Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-109/2023 08.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi ilə, məhkəmə iclasının katibi X5 və XN, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “PROSPEKT” Vəkil Bürosunun vəkilli X4 oğlu və Təqsirləndirilən şəxs iştirakı ilə 01 avqust 1988-ci il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Qazax rayonunun Çaylı kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Qocayev X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 5-ci bölüyünün 4-cü taqımının N-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində xidmətdə olarkən N1 avqust N0NN-ci il tarixdə günorta vaxtlarında hərbi hissənin qərargahında yerləşən şəxsi heyətin uçotu bölməsində həmin hərbi hissənin sabiq hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs ilə söhbət edərkən sonuncunun xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirmək arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxs xidmət yerini dəyişdirməyə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona geniş əlaqələrə malik olmaqla, Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışına 6000 (altı min) manat məbləğində pulun verilməsi müqabilində Zərərçəkmiş şəxs Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində taqım komandiri vəzifəsinə göndərəcəyi barədə yalan vəd verib inandırmış və razılığını almişdır. Bundan sonra Zərərçəkmiş şəxs göstərişinə əsasən anası Şahid1 N3 avqust N0NN-ci il tarixdə saat 17:50-də və 17:53-də Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X11 küçəsində yerləşən “Bazar Store” mağazasında quraşdırılmış “E manat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan Kapital Banka aid 4169- 7413-8N70-04N3 nömrəli kartına göndərdiyi müvafiq olaraq 3000 (üç min) və 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində pulu nağdlaşdırmış, daha sonra Zərərçəkmiş şəxs ona asanlıqla istədiyi pulu verdiyini görüb, cinayətkar niyyətini davam etdirmək qərarına gələrək Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi həmin yüksək vəzifəli tanışının sonuncunun xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişildirilməsi üçün Zərərçəkmiş şəxs əlavə olaraq 1000 (bir min) manat məbləğində pul istədiyini bildirərək vahid niyyətlə N9 sentyabr N0NN-ci il tarixdə saat 18:57-də eyni yerdən və eyni vasitə ilə sonuncunun anası Şahid1 onun istifadəsində olan qeyd olunan karta 1010 (bir min on) manat məbləğində pulun göndərilməsinə nail olaraq həmin məbləği də nağdlaşdırmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 7010 (yeddi min on) manat məbləğində pul almış, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 5-ci bölüyünün 4-cü taqımının N-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.4 -cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 31 mart N01N-ci il tarixdə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və sonuncu xidmət yeri Müdafiə Nazirliyinin Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən N nömrəli hərbi hissə olmuşdur. N yanvar N-cü il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. N1 avqust N0NN-ci il tarixdə hərbi hissənin şəxsi heyətin uçotu bölməsində olan zaman baş leytenant Zərərçəkmiş şəxs bölməyə yaxınlaşaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından gətirdiyi çıxarış sənədlərini bölməyə təqdim etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsla söhbət etməyə başlamış, sonuncu xidmət yerini Bakı şəhəri və ətraf ərazilərə dəyişmək istədiyini ona söyləmişdir. Bu zaman o, pul əldə etmək üçün Zərərçəkmiş şəxs yalandan xidmət yerini dəyişməsinə kömək edəcək Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi tanışının olduğunu demişdir. Həmin ərəfələrdə şəxsi ehtiyaclarına görə ona pul lazım olmuşdur. Zərərçəkmiş şəxs Kadrlar İdarəsində xidmət edən tanışının kim olduğunu ondan soruşmuş, o isə bu barədə heç bir şey deməmişdir. O, həmçinin Zərərçəkmiş şəxs inandırmaq üçün Kadrlar İdarəsində işləyən həmin tanışının bir neçə hərbi qulluqçunun yerdəyişmə işinə köməklik göstərdiyini də sonuncuya demişdir. Lakin real olaraq onun iş düzəldən belə bir tanışı olmamışdır. Zərərçəkmiş şəxs xidmət yerinin dəyişməsi məsələsi ilə bağlı həmin tanışı ilə danışmasını ona söyləmişdir. Səhəri gün, yəni NN avqust N0NN-ci il tarixdə saat 13 radələrində o, xidmət yerinin dəyişməsi ilə bağlı tanışı ilə danışdığını, Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində bölük komandiri üzrə vəzifəyə təyin olunmasının qiymətinin 8000 (səkkiz min) manat və taqım komandiri üzrə vəzifəyə təyin olunmasının qiymətinin isə 6000 (altı min) manat olduğunu Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı ailəsi ilə məsləhətləşdikdən sonra cavab verəcəyini ona söyləmişdir. Zərərçəkmiş şəxs həmin günü, yəni NN avqust N0NN-ci il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinin yaxınınlığında onunla görüşərək ailəsi ilə məsləhətləşdiyini və 6000 (altı min) manat qarşılığında Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində taqım komandiri vəzifəsinə düzəlmək istədiyini ona demişdir. Zərərçəkmiş şəxs nə zamandan Bakı şəhərində xidmətə başlayacağını ondan soruşmuş, o, yalandan N0NN-ci ilin oktyabr ayının sonu və noyabr ayının əvvələrində göstərilən vəzifədə xidmətə başlayacağını Zərərçəkmiş şəxs demişdir. O, daha sonra “Kapital Banka” aid 4169-7413-8N70-04N3 saylı kart nömrəsini mesajla Zərərçəkmiş şəxs göndərmiş və tezliklə 6000 (altı min) manatı həmin hesab nömrəsinə atmasını sonuncuya tapşırmışdır. Səhəri gün, yəni N3 avqust N0NN-ci il tarixdə saat 17:50 radələrində təxminən 3-4 (üç-dörd) dəqiqə aralığında hesabına 3000 (üç min) manat və 3000 (üç min) manat olmaqla, ümumlikdə 6000 (altı min) manat pulun köçdüyünü görmüşdür. O, 6000 (altı min) manatı aldıqdan sonra Zərərçəkmiş şəxs xidmət yerinin Bakı şəhərinə dəyişdirilməsi ilə bağlı heç bir iş görməyərək qeyd olunan pulların bir qismini şəxsi ehtiyaclarına xərcləmiş, bir qismini isə bankdan götürdüyü kredit borclarına müəyyən ödənişlər etmişdir. N8 sentyabr N0NN-ci il tarixdə yenidən şəxsi ehtiyaclarına görə müəyyən məbləğdə pul lazım olduğunu görərək Zərərçəkmiş şəxs zəng edib Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi həmin tanışının xidmət yerinin dəyişilməsi üçün 6000 (altı min) manatın kifayət etmədiyini, əlavə olaraq 1000 (bir min) manat da göndərməli olduğunu, əks halda məsələnin alınmayacağını sonuncuya demişdir. N9 sentyabr N0NN-ci il tarixdə saat 18:50 radələrində kart hesabına 1010 (bir min on) manat pulun köçdüyünü görmüşdür. O, Zərərçəkmiş şəxs tanışı vasitəsilə xidmət yerini Bakı şəhərinə dəyişdirəcəyini adı ilə sonuncudan ümumilikdə 7010 (yeddi min on) manat məbləğində pul alsa da, bununla bağlı heç bir iş görməyərək heç kimə müraciət etməmiş və həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonralar Zərərçəkmiş şəxs onunla tez-tez telefon vasitəsilə əlaqə saxlayaraq iş haqqında soruşmağa başlamış və o, hər dəfə sonuncuya narahat olmamasını, yaxın günlərdə işinin həll olunacağını demiş, nəticədə o, bu məsələ ilə bağlı heç bir iş görməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onun Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində taqım komandiri üzrə vəzifəyə təyin edəcəyi adı altında aldığı 7010 (yeddi min on) manat pulu qaytarmadığını görüb N9 dekabr N0NN-ci il tarixdə şikayət ərizəsi ilə Gəncə Hərbi Prokurorluğuna müraciət etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, məhkəmədən bağışlanmasını xahin edir. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq, hazırda isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, N1 avqust N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik hospitalından gətirdiyi xəstəlik kağızlarını xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təqdim etmişdir. Həmin vaxt çavuş Təqsirləndirilən şəxs da orada olmuşdur. O, hospitaldan gətirdiyi xəstəlik kağızlarını hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə təhvil verdikdən sonra Təqsirləndirilən şəxslə söhbət etmişdir. Söhbət əsnasında o, xidmət yerini Kəlbəcər rayonundan Bakı şəhəri və ətraf ərazilərə dəyişmək istədiyini Təqsirləndirilən şəxs söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bu işi görə biləcək tanışının olduğunu ona qeyd etmişdir. O, Təqsirləndirilən şəxs tanışının kim olduğunu soruşmuş, sonuncu bu işi həll edənin Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işlədiyini ona söyləmişdir. O, Təqsirləndirilən şəxs Kadrlar İdarəsində işləyən tanışının kim olduğunu soruşsa da, sonuncu ona həmin tanışının ad, soyad və rütbəsini deməmişdir. Təqsirləndirilən şəxs bundan sonra onu inandırmaq üçün həmin tanışının bir neçə hərbi qulluqçunun yerdəyişmə işinə köməklik göstərdiyini də ona demişdir. O, bundan sonra Təqsirləndirilən şəxs tanışı ilə onun yerdəyişmə məsələsi ilə bağlı danışmasını demişdir. Səhəri gün, yəni NN avqust N0NN-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində bölük komandiri üzrə vəzifəyə təyin olunması qiymətinin 8000 (səkkiz min) manat və taqım komandiri üzrə vəzifəyə təyin olunması qiymətinin isə 6000 (altı min) manat olduğunu ona söyləmişdir. Təqsirləndirilən şəxs bundan başqa işi həll edəcəyinə dair yalandan vədlər verərək onu bu işin alınacağına inandırmışdır. O, Təqsirləndirilən şəxs bu barədə əvvəlcə evə zəng edib valideynləri ilə məsləhətləşəcəyini və sonra bu barədə məlumat verəcəyini söyləmişdir. NN avqust N0NN-ci il tarixdə saat 14 radələrində o, anası Şahid1 ilə danışan zaman tabeliyində xidmət edən Təqsirləndirilən şəxs adlı hərbi qulluqçunun onun xidmət yerini 8000 (səkkiz min) manat qarşılığında Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində bölük komandiri üzrə vəzifəyə, 6000 (altı min) manat qarşılığında isə taqım komandiri vəzifəsinə dəyişə biləcəyini demişdir. Şahid1 ona bu məsələ barədə atası ŞahidNla məsləhətləşməsini demişdir. O, atası ŞahidNla da məsləhətləşib sonuncunun bu məsələ ilə bağlı razılığını almışdır. O, hərbi hissənin tibb məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşərək 6000 (altı min) manat qarşılığında Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Təlim və Tədris Mərkəzində taqım komandiri vəzifəsinə düzəlmək istədiyini sonuncuya söyləmişdir. Təqsirləndirilən şəxs bir daha əminliklə N0NN-ci ilin oktyabr ayının sonu və noyabr ayının əvvələrində xidmət yerini dəyişəcəyini ona demişdir. Təqsirləndirilən şəxs bundan sonra “Kapital Banka” aid 4169-7413-8N70-04N3 saylı kart nömrəsini ona göndərərək 6000 (altı min) manatı tez bir zamanda həmin karta göndərməsini demişdir. O, səhəri gün, yəni N3 avqust N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs “Kapital Banka” məxsus maaş kartınının 16 rəqəmli nömrəsini anası Şahid1 göndərmiş və sözügedən 6000 (altı min) manatı həmin kart nömrəsinə atmasını sonuncudan xahiş etmişdir. Həmin günü, yəni N3 avqust N0NN-ci il tarixdə saat 17:55 radələrində Şahid1 ona zəng edərək 6000 (altı min) manatı Təqsirləndirilən şəxs məxsus maaş kartına göndərdiyini söyləmişdir. Təqsirləndirilən şəxs N8 sentyabr N0NN-ci il tarixdə saat 10 radələrində ona zəng edərək Kadrlar İdarəsində xidmət edən həmin tanışının 6000 (altı min) manatın kifayət etmədiyini və əlavə olaraq 1000 (bir min) manatda göndərməli olduğunu ona demiş, əks halda xidmət yerinin Bakı şəhərinə dəyişilməsinin mümkün olmadığını demişdir. O, bu barədə valideynləri ilə danışaraq bu məsələ ilə bağlı sonuncuların razılığını almışdır. O, bundan sonra əmək haqqı kartının evdə olması səbəbindən həmin kartdan 1000 (bir min) manat çıxararaq Təqsirləndirilən şəxs göndərməsini yenidən anası Şahid1 xahiş etmişdir. N9 sentyabr N0NN-ci il tarixdə saat 18:59-da Şahid1 ona zəng edərək 1010 (bir min on) manat məbləğində pulu Təqsirləndirilən şəxs məxsus hesaba göndərdiyini söyləmişdir. Bir müddət sonra o, xidmət yerinin dəyişilmədiyini və aldanıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs yanına çağıraraq xidmət yerinin dəyişilməsinin istəmədiyini və anası Şahid1 vasitəsilə verdiyi 7010 (yeddi min on) manatını geri istədiyini sonuncuya demişdir. Təqsirləndirilən şəxs tezliklə 7010 (yeddi min on) manat məbləğində pulu ona geri qaytaracağını söyləmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfəsində 7010 (yeddi min on) manatı qaytaracağını demiş, lakin hər dəfəsində pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirərək həmin məbləği ona geri qaytarmamışdır. O, bundan sonra N9 dekabr N0NN-ci il tarixdə çavuş Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi ilə bağlı şikayət ərizəsi ilə Gəncə Hərbi Prokurorluğuna müraciət etmiş və Təqsirləndirilən şəxs də bu barədə məlumatlandırmışdır. Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, baş leytenant hərbi rütbəsində xidmət edən oğlu Zərərçəkmiş şəxs NN avqust N0NN-ci il tarixdə saat 14 radələrində ona zəng edərək tabeliyində xidmət edən Təqsirləndirilən şəxs adlı hərbi qulluqçunun Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışının vasitəsilə onun xidmət yerini 6000 (altı min) manat məbləğində pulun qarşılığında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində taqım komandiri vəzifəsinə, 8000 (səkkiz min) manat məbləğində pulun qarşılığında isə adı çəkilən mərkəzdə bölük komandiri vəzifəsinə təyin etdirəcəyini ona demişdir. O, Samirə bu barədə atası ŞahidNla da məsləhət etməsini söyləmişdir. Samir bundan sonra atası ŞahidNla da bu barədə məsləhətləşərək sonuncunun bu məsələnin alınması ilə bağlı razılığını almışdır. Bundan sonra özü və əri K.Zərərçəkmiş şəxs 6000 (altı min) manat qarşılığında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində taqım komandiri vəzifəsinə düzəlməsinə dair razılıq vermiş və bu barədə Samiri məlumatlandırmışlar. O, oğlu Samirin tapşırığına əsasən N3 avqust N0NN-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X11 küçəsində yerləşən “Bazar Store” mağazasında olan “E manat” ödəmə terminalı vasitəsilə 3000 (üç min) manat və 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində pulu Təqsirləndirilən şəxs hesabına köçürmüş və bundan sonra oğlu Samiri telefon vasitəsilə bu barədə məlumatlandırmışdır. N8 sentyabr N0NN-ci il tarixdə axşam radələrində Samir ona yenidən zəng edərək xidmət yerinin dəyişdirilməsi ilə bağlı iş düzəldən adamın əlavə olaraq 1000 (bir min) manat məbləğində pul istədiyini və bu səbəbdən Təqsirləndirilən şəxs “Kapital Banka” məxsus kartına 1000 (bir min) manat göndərməsini ondan xahiş etmişdir. O, səhəri gün, yəni N9 sentyabr N0NN-ci il tarixdə saat 18:57-də Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X11 küçəsində yerləşən “Bazar Store” mağazasına daxil olaraq orada “E manat” ödəmə terminalına yaxınlaşaraq 1010 (bir min on) manat məbləğində pulu Təqsirləndirilən şəxs hesabına köçürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq Samir Təqsirləndirilən şəxs iş görmədiyini görərək 7010 (yeddi min on) manatı ondan geri istəmişdir. Lakin Təqsirləndirilən şəxs Samiri aldadaraq həmin məbləği tezliklə qaytaracağını bildirsə də hər dəfəsində yalanlar uyduraraq pulu qaytarmaqdan demək olar ki, imtina etmişdir. Samir Təqsirləndirilən şəxs ümumilikdə 7010 manat məbləğində pulu qaytarmadığını görüb N9 dekabr N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Gəncə Hərbi Prokurorluğuna müraciət etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq edilmiş ibtidai istintaq zamanı hazırki iş üzrə şahid qismində ifadəsi alınmış ŞahidN ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş N9 dekabr N0NN-ci il tarixli ərizədən görünür ki, Kərimov X7 Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs ondan 7N00 (yeddi min iki yüz) manat məbləğində pul alması barədə Gəncə Hərbi Prokurorluğuna məlumat vermişdir. N3 avqust N0NN-ci il tarixli N8N75, 9594 nömrəli və N9 sentyabr N0NN-ci il tarixli 15N03 nömrəli “eManat” ödəmə terminalından təqdim edilmiş ödəmə qəbzlərindən görünür ki, həmin tarixlərdə müvafiq olaraq saat 17:50-də, 17:53-də və 18:57-də Təqsirləndirilən şəxs istifadəsində olan və ona məxsus Kapital Banka aid 4169 7413 8N70 04N3 nömrəli karta ümumilikdə 7010 (yeddi min on) manat məbləğində pul köçürülmüşdür. N nömrəli hərbi hissə komandirinin N3 noyabr N018-ci il tarixli 335 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin N-ci taborunun 8-ci bölüyünün 3-cü taqımının N-ci manqasının komandiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 01 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 1914cü əməliyyat (komando) taborunun 11-ci əməliyyat (komando) bölüyünün 4-cü əməliyyat (komando) taqımının komandiri vəzifəsinə təyin edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 3N9 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, baş leytenant Zərərçəkmiş şəxs hərbi hissənin 1-ci sülhməramlı qüvvələr taborunun (əməliyyat imkanları konsepsiyasının) 1-ci sülhməramlı bölüyünün 1-ci sülhməramlı taqımının komandiri vəzifəsinə təyin edilməklə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 05 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, çavuş Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N yanvar N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə göndərilmişdir. “Azercell Telekom MMC”-dən daxil olmuş kompakt diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N0NN-xx.xx.N-cü il tarixlərdə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aparılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri CM-in 178.N.4 -cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.N-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin ailələsinin yeganə maddi təminatçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının tələblərini iş materialları ilə qaşılıqlı şəkildə tədqiq etməklə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə görə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü hesab edilən azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün səbəblər və əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngüləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs CM-in 178.N.4 -cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində müvafiq olaraq seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirləri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.N-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.N-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.N-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onların hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri “PROSPEKT” Vəkil Bürosunun vəkilli X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 4N (qırx iki) iş saatına görə N5N (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “PROSPEKT” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.4 -cü maddəsii ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.4-cü maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat N1:00-dan 07:00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.N-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “PROSPEKT” Vəkil Bürosunun vəkilli X1 etdiyi 4N (qırx iki) iş saatına görə görə N5N (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “PROSPEKT” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-109/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-109/2023
08.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver