Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-102/2024 17.05.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi iilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 2004-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Yevlax rayonu ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantı kimi hərbi xidmətdə olarkən, üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun 7-ci kursant bölüyünün 37-ci tədris qrupunun kursantı kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən, 19 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Baş Klinik Hospitalına müayinəyə göndərilmiş, həmin gün saat 14 radələrində hospitalın ərazisini özbaşına tərk edərək Bakı şəhəri Nərimanov rayonu ərazisində dostunun kirayə yaşadığı evə getmiş və 27 yanvar 2024-cü il tarixdə saat 23 radələrində xidmət yerinə qayıtmaqla, üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib göstərdi ki, o, 11 sentyabr 2023-cü il tarixdən 16 fevral 2024cü il tarixədək Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun 7-ci kursant bölüyünün 37-ci tədris qrupunun kursantı vəzifəsində xidmət etmiş, 16 fevral 2024-cü il tarixdə isə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric olunaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. O, Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun 7-ci kursant bölüyünün 37-ci tədris qrupunun kursantı kimi xidmətdə olduğu vaxt, 19 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində müayinə olunmaq məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aparılmış, həmin gün hospitalda müayinələrdən keçdikdən sonra saat 14 radələrində hospitalın ərazisini özbaşına tərk edərək dostunun Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayə yaşadığı evə getmiş və 27 yanvar 2024cü il tarixdə saat 23 radələrində instituta qayıtmışdır. 16 fevral 2024-cü il tarixdə isə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric olunaraq əsgər kimi xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Xidmətlə bağlı hər hansı problemi olmamış, ona qarşı nizamnamədən kənar hərəkətlərə yol verən olmamış və hərbi xidmətə münasibəti normal olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır, Ermənistanla şərti sərhəddə xidmətini davam etdirir, bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X1 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ittihamda qeyd edilən tarixlərdə xidmət yerini özbaşına tərk etməsini təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 12 avqust 2022-ci il tarixli 63 №-li və 11 sentyabr 2023-cü il tarixli 547 №-li əmrindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunaraq həmin institutun 5-ci kursant taborunun 17-ci kursant bölüyünün kursantı vəzifəsinə, 11 sentyabr 2023-cü il tarixdə isə həmin institutun 2-ci kursant taborunun 7-ci kursant bölüyünün 37-ci tədris qrupunun kursantı vəzifəsinə təyin olunmuşdur. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 19 yanvar 2024-cü il tarixli 19 №-li əmrindən çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müayinəyə getmiş və həmin gün saat 14 radələrində hospitalın ərazisini özbaşına tərk etmişdir. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 29 yanvar 2024-cü il tarixli 29 №-li əmrindən çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saat 23 radələrində instituta qayıtmışdır. Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 16 fevral 2024-cü il tarixli 47 №-li əmrindən çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə həmin institutdan xaric olunaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2024-cü il tarixli 55 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N fevral 2024-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli 1347 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs praktiki sağlam olmaqla hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin 08 fevral 2024-cü il tarixli 3/407 nömrəli məkubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs çağırış üzrə hərbi xidmətdə olarkən üzrlü səbəblər olmadan xidmət yerini üç gündən artıq, lakin on gündən çox olmayan müddətə özbaşına tərk etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, xidmət etmək arzusunda olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 333.1-ci maddəsi ilə 6 (altı) ay müddəttə intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti olaraq tətbiq edilməklə 6 (altı) ay sınaq müddəti müəyyən edilməsini məhkəməyə təklif etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və dövlət ittihamçısının çıxışını, Təqsirləndirilən şəxs hazırda Ermənistanla şərti sərhəddə həqiqi hərbi xidmət keçməsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını, həmin Məcəllənin 70ci maddəsinə əsasən sınaq müddəti verilməklə şərti cəza təyin edilməsini, barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə xidmət etdiyi dövrdə nümunəvi xidmət etmək, komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirmək, ordu sıralarından tərxis olunduqdan sonra isə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri “Güvən” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə xidmət etdiyi dövrdə nümunəvi xidmət etmək, komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirmək, ordu sıralarından tərxis olunduqdan sonra isə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqdan sonra isə yaşayış yeri üzrə Yevlax İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-102/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-102/2024
17.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver