Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-109/2025 17.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Arif oğlunun sədrliyi ilə, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı X1, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N №-li hərbi hissənin Qala-1 hərbi şəhərciyi ünvanında qeydiyyatda olmaqla ünvan 2i yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs gizir kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, N oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N mart 2025-ci il tarixdə saat 15:08 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-1-ci maddələri ilə özünü qismən təqsirli bilərək göstərdi ki, o, N oktyabr 2019-cu il tarixdən Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində xidmət edir. O, həmin vəzifədə gizir hərbi rütbəsində hərbi xidmətdə olduğu vaxt, N oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində geri qayıtmışdır. Bundan əlavə, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olduğu vaxt, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində geri qayıtmışdır. Həmçinin, o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olduğu vaxt, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N mart 2025-ci il tarixdə saat 15:08 radələrində geri qayıtmışdır. Xidmət yerinə vaxtında qayıtmamasının səbəbini alkoqolizmdən asılılıqla bağlı problemlərinin olması ilə əlaqələndirmişdir. Həmin vaxtlar ərzində onun psixoloji vəziyyəti yerində olmamışdır. Alkoqolizmdən asılı olduğu üçün idarəetmə qabiliyyətini tamamilə itirmişdi. Bununla əlaqədar “Azad insanlar” adlı reabilitasiya mərkəzində oktyabr ayından etibarən müalicə almağa başlamışdır. O, N oktyabr 2024-cü il tarixdən N noyabr 2024-cü il tarixə və sonrakı tarixlərdə hərbi hissəyə gəlmədiyi müddət ərzində qeyd olunan reabilitasiya mərkəzində müalicə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs reabilitasiya mərkəzinə ailəsi tərəfindən yerləşdirilmiş, onun bütün müalicə xərcləri ailəsi tərəfindən ödənilmişdir. Lakin həmin reabilitasiya mərkəzi Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmadığı üçün məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Həmçinin, onun müalicə aldığı reabilitasiya mərkəzində aprel ayında yanğın hadisəsi baş verdiyi üçün orada çalışan məsul şəxlər müyyən edə bilmir. Onda olan məlumata əsasən ölkə xaricindədirlər. Onun xidmətlə bağlı hər hansı problemi olmamış, ona qarşı nizamnamədən kənar qanunsuz hərəkətlərə yol verən olmamış, hazırda törətdiyi əməldən peşmandır, bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, o, 07 mart 2011-ci il tarixdən Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin uçuş və eniş üzrə baş dispetçeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. Gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin dispetçer xidmətinin rəisi vəzifəsində xidmətdə olduğu vaxt, N oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində geri qayıtmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olduğu vaxt, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N noyabr 2024cü il tarixdə saat 08:00 radələrində geri qayıtmışdır. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olduğu vaxt, N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız N mart 2025-ci il tarixdə saat 15:08 radələrində geri qayıtmışdır. Həmçinin Təqsirləndirilən şəxs xidmət zamanı heç vaxt sərxoş görməmiş və onun alkoqolizmdən əziyyət çəkməsini eşitməmişdir. Məhkəmə iclasında şahidlər - gizir Şahid4, kapitan Şahid2 və polkovnik-leytenant Şahid3 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2017-ci il tarixli 101 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N aprel 2017ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissənin texniki istismar dəstəsinin reqlament işləri qrupunun baş mexaniki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2019-cu il tarixli 298 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N oktyabr 2019-cu il tarixdə N nömrəli hərbi hissənin dispetçer xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2024-cü il tarixli 257 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2024-cü il tarixli 267 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2024-cü il tarixli 274 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2024-cü il tarixli 285 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2024-cü il tarixli 286 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2025-ci il tarixli 60 №-li əmrindən çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N mart 2025-ci il tarixdə saat 15:08 radələrində xidmət yerinə qayıtmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N noyabr 2024-cü il tarixdən N mart 2025-ci il tarixədək xidmət yerinə gəlməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş 17 mart 2025-ci il tarixli 1776 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs praktiki sağlam olmaqla hərbi xidmətə yararlıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X2 xx.xx.2024-cü il tarixli nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N nömrəli hərbi hissədə daimi qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. Təqsirləndirilən şəxs məhkəmədə alkoqolizmdən əziyyət çəkdiyi və müalicə aldığı üçün hərbi hissəyə qayıtmamasına dair verdiyi ifadə özünün bildirdiklərindən başqa hər hansı sübutla təsdiq edilməmiş, təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünün yoxlanması üçün zəruri məlumat məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 333.4-1ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər üç aydan artıq törədildikdə -üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji durumuna, nizam intizamına mənfi təsir edə bilər. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü və 333.4-1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmənin hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izahlardan irəli gəlir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri A.İ.M Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri A.İ.M Vəkil Bürosunun vəkili Müdafiəçi 150 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri A.İ.M Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Bakı şəhəri A.İ.M Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1-1(093)-109/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-109/2025
17.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver