Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-110/2025 13.05.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ XN Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri NN saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev N8, mənzil NN-də yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.N və NNN.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətlərdə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 6 ünvanında yerləşən avtomobil taborunun səhra idarəetmə məntəqəsi taqımının avtomobil manqasının (qərargah maşınları) sürücüsü-elektriki vəzifəsində, çavuş hərbi rütbəsində xidmətdə olarkən NN yanvar NNN5-ci il tarixdə saat N8:NN-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N5 mart NNN5-ci il tarixdə saat 11:NN-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, o, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 1N mart NNN5-ci il tarixdə saat N8:NN-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N1 aprel NNN5-ci il tarixdə saat N7:NN-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun səhra idarəetmə məntəqəsi taqımının avtomobil manqasının (qərargah maşınları) sürücüsü-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş rütbəsində xidmət edir. NNN5-ci ilin yanvar, fevral və mart ayları ərzində dayısının onkoloji xəstə olması və daimi qulluğa ehtiyacı olması ilə bağlı xidmət yerinə gəlməmə hallarına yol vermişdir. NN yanvar NNN5-ci il tarixdə səhər saatlarında xidmət yerinə getməmiş və yalnız N5 mart NNN5-ci il tarixdə saat 11:NN radələrində xidmət yerinə qayıtmış, əvvəlcədən xidmət yerinə gəlməməsi ilə bağlı komandir heyətindən kimdənsə şifahi və ya yazılı formada icazə almamışdır. Bundan sonra 11 mart NNN5-ci il tarixədək mütəmadi olaraq xidmət yerinə gəlmiş, 1N mart NNN5ci il tarixdə saat N8:NN-da xidmət yerinə çıxmalı olduğu halda çıxmamış və yalnız N1 aprel NNN5-ci il tarixdə saat N7:NN radələrində xidmət yerinə qayıtmışdır. Hazırda xidmətini davam etdirir. Özü uşaq yaşlarından ata və anasını itirmiş, dayısı ona həm ata, həm ana olmuşdur. Hazırda dayısı və 7N yaşlı nənəsi ilə birlikdə eyni evdə yaşayır, özü xidmət yerində olarkən dayısına yaşlı nənəsi qulluq edir. Dayısı öz həyat yoldaşından ayrılmışdır və övladları ilə münasibətləri yoxdur. Komandir heyətinə dayısının xəstəliyi ilə bağlı sənəd təqdim etməmiş, bununla bağlı şifahi və ya yazılı formada icazə istəməmişdir. Xidmətdə olduğu müddət ərzində onu incidən, nizamnamədənkənar hərəkətlərə məruz qoyan, şərəf və ləyaqətini hər hansı formada alçaldan olmamışdır. Törətdiyi əməldən peşmandır və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun səhra idarəetmə məntəqəsi tağımının komandiri, gizir Şahid1 ifadəsində göstərdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs NN19-cü ildən N nömrəli hərbi hissədə xidmət etsə də sonuncunu özü yuxarıda qeyd olunan vəzifəyə təyin olunduqdan sonra, yəni NNN4-cü ilin fevral ayından tanımışdır. Təqsirləndirilən şəxs ilə aralarında tabelik münasibəti olmuş, sonuncu onun tabeliyində xidmət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər xidmətdə hər hansı ciddi nöqsana yol verməsinin şahidi olmamış, sonuncunun xidmətə qarşı münasibəti normal olmuş, sürücü kimi verilən tapşırıqları vaxtında icra etmiş, komandir heyəti və xidmət yoldaşları ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs yalnız son dövrlərdə bir neçə dəfə xidmət yerinə gəlməmə hallarına yol vermiş, xidmət yerinə gəlməmişdən əvvəl şifahi və ya yazılı formada heç kimdən icazə almamış, bu barədə məlumat verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs NN yanvar NNN5-ci il tarixdə səhər saatlarında xidmət yerinə gəlmədiyi müəyyən edilmiş, həmin vaxt sonuncu ilə əlaqə saxlasa da zənglərə cavab verməmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə bir aydan artıq çıxmadığı həmin müddət ərzində dəfələrlə sonuncuya zəng vursa da yalnız 1-N dəfə zənglərə cavab verib xidmət yerinə çıxacağını bildirmiş, lakin hər hansı probleminin olması barədə ona heçnə deməmişdir. Təqsirləndirilən şəxs yalnız N5 mart NNN5-ci il tarixdə saat 11:NN radələrində xidmət yerinə qayıtmış, xidmət yerinə qayıtdıqdan sonra sonuncudan hansı səbəbdən xidmət yerinə gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs dayısının onkoloji xəstə olduğunu, bu səbəbdən xidmət yerinə gəlmədiyini bildirmiş, lakin, dayısının xəstə olması ilə bağlı hər hansı tibbi və ya başqa bir sənəd təqdim etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 11 mart NNN5-ci il tarixədək mütəmadi olaraq xidmət yerinə gəlmiş, 1N mart NNN5-ci il tarixdə saat N8:NN-da xidmət yerinə çıxmalı olduğu halda çıxmamış və yalnız N1 aprel NNN5-ci il tarixdə səhər saatlarında xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmətdə olduğu müddətdə sonuncunu söyən, döyən, ona qarşı nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun səhra idarəetmə məntəqəsi tağımının qərargah manqa komandiri, çavuş ŞahidN oğlu və səhra idarəetmə məntəqəsi tağımının avtomobil manqa komandiri, çavuş ŞahidN Şahid1 ifadəsində göstərdiyi xüsusastları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin sənədlərindən görünür ki, 1N mart NNN5-ci il tarixdə Bakı hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in NNN.4-cü maddəsi ilə cinayət işi başlanmış, N4 aprel NNN5-ci il tarixdə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in NNN.4-cü maddəsindən həmin Məcəllənin NNN.N və NNN.4-cü maddələrinə tövsif edilərək, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin NN dekabr NN19-cü il tarixli N45 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında N (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Həqiqi hərbi xidmətin müddətinin uzadılması haqqında bağlaşmaya əsasən, çavuş Təqsirləndirilən şəxs hərbi xidmət müddəti N (üç) il olmaqla, 18 noyabr NNN7-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart NNN4-cü il tarixli 65 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, çavuş Təqsirləndirilən şəxs hərbi hissənin avtomobil taborunun səhra idarəetmə məntəqəsi taqımının avtomobil manqasının (qərargah maşınları) sürücüsü-elektriki vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli nömrəli hərbi hissə komandirinə ünvanlanan NN yanvar NNN5-ci il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli NN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs NN yanvar NNN5-ci il tarixdə saat N8:NN-da xidmət yerinə gəlməmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N5 mart NNN5ci il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 65 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N5 mart NNN5-ci il tarixdə saat 11:NN-da xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli nömrəli hərbi hissə komandirinin 1N mart NNN5-ci tarixli 7N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat N8:NN-da xidmət yerinə gəlməmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N1 aprel NNN5-ci il tarixli 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat N7:NN-da xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 1N mart NNN5ci il tarixli 1555 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N6 may NNN5-ci il tarixli 1NN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin avtomobil taborunun səhra idarəetmə məntəqəsi taqımının avtomobil manqasının (qərargah maşınları) sürücüsü-elektriki müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs Bakı şəhərində keçirməklə, 1N (on) gün müddətinə N6 may NNN5-ci il tarixdən 16 may NNN5-ci il tarixədək NNN5-ci ilin növbəti məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidməti yerində müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.N və NNN.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.N-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.N-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin NNN.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 19N.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.N-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN1-ci il 1 fevral tarixli N1 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel NNN5-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 19N.N-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N8 (səkkiz) saat hüquqi yardıma görə “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı 11 (on bir) manat olmaqla 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “ARBİTRİUM” Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin N45-N49, N51-N5N, N56, N58, N8N-N84.1 və N85-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.N-cü maddəsi ilə təqsirli bilinib, ona aylıq pul təminatından 1N% məbləğində pul dövlət nəfinə tutulmaqla N6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NNN.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 1N% məbləğində pul dövlət nəfinə tutulmaqla N8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən təyin edilmiş cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona aylıq pul təminatından 1N% məbləğində pul dövlət nəfinə tutulmaqla N1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında hüquqlarını müdafiə etmiş “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi N8 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “ARBİTRİUM” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan NN (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. XN
Məhkəmə qərarları › İş №1-1(093)-110/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-110/2025
13.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver