Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-102/2023 12.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı X3, müdafiəçi - Bakı şəhər 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi Qəhraman qızının və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxxx 1991-ci il tarixdə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, Qazax rayonu Qaymaqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının snayperi, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənəddən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının snayperi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olmaqla Bakı şəhərində məzuniyyətdə olan zaman, yüksək məbləğdə kredit əldə etmək məqsədilə xidmət yoldaşı olan N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyası komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Şahid1 vasitəsilə əlaqə yaratdığı, şəxsiyyəti istintaqa məlum olmayan “Ramin” adlı mülki vətəndaşdan məzmunu həqiqətləri əks etdirməyən və yalan məlumatlar daxil olunmaqla qanunsuz hazırlanmış hüquq verən sənədi, yəni Daxili Qoşunların N nömrəli hərbi hissəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun fotoşəkli yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə DQ 001439” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş sənədi 19 yanvar N0N3-cü il tarixdə günorta saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında əldə edərək qeyd olunan sənədi saxta olduğunu bilə-bilə kredit götürmək məqsədilə "xxxx" ASC-nin Müştəri Xidməti Mərkəzinə daxil olmaqla bank əməkdaşına təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmiş, lakin bank əməkdaşları tərəfindən “DQ 001439“ seriya və nömrəli şəxsi vəsiqənin həqiqəti əks etdirməyən saxta sənəd olması aşkar edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən N0NN-ci ilin oktyabr-noyabr aylarında N nömrəli hərbi hissənin ərazisində kapitan Şahid1 ilə söhbət zamanı ailəsində xəstəsinin olduğunu, müalicə üçün, həmçinin müəyyən miqdarda borclarının olması səbəbindən 15-N0 min manat civarında kredit götürmək istədiyini, lakin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan ona qeyd olunan məbləğdə kredit verilmədiyini bildirmişdir. Həmin vaxt Şahid1 tanışlarının olduğunu, həmin adamların mülki şəxslər olmasını, bankdan kredit götürülməsində ona köməklik edərək bunun müqabilində bankdan ona veriləcək kredit məbləğindən N5 faizini kömək edəcək şəxslərə çatdırılmalı olması barədə məlumat vermiş, lakin tanışları olan mülki şəxslərin hansı formada kredit götürülməsində ona kömək edəcəkləri barədə bir söz deməmişdir. Təxminən N0NN-ci ilin dekabr ayında Şahid1 məxsus telefon nömrəsi ilə əlaqə saxlayaraq sonuncuya N0N3-cü ilin yanvar ayında məzuniyyətə çıxacağını, kredit götürülməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Şahid1 da Bakı şəhərində olan tanışları vasitəsilə köməklik edə biləcəyini və bankdan götürəcəyi ümumi kredit məbləğindən həmin tanışlarına N5 faizini vermək şərtilə məsələnin həll olunacağını söyləmişdir. Bundan sonra o, razılaşaraq məzuniyyətə çıxacağı ərəfədə məlumat verəcəyini bildirmiş, 14 yanvar N0N3-cü il tarixdə Şahid1 ilə əlaqə saxlayaraq bir neçə gün sonra məzuniyyətə çıxaraq Bakı şəhərinə gedə biləcəyini demiş, aralarında olan danışıq zamanı sonuncu şəxsi vəsiqəsinin, hərbi biletininin 1-ci və N-ci vərəqəsinin, həmçinin vəzifəsinin qeyd olunduğu hissənin, şəxsiyyət vəsiqəsinin hər iki üzünün və özünün qurşaqdan yuxarı şəklini çəkərək göndərməyini söyləmişdir. Bundan sonra tələb olunan sənədləri hazır edərək whatsapp mobil tətbiqində Şahid1 göndərmişdir. 17 yanvar N0N3-cü il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq həmin gün Bakı şəhərinə yola çıxmağını, İnqilab prospektində yerləşən “ASAN Xidmət”-in yanındakı “ASAN Kommunal”-dan kredit borcunun olub-olmaması ilə bağlı sənəd almağını və 3x4 ölçüdə şəkil çəkdirərək göndərməyini bildirmişdir. 18 yanvar N0N3-cü il tarixdə səhər saatlarında yola düşərək Bakı şəhərinə gəldikdən sonra ona bildirilən sənədləri əldə edərək bu barədə Şahid1 məlumat vermiş, sonuncu bundan sonra 19 yanvar N0N3-cü il tarixdə səhər saat 8-9 radələrində “İnşaatçılar metrostansiyası”-nın yaxınlığında yerləşən “Şaurma 1” adlı restoranın qabağında olmağını və tanışları olan mülki şəxslərin ona yaxınlaşacağını bildirmişdir. Bundan sonra həmin tarixdə və vaxtda o, “İnşaatçılar metrostansiyası”-nın yanına gələrək “Şaurma 1” restoranın önündə gözləməyə başlamışdır. Bir qədər gözlədikdən sonra iki nəfər mülki şəxs ona yaxınlaşaraq “Zaurun dediyi adam sənsən?” deyə soruşduqda o həmin adamın özü olduğunu bildirmişdir. Həmin şəxslər anket məlumatları barədə ona hər hansı məlumat verməmiş, daha sonra ona 3x4 ölçüdə şəkil çəkdirməli olduğunu deyərək birlikdə “İnşaatçılar metrostansiyası”-nın yanında yerləşən fotostudioya getmişlər. Fotoşəkil çəkdirdikdən sonra həmin şəxslər şəkilləri götürüb oradan uzaqlaşmış, bundan sonra Şahid1 ilə əlaqə saxlayaraq bu barədə məlumat verdikdə sonuncu ona “Şaurma 1” restoranının qabağında gözləməyini və həmin tanışlarının yenidən gələcəyini, həmin müddət ərzində maaş kartından çıxarış əldə etməyini bildirmişdir. Yaxınlıqda yerləşən “Kapital Bank”-dan çıxarış əldə edib 3-4 saat orada gözlədikdən sonra təxminən günorta radələrində səhər saatlarında onunla görüşən iki mülki şəxs yanlarında da əlavə bir nəfər mülki şəxs olmaqla ona yaxınlaşmış və onlar taksi vasitəsilə İnqilab prospektində yerləşən “X8”-ın qarşısına gəlmişlər. Taksidən düşdükdən sonra həmin şəxslər ona bankın daxilində bank əməkdaşı tərəfindən harada, hansı vəzifədə və rütbədə xidmət etməyi barədə soruşulduqda guya Daxili Qoşunların “NZS” deyilən ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət etdiyini, bölük komandiri olduğunu və baş leytenant hərbi rütbəsi daşıdığını deyərək bank əməkdaşına yalan məlumat verməyini bildirmişlər. Həmin şəxslər ona guya baş leytenant rütbəsində Daxili Qoşunlarda bölük komandiri kimi xidmət etməyi barədə bank əməkdaşına yalan məlumat verməyini bildirdikdən sonra onda artıq şübhə yaranmışdır. Bundan sonra ona məxsus əsl şəxsi vəsiqəsini götürərək yaşıl üzlü “Zabitin şəxsi vəsiqəsi” yazılmış sənədi vermişlər. Həmin vaxt o, “Zabitin şəxsi vəsiqəsi” yazılmış sənədin saxta olduğuna əmin olmuşdur. Bundan sonra 19 yanvar N0N3-cü il tarixdə saat 15 radələrində həmin mülki şəxslərdən biri ilə banka daxil olmuş və növbə götürmüşdür. Həmin mülki şəxs isə bankın girişində onu gözləmişdir. Ona verilmiş “Zabitin şəxsi vəsiqəsi”nə diqqətlə fikir verməsə də, həmin sənədin saxta olmasından yuxarıda qeyd etdiyi səbəblərə görə əmin olmuş, bank əməkdaşına yaxınlaşaraq “Zabitin şəxsi vəsiqəsi” yazılmış saxta sənədi şəxsən təqdim edərək kredit götürmək istədiyini bildirmişdir. Adını bilmədiyi bank əməkdaşı baş leytenant hərbi rütbəsində olduğunu soruşduqda özü də yalandan baş leytenant hərbi rütbəsində olduğunu deyərək cavab vermişdir. Bank əməkdaşı “Zabitin şəxsi vəsiqəsi” yazılmış saxta sənəddə guya xidmət etdiyi Daxili Qoşunların N nömrəli hərbi hissəsi, hərbi hissə komandiri və hansı bölükdə xidmət etməyi ilə əlaqəli ona bir neçə sual versə də özü həmin hərbi hissədə xidmət etmədiyindən, buna görə də məlumatlı olmadığından cavab verə bilməmiş və nəticədə bank əməkdaşı ondan şübhələnmişdir. Bir qədər keçdikdən sonra həmin bank əməkdaşı təqdim etdiyi “Zabitin şəxsi vəsiqəsi” yazılmış saxta sənədi digər bir bank əməkdaşına təqdim etmiş, həmin şəxs onunla söhbət edərək banka təqdim etmiş olduğu “Zabitin şəxsi vəsiqəsi” yazılmış sənədin saxta olduğunu söyləmiş və özü də təsdiqləyərək həmin sənədin saxta olduğunu, əslində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyini, əməlindən peşman olduğunu, həmin saxta sənədi özünün hazırlamadığını bildirmişdir. Daha sonra isə həmin bank əməkdaşı ilə sağollaşaraq bankın binasını tərk etmiş, “Zabitin şəxsi vəsiqəsi” yazılmış saxta sənəd isə bankda qalmışdır. Bankı tərk edərkən onunla banka daxil olmuş mülki şəxs orada olmamış, bundan sonra Şahid1 ilə əlaqə saxlayaraq baş verənlər barədə məlumat vermiş və əsl şəxsi vəsiqəsinin yuxarıda qeyd olunan mülki şəxslərdə olduğunu və şəxsi vəsiqəni geri qaytarmasını tələb etmişdir. Bir qədər keçdikdən sonra Şahid1 zəng edərək şəxsi vəsiqəsinin “N0 yanvar metrostansiyası”-nın yaxınlığında dəqiq ünvanını bilmədiyi yerdə yerləşən “Top.az”-a qoyulduğunu demiş, özü isə bundan sonra ora gedərək əsl şəxsi vəsiqəsini götürmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsindən əlavə şahid ifadələri, ekspert rəyi, maddi sübut və eyni zamanda digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə zenit-raket artilleriya batareyasının komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, N0NN-ci il tarixdə növbəti məzuniyyətinə çıxaraq Bakı istiqamətində gəldiyi zaman taksidə olarkən şəxsi ehtiyacları ilə əlaqədar olaraq pul lazım olduğundan kredit götürmək məqsədilə Kapital Bank ASC-nin 196 Çağrı mərkəzinə zəng etmiş, danışıq zamanı Kapital Bank ASC-nin əməkdaşı ondan şəxsiyyət vəsiqəsində olan məlumatları öyrəndikdən sonra sistemə baxaraq adına əvvəllər də Kapital Bank ASC-dən kredit götürdüyünü, gecikməsinin olduğunu və bu səbəbdən kredit verilə bilməyəcəyi barədə məlumat vermişdir. Taksidə onunla Bakı şəhərinə gedən sərnişinlərdən biri özünü “Ramin” kimi təqdim edərək harada xidmət etməyi barədə soruşaraq, kredit götürmək istəməyi ilə bağlı bank əməkdaşı ilə arasında olan telefon danışığına şahid olduğunu demiş, həmçinin tanışının olduğunu, kredit götürmək istəyəcəyi təqdirdə köməklik edə biləcəyini və bunun müqabilində götürüləcək ümumi kredit məbləğindən N5 faizinin verilməli olduğunu söyləmişdir. Özü də kredit götürmək istədiyini bildirmiş və Bakı şəhərinə çatdıqdan sonra bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Məzuniyyətdən xidmət yerinə qayıtdıqdan bir neçə gün keçdikdən sonra Ramin adlı şəxslə əlaqə saxlamış və kredit götürülməsi proseduru ilə bağlı daha ətraflı məlumat verməsini bildirmişdir. Danışıq zamanı Ramin adlı şəxsdən hansı formada özünə köməklik edəcəyini soruşduqda sonuncu bank sahəsində çalışan tanışlarının olduğunu, kredit götürülməsi ilə əlaqədar müəyyən üsullarla köməklik edəcəyini, zəruri prosedurları həyata keçirdikdən sonra Bakı şəhərində görüşərək dediyi banka yaxınlaşmaqla kredit götürməyini, həmçinin əldə etdiyi kreditin N5 faizi məbləğində pulu əl haqqı kimi əziyətinin qarşılığı olaraq verməli olduğunu bildirmişdir. Lakin, bundan sonra Ramin adlı şəxsə hazırda Bakıya gəlmək imkanının olmadığını, yalnız növbəti məzuniyyəti götürdüyü zaman əlaqə saxlayacağını bildirmişdir. Ramin adlı şəxs ümumiyyətlə ona saxta sənəd hazırlayacağı ilə bağlı heç bir söz deməmişdir. Hərbi hissədə olarkən Ramin adlı şəxsin özünə dedikləri barədə hərbi hissədə bir neçə hərbi qulluqçuya məlumat vermiş, təxminən N0NN-ci ilin oktyabr-noyabr aylarında Kəlbəcər rayonunun Xudavəng kəndində yerləşən hərbi hissənin 3-cü taborunda olduğu vaxt Təqsirləndirilən şəxs onun yanına gələrək ailəsində xəstəsinin olduğunu, həmçinin müəyyən miqdarda borclarının olmasını, kredit götürmək istədiyini söyləmiş, o da Ramin adlı tanışının olduğunu, həmin tanışının kredit götürülməsində köməklik edə biləcəyini, bunun müqabilində bankdan götürüləcək ümumi kredit məbləğindən N5 faizi miqdarında pul istədiyini bildirmişdir. Təxminən N0NN-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng edib N0N3-cü ilin yanvar ayında məzuniyyətə çıxacağını, kredit götürülməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da tanışı Ramin adlı şəxs ilə əlaqə saxlayıb məsələ barədə məlumat vermiş, sonuncu heç bir problemin olmadığını, köməklik edə biləcəyini dedikdən sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. 14 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs bir neçə gün sonra məzuniyyətə çıxaraq Bakı şəhərinə gedə biləcəyini demiş, o da Ramin adlı şəxs tələb etdiyindən həmin vaxt Təqsirləndirilən şəxs şəxsi vəsiqəsinin 1 və N-ci vərəqəsini, həmçinin vəzifəsinin qeyd olunduğu hissəni, eləcə də şəxsiyyət vəsiqəsinin hər iki hissəsini və qurşaqdan yuxarı şəkil çəkdirərək özünə göndərməyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göndərdiyi sənədləri öz növbəsində Ramin adlı şəxsə göndərmişdir. 17 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq həmin gün Bakı şəhərinə yola çıxmasını, İnqilab prospektində yerləşən ASAN xidmətin yanındakı ASAN Kommunal-dan kredit borcunun olubolmaması ilə bağlı sənəd almasını və 3x4 ölçüdə şəkil çəkdirərək göndərməyini demişdir. Təqsirləndirilən şəxs istədiyi bütün sənədləri Ramin adlı şəxs ona demiş və o da öz növbəsində sonuncunun dediklərini Təqsirləndirilən şəxs çatdırmışdır. 18 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq İnqilab prospektində yerləşən Asan Komunala gedərək “MKR” adlı sənədi əldə etdiyini söyləmiş, özü də bütün bu proses ilə bağlı mütəmadi olaraq Ramin adlı şəxsə məlumat vermişdir. Ramin adlı şəxs onunla əlaqə saxlayaraq 19 yanvar N0N3-cü il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs “İnşaatçılar metrostansiyası”-nın yaxınlığında yerləşən “Şaurma 1” adlı restoranın qabağında gözləməsini və tanışı olan iki nəfər şəxsin Təqsirləndirilən şəxs yaxınlaşacağını və birlikdə banka gedəcəklərini bildirmiş və özü bu barədə eyni qaydada Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra qeyd olunan vaxtda Təqsirləndirilən şəxs “İnşaatçılar metrostansiyası”-nın yanına getmiş, orada həmin iki mülki şəxs ona yaxınlaşmış və həmin gün onlar birlikdə banka getmişlər. Sonradan Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq “X8” ASC-nin filialında olduğunu, Ramin adlı şəxsin göndərdiyi mülki şəxslərin saxta zabit vəsiqəsi təqdim etdiklərini, həmin sənəddə guya Daxili Qoşunlarda zabit kimi xidmət etməsinin qeyd olunduğunu, həmin saxta vəsiqə ilə bank əməkdaşına yaxınlaşdıqdan sonra sənəd saxta olduğundan kredit verilmədiyini, bununla bağlı izahatının alındığını, hərbi biletinin əslini həmin mülki şəxslərə verdiyini demiş və hərbi biletinin qaytarılmasını tələb etmişdir. Bundan sonra o, Ramin adlı şəxslə əlaqə saxlayıb sonuncuya iradını bildirməklə Təqsirləndirilən şəxs hərbi biletinin qaytarılmasını tələb etmiş. Ramin adlı şəxs Təqsirləndirilən şəxs məxsus hərbi biletin “N0 yanvar metrostansiyası”-nın yaxınlığında dəqiq ünvanını bilmədiyi yerdə yerləşən “Top.az”-a qoyulacağını dedikdən sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş ŞahidN ittihama uyğun ifadə verib ifadəsində Seymur İsamyılovun törətdiyi cinayət əməlini təsdiq etmişdir. "xxxx" ASC-nin Bank Təhlükəsizliyi Departamentindən daxil olmuş N3 yanvar N0N3-cü il tarixli 6-3/0N/0N-3N9 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs 19 yanvar N0N3-cü il tarixdə bankın Müştəri xidməti mərkəzinə müraciət edərək öz fotoşəkli və anket məlumatları əks olunan Daxili Qoşunların baş leytenantına məxsus “Zabitin şəxsi vəsiqəsi”ni kredit götürmək məqsədilə özünə məxsus sənəd kimi bank əməkdaşına təqdim etmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsindən təqdim olunan N fevral N0N3-cü il tarixli 3-13-14-N5/N-16N4/N0N3 nömrəli məktuba əsasən, həmin hərbi hissədə xx xxxxxxx 1991-ci il tarixdə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs adında şəxs xidmət etməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş N4 fevral N0N3-cü il tarixli 4/N40-5/N3N nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan N1 iyun N017-ci il tarixli DQ № 001439 nömrəli zabitin şəxsi vəsiqəsinin 3-cü və 4-cü səhifələrində “Polkovnik” yazıları qarşısındakı imzalar və 7-ci səhifənin orta və aşağı hissələrində “Polkovnik” yazıları qarşısındakı imzalar – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin vəsiqənin 1,N,3,4,7 və 1N-ci səhifələrindəki möhür əksləri axınlı çap qurğuda çap edilmişdir. 1,N,3-cü səhifələrdəki möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş Daxili Qoşunların Baş İdarəsinə məxsus möhürün eksperimental əks nümunələri ilə, həmçinin 3,4,7,1N-ci səhifələrdəki möhür əkslərinin təsvirləri isə ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissəyə aid möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi və içərisində özünə və Şahid1 məxsus səs fonoqramlarının olduğunu bildirdiyi bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin daxilindəki səs fonoqramlarında Təqsirləndirilən şəxs ilə Şahid1 arasında kredit götürülməsi, saxta vəsiqədən istifadə edilməsi və s. oxşar məzmunlu mövzular ətrafında həyata keçirilən “watsapp” danışıqları qeydə alınmışdır. "xxxx" MMC-nin təqdim etdiyi bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.N0N3-cü il tarixdə saat 15:5N:40-da Şahid1 istifadəsində olan **********57 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********64 saylı mobil nömrəyə “Sənədlərini götürüb çıx cole” məzmunlu SMS göndərilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, 19 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri ərazisi olaraq, Şahid1 istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi isə Gəncə şəhəri, Göygöl və Kəlbəcər rayonlarının ərazisi olaraq göstərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 1N dekabr N016-cı il tarixli 355 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifələrinin icrasına başlamışdır Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ona görə də, məhkəmə, işin şərh edilən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halı nəzərə alaraq barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1-ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.N-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CMin 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 3N0.N-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə .M.X1 N nömrəli hərbi hissəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun fotoşəkli yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə DQ 001439” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş saxta zabit vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. məhkəmə xərcləri 1N5 (bir yüz iyirmi beş) manat təşkil edir (məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası xərcləri). İş üzrə məhkəmə xərcləri 1N5 (bir yüz iyirmi beş) manat təşkil edir (məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizası xərcləri) təqsirləndirilən şəxsdən tutularaq XN hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CMin 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış M.X1 N nömrəli hərbi hissəsində baş leytenant hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun fotoşəkli yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə DQ 001439” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş saxta zabit vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri təşkil etmiş 1N5 (yüz iyirmi beş) manat (məhkəməxətşünaslıq ekspertizası üzrə) Təqsirləndirilən şəxs tutularaq XN hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızına sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0(yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1-1(093)-102/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-102/2023
12.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver