Məhkəmə qərarları › İş №1-1(093)-104/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-104/2023

08.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-104/2023 08.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri NN saylı vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxx N000-ci il tarixdə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuş, Hacıqabul rayonunun Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Babayev XN Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N dekabr N0NN-ci il tarixdən N yanvar N0N3-cü il tarixədək, yəni on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Bundan əlavə, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən N yanvar N0N3-cü il tarixdən N6 yanvar N0N3-cü il tarixədək, yəni on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N dekabr N0NN-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş, N yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, habelə N yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş, N6 yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. N0N3-cü ilin mart ayında xidməti uyğunsuzluqla ordu sıralarından tərxis edilmişdir. Xidmət yerini özbaşına tərk etməsinin səbəbi ailə və şəxsi problemləri olmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun qərargah rəisi – tabor komandirinin müavini, mayor Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən ailə və şəxsi problemləri səbəbindən N dekabr N0NN-ci il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş, N yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, habelə N yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş N6 yanvar N0N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, baş leytenant X1 və həmin taborun 8-ci bölüyünün komandiri, baş leytenant Şahid3 Şahid1la eyni məzmunlu ifadələr vermişlər. N nömrəli hərbi hissə komandirinin N6 dekabr N0NN-ci il tarixli 390 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə N nömrəli hərbi hissədən gəlmiş və şəxsi heyətinin siyahısına bütün növ təminatlarla daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 394 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 13 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış, vəzifələrinin icrasına başlamış və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 18 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə gəlmədiyi üçün vəzifəsindən azad edilmiş, hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N6 yanvar N0N3-cü il tarixli 3N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış, vəzifələrinin icrasına başlamış və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N0N3-cü il tarixli 7N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 08 əç nömrəli əmri ilə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə əsasən ehtiyata buraxıldığına görə 0N mart N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə göndərilmişdir. Həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs N0N1-ci ildən etibarən 3 (üç) il müddətinə, yəni N0N4-cü ilədək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 15 fevral N0N3-cü il tarixli 1N86 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sıradankənar hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cümaddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.N-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Qubadlının azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medallar ilə təltif olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının yalnız hərbi qulluqçulara tətbiq edilməsi göstərildiyindən məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə barəsində Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın N5-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 6N-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.N3, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral N008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 6N.N-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Odur ki, məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı müstəsna hal hesab edib barəsində 6N.1-ci maddəsini tədbiq etməklə CM-in 333.3-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini qanunun tələblərinə və cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-in 44.N-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən şərh edilənləri nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından barəsində Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsini tətbiq edərək Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzalardan daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 6N.1-ci maddəsi tətbiq edilməklə 100 (yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Hacıqabul rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar