Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-9/2025 17.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Babək rayonunun Vayxır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Babək rayonunun Vayxır kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının N-ci manqasının döyüş maşın komandiri-manqa komandiri vəzifəsində xidmət edən, N9 noyabr N0N4-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri seçilmiş GİZİR Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün N-ci taqımının N-ci manqasında döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən X14 komandanının birinci müavini - Qərargah rəisinin NN iyul N0N4-cü il tarixli 154 nömrəli əmri ilə gənc əsgərlərin təlim toplanışını keçdiyi, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci təlim taborunun 6-cı təlim bölüyünün 4-cü taqım komandirinin müavini vəzifəsinə ezam edilmiş, orada ezamiyyətdə olarkən N3 sentyabr N0N4-cü il tarixdə saat 17 radələrində tabeliyində olan, həmin bölüyün N-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgərlər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxsN taborun əsgər yataqxanasında sözlü mübahisə etdiklərini görüb onlara mübahisə etməmələri üçün irad bildirmişdir. Daha sonra o, həmin əsgərlərin onun sözünə məhəl qoymayıb mübahisəni davam etdirdiklərini görüb hər ikisinin əyinlərində olan kitelin yaxasından tutaraq yataqxanada olan xidməti otağa aparmış və hər ikisinin ünvanına nalayiq ifadə işlədib, sağ əli ilə əsgər Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfinə bir sillə, ardınca sol əli ilə əsgər Zərərçəkmiş şəxsN sifətinin sağ tərəfinə bir sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, xidmət etdiyi N №-li hərbi hissədən N iyul N0N4-cü il tarixdən N6 sentyabr N0N4-cü il tarixədək N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 4-cü taqımına taqım komandirinin müavini vəzifəsinə ezam edilmiş, həmin vəzifə və rütbədə xidmətdə olarkən N3 sentyabr N0N4-cü il tarixdə saat 16 radələrində xidmət etdiyi bölüyün 160 nəfərlik şəxsi heyətini iki qrup halında ayırıb birinci qrupu hamama aparmış, birinci qrup yuyunduqdan sonra yataqxanaya gətirmiş və ikinci 80 nəfərlik qrupu yuyunmaq üçün hərbi hissənin hamamına aparmış, saat 17 radələrində bölüyün ikinci qrupunun əsgərləri yuyunduqdan sonra yataqxanaya qayıtmışdır. Yataqxanaya daxil olan zaman bölüyün N-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgərlər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxsN sözlü mübahisə etdiklərini və bir-birilərinə qarşı nalayiq ifadə işlətdiklərini görüb dərhal onlara yaxınlaşmış və mübahisə etməmələrini bildirmiş, lakin əsgərlər onun sözünə məhəl qoymayıb mübahisəni davam etdirmişlər. O, isə əsgərlərin onun sözünə məhəl qoymayıb mübahisəni davam etdirdiklərini görüb hər ikisinin əyinlərində olan kitelin yaxasından tutub yataqxanada yerləşən xidməti otağa aparmış, otağa daxil olduqdan sonra həmin əsgərlərin ünvanına qarşı nalayiq ifadə işlədib hansı səbəbdən mübahisə etmələrini soruşmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs1lə əsgər Zərərçəkmiş şəxsN onun sözlərinə məhəl qoymayıb yenidən mübahisə etdikdə, o, əsəbiləşərək hər iki əsgərin sifət nahiyəsindən bir sillə zərbəsi vurmuş və hər ikisini bir neçə dəqiqə danladıqdan sonra otaqdan çıxmaqları barədə göstəriş vermişdir. Həmin vaxt onların hər hansı xəsarət aldıqlarını görməmiş və taborun komandir heyəti düzülüşdə olduğu üçün əsgərlərin mübahisə etməyi və onlara sillə zərbəsi vurması barədə heç kimə məruzə etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN üzr istəyərək onlarla barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində yeni doğulmuş bir azyaşlı xəstə övladının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3 sentyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyünün N-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən saat 16 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə yuyunmaq üçün hərbi hissənin əsgər hamamına getmiş, onlardan qabaq digər əsgərlər yuyunduğu üçün onlar hamamın qarşısında düzülüb gözləmişlər. Həmin vaxt bölüyün əsgərlərindən Zərərçəkmiş şəxsN sırada arxasında, Vüsal Osmanov və Nəcəf Şahbazov isə yanında dayanıb söhbət edən zaman o, əsgər X15 rayonunun isti olduğunu demiş, bu zaman əsgər Zərərçəkmiş şəxsN də söhbətə qoşularaq əsgər Nəcəf Şahbazova onun dediyi sözün ona da aid olduğunu demiş, əsgər Zərərçəkmiş şəxsN söhbətə müdaxilə etdiyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Təxminən bir neçə dəqiqə sonra onlara hamama getmələri barədə göstəriş verilmiş, hamamda yuyunduqdan sonra saat 17 radələrində bölüyün yataqxanasına getmişlər. Yataqxanada təmizlik ləvazimatlarını yerləşdirdikdən sonra əsgər Zərərçəkmiş şəxsN ona yaxınlaşıb hamamın qarşısında olan mübahisəni aydınlaşdırmaq üçün söhbət etmək istədiyini demiş, bu zaman əvvəlki söhbətə görə yenidən aralarında sözlü mübahisə yaranmış və həmin vaxt əsgərlər ŞahidN, Rauf Allahverdiyev və adlarını xatırlamadığı digər əsgərlər onların mübahisə etdiklərini görüb onları aralaşdırmışlar. Bu zaman gizir Təqsirləndirilən şəxs onların mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və mübahisə etməmələrini bildirmiş, lakin onlar onun sözünə məhəl qoymayıb mübahisəni davam etdirdikdə gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsNlə onun kitelinin yaxasından tutub bölüyün yataqxanasında yerləşən xidməti otağa aparmış, otağa daxil olduqdan sonra gizir Təqsirləndirilən şəxs ona və əsgər Zərərçəkmiş şəxsN nalayiq şəkildə “hansı səbəbdən mübahisə edirsiniz, özünüzə hörmət etmirsinizsə əsgər yoldaşlarınıza hörmət edin” deyib onun və əsgər Zərərçəkmiş şəxsN sifət nahiyələrindən bir sillə zərbəsi vurmuşdur. Otaqdan çıxan zaman əsgər ŞahidNla əsgər Rauf Allahverdiyev ona yaxınlaşıb sifət nahiyəsinin sol tərəfinin qızardığını demiş və otaqda nə baş verdiyini soruşmuşlar, o, isə gizir Təqsirləndirilən şəxs ona və əsgər Zərərçəkmiş şəxsN sillə zərbəsi vurduğunu demişdir. Otaqdan çıxdıqdan sonra əsgər Zərərçəkmiş şəxsNlə mübahisə etdiyi və gizir Təqsirləndirilən şəxs ona sillə vurmasına görə sıxıntı keçirdiyindən əsəbi olmuş, buna görə də əsəbini sakitləşdirmək üçün yataqxananın sanitar qovşağına getmiş, sanitar qovşaqda əl-üz yumaq üçün nəzərdə tutulmuş hissəyə gedib sol biləyinin səthini üzqırxanın kəsici hissəsi ilə bir neçə yerdən kəsmişdir. Özünə xəsarət yetirdiyi üçün həmin gün əvvəlcə hərbi hissənin tibb məntəqəsinə, daha sonra isə hospitala aparılmış və onun özünə gizir Təqsirləndirilən şəxs fiziki zorakılıq etməsindən sonra xəsarət yetirməsi hərbi hissə komandanlığı tərəfindən bilindiyi üçün bununla bağlı araşdırma aparılmağa başlanılmışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs1 ifadəsində gizir Təqsirləndirilən şəxs hadisədən təxminən bir neçə gün sonra onun müalicə aldığı hospitala gələrək ondan üzr istədiyini, həmçinin hər hansı ehtiyacının olub-olmadığını soruşduğunu, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığın, gizir Təqsirləndirilən şəxs yaxşı bir komandir olduğunu, tabeliyində xidmət edən əsgərlərə həmişə qayğı ilə yanaşdığını bildirmişdir. Zərərçəkmiş şəxsN məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, müvafiq hərbi hissə komandanlığının möhürü ilə təsdiq edilmiş xx.xx.N0N5-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurət ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadələrini təsdiq etdiyini, gizir Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxsN məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını, o cümlədən proses iştirakçılarının da bu barədə fikirlərini nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onuın ibtidai istintaq zamanı verdiyi ifadəsinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyündə xidmət etdiyi dövrdən tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. O, N3 sentyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyünün N-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən saat 16 radələrində xidmət etdiyi bölüklə təxminən 80 nəfər əsgər yuyunmaq üçün hərbi hissənin hamamına getmiş, onlardan qabaq digər əsgərlər yuyunduğu üçün onlar hamamın qarşısında düzülüb gözləmişlər. Həmin vaxt bölüyün əsgərlərindən Zərərçəkmiş şəxs1, Vüsal Osmanov və Nəcəf Şahbazov ondan öndəki sırada durub söhbət edən zaman əsgər Zərərçəkmiş şəxs1 əsgər X15 rayonunun isti olduğunu demiş, həmin vaxt o, da söhbətə qoşularaq əsgər Nəcəf Şahbazova əsgər Zərərçəkmiş şəxs1 dediyi sözün ona da aid olduğunu və Kürdəmirli olduğunu dediyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Təxminən bir neçə dəqiqə sonra onlara hamama getməkləri barədə göstəriş verilmiş, hamamda yuyunduqdan sonra saat 17 radələrində bölüyün yataqxanasına getmişlər. Yataqxanada təmizlik ləvazimatlarını yerləşdirdikdən sonra əsgər Zərərçəkmiş şəxs1lə biraz əvvəl aralarındakı sözlü mübahisəni aydınlaşdırmaq üçün yataqxanada əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb söhbət etmək istədiyini demiş, bu zaman əvvəlki söhbətə görə yenidən aralarında sözlü mübahisə yaranmış və həmin vaxt adlarını xatırlamadığı əsgərlər onlara yaxınlaşıb mübahisə etmələrinə imkan verməmişlər, o, isə əsgər Zərərçəkmiş şəxs1 yanından ayrılıb yatdığı çarpayının yanına getmişdir. Təxminən beş dəqiqə sonra yataqxanadan çıxan zaman yataqxananın çıxış qapısında əsgər Zərərçəkmiş şəxs1 arxadan gəlib ondan önə keçərək onunla yataqxananın arxasına getməsini demiş, o, isə əsgər Zərərçəkmiş şəxs1 işi ilə məşğul olmasını deyib cavab vermiş, əsgər Zərərçəkmiş şəxs1 isə ona yenidən yataqxananın arxasına getməsini dedikdə, aralarında yenidən mübahisə yaranmışdır və həmin vaxt adlarını xatırlamadığı əsgərlər onların mübahisə etdiklərini görüb aralaşdırmışlar. Əsgərlər onları aralaşdıran zaman N nömrəli hərbi hissədən xidmət etdiyi bölüyün 6-cı taqımına taqım komandirinin müavini vəzifəsinə ezam olunmuş gizir Təqsirləndirilən şəxs onlara yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs1lə onun kitelinin yaxasından tutub bölüyün yataqxanasında yerləşən xidməti otağa aparmış, otağa daxil olduqdan sonra gizir Təqsirləndirilən şəxs o, və əsgər Zərərçəkmiş şəxs1 nalayiq şəkildə hansı səbəbdən mübahisə etdiklərini soruşub sağ əli ilə əsgər Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsindən bir sillə zərbəsi vurmuş, daha sonra sol əli ilə onun sağ sifət nahiyəsindən bir sillə zərbəsi vurmuş və həmin vaxt sifət nahiyəsinin sağ tərəfində zəif ağrı hiss etmişdir. Daha sonra gizir Təqsirləndirilən şəxs onlara “sizi evinizdə gözlüyənlər var, siz onların gözünü yaşlı qoymaq istəyirsiz?” demiş və onlarla biraz söhbət etdikdən sonra otaqdan çıxmaqları barədə göstəriş vermişdir. Onlar otaqdan çıxmış və o, yatdığı çarpayının yanına gedib çarpayının qarşısındakı stulda oturmuşdur. Təxminən N0 dəqiqə sonra adını xatırlamadığı hərbi qulluqçulardan biri yataqxanaya daxil olub uca səslə iyirmi nəfər əsgərin çöldə yataqxananın qarşısında düzülməyini demiş, həmin vaxt iyirmi nəfər əsgər yataqxananın qarşısında düzülmüş və əsgərlərə “Kamaz” markalı hərbi yük maşınından sursat yeşiklərini taborun qarşısına gətirmək tapşırığı verilmiş, onlar sursat yeşiklərini taborun yataqxanasının qarşısına gətirmiş və tabor komandiri kapitan Ülvi Nəcəfbəyli sursat yeşiklərinə baxış keçirmiş, onlar isə sırada durub gözləmişlər. Sırada gözləyən zaman bölüyün əsgəri Rauf Allahverdiyev onu yanına çağırmış və əsgər Zərərçəkmiş şəxs1 qolunu kəsdiyini demişdir. Növbəti gün N4 sentyabr N0N4-cü il tarixdə Naxçıvan hərbi prokurorluğunun əməkdaşı gəlmiş və əsgər Zərərçəkmiş şəxs1lə mübahisə etməyi, həmçinin əsgər Zərərçəkmiş şəxs1 özünə xəsarət yetirməyi ilə bağlı izahatı alınmış, təxminən bir neçə gün sonra saat 18 radələrində axşam yeməyindən əvvəl yataqxanada olduğu zaman gizir Təqsirləndirilən şəxs ona yaxınlaşıb etdiyi əməldən peşman olduğunu, onu ərk edib böyük kimi vurduğunu deyib üzr istəmiş, o, isə “oldu, keçdi” deyib onu bağışladığını bildirmişdir (i.v İ cild 113-1N1). Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3 sentyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə xidmətdə olduğu zaman saat 16 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə yuyunmaq üçün hərbi hissənin hamamına getmiş, onlardan əvvəl digər əsgərlər yuyunduğu üçün onlar hamamın qarşısında düzülüb gözləmiş, sırada gözləyən zaman əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN ondan öndəki sırada durub bir-biriləri ilə mübahisə etdiklərini görmüş, lakin o, əsgərlərdən aralıda dayandığı üçün hansı səbəbdən mübahisə etdiklərini bilməmiş və hamamda yuyunduqdan sonra saat 17 radələrində yataqxanaya qayıtmışlar. Yataqxanada çarpayının üzlüklərini dəyişmək üçün üzlüklər paylanmış, həmin vaxt yataqxanada səs-küy eşitmiş və səs-küy gələn tərəfə baxan zaman əsgərlər Zərərçəkmiş şəxs1lə və Zərərçəkmiş şəxsN yataqxananın giriş qapısının yanında dayanıb sözlü mübahisə etdiklərini görmüşdür. Əsgər Zərərçəkmiş şəxs1lə əsgər Zərərçəkmiş şəxsN birbirilərinə qarşı nalayiq ifadələr işlətmişlər, bu zaman gizir Təqsirləndirilən şəxs səs-küyə gəlib əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN uca səslə sakit dayanıb yerlərinə keçməsini demiş, lakin mübahisə edən əsgərlər gizir Təqsirləndirilən şəxs sözünə məhəl qoymayıb mübahisə etməyə davam etmişlər. Bu zaman gizir Təqsirləndirilən şəxs hər iki əsgərin kitelinin yaxasından tutub yataqxanada yerləşən xidməti otağa aparmış, onlar otağa daxil olduqdan sonra gizir Təqsirləndirilən şəxs uca səslə onları danladığını eşitmişdir. Xatırladığı qədər 10 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN otaqdan çıxmışlar. Daha sonra saat 19 radələrində axşam yeməyi üçün yataqxananın qarşısında düzülüb yeməkxanaya getmişlər. Yeməkxanada olan zaman əsgər yoldaşlarından əsgər Zərərçəkmiş şəxs1 qolunu kəsərək özünə xəsarət yetirdiyini eşitmiş daha sonra yataqxanaya qayıtmış və əsgər Zərərçəkmiş şəxs1 özünə xəsarət yetirdiyini tabor komandiri Ülvi Nəcəfbəyliyə məlumat vermişdir. Həmçinin Şahid3 verdiyi ifadəsində gizir Təqsirləndirilən şəxs əsgərlərə qarşı münasibətinin yaxşı olduğunu, onun pis bir hərbi qulluqçu olmadığını da bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3 sentyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə xidmətdə olduğu zaman saat 16 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə yuyunmaq üçün hərbi hissənin hamamına getmiş, yuyunduqdan sonra saat 17 radələrində yataqxanaya qayıtmış, yataqxanada yatdığı çarpayını səliqəyə salarkən əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN sözlü mübahisə etdiyini görmüş, o, əsgər Zərərçəkmiş şəxs1 tanıdığından onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, əsgərlər isə heçnə deməmiş, daha sonra bölüyün əsgərlərindən də yanlarına yaxınlaşmışlar. Həmin vaxt əsgər David Hacıyev və bölüyün digər əsgərləri onları aralaşdırıb mübahisə etmələrinə imkan verməmiş, əsgər Zərərçəkmiş şəxs1 yatdığı çarpayının yanına getmiş, əsgər Zərərçəkmiş şəxsN isə yataqxananın çıxış qapısına doğru getmişdir. O, isə hansı səbəbdən mübahisə etdiklərini öyrənmək üçün əsgər Zərərçəkmiş şəxs1 arxasınca getmiş və əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb hansı səbəbdən əsgər Zərərçəkmiş şəxsNlə mübahisə etdiyini soruşmuş, lakin əsgər Zərərçəkmiş şəxs1 heçnə deməmiş, kitelini geyinib yataqxananın çıxış qapısına doğru getmişdir. O, da əsgər Zərərçəkmiş şəxs1lə birlikdə çıxmış və əsgər Zərərçəkmiş şəxs1 dəhlizdəki əsgərlərdən əsgər Zərərçəkmiş şəxsN harada olduğunu soruşmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN gizir Təqsirləndirilən şəxs yanında olmuş, gizir Təqsirləndirilən şəxs əsgərlərə dəsmal paylamışdır. Əsgər Zərərçəkmiş şəxsN otaqdan çıxan zaman əsgər Zərərçəkmiş şəxs1 yataqxananın giriş tərəfində onu çağırıb çöldə söhbət etməyi təklif etmiş, əsgər Zərərçəkmiş şəxsN isə əsgər Zərərçəkmiş şəxs1 sözünə məhəl qoymayıb yataqxanaya doğru getmişdir. Əsgər Zərərçəkmiş şəxs1 isə yenidən ona çölə çıxmağını demiş, əsgər Zərərçəkmiş şəxsN isə yenidən məhəl qoymamış, bu zaman əsgər Zərərçəkmiş şəxs1lə əsgər Zərərçəkmiş şəxsN mübahisə etməyə başlamış və mübahisə zamanı bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. O, və yataqxanada olan digər əsgərlər onları sakitləşdirmək istəsək də əsgərlər onlara məhəl qoymamış, həmin vaxt gizir Təqsirləndirilən şəxs xidməti otaqdan çıxıb əsgərlərin mübahisə etdiyini görüb onlara uca səslə sakit olmalarını və yerlərinə getmələrini demiş, lakin əsgər Zərərçəkmiş şəxs1lə əsgər Zərərçəkmiş şəxsN gizir Təqsirləndirilən şəxs sözünə məhəl qoymayıb uca səslə mübahisə etməyə davam etmişlər. Bu zaman gizir Təqsirləndirilən şəxs otaqdan çıxıb əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN kitelinin yaxasından tutub onları aralaşdıraraq xidməti otağa aparmış və qapını örtmüşdür. Otaqda olan zaman gizir Təqsirləndirilən şəxs uca səslə əsgərləri danladığını eşitmiş, təxminən beş dəqiqə sonra otaqdan çıxmışlar və əsgər Zərərçəkmiş şəxs1lə əsgər Zərərçəkmiş şəxsN yatdıqları çarpayıya tərəf getmişlər. Həmin vaxt əsgərlərlə Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN otaqda nə baş verdiyini soruşmuş və əsgər Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsində qızartı olduğunu demiş, əsgər Zərərçəkmiş şəxs1 isə gizir Təqsirləndirilən şəxs onlara sillə zərbəsi vurduğunu bildirmişdir. Şahid əsgər Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.N0N5-ci il tarixli teleqramlarla məhkəməyə müraciət edərək Bakı şəhərində məzuniyyətdə olması ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid1 məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını, o cümlədən proses iştirakçılarının da bu barədə fikirlərini nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadəsinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid əsgər Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N3 sentyabr N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyündə heyət nəfəri vəzifəsində xidmət etdiyi vaxt saat 17 radələrində yataqxanada yatdığı çarpayını səliqəyə salarkən biraz aralıdan səs-küy gəldiyini eşitmiş, həmin tərəfə baxanda əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN yataqxananın giriş qapısında dayanıb sözlü mübahisə etdiklərini və bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini görmüş, həmin vaxt gizir Təqsirləndirilən şəxs səs-küyə görə yataqxanaya daxil olmuş və əsgərlərə sakit olmalarını tapşırmış, lakin əsgərlər gizir Təqsirləndirilən şəxs sözünə məhəl qoymadığından gizir Təqsirləndirilən şəxs hər iki əsgərin kitelinin yaxasından tutub yataqxanada yerləşən xidməti otağa aparmışdır. Otağa daxil olduqdan sonra gizir Təqsirləndirilən şəxs uca səslə əsgərlərə əsəbiləşib əsgər Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmuş, daha sonra otağın qapısı örtülmüş və qapı örtüldükdən sonra da gizir Təqsirləndirilən şəxs uca səslə əsgərləri danladığını eşitmişdir. Bundan sonra o, yataqxanadan çölə çıxmış və saat 19 radələrində axşam yeməyinə getmiş, saat N0 radələrində axşam yeməyindən qayıtdıqdan sonra bölüyün əsgəri Mərhəmət Sadıqov gizir Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxsN xidməti otağında hərəsinə 1 sillə zərbəsi vurduğunu və əsgər Zərərçəkmiş şəxs1 də qolunu kəsərək özünə xəsarət yetirdiyini demişdir (i.v İ cild 176-179). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən, o cümlədən məhkəmə iclaslarında iştirak etməmələri səbəbindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN və şahid qismində dindirilmiş Şahid1 ifadələrini, o cümlədən istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq haqqında” xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 1-N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N dekabr N016-cı il tarixli, 356 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Gizir hazırlığı” kursunu bitirmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X14 Komandanının 13 dekabr N016cı il tarixli, 0105gm №-li əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün Nci taqımının N-ci manqasına döyüş maşın komandiri-manqa komandiri vəzifəsinə təyin edildiyindən, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin sıyahısına və bütün növ təminatlara daxil edilmişdir (i.v İ cild 140). N №-li hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli, N17 №-li və N6 sentyabr N0N4-cü il tarixli, N83 №-li əmrlərindən edilmiş çıxarışlardan görünür ki, gizir Məmmədov X8 Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisinin NN iyul N0N4-cü il tarixli, 154 №-li əmrinə əsasən N iyul N0N4-cü il tarixdən N6 sentyabr N0N4-cü il tarixədək N №-li hərbi hissədə ezamiyyətdə olmuşdur (i.v İ cild 53,55). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 08 oktyabr N0N4-cü il tarixli, 87 №-li arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissədə ezamiyyətdə olduğu müddətdə hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyünün 4-cü taqım komandirinin müavini vəzifəsində xidmət etmişdir (i.v İ cild 54). N №-li hərbi hissə komandirinin N iyul N0N4-cü il tarixli, N00 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün Zərərçəkmiş şəxsN “əsgər” hərbi rütbəsi verilməklə, o, həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin 3-cü təlim taborunun 9-cu təlim bölüyünün 1-ci taqımının N-ci manqasında xidmətə başlamışdır (İ.v İ cild 57). N №-li hərbi hissə komandirinin N7 iyul N0N4-cü il tarixli, N18 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün Zərərçəkmiş şəxs1 “əsgər” hərbi rütbəsi verilməklə, o, həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin N-ci təlim taborunun 5-ci təlim bölüyünün 1-ci taqımının 1-ci manqasında xidmətə başlamışdır (İ.v İ cild 73). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 08 oktyabr N0N4-cü il tarixli, 1N1 №-li arayışdan görünür ki, hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyünün əsgərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ilə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunmuş gizir Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmuşdur (İ.v İ cild 50). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X9 “Məhkəmə-Tibbi Ekspertizası”nın N8 sentyabr N0N4-cü il tarixli, 53N və 533 №li ekspert rəylərindən görünür ki, ekspert müayinəsi zaman əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN bədən səthlərində xx.xx.N0N4-cü il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (İ.v İ cild 37-38). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisələr nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulmaması öz təsdiqini tapır. X3 Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v İ cild 41). Məhkəmə hesab edir ki, bu sübutla gizir Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 17 oktyabr N0N4-cü il tarixli, 915 №-li arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 17 oktyabr N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, tibbi müayinə zamanı gizir Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir (i.v İ cild 86). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 1969 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Babək rayonunun Vayxır kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışdır (i.v İ cild 109). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 5N). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və xidmətə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. Babək rayon İHB-nın Vayxır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 64 və 65 №-li, Naxçıvan MR X1N Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 18-1-9N-N/4/77/N0N5 №-li arayışlardan, Naxçıvan MR X10 Hüquqi Şəxsi tərəfindən Naxçıvan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 18-1-9N-N/4/101/N0N5 №-li məktubdan və AZ-İİ 516N44 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Babək rayonunun Vayxır kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, onun ailə üzvləri N001-ci il təvəllüdlü arvadı Məmmədova (Əliyeva) Aysun Yasin qızından, xx.xx.N0N5-ci il tarixdə doğulmuş oğlundan, anası X1, bacısı X4 ibarətdir və yeni doğulmuş ovladının səhhətində problemlər vardır (105-107, 114-115). Təqsirləndirilən şəxs anası XN adına verilmiş xx.xx.N0N5-ci il tarixli məşğulluq haqqında arayışdan və Babək rayon Vayxır kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxsin anası X5 heç bir yerdə işləmir və bacısı X7 məktəblidir (i.v İİ cild 108-109). Məhkəmə hesab edir ki, bu sübutlarla gizir Təqsirləndirilən şəxs rəsmi nikahda olması, himayəsində bir azyaşlı xəstə uşağının olması kimi hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” N9 noyabr N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə gizir Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild N53-N54). Məhkəmə hesab edir ki, bu sübutla gizir Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 3N9.N.N-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, gizir Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı zor tətbiq etməsi) mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8, 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı xəstə uşağının olmasını, onun məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, Zərərçəkmiş şəxsN tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli ərizəsi, Naxçıvan MR X1N Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 18-1- 9N-N/4/77/N0N5 №-li arayış, Naxçıvan MR X10 Hüquqi Şəxsi tərəfindən Naxçıvan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 18-1-9N-N/4/101/N0N5 №-li məktub, AZ-İİ 516N44 №-li nikah haqqında şəhadətnamənin surəti və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini (cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini), ictimai təhlükəlilik dərəcəsini (cinayətin həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini), həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini (təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 1 (bir) azyaşlı xəstə uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, cinayətin baş vermə şəraiti, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirli bilinən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N9 noyabr N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə N7 dekabr N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil MüdafiəçiN işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-9/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-9/2025
17.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver