Məhkəmə qərarları › İş №1-1(093)-11/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-11/2023

31.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-11/2023 31.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, X6 və Kalbalıyev Aslan Kalbalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı və ədliyyə polklvnik-leytenantı X3, Zərərçəkmiş şəxs, müdafiəçi-Bakı şəhəri “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil1 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin «Bakı» istintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Rəspublikası CM-in 178.2.3, 178.2.4, 234.4.1, 234.4.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki, o, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində digər şəxsi vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci sülhməramlı qüvvələr taborunun sülhməramlı bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən əvvəllər onunla birlikdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş Şahid2 vasitəsi ilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs ilə 2021-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonunun Masazır qəsəbəsində olduğu müddətdə aralarında olan telefon danışığı zamanı sonuncunun övladı Şahid1 xidməti uyğunsuzluqla müddətdən artıq həqiqi hərbi xidmətdən tərxis edildiyini, yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul olunmasını istədiyini öyrəndikdə Zərərçəkmiş şəxs əmlakını aldatma yolu ilə ələ keçirmək qərarına gələrək sonuncuya özünün də hərbi qulluqçu olduğunu, Müdafiə Nazirliyində yüksək vəzifədə və rütbədə xidmət edən adını bildirmədiyi tanışının olduğunu, həmin tanışının vasitəsi ilə Şahid1 xidməti uyğunsuzluqla tərxis edilməsi ilə bağlı qərarı ləğv etdirərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə bərpa olunmasını həll edə biləcəyini söyləməklə Zərərçəkmiş şəxs buna inandırmış və işi 5500 (beş min beş yüz) manat məbləğində pul müqabilində həll edəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs qeyd olunan şərtlərlə razılaşdıqdan sonra 07 yanvar 2021-ci il tarixdə yaşadığı Goranboy rayonunda yerləşən poçt vasitəsi ilə onun adına 5500 manat məbləğində pul göndərmiş, o, qısa müddət ərzində işin həll olunacağını söyləyib Şahid1 xidməti uyğunsuzluqla tərxis edilməsi ilə bağlı qərarın ləğv edilməsinə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə bərpa olunmasına dair yalandan söz versə də, vədləri üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs 5500 (beş min beş yüz) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmişdir. İşi qısa müddət ərzində həll edəcəyinə söz verməsinə baxmayaraq, işin həll edilmədiyini və aldadıldığını başa düşən Zərərçəkmiş şəxs oğlu Şahid1 hərbi xidmətə bərpa olunması üçün verdiyi pulun geri qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edəcəyini dedikdən sonra Təqsirləndirilən şəxs 5500 (beş min beş yüz) manat məbləğində pulun bir hissəsini, yəni 3000 (üç min) manat məbləğində pulu Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən poçt vasitəsi ilə 28 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2ci sülhməramlı qüvvələr taborunun sülhməramlı bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin fevral ayının əvvəllərində özünə məxsus «Samsung» markalı mobil telefonla «telegram» sosial şəbəkəsinə daxil olduqda adını xatırlamadığı reklam xarakterli səhifədə müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində pərakəndə və topdan satışının həyata keçirildiyini aşkar etmiş, səhifədə olan alqı-satqı ilə bağlı təlimatları oxuduqdan sonra ödənişlərin elektron qaydada aparıldığını və məxfiliyin qorunduğunu başa düşmüş, həmin vaxt maddi sıxıntıları olduğundan asan qazanc əldə etmək məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq qərarına gəlmiş, «telegram» səhifəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən hazırki tarixədək anket məlumatları istintaqa məlum olmayan Babək adlı şəxsin +**********27 və +**********20 saylı mobil nömrələrini əldə edərək onunla «whatsapp» mobil tətbiqi vasitəsi ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. 2022-ci ilin fevral ayının ortalarında və sonlarında Babək adlı şəxslə aralarında olan söhbətlər zamanı o, həmin şəxsə 3000 qram psixotrop maddə hesab edilən metamfetamin və 7000 qram narkotik vasitə hesab edilən heroin əldə edib satışını həyata keçirmək istədiyini, lakin maddi vəziyyətinin zəif olduğunu demiş, Babək adlı şəxs onun anket məlumatlarını, o cümlədən xidmət yeri, ailə tərkibi və sair məlumatları dəqiqləşdirib ona həmin maddə və vasitələri borc qismində olmaqla 25000 (iyirmi beş min) manat məbləğində pul müqabilində çatdıra biləcəyini, lakin pulların verilməsi ilə bağlı hər hansı çətinlik olacağı halda onun üçün problemlər yaradacağını, o cümlədən hüquq mühafizə orqanlarına anonim məlumat verəcəyini demiş, Təqsirləndirilən şəxs həmin şərtləri qəbul edib narkotik vasitələri və psixotrop maddələri əldə etdikdən sonra qısa müddət ərzində qeyd olunan məbləğdə pulu verəcəyini deməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısının həyata keçirilməsinə dair razılığa gəlmişdir. Həmin razılığın şərtlərinə əsasən 2022-ci ilin mart ayının əvvəllərində Babək adlı şəxs «whatsapp» mobil tətbiqindən istifadə edərək Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb yuxarıda qeyd olunan narkotik vasitələrin və psixotrop maddələrin, yəni 7000 (yeddi min) qram heroinin və 3000 (üç min) qram metamfetaminin Bakı şəhəri Nizami rayonunun ərazisinə qoyulduğunu deyərək həmin yerin dəqiq koordinatlarını özündə əks etdirən xəritəni və gizlədilmiş maddə və vasitələrin qablaşdırılmış vəziyyətdə fotoşəklini göndərmiş, Təqsirləndirilən şəxs verilən məlumatların köməkliyi ilə bağlamanın Bakı şəhəri Nizami rayonunda yerləşən «Əzizbəyov körpüsü» adlanan ərazidən körpüdən üzü «Qara Qarayev» metro stansiyası istiqamətində həmin körpünün sol tərəfi ilə getdikdə 200 metr irəlidə enli su borularının altında olduğunu müəyyən edib göy rəngli parça materialdan olan bağlamanı tapmış, daha sonra əldə etdiyi bağlamanı xatırlamadığı taksi vasitəsi ilə qanunsuz olaraq ünvan 2 ünvanında yerləşən kirayə yaşadığı evə daşımış, ayrı-ayrılıqda 7 (yeddi) ədəd bağlamalarda olan 7000 (yeddi min) qram heroindən bir ədəd bağlamanı, yəni 1000 (min) qram heroini həmin evdə saxlamış, 6 (altı) ədəd bağlamada ümumilikdə 6000 (altı min) qram heroini və 2 (iki) ədəd bağlamada ümumilikdə 3000 (üç min) qram metamfetamini Cəlilabad rayonunun Göytəpə şəhərinə apararaq həmin şəhərin girişindən 600 metr aralıqda yerləşən ailəsinə məxsus pay torpağında çiyələk istixanalarının arasında torpağa basdırmaqla qanunsuz olaraq saxlamışdır. 08 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:15-də Abşeron rayonunun Masazır qəsəbəsi «Yeni Bakı» yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və şəxsi axtarış zamanı üzərində bir ədəd bağlamada Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə hesab edilən 1 (bir) ədəd bağlamada qəhvəyi rəngli kustar üsulla hazırlanmış 1000 (min) qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs icazəsi və razılığı əsasında ona və ailə üzvlərinə məxsus Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pay torpağına keçirilmiş baxış zamanı sahəyə girişdə sol tərəfdə yerləşən ikinci və üçüncü istixanaların arasında torpaqda gizlədilib saxlanılan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş altı ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1000 (min) qram, 1000 (min) qram, 1000 (min) qram, 1000 (min) qram, 1000 (min) qram və 1005 (min beş) qram olmaqla ümumi təmiz çəkisi 6005 (altı min beş) qram narkotik vasitə olan heroin, iki ədəd bağlamada isə ayrı-ayrılıqda təmiz çəkiləri 1510 (min beş yüz on) qram və 1500 (min beş yüz) qram olmaqla ümumi təmiz çəkisi 3010 (üç min on) qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Rəspubikası Cinayət Məcəlləsinin 178.2,3, 178.2.4, 234.4.1, 234.4.3 və 32.4, 312.2-cİ maddələri ilə əlan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin fevral ayının əvvəllərində özünə məxsus «Samsung» markalı mobil telefonla «telegram» sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələri və psixotrop maddələri topdan və pərakəndə şəkildə ucuz qiymətə əldə etməyin mümkün olduğunu öyrənib, səhifələrdən birinə daxil olduqda səhifədə narkotik vasitələrin və psixotrop maddələrin növlərlə şəkilləri, onların topdan və pərakəndə satış qiymətləri olduğunu görmüş, həmin ərəfələrdə bəzi maddi sıxıntıları olduğundan, habelə narkotik vasitələrin və psixotrop maddələrin rahat şəkildə əldə edə biləcəyini başa düşdüyündən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub pul qazanmaq qərarına gəlmiş, bu məqsədlə səhifədə kontaktlar bölməsinə keçdikdə həmin bölmədə xarici nömrələr aşkar etmiş və həmin mobil nömrələrlə «whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamağın mümkün olduğunu öyrənmişdir. 2022-ci ilin fevral ayının ortalarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə +**********27 və +**********20 saylı mobil nömrələrlə «whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, ona cavab verən şəxs adının Babək olduğunu, İran İslam Respublikasında yaşadığını bildirmişdir. «Babək» adlı şəxs ona internet vasitəsi ilə Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu, narkotik vasitələri və psixotrop maddələri pərakəndə və topdan satış qiymətinə satdığını söyləmiş, o, «Babək» adlı şəxsə bir neçə kiloqram narkotik vasitə hesab edilən heroin və bir neçə kilogram isə psixotrop maddə hesab edilən metamfetamin əldə etmək istədiyini bildirmiş və həmin maddələrdən çox alacağı halda hansı qiymətlərə olacağını soruşmuş, «Babək» adlı şəxs ona metamfetaminin kiloqramını 2000 manata, heroinin kiloqramını isə 3000 manata sata biləcəyini söyləmiş, o, «Babək» adlı şəxsə bir qədər düşünüb cavab verəcəyini, pulunun az olduğunu bildirmiş, həmin vaxt «Babək» adlı şəxs ona qeyd olunan maddə və vasitələrin bir hissəsini ona əvvəlcədən pul ödəmədən də sata biləcəyini, pulun qalan hissəsini imkanı olduqda təqdim edəcəyi bank kartına göndərə biləcəyini demiş, o, isə «Babək» adlı şəxsə bir daha düşünüb cavab verəcəyini söyləmişdir. 2022-ci ilin fevral ayının sonlarında o, yenidən «Babək» adlı şəxsə «whatsapp» mobil tətbiqi vasitəsi ilə yazıb bir neçə kiloqram metamfetamin və bir neçə kiloqram heroin əldə etmək istədiyini, lakin ümumiyyətlə pulunun olmadığını, həmin maddə və vasitələr üçün pulu qısa müddət ərzində əmlakını sataraq verə biləcəyini söyləmiş, bu zaman «Babək» adlı şəxs geniş əlaqələrinin olduğunu, hər bir şəxs barəsində qısa müddət ərzində maraqlanıb məlumat toplamağa imkanının olduğunu demiş, bundan sonra «Babək» adlı şəxs ona əvvəl dediyi kimi yalnız 3 kiloqram metamfetamin sata biləcəyini, heroini isə istədiyi qədər təşkil edəcəyini söyləmişdir. «Babək» adlı şəxs həmçinin ondan şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini xahiş etmiş, o, «whatsapp» mobil tətbiqi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin fotosunu göndərdikdən təxminən 5-6 saat sonra «Babək» adlı şəxs ona yazaraq barəsində ətraflı anket məlumatları öyrəndiyini demiş, o, «Babək» adlı şəxsin özünün barəsində qısa zaman ərzində məlumatlar aldığını təəccüblə qarşılamış və bu barədə «Babək» adlı şəxsin özünə də demiş, «Babək» adlı şəxs cavab olaraq hər yerdə əlaqələrinin olduğunu, onu aldatmasının mümkün olmadığını söyləmiş, həmçinin ondan nə qədər narkotik vasitə almaq istədiyini soruşmuş, o, cavab olaraq ümumilikdə 3 kiloqram metamfetamin və 7 kiloqram heroin almaq istədiyini bildirdikdə «Babək» adlı şəxs ona həmin maddə və vasitələri ona borca satacağını, lakin qısa müddət ərzində pul verməyəcəyi halda anonim şəkildə hüquq-mühafizə orqanlarına şikayət edib onu tutduracağını, həmçinin ailəsini, övladlarını düşünməsini ona söyləmiş, o, heç bir problem olmadığını, qeyd olunan maddə və vasitələrin pulunu qısa zamanda adına olan mülkünü satıb verəcəyini demişdir. Əslində isə onun məqsədi qanunsuz olaraq əldə edəcəyi heroin və metamfetamini satıb əldə etdiyi pul vəsaitindən «Babək» adlı şəxsə pul göndərmək olmuşdur. Beləliklə, «Babək» adlı şəxslə qeyd olunan narkotik vasitələri və psixotrop maddələri ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pula borc qismində alacağı ilə bağlı razılaşmışdır. 2022-ci ilin mart ayının əvvəllərində günorta saatlarında «Babək» adlı şəxs ona «whatsapp» mobil tətbiqi vasitəsi ilə yazaraq həmin gün qeyd olunan maddə və vasitələri əldə edə biləcəyini söyləmiş və ondan lazım gələrsə Bakı şəhərində hər hansı bir əraziyə gedə bilib-bilməyəcəyini soruşmuş, o, «Babək» adlı şəxsə istənilən yerə gedə biləcəyini bildirmiş, «Babək» adlı şəxs ona hazır olmasını, həmçinin mobil telefonunda internet şəbəkəsinin daim açıq saxlamasını tapşırmışdır. Həmin gün axşam saatlarında «Babək» adlı şəxs ona «whatsapp» mobil tətbiqi vasitəsi ilə lokasiya göndərmiş və təcili olaraq xəritənin göstəricilərinə əsasən qeyd olunan yerə gedib «malı» qoyulan yerdən götürməli olduğunu söyləmiş, o, Abşeron rayonunun Masazır qəsəbəsindən xatırlamadığı taksi ilə yola düşmüş və xəritədə qeyd olunan ərazi istiqamətində getməyə başlamış, xəritəyə baxdıqda həmin yerin «Qara Qarayev» adlanan əraziyə aparan körpünün yaxınlığında olduğunu başa düşmüş, yolda olarkən «Babək» adlı şəxslə əlaqə saxlamış, bir qədər sonra artıq həmin əraziyə yaxınlaşdıqda «Babək» adlı şəxs ona narkotik vasitələrin qoyulduğu yerin konkret iki fotoşəklini göndərmiş, həmin şəkillərdə borular, boruların birinin altında isə parça materialdan olan göy rəngli paket olduğunu, ikinci şəkildə isə sonradan proqram vasitəsi ilə paket istiqamətində ox şəkli çəkildiyini müşahidə etmiş, o, xəritədə qeyd olunan əraziyə çatdıqda göstərilən məkanın Bakı şəhərində «Əzizbəyov körpüsü» adlanan ərazidə körpüdən üzü «Qara Qarayev» metro stansiyasına gedən istiqamətdə həmin körpünün sol tərəfi ilə getdikdə 200 metr irəlidə enli su borularının altında yerləşdiyini başa düşmüş, lakin onun getdiyi taksi sürücüsünün şübhələnməməsi üçün o, körpünü keçdikdən sonra taksini saxladaraq düşmüş və piyada şəkildə qeyd olunan istiqamətdə getməyə başlamış, həmin yerə təklikdə yaxınlaşdıqda mobil telefonunda olan şəklə baxmış və həmin şəklin köməkliyi ilə narkotik vasitələrin və psixotrop maddələrin konkret olaraq borunun hansı hissəsinə qoyulduğunu müəyyən etmiş, daha sonra o, içərisində dairəvi formada bağlamalar olan parça materiallı düyü torbası aşkar etmiş, həmin sellofan torbanın ona göndərilən şəkildə olan torba ilə eynilik təşkil etdiyini dəqiqləşdirdikdən sonra torbanı götürərək ərazidən uzaqlaşmış, daha sonra yenidən xatırlamadığı taksilərdən birinə əl edib saxlamış və kirayə yaşadığı Abşeron rayonunun Masazır qəsəbəsi «Yeni Bakı» yaşayış kompleksində yerləşən mənzilə qayıtmış, «Babək» adlı şəxsə məlumat verərək «malı» əldə etdiyini təsdiqləmiş, qeyd olunan torbada 07 ədəd bağlamada 7 kq heroin və 2 ədəd bağlamada 3 kq metamfetamin olmuş, metamfetaminin olduğu bağlamaların hər birinin içərisində 1500 qram maddə olduğunu ona «Babək» adlı şəxs əvvəlcədən bildirmiş, narkotik vasitələrin və psixotrop maddələrin çoxluğunu nəzərə alıb 1 kq heroini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşadığı evdə saxlamış, növbəti gün isə tanımadığı taksi avtomobili ilə yola düşərək narkotik vasitələrin və psixotrop maddələrin digər hissəsini Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşn ailəsinə məxsus pay torpağının ərazisində çiyələk istixanalarının arasında torpağa basdırmaqla gizlətmişdir. 08 mart 2022-ci il tarixdə təxminən saat 18:15 radələrində yaşadığı Abşeron rayonunun Masazır qəsəbəsi «Yeni Bakı» yaşayış kompleksinin yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixtorop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhələr olduğuna saxlanılmış və həmin idarəyə aparılmış, idarədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan kurtkanın gödəkcənin sol yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, üzərindən aşkar olunmuş bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngdə kəskin iyə malik narkotik vasitə hesab edilən heroinə bənzər maddə aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1013 qram olması müəyyən edilmiş, daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan əlavə, o, tutulduqdan sonra yol verdiyi əməlin qanunsuz olmaqla cinayət olduğunu başa düşüb, əməlindən peşman olaraq polis əməkdaşlarına həmçinin Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsində çiyələk istixanalarının arasında torpağa basdırmaqla təxminən doqquz kiloqram çəkidə narkotik vasitə və psixotrop maddə saxladığını, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra o, polis əməkdaşları və dövlət tərəfindən təyin edilmiş müdafiəçisi ilə birlikdə qeyd edilən ünvana, yəni Göytəpə şəhərinin girişinə aparan mərkəzi yoldan 600 metr sağa istiqamətdə yerləşən pay torpağına getmiş, orada olarkən gizli olaraq saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi ona təklif edilmiş, o, bu təklifə etiraz etməyərək könüllü şəkildə qeyd olunan pay torpağının girişindən sol tərəfdə yerləşən ikinci və üçüncü istixanaların arasına keçərək torpağı qazıb basdıqmaqla saxladığı 2 (iki) ədəd sellofan torbanı və 1 (bir) ədəd bağlamanı təqdim etmiş, sellofan torbalardan birincisinə baxış keçirilərkən həmin torbanın içərisindən bir ədəd bağlamada heroin və bir bağlamada metamfetamin, ikinci sellofan torbanın içərisindən isə beş bağlamada heroin, digər ayrıca şəkildə olan bağlamada isə metamfetamin aşkar edilmiş, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və içərisində heroin olan bağlamaların ümumi çəkisinin 5 kq 925 qram, içərisində metamfetamin olan bağlamaların ümumi çəkisinin isə 2 kq 900 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş bağlamalar içərisi boş olan sellofan torbanın içərisinə qoyulmuş, daha sonra həmin torba onun və baxış iştirakçılarının yanında qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Bundan başqa, 2021-ci ilin yanvar ayının əvvəllərində ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəngə cavab verdikdə həmin şəxsin əvvəllər birlikdə xidmət etdiyi Şahid2 olduğunu başa düşmüş, danışıq zamanı Şahid2 ona qohumu və həmkəndlisi Şahid1 ad və soyadlı şəxsin 2019-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından xidməti uyğunsuzluqla təxris edildiyini, işsiz olduğuna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə bərpa olunmaq istədiyini bildirmiş, Şahid2 ondan həmin şəxsə bu işdə kömək edə bilib-bilməyəcəyini soruşduqda o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidmətə qəbul olunmaları ilə bağlı təcrübəsinin olduğunu, həmçinin Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları ilə də bu barədə məsləhət edib Şahid1 üzərində olan xidməti uyğunsuzluq maddəsinin götürülməsində və yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilməsində köməklik edə biləcəyini, lakin bu barədə axşam zəng vurub ətraflı danışa biləcəyini söyləmişdir. Şahid2 isə zəng vurduğu nömrənin Şahid1 atası Zərərçəkmiş şəxs nömrəsi olduğunu və elə həmin nömrə vasitəsi ilə Zərərçəkmiş şəxsla əlaqə saxlamasını bildirmişdir. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs zəng etmiş və danışıq zamanı Zərərçəkmiş şəxs oğlu Anarın əvvəllər Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini və xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığını demiş, o, isə Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli və səlahiyyətli tanışının vasitəsi ilə Şahid1 barəsində olan xidməti uyğunsuzluq qərarını ləğv etdirə biləcəyini və 2021-ci ilin mart ayının sonuna qədər Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilməsinə köməklik edəcəyini demiş, lakin ümumiyyətlə belə bir tanışı olmamış, məqsədi Zərərçəkmiş şəxs guya vəzifəli tanışının olmasına inandırıb aldadaraq pulunu ələ keçirmək olmuş, bu səbəbdən həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs bu işi həll etmək üçün vəzifəli şəxsə çatdırılması üçün 5500 manat pul verilməli olduğunu demiş, Zərərçəkmiş şəxs da oğlunun işsiz olduğunu nəzərə alaraq razılaşmışdır. 07 yanvar 2021-ci il tarixdə ona zəng edərək bankdan pul götürdüyünü söyləmiş və pulu necə çatdıra biləcəyini soruşmuş, o, Zərərçəkmiş şəxs poçt vasitəsilə pulu göndərməsini tapşırmış və özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin şəklini Zərərçəkmiş şəxs oğlu Şahid1 «whatsapp» mobil tətbiqi vasitəsi ilə göndərmiş, həmin gün günorta saatlarında Zərərçəkmiş şəxs onun adına əvvəlcədən razılaşdıqları kimi 5500 manat pul göndərmiş, həmçinin pulu göndərməsi ilə bağlı ona telefonla məlumat vermiş, o, həmin gün bir saat ərzində Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən poçta yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə 5500 manat pulu qəbul etmiş və bu barədə Zərərçəkmiş şəxs özünə zəng edib bildirmiş, həmçinin Zərərçəkmiş şəxs «narahat olma may-iyun ayları ərzində işi həll edəcəm» demişdir. 2021-ci ilin iyul ayının əvvəllərinə qədər o, Zərərçəkmiş şəxsla telefon vasitəsi ilə hər dəfə danışdıqda eyni qaydada cavab verərək guya işin qısa müddətdə həll olunacağını yalandan söyləmiş, əslində isə qeyd olunan 5500 manat məbləğində pulun bir hissəsini artıq şəxsi ehtiyacları üçün xərcləmiş, bir müddət sonra Zərərçəkmiş şəxs onun yalan danışmasından şübhələnərək 2021-ci ilin avqust ayında işin həll olunmasına ehtiyac olmadığını, verdiyi 5500 manat pulu və əlavə kredit faizlərini ona qaytarmasını, qaytarmayacağı halda isə ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini söyləmiş, bu səbəbdən o, 28 sentyabr 2021-ci il tarixdə 3000 manat pulu Zərərçəkmiş şəxs adına poçtla göndərmiş və bu barədə sonuncuya məlumat vermiş, pulun qalan hissəsini isə yalandan yaxın günlərdə göndərəcəyini bildirmiş, növbəti aylar ərzində Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, oğlu Şahid1 2010-2019-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müxtəlif hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu kimi xidmət etmiş, 2019cu ilin dekabr ayında xidməti uyğunsuzluqla ehtiyata buraxılmış, Şahid1 tərxis edildikdən sonra işsiz olmuş, 2021-ci ilin yanvar ayının əvvəllərində həmkəndlisi və qohumu olan Şahid2 ilə oğlu Şahid1 işsiz olması barədə söhbət edərkən Şahid2 ona özü ilə bir yerdə əvvəllər N nömrəli hərbi hissədə xidmət etmiş Təqsirləndirilən şəxs hərbi qulluqçuların hərbi xidmətə qəbul edilməsi, habelə bərpa edilməsi ilə bağlı sənədləşmə işlərindən anlayışı olduğunu və Şahid1 Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirilməsində köməklik edə biləcəyini demiş, lakin Təqsirləndirilən şəxs əvvəllər konkret olaraq hər hansı şəxsi hərbi xidmətə qəbul etdirməsi barədə məlumat verməmiş, o, Şahid2 Təqsirləndirilən şəxslə danışıb Şahid1 yenidən hərbi xidmətə bərpa edilməsi məsələsini həll edə bilib-bilməməsini soruşmasını xahiş etmişdir. Şahid2 onun ***-***-**-** nömrəli mobil telefonundan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və Şahid1 Daxili Qoşunlarda xidmət etdiyini, xidməti uyğunsuzluqla tərxis edildiyini və Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs cavab olaraq bir neçə saat sonra özü zəng edib bu barədə danışa biləcəklərini söyləmiş, Şahid2 isə Təqsirləndirilən şəxs zəng etdiyi nömrənin Şahid1 atasına, yəni ona məxsus olduğunu, imkanı olduqda məsələ ilə bağlı həmin nömrəyə zəng etməsini, əlindən gələn köməyi etməsini bildirmiş, həmin gün axşam saat 19-20 radələrində Təqsirləndirilən şəxs öz nömrəsindən ona zəng etmiş və onlar telefonda bir daha Şahid1 xidmətə qəbul edilməsi ilə bağlı ətraflı danışmışlar. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli və səlahiyyətli tanışının vasitəsi ilə Şahid1 barəsində olan xidməti uyğunsuzluq qərarını ləğv etdirə biləcəyini və 2021-ci ilin mart ayının sonuna qədər Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilməsinə köməklik edə biləcəyini demiş, lakin Təqsirləndirilən şəxs özünün və yüksək vəzifəli və səlahiyyətli vəzifəli şəxs olan tanışının Müdafiə Nazirliyində konkret olaraq hansı vəzifədə xidmət etməsi barədə ona məlumat verməmiş, həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs işi həll etmək üçün 5500 manat pul verməli olduğunu söyləmiş, o, oğlu Şahid1 işsiz olduğunu düşünüb həmin məbləğdə pulu verməyə razılaşmışdır. 07 yanvar 2021-ci il tarixdə "xxxx"ın Goranboy rayon filialından öz adına 7000 manat kreditə pul götürmüş və həmin gün Təqsirləndirilən şəxs zəng edərək pulun hazır olduğunu demiş, Təqsirləndirilən şəxs pulu poçt vasitəsilə göndərməsini deyərək özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin şəklini «whatsapp» mobil tətbiqi vasitəsi ilə Şahid1 mobil telefonuna göndərmiş, o, 07 yanvar 2021-ci il tarixdə saat 14:56-da Goranboy rayon X7 Təqsirləndirilən şəxs adına əvvəlcədən razılaşdıqları kimi 5500 manat pul göndərmiş və bu barədə Təqsirləndirilən şəxs telefonla məlumat vermiş, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə ona «narahat olma may-iyun ayları ərzində həll edəcəm» deyə bildirmiş, 2021ci ilin iyul ayının əvvəlinə qədər o, Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə hər dəfə danışıb maraqlandıqda eyni cavabları eşitmiş, Təqsirləndirilən şəxs onu aldatdığını görmüş, bu səbəbdən də, 2021-ci ilin avqust ayında işin görülməsinə ehtiyac olmadığını deyərək, verdiyi 5500 manat pulu və həmin pulu bankdan götürdüyünə görə üzərinə gələn faizlərini qaytarmasını istəmiş, tez-tez pulunu geri tələb etdiyinə görə Təqsirləndirilən şəxs onun hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən qorxub 28 sentyabr 2021-ci il tarixdə qeyd olunan 5500 manat puldan 3000 manatını onun adına poçt vasitəsi ilə göndərmiş, bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək 3000 manat pulu götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs pulun qalan hissəsini də yaxın günlərdə göndərəcəyinə söz versə də, sonraki tarixlərdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulları qaytarmamış və ya ümumiyyətlə zənglərinə cavab verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahidlər Şahid1 və Şahid2 məhkəmədə elan olunmuş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadələr verərək Şahid1 xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis edilməsi ilə bağlı qərarın ləğv edilməsi və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə hərbi xidmətə bərpa olunması üçün Təqsirləndirilən şəxs işi həll edəcək vəzifəli şəxs olan tanışına verilməsi adı altında Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etdiyini, habelə sonuncunu özünə inandırıb aldadaraq 5500 manat məbləğində pulunu ələ keçirməsini, verdiyi vədlər üzrə Şahid1 xeyrinə hər hansı hərəkət etməməsini, həmin pulun bir hissəsini, yəni 3000 manat pulu Zərərçəkmiş şəxs qaytarmasını, lakin geriyə qalan 2500 manat pulu qaytarmamasını təsdiq etmişlər. Şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid5 məhkəməyə ifadə vərib göstərdi ki, 08 mart 2022-ci il tarixdə xidmət etdiyi idarəyə etibarlı mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə idarə rəhbərliyə məruzə olunmuş, həmçinin o, rəsmi olaraq idarə rəhbərliyinə raportla müraciət etmiş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, idarənin əməliyyat müvəkkilləri: polis baş leytenant Şahid3 və polis mayoru, Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, həmçinin qrupa rəhbərlik ona həvalə edilmiş, məlumat əsasında 08 mart 2022-ci il tarixdə axşam saatlarında əməliyyat-axtarış tədbirlərinə başlanılmış və həmin gün saat 18:15-də anket məlumatları əvvəlcədən bəlli olan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Abşeron rayonunun Masazır qəsəbəsi «Yeni Bakı» şəhərciyinin, yəni yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, hava şəraiti, insanların mütəmadi hərəkəti, habelə təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən idarəyə gəlmiş, idarədə ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş, daha sonra hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuş, tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli kurtkanın sol yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon və şəxsiyyətini təsdiq edən sənədlər aşkar edilərək götürülmüş, bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngdə kəskin iyə malik narkotik vasitə hesab edilən heroinə bənzər maddə aşkar edilmiş, həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1013 qram olması müəyyən edilmiş, daha sonra büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddəni haradan əldə etdiyini soruşulduqda o, verilən suallara cavab olaraq həmin maddənin heroin olduğunu bildiyini, həmin maddəni İran İslam Respublikasının vətəndaşı olan «Babək» adlı şəxsdən əldə etdiyini söyləmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs cinayət əməllərinə yol verdiyini başa düşüb həqiqəti etiraf edərək Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən özünə və digər ailə üzvlərinə məxsus pay torpaq sahəsində çiyələk istixanalarının arasında torpağa basdırmaqla təxminən doqquz kiloqram çəkidə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmiş və həmin pay torpağına baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış, bundan sonra baxış keçirilməsi üçün qeyd edilən ünvana gedilmiş, həmin ünvanda olarkən Təqsirləndirilən şəxs gizli olaraq saxladığı narkotik vasitələri təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs bu təklifə etiraz etməyərək könüllü şəkildə qeyd olunan pay torpağının girişindən sol tərəfdə yerləşən ikinci və üçüncü istixanaların arasına keçərək torpağı qazıb basdıqmaqla saxladığı 2 (iki) ədəd sellofan torbanı və 1 (bir) ədəd bağlamanı təqdim etmiş, sellofan torbalardan birincisinin içərisinə baxış keçirilərkən həmin torbanın içərisindən bir ədəd bağlamada heroin və bir ədəd bağlamada metamfetamin, ikinci sellofan torbanın içərisindən isə beş bağlamada heroin, digər ayrıca şəkildə olan bağlamada isə metamfetamin aşkar edilmiş, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə içərisində heroin olan bağlamaların ümumi çəkisinin 5 kq 925 qram, içərisində metamfetamin olan bağlamaların ümumi çəkisinin isə 2 kq 900 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş bağlamalar içərisi boş olan sellofan torbanın içərisinə qoyulmuş, daha sonra həmin torba baxış iştirakçılarının yanında qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmış, Təqsirləndirilən şəxs baxış zamanı verilən suallara cavab olaraq şəxsi axtarış zamanı söylədiklərini təsdiq etmişdir. Şahidlər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri: polis baş leytenantı Şahid3 və polis mayoru Şahid4 Zakir oğlu Şahid5lə eyni məzmunlu ifadələr vermişlər. Şahid vətəndaş Şahid6 məhkəməyə ifadə verib göstərdi ki, xx xxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 08 mart 2022-ci il tarixdə axşam saatlarında o, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən yaşadığı evdə olarkən tanımadığı və xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə «whatsapp» mobil tətbiqi vasitəsi ilə zəng gəlmiş, zəng edən şəxs özünü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şirəli müəllim kimi təqdim etmiş, həmçinin qardaşı Təqsirləndirilən şəxs yanında olduğunu, ailəsinə məxsus pay torpağına getməli olduqlarını bildirmiş, bu zaman qardaşı Təqsirləndirilən şəxs hər hansı problemlə üzləşdiyini başa düşmüş, telefonla əlaqə saxlayan şəxs əlavə olaraq ondan həmin pay torpağının kimin adına olması ilə bağlı sənədi də götürüb Göytəpə şəhərində yerləşən yanğınsöndürmə məntəqəsinin yaxınlığına gəlməsini bildirmiş, o, qeyd olunan pay torpağına aid olan sənədi götürüb göstərilən yerə getmiş, yanğınsöndürmə məntəqəsi tərəfə gəldikdə orada qardaşı Təqsirləndirilən şəxs, həmçinin özünü polis əməkdaşları kimi təqdim edən şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs adını xatırlamadığı müdafiəçisini görmüş, polis əməkdaşlarından biri özünün xidməti vəsiqəsini ona təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Şahid5 olduğunu bildirmiş, həmçinin ona həmin gün qeyd olunan idarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı üzərində 1 kq narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürüldüyü və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu məlum olmuş, Təqsirləndirilən şəxs baxış zamanı könüllü olaraq Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pay torpağının ərazisində narkotik vasitələr və psixotrop maddələr basdıraraq gizlətdiyini bildirmiş, bu səbəbdən də həmin pay torpağının ərazisinə baxış keçirilməsi zərurəti yaranmış, bundan başqa, polis əməkdaşları ona Təqsirləndirilən şəxs həmin pay torpaq sahəsinə baxış keçirilməsinə hər hansı etirazının olmaması barədə yazılı ərizə verdiyini bildirmiş, o da həmin pay torpağına baxış keçirilməsinə hər hansı etirazının olmadığını bildirmiş, sonra birlikdə qeyd olunan pay torpağının ərazisinə gedilmiş, onun, Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə 09 mart 2022-ci il tarixdə saat 01 radələrində pay torpağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs gizli olaraq saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs bu təklifə etiraz etməyərək könüllü şəkildə qeyd olunan pay torpağının girişindən sol tərəfdə yerləşən ikinci və üçüncü istixanaların arasına keçərək torpağı qazıb basdıqmaqla saxladığı 2 (iki) ədəd sellofan torbanı və 1 (bir) ədəd bağlamanı təqdim etmiş, sellofan torbalardan birincisinin içərisinə baxış keçirilərkən həmin torbanın içərisindən bir ədəd bağlamada heroin və bir bağlamada metamfetamin, ikinci sellofan torbanın içərisindən isə beş bağlamada heroin, digər ayrıca şəkildə olan bağlamada isə metamfetamin aşkar edilmiş, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə içərisində heroin olan bağlamaların ümumi çəkisinin təxminən 6 kq, içərisində metamfetamin olan bağlamaların ümumi çəkisinin isə təxminən 3 kq olduğu müəyyən edilmiş, aşkar edilmiş bağlamalar içərisi boş olan sellofan torbanın içərisinə qoyulmuş, daha sonra həmin torba onun və digər baxış iştirakçılarının yanında qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid5 08 mart 2022-ci il tarixli 008-2488-1222 nömrəli raportundan görünür ki, həmin tarixdə idarəyə anket məlumatları məlum olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin 08 mart 2022-ci il tarixli ə89008-22 nömrəli əmrindən məluma olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə idarənin baş əməliyyat müvəkkilləri: polis polkovnik-leytenantı Şahid5, polis mayoru Şahid4 Zakir oğlundan və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Abşeron rayon məhkəməsinin 10 mart 2022-ci il tarixli «əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair» qərarından aydın olur ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid5 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi tərəfindən təsdiq edilmiş 08 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid5 08 mart 2022-ci il tarixli 79 nömrəli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:15-də Abşeron rayonunun Masazır qəsəbəsində «Yeni Bakı» şəhərciyinin yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan 08 mart 2022-ci il tarixli «şəxsi axtarışın və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən məlum olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli kurtkanın sol yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngdə kəskin iyə malik narkotik vasitə hesab edilən heroinə bənzər maddə aşkar edilmiş, həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 1013 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddəni haradan əldə etdiyini soruşduqda o, verilən suallara cavab olaraq həmin maddənin heroin olduğunu bildiyini, həmin maddəni İran İslam Respublikasının vətəndaşı olan «Babək» adlı şəxsdən əldə etdiyini söyləmişdir. Cinayət işinin materiallarında olan JN-168 nömrəli «torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus pay torpaq sahəsi Cəlilabad rayonunda yerləşir. Cinayət işinin materiallarında olan 09 mart 2022-ci il tarixli «təqdim edilən ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Əliyev X4 rayonunun Göytəpə şəhərində yerləşən özünə və digər ailə üzvlərinə məxsus pay torpaq sahəsində çiyələk istixanalarının arasında torpağa basdırmaqla təxminən doqquz kiloqram çəkidə narkotik vasitə və psixotrop maddə saxladığını və həmin pay torpağına baxış keçirilməsinə etirazının olmamasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs gizli olaraq saxladığı narkotik vasitələri təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs bu təklifə etiraz etməyərək könüllü şəkildə qeyd olunan pay torpağının girişindən sol tərəfdə yerləşən ikinci və üçüncü istixanaların arasına keçərək torpağı qazıb basdıqmaqla saxladığı 2 (iki) ədəd sellofan torbanı və 1 (bir) ədəd bağlamanı təqdim etmiş, sellofan torbalardan birincisinin içərisinə baxış keçirilərkən həmin torbanın içərisindən bir ədəd bağlamada heroin və bir ədəd bağlamada metamfetamin, ikinci sellofan torbanın içərisindən isə beş bağlamada heroin, digər ayrıca şəkildə olan bağlamada isə metamfetamin aşkar edilmiş, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə içərisində heroin olan bağlamaların ümumi çəkisinin 5 kq 925 qram, içərisində metamfetamin olan bağlamaların ümumi çəkisinin isə 2 kq 900 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş bağlamalar içərisi boş olan sellofan torbanın içərisinə qoyulmuş, daha sonra həmin torba baxış iştirakçılarının yanında qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli 6/1379 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7» dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd yaşıl rəngli sellofan paketdə olan: - üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bağlamada 1000,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan paketdə altı ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1005,0 qram, ümumi təmiz çəkisi 6005,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1510,0 qram, 1500,0 qram, ümumi təmiz çəkisi 3010,0 qram olan ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə yeddi ədəd bükümdə olan heroinlər xarici görünüş əlamələtlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamələtlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına, metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 23 aprel 2022-ci il tarixli 008-4016-1222 nömrəli əməliyyat tapşırığına cavabından aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı «Babək» adlı şəxsdən satmaq məqsədi ilə əldə etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı 06 yanvar 2022-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona oğlu Şahid1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq 10000 (on min) manat məbləğində pulunu ələ keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs təqdim etdiyi bank sənədlərindən məlum olur ki,o, 07 yanvar 2021-ci il tarixdə "xxxx" ASC-nin Goranboy rayon filialından 48 ay müddətinə 7000 manat məbləğində kredit qismində pul götürmüşdür. Cinayət işinin materiallarında olan 07 yanvar 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs həmin tarixdə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 5500 (beş min beş yüz) manat məbləğində nağd pul köçürmüşdür. "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş CD disklərə keçirilmiş baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 23 aprel 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 04 yanvar 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək, o cümlədən 01 yanvar 2021-ci il və 28 sentyabr 2021-ci il tarixlərdə çoxsaylı zənglər aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung» markalı mobil telefon aparatına keçirilmiş baxış protokolundan məlum olur ki, həmin mobil telefonun kontaktlar bölməsində İran İslam Respublikasına məxsus +**********27 saylı mobil nömrə «Babək1» adı, +**********20 saylı mobil nömrə isə «Babək2» adı altında yaddaşda saxlanılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2019-cu il tarixli 77 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci sülhməramlı qüvvələr taborunun sülhməramlı qüvvələr bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyindən N nömrəli hərbi hissədən gəlmiş və vəzifəsinin təhviltəsliminə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci sülhməramlı qüvvələr taborunun sülhməramlı qüvvələr bölüyünün baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, baş gizir Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci sülhməramlı qüvvələr taborunun sülhməramlı qüvvələr bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2022-ci il tarixli 75 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələr nizamnaməsinin 61-ci maddəsinin «ə» bəndinə əsasən 07 mart 2022-ci il tarixdən ehtiyata buraxılmış hesab edildiyindən N mart 2022-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 5500 (beş min beş yüz) manat məbləğində maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi Vəkil1 tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 5500 (beş min beş yüz) manat maddi ziyanın 25 % (iyirmi beş) faizini, yəni cəmi 1375 (min üç yüz yetmiş beş ) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin145-ci maddəsi). Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi). Məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 340-cı maddəsinə əsasən çıxışında göstərdi ki, təqsirləndirilən şəxs - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində digər şəxsi vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin emlakını ələ keçirmekle deleduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməllərinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 234.4.1, 234.4.3 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmişdir. Lakin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Qeyd olunan səbəblərdən hesab edirəm ki, hər üç təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayər Prosesual Məcəlləsinin 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): - 39.1.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə görə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2- ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 314.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır.Məhkəmə baxışı zamanı dövlət ittihamçıısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqiobinə xitam verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, içtimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanunun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci madddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq və dövlət itthamçısının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan bir hissəsindən imtina etməsini, habelə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.1.1. 314.2 və 318-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham həmin ittihamladan xaric edilməli və həmin hissələrdə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 234.4.1, 234.4.3-cü maddələrinin dizpoziyası ilə uyğun gəlir. Məhkəmə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam ödədiyini, zərəçəkmiş şəxslə barışdığını və zərəçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığı üçün və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin ediləcək cəza məsələsini müzakirə edərək aşağıdakı məqamları qeyd edir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə, həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 56.1.2-ci maddəsinin müddəasına görə (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 08 mart 2022-ci il tarixdən hesablanmasını (Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut:- Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 7005 qram narkotik vasitə heroin və 3010 qram psixotrop maddə metamfetamin (ekspertiza zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 7004,65 qram narkotik vasitə heroin və 3009,9 qram psixotrop maddə metamfetamin) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung J6+» markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 178 (yüz yetmiş səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Vəkil1 vəkil işlədiyi “Fortiori” Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 1068 (min altımış səkkiz) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, cinayət işi üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza xərci 65 (altımış beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı həsab ədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 -cü maddələri ilə təqsirli bilinsin, lakin həmin maddə ilə Cinayət Məcəlləsinin 73- 1.2- ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayt əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış: • Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 7005 qram narkotik vasitə heroin və 3010 qram psixotrop maddə metamfetamin (ekspertiza zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 7004,65 qram narkotik vasitə heroin və 3009,9 qram psixotrop maddə metamfetamin) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. • Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung J6+» markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. • üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən Vəkil1 178 (yüz yetmiş səkkiz) iş saatı üçün 1068 (min altımış səkkiz) manat “Fortiori” Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apəllyasiya şikayəti və ya apəllyasiya protəsti vərilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest vərilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar