Məhkəmə qərarları › İş №1-1(093)-101/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-101/2024

13.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-101/2024 13.06.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aysel Nuri İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı : Azərbaycan Respublikası Baş Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbənin ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi : Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs : Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs : Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, çavuş hərbi rütbəsi daşımaqla rabitə texniki vəzifəsində işləmiş, Nazirliyin ləğv edilməsindən sonra yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində “baş çavuş” hərbi rütbəsi daşımaqla böyük rabitə texniki vəzifəsində işləmiş, ehtiyata buraxıldıqdan sonra ünvan 1 ünvanında yerləşən “Okean Market”də gecə növbəsində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 4(001)-162/2024 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək özgələrin xeyli miqdarda ziyan vurmaqla əmlaklarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin oktyabr ayında işləməməsi barədə əvvəlcədən məlumatlı olduğu tanışı Zərərçəkmiş şəxs1 ilə aralarındakı səmimi dostluq səbəbindən yaranmış etibarlı münasibətlərdən istifadə edərək sonuncuya məxsus pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə 12 oktyabr 2016-cı il tarixdə saat 14:15-dən başlayaraq istifadəsində olan “99***-***-**-**” mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan “99***-***-**- **” mobil nömrəsi ilə əlaqə yaradıb həmin dövrdə Hökumət rabitə idarəsinin böyük rabitə texniki vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yeni vakant vəzifələrin açılması və Xidmətin yeni təyin edilmiş rəhbərliyi tərəfindən gənc və işgüzar şəxslərin işə qəbul edilmələri ilə bağlı tapşırıq verilməsi kimi yalan məlumatlar verməklə sonuncunu Bakı şəhəri Xətai rayonu ərazisində fəaliyyət göstərən “Kəngərli” adlı kafeyə dəvət edərək söhbət edib Xidmətin Kadrlar idarəsində işləyən tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 15000 (on beş min) manat pul müqabilində işə qəbul etdirə biləcəyi ilə bağlı yalan vədlər verməklə, 2017-ci ilin yanvar ayınadək olan müddətdə isə həmin tanışları ilə danışıb işə qəbul edilmək üçün tələb olunan pulun məbləğini dəfələrlə aşağı saldırmağa nail olduğunu razılaşdırıb 5000 (beş min) manat pul müqabilində Xidmətə işə qəbul etdirəcəyini bildirməklə aldadıb inandıraraq 12 yanvar 2017-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanına gedərək həmin mənzildə sonuncudan 2500 (iki min beş yüz) manat, eyni məqsədlə 25 yanvar 2017-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin inzibati binası yaxınlığında əlavə olaraq 500 (beş yüz) manat pul alıb Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 3000 (üç min) manat pul vəsaitini – əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin yanvar ayında oğlu Şahid7 Naxçıvan Muxtar Respublikası Culfa rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməsi barədə əvvəlcədən məlumatlı olduğu tanışı Zərərçəkmiş şəxs2 ilə aralarındakı tanışlıq münasibətindən istifadə edərək sonuncuya məxsus pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə 28 yanvar 2017-ci il tarixdə saat 17:28-dən başlayaraq istifadəsində olan “99***-***-**-**” mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan “99***-***-**- **” mobil nömrəsi ilə əlaqə yaradıb həmin dövrdə Hökumət rabitə idarəsinin böyük rabitə texniki vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yeni vakant vəzifələrin açılması və Xidmətin yeni təyin edilmiş rəhbərliyi tərəfindən kasıb təbəqədən olan insanların işə qəbul edilmələri ilə bağlı göstəriş verilməsi kimi yalan məlumatlar verməklə sonuncunun oğlu Şahid7 6000 manat pul müqabilində Xidmətə işə qəbul etdirəcəyini bildirərək aldadıb inandıraraq 28 yanvar 2017-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs2 3000 (üç min) manat, eyni məqsədlə 15 fevral 2017-ci il tarixdə saat 20:00 radələrində yenidən həmin yerdə əlavə olaraq 3000 (üç min) manat pul alıb Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 6000 (altı min) manat pul vəsaitini – əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin mart ayının əvvəllərində artıq Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış səmimi münasibətlərdən istifadə edərək sonuncunun daha çox pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin vaxt Naxçıvan Muxtar Respublikası Culfa rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən oğlu Şahid7 1000 manat pul müqabilində özünün Hökumət rabitə idarəsində böyük rabitə texniki vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında yerləşən qurumunda işləyən tanışlarından biri üçün sürücü vəzifəsinə keçirəcəyinə və həqiqi hərbi xidmət müddətinin qalanını həmin vəzifədə xidmət edəcəyinə dair yalan vədlər verməklə aldadıb inandıraraq 2017-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1000 (min) manat pul vəsaitini – əmlakı alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin may ayının əvvəllərində artıq Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış səmimi münasibətlərdən istifadə edərək sonuncunun daha çox pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin vaxt ali məktəblərə qəbul imtahanına hazırlaşan qızı Şahid8 3000 manat pul müqabilində özünün Hökumət rabitə idarəsində böyük rabitə texniki vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında təhsil alması üçün qəbul etdirəcəyinə, həmin ali təhsil müəssisəsinə qəbul olub təhsilini başa vurduqdan sonra Xidmətin Mətbuat idarəsinə təyinat alıb işləyəcəyinə dair yalan vədlər verməklə aldadıb inandıraraq 2017-ci ilin may ayının ortalarında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 75 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz manat), eyni məqsədlə bir neçə gün sonra istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında əlavə olaraq 500 (beş yüz) manat pul alıb Zərərçəkmiş şəxs2 məxsus 3000 (üç min) manat pul vəsaitini – əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, daimi yaşayış yeri yoxdur. Həbs edilənədək müxtəlif ünvanlarda, əsasən Bakı şəhəri Səbail rayonu Zərgərpalan küçəsində gündəlik kirayəyə verilən nömrəsiz evdə yaşamışdır. Əvvəllər isə 2009-cu ildə evləndiyi keçmiş arvadı X7, 2010-cu il təvəllüdlü oğlu X11 və 2013-cü il təvəllüdlü oğlu X12 ilə birlikdə ünvan 6 ünvanında kirayədə yaşamışdır. 2020-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə arvadından rəsmi qaydada boşanmış və azyaşlı uşaqları üçün üzərinə hər ay aliment ödəmək öhdəliyi qoyulmuşdur. 2021-ci ildə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində qeydiyyatda olan Cəmilə adlı qadınla tanış olub rəsmi qaydada ailə qurmuş, həmin nikahdan 2022-ci ildə Ədilə adlı qızı dünyaya gəlmişdir. Əvvəllər məhkum olunmamış, ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul alaraq dələduzluq etdiyi üçün Bakı Şəhəri Xətai və Səbail Rayon Polis İdarələrində cinayət işi başlanmış, lakin zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödədiyindən həmin işlər üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. 12 dekabr 2006-cı il tarixdə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və “çavuş” hərbi rütbəsi daşımaqla rabitə texniki vəzifəsində, Nazirliyin ləğv edilməsindən sonra yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində “baş çavuş” hərbi rütbəsi daşımaqla böyük rabitə texniki vəzifəsində işləmişdir. 15 iyul 2017-ci il tarixdə barəsində aparılmış xidməti yoxlamalarla müxtəlif vaxtlarda xidməti ərazini icazəsiz tərk etdiyi, ayrı-ayrı şəxslərdən pul borc alaraq qaytarmadığı, xidmət etdiyi qurumun adından sui-istifadə etdiyi müəyyən edilmiş, xidmətkeçmə qaydalarını və üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozduğuna və xüsusi xidmət orqanı əməkdaşlarının nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Kənanı və ailə üzvlərini təxminən 1997-1998-ci illərdən tanımışdır. Kənan və qardaşları Elçin və Mehmanla Bakı şəhəri Xətai rayonu 249 nömrəli orta məktəbin ayrı-ayrı siniflərində təhsil almış, Elçinlə qardaşı Kamran əvvəllər yaxın dost olmuşlar. Həmçinin Kənan ailə üzvləri ilə birlikdə onun da qeydiyyatda olduğu, hazırda atası Tahir, anası Elmira və bacısı Məsumənin yaşadıqları Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 75 ünvanında yerləşən 41 nömrəli mənzillə eyni blokdakı 40 nömrəli mənzildə yaşamışlar. Kirayədə yaşadığı mənzil isə həmin binanın yaxınlığındakı binada yerləşmiş, bu səbəbdən tez-tez Kənan və ailə üzvləri ilə qarşılaşıb ünsiyyət saxlamışdır. Nəsibi isə atasının yaşadığı binanın sakini kimi təxminən 2015-2016cı illərdən tanıyır. Əvvəllər nə Kənan, nə Nəsib, nə də onların ailə üzvləri ilə özü və ailə üzvləri arasında heç bir ədavət və ya düşmənçilik, narazılıq, mübahisə və ya münaqişə yaşanmamışdır. Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata buraxıldıqdan sonra rəsmi şəkildə heç yerdə işləməmiş, 2016-cı ilin avqust ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən aldığı “BAİC” markalı “Az **-PE-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Hələ işdən çıxmazdan 9-10 ay əvvəl, yəni təxminən 2016cı ilin oktyabr ayında maddi vəziyyəti getdikcə pisləşdiyindən, yaşadığı mənzilin kirayə haqqını və borclarını ödəməkdə və ailəsini dolandırmaqda çətinliklərlə üzləşdiyindən qanunsuz yolla pul əldə etmək fikrinə düşmüşdür. Bu məqsədlə həmin dövrdə istifadəsində olan “99***-***-**-**” mobil nömrəsi ilə işsiz olmasını bildiyi Kənanın istifadəsində olan “99***-***-**-**” mobil nömrəsinə zəng edib hal-əhval tutmuşdur. Kənana işlədiyi Xidmətdə yeni vakant vəzifələrin açılması barədə məlumat vermiş və həmin vəzifələrdən birinə işə düzəlməklə bağlı söhbət etmək üçün görüşməyi təklif etmişdir. Məqsədi Kənanın etibarından sui-istifadə etmək və yalan vədlərlə aldatmaqla pulunu ələ keçirmək və bu yolla maddi ehtiyaclarını qarşılamaq və borclarını ödəmək olmuşdur. Həmin gün axşam saatlarında Kənanla Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı “Kəngərli” adlı kafedə görüşüb söhbət etmişlər. Söhbət zamanı Kənana işlədiyi Nazirliyin ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması, bununla əlaqədar çoxlu işçinin ixtisar edildiyi və yeni rəhbərlik tərəfindən gənc və işgüzar şəxslərin işə qəbul ediləcəyi barədə yalan məlumat vermişdir. Kənan işin necə həll olunacağını soruşduqda Kənanı 15000 manat pul müqabilində işə qəbul etdirə biləcəyini söyləmişdir. Kənan həmin məbləğin çox yüksək olduğunu deyib təklifi rədd etsə də, pulu verməsi üçün təkid edib Xidmətin Kadrlar idarəsinin əməkdaşları ilə danışaraq məbləği aşağı salmağa çalışacağını bildirmişdir. Ertəsi gün Kənanın mobil nömrəsinə zəng edib yalandan Kadrlar idarəsinin əməkdaşı ilə danışıb məbləği 14000 manata qədər aşağı saldırdığını desə də, Kənan həmin məbləği də verməyə maddi imkanı olmadığını qeyd etmişdir. Həmin gün bir neçə dəfə Kənanla əlaqə yaradıb məbləği 13000 manatadək aşağı saldırdığını və Xidmətdə işləməsini arzu etdiyini deyib razılaşmasına nail olmağa çalışmış, Kənan tələb olunan pulun məbləğinin çox yüksək olduğu bildirərək təklifdən imtina etmişdir. 2017-ci ilin yanvar ayınadək Kənanla görüşəndə, əvvəlcə, məbləği 12000 manata, daha sonra 10000 manatadək aşağı saldırdığını demiş, Kənandan pul ala bilmədiyini görüb, nəhayət, işi 6000 manat pul müqabilində həll etməyə köməklik göstərəcəyinə söz vermişdir. Kənan bir böyük kimi atası ilə məsləhətləşib xəbər edəcəyini bildirdiyi üçün Kənanın atası Elmar dayı ilə də bir neçə dəfə mobil telefonla əlaqə yaradıb işə düzəlmə məsələsi ilə bağlı danışmış və sonuncu ətraflı söhbət etmək üçün onu yaşadıqları mənzilə dəvət etmişdir. Həmin gün saat 20:00 radələrində əvvəlcədən mobil telefonla zəng edib gələcəyi barədə məlumat verməklə Kənangilin atasının yaşadığı mənzillə eyni blokda yerləşən mənzilinə getmişdir. Kənanın valideynləri və qardaşları onu qarşıladıqdan sonra söhbət etmək üçün masa arxasına keçib əyləşmişdir. Kənanın atası Elmar dayı söhbətə başlayaraq işin nədən ibarət olması ilə bağlı suallar vermiş, o isə Kənanın ailə üzvlərinə proseslə bağlı ətraflı danışıb sualları cavablandırmışdır. Həmin vaxt Elmar dayı ondan bir daha işin 5000 manat pul müqabilində həllini tapacağını soruşmuş, o isə bunu təsdiq etmişdir. Daha sonra Elmar dayı ilkin mərhələdə verilməli olan 3000 manat pulun 2500 manatını həmin gün, 500 manatını isə bir müddət sonra verəcəklərini bildirmişdir. Pulun 500 manatının qarşıdakı günlərdə, qalan 2000 manatının isə məsələnin həllindən sonra verilməsi ilə razılaşmışdır. Bundan sonra Kənan mənzildə ailə üzvlərinin yanında ona 2500 manat pul vermişdir. Həmin vaxt pul ilə yanaşı yalandan lazım olduğunu bildirməklə Kənana məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və ali təhsil haqqında diplomun kserosurətlərini almış, tərcümeyi-halını yazıb hazırlamasını demiş, pulu aldıqdan sonra işin tezliklə həllini tapacağını vəd edərək çıxıb getmişdir. Bundan təxminən 2 həftə sonra günün ilk yarısında Kənan onunla əlaqə yaradaraq hal-əhval tutmuş və 500 manat pulu vermək üçün harada olduğunu soruşmuşdur. Kənana qonaqlarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində olduğunu, işdən çıxa bilmədiyini deyərək oraya gəlməsini istəmişdir. Həmin gün saat 12:00 radələrində Kənan istifadəsində olan “99***-***-**-**” mobil nömrəsinə zəng edib dediyi yerə çatması barədə məlumat vermişdir. Bundan sonra Dövlət Sərhəd Xidmətinin Z.Əliyeva küçəsində yerləşən inzibati binası qarşısında görüşüb Kənandan 500 manat pul almışdır. Həmin vaxt yanlarınzda başqa heç kim olmamış, pulu aldıqdan sonra Kənana narahat olmamasını, işin qısa müddət ərzində həllini tapacağını demişdir. Bir müddət sonra Kənan onunla telefon əlaqəsi yaradıb narahatlığını dilə gətirmiş və məsələnin nə yerdə qalması ilə maraqlanmışdır. Kənana işin artıq həll edilmək ərəfəsində olduğunu deyib tezliklə görüşəcəklərinə söz vermişdir. Lakin faktiki olaraq Kənanın işə düzəlməsi üçün heç bir real addım atmamış, hər hansı vəzifəli şəxslə danışıq aparmamış, aldığı pulun hamısını maddi ehtiyaclarını qarşılamağa və ayrıayrı şəxslərdən aldığı borcları ödəməyə sərf etmişdir. 2017-ci ilin mart ayında Kənanla görüşdükdə inandırmaq məqsədilə əvvəlcədən özünə məxsus “HP” markalı notbuk vasitəsilə hazırlayıb çap etdiyi, üzərində işlədiyi Xidmətin rəsmi gerbi olan və Xidmətin struktur qurumlarının adlarını yazdığı sənədi təqdim edib işləmək üçün həmin qurumlardan birini seçməsini istəmişdir. Kənan mobil telefonunun fotokamerası vasitəsilə sənədin fotoşəklini çəkmək istədikdə sənədin “məxfi” olduğunu bildirərək buna mane olmuş və yalnız sənəddəki yazıların fotoşəklini çəkə biləcəyini söyləmişdir. Kənan yazıların fotoşəklini çəkdikdən sonra Xidmətin Maddi-texniki təsərrüfat idarəsində işləmək istədiyini bildirmişdir. Kənana seçiminin nəzərə alınacağını deyib məsələnin tezliklə həllini tapacağını vəd etmişdir. 2017-ci ilin iyul aylarınadək dəfələrlə Kənan mobil nömrələrinə zəng edib işin gedişatı ilə maraqlanmış, sonuncu telefon danışıqları zamanı Kənanı arxayınlaşdırmaq üçün yalandan xidməti vəsiqəsinin hazır olduğunu və bir neçə gün sonra işə başlayacağını bildirmiş, lakin ertəsi gün Kənan onunla əlaqə yarada bilməsin deyə mobil telefonlarını söndürərək bütün əlaqələrini kəsmişdir. Bundan başqa 2016-cı ilin sentyabr ayında arvadı Elnarə və azyaşlı uşaqları ilə birlikdə “Sədərək” ticarət mərkəzində alış-veriş edən zaman atasının qonşusu Nəsiblə qarşılaşmışdır. Nəsibin həmin ticarət mərkəzində işlədiyini bilsə də, həmin tarixdə sırf Nəsiblə görüşmək məqsədilə oraya getməmiş, qarşılaşmaları təsadüfən baş vermişdir. Nəsibin işlədiyi mağazadan uşaqları üçün oyuncaqlar aldıqdan sonra sözə başlayıb bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əvəzinə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə məlumat vermişdir. Nəsib 2016-cı ilin iyul ayından Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan oğlundan söz açmış və hərbi xidmətdən qayıtdıqdan sonra iş tapa bilsə, dövlət qulluğunda işləməsini arzuladığını demişdir. Həmin vaxt Nəsibə qarşı dələduzluq edərək pulunu ələ keçirmək üçün yaxşı fürsətin ələ düşdüyünü fikirləşmişdir. Bu məqsədlə Nəsibə şans yaranan kimi məlumat vermək üçün istifadəsində olan mobil nömrələri bildirib nə sözü olsa, istənilən vaxt zəng edə biləcəyini demişdir. Nəsibdən istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələri öyrənib mobil telefonuna qeyd edərək çıxıb getmişdir. 2017-ci ilin yanvar ayının sonunadək Nəsiblə heç vaxt əlaqə yaratmamışdır. 2017-ci il tarixdə maddi vəziyyəti aşağı olduğundan Nəsibə qarşı dələduzluq etmək niyyətini reallaşdırmağı qərara almışdır. Bunun üçün 28 yanvar 2017-ci il tarixdə saat 17:00 radələrində istifadəsində olan “99***-***-**-**” mobil nömrəsindən Nəsibin istifadəsində olan mobil nömrələrdən birinə zəng edib salamlaşmış və yalandan oğlu üçün iş imkanı yarandığını, işlədiyi Xidmətdə yeni vakant vəzifələrin açıldığını, rəhbərliyin həmin vəzifələrə yalnız kasıb təbəqədən olan insanları işə götürməklə bağlı göstəriş verdiyini demişdir. Nəsib bu barədə ətraflı məlumat verməsini istədikdə işin 6000 manat pul müqabilində başa gələcəyini, lakin həmin məbləği 2 saat ərzində, yəni saat 20:00 radələrinədək vermək lazım olduğunu bildirmişdir. Nəzərdə tutulan məbləğin saat 20:00-dək veriləcəyi təqdirdə Nəsibə lazımi şəxslərlə əlaqə yaradıb oğlunun adını Xidmətin Kadrlar idarəsində qeydə aldırmaqla işə düzəlməsinə köməklik göstərəcəyini demişdir. Nəsib həmin məbləği verməyə maddi imkanı olmadığını söylədikdə Nəsibə belə şansın bir də heç vaxt ələ düşməyəcəyini, dərhal kimdənsə pul borc alıb bu şansı dəyərləndirməsini məsləhət görmüşdür. Nəsib oğlunun hərbi xidmətdə olduğunu xatırlatdıqda o, işləri düzüb-qoşana kimi Asifin hərbi xidmətini başa vurub birdəfəlik işə başlaya biləcəyi cavabını vermişdir. Buna baxmayaraq Nəsib ona yalnız 3000 manat pul verməyə maddi imkanı çatdığını bildirmişdir. Həmin məbləğdə pulu ala bilmək üçün Nəsibə bir qədər sonra “yuxarılarla” danışıb xəbər edəcəyini söyləmişdir. Həmin tarixdə saat 20:00-dək Nəsiblə arasında bir neçə telefon danışığı baş tutmuş, danışıqların nəticəsi kimi müvafiq şəxsləri məsələni 3000 manat pul müqabilində həll etməyə razı saldığını və qalan 3000 manatı növbəti 15 gün ərzində verməsi ilə bağlı möhlət aldığını demişdir. Nəsib dedikləri ilə razılaşdığından həmin gün saat 20:00 radələrində “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşərək Nəsibdən oğlunun işə düzəlməsi üçün 3000 manat pul almışdır. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Pulu alarkən Nəsibə 15 gün ərzində qalan 3000 manat pulu da hazırlamasını demişdir. 15 fevral 2017-ci il tarixədək Nəsib, demək olar ki, hər gün telefonuna zəng edib verdiyi pulu lazımi şəxslərə çatdırıb-çatdırmadığı ilə maraqlanmış, oğlunun Dövlət Təhlükəsiliyi Xidmətində hansı vəzifədə işləyəcəyini soruşmuş, o isə narahat olmamasını, pulu Xidmətin Kadrlar idarəsində işləyən tanışlarına verdiyini, oğlunun həmin idarəyə işə düzəlib sənədlərlə işləyəcəyini bildirmişdir. 2017-ci ilin fevral ayının ortalarında Nəsib onunla əlaqə yaradıb oğlunun işə düzəlmə məsələsinin həlli üçün tələb olunan pulun qalan 3000 manatını hazırlaması barədə məlumat vermişdir. Bir neçə gün sonra, yəni 15 fevral 2017-ci il tarixdə saat 20:00 radələrində yenidən Nəsiblə “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb 3000 manat pul almışdır. Həmin vaxt da yanlarında başqa heç kim olmamışdır. Beləliklə, Nəsibdən oğlunun Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə köməklik göstərmək adı ilə aldığı pulun ümumi məbləği 6000 manata çatmışdır. Həmin günlərdə Nəsib bir dəfə onu yemək yeməyə dəvət edib söhbət etmiş, sonrakı günlərdə baş tutmuş söhbətlərindən birində oğlunun Culfa rayonunda hərbi xidmətdə olmasından danışmışdır. Həmin vaxt Nəsibin daha çox pulunu ələ keçirmək məqsədilə yalandan Asifi 1000 manat pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında işləyən əməkdaşlarından birinə sürücü vəzifəsinə keçirməyi və oğlunun hərbi xidmətini sürücü kimi davam etdirməsini təklif etmişdir. Nəsib oğlunun gələcəkdə həmin Xidmətdə işləyəcəyini düşündüyü üçün təklifi qəbul edərək 1000 manat pulu verəcəyini demişdir. 2017-ci ilin mart ayının əvvəllərində Nəsiblə növbəti dəfə “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb oğlunun hərbi xidmət müddətinin qalan dövründə sürücü vəzifəsinə keçirilməsi üçün 1000 manat pul almışdır. Bir neçə gün sonra Nəsiblə görüşərkən oğlunun sürücü vəzifəsinə keçirilməsi ilə bağlı məsələnin həll edildiyini demiş və bununla bağlı 10 mart 2017-ci il tarixli “əmri” təqdim etmişdir. Əmr olmasını bildirdiyi sənədi də özünə məxsus notbuk vasitəsilə özü hazırlamış, həmin sənəddə “Xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməklə Müdafiə Nazirliyinin səlahiyyətlərindən çıxarılıb Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi işlər idarəsində xidmətini davam etdirməsinə dair göndərilən sorğuya müsbət cavab verildiyi və bundan irəli gələn məsələlərə müsbət rəy verilməsinə göstəriş verildiyi, mart ayında əmrin icrasının tam şəkildə həll edilməli və hərbi mükəlləfiyyətli əsgər olan “obyektə” (Asifə) “kiçik çavuş” rütbəsinin verilməli olduğunu yazmışdır. Nəsib sənədi nəzərdən keçirib nə üçün imzalanmadığını və möhürlə təsdiq edilmədiyini soruşduqda Xidmətdə sənədlər məxfi olduğu üçün onların imzalanmadığı cavabını vermiş və sənədi heç kimə göstərməməsi ilə bağlı tənbehləmişdir. Bir müddət sonra Nəsib onunla telefon əlaqəsi yaradıb işin düzəlməsinin nə üçün gecikdiyini soruşduqda səbirli olmasını, məsələnin tezliklə həllini tapacağını bildirmişdir. 2017-ci ilin may ayında Nəsiblə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşüb söhbət edən zaman Nəsibə bir qədər də səbirli olmasını məsləhət görmüşdür. Söhbət zamanı Nəsib ona qızının ali məktəblərə qəbul imtahanına hazırlaşması, yaxın müddətdə imtahanda iştirak edəcəyi barədə məlumat verişdir. Nəsibə qarşı dələduzluq əməllərini davam etdirməklə daha çox pul ələ keçirmək məqsədilə qızını Dövlət Təhlükəsizliyi Xidmətinin “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən H.Əliyev adına Akademiyasına qəbul etdirməyi və təhsilini başa vurduqdan sonra Xidmətin Mətbuat idarəsinə təyinat alıb işləməsini təklif etmişdir. Həmin vaxt Nəsibdə ona qarşı inam yarandığından Nəsibin fikrinin müsbət olduğunu hiss etmişdir. Nəsib akademiyaya qəbulun hansı qaydada aparıldığını öyrənmək üçün suallar verdikdə bunun üçün 6000 manat pul, qızına məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatın əsllərinin tələb olunduğunu bildirmişdir. Nəsib yalnız 3000 manat pul verməyə maddi imkanı çatdığını dedikdə heç bir problem olmadığını, həmin məbləği verməsini, pulun qalanının qızı işləməyə başladıqdan sonra əməkhaqqından tutulacağını demişdir. Bir neçə gün sonra Nəsib onunla əlaqə yaradıb qızının razılığını aldığını söyləmiş və 2017-ci ilin may ayının ortalarında Nəsiblə Xətai rayonu M.Hadi küçəsi ev 75 ünvanının yaxınlığında görüşüb 2500 manat pul, qızına məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatın əslini, bir neçə gün sonra isə “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb 500 manat pul almışdır. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Nəsibə yalandan 2017-ci ilin avqust ayında akademiyadan qızı ilə əlaqə yaradılıb imtahan verməsi üçün çağırılacağını, imtahanda tanışlarının nəzarətçi olacaqlarını və onların köməyi ilə qızının imtahandan uğurla keçəcəyini bildirmişdir. Lakin reallıqda onun belə tanışları olmamış, Nəsibin qızının hər hansı ali təhsil müəssisəsinə qəbul edilməsi üçün heç bir iş görməmişdir. Bundan sonra Nəsib dəfələrlə telefonuna zəng edib işlərin vəziyyəti ilə maraqlansa da, müxtəlif vədlərlə Nəsibi yubadaraq nə pulunu qaytarmamış, nə də verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Əvvəlcədən niyyəti məhz Kənana məxsus 3000 manat pulun ələ keçirilməsindən ibarət olmuşdur. Kənan və ailə üzvləri ilə söhbət edən zaman işin 5000 manat pul müqabilində həllini tapacağını deməsinə baxmayaraq 3000 manat pulu ələ keçirdikdən sonra məbləğin qalan hissəsini istəməmiş, bununla bağlı əlavə yalan vədlər verməmiş və digər yollarla Kənandan pul almaq üçün təsir göstərməmiş, halbuki bunu etmək üçün real imkanları olmuşdur. Nəsibdən aldığı, qızı Könülə məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatı əldə etdikdən sonra bir müddət üzərində gəzdirmiş, heç kimə verməmiş və göstərməmiş, sonradan isə zibilliyə tullamışdır. Kənan və Nəsibə qarşı cinayət əməlləri törətmək üçün onlarla həmin dövrdə istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələri ilə əlaqə yaratmış, telefon danışıqları aparmış və SMS-lər göndərmiş, bundan başqa “99***-***-**-**”, “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələri istifadəsində olsa da, sonuncu 3 mobil nömrədən xatırlaya bilməyəcəyi qədər az istifadə etmişdir. Kənana və Nəsibə verdiyi vədləri reallaşdırmaq məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətində işləyən hər hansı şəxslə qabaqcadan razılaşmamış, bu məqsədlə kiminləsə söhbət aparmamış, yaxud kiməsə cinayətkar niyyətindən bəhs etməmiş, cinayət əməllərini təkbaşına törətmiş, başqa hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməmiş, cinayətlərin törədilməsində başqa şəxsin hər hansı formada iştirakçılığı olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 1997-1998-ci il illərdə tanımışdır. Əvvəllər Rəşad arvadı Elnarə və uşaqları ilə birlikdə onların yaşadıqları binada 41 nömrəli mənzildə yaşamaqla qonşu olmuş, aralarında ədavət və ya düşmənçilik, narazılıq, mübahisə və ya münaqişə yaşanmamışdır. Rəşad 2006-cı ilin sonlarında keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işə qəbul edilmiş, konkret hansı vəzifədə xidmət etdiyi barədə məlumatı olmasa da, işinin rabitə sahəsi ilə əlaqəli olduğunu və “gizir” hərbi rütbəsi daşıdığını bilmişdir. Rəşadın atası Tahir də əvvəllər həmin Nazirlikdə sürücü işləmiş və təqaüdə çıxmışdır. Rəşad Nazirliyin ləğv edilməsindən sonra yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul edilmiş və 2017-ci ilin iyul ayınadək həmin dövlət qurumunda xidmət etmiş, ancaq ayrı-ayrı şəxslərdən xeyli miqdarda borc alaraq qaytarmadığından, xidmət etdiyi qurumun adından sui-stifadə etdiyindən və digər səbəblərdən işdən azad edilmişdir. Özü isə 2016-cı ilədək müxtəlif sahələr üzrə fəaliyyət göstərən özəl şirkətlərdə işləmiş, 2016-cı ilin payız aylarında işsiz qalmış, həmin müddətdə Rəşadla dostluq etmiş, tez-tez görüşüb müxtəlif mövzularda söhbətlər aparmışlar. 2016-cı ilin oktyabr ayının əvvəllərində Rəşad istifadəsində olan “99***-***-**- **” və “99***-***-**-**” mobil nömrələrinin birindən onun istifadəsində olan “99***-***-**-**” mobil nömrəsinə zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmişdir. Buna razılıq verərək həmin gün axşam saatlarında Rəşadla Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı “Kəngərli” adlı kafedə görüşüb söhbət etmişlər. Söhbət zamanı Rəşad ona işlədiyi Nazirliyin ləğv edilməsi, əvəzinə Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması, bununla əlaqədar çoxlu işçinin ixtisar edildiyi və rəhbərlik tərəfindən yeni işçilərin işə qəbul ediləcəyi barədə məlumat vermiş, işsiz olduğu üçün 15000 manat pul müqabilində onu Xidmətə işə qəbul etdirə biləcəyini söyləmişdir. Qeyd olunan məbləğdə pulu olmadığından bu təklifi rədd etmiş, ancaq Rəşad təkid edərək pul verəcəyi təqdirdə həmin pulu Xidmətin Kadrlar idarəsində işləyən, adını çəkmədiyi şəxslərə çatdıracağını və qısa müddət ərzində işlə təmin ediləcəyini bildirmişdir. Rəşadın təklifini geri çevirsə də, Rəşad Kadrlar idarəsi ilə danışıb məbləği aşağı salmağı razılaşdırdıqdan sonra ona xəbər edəcəyini demişdir. Ertəsi gün Rəşad onunla mobil telefon əlaqəsi yaradıb Kadrlar idarəsi ilə danışması və onu 14000 manat pul müqabilində işə qəbul etdirə biləcəyi barədə məlumat vermişdir. Həmin məbləğ də ona görə çox yüksək olduğu üçün razılaşmamış, ertəsi gün Rəşad yenidən mobil telefonuna zəng edib məbləği 13000 manatadək aşağı saldığını və Xidmətdə işləməsini çox arzu etdiyini qeyd edərək razılaşmasını istəmiş, o isə tələb olunan pulun məbləğinin çox yüksək olduğu bildirib təklifi qəbul etməmişdir. 2017-ci ilin yanvar ayınadək Rəşad dəfələrlə onunla əlaqə yaradıb, əvvəlcə, məbləği 12000 manata, daha sonra 10000 manata və nəhayət 6000 manatadək aşağı saldığını demiş, məbləğin bu qədər aşağı enməsi onda şübhələrin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən Rəşadın təklifi haqda atası Elmarla danışmağı münasib hesab etmişdir. Atası onun dövlət qulluğunda işləməsini çox arzu etdiyindən və Rəşadı qonşu kimi uzun müddət tanıdığından Rəşadla görüşüb söhbət etməyi məsləhət görmüş və bu məqsədlə Rəşadı 12 yanvar 2017-ci il tarixdə yaşadıqları ünvan 8 ünvanında yerləşən mənzilə dəvət etmişdir. Ancaq Rəşadın məbləği çox aşağı salması ilə bağlı şübhələri qaldığından görüş zamanı videoçəkiliş aparmağa qərar vermişdir. Bunun üçün qardaşı Elçinə məxsus “Samsung” markalı mobil telefonun videokamerasını yandırmaqla videoçəkiliş aparmağa başlayıb telefonu kənarda gizlətmişdir. Bir qədər sonra Rəşad yaşadıqları mənzilə gələndə ondan başqa atası Elmar, anası Sucayət, qardaşları Elçin və Mehman, arvadı Məhəbbət və qardaşının arvadı Ülviyyə evdə olmuş və Rəşadla aparılan söhbətləri eşitmişlər. Rəşad onlara 6000 manat pulu alıb Xidmətdə işləyən lazımi şəxslərə çatdırdıqdan sonra qısa müddət ərzində işlə təmin olunacağını bildirmiş, atası yalnız 5000 manat pul verməyə gücü çatdığını qeyd etmiş, Rəşad isə fikirləşmədən 5000 manatı verməklə razılaşmışdır. Həmin vaxt atası evdə yalnız 2500 manat pul olduğunu bildirmiş, Rəşad isə 3000 manat pul veriləcəyi təqdirdə işlərin daha sürətlə həllini tapacağını demişdir. Ardınca onlar Rəşadla ilkin olaraq verilməli 3000 manat pulun 2500 manatını elə həmin vaxt, qalan 500 manatını isə təxminən 2 həftə sonra verməklə bağlı Rəşadla razılığa gəlmişlər. Beləliklə, 12 yanvar 2017-ci il tarixdə yaşadığı evdə Rəşada 2500 manat pul vermişdir. Onun Rəşada pul verdiyini atası və qardaşları gözləri ilə görmüş, həmin an evin digər otağında olan anası Sucayət, arvadı Məhəbbət və qardaşının arvadı Ülviyyə isə bundan xəbərdar olmuşlar. Rəşad pulu alan zaman narahat olmamasını deyib onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyinə bir daha söz vermiş, işlərə 3000 manat pulu tam şəkildə verdikdən sonra başlanılacağını, qalan 2000 manat pulu isə işlə təmin edildikdən sonra alacağını bildirmişdir. Bundan başqa Rəşad həmin tarixdə pul ilə yanaşı ona məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və ali təhsil haqqında diplomun kserosurətlərini təhvil almış və ona tərcümeyi-halını yazıb hazırlamasını deyərək çıxıb getmişdir. Rəşad getdikdən sonra qardaşının mobil telefonunu gizlətdiyi yerdən götürmüş və artıq videoçəkilişin dayandığını müəyyən etmişdir. Videoçəkilişi izlədikdə söhbətin tam şəkildə olmasa da, müəyyən hissəsinin qeydə alındığını görmüş və videogörüntünü öz mobil telefonuna göndərmiş və sonradan diskə köçürməklə Rəşadın pul almasını sübut etmək məqsədilə özündə saxlamışdır. Bundan təxminən 2 həftə sonra, yəni 25 yanvar 2017-ci il tarixdə günün ilk yarısında istifadəmdə olan mobil nömrə ilə “Votsap” mobil tətbiqi vasitəsilə Rəşadla əlaqə yaradıb hal-əhval tutmuş və Rəşaddan harada olduğunu soruşmuşdur. Rəşad qonaqlarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində olduğunu bildirib oraya gəlməsini istəmişdir. Həmin gün saat 12:00 radələrində təkbaşına Bakı şəhəri Səbail rayonu Z.Əliyeva və R.Behbudov küçələrinin kəsişməsinə yollanıb Rəşadla əlaqə yaradaraq oraya çatması barədə məlumat vermişdir. Bundan sonra Dövlət Sərhəd Xidmətinin Z.Əliyeva küçəsində yerləşən inzibati binası qarşısında Rəşadla görüşüb 500 manat pul vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamış, Rəşad pulu aldıqdan sonra işin qısa müddət ərzində həllini tapacağını deyərək çıxıb getmişdir. Pulu verməsindən bir müddət sonra Rəşaddan xəbər çıxmadığını görüb əlaqə yaratmağa qərar vermiş, lakin pulu alanadək gün ərzində dəfələrlə mobil telefonuna zənglər edən Rəşadın ona qarşı münasibətinin dəyişdiyinin şahidi olmuşdur. Belə ki, Rəşad gah telefon zənglərini cavablandırmamış, gah görüşməkdən yayınmış, zənglərə cavab verdikdə isə işi olduğunu əsas gətirərək danışa bilmədiyini demişdir. Bütün bunlar özündə olan şübhələri və narahatlığı artırdığından bunu Rəşada bildirmiş, Rəşad isə işin artıq həll edilmək ərəfəsində olduğunu deməklə tezliklə görüşəcəklərinə söz vermişdir. Bu danışıqdan bir müddət sonra Rəşad onunla görüşərək üzərində Dövlət Təhlükəsizliyi Xidmətinin gerbi olan və alt-alta ardıcıllıqla “Beynəlxalq Əməkdaşlıq İdarəsi”, “Maliyyə İdarəsi”, “Komendantlıq İdarəsi”, “Maddi-texniki təsərüfat idarəsi” və “Mədəniyyət Mərkəzi” sözləri yazılmış sənədi təqdim edib işləmək üçün təklif olunan struktur qurumların adlarının qeyd edildiyini bildirmişdir. O, mobil telefonunun fotokamerası vasitəsilə sənədin fotoşəklini çəkmək istəsə də, Rəşad sənədin “məxfi” olduğunu bildirərək buna imkan verməmiş və yalnız sənəddəki yazıların fotoşəklini çəkə biləcəyini demişdir. Buna görə də yazıların fotoşəklini çəkib Rəşada işləmək üçün Maddi-texniki təsərrüfat idarəsini seçdiyini bildirmişdir. Rəşad tezliklə seçiminin nəzərə alınacağını deyərək çıxıb getmişdir. 2017-ci ilin aprel-may aylarınadək Rəşadla bir neçə dəfə mobil telefonla danışmış, sonuncu danışıqları zamanı Rəşad ona xidməti vəsiqəsinin hazır olduğunu və bir neçə gün sonra işə başlayacağını bildirmiş, lakin ertəsi gün mobil nömrələrinin heç birinə zəng çatmamış, beləcə, onunla bütün əlaqələrini kəsmişdir. 2017-ci ilin yay aylarında onlarla eyni binada yaşayan Nəsib adlı şəxs ondan Rəşadın harada olmasını bilib-bilmədiyini soruşmuşdur. Nəsibə sonuncu dəfə Rəşadı uzun müddət əvvəl gördüyünü deyib nə üçün maraqlandığını soruşduqda Nəsib bir neçə ay əvvəl hərbi xidmətdə olan oğlu Asifin xidməti yerini dəyişib sürücü vəzifəsinə keçirəcəyi, hərbi xidmətdən qayıtdıqdan sonra oğlunu Dövlət Təhlükəsizliyi Xidmətinə işə, qızını isə Xidmətin akademiyasında təhsil almağa qəbul etdirəcəyi adı ilə Rəşadın ondan ümumilikdə 10000 manat pul aldığını söyləmişdir. Bu zaman Nəsibə öz başına gələnləri danışıb Rəşada işə düzəlmək üçün 3000 manat pul verdiyini demişdir. Bundan sonra keçən bir neçə ay ərzində verdikləri pulları geri almaq üçün dəfələrlə zənglər etməsinə, yaşadığı və gedə biləcəyi ünvanlara yollanmasına və ailə üzvləri ilə əlaqə saxlamasına baxmayaraq Rəşadı heç yerdə tapa bilməmişdir. Buna görə də Nəsib 2018-ci ilin yanvar ayının sonunda, özü isə mart ayının əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edib Rəşadın əməlləri barədə məlumat vermişdir. Rəşad onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyi adı ilə aldadaraq 12 yanvar 2017-ci il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 8 ünvanında yerləşən mənzildə 2500 manat, 25 yanvar 2017-ci il tarixdə isə Bakı şəhəri Səbail rayonu Z.Əliyeva küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin inzibati binası qarşısında 500 manat olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmiş, verdiyi pulun hamısı özünə məxsus olmuşdur. Rəşada 500 manat pulu 2500 manat pulu verdikdən təxminən 1-2 həftə sonra vermiş, buna görə də şahid qismində verdiyi ifadəsində Dövlət Sərhəd Xidmətinin inzibati binası qarşısında Rəşada 500 manat pulu məhz 19 yanvar 2017-ci il tarixdə verdiyini göstərmişdir. Həmin tarixi dəqiq xatırlamasa da, 500 manat pulu verdiyi tarixdə saat 12:00 radələrində istifadəsində olan “99***-***-**-**” mobil nömrəsindən Rəşadın istifadəsində olan mobil nömrələrdən birinə zəng edib Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin yaxınlığına çatması barədə məlumat vermişdir. İstifadəsində olan “99***-***-**-**” mobil nömrəsi ilə Rəşadın istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələri arasında baş tutmuş telefon danışıqları və həmin nömrələrdən göndərilmiş SMS-lər Rəşadın 2016-cı ilin oktyabr ayından etibarən dəfələrlə ona Dövlət Təhlükəsizliyi Xidmətinin lazımi şəxsləri ilə işə düzəlmə məsələsi ilə bağlı danışaraq məbləği aşağı saldığını qeyd etməsi və sonda onu 5000 manat pul verməklə işə düzəlmək təklifini qəbul etməyə razı salması, Rəşada 25 yanvar 2017-ci il tarixdə saat 12:00 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin yaxınlığına çatması barədə məlumat verməsi, həmin tarixdə Dövlət Sərhəd Xidmətinin inzibati binası qarşısında Rəşadla görüşüb 500 manat pul verməsi, ertəsi gün isə Rəşadın onun verdiyi pulu lazımi şəxslərə çatdırıb-çatdırmaması ilə əlaqədar olmuşdur. Hazırda ona dəyən ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, 2000-ci ildən 2023-cü ilin sentyabr ayınadək ailə üzvləri – arvadı X8, oğlu Şahid7 və qızı Şahid8 ilə birlikdə ünvan 9 ünvanında yaşamış, sonradan həmin mənzili borclarını ödəmək üçün satıb Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 1998-2018-ci illərdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində işləmiş, 2018-ci ilin may ayında işləri yolunda getmədiyindən işlədiyi oyuncaq mağazasından işdən çıxmış, daha sonra Rusiya Federasiyası Novosibirsk şəhərinə yollanıb tikinti sahələrində işləmiş, təxminən 2-3 il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Hazırda Masallı rayonu Tüklə kəndində yerləşən qardaşına məxsus torpaq sahəsində işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs təxminən 2015-2016-cı il illərdə tanımışdır. Rəşad arvadı və azyaşlı uşaqları ilə birlikdə onların yaşadıqları binanın qonşuluğunda yerləşən binada, atası Tahir isə onunla eyni blokda yaşamışdır. Həmin dövrdə hər gün səhərdən axşamadək işdə olduğu üçün qonşularla, o cümlədən Rəşadla münasibət yaratmamışdır. Rəşad qonşu olmaqla yanaşı, övladları ilə eyni məktəbin ayrı siniflərində təhsil almışlar. Əvvəllər nə Rəşad, nə də ailə üzvləri ilə aralarında ədavət və ya düşmənçilik, narazılıq, mübahisə və ya münaqişə yaşanmamışdır. 2016-cı ilin sentyabr ayında “Sədərək” ticarət mərkəzində işdə olduğu vaxt Rəşad arvadı və uşaqları ilə birgə ona yaxınlaşıb görüşmüş və işlədiyi dükana daxil olub uşaqları üçün oyuncaqlar almışdır. Daha sonra Rəşad sözə başlayıb bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əvəzinə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə məlumat vermişdir. O isə 2016-cı ilin iyul ayından Naxçıvan Muxtar Respublikası Culfa rayonunda yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmətdə olan oğlu Asifdən söz açmış və oğlunun hərbi xidmətdən qayıtdıqdan sonra iş tapa bilsə, dövlət qulluğunda işləməsini arzuladığını demişdir. Rəşad şans yaranan kimi məlumat vermək üçün mobil nömrəsini soruşmuş və öz istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələrini bildirib nə sözü olsa, istənilən vaxt zəng edə biləcəyini demişdir. Həmin dövrdə istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələrini Rəşada bildirdikdən sonra nömrələri qeyd edərək çıxıb getmişdir. 2017-ci ilin yanvar ayının sonunadək Rəşadla arasında heç bir münasibət və ünsiyyət olmamışdır. 28 yanvar 2017-ci il tarixdə saat 17:00 radələrində Rəşad istifadəsində olan “99***-***-**-**” mobil nömrəsindən onun istifadəsində olan “99***-***-**-**” mobil nömrəsinə zəng edib salamlaşmış və oğlu üçün iş imkanı olduğunu, işlədiyi Xidmətdə yeni vakant vəzifələrin açıldığını, rəhbərliyin həmin vəzifələrə yalnız kasıb təbəqədən olan insanları işə götürmək tapşırığı verdiyini demişdir. Rəşaddan bu barədə ətraflı məlumat verməsini istədikdə Rəşad işin 6000 manat pul müqabilində başa gələcəyini, lakin həmin məbləği 2 saat ərzində, yəni saat 20:00 radələrinədək vermək lazım olduğunu bildirmişdir. Həmçinin Rəşad pulun saat 20:00-dək veriləcəyi təqdirdə lazımi şəxslərlə əlaqə yaradıb oğlunun adını Xidmətin Kadrlar idarəsində qeydə aldırmaqla işlə təmin olunacağına köməklik göstərəcəyini söyləmişdir. Rəşada həmin məbləğdə pulu verməyə maddi imkanı olmadığını dedikdə Rəşad belə şansın bir də heç vaxt ələ düşməyəcəyini qeyd etmiş, dərhal kimdənsə pul borc alıb bu şansı dəyərləndirməsini məsləhət görmüşdür. Asifin hərbi xidmətdə olduğunu xatırlatdıqda isə Rəşad “Biz bu işləri düzüb-qoşana kimi oğlun da əsgərliyini başa vurub birdəfəlik işə başlayar” cavabını vermişdir. Buna baxmayaraq Rəşada yalnız 3000 manat pul verməyə gücü çatdığını bildirmişdir. Rəşad bir qədər sonra “yuxarılarla” danışıb ona xəbər edəcəyini demiş, həmin tarixdə saat 20:00-dək Rəşadla arasında bir neçə telefon danışığı baş tutmuşdur. Danışıqların nəticəsi kimi Rəşad müvafiq şəxsləri 3000 manat pulun verilməsinə razı saldığını və qalan 3000 manatı növbəti 15 gün ərzində verməsi ilə bağlı möhlət aldığını demişdir. Oğlunun dövlət qulluğunda, xüsusilə də hüquq mühafizə orqanlarında işləməsini arzuladığı üçün Rəşadın dedikləri ilə razılaşmış və həmin gün saat 20:00 radələrində Rəşadla “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşərək oğlunun işə düzəlməsi üçün 3000 manat pul vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Rəşad pulu alarkən narahat olmamasını demiş, 15 gün ərzində qalan 3000 manat pulu da hazırlayıb verməsini istəmişdir. 15 fevral 2017-ci il tarixədək, demək olar ki, hər gün istifadəsində olan mobil nömrələrlə Rəşadın istifadəsində olan “99***-***- **-**” mobil nömrəsi ilə əlaqə yaradıb telefonla danışmış, danışıqlar zamanı Rəşaddan pulu lazımi şəxslərə çatdırıb-çatdırmadığını öyrənməyə çalışmış, oğlunun Dövlət Təhlükəsizliyi Xidmətində hansı vəzifədə işləyəcəyini soruşmuş, Rəşad isə suallarına cavab olaraq narahat olmamasını, pulu Xidmətin Kadrlar idarəsində işləyən tanışlarına verdiyini, oğlunun həmin idarədə sənədlərlə işləyəcəyini bildirmiş və “şirin sözlərlə” onu inandırıb arxayınlaşdırmışdır. 2017-ci ilin fevral ayının ortalarında oğlunun işə düzəlməsi üçün tələb olunan pulun qalan 3000 manatını hazır edib Rəşada bu barədə mobil telefonla məlumat vermişdir. Bir neçə gün sonra, yəni 15 fevral 2017-ci il tarixdə saat 20:00 radələrində yenidən Rəşadla “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşərək oğlunun işə düzəlməsi üçün 3000 manat pul vermişdir. Həmin vaxt da yanlarında başqa heç kim olmamışdır. Beləliklə, oğlunun Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsi üçün Rəşada ümumilikdə 6000 manat pul vermişdir. Həmin günlərdə Rəşadı yemək yeməyə dəvət edib söhbət etmiş, bu şəkildə münasibət qurmuşlar. Söhbətlərindən birində oğlu Asifin Culfa rayonunda hərbi xidmətdə olmasından danışarkən Rəşad “Bizim Naxçıvanda adamımız var, DTX-də işləyir. Sən 1000 manat pul ver, oğlunu həmin adama sürücü düzəldim, əsgərliyini sürücü kimi davam etdirsin. Hərbi xidmətini qurtardıqdan cəmi 2 həftə keçən kimi artıq Xidmətdə işə başlayacaq” kimi fikirlər səsləndirməyə və yeni vədlər verməyə başlamışdır. Oğlunun gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətində işləyəcəyini, hərbi xidmətini Xidmətin hərbi hissəsində davam etdirməsinin daha yaxşı olacağını düşündüyü üçün Rəşadın təklifi ilə razılaşaraq 1000 manat pulu vermək qərarına gəlmişdir. Buna görə də 2017-ci ilin mart ayının əvvəllərində Rəşadla “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb oğlunun hərbi xidmət müddətinin qalan dövründə sürücü vəzifəsinə keçirilməsi üçün 1000 manat pul vermişdir. Bir neçə gün sonra Rəşad ona oğlunun sürücü vəzifəsinə keçirilməsi ilə bağlı məsələnin həll edildiyini demiş və bununla bağlı 10 mart 2017-ci il tarixli “əmri” ona təqdim etmişdir. Həmin “əmrdə” Asifin “Xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməklə Müdafiə Nazirliyinin səlahiyyətlərindən çıxarılıb Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi işlər idarəsində xidmətini davam etdirməsinə dair göndərilən sorğuya müsbət cavab verildiyi və bundan irəli gələn məsələlərə müsbət rəy verilməsinə göstəriş verildiyi, mart ayında əmrin icrasının tam şəkildə həll edilməli və hərbi mükəlləfiyyətli əsgər olan “obyektə” (Asifə) “kiçik çavuş” rütbəsinin verilməli olduğu yazılmışdır. Əmr imzalanmadığından və möhürlə təsdiq edilmədiyindən saxta olmasından şübhələnib bunu Rəşada bildirmişdir. Rəşad ona işlədiyi Xidmətdə sənədlər məxfi olduğu üçün onların imzalanmadığını demiş və əmri heç kimə göstərməməsini tapşırmışdır. Rəşadın dediklərinə inansa da, pulu verməsindən bir neçə həftə keçməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. Bu səbəbdən Rəşadla mobil telefon əlaqəsi yaradıb səbəbini soruşmuş, Rəşad səbirli olmasını, tezliklə işin həllini tapacağını bildirmişdir. 2017-ci ilin may ayında söhbət etmək üçün “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşən zaman Rəşad ona bir qədər də səbirli olmasını məsləhət görmüşdür. Həmin vaxt Rəşada qızının universitetə hazırlaşmasını, yaxın müddətdə ali məktəblərə qəbul imtahanında iştirak edəcəyini demiş, Rəşad bunu eşidən kimi “Universitetdə nə var” deyib qızını Dövlət Təhlükəsizliyi Xidmətinin “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən akademiyasında təhsil almağa qəbul etdirməyi və təhsilini başa vurduqdan sonra Xidmətin Mətbuat idarəsinə təyinat alıb işləməsini təklif etmişdir. Rəşada inandığı üçün akademiyaya qəbulun hansı qaydada aparıldığını öyrənmək məqsədilə suallar vermişdir. Rəşad bunun üçün 6000 manat pul, qızına məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatın tələb olunduğunu bildirmişdir. Rəşada yalnız 3000 manat pul verməyə gücü çatdığını dedikdə Rəşad heç bir problem olmadığını, həmin məbləği verməsini, pulun qalanının qızı işləməyə başladıqdan sonra əməkhaqqından tutulacağını demişdir. Ardınca yaşadığı mənzilə gedib bu barədə qızı Könüllə danışmış və sənədlərini akademiyaya verməsinin məqsədəuyğun olduğunu demişdir. Qızının razılığını aldıqdan sonra təhsil almağa qəbul etdirilməsi üçün 2017-ci ilin may ayının ortalarında Rəşadla Xətai rayonu M.Hadi küçəsi ev 75 ünvanının yaxınlığında görüşüb 2500 manat pul, qızına məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestat, bir neçə gün sonra isə “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşüb 500 manat pul vermişdir. Həmin vaxt da yanlarında başqa heç kim olmamışdır. Rəşad 2017-ci ilin avqust ayında akademiyadan qızı ilə əlaqə yaradılıb imtahan verməsi üçün çağırılacağını, imtahanda tanışlarının nəzarətçi olacaqlarını və onların köməyi ilə qızının imtahandan uğurla keçəcəyini bildirmişdir. Təxminən 2 ay gözləmələrinə baxmayaraq Rəşadın verdiyi vədlərdən heç birinə əməl etmədiyindən artıq şübhələnməyə başlamış və 28 iyul 2017-ci il tarixədək istifadəsində olan mobil nömrədən dəfələrlə Rəşadın istifadəsində olan mobil nömrələrə zənglər etmişdir. Lakin Rəşad zənglərin heç birini cavablandırmamış, bir müddət sonra, ümumiyyətlə, mobil nömrələrinə zəng çatmamışdır. Bundan əlavə nə oğlunun xidməti yeri dəyişdirilərək sürücü vəzifəsinə keçirilmədiyindən, nə də qızı ilə hər hansı ali təhsil müəssisəsinə qəbulla bağlı imtahan verməsi üçün əlaqə yaradılmadığından Rəşadın onu aldadaraq 10000 manat pulunu ələ keçirməklə dələduzluq etdiyinə əmin olmuşdur. Bir müddət Rəşadı axtarsa da, axtarışları heç bir nəticə verməmişdir. 2017-ci ilin yay aylarında təsadüfən rastlaşdığı, Rəşadla eyni blokda yaşayan Kənandan Rəşadın harada olmasını bilib-bilməməsi ilə maraqlanmışdır. Kənan ona Rəşadı sonuncu dəfə uzun müddət əvvəl gördüyünü deyib maraqlanmasının səbəbini soruşmuşdur. Kənana Rəşadın onu bir neçə ay əvvəl hərbi xidmətdə olan oğlu Asifin xidməti yerini dəyişib sürücü vəzifəsinə keçirəcəyi, hərbi xidmətdən qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə işə, qızı Könülü isə Xidmətin akademiyasında təhsil almağa qəbul etdirəcəyi adı ilə aldadaraq ümumilikdə 10000 manat pulunu ələ keçirdiyini söyləmişdir. Kənan isə öz növbəsində başına gələnləri nəql edib X4 Xidmətinə işə düzəlmək üçün 3000 manat pul verməsi barədə danışmışdır. Keçən müddət ərzində verdiyi pulları geri almaq üçün dəfələrlə zənglər etməsinə, yaşadığı və gedə biləcəyi ünvanları soraqlamasına baxmayaraq Rəşadı heç yerdə tapa bilməmişdir. Buna görə də özü 2018-ci ilin yanvar ayının sonunda, Kənan isə mart ayının əvvəlində Dövlət Təhlükəsizliyi xidmətinə ərizə ilə müraciət edib Rəşadın əməlləri barədə məlumat vermişdir. Sonradan Kənandan öyrənmişdir ki, Rəşad 2017-ci ilin iyul ayında qanunsuz əməllərinin üzə çıxması və intizamsızlıqları səbəbindən Dövlət Təhlükəsizliyi Xidmətindən işdən çıxarılmışdır. Rəşad onun oğlu X6 Xidmətinə işə düzəldəcəyi, hərbi xidmətdə olduğu müddətdə xidməti yerini dəyişib sürücü vəzifəsinə keçirəcəyi, qızı Könülü isə Xidmətin akademiyasında təhsil almağa qəbul etdirəcəyi adı ilə aldadaraq 2017-ci ilin yanvar ayınin sonlarından may ayının ortalarınadək olan müddətdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında və M.Hadi küçəsi ev 75 ünvanının yaxınlığında ümumilikdə 10000 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmiş, verdiyi pulun hamısı özünə məxsus olmuşdur. Rəşad istifadəsində olan “99***-***-**-**” və “99***-***-**- **” mobil nömrələri ilə həmin dövrdə istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələrinə zəng etməklə onunla əlaqə yaradıb danışmış, Rəşad pulları alarkən heç vaxt yanlarında başqa kimsə olmamış, pulları verməsindən yalnız ailə üzvlərinin xəbəri olmuşdur. Rəşad ona özünü geniş əlaqələrə malik olan dövlət qulluqçusu kimi təqdim etmiş, işlədiyi Dövlət Təhlükəsizliyi Xidmətində Kadrlar idarəsinin əməkdaşları ilə yaxın münasibətlərinin olduğunu və həmin əlaqələri vasitəsilə istənilən məsələni həll etməyə qadir olduğunu bildirmiş və məhz həmin tanışları ilə danışıb oğlu və qızının məsələlərini həll edəcəyini söz vermiş, aldığı pulları Kadrlar idarəsinin əməkdaşlarına çatdıracağını desə də, konkret hər hansı şəxsin adını çəkməmişdir. İstifadəsində olan “99***-***-**-**” mobil nömrəsi ilə Rəşadın istifadəsində olan “99***-***-**-**” və “99***-***-**-**” mobil nömrələri arasında baş tutmuş telefon danışıqları 28 yanvar 2017-ci il tarixdən başlamış, həmin telefon danışıqları hərbi xidmətdə olan oğlunun xidməti yerinin dəyişdirilib sürücü vəzifəsinə keçirilməsi, hərbi xidmətdən qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə işə, qızının isə Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyasında təhsil almağa qəbul etdiriləcəyi ilə bağlı olmuş, Rəşad telefon danışıqları zamanı ona narahat olmamasını, səbirli olmasını, bu məsələlərin tezliklə həllini tapacağını bildirmişdir. Hazırda ona dəyən ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında Şahid1 göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Zərərçəkmiş şəxs1 atasıdır. Təqsirləndirilən şəxs təxminən 1998-ci ildə qonşu kimi tanımışdır. Rəşad kiçik oğlu Kənanla eyni məktəbin ayrı-ayrı siniflərində təhsil almışlar. Əvvəllər Rəşadın atası Tahirlə aralarında yaxşı qonşuluq münasibətləri hökm sürmüşdür. Rəşad 2006-cı ildə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edilmişdir. Rəşadın hansı şöbədə və vəzifədə işləməsi barədə məlumatı olmasa da, işinin rabitə sahəsi ilə əlaqəli olduğunu bilmişdir. Rəşadın atası Tahir də əvvəllər həmin Nazirlikdə sürücü işləmiş və təqaüdə çıxmışdır. Oğlu Kənan bir müddət özəl sektorda çalışmış, 2016-cı ilin sonlarında işsiz qalmışdır. Həmin günlərdə Kənan ona dostu Rəşadın iş təklif etməsi barədə məlumat vermişdir. Bundan sonra Rəşadın özü də bir neçə dəfə onunla telefonla danışıb işlədiyi Nazirlikdə çoxlu işçinin ixtisara salındığı və yeni rəhbərliyin işə yeni əməkdaşlar qəbul edəcəyi barədə məlumat vermişdir. Həmçinin Kənan ona Rəşadın işə yüksək məbləğlərdə pul müqabilində düzələcəyini bildirməsinə baxmayaraq sonda bu məbləğin 6000 manat təşkil edəcəyini deməsi barədə məlumat vermişdir. O, söhbət etmək üçün Kənana Rəşadı yaşadıqları mənzilə dəvət etməsini, bir ata kimi Rəşadla danışacağını bildirmişdir. 2017-ci ilin əvvəllərində Rəşad onunla söhbət etmək üçün onların mənzilinə gəlməyə razılıq vermiş, Kənan işə düzəlməsi üçün Rəşadın tələb etdiyi pulun məbləğini bir neçə dəfə aşağı salmasından şübhələndiyi üçün söhbət zamanı videoçəkiliş aparmağı qərara almışdır. Buna görə Rəşadın mənzilə gəlməsindən təxminən 1-2 dəqiqə əvvəl Kənan böyük oğlu Elçinə məxsus mobil telefonun videokamerasını yandıraraq kənarda gizlətmiş və videoçəkiliş aparmağa başlamışdır. Rəşad mənzilə gələn zaman arvadı Sucayət, oğulları Kənan, Elçin, Mehman və gəlinləri Məhəbbət və Ülviyyə mənzildə olmuş, onun Rəşadla apardığı söhbəti eşitmişlər. Söhbət zamanı Rəşad vəd verdiyi kimi Kənanı 6000 manat pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində işlə təmin etdirəcəyini və məsələnin qısa müddət ərzində həll olunacağını demişdir. O, Rəşada yalnız 5000 manat pul verməyə maddi imkanlarının olduğunu bildirdikdə Rəşad fikirləşmədən bu məbləği götürməyi qəbul etmişdir. Daha sonra o, Rəşada mənzildə 2500 manat pul verə biləcəklərini demiş, sonuncu isə 3000 manat veriləcəyi təqdirdə işin daha sürətlə gedəcəyini nəzərə çatdırmışdır. O, pulun 2500 manatının həmin gün mənzildə, 500 manatının isə bir neçə gün sonra veriləcəyini bildirmiş, Rəşad da bununla razılaşmışdır. Bundan sonra Kənan özünə məxsus 2500 manat pulu gətirib Rəşada vermiş, Rəşad Kənanı özünün işlədiyi Xidmətə işə düzəldəcəyinə dair verdiyi vədi təkrarlayaraq 3000 manat pul tam şəkildə verildikdən sonra işlərə başlanılacağını, Kənan işlə təmin olunduqdan sonra isə əlavə 2000 manat pul verməli olduğunu demişdir. Həmçinin Rəşad həmin gün Kənana məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və ali təhsil haqqında diplomun kserosurətlərini götürmüş və Kənana tərcümeyi-halını yazıb hazır saxlamasını tapşırmışdır. Rəşad pulu alaraq çıxıb getdikdən sonra Kənan videoçəkilişin aparıldığı mobil telefonu götürüb artıq çəkilişin dayandığını görmüşdür. Videoçəkilişə baxan zaman onlara Rəşadla aparılan söhbətin tam şəkildə deyil, yalnız müəyyən hissəsinin qeydə alındığı məlum olmuşdur. Bu söhbətdən bir müddət sonra Kənan Bakı şəhərinin mərkəzində Rəşadla görüşərək əlavə 500 manat pul vermiş, sonuncu isə pulu almasına baxmayaraq bugünədək heç bir iş görməmişdir. Rəşad 2017-ci ilin yanvar ayının sonunda 500 manat pulu aldıqdan sonra onlara qarşı münasibəti dəyişmiş, artıq telefon zənglərinə cavab verməmiş, görüşlərdən yayınmış, zəngləri cavablandırdıqda isə işdə olduğunu və danışa bilmədiyini söyləmişdir. Şübhələndikləri üçün Rəşada açıq şəkildə bunu bildirmiş, sonuncu onlara işin artıq həll edilmək ərəfəsində olduğunu, tezliklə görüşəcəklərini demişdir. Ondan sonra Rəşad sadəcə bir dəfə Kənanla görüşmüş və görüşdən qayıdıb onlara üzərində “Beynəlxalq Əməkdaşlıq İdarəsi”, “Maliyyə İdarəsi”, “Komendantlıq İdarəsi”, “Maddi-texniki təsərüfat idarəsi” və “Mədəniyyət Mərkəzi” sözləri yazılmış sənədin fotoşəklini göstərib siyahıda ona işləməsi üçün təklif edilən struktur qurumların adlarının yazıldığını və onların içərisindən Maddi-texniki təsərrüfat idarəsini seçdiyini bildirmişdir. 2017-ci ilin aprel-may aylarınadək Rəşad oğlu ilə telefonla söhbətlər aparıb işin tezliklə həll olunacağını desə də, sonradan mobil telefonunu söndürməklə onlarla bütün əlaqələrini kəsmişdir. Rəşad aldığı pulu Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar idarəsinə verəcəyini bildirməsinə baxmayaraq sonradan onlara pulun Rəşad tərəfindən etibardan sui-istifadə etmə yolu ilə ələ keçirildiyi məlum olmuşdur. Rəşadın ailə üzvləri onlarla qonşuluqda yerləşən 41 nömrəli mənzildə yaşasa da, Rəşad uzun müddət əvvəl həmin mənzili tərk etmişdir. “99***-***-**-**” mobil nömrəsi daim öz istifadəsində olmuşdur. Həmin mobil nömrə ilə Rəşadın istifadəsində olan “99***-***-**-**” mobil nömrəsi arasında baş tutmuş telefon danışıqlarının konkret məzmunlarını xatırlamasa da, əmindir ki, həmin danışıqlar Rəşadın oğlu X5 Xidmətinə işə düzəltmək məsələləri ilə bağlı aparılmışdır. Çünki o, başqa hər hansı məsələyə görə Rəşadla əlaqə yaradıb danışmamışdır. Xatırladığı qədəri ilə 2017-ci ilin yanvar ayında Kənana valideyn və ağsaqqal kimi Rəşadla danışmaq istədiyini, söhbət etmək üçün Rəşadı yaşadıqları mənzilə dəvət etməsini bildirmişdir. Rəşad həmin gün günorta saatlarında onun mobil nömrəsinə zəng edib Kənanı işə düzəltmək istəməsi barədə ona məlumat vermiş, axşam saatlarında özü Rəşadın mobil nömrəsinə 2 dəfə zəng edib danışmış və ətraflı söhbət etmək üçün Rəşada yaşadıqları mənzilə gəlməsini bildirmişdir. Rəşad həmin gün saat 20:00 radələrində əvvəlcədən mobil telefonla əlaqə yaradıb mənzilə gəlməyin uyğun olubolmadığını soruşmuş, o isə Rəşada buyurub gələ biləcəyini demişdir. Bu danışıqdan təxminən 1 dəqiqə sonra Rəşad mənzilə gəlmişdir. 01 mart 2024-cü il tarixdə oğlu Kənan tərəfindən istintaqa təqdim edilmiş diskin içərisindəki videogörüntü 2017-ci ilin yanvar ayında yaşadıqları ünvan 8 ünvanında qeydə alınmışdır. Videogörüntüdə masa arxasında əyləşmiş şəxslərdən başında papaq olan, eynəkli şəxs onun özü, divanda yanında yanaşı əyləşmiş şəxslər oğulları Elçin və Mehman, masanın baş tərəfində divanda əyləşmiş, əynində ağ-göy zolaqlı köynək olan şəxs böyük oğlu Kənan, videogörüntünün 2 dəqiqə 10-cu saniyəsində masa arxasında əyləşən və arxa tərəfi videokameraya dönük, əynində ağ köynək olan şəxs Rəşad, videogörüntünün 3 dəqiqə 50-ci saniyəsindən etibarən divanda Kənanın yanında əyləşən şəxs isə arvadı Sucayətdir. Rəşad həmin gün axşam saatlarında X2 Xidmətinə işə düzəlməsi məsələsi ilə bağlı mənzilə gəlib onunla söhbət etmiş, Rəşada onu maraqlandıran və narahat edən suallar vermiş, düzgün biri olduğunu, Rəşadı oğlu kimi gördüyünü bildirmiş və ağsaqqallığını nəzərə alıb onları aldatmamasını xahiş etmiş, Rəşad isə proseslə bağlı ətraflı danışıb sualları cavablandırmışdır. Həmin vaxt Rəşaddan bir daha işin 5000 manat pul müqabilində həllini tapacağını soruşmuş, Rəşad isə bunu təsdiq etmişdir. Daha sonra Rəşada mənzildə 2500 manat, bir müddət sonra isə 500 manat verə biləcəklərini bildirmiş, Rəşad bununla razılaşıb Kənandan 2500 manat pul aldıqdan sonra işin tezliklə həllini tapacağını vəd edərək çıxıb getmişdir. Lakin videogörüntüdə Kənanın 2500 manat pulu Rəşada verdiyi an qeydə alınmamışdır. Məhkəmə iclasında şahidlər Şahid5, Şahid2, Şahid4 və Şahid6 ifadələrində Zərərçəkmiş şəxs1 və Şahid1 göstərdiklərini təsdiq etmiş, onlarla eyniməzmunlu ifadələr vermişlər. İstintaq zamanı verdiyi ifadəsində Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 göstərdi ki, 2001-2009-cu illərdə Bakı şəhəri 249 saylı tam orta məktəbdə, 2009-2012-ci illərdə isə Ağdam rayonunda yerləşən orta məktəbdə təhsil almış, səhhətində müəyyən problemlər yarandığından həqiqi hərbi xidmətə getməkdən möhlət hüququ almışdır. 2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Culfa rayonunda yerləşən hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamalarına və eyni məktəbdə təhsil almalarına baxmayaraq aralarında heç bir münasibət olmamışdır. Hərbi xidmətdə olduğu müddətdə atası Nəsib onunla telefon əlaqəsi yaradıb tanışı Təqsirləndirilən şəxs vasitəsilə onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirmək istədiyini bildirmiş, o da atasının bu fikrini müsbət qarşılamışdır. Bir müddət sonra atası yenidən onunla telefon əlaqəsi yaradıb Təqsirləndirilən şəxs köməkliyi ilə onun xidmət etdiyi hərbi hissəni dəyişərək sürücü vəzifəsinə keçirmək istədiyini bildirmiş və o atasının bu fikrinə də razılıq vermişdir. Lakin atasının bildirdiyi məsələlərin heç bir həllini tapmamış, hərbi xidmətini hərbi başa vurub qayıtdıqdan sonra işlə təmin olunmamışdır. Həmin vaxt atası ilə söhbət edərkən Təqsirləndirilən şəxs onu işə düzəltmək və xidmət etdiyi hərbi hissədə vəzifəsini dəyişmək adı ilə atasını aldadaraq hissə-hissə 7000 manat pul aldığı, lakin verdiyi vədlərə əməl etmədiyi məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs onun bacısı Könülün ali təhsil müəssisəsinə qəbul olunması məsələsini həll etməyi üzərinə götürərək bunun müqabilində atasından 3000 manat pul almış, lakin həmin məsələ ilə də bağlı heç bir iş görməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 aldadaraq 10000 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Lakin həmin pulların nə vaxt və harada alınması, eləcə də Təqsirləndirilən şəxs aldığı pulları kimə çatdıracağını bildirməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. 2017-ci ilin mayiyun aylarında atası ondan Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına imtahan vermək istəyib-istəmədiyini maraqlanmış, o isə razılaşaraq həmin akademiyada təhsil almaq istədiyini bildirmişdir. Bundan sonra atası qonşuluqda yaşayan və Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Təqsirləndirilən şəxs vasitəsilə onun akademiyada təhsil almağa qəbul olunma məsələsini həll edəcəyi demişdir. Sonradan Təqsirləndirilən şəxs onun özü ilə əlaqə yaradıb akademiyaya qəbul olunması məsələsini həll edəcəyini, onun üçün ayrılıqda qəbul imtahanının keçiriləcəyini bildirmiş, bu məqsədlə ona məxsus şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestatı atası Nəsibdən götürmüşdür. Daha sonra həmin şəxs onun akademiyaya qəbul olunması müqabilində tələb etdiyi 6000 manat pulun yarısını atasından almışdır. Həmin günlərdə ali məktəblərə İİİ ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak etmək məqsədilə X10 qeydiyyatdan keçmişdir. İmtahan 2017-ci ilin iyul ayının sonuna təyin edilmişdir. Təqsirləndirilən şəxs onun sənədlərini götürdükdən bir müddət sonra bütün işlərin həll olunacağını desə də, imtahanın keçiriləcəyi tarixə təxminən 2 həftə qalmış onlarla bütün əlaqələrini kəsmişdir. Atası Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdükdən sonra şikayət edib verdiyi pulların hamısının qaytarılmasını tələb etmişdir. O vaxtdan sənədləri Təqsirləndirilən şəxs qalmış, şəxsiyyət vəsiqəsi olmadığından qəbul imtahanında iştirak edə bilməmiş, sonuncu sənədlərini qaytarmadığından məcbur olub müvafiq dövlət qurumlarına müraciət edərək yeni şəxsiyyət vəsiqəsi və attestat əldə etmişdir. Sonradan Təqsirləndirilən şəxs onun qardaşı Şahid7 Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək və qardaşına hərbi xidmətlə bağlı köməklik göstərmək müqabilində atasından 7000 manat pul aldığını öyrənmişdir. Lakin həmin pulların nə vaxt və harada alınması, eləcə də Təqsirləndirilən şəxs aldığı pulları kimə çatdıracağını bildirməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid9 göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də həmin şəxslərin ailə üzvlərini əvvəllər tanımamış, onlarla arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs keçmiş arvadıdır. Rəşadın kimdənsə pul almasından məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid12 şahid X7 ilə oxşar məzmunlu ifadə vermişdir. İstintaq zamanı Şahid11 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də həmin şəxslərin ailə üzvlərini əvvəllər tanımamış, onlarla arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs bacısı X1 əridir. Rəşadın zərərçəkmiş şəxslərdən pul almasından və onun digər işlərindən məlumatı olmamışdır. İstintaq zamanı Şahid13 göstərmişdir ki, Təqsirləndirilən şəxs kiçik qardaşıdır. Zərərçəkmiş şəxs1 və ailə üzvlərini uşaqlıqdan tanımış, onlar yaşadıqları binada ünvan 11 ünvanında yaşamış, o və Rəşad Kənan və qardaşları ilə eyni məktəbdə təhsil almış, əvvəllər Kənanın kiçik qardaşı Elçinlə yaxın dost olmuşdur. Sonralar Elçinlə aralarındakı pul məsələsinə görə münasibətləri korlanmışdır. Zərərçəkmiş şəxs2 və ailə üzvlərini isə tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Rəşad 2006-2017-ci illərdə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Nazirliyin ləğv edilməsindən sonra isə təsis olunmuş Dövlət Təhlükəsizliyi Xidmətində rabitə texniki və böyük rabitə texniki vəzifələrində işləmiş, “baş çavuş” hərbi rütbəsi daşımışdır. Atası Tahir də əvvəllər həmin Nazirlikdə sürücü işləmiş, sonradan təqaüdə çıxmışdır. Qardaş olmalarına baxmayaraq Rəşad qapalı insan olduğu üçün gördüyü işlər barədə ona heç nə danışmamış, özü də Rəşaddan nə isə soruşmamışdır. Rəşad 2009-cu ildə yaşadıqları binanın yaxınlığındakı marketdə satıcı işləyən Elnarə ilə rəsmi qaydada ailə qurmuş və həmin nikahdan 2010-cu ildə Murad, 2013-cü ildə isə Emil adlı 2 uşaqları dünyaya gəlmişdir. Onlar evləndikdən sonra təxminən 5 il Bakı şəhəri Xətai rayonu ərazisində müxtəlif ünvanlarda yaşamış, təxminən 2014-cü ildə ünvan 6 ünvanına köçüb orada kirayədə qalmışlar. 2017-ci ilin ortalarında Elnarə onunla əlaqə yaradıb Rəşadın evdən çıxıb getdiyini bildirmiş, harada olması barədə məlumatı olub-olmadığını soruşmuşdur. Həmin gündən keçən təxminən 6 ay ərzində Rəşadın harada olduğunu bilməmiş, Rəşad onunla heç vaxt ünsiyyət saxlamamışdır. Bu müddətdən sonra Rəşad mobil telefon əlaqəsi yaradıb Xaçmaz rayonunda işləməsi, işlərini yekunlaşdıraraq yaxın günlərdə Bakı şəhərinə qayıdacağı ilə bağlı məlumat vermişdir. Bakı şəhərinə qayıdandan sonra Rəşaddan yoxa çıxmasının səbəbini soruşduqda ona Kənandan işə düzəlmək adı ilə pul aldığını, lakin işi düzəldə bilmədiyinə görə ortalıqdan yoxa çıxdığını danışmış, təxminən 5-6 ay arvadı və uşaqları ilə birlikdə kirayədə yaşadığı mənzildə qaldıqdan sonra 2017-ci ilin sonlarında ona məlum olmayan səbəbdən yenidən yoxa çıxmışdır. Bu müddətdə Rəşadı heç yerdə tapa bilməmiş, aralarında uzun müddət heç bir əlaqə olmamışdır. Həmin günlərdə Elnarə azyaşlı uşaqları ilə birlikdə kirayələdikləri mənzildə yaşamağı davam etdirmiş, 2020-ci ilin sentyabr ayında Elnarə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı Rəşaddan boşanmış və uşaqlarının ikisi də analarının himayəsində saxlanılmaqla Rəşadın üzərinə hər ay aliment ödəmək öhdəliyi qoyulmuşdur. Rəşad məhkəmənin çağırışlarından heç birinə gəlmədiyi üçün işə Rəşadın iştirakı olmadan baxılmışdır. Növbəti 2 il ərzində Rəşad aliment borcunu ödəmədiyinə görə və mobil nömrələrinin heç birinə zəng çatmadığına görə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən axtarışa verilmişdir. 2021-ci ildə Rəşad onunla əlaqə yaradıb hal-əhval tutarkən Bakı şəhəri Nizami rayonunda yaşayan Cəmilə adlı qadınla rəsmi qaydada evləndiyini və birlikdə yaşadıqlarını demişdir. Hətta 2022-ci ildə Cəmilə və Rəşadın nikahından Ədilə adlı qızları dünyaya gəlmişdir. Rəşad 2023-cü ilin sonlarında Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və bu barədə ona məlumat veriləndə qardaşının etdiyi dələduzluq faktına görə başlanmış iş üzrə həbs olunduğunu öyrənmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyi üçün Rəşad cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra Rəşad Xətai Rayon Məhkəməsinin məsuliyyətinə verilmiş, məhkəmənin qərarı ilə 10 sutka həbs edilmiş və azadlığa çıxdıqdan sonra mütəmadi şəkildə Elnarəyə məxsus bank kartının hesabına pul köçürərək aliment borcunu hiss-hissə ödəməyə başlamışdır. 09 mart 2024-cü il tarixdə Rəşad onunla əlaqə yaradıb 2017-ci ildə törətdiyi dələduzluq cinayətlərinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğunu və Bakı istintaq təcridxanasına aparılacağını bildirmişdir. Rəşadın törətdiyi cinayət əməlləri barədə məhz həmin vaxt ətraflı məlumatı olmuşdur. 2018-ci ildə Rəşadın təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilməsi, uzun illər axtarışda olması barədə məlumatı olmamış, zərərçəkmiş şəxslərdən yalnız Kənanı tanımış, Nəsib isə tanımamış, görməmiş və münasibəti olmamışdır. Rəşadın 2017-ci ildə Kənana qarşı dələduzluq etdiyini bilsə də, Nəsibə, eləcə də başqa hər hansı şəxsə qarşı eyni əməlləri törətdiyini bilməmiş, Rəşad ona bu barədə heç nə danışmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 01 mart 2024-cü il tarixli ərizəsinə əlavə edərək istintaqa təqdim etdiyi 1 ədəd diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində bununla bağlı göstərilən xüsusatlar təsdiq edilmişdir. Məhkəmə iclasında da həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokollarda Təqsirləndirilən şəxs, Şahid1 və digər şəxslərin adına qeydə alınan telefonlarla aparılan danışıqlar və digər məlumatlat əks edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Təqsirləndirilən şəxs barədə aparılmış yoxlamanın nəticələrinə dair 16 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nin) Xətai rayon idarəsinə xx xxxx 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs özünü DTX əməkdaşı kimi qələmə verməsi, vətəndaşları bu orqana həqiqi hərbi xidmətə qəbul etdirməsi ilə əlaqədar vətəndaşları bu orqana həqiqi hərbi xidmətə qəbul etdirməsi ilə əlaqədar imkanlara malik olduğunu bildirməsi, razılıq verən şəxslərdən müqabilində pul şəklində maddi vəsait əldə etməsi, işə qəbulun uzandığı təqdirdə müxtəlif bəhanələr gətirməklə DTX-nin kadr aparatının rəhbərinin adı ilə “daxili əmr” formasında bu orqanın gerbini əks etdirən sənəd təqdim etməsinə dair məlumat daxil olmuşdur. Yoxlama prosesində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qonşusu – ünvan 8 ünvanında qeydiyyatda olan, xx xxxxx 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə 2016-cı ilin noyabr ayında əlaqə yaradaraq onunla görüşmüş, Milli Təhlükəsizlik Nazirliyi ləğv olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin təsis edilməsindən sonra çoxlu sayda əməkdaşın orqanlardan xaric edilməsi və hazırkı rəhbərliyin göstərişi ilə Xidmətə yeni kadrların cəlb edilməsinə başlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 15000 manat pul müqabilində Xidmətə qəbul etdirə biləcəyini qeyd etmişdir. Məbləğin çox olması səbəbindən sonuncu təklifi qəbul etməmiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs1la əlaqə yaradaraq guya DTXnin Kadrlar idarəsinin əməkdaşı ilə danışaraq aşağı qiymətə onu Xidmətə qəbul etdirə biləcəyini demiş və BU mövzuda 3-4 dəfə danışdıqdan sonra 5000 manat pul müqabilində razılaşmışlar. 12 yanvar 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə gedərək sonuncunun valideynlərinin iştirakı ilə iş mövzusunda danışmış, orqanların baş idarələrinin funksiyaları barədə məlumat vermiş, həmin vaxt Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 2500 manat, təxminən 20 gün sonra isə “Şəhriyar Mədəniyyət evi”nin yanında 500 manat nağd pul verilmiş, pulun qalan 2000 manat hissəsinin isə guya Zərərçəkmiş şəxs1 orqanlarda xidmətə təyinat aldıqdan sonra ödəniləcəyi razılaşdırılmışdır. 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 vaxtaşırı Təqsirləndirilən şəxsla zəngləşərək işin gedişi ilə maraqlanmış, sonuncu vəziyyətdən çıxmaq üçün görüşüb DTX-nin müəyyən idarələrinin adları əks olunan siyahını göstərib seçimini etməsini bildirmiş, Zərərçəkmiş şəxs1 seçimini etdikdən sonra hazır anket (tərcümeyi-hal) blankını tərtib etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla əlaqə yarada bilməmişdir. Təqsirləndirilən şəxs aldatdığı digər şəxsin isə qonşusu – ünvan 9 ünvanında qeydiyyatda olan, xx xxxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 yanvar 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2la görüşüb sonuncunun oğlu Şahid7gu həqiqi hərbi xidmətdə olduğu Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş hərbi hissədən DTX-nin hərbi hissəsinə keçirmək, tərxis olunduqdan sonra DTX-də hərbi xidmətə qəbul etdirmək imkanının olduğunu bildirərək pul müqabilində onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qızı Şahid8 DTX-nin Heydər Əliyev adına Akademiyasına qəbul etdirməyi təklif etmiş və tərəflər razılaşmışlar. Zərərçəkmiş şəxs2 qeyd olunanların müqabilində Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 10000 manat nağd pul vermiş, bundan əlavə Təqsirləndirilən şəxs Şahid8 məxsus şəxsiyyət vəsiqəsi və orta məktəbi bitirməsini təsdiq edən attestatı almışdır. 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs guya Şahid7 “daxili əmrlə” hərbi xidmət yerinin DTX-yə dəyişdirilməsi barədə mətnlər yazılmış, üzərində DTX-nin gerbi, DTX-nin Kadrlar idarəsinin rəisinin rütbəsi, adı və soyadı əks olunan, saxta yolla hazırladığı sənədi Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla əlaqə yarada bilməmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar idarəsinin məlumatına əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2006-cı il tarixdən 22 iyul 2017-ci il tarixədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Xidmətdə müxtəlif “gizir” vəzifələrində xidmət etmiş, xidmət etdiyi dövrdə 05 iyul 2017-ci il tarixdə icazəsiz olaraq xidmət yerinə gəlməməsi səbəbindən və ailə üzvləri, o cümlədən arvadı X7 onun harada olması barədə xəbərsiz olduğundan barəsində xidməti yoxlama aparılmışdır. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, o cümlədən 05 iyul 2017-ci il tarixdə xidməti ərazini icazəsiz tərk etdiyi, ayrı-ayrı şəxslərdən xeyli miqdarda pul borc alaraq qaytarmadığı müəyyən edilmiş, DTX-nin 15 iyul 2017-ci il tarixli əmrinə əsasən o, xidmət etdiyi qurumun adından sui-istifadə etməsinə, müvafiq hüquqi aktların tələblərini, xidmətkeçmə qaydalarını və üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozduğuna, xüsusi xidmət orqanı əməkdaşlarının nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 20 fevral 2019-cu il tarixli xx/xx/1938 nömrəli məktubdan 26 fevral 2019-cu il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatında olan baş çavuş Təqsirləndirilən şəxs 12 dekabr 2006cı il tarixdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 12 fevral 2019-cu il tarixli 1095 nömrəli və 13 fevral 2019-cu il tarixli 1150 nömrəli məktublardan görünür ki, xx xxxx 1986cı il təvəllüdlü, ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 29 mart 2019-cu il tarixli xx/xx-2909 nömrəli məktubdan görünür ki, xx xxxx 1986-cı il təvəllüdlü, ünvan 13 ünvanında qeydiyyatda olan Məcidov X9 qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 13 mart 2024-cü il tarixli 176 nömrəli məktub və həmin tarixli 04 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında daimi qeydiyyatdadır və yaşadığı müddətdə mənzil kommunal istismar sahəsinə qonşulardan və ailə üzvlərindən yazılı, yaxud şifahi surətdə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məlumatlara əsasən iş üzrə icraat xx.xx.2019-cu il tarixli qərarla dayandırılmış, xx.xx.2024-cü il tarixdə təzələnmışdir. İş materiallarında olan məlumatlara əsasən 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Baş Prokurorluğun İstintaq idarəsinə gəlmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan məlumatlara əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-162/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "həbs" qətimkan tədbiri seçilmişdir. 16 mart 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona göstərilən maddələrlə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsüf edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə zərərçəkmiş şəxslərə vurulan ziyanın ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut:- Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş, üzərində Şahid7 hərbi xidmət yerinin həmin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dəyişdirilməsi barədə mətnlər yazılmış, həmin Xidmətin gerbi və Kadrlar idarəsinin rəisinin rütbəsi, adı və soyadı əks olunmuş sənəd və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş, içərisində 12 yanvar 2017-ci il tarixə aid videogörüntünün olduğu 1 ədəd disk (“DVD”) cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri Bakı şəhəri "Güvən" Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri "Güvən" Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə maddi sübut:- Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş, üzərində Şahid7 hərbi xidmət yerinin həmin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dəyişdirilməsi barədə mətnlər yazılmış, həmin Xidmətin gerbi və Kadrlar idarəsinin rəisinin rütbəsi, adı və soyadı əks olunmuş sənəd və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş, içərisində 12 yanvar 2017-ci il tarixə aid videogörüntünün olduğu 1 ədəd disk (“DVD”) cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri "Güvən" Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri "Güvən" Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar