Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-103/2024 30.04.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Seydulla oğlunun iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6 küçəsi döngə 4 ev 33 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, əvvəllər məhkum olunmamış, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Təqsirləndirilən şəxs Seydulla oğlunun Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kazımzadə X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçısı – heyət nəfəri vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin avqust ayının əvvəllərində şəxsi ehtiyaclarına sərf etmək üçün yüksək məbləğdə kredit götürmək qərarına gəlsə də, banklardan ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək məbləğdə kredit verilmədiyi bildirildiyindən, digər şəxs tərəfindən qanunsuz hazırlanmış hüquq verən və vəzifədən azad edən rəsmi sənədi, yəni məzmununda guya xx.xx.2022-ci il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən verilməsinə, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində taqım komandiri kimi “leytenant” rütbəsində xidmət etməsinə dair qeydlər aparılmış, habelə müvafiq vəzifəli şəxsin adından imza çəkilmiş və saxta möhür əksi vurulmuş, “leytenant” rütbəli hərbi qulluqçunun geyimində fotoşəkli yapışdırılmış saxta “MN” seriyalı “0076054” nömrəli şəxsi vəsiqəni, habelə guya əvvəllər "xxxx" ASC-dən əməkhaqqı almasına dair "xxxx" ASC-nin Bakı şəhər Yasamal rayon filialından verilən onun “510307******2138” nömrəli əməkhaqqı kartında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əməliyyatların aparılması göstərilmiş, habelə saxta möhür və ştamp əksləri vurulmuş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə saxta çıxarışı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində əldə etmiş və həmin gün saat 11 radələrində adı çəkilən vəsiqəni, habelə ödəniş kartı üzrə çıxarışı digər sənədlərlə birlikdə "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 157 ünvanında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən “ASAN 3” şöbəsində kredit üzrə mütəxəssisə təqdim etməklə, hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənəddən bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Seydulla oğlu Azərbaycan Respublikası CM-nın 320.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçısı-heyət nəfəri vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən təxminən 2023-cü ilin iyul ayının sonlarında avqust ayının əvvəllərində Bakı şəhəri ərazisində yerləşən müxtəlif banklara kredit götürmək üçün müraciət etsə də, 6 aylıq iş stajı tamam olmadığına görə banklar tərəfindən ona kredit verilməsindən imtina edilmiş, həmçinin ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün kreditin yalnız zaminlə veriləcəyi bildirilmişdir. Təxminən avqust ayının əvvəllərində N nömrəli hərbi hissədə onunla eyni əməliyyat qrupunda xidmət edən Şahid3 5000 (beş min) manat məbləğində kredit götürmək istədiyini, lakin iş stajı kifayət etmədiyinə görə banklar tərəfindən ona kredit verilməsindən imtina edildiyini bildirmiş, Şahid3 isə ona saxta sənəd hazırlaya bilən tanışının olduğunu, bankdan kredit götürməkdə ona köməklik edə biləcəyini bildirərək həmin şəxsə zəng etmişdir. Şahid3 adını bilmədiyi şəxslə mobil telefon vasitəsi ilə danışdıqdan sonra həmin şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona vermiş, bundan sonra o, Şahid3 ona verdiyi ***-***-**-** mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək özünü təqdim etmiş və nömrəni Rəşaddan aldığını bildirmişdir. Bu zaman həmin şəxs ona Rəşadla danışdığını və ona pul qarşılığında saxta sənəd hazırlayaraq bankdan 5000 (beş min) manat kredit götürməsinə köməklik edəcəyinə dair vəd vermiş, lakin krediti götürdükdən sonra hər 1000 (min) manat üçün 300 (üç yüz) manat, ümumilikdə isə 1500 (min beş yüz) manat məbləğində pul verməli olduğunu demişdir. O, həmin şəxsin təklifi ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə həmin şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsinin, hərbi vəsiqəsinin əvəz edicisinin, həmçinin "xxxx" ASC-yə məxsus maaş kartının və ¾ fotoşəklinin şəklini həmin şəxsə göndərmişdir. Bundan sonra həmin şəxs ona banka təqdim etmək üçün hazırlayacağı saxta sənədlərin növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə hazır olacağını və saat 08:00-da Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb ona verəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə səhər saat 08:00-da Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasına gedərək saxta sənəd düzəldən şəxsə zəng etdikdə həmin şəxs ona saxta sənədləri özünün gətirə bilməyəcəyini, lakin həmin sənədləri digər şəxslə göndərəcəyini bildirmiş, bundan təxminən 5 dəqiqə sonra onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə +1(217) ***-**-** mobil nömrəsindən zəng gəlmiş, zəng edən şəxs ona 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının qarşısına gəlməsini, sənədləri orada ona verəcəyini bildirmişdir. Bundan sonra o, həmin gün saat 11 radələrində 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının qarşısına getmiş, ora çatdıqda həmin şəxsə mesaj yazaraq deyilən yerdə olduğunu və əynində hansı paltarların olduğunu bildirmişdir. Bir qədər sonra həmin şəxs ona yaxınlaşaraq guya zabit kimi xidmət etməsini təsdiq edən saxta xidməti vəsiqəni, "xxxx" ASC-dən saxta ödəniş kartı üzrə çıxarışı ona təqdim etmiş və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının içərisində olan "xxxx" ASC-nin müvafiq şöbəsindən kredit götürməsini, krediti götürdükdən sonra 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının qarşısında görüşərək 1500 (min beş yüz) manatı orada ona verməsini bildirmişdir. O, saxta xidməti vəsiqəni və ödəniş kartı üzrə çıxarışı götürdükdən sonra 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasınının ikinci mərtəbəsinə qalxmış, orada olan aparatdan növbə üçün qəbz götürmüş, qəbzi götürdükdən sonra proqram vasitəsi ilə bank əməkdaşlarından birinə yönləndirilmişdir. O, müvafiq pəncərəyə yaxınlaşaraq bank əməkdaşına 5000 (beş min) manat məbləğində kredit götürmək istədiyini bildirmiş və şəxsiyyət vəsiqəsini, saxta xidməti vəsiqəni, həmçinin saxta ödəniş kartı üzrə çıxarışı bank əməkdaşına təqdim etmişdir. Bir qədər sonra onun bank əməkdaşına təqdim etdiyi sənədlərin saxta olduğu aşkar edildiyindən o, ilk öncə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin mühafizə otağına, daha sonra isə polis əməkdaşları tərəfindən Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə aparılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs Seydulla oğlunun ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində Təqsirləndirilən şəxs onun çalışdığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, X5 küçəsi 157 ünvanında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən “ASAN 3” şöbəsinə daxil olmuş və növbə götürərək ona yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs nə ilə bağlı yaxınlaşdığını soruşduqda, Təqsirləndirilən şəxs kredit götürmək istədiyini, hərbi qulluqçu olduğunu bildirərək özü ilə gətirdiyi şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı, hərbi qulluqçunun şəxsi vəsiqəsini ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs harada xidmət etdiyini soruşduqda Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu və leytenant hərbi rütbəsində xidmət etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xidməti vəsiqəsinə baxdığı zaman sonuncunun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, leytenant hərbi rütbəsində xidmət etdiyini görmüş, lakin Təqsirləndirilən şəxs həmin vaxt mülki geyimdə olmuşdur. O, Təqsirləndirilən şəxs hansı məbləğdə kredit götürmək istədiyini soruşduqda ona 10000 (on min) manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədləri skan edərək “BPM” adlanan sistemə daxil etmiş və Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğundan həmin sənədələr "xxxx"nın baş idarəsinə göndərilmişdir. Bundan sonra "xxxx"nın risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Şahid2 daxili telefonla onunla əlaqə saxlayaraq kredit üçün müraciət etmiş Təqsirləndirilən şəxs şübhəli müştəri kimi qiymətləndirdiyini və ona çarpaz suallar verməsini təklif etmişdir. Bundan sonra Şahid2 telefonda ona Təqsirləndirilən şəxs ünvanlamasını istədiyi sualları səsləndirmiş və o, həmin sualları Təqsirləndirilən şəxs ünvanlamış, Təqsirləndirilən şəxs isə həmin suallara dəqiq cavablar verməmişdir. Ən sonda o, Təqsirləndirilən şəxs zabit yox, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu bildirdikdə Təqsirləndirilən şəxs özünün həqiqətən də zabit olmadığını, əslində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu, pula ehtiyacı olduğundan saxta sənədlə kreditə pul götürmək istədiyini bildirmişdir. Bundan sonra bank rəhbərliyi dərhal baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına məlumat vermiş və Təqsirləndirilən şəxs ilk öncə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin mühafizə otağına daha sonra isə polis əməkdaşları tərəfindən Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid "xxxx" ASC-də kreditlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, X5 küçəsi 157 ünvanında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən “ASAN 3” şöbəsinə daxil olmuş və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin məlumat bölməsindən növbə götürərək həmin şöbənin satış üzrə mütəxəssisi Şahid1 yaxınlaşmışdır. Təqsirləndirilən şəxs kredit götürmək istədiyindən və hərbi qulluqçu olduğunu dediyindən Şahid1 Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədləri skan edərək “BPM” adlanan sistemə daxil etmiş və həmin sənədələr "xxxx"nın kreditlərin idarə edilməsi şöbəsinə göndərilmişdir. Bundan sonra o, daxili telefonla Şahid1 ilə əlaqə saxlayaraq kredit üçün müraciət etmiş Təqsirləndirilən şəxs şübhəli müştəri kimi qiymətləndirdiyini və ona çarpaz suallar verməsini təklif etmişdir. Daha sonra o, telefonda Təqsirləndirilən şəxs ünvanlamasını istədiyi sualları Şahid1 bildirmiş və Şahid1 həmin sualları Təqsirləndirilən şəxs ünvanlamışdır. Təqsirləndirilən şəxs həmin suallara dəqiq cavablar vermədiyindən o, baş vermiş hadisə barədə bank rəhbərliyinə məlumat vermiş, rəhbərlik isə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin mühafizə xidmətinə müvafiq məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilk öncə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin mühafizə otağına daha sonra isə polis əməkdaşları tərəfindən Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsində Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında qeydə alınmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin daxilində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bank xidmətinin kredit şöbəsinə müraciət edən Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər bankın kredit mütəxəssisi Şahid1 tərəfindən yoxlanılan zaman müvafiq sənədlərdə (hərbi bilet və əməkhaqqından çıxarış) şübhəli hal aşkar olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 10 yanvar 2024-cü il tarixli 5/1775 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına olan “MN” seriyalı “0076054” nömrəli zabitin şəxsi vəsiqəsinin blankı mətbəə üsulu ilə hazırlanmamış, axınlı çap qurğusunda (printerdə) çap edilmişdir, həmin vəsiqənin 1-ci, 2-ci, 3-cü, 8-ci, 12-ci səhifələrində olan möhür əkslərinin və 15ci səhifəsində olan ştamp əksinin təsviri və "xxxx" ASC-də Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödəniş kartı üzrə çıxarışda olan möhür əksinin və ştamp əkslərinin təsvirləri başqa sənəddə olan müvafiq möhür və ştamp əkslərindən rəqəmsal qurğu (skaner, fotoaparat, çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı çap üsulu ilə çap olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-25-14/2-420/24 xaricolma nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs AD-0064270 nömrəli “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” blankı verilmiş, lakin MN0076054 nömrəli “zabitin şəxsi vəsiqəsi” blankı heç bir zabitə ayrılmamışdır və hal-hazırda X3 saxlanılır. İş materiallarında olan telefon danışıqları və məlumatlara dair "xxxx" MMC-dən daxil olmuş kompakt diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X2 arasında xx.xx.2023-cü il tarixdə müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-nin 50.1-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-nin 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-nin 50.3-cü maddəsi). Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə göstərilənləri və hazırda müddətdən artıq həqiqi hərbi xitmətdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi yer üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə həvalə olunmalıdır. Xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan MN ******* nömrəli saxta xidməti vəsiqə, habelə "xxxx" ASCdən adına tərtib olunmaqla saxta möhür və ştamp əksləri vurulmuş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə saxta çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 80 (səksən) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin, xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan MN ******* nömrəli saxta xidməti vəsiqə, habelə "xxxx" ASC-dən adına tərtib olunmaqla saxta möhür və ştamp əksləri vurulmuş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə saxta çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-103/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-103/2024
30.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver