Məhkəmə qərarları › İş №1-1(093)-105/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-105/2024

11.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-105/2024 11.06.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: Əliyev Fikrət Hüseyn oğlu (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx N001 -ci il tarixdə Quba rayonunda anadan olmuş, Quba rayonunun Şuduq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri XN qəsəbəsi Kərim Kərimov küçəsi ev 19 mənzil 43 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhəri XN qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin avtomobil və elektrotexniki bölüyünün N-ci elektroqaz taqımının 1-ci manqasının dizelçi-elektriki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N0 noyabr N0N3-cü il tarixdə, gecə, saat 0N radələrində Sumqayıt şəhərinin XN qəsəbəsinin Dənizçilər küçəsində sərxoş vəziyyətdə fikirli halda gəzdiyi vaxt əvvəldən tanımadığı vətəndaş Zərərçəkmiş şəxs küçə ilə tək hərəkət etdiyini görmüş, həmin vaxt bəzi şəxslərə pul borcu olduğunu xatırlayaraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs üzərində ola biləcək pulunu ələ keçimək qərarına gəlmiş və bu məqsədlə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs yaxınlaşıb qəsdən əllərinin iç hissəsi ilə arxadan sonuncunun çiyin nahiyəsinə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs sol qolu üstə asfalt örtüyün üzərinə yıxıldıqda sonuncunun müqavimət göstərməsinin, qışqıraraq hər hansı şəxsi köməyə çağırmasının qarşısını almaq üçün əlləri ilə ağzını tutmuş, ardınca Zərərçəkmiş şəxs qış gödəkçəsinin papağını ağız və burun nahiyələrinə sıxıb boğmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «sol saidin yuxarı 1/3-nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı» xəsarətlərini yetirmiş, bundan sonra öz cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərində olan bütün pulları ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs boğulduğu üçün nəfəs almaqda çətinlik çəkmiş, üzərində hər hansı məbləğdə pulunun olmadığını bildirməklə onu buraxmasını xahiş etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı məbləğdə pulunun olmadığına əmin olduqdan sonra onu buraxaraq hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 181.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, N fevral N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin avtomobil və elektrotexniki bölüyünün N-ci elektroqaz tağımının 1-ci manqasının dizelçi-elektriki vəzifəsinə təyin olunmaqla həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etməyə başlamışdır. Onun maddi vəziyyəti aşağı olmuş, borcları və krediti olduğuna görə özüözlüyündə sıxılmış, hər dəfə borclarını necə qaytaracağı barədə düşünmüşdür. O, 19 noyabr N0N3-cü il tarixdə, həftənin bazar günü evdə olarkən borclarına görə anidən sıxılmış və sıxıntılarından xilas olmaq üçün evdən çıxaraq bir qədər gəzmək, tanış qızlarla vaxt keçirib spirtli içki qəbul etmək qərarına gəlmiş, tanış qızları Sumqayıt şəhərinə dəvət edib onlarla spirtli işki qəbul etmiş, N0 noyabr N0N3-cü il tarixdə saat 01:N0 radələrində qızları taksi ilə Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən yaşadıqları evə aparmış, saat 0N radələrində həmin taksi ilə Bakı şəhərindən çıxmış və saat 0N:N0 radələrində yaşadığı Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinə çatmışdır. O, taksidən düşüb sərxoş vəziyyətdə qəsəbə ərazisini gəzərkən borcları yadına düşmüş və sıxılmağa başlamış, həmin vaxt, yəni N0 noyabr N0N3-cü il tarixdə saat 0N:30 radələrində qəsəbənin küçəsi ilə təxminən 60-65 yaşlı, əlində çörək olan bir qadının hərəkət etdiyini görmüş, həmin qadının işdən gəldiyini güman edərək üzərində pulunun olacağını düşünmüşdür. Pula çox ehtiyacı olduğundan, eləcə də spirtli içkinin təsiri altında həmin qadının arxasınca qaçaraq ona qarşı zor tətbiq etmək, onu qorxutmaq, lazım gələrsə pul əldə etmək üçün onu boğaraq pul tələb etmək qərarına gəlmişdir. Qərarına uyğun olaraq o, sürətli şəkildə həmin qadının arxasınca qaçıb sağ əlinin iç hissəsi ilə sonuncunun sağ çiyin nahiyəsinə arxadan qüvvətli zərbə vurmuş və zərbənin təsirindən qadın müvazinətini itirərək asfaltın üzərinə yıxılmışdır. Həmin vaxt qadının baş nahiyəsi və sağ qolu asfalt örtüyə dəymiş, lakin sonuncunun başında papaq olduğu üçün başı xəsarət almamışdır. O, qadını yerə yıxdıqdan sonra üzərində olan pulunu ələ keçirmək məqsədilə əvvəlcə əlləri ilə qadının yaxasından yapışmış, qışqıraraq səs-küy salmasının qarşısını almaq üçün əlləri ilə qadının ağzını tutmuş, daha sonra qadının əynində olan qış gödəkçəsinin papağını sonuncunun ağız və burun nahiyəsinə tutub qadını boğaraq, pula ehtiyacı olduğunu və üzərində nə qədər pul varsa dərhal həmin pulları ona verməsini, əks təqdirdə qadın üçün yaxşı olmayacağını bildirib, sonuncunu hədələmişdir. Həmin qadın kasıb insan olduğunu, çörək bişirmə sexində işə yeni başladığını və pulunun olmadığını bildirərək həyəcanlı şəkildə onu buraxmasını ondan xahiş etmişdir. O, qadının üzərində pul olmadığını görüb, özünə problem yaranmaması üçün sonuncunu sərbəst buraxaraq məscid istiqamətinə qaçmışdır. Qanunsuz hərəkətlərə yol verdiyi şəxsin Zərərçəkmiş şəxs olması polis bölməsində ona sonradan məlum olmuşdur. Hazırda etdiyi əməldən çox peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, 19 noyabr N0N3-cü il tarixdən N0 noyabr N0N3-cü il tarixə keçən gecə saat 0N:30 radələrində xəmirçi kimi işlədiyi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 60 nömrəli uşaq bağçasının yaxınlığındakı çörək bişirmə sexindən işlərini bitirdikdən sonra çıxıb evə doğru hərəkət edən zaman küçədə heçkim olmamış, küçə boş və sakit olmuşdur. Hava soyuq olduğuna görə o, həmin gecə qalın geyinmiş, əynində papaqlı üst geyimi, eyni zamanda başında əlavə papaq olmuşdur. Evə çatmasına təxminən N0-30 metr qalmış arxa tərəfdən kiminsə qaçaraq ona tərəf yaxınlaşdığını hiss etmişdir. O, geriyə çevrildikdə N0-N1 yaşlı, təxminən 165-170 sm boylu, ağ rəngli gödəkçə və göy rəngli cins şalvar geyinmiş bir oğlanın ona doğru gəldiyini görmüşdür. O, həmin oğlanın harasa tələsdiyini düşünüb, yanından ötüb keçəcəyini zənn edərək telefonun işığını yandırmaq məqsədilə telefonuna baxmış, lakin həmin oğlan qaçaqaça birbaşa onun üzərinə gəlib hər iki əlləri ilə onun kürək və qol nahiyəsinə kobud şəkildə zərbə vurmuş, zərbənin təsirindən o, müvazinətini itirərək sol tərəfi üstə yerə yıxılmışdır. O, yerə yıxılan zaman başının qulaqdan yuxarı hissəsi, yəni başının sol tərəfi və sol dirsək nahiyəsi asfalt örtüyə dəymişdir. Həmin vaxt başında qalın papaq olduğu üçün başı ciddi xəsarət almamış, lakin sol dirsək nahiyəsi asfalta dəydiyi üçün sıyrılmışdır. O, yerə yıxılan zaman bədəninin müxtəlif hissələrində, xüsusən də asfalta dəyən hissələrində kəskin ağrılar hiss etmişdir. O, bu zaman nə baş verdiyini, habelə həmin şəxsin bunu hansı məqsədlə etdiyini başa düşməmişdir. O, yerə yıxıldıqdan sonra həmin şəxs onun yanına gəlib, dizi üstə duraraq əlləri İlə onun ağız və burun nahiyələrindən tutub sıxmış, bununla da onun qışqırıb kömək çağırmasına mane olmuş, daha sonra əynində olan qış gödəkçəsinin papağını burnuna və ağzına tutmaqla onu boğmağa başlamışdır. O, bir anlıq həmin şəxsin onu öldürəcəyini düşünmüşdür. Onun sol qolu alt tərəfində qalsa da, sağ qolu boşda qalmış, lakin o, boğulduğu üçün, habelə həmin şəxs ondan daha qüvvətli olduğundan sonuncuya müqavimət göstərə bilməmişdir. O, həmin şəxsin əllərini kənara çəkib, ağzından və burnundan uzaqlaşdırmağa çalışsa da, o, uzanıqlı vəziyyətdə olduğundan buna gücü çatmamışdır. O, bu vəziyyətdə təxminən 30-40 saniyə qaldıqdan sonra həmin şəxs onun huşunun gedəcəyini hiss edib əlini boşaltmış, lakin qışqıraraq kömək çağırmasın deyə gödəkçəsinin papağını ağız və burun nahiyəsində saxlamışdır. O, dərin nəfəs aldıqdan sonra həmin şəxsdən nə istədiyini soruşmuş, sonuncu ona “mənə pul lazımdı, pul ver mənə, pul ver buraxım çıx get” deyərək onu hədələmiş, o isə “ay bala mən kasıb adamam çörək sexində xadimə işləyirəm, vallah mənim pulum yoxdur, məni burax" deyə həmin şəxsə bildirmişdir. Bundan sonra həmin şəxs onun pulunun olmadığını müəyyən edib, həyəcanlı şəkildə onu buraxaraq qəsəbənin məscidi istiqamətinə qaçmışdır. Həmin şəxs onu sərbəst buraxdıqdan dərhal sonra o, ayağa qalxmış, yenidən gəlib üzərinə hücum çəkəcəyindən qorxaraq tələsik yaşadığı evə tərəf qaçmışdır. O, evə daxil olan kimi baş vermiş hadisə barədə oğlu Şahid1 danışmış, oğlu Şahid1 dərhal evdən çıxıb həmin şəxsi tapacağını dedikdə, o, həmin şəxsin görünüşü barədə oğluna məlumat vermişdir. Təxminən 40 dəqiqədən sonra oğlu həmin şəxsi taparaq polis əməkdaşlarına məlumat verdiyini, qeyd olunan şəxsin polis əməkdaşları tərəfindən bölməyə aparıldığını ona bildirmişdir. O, bölmədə olarkən gecə saatlarında ona qarşı qanunsuz hərəkətlər edən şəxsin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs hadisə baş verən gün tanımış, əvvəllər onunla aralarında hər hansı tanışlıq münasibətləri, ünsiyyət və əlaqə olmamışdır. Hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs yaşadığı evi taparaq baş vermiş hadisəyə görə ondan üzr istəmiş, əməlindən peşman olduğunu, ona dəymiş mənəvi ziyana görə əzab çəkdiyini bildirməklə üzrxahlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs valideynləri də onların evlərinə gələrək ondan üzr istəməklə oğullarının bağışlanmasını istəmişdir. Təqsirləndirilən şəxs gənc və hərbiçi olduğunu nəzərə alaraq ona qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamış, barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.N0N4-cü il tarixli ərizəsində göstərilmişdir ki, o Təqsirləndirilən şəxs bağəşlamış, onunla barışmışdır, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid - Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti taborunun 1-ci bölüyünün polis nəfəri, polis serjantı ŞahidN göstərdi ki, o, 19 noyabr N0N3-cü il tarixdə saat N0:00-dan, N0 noyabr N0N3-cü il tarixə, saat N0:00-dək ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə işinin təmin edilməsi məqsədilə xidmət yoldaşı, polis baş serjantı Şahid3 ilə birlikdə post-patrul naryadına təyin olunmuşlar. Onlar N0 noyabr N0N3-cü il tarixdə gecə saat 03 radələrində «9140» çağırışlı avtopatrulla Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Pirəkəşkül küçəsində təyin olunmuş marşurut üzrə post-patrul xidmətini təşkil edərkən vətəndaş Şahid1 idarəetdiyi «Mersedes» markalı avtomobillə onlara yaxınlaşaraq bir nəfər tanımadığı şəxsin anasına qarşı zorakı hərəkətlər edərək pulunun tələb etməsi, daha sonra məscid tərəfə qaçaraq getməsi barədə məlumat vermişdir. Vətəndaş Şahid1 həmin məlumatı onlara verdikdən sonra əynində ağ rəngli gödəkçə və göy rəngli cins şalvar olan bir nəfər şəxsin üzü onlara tərəf gəldiyini görmüşlər. Həmin şəxsin hərəkətləri onlarda şübhə doğurduğundan, onlar avtomobildən düşərək həmin şəxsi saxlayıb, hara getdiyini soruşmuşlar. Həmin şəxs onlara “yeyib-içib kafedən çıxmışam, evə gedirəm”deyə bildirmişdir. Bu zaman «Mersedes» markalı avtomobilin sürücüsü, vətəndaş Şahid1 mobil telefon vasitəsilə anasına görüntülü zəng edərək həmin şəxsi anasına göstərmiş, anası mobil telefonda həmin şəxsi gördükdən sonra “bəli, bu adam idi, mənə hücum edən”-deyə onlara bildirmişdir. Bundan sonra onlar həmin şəxsdən baş vermiş hadisə barədə sorğu-sual etdikdə, sonuncu törətdiyi əməli etiraf etmişdir. Daha sonra həmin şəxs saxlanılaraq ərazi üzrə Sumqayıt şəhər polis idarəsinin N-ci polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin isə Zərərçəkmiş şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid - Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti taborunun 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı Şahid3 ŞahidN ilə eyniməzmunlu ifadə vermiş, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş (ölkədən kənarda olduğundan məhkəmədə iştirakı təmin edilməmiş, ifadəsi tədqiq edilmişdir) Şahid1 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan N ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs N0N3-cü ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşadıqları fərdi yaşayış evinin yaxınlığında yerləşən çörək bişirmə sexində xadimə, eyni zamanda xəmirçi kimi işə düzəlmişdir. Həmin çörək bişirmə sexi gecə saatlarında da fəaliyyət göstərmiş, anasının iş rejimi hər gün saat NN:30-da başlayıb saat 0N:30-da bitmişdir. 19 noyabr N0N3-cü il tarixdə gecə saat N3 radələrində anası Zərərçəkmiş şəxs sözügedən çörək bişirmə sexinə işə getmiş, həmin gecə, yəni N0 noyabr N0N3-cü il tarixdə saat 0N:40 radələrində yaşadıqları evdə olarkən anası Zərərçəkmiş şəxs həyəcanlı şəkildə evə daxil olduğunu görmüşdür. O, anasından nə olduğunu soruşduqda, anası cavab olaraq bir nəfər N0-N1 yaşlarında, əynində ağ rəngli gödəkçə, göy rəngli cins şalvar olan orta boylu gənc bir oğlanın evin yaxınlığında üzərinə hücum çəkib arxadan vuraraq yerə yıxdığını, yıxıldıqdan sonra əlləri İlə ağzını və burnunu tutaraq boğduğunu, həmçinin pul tələb etdiyini, daha sonra buraxaraq məscid istiqamətinə qaçdığını bildirmişdir. O, anasının dediklərindən sonra dərhal bayıra çıxıb, həmin şəxsi axtarmağa getmişdir. Atasına məxsus, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı, «CN00» modelli “**-EO-***” dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbənin ərazisində təxminən 30 dəqiqə həmin şəxsi axtarmışdır. Həmin vaxt məsciddən bir qədər aralıda əynində ağ rəngli gödəkçə, göy rəngli cins şalvar olan bir nəfər təxminən N0-N1 yaşlı gənc oğlanın yolun əks tərəfi ilə üzü ona tərəf gəzə-gəzə gəldiyini görmüş və anasına hücum edən şəxsin həmin şəxs olduğunu müəyyən etmişdir. O, həmin şəxsin şübhələnməməsi üçün avtomobili bir qədər irəli sürdükdə “Post Patrul Xidmətinə" aid polis avtomobilinin gəldiyini görmüş və həmin avtomobilə yaxınlaşıb onlardan irəlidə hərəkət edən gənc oğlanın bir neçə dəqiqə əvvəl anasının üzərinə hücum edib pul tələb etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və daxil olmuş şifahi müraciət barədə sonuncuya məlumat vermişlər. Daha sonra o, mobil telefon vasitəsilə anasına görüntülü zəng edərək həmin şəxsi anasına göstərmiş, anası həmin şəxsi gördükdən sonra hücum edənin qeyd olunan şəxs olduğunu təsdiq etmişdir. Bundan sonra həmin şəxs yol verdiyi qanunsuz hərəkətlərini, yəni həmin gecə saat 0N:30 radələrində anasının üzərinə hücum çəkib vuraraq yerə yıxdığını, yerdə anasını boğaraq pul tələb etdiyini etiraf etməklə ondan üzr istəmiş, lakin o, yaşlı qadına qarşı bu cür hərəkət edilməsinin bağışlanılmaz olduğunu həmin şəxsə bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi bölməyə dəvət etmiş, təklifə əsasən həmin şəxs polis əməkdaşlarının müşayiəti ilə H.Z.Tağıyev qəsəbəsində yerləşən N-ci polis bölməsinə aparılmışdır. Həmin faktla əlaqədar Sumqayıt şəhər polis idarəsinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N-ci polis bölməsində araşdırma təyin olunmuş, növbəti gün, yəni N0 noyabr N0N3-cü il tarixdə səhər saatlarında anası ilə birlikdə bölməyə gedib izahat vermişdir. O, bölmədə olarkən gecə saatlarında anasına qarşı qanunsuz hərəkətlər edən şəxsin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs hadisə baş verən gün tanımış, əvvəllər onunla aralarında hər hansı tanışlıq münasibətləri, ünsiyyət və əlaqə olmamışdır. Hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs yaşadıqları evi taparaq baş vermiş hadisəyə görə anasından üzr istəmiş, əməlindən peşman olduğunu, anasına dəymiş mənəvi ziyana görə əzab çəkdiyini bildirməklə üzrxahlıq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında N0 noyabr N0N3-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Kiçik Pirəkəşkü! küçəsi olmuşdur. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs N0 noyabr N0N3-cü il tarixdə saat 03 radələrində həmin ünvanda hərəkətdə olan zaman tanımadığı orta yaşlı qadının üzərində olan pulları almaq üçün qadına güc tətbiq edərək yerə yıxdığını, ağzını tutaraq boğduğunu və üzərində olan pulları tələb etdiyini bildirmişdir. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. İfadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, 08 fevral N0N4-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçisinin və digər proses iştirakçılarının yanında sərbəst şəkildə ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəni bir daha təsdiq edərək hadisə yerində ifadəsində göstərilənləri bir daha yerində göstərmiş, hadisənin harada baş verdiyini, Zərərçəkmiş şəxs haradan və hansı formada dayanaraq hücum etdiyini əyani şəkildə göstərmiş, onun ifadəsini yerində yoxlayan zaman bilavasitə hadisə yerində göstərdiyi xüsusatlar şübhəli şəxs qismində verdiyi ifadəsində göstərilənlərlə üst-üstə düşmüşdür. Məhkəmə-tibb ekspertinin N0 noyabr N0N3-cü il tarixli, 1868 saylı rəyindən görünür ki, məhkəmə tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində sol saidin yuxarı 1/3nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı xəsarəti aşkar edilmişdir. Həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gəlməsi istisna edilməmiş, müddəti şəxsin müayinəsindən 1 günə qədər olmaqla, yəni xx.xx.N0N3-cü il tarixə uyğun gəlmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının N7 noyabr N0N3cü il tarixli, 3303 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları adekvat olaraq qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Əyləncələrə meyillilik, eqosentrizm, öz maraqlarına uyğun davranmaq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri (əyləncələrə meyillilik, eqosentrizm, öz maraqlarına uyğun davranmaq, məsuliyyətsizlik) fonunda spirtli içkiyə aludəçiliyi sözügedən hadisəni törətməsinə zəmin ola bilmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən psixi- emosiona! sferasında emosional oyamqlıq yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Hadisə baş verən vaxt o, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin Post Patrul Xidməti taborunun 1-ci bölüyünün polis nəfəri, polis serjantı ŞahidN tərəfindən tərtib edilmiş N0 noyabr N0N3-cü il tarixli raportdan görünür ki, N0 noyabr N0N3-cü il tarixdə 9140 çağırışlı avtopatrulla Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində təyin olunmuş marşurut üzrə post-patrul xidmətini təşkil edərkən 1 nəfər əynində ağ rəngli gödəkçə olan şəxsin hərəkət etdiyini görərək onu saxlamış, həmin vaxt mersedes markalı avtomobili idarə edən şəxs onlara yaxınlaşaraq saxlanılan şəxsin sonuncunun valideyninə hücum çəkərək pul tələb etməsi barədə məlumat vermişdir. Daha sonra həmin şəxs saxlanılaraq ərazi üzrə Sumqayıt şəhər polis idarəsinin N- ci polis bölməsinə gətirilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs isə Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. N0 noyabr N0N3-cü il tarixli, A/N135 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji" X3 daxil olmuş xx.xx.N0N4-cü il tarixli, 19/51-687 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Quba Rayon Mərkəzi Xəstəxanası” X3 daxil olmuş xx.xx.N0N4- cü il tarixli, 18-1-56/N-51/N0N4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada narkoloji və psixatrik kabinetində qeydiyyatda olmamış, həmçinin stasionar və ambulator dispanser müalicədə olmamışdır. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında N0NN-ci ildə tərtib olunmuş bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli 35 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 01 fevral N0NN-ci il tarixli 013əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin avtomobil və elektrotexniki bölüyünün elektroqaz taqımının elektroqaz manqasının dizelçielektriki vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, N fevral N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İşdə olan xx.xx.N0N4-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral N0N4-cü il tarixdə saat 1N:50-də tutulmuşdur. Bakı Hərbi Məhkəməsinin 4-1(093)-13/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarından və həmin işdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə Bakı Hərbi Məhkəməsinə təqdimat verilmiş, təqdimata baxılması xx.xx.N0N4-cü il tarixə, saat 17:N0-yə təyin edilmiş, təqdimata baxılaraq təmin ediməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından buraxılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 4-1(105)-1/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 4-1(093)-13/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilərək həmin qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə təqdimat təmin edilmiş, onun barəsində həbs qətimkan seçilərək məhkəmə iclas zalından həbs edilmiş və həbsetmənin əvvəli xx.xx.N0N4-cü il tarixdən hesablanmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs N7 09 N0N0-ci il tarixdən 10.11 N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 'Vətən müharibəsi’ndə iştirak etmiş, “Kəlbəcərin azad olunmasına görə, “Qubadlının azad olunmasına görə", ‘”Zəngilanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı” medailari ilə rəltif olunmuşdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməsini, göstərdiyi şücayətə görə “ Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə", ‘”Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, Vətən Müharibəsindəki xidmətlərini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 fevral N0N4-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən N0 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.N və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara 03 may N018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 1N0 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.N0N4-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral N0N4-cü il tarixdə saat 1N:50-də tutularaq saxlanmış və xx.xx.N0N4-cü il tarixdə məhkəmə iclas zalından buraxılmışdır. Onun tutularaq saxlanıldığı 0N (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.N.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 fevral N0N4-cü il tarixdən 09 fevral N0N4-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı N (iki) gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral N0N4-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 1N0 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən) Fikrət əliyev Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar