Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-101/2023 09.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə polkovnik leytenatı X3 və ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 19 vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx N000-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar qəsəbəsində qediyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində Heydər Əliyev prospekti 30 ünvanda yaşayan, N saylı hərbi hissənin hərbi qulluqçusu gizir, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci tank bölüyünün N-ci tank taqımının 4-cü tank heyətinin komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 01 dekabr N0NN-ci il tarixdə saat 17 radələrində «PUR-1» Təlim mərkəzində təlim müddəti ərzində istifadə edilməsi nəzərdə tutulmuş tank mərmilərini yük avtomobilindən sursatlar üçün nəzərdə tutulan yerə daşıdığı zaman rütbəcə tabeliyində olan həmin hərbi hissənin təlim döyüş tankları bölüyünün 3-cü tank taqımının mexanik sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Zərərçəkmiş şəxs kənarda dayandığını görüb yüksək səslə yanına çağıraraq ərazidə olan tank mərmilərinin yığılmasına kömək etməsini bildirmiş, Zərərçəkmiş şəxs cavabında “gözlə gəlib köməklik edəcəm də” dedikdə, bu cavaba əsəbiləşərək Zərərçəkmiş şəxs yanına çağırmış, yanına yaxınlaşan Zərərçəkmiş şəxs qışqıraraq nəyə görə dərhal yanına gəlmədiyini soruşduqda, Zərərçəkmiş şəxs da yüksək səslə “görmürsən gəlirəm? Nəyə qışqırırsan?” ifadələrini işlətmiş və aralarında sözlü mübahisə yaranmışdır. Mübahisəni davam etdirmək üçün həmin yerdə düzülmüş tankların arxasına keçdikdə Zərərçəkmiş şəxs ona “nə olub? nə qışqırırsan?” deməsinə əsəbiləşib öz üstünlüyünü göstərmək və tabeliyində olan şəxsi cəzalandırmaq məqsədilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs üzərinə gedərək yaxasından hər iki əli ilə yapışaraq dartışdırmış, əllərini yaxasında yumruq vəziyyətində sıxmaqla özünə tərəf çəkərək Zərərçəkmiş şəxs sinə nahiyəsinə hər iki yumruğu ilə eyni anda zərbə endirmiş, zərbənin təsirindən müvazinətdən çıxan Zərərçəkmiş şəxs yerə yıxılarkən sağ əlini yaxasından çəkib qolunu qatlayaraq dirsək nahiyəsi ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir zərbə vuraraq ona qəsdən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sol gözaltı nahiyənin hemotoması, burun əsasının sol tərəfinin və sol alın gicgah nahiyəsinin sıyrılmış yarası” xəsarətlərini yetirməklə zor tətbiq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs rəis qismində hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin 1-ci taborunun N-ci tank bölüyünün N-ci tank taqımının 4-cü tank heyətinin komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən «PUR-1» təlim mərkəzində 01 dekabr N0NN-ci il tarixdə saat 17 radələrində təlimdə atəş vaxtı atılması üçün nəzərdə tutulan tank mərmilərini yük avtomobilindən tankların yerləşdiyi əraziyə daşımış, bir neçə tank mərmisini daşıdıqdan sonra orada olan və hərəkətsiz vəziyyətdə dayanmış həmin hərbi hissənin təlim döyüş tankları bölüyünün 3cü taqımının mexanik-sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusukiçik çavuş Zərərçəkmiş şəxs gəlib köməklik etməsini bildirmiş, Zərərçəkmiş şəxs cavabında uca səslə “gözlə gəlib kömək edəcəm də” ifadəsini işlətmiş, bu ifadəsindən əsəbiləşib Zərərçəkmiş şəxs dərhal yanına çağırmış, sonuncu yaxınlaşdıqda qışqıraraq nəyə görə dərhal yanına gəlib mərmiləri daşımağa kömək etmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs qışqıraraq “görmürsən gəlirəm? Nəyə qışqırırsan?” demiş və aralarında sözlü mübahisə yaranmışdır. Onlar sözlü mübahisələrini davam etdirmək üçün həmin ərazidə düzülmüş tankların arxasına keçmişlər. Zərərçəkmiş şəxs ona “nə olub? nə qışqırırsan?” demiş, o əsəbiləşərək Zərərçəkmiş şəxs yaxasından yapışmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşısında hərəkətsiz dayanmış, Təqsirləndirilən şəxs Pərviz Sülemanovun buşlatının yaxasını hər iki əlinin içinə yığmış, özünə tərəf çəkərək qəflətən sinəsinə hər iki yumruğu ilə zərbə vurmuş zərbəni vurarkən əlləri onun yaxasında olmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs müvazinətini itirib arxaya doğru getmiş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yıxıldığını görüb sağ əlini sonuncunun yaxasından çəkib həmin qolunu qatlamış, sağ dirsək nahiyəsi ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə qüvvətli zərbə vurmuşdur. Zərərçəkmiş şəxs üzərinə yıxılmışdır. Məqsədi yumruğu və dirsəyi ilə Zərərçəkmiş şəxs zərbə endirərək onu cəzalandırmaq olmuş, Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsini tutaraq ağrının təsirindən qışqırmış, Zərərçəkmiş şəxs sol göz nahiyəsini tutaraq ağrı hiss etdiyini görüb artıq hərəkətlərini dayandırmışdır. Hadisədən sonra əməlindən peşman olub, zərər çəkmiş şəxsdən üzr istəmiş, zərər çəkmiş şəxs onu bağışlamış və barışmışlar. Məhkəmədən bağışlnmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 01 dekabr N0NN-ci il tarixdə saat 17 radələrində N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün 3-cü tank taqımının mexanik sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən «PUR-1» Təlim mərkəzində hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs təlim zamanı atəş vaxtı atılması üçün nəzərdə tutulan tank mərmilərini yük avtomobilindən tankların yerləşdiyi əraziyə daşımış, bir neçə ədəd tank mərmisini daşıdıqdan sonra onun orada olduğunu və hərəkətsiz vəziyyətdə dayandığını görüb gəlib köməklik etməsini bildirmiş, bu zaman o da cavabında uca səslə “gözlə gəlib kömək edəcəm də” demişdir. Təqsirləndirilən şəxs əsəbi halda onu yanına çağırmış, Təqsirləndirilən şəxs yanına yaxınlaşdıqda nəyə görə dərhal yanına gəlib mərmiləri daşımağa kömək etmədiyini soruşduqda, o da qışqıraraq “görmürsən gəlirəm? Nəyə qışqırırsan?” söyləmiş, aralarında sözlü mübahisə yaranmış, mübahisəni davam etdirmək üçün orada düzülmüş tankların arxasına keçmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs hərbi formasının buşlatının sağ qolundan tutub hərəkət etdirmədən “nə olub? nə qışqırırsan?” demişdir. Təqsirləndirilən şəxs hər iki əli ilə onun yaxasından tutub yumruqlarını sıxaraq özünə tərəf dartışdırmış və ardınca sinəsinə hər iki yumruğu ilə zərbə vurmuş, Təqsirləndirilən şəxs əllərini onun yaxasından ayırmamış, zərbənin təsirindən arxaya doğru getmiş və müvazinətini itirmiş, Təqsirləndirilən şəxs onu vurduqdan sonra sinə nahiyəsində ağrı hiss etmiş, Təqsirləndirilən şəxs onun yıxılacağını görüb sağ əlini yaxasından çəkib sağ qolunu yığmış və həmin qolunun dirsək nahiyəsi ilə onun sol gözaltı nahiyəsinə qüvvətli zərbə vuraraq üzərinə yıxılmışdır. Sol gözaltı nahiyəsində kəskin ağrı hiss etmiş və gözü göyərərək şişməyə başlamış, Təqsirləndirilən şəxs bunu gördükdən sonra hərəkətlərini dayandıraraq üzərindən qalxmış, bundan sonra onlar xidməti yerlərinə qayıtmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, barışmışlar, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza tətbiq olunmasını xahiş etdi. ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, 01 dekabr N0NN-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sözlü mübahisəsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmasını, Təqsirləndirilən şəxs sağ qolunun dirsək nahiyəsi ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə qüvvətli zərbə vuraraq üzərinə yıxılmasını təsdiq etmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tank taborunun komandiri, kapitan ŞahidN, Şahid1 ilə eyni məzmunlu ifadə verərək 01 dekabr N0NN-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla sözlü mübahisəsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmasını, Təqsirləndirilən şəxs sağ qolunun dirsək nahiyəsi ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə qüvvətli zərbə vuraraq üzərinə yıxılmasını təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və XN tərəfindən tərtib edilmiş N6 yanvar N0N3-cü il tarixli, 105 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – «sol gözaltı nahiyənin hematoması, burun əsasının sol tərəfinin və sol alın gicgah nahiyəsinin sıyrılmış yarası» – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. N0N1-ci il tarixli Azərbaycan Ordusunda gizir və miçmanların həqiqi hərbi xidmətinə daxilolması haqqında bağlaşmadan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq 5 (beş) il müddətinə Azərbaycan Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N0N1-ci il tarixli N14 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “gizir hazırlığı” kursunu bitirmiş, Müdafiə nazirinin 13 iyul N0N1-ci il tarixli 0N09gm nömrəli əmrinə əsasən bağlaşma əsasında 5 (beş) il müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və N nömrəli hərbi hissənin 1-ci tank taborunun N-ci bölüyünün N-ci taqımının 4-cü tank heyətinin komandiri vəzifəsinə təyin edilmiş, N iyul N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral N0NN-ci il tarixli 53 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Zərərçəkmiş şəxs N fevral N0NN-ci il tarixdən hərbi hissənin təlim döyüş tankları bölüyünün 3-cü tank taqımının mexanik sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təlim döyüş tankları bölüyünün komandiri baş leytenant Elçin İmanovun 0N dekabr N0NN-ci il tarixli raportundan görünür ki, gizir Təqsirləndirilən şəxs və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Orxan Rzazadənin 03 dekabr N0NN-ci il tarixli raportundan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Zərərçəkmiş şəxs 0N dekabr N0NN-ci il tarixdə saat 17 radələrində tibb məntəqəsinə müraciət etmiş və onun bədən səthi üzərində «sol gözaltı nahiyənin hematoması, burun əsasının sol tərəfinin və sol alın gicgah nahiyəsinin sıyrılmış yarası» xəsarətləri aşkar olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 09 fevral N0N3-cü il tarixli, 1051 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri vardır, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəis hesab edilir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə məhkəmə, işdəki bütün sübutları araşdırıb onları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə onun gəncliyini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib, peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, gəncliyini, ailə şəraitini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Beləliklə, məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəcasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsində göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs aylıq pul təminatından 05% dövlət nəfinə tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından dövlət nəfinə 05 % məbləğdə pul tutulmaqla 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-101/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-101/2023
09.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver