sənəd yazarkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 silah otağının qapısını möhürləməsini demiş, Zərərçəkmiş şəxs1 möhürü tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs möhürü tapa bilmədiyini dedikdə Təqsirləndirilən şəxs silah otağının içərisində olan möhürü göstərib Zərərçəkmiş şəxs1 üzərinə qışqıraraq burnundan bir yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 burnu qanamağa başlamış, mövqeyə yoxlamalar gələcəyi üçün Zərərçəkmiş şəxs1 tez gedib burnunu yumasını bildirmiş, Zərərçəkmiş şəxs1 da gedib burnunu yumuşdur. 2023-cü ilin iyun ayının əvvəllərində gecə saatlarında istirahət edən növbə olduğu üçün mövqenin yataqxanasında yatarkən yataqxanada səs-küy olduğu üçün yuxudan oyanmış, içəri qaranlıq olduğundan və yuxulu olduğundan tam aydın görə bilməsə də Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 danladığını başa düşmüş, vurmuş olduğu teleqramada Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin, zərər çəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 329-cu və 330-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü qismən təqsirli bildiyini, tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xidmət zamanı etdikləri intizamsızlığa görə 1-2 şillə vurduğunu göstərsədə, işgəncə vermədiyini və başqa vaxtlarda vurmadığını bildirərək bu barədə verdiyi ifadələrə tənqidi yanaşır, həmin ifadələrin zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, təqsirləndirilən şəxsin qismən etirafından başqa digər halları özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamların və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəyləri, həmçinin digər sübutlarla tam sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan məlum olur ki, əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 53-55-ci vərəqələrinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan və xidməti vərəqələrdən görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs, əsgər Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1 və cinayət işinin 2-ci cildinin 38-ci vərəqəsində olan xidməti vərəqədən görünür ki, əsgər Zərərçəkmiş şəxs3 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib və cəzalandırılmayıblar. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N sentyabr 2023-cü il tarixli, 535 №-li arayışdan məlum olur ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 arasında tabelik münasibətləri vardır. Əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etdikləri görünür. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli 252 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs, X5 X4 üzrə müavininin 25 avqust 2023-cü il tarixli 089 əç nömrəli əmrinə əsasən hərbi hissə komandirinin sərəncamına keçirilmiş hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 313 №-li rəyində zərərçəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - ödəmlə müşahiyət olunan sol qulaq seyvanının sırğalıq hissəsinin əzilmiş yarası - bərk küt əşyanın təsiri nəticəsində törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi itisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 315 №-li rəyində zərərçəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs1 bədən səthində hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin 2-ci cildinin 15-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 393 №-li rəyində zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs3 bədən səthində hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsinə əlavə edilmiş 19 sentyabr 2023-cü il tarixli, 995 nömrəli arayışdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 130-cu vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş xx.xx.2023-cü il tarixli, 1410 №-li məktubdan Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı görünür. Cinayət işinin 2-ci cildinin 34-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan zərərçəkmiş şəxs, hərbi hissənin sabiq əsgəri Zərərçəkmiş şəxs3 hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində xidmət edərkən həmin manqanın komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyi görünür. Cinayət işinin 2-ci cildinin 38-ci vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, əsgər Zərərçəkmiş şəxs3 xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib və cəzalandırılmayıbdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən işgəncə verməklə zor tətbiq etməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə158.6). Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının 16 oktyabr 2023-cü il tarixli qərarı ilə 48 saat (2 gün) müddətində tutularaq həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablanaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bu iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının 16 oktyabr 2023-cü il tarixli qərarı ilə 48 saat (2 gün) müddətində tutularaq həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təyin edilmiş cəza müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-9/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-9/2024
13.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver