Məhkəmə qərarları › İş №1-1(093)-111/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-111/2023

27.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-111/2023 27.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X7 Qurban oğlunun sədrliyi, Abbasov Rafiq Qaraxan oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə plokovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçilər – X6 və X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonunun Kürdavaz kəndində doğulmuş, Masallı rayonunun Kürdavaz kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.3, 178.N.4, 3N.4, 31N.N-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində digər şəxsi vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qaradağ rayonunun ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin gözətçi gəmiləri divizionunun (G1N9) şturman döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N0NN-ci ilin yanvar ayında «tik-tok» sosial şəbəkəsi vasitəsi ilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul olunmaq istədiyini öyrənib real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışının vasitəsi ilə 9000 manat məbləğində pul müqabilində tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul etdirə biləcəyini söyləyib inandırmaqla Zərərçəkmiş şəxs razılığını alaraq vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Həmin razılıqdan sonra 30 yanvar N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs onun tələbi əsasında guya sənədləşmə işlərinin aparılması üçün yaşadığı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən «MİlliÖn» ödəniş terminalı vasitəsi ilə onun təqdim etdiyi "xxxx" ASC-yə məxsus bank hesabına 500 manat məbləğində pul göndərmiş, daha sonra 13 fevral N0NN-ci il tarixdə o, Abşeron rayonunun Xırdalan şəhərində Zərərçəkmiş şəxs ilə görüşərək sonuncudan əlbəəl 8000 manat məbləğində pul almış, 31 may N0NN-ci il tarixdə eyni ödəniş terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs ona məxsus bank hesabına 300 manat məbləğində pul göndərmiş, lakin o, verdiyi vədlər üzrə heç bir real hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 8800 manat məbləğində xeyli miqdarda pul vəsaitini qanunsuz ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası CM-nin 178.N.3, 178.N.4, 3N.4,31N.N-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, N0N1-ci ilin noyabr ayında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmətə başlamış, N8 sentyabr N0NN-ci il tarixdə xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, N nömrəli hərbi hissənin 1N9GG gözətçi gəmisinin 1-ci döyüş hissənin komando baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən N019-cu ildə «Tik-tok» sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs özünü Elvin adlı hərbi qulluqçu kimi təqdim etmiş, N9 yanvar N0NN-ci il tarixdə «Whatsapp» mobil tətbiqi vasitəsi ilə mesajlaşarkən Zərərçəkmiş şəxs ona işə qəbul olmaq istədiyini bildirmiş, həmin vaxt pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs müəyyən məbləğdə pulunu ələ keçirməyi düşünmüş, bu məqsədlə Zərərçəkmiş şəxs əvvəllər hər hansı rəsmi iş yerinin, iş təcrübəsinin, habelə hər hansı ali və ya orta-ixtisas təhsilinin olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs ona əvvəllər hər hansı rəsmi işdə, o cümlədən dövlət işində işləmədiyini, orta-ixtisas və ya ali təhsilinin olmadığını, lakin tibb bacısı kurslarını bitirdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs yalandan vəzifəli şəxs tanışının olduğunu, həmin adını bildirmədiyi tanışının vasitəsi ilə sonuncunu tibb bacısı kimi mülki xəstəxanalardan birinə işə qəbul olunması üçün 500 manat məbləğində pula ehtiyac olduğunu bildirmiş, lakin əslində onun hər hansı vəzifəli tanışı olmamış, həmin sözləri Zərərçəkmiş şəxs aldadıb pulunu almaq məqsədi ilə demiş, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşdıqdan sonra o, öz adına olan "xxxx" ASC-yə məxsus bank kartının fotoşəklini göndərmiş, 30 yanvar N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs «MİlliÖn» ödəniş terminalı vasitəsi ilə həmin hesaba 500 manat məbləğində pul göndərmiş və bu barədə ona bildirmiş, o, da xidmət yerinin yaxınlığında, yəni Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsinin 4-cü massivində xidmət göstərən «Bravo» supermarketində yerləşən "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə 500 manat məbləğində pulu nağdlaşdırmışdır. Bundan başqa, 18 fevral N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs ondan 300 manat məbləğində pul vəsaitini borc qismində almış, həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncuya əlbəəl 300 manat məbləğində pul vəsaitini borc qismində vermiş, Zərərçəkmiş şəxs N0NN-ci ilin may və ya iyunda N0NN-ci il tarix aralığında onun bank hesabına elektron qaydada qaytarmışdır. Zərərçəkmiş şəxs işə düzəltmək adı altında yalnız 500 manat məbləğdə pul almış, həmçinin N0NN-ci ilin fevral ayının ortaları və sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək uşağı üçün dərman almalı olduğunu bildirmiş, o, da üzərində yalnız 60 manat pul olduğunu bildirərək N0 yanvar metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb 60 manat pulu qaytarmışdır. Həmin ərəfələrdə istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** və xatırlamadığı digər mobil nömrələr, Zərərçəkmiş şəxs istifadəsində isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. İlkin araşdırma zamanı Sumqayıt Hərbi prokurorluğuna verdiyi izahatında Zərərçəkmiş şəxs mülki xəstəxanaya deyil hərbi hospitala tibb bacısı kimi xidmətə qəbul etmək adı altında ondan 500 manat məbləğində pul istəyib almasını deməsinin səbəbi həmin izahat zamanı fikrini aydın izah edə bilməməsi olmuşdur. N0NN-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilk dəfə olaraq həmin vaxt xidmət etdiyi N nömrəli hərbi hissənin qarşısına gələrək onu axtararkən, orada olan hərbi qulluqçulara onun «tik-tok» sosial şəbəkədən yüklədiyi videosunu göstərərək 8800 manat məbləğində pulunu ələ keçirdiyini bildirmiş, o, bu barədə xəbər tutduqda Zərərçəkmiş şəxs sakitləşdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəqbəsində yerləşən Cırtdan park adlanan yerdə Zərərçəkmiş şəxs ilə görüşmüş, həmin görüş zamanı da Zərərçəkmiş şəxs «8 min deyiblər» sözlərini deməsinin səbəbi Zərərçəkmiş şəxs hərbi hissənin qarşısında həmin məbləği deməsi olmuşdur. Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrə vasitəsi aralarında qısa mesaj şəklində aparılan yazışmalar zamanı N0 sentyabr N0NN-ci il tarixli smsdə Zərərçəkmiş şəxs ona 8800 manat məbləğində pul qaytarmalı olması ilə bağlı mesajına hər hansı şəkildə etiraz etməmisinin səbəbi Zərərçəkmiş şəxs ona həmin mesajı yazarkən mobil telefonunun aktiv olmadığından Zərərçəkmiş şəxs cavab verə bilməməsi olmuşdur. Həmçinin Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsində işə düzəltmək adı altında 8800 manat deyil, 800 manat almasını deməsinin səbəbi kimi həmin polis bölməsində izahat vermək üçün çağırılarkən polis bölməsində Zərərçəkmiş şəxs izahatda 800 manat yazmasını xahiş etməsi, pulların qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs and vermisi ilə bağlı Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdikləri həqiqətəuyğun olmamış, o, polis bölməsində Zərərçəkmiş şəxs ilə ərizə və izahatının dəyişdirilməsinə razı salmaq üçün heç bir söhbət aparmamışdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək ifadələrində Zərərçəkmiş şəxs mülki tibb müəssisələrindən birinə işə qəbul etdirmək adı altında pulnu ələ keçirdiyini, həmçinin Zərərçəkmiş şəxs həmin məqsədlə yalnız 500 manat məbləğində pul aldığını, Zərərçəkmiş şəxs onun bank hesabına əlavə olaraq 300 manat məbləğində pul göndərməsini sonuncunun ona olan borcunu qaytarması ilə bağlı olduğunu, işə düzəltmək adı altında Zərərçəkmiş şəxs 500 manat məbləğində puldan başqa, hər hansı digər məbləğdə, o cümlədən 8800 manat məbləğində pul almadığını bildirmişdir. İstintaqla toplanmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul olunmaq istədiyini öyrənib qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışının vasitəsi ilə müəyyən məbləğində pul müqabilində tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul etdirə biləcəyini söyləyib inandırmaqla Zərərçəkmiş şəxs razılığını alaraq vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Həmçinin 30 yanvar N0NN-ci il tarixdə 500 manat, 31 may N0NN-ci il tarixdə 300 manat məbləğində elektron qaydada, 13 fevral N0NN-ci il tarixdə isə əlbəəl 8000 manat məbləğində pulu Zərərçəkmiş şəxs qəbul edib verdiyi vədlər üzrə heç bir real hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 8800 manat məbləğində xeyli miqdarda pul vəsaitini qanunsuz ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləri iş üzrə toplanmış istintaq materialları, o cümlədən zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələri, üzləşdirmə protokolu, baxış protokolları, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəməyə ifadə verərək göstərdi ki, N019-cu ilin sonlarından işsiz qalmış, bu səbəbdən rəsmi və daimi bir işə qəbul olunmaq istəmiş, ali təhsili olmadığından hərbi xidmətə də qəbul oluna biləcəyini düşünmüş, N0NN-ci ilin yanvar ayının əvvəllərində «Tik-tok» sosial şəbəkəsində sonradan ad və soyadını öyrəndiyi Təqsirləndirilən şəxs səhifəsini görmüş, həmin səhifə sahibinin paylaşımlarında hərbi geyim formalı şəxsin fotoşəkilləri və videoçəkilişlərinin olduğunu müşahidə etmiş, həmçinin Təqsirləndirilən şəxs onun səhifəyə daxil olduğunu görüb tanış olmaq üçün ona yazmağa başlamış, Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğundan sonuncu ilə söhbət etmiş, habelə hərbi xidmətə qəbul ola bilib-bilməməsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs həmin vaxt özünü ona zabit rütbəli və Elvin adlı şəxs kimi təqdim etmiş, hərbi xidmətlə bağlı bir qədər yazışdıqdan sonra Təqsirləndirilən şəxs ona hərbi xidmətə qəbul olunmağın mümkün olduğunu demiş və ondan hansı hərbi quruma işə düzəlmək istədiyini soruşmuş, o, cavab olaraq qadın olduğuna, Bakı şəhərində işləmək istədiyinə, eyni zamanda qısa müddətli tibb bacısı kurslarını bitirdiyinə görə hərbi hospitala tibb bacısı kimi xidmətə qəbul olunmaq istədiyini söyləmişdir. Onlar daha sonra söhbətlərini «Whatsapp» mobil tətbiqi vasitəsi davam etdirmiş, yazışarkən Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində vəzifəli tanışlarının vasitəsi ilə ordu sıralarında tibb bacısı kimi hərbi qulluğa qəbul olunması üçün 1N000 manat məbləğində pula ehtiyac olduğunu, lakin onun üçün bu işi 9000 manata həll edə biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pulunun olmadığını demiş, bu səbəbdən də onlar ilkin olaraq bəzi sənədləşmə işlərinin görülməsi üçün əvvəlcə az miqdarda pul verəcəyi, sonra iş öz həllini tapdıqda pulların qalan hissəsini çatdıracağı ilə bağlı razılaşmışlar. Sonra Təqsirləndirilən şəxs ondan özünün və övladlarının şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş, ilkin olaraq sənədlərinin Müdafiə Nazirliyinə göndərilməsi üçün 500 manat məbləğində pul vəsaitinə ehtiyac olduğunu demişdir. O, razılaşaraq 30 yanvar N0NN-ci il tarixdə yaşadığı evin yaxınlığında, yəni Xırdalan şəhərində yerləşən «MİlliÖn» ödəniş terminalı ilə Təqsirləndirilən şəxs ona bildirdiyi "xxxx" ASC-yə məxsus bank hesabına 500 manat məbləğində pul vəsaitini göndərmişdir. Təqsirləndirilən şəxs də onunla əlaqə saxlayaraq Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 4-cü massivində xidmət göstərən «Bravo» supermarketində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 500 manat məbləğində pulu nağdlaşdırdığını bildirmişdir. 11-1N fevral N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq məsələnin həlli ilə bağlı tanışı ilə danışdığını, həmin tanışının bu qədər məbləğdə pulun hərbi xidmətə işə düzəlmək üçün kifayət etmədiyini, əgər işə qəbul olunmaq istəyirsə 8000 manat məbləğində pul vəsaitini verməli olduğunu bildirmiş və əlavə olaraq həmin məbləğdə pul vəsaitini verəcəyi təqdirdə N0NN-ci ilin aprel ayında xidmətə təyin olunma əmrinin artıq hazır olacağını qeyd etmişdir. 13 fevral N0NN-ci il tarixdə səhər saatlarında 8000 manat məbləğində pul vəsaitini yaşadığı evin küçəsində, yəni Xırdalan şəhərində təklikdə Təqsirləndirilən şəxs əlbəəl vermiş və sonuncu ona artıq narahat olmamağı bildirmişdir. N0NN-ci ilin aprel ayında o, Təqsirləndirilən şəxs hələ də işinin hansı səbəbdən həll olunmadığını soruşduqda, sonuncu hər şeyin qaydasında olduğunu yekun olaraq tibbi komissiyadan keçməyi üçün əlavə olaraq 300 manat məbləğində pul vəsaitini həmin bank hesabına göndərməsini istəmiş, o, razılaşaraq 31 may N0NN-ci il tarixdə ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bank hesabına 300 manat məbləğində pul vəsaitini göndərmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona tibbi komissiyadan keçmək üçün N40 manat məbləğində pulun kifayət etdiyini, lakin tibbi komissiyadan keçərkən əlavə 60 manat da ödəməyə ehtiyac olacağını bildirmiş, o, Təqsirləndirilən şəxs artıq kimlərəsə pul verə bilməyəcəyini, onsuz da ondan xeyli pul aldığını, tibbi komissiya zamanı ödəniləcək 60 manat pulu da özünün ödəməsini bildirmiş, növbəti tarixlərdə onlar işlə bağlı Təqsirləndirilən şəxslə görüşərkən sonuncu N0 yanvar metrostansiyasının yaxınlığında ona əlbəəl 60 manat məbləğində pulu qaytarmışdır. O, Təqsirləndirilən şəxs 300 manat məbləğində borc pul almamış, sonradan da borc qaytarmaq adı altında hər hansı məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs düzgün olmayan izahat verməyə öyrədən hüquqşünas tanışı olmuş, belə ki, Təqsirləndirilən şəxs 500 və 300 manat məbləğində pulları ona elektron qaydada göndərdiyini bildiyindən və bunun asanlıqla sübuta yetiriləcəyindən məlumatlı olmuş, cinayət məsuliyyətindən boyun qaçırmaq üçün işə düzəltmək adı altında aldığı pul məbləğinin məhz 500 olduğunu bildirmiş, 300 manatı isə guya aralarında olan borc münasibətləri ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxslə aralarında baş tutan dialoq zamanı 8000 manat pulu əlbəəl verməsini sübut etmək üçün Təqsirləndirilən şəxs səsini yazmaq qərarına gəlmiş və özü qəsdən görüş zamanı Təqsirləndirilən şəxs istiqamətləndirici suallar vermiş, lakin söhbətin əvvəllində Təqsirləndirilən şəxs pulu işə düzəltmək adı altında verdiyini dedikdə Təqsirləndirilən şəxs onun sözlərini təkzib etmədən söhbəti dəyişmiş, habelə səsinin yazıldığını hiss etmiş, bu səbəbdən də dialoq zamanı növbəti danışıqlarında bilərəkdən tez-tez «borc» sözünü hallandırmağa başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 8800 manat məbləğində maddi ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və onun qanunvericilikdə nəzrdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs xalasıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs şəxsən tanımır, aralarında qohumluq münasibətləri, düşmənçilik və ədavət yoxdur. O, Zərərçəkmiş şəxs ailə vəziyyəti, maddi durumu və övladlarının xəstəliyi ilə əlaqədar sonuncu ilə birlikdə yaşamış, ev işlərində köməklik etmiş, övladlarına baxmış, həmçinin Zərərçəkmiş şəxs tibb bacısı kurslarını bitirdiyindən tibb müəssisəsinə və ya hərbi hospitalı işə düzəlmək istəmiş, N0NN-ci ilin yanvar ayında o, Zərərçəkmiş şəxs telefonda kiminləsə tez-tez danışdığını müşahidə etmiş, kiminlə yazışdığını soruşduqda Zərərçəkmiş şəxs «Tik-tok» sosial şəbəkəsində sonradan ad və soyadını öyrəndikləri Təqsirləndirilən şəxs səhifəsini gördüyünü, həmin səhifə sahibinin paylaşımlarında hərbi geyim formalı şəxsin fotoşəkilləri və videoçəkilişlərinin olduğunu, həmin hərbi qulluqçu ilə söhbət etməyə başladığını, habelə hərbi xidmətə qəbul ola bilib-bilməməsi ilə bağlı maraqlandığını ona söyləmiş, növbəti tarixlərdə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs hərbi hospitala işə düzəlmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs isə bunun Müdafiə Nazirliyində yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə müəyyən məbləğdə pul müqabilində həll edə biləcəyini Zərərçəkmiş şəxs söylədiyini bildirmiş, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs konkret olaraq hansı məbləğdə pul istədiyini söyləməmiş, o, da bu barədə maraqlanmamışdır. 30 yanvar N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında, yəni Xırdalan şəhərində yerləşən «MİlliÖn» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bildirdiyi bank kartına 500 manat məbləğində pul göndərmiş, növbəti tarixlərdə o, Zərərçəkmiş şəxs əlavə olaraq Təqsirləndirilən şəxs 300 manat məbləğində pul da göndərdiyini öyrənmiş, bu barədə Zərərçəkmiş şəxs özü ona bildirərək, gələcəkdə iş alınacağı təqdirdə özünü həmin vaxt Elvin kimi tanıtmış Təqsirləndirilən şəxs başqa məbləğdə də pul verəcəyini də söyləmişdir. Lakin təxminən N0NN-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs gün ərzində əhvalının pis olmasını, hansısa şəxslə mobil telefonla əsəbi danışmasını, ondan hansısa məlumat gizlətdiyini görmüş, bu zaman Zərərçəkmiş şəxs təkidlə nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs baş verənləri, yəni Təqsirləndirilən şəxs əslində 800 manat deyil, 8800 manat məbləğində pul verdiyini bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs almış olduğu pul vəsaitini qaytarmamış, yalnız sonda verilən 300 manat pulun 60 manatını qaytarmışdır. Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, aralarında xidməti münasibətlər olmuş, N5 sentyabr N0NN-ci il tarixdə o, N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin növbətçisi olarkən günorta saatlarında nəzarət buraxılış məntəqəsinə tanımadığı xanım yaxınlaşmış, həmin şəxsin yanında kiçik yaşlı qız da olmuş, bu zaman həmin şəxs yaxınlaşaraq Zərərçəkmiş şəxs olduğunu, Təqsirləndirilən şəxs axtardığını uca səslə bildirərək, Təqsirləndirilən şəxs oraya gəlməsini tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs gəlmədiyi halda əlində tutduğu konistrin içərisində olan yanıcı maddə ilə özünü yandıracağını bildirmiş, o, əvvəlcə baş verənlərlə bağlı hərbi hissənin əməliyyat növbətçisinə məruzə etmiş, daha sonra Zərərçəkmiş şəxs sakitləşdirərək nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs bir qədər də uca səslə «Loğman məndən 8800 manat pul alıb, 8 minimi istəmirəm, 800 manatımı qaytarsın» deyə bildirərək Təqsirləndirilən şəxs ünvanına qarğış xarakterli sözlər və ifadələr işlətməyə davam etmişdir. O, hərbi hissədə hərbi qulluqçular arasında olan söhbətlərdən hansısa qadının əvvəllərdə hərbi hissənin qarşısına gələrək Təqsirləndirilən şəxs barəsində eyni məzmunlu şikayətlər etdiyini eşitmişdir. Hadisə yerinə Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinin əməkdaşları gələrək Zərərçəkmiş şəxs şikayətini bölmədə rəsmi şəkildə bildirməsini təklif etmiş, Zərərçəkmiş şəxs da razılaşaraq həmin polis əməkdaşları ilə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünü Elvin adı altında təqdim etməsi barədə məlumatı olmamış, həmin gün isə Zərərçəkmiş şəxs ora gəldikdə ona əvvəllər də hərbi hissənin qarşısına şikayətə gələn şəxsin məhz Zərərçəkmiş şəxs olması məlum olmuş, N5 sentyabr N0NN-ci il tarixdə nəzarət buraxılış məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs 8800 manat məbləğində pulu hansı məqsədlə alması barədə bir söz deməsə də, hərbi hissədə gedən ümumi söhbətlərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz 8800 manat məbləğ pul aldığını, həmçinin həmin pulu Zərərçəkmiş şəxs işə düzəlmək adı altında aldığını eşitmişdir. ŞahidN məhkəməyə ifadə verərək göstərdi ki, N5 sentyabr N0NN-ci il tarixdə saat 13:N7-də «10N» qaynar xəttindən vətəndaş Zərərçəkmiş şəxs Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissənin qarşısına gələrək özünə qəsd etmək istəməsi barədə məlumat daxil olmuş, o, bölmənin polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək Zərərçəkmiş şəxs polis bölməsinə dəvət etmiş, polis bölməsinə gələrkən Zərərçəkmiş şəxs olduqca əsəbi olduğunu müşahidə etmiş və şikayətinin nədən ibarət olduğunu soruşmuş, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs müəyyən məbləğdə pulunu alaraq işə düzəltmək adı altında ələ keçirdiyini və qaytarmadığını bildirmiş, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil nömrəsini əldə edərək polis bölməsinə dəvət etmiş, onlar polis bölməsinə çatdıqdan bir qədər sonra Təqsirləndirilən şəxs də bölməyə gəlmiş, onlar otaqda şifahi olaraq sözlü mübahisə etməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 8800 manat məbləğində pulunu tələb etmiş və yalnız həmin pulu verdikdən sonra şikayət etməyəciyini bildirmiş, həmin vaxt o, bölmənin növbətçi hissəsinə çağırıldığından Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun xidməti otağının qarşısında bir müddət təklikdə qalmışlar. O, 4-5 dəqiqə sonra xidməti otağına qayıdıb Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs içəri dəvət etdikdə artıq sözlü mübahisələrinin bitdiyini, bir-biri ilə daha mülayim olduqlarını müşahidə etmiş, o, Zərərçəkmiş şəxs şikayətini rəsmiləşdirmək məqsədi ilə ondan şikayətinin nədən ibarət olduğunu soruşduqda Zərərçəkmiş şəxs ona hazırda Təqsirləndirilən şəxs tələbi 8800 deyil, 800 manat olduğunu bildirmiş, Təqsirləndirilən şəxs də öz növbəsində həmin pulları iki ay ərzində tam şəkildə Zərərçəkmiş şəxs qaytaracağına, aralarında olan problemi həll edəcəyinə söz vermiş, bu səbəbdən də, Zərərçəkmiş şəxs ərizə və izahatında Təqsirləndirilən şəxs yalnız 800 manat tələb etdiyini qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İşə əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli 3N4 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin gözətçi gəmiləri divizionunun (G1N9) şturman döyüş hissəsinin komanda baş çavuşu vəzifəsinə təyin edildiyindən həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N6 sentybar N0NN-ci il tarixli N71 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə müvafiq vəziyə təyin edildiyinə görə N7 sentyabr N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N8 sentyabr N0NN-ci il tarixli N79 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən gəldiyindən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyasına daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. Vətəndaş Zərərçəkmiş şəxs müxtəlif hüquq-mühafizə orqanlarına ünvanladığı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onu hərbi hospitala işə düzəltmək adı altında 8800 manat məbləğində pulunu almış, vədləri üzrə Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş görməmiş və verilən pulları qaytarmamışdır. Abşeron rayon polis idarəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis baş leytenantı M.Məmmədovun N4 sentyabr N0NN-ci il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs işə düzəlmək adı altında Təqsirləndirilən şəxs 8800 manat məbləğində pul verməsi ilə bağlı həmin tarixdə Daxili İşlər Nazirliyinin «10N» qaynar xəttinə müraciət etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DVD diskə keçirilmiş 01 dekabr N0NN-ci il tarixli baxış protokolundan görünür ki, onunla Təqsirləndirilən şəxs arasında baş tutmuş görüş zamanı onlar verilmiş pulların qaytarılması ilə bağlı söhbətlər aparılmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr N0NN-ci il tarixli 4/1800 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində «səs nümunə Kərimova» xüsusi qeydi olan ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bank sənədlərindən, habelə Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs ******************** saylı bank hesabına 30 yanvar N0NN-ci il tarixdə 500, 31 may N0NN-ci il tarixdə isə 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr Təqsirləndirilən şəxs istifadəsində, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr isə Zərərçəkmiş şəxs istifadəsində olmuş, N0 sentyabr N0NN-ci il tarixdən 30 sentyabr N0NN-ci il tarixədək Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi arasında verilmiş pulların qaytarılması ilə bağlı çoxsaylı qısa mesaj formatlı yazışmalar aparılmış, o cümlədən Zərərçəkmiş şəxs N0 sentyabr N0NN-ci il tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs «Sabaah saat 1N kimi 8 mini vermesen arvadina subutla gösterecem 8800» qısa mesaj mətni göndərmiş, həmçinin qeyd olunan tarix aralığında o cümlədən N0 sentyabr N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında çoxsaylı telefon zəngləri aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında 01 yanvar N0NN-ci il tarixdən 1N oktyabr N0NN-ci il tarixədək çoxsaylı zənglər aparılmışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin 13 mart N0N3-cü il tarixli 779 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs həmin mərkəzə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması ilə müraciəti qeydə alınmamışdır. Həmçinin «tibb bacısı» hərbi uçot ixtisası üzrə yalnız ali və ya orta tibbi təhsilli qadınlar müraciət edə bilərlər. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N7 mart N0N3-cü il tarixli 1570 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs hərbi qulluqçu və ya mülki işçi kimi işə qəbul olunması ilə bağlı həmin tibb müəssisəsinə müraciət etməmişdir. Həmçinin «tibb bacısı» vəzifəsinə təyin olunarkən tibbi ixtisasın olması ilə bağlı diplom tələb olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin145-ci maddəsi). Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi). Məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 340-cı maddəsinə əsasən çıxışında göstərdi ki, istintaq oranı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3, 178.N.4 və 3N.4, 31N.Nci maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin gözətçi gəmiləri divizionunun (G1N9) şturman döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində digər şəxsi vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.Lakin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” N015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N0N3-cü il tarixli qərarına əsasən, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 31N-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” N0NN-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 31N-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” N0N3-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 3N.4, 31N-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Qeyd olunan səbəblərdən hesab edirəm ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam verilməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir (CPM-nin 305-ci maddəsi). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.N və 39.N-ci maddələrində nəzərdə trutulmuş hallarla cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-nin 314.N-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə həmin Məcəllənin 43.1.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 314.N-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur.Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır.Məhkəmə baxışı zamanı dövlət ittihamçıısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibin əxitam verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 15 fevral N008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, içtimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanunun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 1N5-ci madddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq və dövlət itthamçısının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan bir hissəsindən imtina etməsini, habelə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.1.1. 314.N və 318-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə verilmiş ittiham həmin ittihamladan xaric edilməli və həmin hissələrdə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.N.3 və 178.N.4-cü maddələrinin dizpoziyası ilə uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin həmin maddələrlə tövsif edilməsini əsalı sayaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəFəridindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən olmasını nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasnı qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut- Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 14N319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (XN, KOD N10005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər “Kredo” vəki bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 46 (qırx alt) iş saatına görə N76 (ik yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Kredo” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.4,31N.N-ci maddələri ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilsin və həmin maddələr üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4 -cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Azercell Telecom» MMC-dən daxil olmuş bir ədəd CD disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 14N319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (XN, KOD N10005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” vəki bürosunun vəkili X1 etdiyi 46 (qırx altı) iş saatına görə N76 (iki yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Kredo” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X10 (sədrlik edən), Rafiq Abbasov, Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar