Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-10/2023 09.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlu (sədrlik edən), Abbasov Rafiq Qaraxan oğlu və Kalbalıyev Aslan Kalbalı oğlundan ibarət tərkibdə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhər A.İ.M. vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhər Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxx 1989-cu il tarixdə Salyan rayonunun Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, H.Cavid prospekti 6 ünvanında yerləşən hərbi şəhərcikdə daimi qeydiyyatda olmaqla ünvan 2smət Qayıbov küçəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evində yaşayan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1ci sülhməramlı qüvvələr taborunun minaatan batareyasının sabiq baş çavuşu, gizir Təqsirləndirilən şəxs1 və xx xxx 1986-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, RPŞ-də daimi qeydiyyatda olmaqla ünvan 3-da yaşayan, subay, ali təhsilli, əvvəllər Şirvan Şəhər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə cəzasına məhkum olunmuş, hazırda məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, işsiz Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci sülhməramlı qüvvələr taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin əvvəllərində sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti məlum olmayan, aralarındakı danışıqlar zamanı özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı və sonuncunun vasitəsi ilə 2022-ci ilin yanvar ayında tanış olduğu vətəndaş Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin mart ayının əvvəllərində bir-biriləri ilə özünü «Ramin» kimi təqdim etmiş şəxs İran İslam Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatora məxsus +98914 ******* mobil danışıq nömrəsi, Təqsirləndirilən şəxs1 +99450 ******* mobil danışıq nömrəsi və Təqsirləndirilən şəxs2 +99455 ******* mobil danışıq nömrəsi ilə «WhatsApp» mobil tətbiqi vasitəsi ilə danışıqlar aparmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının təklifi ilə öz aralarında qabaqcadan müvafiq qaydada rol bölgüsü aparılmaqla sonuncunun qabaqcadan əlbir olub cinayət ələsinə girdiyi, hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə edilmiş külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsindən və bu barədə gizir Təqsirləndirilən şəxs1 məlumat verilməsindən sonra onun pul müqabilində həmin narkotik vasitələrin və psixotrop maddələrin özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının ona deyəcəyi ərazidən götürülməsi və daşınaraq Bakı şəhərinə gətirilib orada vətəndaş Təqsirləndirilən şəxs2 verilməsi, sonuncunun da öz növbəsində pul müqabilində həmin narkotik vasitələrin və psixotrop maddələrin özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının tapşırdığı ünvanlara çatdırılmasına dair razılığa gəlmişlər. Bundan sonra özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı 08 mart 2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan, İran İslam Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatora məxsus +98914 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə gizir Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsinə zəng edib, ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin bir neçə ədəd bağlamada hazırda şəxsiyyəti istintaqa məlum olmayan, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi digər şəxslər tərəfindən bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə edilərək artıq İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla ölkə ərəzisinə keçirildiyini və Cəbrayıl rayonu ərazisində gizlədildiyini bildirərək, həmin narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi yerdən götürməsi və daşınaraq Bakı şəhərinə gətirdikdən sonra vətəndaş Təqsirləndirilən şəxs2lə görüşüb ona çatdırması barədə tapşırıq vermiş və bundan sonra həmin işin müqabilində qabaqcadan verdiyi karta müvafiq məbləğdə pul göndərəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs1 arvadı X3 adına 06 dekabr 2021-ci il tarixdən etibarən lizinq şərtləri ilə rəsmiləşdirilərək etibarnamə əsasında idarə etdiyi albalı rəngli «Toyota Prius» markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 08 mart 2022-ci il tarixdə gecə saatlarında Cəbrayıl rayonuna yola düşmüş və 09 mart 2022-ci il tarixdə 00:58-də həmin rayonun ərazisində qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, özünü «Ramin» kimi təqdim etmiş iran İslam Respublikasının vətəndaşı və sonuncu ilə əlbir olmuş şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqa məlum olmayan mənbədən əldə edilib İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilərək gizlədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri bir neçə ədəd bağlamada gizlədildiyi yerdən götürüb idarə etdiyi avtomobilin yük yerinə qoyaraq, bu barədə istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsinə zəng edərək bu barədə məlumat vermiş və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Daha sonra, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı 09 mart 2022-ci il tarixdə saat 02 radələrində istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə cinayətkar qrupun digər üzvü, Təqsirləndirilən şəxs2 istifadəsində olan +99455 ******* mobil danışıq nömrəsinə zəng edərək, gizir Təqsirləndirilən şəxs1 artıq narkotik vasitələri və psixotrop maddələri götürüb Bakı şəhəri istiqamətində hərəkət etdiyi barədə məlumat vermiş və ona yatmayaraq zəngini gözləməsini tapşırmışdır. 09 mart 2022-ci il tarixdə saat 05 radələrində gizir Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsinə zəng edərək, artıq Bakı şəhərinin Qaradağ rayonu ərazisinə yaxınlaşdığı barədə məlumat vermiş və bundan sonra özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı dərhal istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +99455 ******* mobil danışıq nömrəsinə zəng etmiş və konfrans rejimdə gizir Təqsirləndirilən şəxs1 da həmin zəngə qoşaraq Təqsirləndirilən şəxs2 zəngi tamamlamadan, daimi əlaqədə olmaqla qısa müddət ərzində idarə etdiyi avtomobillə birlikdə Bakı şəhərinin Qaradağ rayonunun ərazisində, Ələt-Bakı magistral avtomobil yolunun üzərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 dərhal anası X5 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi qara rəngli «Kia Sportage» markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yola düşərək 09 mart 2022-ci il tarixdə saat 05:30 radələrində Ələt-Bakı magistral avtomobil yolunun üzərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlmiş və bir qədər gözlədikdən sonra oradan keçən gizir Təqsirləndirilən şəxs1 avtomobilini görüb onun arxasınca sürərək, avtomobilini sonuncunun tapşırığı ilə həmin gün saat 05:57-də Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin çöl tərəfindəki avtomobil dayanacağında saxlamışdır. Orada gizir Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük yerində daşıdığı bağlamalardan 504,5 qram çəkidə narkotik vasitə hesab edilən heroini özünə götürərək içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələr olan bağlama və kisələri çıxarıb Təqsirləndirilən şəxs2 avtomobilinin yük yerinə yığmış, bundan sonra hər ikisi idarə etdikləri avtomobillərdə həmin yerdən uzaqlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 elə həmin gün şəxsiyyəti istintaqa məlum olmayan, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıqla ölkə ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri bir müddət sonra müəyyən edilmiş ünvanlara çatdırması məqsədi ilə idarə etdiyi avtomobilin yük yerində daşıyaraq özünə məxsus ünvan 3 ünvanında gizlədərək saxlamış və həmin psixotrop maddədən 10,219 qram çəkidə psixotrop maddə olan metamfetamini özünə götürmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 21:50-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və şübhəli şəxs kimi tanındıqdan sonra orada müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə 10,219 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. 10 mart 2022-ci il tarixdə saat 13:10-da keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs2 məxsus ünvan 3-nun qonaq otağından 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,1 qram, 1005,4 qram, 1010,5 qram, 1011,5 qram və 988,5 qram olmaqla, ümumilikdə 5017,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1657,8 qram, 3629,9 qram, 3076,6 qram, 3157 qram və 6288,7 qram olmaqla ümumilikdə 17810 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana (kannabis), həblərin təsiredici maddəsinin ümumi miqdarı 79,6 qram təşkil edən və üzərində «Methadone 40» yazısı olan külli miqdarda 1990 (min doqquz yüz doxsan) ədəd metadon dərman preparatı (həbi) və 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1011,6 qram, 995,5 qram, 1007,9 qram, 989,5 qram, 1007,5 qram, 1001,5 qram, 996,8 qram, 1006,1 qram, 1002,4 qram, 995,5 qram və 982,2 qram olmaqla, ümumilikdə 10996,5 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində 10 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən hərbi formada olduğu, üzərində hər hansı narkotik vasitə olmadığı, narkotik və psixotrop maddələrin istifadəçisi, həmçinin satışı ilə məşğul olmadığı, həmin polis əməkdaşları tərəfindən döyülərək narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğu boynuna qoyulmaqla cibinə narkotik vasitə atıldığı, yaşadığı ünvan 2smət Qayıbov küçəsi nörməsiz fərdi yaşayış evinə və qeyri-rəsmi nikah münasibətində olduğu X1 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 3-cü küçə, mənzil 17 C-də yerləşən fərdi yaşayış evinə hərbi formada aparıldığı, bundan sonra idarəyə gətirilərək razılaşdıqdan sonra müvafiq ifadəsinin alındığı, daha sonra üzləşdirmənin kiminləsə keçirilmədiyi, həmin zaman vəkilinin yanında olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, o, adını bilmədiyi, özünü Ramin kimi tanış etmiş İran İslam Respublikasının vətəndaşı ilə 2022-ci ilin yanvar ayının əvvəllərində xatırlamadığı sosial şəbəkə vasitəsilə tanış olub münasibət yaratmışdır. Həmin vaxt Ramin +**********29 iran mobil nömrəsini ona vermiş, sonra o, 055 213-53-53 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” mobil tətbiqi vasitəsilə Raminlə əlaqə saxlamağa başlamışdır. Ramin ona həmin qaydada mütəmadi olaraq zəng edib səmimi münasibət yaratmışdır. 2022-ci ilin fevral ayının sonlarında axşam saatlarında Raminlə mobil telefonda söhbət zamanı sonuncu ondan nə işlə məşğul olduğunu, dolana bilibbilmədiyini soruşduqda ona işsiz olduğunu demiş, həmin vaxt Ramin ona mərmər işi olduğunu, qəbiristanlığa gedib maraqlanaraq müştəri tapmasını, karqo vasitəsilə göndərdikdən sonra satıb pul qazana biləcəyini təklif etdikdə maraqlanıb deyəcəyini bildirmiş, lakin həmin işə maraqsız olduğundan bununla bağlı Raminə sonradan heç nə deməmişdir. 2022-ci ilin mart ayının əvvəllərində axşam saatlarında Ramin ona zəng edərək, yaxşı bir iş olduğunu, 2 ədəd sellofan torba göndərəcəyini, həmin torbaları deyilən ünvana qoyaraq ünvanın şəklini çəkib və ünvanın yerləşdiyi yeri “whatsapp” mobil tətbiqi vasitəsilə göndərdikdən sonra ona pul göndərəcəyini bildirmiş, həmin vaxt o, Ramindən narkotik vasitə olduğunu soruşduqda, sonuncu bunu təsdiq etmiş, o da pul qazanmaq məqsədilə razılaşmış, lakin həmin vaxt konkret hansı məbləğdə pul göndərəcəyi ilə bağlı Raminlə danışmamışdır. 09 mart 2022-ci il tarixdə saat 02 radələrində Ramin ona zəng edərək yatmamasını, adını demədiyi adamın Cəbrayıl rayonundan çıxdığını, deyəcəyi ünvana getməli olduğunu bildirəndə özlüyündə narkotik vasitəni yolladığını bilib razılaşmışdır. Həmin gün saat 03 radələrində müvəqqəti yaşadığı, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron gənclər şəhərciyindəki evdə olarkən Ramin ona zəng edərək Ələt - Bakı magistral avtomobil yolunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına hansı müddətə çata biləcəyini soruşduqda təxminən 1 saata çata biləcəyini demiş, Ramin ona yola çıxmağa hazırlaşmasını, həmin yerə çatanda xəbər etməsini tapşırmışdır. Saat 04 radələrində o, 28 avqust 2020-ci il tarixdən anası Aygün Əliyevanın mülkiyyətində olan sürməyə 28 avqust 2021-ci il tarixdən 26 avqust 2031-ci il tarixədək etibarnamə əsasında verdiyi qara rəngli “Kia Sportage” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonunun ərazisinə çatsa da, Ramin ona zəng edərək adamının gecikdiyini bildirəndə müvəqqəti yaşadığı həmin ünvana qayıtmışdır. Bundan sonra saat 05 radələrində Ramin ona yenidən zəng edərək həmin “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına hansı müddətə çata biləcəyini soruşduqda təxminən 10-15 dəqiqəyə çata biləcəyini demiş, Ramin ona yola çıxmasını, həmin yerə çatanda xəbər etməsini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra o, avtomobilini idarə edərək deyilən həmin yerə çatıb Raminə “whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək bildirəndə ona telefonda gözləməsini, digər şəxsi həmin danışığa qoşacağını demiş, 3-4 saniyədən sonra tanımadığı şəxs “hə, Ramin” deyəndə Ramin ona “danışın” deyə bildirmişdir. Həmin şəxs də ondan harada olduğunu soruşanda “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında olduğunu demiş, həmin şəxs zəngi bitirməyib gözləməsini, yanından qırmızı rəngli “Prius” markalı avtomobili keçəcəyini bildirmiş, həmin vaxt qeyd olunan avtomobil həqiqətən yanından keçmiş, həmin şəxs ondan görübgörmədiyini soruşduqda gördüyünü demiş, qeyd olunan şəxs də onu gördüyünü və arxasınca sürməsini bildirmişdir. O, bir qədər irəli sürdükdən sonra sağa dönüb tanımadığı hərbi hissənin çölündə olan avtomobil dayanacağına girib saxlamışlar. Avtomobillərdən düşərək görüşmüş, orta çəkili, orta boylu, başının alın hissəsində saçları seyrək, qaraşın, təxminən 30-35 yaşlarında, hərbi şalvarda və sviterdə olan həmin şəxs özünü təqdim edərək Araz olduğunu, o da Elgiz olduğunu deyərək bir-birilərini tanımışlar. Bundan əvvəlki vaxtlarda o, Araz adlı şəxsi tanımamışdır. Həmin vaxt xatırladığı qədər Arazın avtomobili **-PH-*** dövlət qeydiyyat nişanlı olmuşdur. Hər ikisi avtomobillərin arxa yük yerlərini açmış və bundan sonra Araz avtomobilində olan bir neçə bağlama və kisəni onun avtomobilinə qoyaraq təcili çıxmalı olduqlarını demiş, yalnız bundan sonra Ramin üçlü zəngi bitirmiş və o, Arazla birlikdə hərəsi öz avtomobilində ərazidən uzaqlaşmışlar. Təxminən 20 dəqiqədən sonra o, ünvan 3 ünvanına çataraq qeyd olunan bir neçə bağlama və kisəni yataq otağında şkafda və şaxtanın içərisində gizlədərək saxlamış, həmin vaxt maraqlı gəldiyindən dadına baxmaq üçün bağlamalardan 1 ədəd bükümdə metamfetamin götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra çöldə olarkən Ramin “whatsapp” mobil tətbiqi vasitəsilə ona zəng edərək 50 qr “patı”, 100 qr “kakos”, 10 ədəd dərmanı büküb istədiyi yerə qoyduqdan sonra həmin yerin şəklini çəkib və olduğu yeri “whatsapp” mobil tətbiqi vasitəsilə göndərməsini bildirəndə bu işin uzun müddət tələb etdiyini görüb etiraz edərək belə danışmadıqlarını demiş, Ramin ona təkidlə qeyd olunan narkotik vasitələri dediyi qaydada satdıqdan sonra nəticədə ona 50.000 (əlli min) manat göndərəcəyini bildirmiş, lakin o isə birdəfəlik, topdan satış kimi satmağa razılaşdıqlarını və qeyd olunan qaydada satmayacağını bildirəndə həmin narkotik vasitələri ona Bakı şəhəri, Suraxanı rayonunun ərazisində dediyi yerə qoymasını tələb etmişdir. Lakin o, həmin qayda ilə tutulacağından qorxduğu üçün razılaşmayaraq götürdüyü bağlamaları Araza təhvil verəcəyini demiş, Ramin isə razılaşmayaraq onu tutduracağını bildirmiş və zəngi bitirmişdir. Bundan sonra həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib saxlamış, sonra isə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada o, şübhəli şəxs qismində tanınmış, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman həmin 1 ədəd bükümü cibindən çıxarıb təqdim etmiş, elektron tərəzidə ölçülən zaman bükümün çəkisinin 11 qr olması aydın olmuşdur. Bundan sonra ona başqa hər hansı narkotik vasitə olub-olmadığı soruşulduqda yaşadığı mənzildə də bir neçə bağlamada narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra həmin mənzilə onun razılığı ilə baxış keçirilmiş və qeyd olunan bağlamalar aşkar edilərək götürülmüş, elektron tərəzidə ölçülən zaman heroinin ümumi çəkisinin 11 kq 290 qr, qurudulmuş marixuannanın ümumi çəkisinin 17 kq 960 qr, metamfetamin, yəni “patı”nın ümumi çəkisinin 5 kq 136 qr olması müəyyən edilmiş, həmçinin 1990 ədəd metadon həbləri götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlar üzrə təqsirli olmaları Təqsirləndirilən şəxs2 səmimi etirafı və Təqsirləndirilən şəxs1 ilkin istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış kifayət qədər mötəbər, təkzibedilməz sübutların məcmusu, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, sənədlər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, uzun müddət ərizində psixotrop maddə metamfetamini çəkmək yolu ilə istifadə etmişdir. Təxminən bir il bundan əvvəldən o, sosial şəbəkələr vasitəsi ilə özünü “Ramin” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona müəyyən pul müqabilində qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələri və psixotrop maddələri dediyi yerdən götürüb deyilən adama təhvil verməyi təklif etmiş, o da maddi çətinlik çəkdiyindən razılaşmışdır. 03 mart 2022-ci il tarixdə o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ramin” adlı şəxsin ona izah etdiyi Cəbrayıl rayonu ərazisindəki yerdən torbada narkotik vasitə götürüb yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsinə daşımış, bundan sonra “Ramin” adlı şəxsin dediyi Elgiz adlı şəxsə təhvil vermişdir. Həmin Elgizi o, əvvəllər tanımamış, heç bir münasibəti, o cümlədən ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmin işdən sonra “Ramin” adlı şəxs onun bank kartına 1000 manat pul göndərmişdir. Bundan sonra o, 07 mart 2022-ci il tarixdə “Ramin” adlı şəxsin tapşırığı ilə yenidən idarə etdiyi avtomobillə Cəbrayıl rayonu ərazisinə gedib içərisində beş ədəd bükümdə qurudulmuş marixuana, yeddi ədəd bükümdə heroin, üç ədəd bükümdə metamfetamin, 1990 ədəd metadon həbləri olan torbanı götürüb yolüstü avtomobillə Bakı şəhərinə qayıtmışdır. Heroinin bir bükümünü özündə saxlamış, qalanları isə daşıyaraq həmin gün Qaradağ rayonunun ərazisində Elgizə təhvil vermişdir. 10 mart 2022-ci il tarixdə saat 20 radələrində ünvan 7 ünvanının yaxınlığında hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçisinin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sol cibindən şəxsiyyət vəsiqəsini, “Samsung” markalı mobil telefonunu, maaş kartını, “Kapital Bank”dan əldə etdiyi “Birkart”ını, əynindəki gödəkçənin sol iç cibindən isə içərisində heroin olan 1 ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Ona məxsus mobil telefonu, şəxsiyyət vəsiqəsi və bank kartları izah edilməklə götürülmüşdür. Onun təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə, heroin olması müəyyən edilmiş və təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Heroinin qablaşdırılma ilə birlikdə çəkisinin 513 qram olması müəyyən edilmiş, həmin sellofan bağlama 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkmişdir. Şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 bildirmişdir ki, 10 mart 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 yaxalanması məqsədilə müvafiq əmrlə qrupun rəhbəri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, üzvü isə özü olmaqla əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edildikdən sonra o, həmin tarixdə saat 20-də ünvan 8 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış, özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 saxlanılma səbəbini izah edib həmin idarəyə getməli olduğunu bildirdikdə, sonuncu etiraz edərək qaçmış və bu zaman ayağı təxminən 5-6 metr irəlidə olan daşa ilişib yerə yıxılmışdır. Birlikdə Təqsirləndirilən şəxs1 tutub onlarla birlikdə idarəyə getməli olduğunu yenidən bildirdikdə sonuncu razılaşmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 yerə yıxılması nəticəsində sol gözündə yaranmış qızartını görmüş, lakin xəsarət ciddi olmadığından tibbi yoxlama ehtiyacı duymamışdır. Bundan sonra onu xatırlamadığı avtomobillə həmin idarəyə aparmışlar. Həmin tarixdə axşam saatlarında o, Şahid2 və müdafiəçi, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Cavanşir Məmmədovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmağa başladıqda Təqsirləndirilən şəxs1 ilk əvvəl bu barədə qəbul edilmiş qərarla tanış edilmiş, daha sonra ona paltarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, maaş və “Birbank” plastik bank kartları, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini, əynindəki tünd qırmızı rəngli qalın qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd plastik bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Qeyd olunan sellofan bağlamaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bağlamadakı kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 513 (beş yüz on üç) qram olması müəyyən edilmişdir. Həmin sellofan bağlama 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzərinə “DİN-nin Zərflər üçün 7 saylı” möhürü vurulmuş, o və qeyd olunan digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1la sorğu-sual aparılmış və onun dedikləri müvafiq qaydada protokollaşdırılmış, həmin protokol ona oxunmuş, düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilərkən barəsində olan şəxs tabe olmayıb müqavimət göstərdiyi zaman həmin şəxs qanunamüvafiq qaydada xüsusi fəndlər işlədilərək zərərsizləşdirilib idarəyə aparılır. Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs1 saxlanılarkən göy rəngli cins şalvar və tünd qırmızı rəngli qalın qış gödəkçəsində olmuş, yanında başqa şəxslər olmamış, o cümlədən qardaşı Sahil Bünyətov orada olmamış, həmçinin onlar Təqsirləndirilən şəxs1 sonradan verdiyi ifadələrində göstərilən ünvanlara getməmişlər. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 saxlanıldığı tarixdən bir-iki gündən sonra qardaşı Sahil həmin idarəyə gəlib işlə bağlı maraqlandıqda qeyd olunan məsələ barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 məsuliyyətdən qaçmaq, özünü müdafiə etmək məqsədilə sonradan ifadələrini təkzib edərək yalan danışmağa başlamış, ona kömək məqsədilə də qohumları Firuzə Bünyatova, Sevda Soltanova, Nəzakət Məmmədova və Çingiz Məmmədov da yalan danışmış, onun məsuliyyətdən boyun qaçırmaası məqsədilə sonuncunun fiziki və pxisi zora məruz qaldığını, məcburən cibinə narkotik vasitə qoyulduğunu iddia etmişlər. Vəsatətlə təqdim edilmiş bir ədəd DVD-də olan videofayllardakı görüntülər onlara aid olmamış, haradan, necə əldə olunmasını bilməmişdir. 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 onlar tərəfindən BNMİ-yə gətirilmiş və həmin yerdə qeyd olunan istintaq hərəkətləri aparılmışdır. Şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək həmin ifadədə göstərilmiş xüsusatları tam olaraq təsdiq etmişdir. Şahid1la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid1 ifadəsində göstərdiyi 10 mart 2022-ci il tarixdə saat 20-də Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanıldığı, özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 saxlanılma səbəbini izah edib həmin idarəyə getməli olduğunu bildirdikdə, sonuncunun etiraz edərək qaçdığı və bu zaman ayağı təxminən 5-6 metr irəlidə olan daşa ilişib yerə yıxıldığı, birlikdə Təqsirləndirilən şəxs1 tutub onlarla birlikdə idarəyə getməli olduğunu yenidən bildirdikdə sonuncunun razılaşdığı, həmin vaxt onların Təqsirləndirilən şəxs1 yerə yıxılması nəticəsində sol gözündə yaranmış qızartını gördükləri, bundan sonra onu həmin idarəyə aparıb videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd qırmızı rəngli qalın qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoyduğu, qeyd olunan sellofan bağlamaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin aşkar edildiyi, həmin kütlənin elektron tərəzi ilə çəkildiyi və qablaşdırma ilə birlikdə çəkisinin 513 (beş yüz on üç) qram olduğunun müəyyən edildiyi barədə xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir. Şahid2la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid2 ifadəsində göstərdiyi 10 mart 2022-ci il tarixdə saat 20-də Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanıldığı, özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 saxlanılma səbəbini izah edib həmin idarəyə getməli olduğunu bildirdikdə, sonuncunun etiraz edərək qaçdığı və bu zaman ayağı təxminən 5-6 metr irəlidə olan daşa ilişib yerə yıxıldığı, birlikdə Təqsirləndirilən şəxs1 tutub onlarla birlikdə idarəyə getməli olduğunu yenidən bildirdikdə sonuncunun razılaşdığı, həmin vaxt onların Təqsirləndirilən şəxs1 yerə yıxılması nəticəsində sol gözündə yaranmış qızartını gördükləri, bundan sonra onu həmin idarəyə aparıb videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd qırmızı rəngli qalın qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoyduğu, qeyd olunan sellofan bağlamaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin aşkar edildiyi, həmin kütlənin elektron tərəzi ilə çəkildiyi və qablaşdırma ilə birlikdə çəkisinin 513 (beş yüz on üç) qram olduğunun müəyyən edildiyi barədə xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onu bir daha ifşa etmişdir. 9 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və əlavəsindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlərin təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd də ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan idman gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd açar, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, üzərində 4098 5844 5045 3459 və 5404 0852 3862 8731 nömrələri olan 2 (iki) ədəd plastik bank kartları aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi. Metamfetaminə bənzər kütlənin çəkisi 11 (on bir) qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Realme” markalı mobil telefon, 1 (bir) ədəd Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi və 2 (iki) ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 2 (iki) ədəd açar isə Təqsirləndirilən şəxs2 geri qaytarıldı. 10 mart 2022-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokol və əlavəsindən görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 mənzildə qonaq otağında 5 (beş) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 6 (altı) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 3 (üç) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1990 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra həmin kütlələr elektron tərəzidə çəkilərək heroinə bənzər kütlənin ümumilikdə çəkisi təxminən 11 kq 290 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi ümumilikdə təxminən 17 kq 960 qram, metamfetaminə bənzər kütlənin çəkisi ümumilikdə təxminən 5 kq 136 qram olduğu müəyyən edildi. 10 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və əlavəsindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk növbədə barəsində axtarış götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd qırmızı rəngli qalın qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən digər əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bağlamada aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə çəkisinin 513 (beş yüz on üç) qram olduğu müəyyən edildi. “Mobil telefonlara baxış keçirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli protokol və əlavəsindən görünür ki, həmin işin İİ cildinin arxa qabığına tikilmiş üzərində “02 ədəd mobil telefon” yazılmış ağ rəngli zərfi açdıqda içərisində üzərlərində “Təqsirləndirilən şəxs2; 221900106; 050 7456713, 055 2135353; kod 213213” və “Təqsirləndirilən şəxs1; 221900106; 050 9643114; kod “⌐” işarəsi yazılmış 2 ədəd kiçik, ağ rəngli zərflər olması göründü. 1-ci zərf açılıb içərisindən 1 ədəd qəhvəyi rəngli qabına yerləşdirilmiş arxasına “realme” yazılmış, tünd boz rəngli, smartfon tipli mobil telefon çıxarıldı. Həmin zərfdə yazılmış mobil telefonun “213213” kilid kodu yığılmaqla açıldıqdan sonra “ayarlar” bölməsinə daxil olduqda yuxarı hissədə “Elgiz213; 552****5353” yazıları və özünə məxsus 1 ədəd fotoşəklinin olması göründü. Sonra “telefon hakkında” bölməsinə, oradan “durum” bölməsinə daxil olub baxıldı, İMEİ (SİM yuvası 1) “**********00958”, İMEİ (SİM yuvası 2) “**********00941”-dir. Bundan sonra “telefon” bölməsinə, yəni gələn, gedən və cavabsız zənglərə daxil olub baxıldı, “Ramin Quş” kimi qeyd edilmiş “+98 914 330 4429” mobil nömrədən 09 mart 2022-ci il tarixdə gələn zəng buraxılmışdır. Həmin ada daxil olduqda “kişilər” bölməsində “Quş, Ramin” kimi qeyd edilməsi, iran mobil nömrəsi olması, aralarında “WhatsApp Business”, “WhatsApp” mobil tətbiq proqramları vasitəsilə səsli, görüntülü zənglər olması, mesajlar göndərilməsi göstərilmişdir. Bundan əlavə qeyd olunan bölməyə baxanda “+98 939 189 4443” iran mobil nömrəsinin olması, həmin nömrəyə daxil olanda 09 mart 2022-ci il tarixdə saat 22 radələrində gələn zənglərin buraxılması və rədd edilməsi göründü. Bundan başqa qeyd olunan bölməyə baxanda “+98 991 803 9145” iran mobil nömrəsinin olması, həmin nömrəyə daxil olanda 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində və 08 mart 2022-ci il tarixdə saat 13 radələrində gələn zənglərin cavabsız qoyulması göründü. Həmin bölmədə Təqsirləndirilən şəxs1 işlətdiyi “*** *** ** **” mobil nömrəsi yazıldı, lakin hər hansı ad çıxmadı. Bundan sonra “mesajlar” bölməsinə daxil olduqda “Ramin Quş” kimi qeyd edilmiş “+98 914 330 4429” mobil nömrədən 09-10 mart 2022-ci il tarixlərdə müxtəlif saatlarda buraxılmış zənglər barədə məlumat mesajlarının daxil olması göründü. Sonra isə “WhatsApp” mobil tətbiq proqramına daxil olunub öz profilinə baxıldıqda “elgiz21353” adının, “+994 55 213 53 53” mobil nömrəsinin yazıldığı göründü. “Söhbətlər” bölməsinə baxıldıqda müxtəlif adlı mobil nömrələrlə ayrı-ayrı mövzularda yazışmaların, eyni zamanda “Ramin Quş” kimi qeyd edilmiş həmin mobil nömrə ilə yazışmaların olduğu göründü. Qeyd olunan mobil nömrənin profilinə daxil olduqda “Ramin Quş; +98 914 330 4429” yazıldığı, təbii mənşəli narkotik vasitələrə bənzər müxtəlif qurudulmuş otlar təsvir edilmiş profil şəklinin qoyulduğu göründü. Həmin mobil nömrə ilə söhbətə daxil olduqda 10 mart 2022-ci il tarixdə saat 00:08 radələrindən başlayaraq 11 mart 2022-ci il tarixdə saat 12 radələrinədək müxtəlif vaxtlarda hər hansı danışıq olmayan səsli mesajlar, cavabsız səsli zənglər, smaylik işarəsi daxil olmuşdur. Bundan sonra 2-ci zərf açılıb içərisindən 1 ədəd arxasına “SAMSUNG” yazılmış qara rəngli qabına yerləşdirilmiş arxasına “SAMSUNG” yazılmış, qara rəngli, smartfon tipli mobil telefon çıxarıldı. Həmin zərfdə yazılmış mobil telefonun “⌐” işarə kilid kodu yığılmaqla açıldıqdan sonra “parametrlər” bölməsinə, oradan “telefon haqqında” bölməsinə daxil olduqda yuxarı hissədə “Sahil-nin Galaxy S9” yazılarının, İMEİ (giriş 1) “**********58695”, İMEİ (giriş 2) “**********58693” olduğu göründü. Sonra “Samsung” adlı qovluğa, orada olan “Mənim fayllarım” adlı bölməyə, daha sonra isə “şəkillər” bölməsinə, orada olan “What...ages;225” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs2 məxsus AZE P5143500 nömrəli pasportunun fotoşəklinin olduğu göründü, həmin fotoşəklin təfərrüatlarına baxdıqda 10 mart 2022-ci il tarixdə saat 10 radələrində qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. Bundan başqa iran dilinə bənzər hərflərlə yazılmış “WhatsApp” mobil tətbiq proqramında “+994 55 213 53 53” mobil nömrəsi ilə qeydiyyatdan keçmiş profilin skrin edilmiş fotoşəklinin olduğu göründü, həmin fotoşəklin təfərrüatlarına baxdıqda 09 mart 2022-ci il tarixdə saat 21 radələrində qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. Bundan əlavə 1 ədəd elektron tərəzinin üzərində 2 ədəd kiçik ölçülü sellofan materiala bükülmüş ağ rəngli maddələrin çəkisinin 9.64 qr olduğunu və kənarda 1 ədəd qayçının olduğunu göstərən fotoşəklin təfərrüatlarına baxdıqda 03 mart 2022-ci il tarixdə saat 19 radələrində qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. Həmçinin hazırda istintaqa məlum olmayan çöllük bir ərazidə höhnə su kanalındakı beton pilitənin altına qoyularaq gizlədilmiş 1 ədəd qırmızı rəngli kisənin olduğunu göstərən fotoşəklin təfərrüatlarına baxdıqda 28 fevral 2022-ci il tarixdə saat 14 radələrində qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. Eyni zamanda avtomobil yuyulması üçün nəzərdə tutulmuş yerdə albalı rəngli “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulduğunu göstərən fotoşəklin təfərrüatlarına baxdıqda 07 dekabr 2021-ci il tarixdə saat 14 radələrində qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. Sonra Təqsirləndirilən şəxs1 səsinə bənzər şəxsin qeyd olunan yerə avtomobil işıqlarını salaraq qırmızı kisəni götürdüyünü nəzərdə tutmaqla “bax baba, yoxdu orda heş nə, götürdüm” dediyini göstərən 6 saniyəlik videogörüntünün təfərrüatlarına baxdıqda 28 fevral 2022-ci il tarixdə qeyd olunan mobil telefona daxil olduğu məlum oldu. “Kontaktlar” bölməsinə daxil olub “Ramin” yazdıqda “Ramin B” kimi qeyd edilmiş “+98 914 330 4429” iran mobil nömrəsinin qeyd olunduğu göründü, həmin ada daxil olduqda aralarında “WhatsApp Business”, “WhatsApp” mobil tətbiq proqramları vasitəsilə səsli, görüntülü zənglər olması, mesajlar göndərilməsi göstərilmişdir. Həmin adın tarixçəsinə daxil olduqda 25 fevral 2022ci il tarixdə saat 13:06 radələrindən başlayaraq 04 mart 2022-ci il tarixdə saat 01:37 radələrinədək müxtəlif vaxtlarda gələn, gedən, buraxılmış zənglər, mesajlar daxil olmuşdur. Bundan sonra “telefon” bölməsində Təqsirləndirilən şəxs2 istifadəsində olan “50 745 67 13” mobil nömrəsi yazıldı, lakin hər hansı ad çıxmadı, eyni zamanda Təqsirləndirilən şəxs2 işlətdiyi “55 213 53 53” mobil nömrəsi yazıldı, “saxlanmamış” formada çıxdı. Bundan başqa “Mesajlar” bölməsinə daxil olduqda “Ramin B” kimi qeyd edilmiş “+98 914 330 4429” mobil nömrədən 04 mart 2022-ci il tarixdə saat 01 radələrində 2 buraxılmış zəng barədə məlumat mesajlarının daxil olması göründü. “WhatsApp” mobil tətbiq proqramına daxil olunub öz profilinə baxıldıqda “Araz” adının, “+994 50 964 31 14” mobil nömrəsinin yazıldığı göründü. “Söhbətlər” bölməsinə baxıldıqda müxtəlif adlı mobil nömrələrlə müxtəlif mövzularda yazışmaların, eyni zamanda “Ramin B” kimi qeyd edilmiş həmin mobil nömrə ilə yazışmaların əvvəl olduğu, lakin qeyd olunan mobil nömrəyə daxil olduqda bütün yeni mesajların göndərildikdən 24 saat sonra yox olması barədə taymerdən istifadə etdiyi, profilinə daxil olduqda isə “Ramin B; +98 914 330 4429” yazıldığı, təbii mənşəli narkotik vasitələrə bənzər müxtəlif qurudulmuş otlar təsvir edilmiş şəklin qoyulduğu göründü. Sonra “WhatsApp Business” mobil tətbiq proqramına daxil olduqda internet şəbəkəyə qoşularaq yenilənmə və yenidən qeydiyyatdan keçmək üçün parol tələb olunduğundan həmin tətbiqə daxil olaraq baxış keçirilməsi mümkün olmadı. Qeyd olunan 6 saniyəlik videogörüntü bir ədəd CD-yə köçürülərək protokola əlavə edildi. Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş bir ədəd CD-yə baxış keçirilməsi haqqında 29 avqust 2022-ci il tarixli protokol və əlavəsindən görünür ki, 99HY794 dövlət qeydiyyat nişanlı avtomobil 09 mart 2022-ci il tarixdə saat 00:42-də Bakı kənar dairəvi yol 11.2-ci km Qazax istiqaməti, saat 00:50-də Bakı kənar dairəvi yol 7.2-ci km Bakı istiqaməti, saat 01:00-da Bakı - Quba yolu 12km Sumqayit istiqaməti, saat 05:50-də Bakı kənar dairəvi yol 11.2-ci km Qazax istiqaməti, saat 06:10-da Bakı kənar dairəvi yol 7.2-ci km Bakı istiqaməti, saat 06:20-də Bakı - Quba yolu 12km Sumqayıt istiqaməti ərazilərində hərəkətdə olmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 mart 2022-ci il tarixli, 6/1423 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd qara rəngli parça torbada və üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada olan: üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,219 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli parça torbanı və üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamanın içərisində altı ədəd bağlamada, 5 ədəd bağlamanın hər birində iki ədəd olmaqla ümumilikdə 11 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1011,6 qram, 995,5 qram, 1007,9 qram, 989,5 qram, 1007,5 qram, 1001,5 qram, 996,8 qram, 1006,1 qram, 1002,4 qram, 995,5 qram, 982,2 ümumi təmiz çəkisi 10996,5 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bağlamada, iki ədəd bağlamanın hər birində iki ədəd olmaqla ümumilikdə beş ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000,1 qram, 1006,4 qram, 1010,5 qram, 1011,5 qram, 988,5 qram ümumi təmiz çəkisi 5017,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 6 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 1990 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 79,6 qram (1ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Metadon, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-bioloji ekspertizasının 10 mart 2022-ci il tarixli, 7/236 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd qara rəngli polietilen bağlamalarin içərisindəki: 04 (dörd) ədəd qara rəngli bağlamada və 01 (bir) ədəd ağ rəngli sintetik torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1657,8 qram; 3629,9 qram; 3076,6 qram; 3157,0 qram; 6288,7 qram olan bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 17810 qramdır (17 kq 810qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 mart 2022-ci il tarixli, 6/1427 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bağlamada təmiz çəkisi 504,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 aprel 2022-ci il tarixli, 6/1521 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri, “6/1423...10 mart 2022-ci il...” sözləri qeyd edilmiş iki ədəd kağız paketdə olan on bir ədəd bükümdə ümumi təmiz çəkisi 10996,06 qram heroin ilə üzərində “Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 58” dairəvi möhür əksləri, “6/1427...11 mart 2022-ci il...” sözləri qeyd edilmiş kağız paketin içərisində bir ədəd zərfdə dir ədəd bükümdə olan təmiz çəkisi 504,45 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 15 dekabr 2022-ci il tarixli 4/1715 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 imza etməsinin inkar etdiyi protokollardakı onun adı qarşısında olan imzaların hamısı onun tərəfindən icra olunmuşdur. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 11 aprel 2022-ci il tarixli, 1729 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) olması aşkar edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 18 aprel 2022-ci il tarixli, 1886 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-yə baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Sahil Bünyatovun adına olan, lakin qardaşı Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsinə özünün mobil telefonda “Ramin B” kimi qeyd etdiyi “**********” iran mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 20:43-də zəng edilərək aralarında 7 saniyəlik danışıq olmuş, həmçinin xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda bilinməyən mesajlar göndərilmişdir. “509643114” mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 507456713, ********* mobil nömrələr arasında zəng, danışıq olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:43-də “**********” iran mobil nömrəsindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsinə zəng edilərək 7 saniyəlik danışıq aparılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda “**********” iran mobil nömrəsindən Qusar rayonunun ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsinə bilinməyən mesajlar göndərilmişdir. xx.xx.2022-ci il tarixdə saat 03:05-də Füzuli rayonunun Horadiz şəhərinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsindən “993265200” mobil nömrəyə zəng edilərək 24 saniyəlik danışıq aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 01:38-də Füzuli rayonunun Horadiz şəhərinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsindən Füzuli rayonunun Bəhmənli kəndinin ərazisində anten dairəsi görünən “515034881” mobil nömrəyə zəng edilərək 75 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 05:22-də Füzuli rayonunun Bəhmənli kəndinin ərazisində anten dairəsi görünən “515034881” mobil nömrədən Qobustan rayonunun ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsinə zəng edilərək 22 saniyəlik danışıqlar aparılmışdır. Həmçinin xx.xx.2022ci il tarixdə saat 01:05 və 01:08-də “515034881” mobil nömrəsindən Füzuli rayonunun Qazaxlar kəndinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrəsinə bilinməyən mesajlar göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-yə baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 17-xx.xx.2022-ci il tarixlərdə müxtəlif vaxtlarda “**********” iran mobil nömrəsindən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsinə zəng edilərək müxtəlif müddətlərdə, xx.xx.2022-ci il tarixdə saat 01:18-də “**********” iran mobil nömrəsindən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsinə zəng edilərək 6 saniyəlik danışıq aparılmış, həmin tarixdə saat 03:53-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı – Salyan şossesi 15-ci km-likdə anten dairəsi görünən “552135353” mobil nömrəsindən bilinməyən nömrəyə “GPRS” tipli zəng edilərək 7240 saniyəlik, saat 05:40-da Abşeron rayonu, Xırdalan şəhəri, Bakı – Sumqayıt şossesi 13-cü km-likdə anten dairəsi görünən “552135353” mobil nömrəsindən bilinməyən nömrəyə “usage_int” tipli zəng edilərək 3258 saniyəlik, saat 05:54-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı – Salyan şossesi 15-ci km-likdə anten dairəsi görünən “552135353” mobil nömrəsindən bilinməyən nömrəyə “GPRS” tipli zəng edilərək 81 saniyəlik, saat 06:09-da Abşeron rayonu, Xırdalan şəhəri, Bakı – Sumqayıt şossesi 13-cü km-likdə anten dairəsi görünən “552135353” mobil nömrəsindən bilinməyən nömrəyə “usage_int” tipli zəng edilərək 3273 saniyəlik danışıqlar aparılmış, həmin gün ərzində “552135353” mobil nömrəsi Bakı şəhəri və Abşeron rayonu, Xırdalan şəhərinin müxtəlif ərazilərində yerləşən anten dairələrində görünmüşdür. 09-xx.xx.2022-ci il tarixlərdə müxtəlif vaxtlarda “**********” iran mobil nömrəsindən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsinə zəng edilməsinə baxmayaraq cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:47-də “**********” iran mobil nömrəsindən Şirvan şəhərinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsinə zəng edilərək 2 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 19:57-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektinin ərazisində anten dairəsi görünən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsindən “**********” iran mobil nömrəsinə zəng edilərək 20 saniyəlik danışıq aparılmış, 09-xx.xx.2022-ci il tarixlərdə müxtəlif vaxtlarda “**********” iran mobil nömrəsindən Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrəsinə bilinməyən mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs2 adına olan “552135353” mobil nömrə ilə Təqsirləndirilən şəxs1 işlətdiyi “509643114” mobil nömrə arasında zəng, danışıq olmamışdır. "xxxx" MMC-nin 16 avqust 2022-ci il tarixli, 1290 №-li cavab məktubu, əlavə edilmiş müvafiq sənədlər və albalı rəngli “Toyota Prius” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə quraşdırılmış “GPS” izləmə sistemi vasitəsilə qeydə alınmış xəritəgörüntülərdən görünür ki, həmin şirkətin mülkiyyətində olan **-PH-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı nəqliyyat vasitəsi 06 dekabr 2021-ci il tarixli 274/21 saylı Öhdəliyin İcrası ilə bağlı sazişə əsasən X6 lizinqə verilmiş, Təqsirləndirilən şəxs1 ilə "xxxx" MMC arasında 06 dekabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin tarixdən lizinq predmeti olan nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə Təqsirləndirilən şəxs1 verilmişdir. Həmin avtomobil 08 mart 2022-ci il tarixdə saat 20:57-də Bakı şəhərindən çıxaraq 09 mart 2022-ci il tarixdə saat 00:58-də Füzuli rayonunun Horadiz şəhərindən Cəbrayıl rayonu istiqamətində adı bilinməyən ərazidə dayanıb bir qədər sonra yenidən hərəkət edərək həmin tarixdə saat 05:57-də Qaradağ rayonun ərazisində yerləşən hərbi hissənin avtodayanacağında dayanmış, az sonra yenidən hərəkət edərək saat 07:19-da Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin avtodayanacağında dayanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin 18 mart 2022-ci il tarixli arayışına əsasən Ağayev X9 Şəhər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin 16 mart 2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. 9 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə baxışında Müdafiəçi2 vəsatət verərək ibtidai istintaq zamanışahid qismində dindirilmiş X4, X1 ifadələrini və Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda hərbi geyimdə olarkən polis əməkdaşlarıtərəfindən tutulmasınıəks etdirən videogörüntünün sübut kimi nəzərə alıb qiymətləndirilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli 048706 №-li Qərarının yekun hissəsinin 8-ci bəndində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs1 10 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən hərbi formada olduğu, yanında qardaşı Sahil Bünyətovun olduğu, üzərində hər hansı narkotik vasitənin olmadığı, həmin polıs əməkdaları tərəfindən döyülərək narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğu boynuna qoyulmaqla cibinə narkotik vasitə atıldığı, ünvan 2smət Qayıbov küçəsi nömrəsiz fərdi yaşayış evinə və qeyri-rəsmi nikah münasibətində olduğu X2 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 3-cü küçə, mənzil 17 C-də yerləşən fərdi yaşayış evinə hərbi formada aparıldığı faktlarının baş verməsi sübuta yetirilmədiyindən cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilsin”. Bundan başqa həmin qərarın yekun hissəsinin 10-cu bəndində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs1 iş üzrə prokurorluğa verdiyi ifadəsində və əvvəlki müdafiəçisi Şadman Əmirxanlının 19 may 2022-ci il tarixli vəsatətində gətirdikləri 10 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən hərbi formada olduğu, üzərində hər hansı narkotik vasitə olmadığı, narkotik və psixotrop maddələrin isdifadəçisi, həmçinin satışı ilə məşğul olmadığı, həmin polis əməkdaşları tərəfindən döyülərək narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğu boynuna qoyulmaqla cibinə narkotik vasitə atıldığı, yaşadığı ünvan 2smət Qayıbov küçəsi nömrəsiz fərdi yaşayış evinə və qeyri-rəsmi nikah münasibətində olduğu X1 yaşadığı Sumqayıt şəhər, Ceyranbatan qəsəbəsi yaxınlığı, 3-cü küçə, mənzil 17 C-də yerləşən fərdi yaşayış evinə hərbi formada aparıldığı, bundan sonra idarəyə gətirilərək müvafiq ifadəsinin alındığı, daha sonra üzləşdirmənin kiminləsə kecirilmədiyi, həmin zaman vəkilin yanında olmadığı barədə dəlilləri təqsirləndirilən çəxs Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri ilə, baxış, axtarış, götürmə və digər müvafiq istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, rəsmi sənədlər və digər müvafiq istintaq materialları ilə təkzib olunduğundan A.Ə.Bünyətov həmin ifadələri və əvvəlki müdafiəçisi Şadman Əmirxanlının 19 may 2022-ci il tarixi vəsatəti özünümüdafiə xarakterli ifadələr, vəsatət kimi qiymətləndirilsin”. Beləliklə, Təqsirləndirilən şəxs1 ifadəsində və müdafiəşinin vəsatətində göstərdiyi xususatlar ibtidai istintaq zamanı araşdırılaraq öz qiymətləndirməsini tapmışdır. Məhkəmə öz növbəsində hesab edir ki, ibtidai istintaq orqanının bu xususata dair gəldiyi nəticə iş üzrə toplanmış mötəbər sübutlara əsaslanmış və bu nəticənin şübhə altına almağa qanuni əsas olmadığından doğru mövqe kimi qəbul edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üç azyaşlı uşağı – 24 aprel 2011-ci il təvəllüdlü Sevda Bünyatzadə, 25 aprel 2013-cü il təvəlüddlü Zeynəb Bünyatzadə və 3 oktyabr 2017-ci il təvəlüddlü Ömər Bünyatzadə onun himayəsindədir. Bununla da, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağı – 5 avqust 2009-cu il təvəllüdlü Əzizəxanım Ağazadə və 9 avqust 2011-ci il təvəlüddlü Davud Ağazadə onun himayəsindədir. Bununla da, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Onların törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, 206.3.2-ci maddəsinin sanksiyasında isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən onlar ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzalarnı yüngülləşdirən halı və cəzalarnı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alıb, belə qənaətə gəlir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində cəza təyin edilməsi cəzanın məqsədlərinə uyğundur. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan və Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduqları üçün Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzaları onlar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli tutulduğu vaxtdan hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, müəlicəsi cəzaçəkmə müəssisəsi tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan ümumi çəkisi 17809,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 10,219 qram olan və ümumi təmiz çəkisi 5017,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, təmiz çəkisi 504,5 qram olan və ümumi təmiz çəkisi 10996,5 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həblərin təsiredici maddəsinin ümumi miqdarı 79,6 qram təşkil edən və üzərində «Methadone 40» yazısı olan külli miqdarda 1990 (min doqquz yüz doxsan) ədəd metadon dərman preparatı (həbi) məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Realme” markalı mobil telefon isə sahiblərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri təşkil etmiş məhkəmə fiziki-kimyəvi, məhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi, məhkəmə kompüter-texniki, məhkəmə-portret, məhkəməfonoskopik, məhkəmə kompüter-texniki və məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar müvafiq olaraq 65 (altmış beş), 78 (yetmiş səkkiz), 92 (doxsan iki), 80 (səksən), 146 (yüz qırx altı), 200 (iki yüz), 80 (səksən) və 112 (yüz on iki) manat olmaqla, ümumilkdə 853 (səkkiz yüz əlli üç) manat təqsirləndirilən şəxslərdən bərabər tutularaq dövlət hesabına keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur, xüsusi müsadirə cinayət hüquqi tədbirinin tətbiq edilməsi zərurəti olmadığından bununla bağlı heç bir tədbir görülməmişdir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 346-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı - 9 mart 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı - 10 mart 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ümumi çəkisi 17809,5 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 10,219 qram olan və ümumi təmiz çəkisi 5017,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, təmiz çəkisi 504,5 qram olan və ümumi təmiz çəkisi 10996,5 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həblərin təsiredici maddəsinin ümumi miqdarı 79,6 qram təşkil edən və üzərində «Methadone 40» yazısı olan külli miqdarda 1990 (min doqquz yüz doxsan) ədəd metadon dərman preparatı (həbi) məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Realme” markalı mobil telefon isə sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə xərcləri təşkil etmiş məhkəmə fiziki-kimyəvi, məhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi, məhkəmə kompüter-texniki, məhkəmə-portret, məhkəməfonoskopik, məhkəmə kompüter-texniki və məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar müvafiq olaraq 65 (altmış beş), 78 (yetmiş səkkiz), 92 (doxsan iki), 80 (səksən), 146 (yüz qırx altı), 200 (iki yüz), 80 (səksən) və 112 (yüz on iki) manat olmaqla, ümumilkdə 853 (səkkiz yüz əlli üç) manat təqsirləndirilən şəxslərdən bərabər tutularaq dövlət hesabına ödənilsin. Hökmdən onun elan olunduğu andan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi andan) iyirmi gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Camal Ramazanov hakimlər Rafiq Abbasov Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-10/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-10/2023
09.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver