Məhkəmə qərarları › İş №1-1(093)-106/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-106/2020

12.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-106/2020 12.08.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Hacıqabul rayonu, Qubalı Baloğlan kəndində qeydiyyatda olan və həmin ünvanda da yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunun baş ustası vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaqla ona qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Binəqədi rayonu Xocahəsən qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci inşaat bölüyünün 1-ci inşaat qrupunun baş ustası vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx xxxx 2020-ci il tarixdə saat 07:30 radələrində hərbi hissənin yeməkxana binasının yaxınlığında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq siqaret istədikdə həmin vaxt aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq Zərərçəkmiş şəxs sinəsinə bir yumruq zərbəsi vurmuş, sonuncu mübahisəyə son qoymaq üçün əsgər yataqxanasına getsə də, lakin o, mübahisəni davam etdirmək məqsədilə əsgər yataqxanasına daxil olub, Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən daha iki yumruq zərbəsi vurub «üst dodağın içəri selikli qişasının çapılmış yarası və üst dodaqla sol yanağın içəri selikli qişasının müştərək hematoması» diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma ilə nəticələnən xəsarət yetirməklə ona qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 təqsirləndirilən şəxsin cinayət əməlini təsdiq etməklə yanaşı, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Fərmail oğlu təqsirləndirilən şəxsin cinayət əməlini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertizaların rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 4-cü vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarınınpozulması faktı aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 5-ci vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə «üst dodağın içəri səthinin çapılmış yarası, üzün sol yanaq nahiyyəsinin qançır izi» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işinin 1-ci cildinin 39-40-cı vərəqlərinə əlavə edilmiş MN-nin MTE və PA Mərkəzinin xx.xx.2020-ci il tarixli 444 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində «üst dodağın içəri selikli qişasının çapılmış yarası və üst dodaqla sol yanağın içəri selikli qişasının müştərək hematoması» diaqnozlu xəsarət aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın bilavasitə yerli zərbəvi təsirindən törəmişdir, xx.xx.2020-ci il tarixə uyğundur, sağlamlığın şısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 7-ci vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara adixil edilərək 1-ci inşaat bölüyünün, 1-ci inşaat qrupunun baş ustası vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 16-cı vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə tabeçilik münasibətləri olmamışdır. Cinayət işinin 1-ci cildinin 8-ci vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqinə əlavə edilmiş MN MHP-nın xx.xx.2020-ci il tarixli 1681 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekpertizasının xx xxxx 2020-ci il tarixli 444 saylı rəyi ilə və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı hikayət və tələbi olmaması barədə məhkəməyə ərizə təqdim etməsini, xidmət etmək arzusunda olmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə qeyd olunan cinayət işi üzrə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motivi, üsulu, cinayətin törədlilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmaması barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə olan qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan yoxdur. Cinayət prosessual-qanunvericiliyin tələblərinə görə şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir (CPM-nin 197.1.5-ci maddəsi). Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir (CPMnin 193.3-cü maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir (CPM-nin 193.5-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İbtidai istintaqın sonuncu mərhələsində Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlu 21 iş saatı hüquqi yardımın göstərilməsi ilə əlaqədar 126 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi haqqının ödənilməsinə dair hesabat təqdim etmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərdiyi üçün adları qeyd edilən vəkillərə onların təqdim etdikləri hesabata uyğun ödəniş edilməli, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 21 (iyirmi bir) iş saatı müqabilində 126 (yüz iyirmi altı) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəzaçəkməsinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 21 (iyirmi bir) saat iş saatı müqabilində 126 (yüz iyirmi altı) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar