Məhkəmə qərarları › İş №1-1(093)-112/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-112/2023

06.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-112/2023 06.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı1, müdafiəçilər- «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2001 -ci il tarixdə Sabirabad rayonunun Qaratuğay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qaratuğay kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəlli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310, 320.1 və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, həmçinin hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni özbaşına buraxıb getməklə fərarilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Avrasiya Universitetinin sonuncu, yəni dördüncü kursunda təhsil aldığı zaman 2022-ci ilin iyun ayının əvvəllərində tələbə yoldaşı Şahid1 tədris fənləri üzrə keçirilən bəzi imtahanlarda müsbət nəticə əldə etmədiyi üçün diplom almayacağını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Şahid1 diplom almasına kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Şahid1 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid1 atası, Goranboy rayon sakini Zərərçəkmiş şəxs1 ilə aralarındakı telefon danışığı zamanı 5N0 (beş min üç yüz) manat məbləğində pul verməklə oğlu Şahid1 diplom almasına kömək edəcəyini deyib aldatmış və onu özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında Şahid1 1200 manat, N avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 bank kartına köçürmə yolu ilə göndərilən 500 manat, 16 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında 3N0 manat, N yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 bank kartına köçürmə yolu ilə göndərilən 235 manat olmaqla, ümumilikdə vahid niyyətlə 5235 (beş min iki yüz otuz beş) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Müdafiə Nazirlyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin oktyabr ayının sonlarında aralarında tanışlıq münasibəti olan, Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hərbi Polisinin hərbi qulluqçusu, gizir Şahid3 ilə telefon vasitəsilə əlaqə saxlayan zaman sonuncunun xidmət yoldaşı, kiçik çavuş Fuad Fərəcovun dostu Zərərçəkmiş şəxs2 bacısı Rəhimə Şərifovaya iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta R.Şərifovanın işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs2 yalandan 18.000 (on səkkiz min) manat məbləğində pul verməklə bacısı X28 İşlər Nazirliyində işə düzəlməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən Zərərçəkmiş şəxs2 Bakı şəhərində Şahid3 vasitəsilə 28 oktyabr 2022-ci il tarixdə bank kartına köçürmə yolu ilə göndərilmiş N00 manat, 01 noyabr 2022-ci il tarixdə bank kartına köçürmə yolu ilə göndərilmiş 15.000 manat, N noyabr 2022-ci il tarixdə bank kartına köçürmə yolu ilə göndərilmiş 355 manat, 09 dekabr 2022-ci il tarixdə isə şəxsən özü bank kartına köçürmə yolu ilə göndərilmiş 500 manat olmaqla, ümumilikdə vahid niyyətlə 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən 02 dekabr 2022-ci il tarixdə saat 10:00-da müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni özbaşına buraxıb gedərək fərarilik etmiş və 24 yanvar 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin dekabr ayında aralarında yaxın münasibət olan Şahid7 vasitəsilə tanış olduğu X26 ilə söhbət edən zaman sonuncunun özünə iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta K.Şıxəliyevin işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Kənan Şıxəliyevin pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə K.Şıxəliyevə yalandan Dövlət Təhlükəsizliyi Xidmətində çalışdığını, 15.000 (on beş min) manat məbləğində pul verməklə həmin xidmətdə işə düzəlməsinə kömək edcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 21 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində K.Şıxəliyevdən 15.000 (on beş min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin, yəni K.Şıxəliyevin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən aralarında tanışlıq münasibəti olan Şahid7 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin yanvar ayında söhbət edən zaman sonuncunun özünə iş axtardığını bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs4 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs4 yalandan Dövlət Təhlükəsizliyi Xidmətində çalışdığını, 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul verməklə həmin xidmətdə işə düzəlməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 23 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Zərərçəkmiş şəxs4 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin, yəni Zərərçəkmiş şəxs4 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən aralarında tanışlıq münasibəti olan Şahid7 vasitəsilə tanış olduğu X21 Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək edəcəyinə inandıraraq, onun 15.000 (on beş min) manat məbləğində pulunu ələ keçirməsi üçün 2023-cü ilin yanvar ayında Bakı şəhərində özünə məxsus Samsung markalı S22 Ultra modelli mobil telefonda K.Şıxəliyevin adına, guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş, məzmununda “xx.xx.2023-cü il tarixində qeydiyyata düşmüş sənəd əsasnaməsində deyilir: X19 Dövlət Təhlükəsizlik Xidməti orqanlarında xidmətini davam etdirmək üçün etdiyi müraciyəti əsasında xidməti mandat və idman inspeksiyasında iştirak etmək üçün və daxili araşdırmalar aparılması nəticəsində şəxsin qeydiyyata alınma prosesi başlamışdır. X11 Xidmətinin Nəsimi rayon yerli şöbəsinə təhvil verilir. İnsan resursları: X2, Qəbul şöbəsi X17. Tarix xx.xx.2023 ” qeydləri olan sənəd hazırlayıb, yuxarı mərkəz hissəsinə internet saytlarından əldə etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin emblemini, aşağı sağ küncünə isə mobil telefonuna yüklədiyi “Logo maker” proqramı vasitəsilə düzəltdiyi həmin xidmətin möhürünü köçürməklə, daha sonra həmin sənədi çap edib, polkovnik R.Xələfov və mayor R.Rəsulovun adının qarşısında özü imza etməklə hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və sənədin surətini 19 yanvar 2023-cü il tarixdə K.Şıxəliyevə təqdim etsə də, sonuncu daha sonra həmin sənədin saxta olduğunu başa düşdüyü üçün Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən aralarında tanışlıq münasibəti olan Şahid7 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək edəcəyinə inandıraraq, onun 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pulunu ələ keçirməsi üçün 2023-cü ilin yanvar ayında Bakı şəhərində özünə məxsus Samsung markalı S22 Ultra modelli mobil telefonda Zərərçəkmiş şəxs4 adına, guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş, məzmununda “xx.xx.2023-cü il tarixində qeydiyyata düşmüş sənəd əsasnaməsində deyilir: Zərərçəkmiş şəxs4 Dövlət Təhlükəsizlik Xidməti orqanlarında xidmətini davam etdirmək üçün etdiyi müraciyəti əsasında xidməti mandat və idman inspeksiyasında iştirak etmək üçün və daxili araşdırmalar aparılması nəticəsində şəxsin qeydiyyata alınma prosesi başlamışdır. X11 Xidmətinin Nəsimi rayon yerli şöbəsinə təhvil verilir. İnsan resursları: X2, Qəbul şöbəsi X17. Tarix xx.xx.2023 ” qeydləri olan sənəd hazırlayıb, yuxarı mərkəz hissəsinə internet saytlarından əldə etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin emblemini, aşağı sağ küncünə isə mobil telefonuna yüklədiyi “Logo maker” proqramı vasitəsilə düzəltdiyi həmin xidmətin möhürünü köçürməklə daha sonra həmin sənədi çap edib, polkovnik R.Xələfov və mayor R.Rəsulovun adının qarşısında özü imza etməklə hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və sənədin surətini 23 yanvar 2023-cü il tarixdə A.Qüdətova təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310, 320.1 və 334.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 2018-ci ildə Bakı Avrasiya Universitetinə daxil olmuş və 2022-ci ildə həmin Universitetin “Tərcüməçilik” ixtisasını bitirmişdir. 06 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq qulluq etməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərində yerləşən N nömrəli Hərbi hissəsinə göndərilmiş və bir neçə ay orada xidmət etdikdən sonra smartfon tipli mobil telefon işlətməsi səbəbindən N oktyabr 2022-ci il tarixdə xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilmişdir. O, hərbi xidmətə çağırılmamışdan əvvəl Bakı Avrasiya Universitetinin dördüncü kursunda təhsil alan zaman 2022-ci ilin təxminən may ayında tələbə yoldaşları ilə söhbət edərkən onunla eyni qrupda təhsil alan Şahid1 imtahanlardan kəsirləri olduğu üçün diplom ala bilməyəcəyini demiş və bu zaman o, Şahid1 pulunu ələ keçirmək qərarına gələrək yalandan universitetdə dərs deyən, kim olduğunu demədiyi müəllimlər vasitəsilə diplom almasına kömək edə biləcəyini deyib, bu məsələ ilə bağlı daha sonra onunla əlaqə saxlamasını bildirərək oradan ayrılmışdır. Bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayıb bu işi necə həll edəcəyini soruşduqda o, yenə də universitetdə çalışan kim olduğunu demədiyi müəllimlər vasitəsilə diplom almasına kömək edə biləcəyini demiş və bu iş üçün 5N0 (beş min üç yüz) manat məbləğində pul verməli olduğunu, həmin pulun işi həll edəcək şəxslərə çatacağını bildirmişdir. Bir neçə gün sonra Şahid1 istədiyi pulun məbləğinin çox olması səbəbindən atasının bu işə razılıq vermədiyini dediyi üçün o, 1200 manat pulu əvvəlcədən, qalan 4100 manat pulu isə diplomu alan zaman, yəni 2022-ci ilin oktyabr ayının sonunda verməyi təklif etmiş və Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşdığı üçün 2022-ci ilin iyun ayında Şahid1 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yanında ona 1200 manat məbləğində pul vermişdir. O, 1200 manat pulu aldıqdan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyərək Şahid1 diplom alma məsələsi ilə bağlı heç bir iş görməmiş və bir neçə gün sonra, yəni 06 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə göndərildikdən bir müddət sonra, 2022-ci ilin avqust ayında pula ehtiyacı olduğu üçün o, Şahid1 atası Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurmuş və yalandan oğlu Şahid1 diplom alma məsələsini həll edəcək Elnur müəllim adlı şəxsin kəsirlərin bağlanması üçün 500 manat pul istədiyini deyərək, təcili olaraq həmin pulu göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 pulu necə göndərəcəyini soruşduqda o, aralarında sevgi münasibətləri olan Şahid4 adına olan bank kartının nömrəsini deyərək pulu həmin bank kartına köçürməsini bildirmiş və bir qədər sonra Zərərçəkmiş şəxs1 qeyd edilən bank kartına 500 manat pul köçürmüşdür. O, aralarında sevgi münasibətləri olan Şahid4 əvvəlcədən adına olan bank kartına 500 manat pul köçürüləcəyini desə də, həmin pulun kim tərəfindən, nə məqsədlə göndərilməsini bildirməmiş və daha sonra sonuncu həmin pulu nağdılaşdıraraq ona çatdırmışdır. O, 2022-ci ilin oktyabr ayının sonunadək diplomu alacağına söz verdiyi üçün daha sonra Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə soruşmuş və həmin vaxt o, müxtəlif bəhanələr gətirərək, yaxın günlərdə diplomu alacağını bildirmişdir. Aralarında olan bu söhbətdən bir neçə gün sonra, yəni 2022-ci ilin noyabr ayının ortalarında xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən ona on günlük məzuniyyət verildiyi üçün o, Bakı şəhərinə gəlmiş və məzuniyyətdə olan zaman pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1la telefon vasitəsilə əlaqə saxlayıb yalandan oğlu Şahid1 diplom alma məsələsinin həll edildiyini deyərək pulun qalan hissəsini götürüb Bakı şəhərinə gəlməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona inandığı üçün səhəri gün Bakı şəhərinə gəlmiş və o, Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yaxınlığında sonuncu ilə görüşüb üzərində olan 3N0 manat məbləğində pulu aldıqdan sonra diplomu götürmək adı ilə yanından ayrılmışdır. O, Zərərçəkmiş şəxs1 yanından ayrıldıqdan bir qədər sonra mobil telefonuna zəng vuraraq yalandan diplomun hələ təsdiq edilmədiyini demiş və daha sonra aldığı 3N0 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs1 onunla mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayaraq diplomu nə zaman alacağını soruşmuş və o, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işin müsbət həll olunacağını demişdir. 2023cü ilin yanvar ayının əvvəllərində onun pula ehtiyacı olduğu üçün yenidən Zərərçəkmiş şəxs1la əlaqə saxlamış və yalandan oğlu Şahid1 diplomunun alınması üçün əlavə olaraq 235 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulu necə göndərəcəyini soruşduqda o, özünə aid olan UniBank bankına məxsus bank kartının nömrəsini deyərək pulu həmin bank kartına köçürməsini istəmiş və sonuncu həmin gün adına olan bank kartına 235 manat pul köçürmüşdür. Sonrakı günlərdə Zərərçəkmiş şəxs1 tez-tez onun mobil telefonuna zəng vursa da, o, cavab verməmiş və 24 yanvar 2023-cü il tarixdə həbs edildiyi üçün sonuncu bir daha onunla əlaqə saxlamamışdır. Bundan başqa o, göstərmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N nömrəli hərbi hissəsində xidmətdə olarkən xidmət yerində smartfon tipli mobil telefon istifadə etdiyi üçün hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında ona həbs cəzası verilərək Bakı Qarnizonu Hərbi Polisinin Hauptvaxtasına göndərilmiş və orada olan zaman Bakı Qarnizonu Hərbi Polisinin hərbi qulluqçusu, gizir Şahid3 ilə tanış olmuşdur. Cəzasını çəkib xidmət etdiyi hərbi hissəyə qayıtdıqdan sonra onun xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə dəyişdirildiyi üçün o, bir neçə gün Bakı Qarnizonu Hərbi Polisində qalmış və orada aralarındakı söhbət zamanı o, gizir Şahid3 yalandan Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə çalışan tanışlarının olduğunu, həmin tanışlarının vasitəsilə istənilən şəxsi pul müqabilində istənilən dövlət orqanına işə düzəldə biləcəyini demişdir. Bunu demək onun məqsədi pul əldə etmək olmuş və bir neçə gün sonra o, N nömrəli hərbi hissədə xidmətdə olan zaman gizir Şahid3 onunla telefon vasitəsilə əlaqə saxlayıb hansısa bir dostunun vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 adlı şəxsin bacısı Rəhimə Şərifovaya iş axtardığını deyərək, sonuncunun işə düzəlməsinə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, N nömrəli hərbi hissədə xidmətdə olarkən Dövlət Təhlükəsizliyi Xidmətinə ancaq ingilis dili bilən şəxslərin işə qəbul edildiyini eşitdiyi üçün ingilis dili biləcəyi təqdirdə R.Şərifovanın həmin xidmətdə işə qəbul olunması ilə bağlı elektron qaydada müraciət edərək, qardaşı Zərərçəkmiş şəxs2 pul ala biləcəyini düşünmüş və gizir Şahid3 yalandan 16.000 (on altı min) manat məbləğində pul verməsi müqabilində yüksək vəzifədə çalışan tanışlarının vasitəsilə R.X9 Xidmətində işə düzəldə biləcəyini, lakin bunun üçün sonuncunun ingilis dili bilməsinin vacib olduğunu bildirmişdir. Gizir Ş.Mərhərrəmov maraqlandıqdan sonra R.Şərifovanın ingilis dilini bilmədiyini demiş və o, pul əldə etməkdən ötrü bir neçə gün sonra yenidən gizir Şahid3la telefon vasitəsilə əlaqə saxlayıb yalandan Xarici İşlər Nazirliyinin Kadrlar Şöbəsinin müdiri vəzifəsində çalışan Leyla Qasımova adlı şəxsinin onun tanışı olduğunu, 18.000 (on səkkiz min) manat məbləğində pul verməsi müqabilində İ.Qasımovanın vasitəsilə R.Şərifovanı həmin nazirlikdə işə düzəldə biləcəyini demişdir. Gizir Şahid3 Zərərçəkmiş şəxs2la danışdıqdan sonra sonuncunun buna razılıq verdiyini demiş vu bundan sonra o, Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs2 əvvəlcə N00 (üç min) manat, 01 noyabr 2022-ci il tarixdə 15.000 (on beş min) manat, bir neçə gün sonra isə 355 (üç yüz əlli beş) manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs2 həmin pulları onun istəyinə əsasən aralarında sevgi münasibətləri olan Şahid4 və gizir Şahid3 adlarına olan bank kartlarına köçürmüş və daha sonra o, hər iki şəxsdən həmin pulları tam şəkildə almışdır. O, aralarında sevgi münasibətləri olan Denizə adına olan bank kartına pul köçürüləcəyini desə də, pulun kim tərəfindən, nə məqsədlə köçürüləcəyini bildirməmiş və onun vətəndaş Zərərçəkmiş şəxs2 aldadacağ.ndan Şahid4, eləcə də gizir Şahid3 məlumatı olmamışdır. O, həm pulu almamışdan əvvəl, həm də pulu aldıqdan sonra R.Şərifova ilə Xarici İşlər Nazirliyinin əməkdaşı kimi yazışmış, hətta daha inanadırıcı olması üçün R.Şərifovanın elektron poçt ünvanına Leyla Qasımova adından mesaj göndərmişdir. O, Zərərçəkmiş şəxs2 aldığı pulu şəxsi ehtiyaclarına xərcləyərək, borclarını qaytarmış və R.Şərifovam 10 dekabr 2022-ci il tarixədək işə düzəldəcəyini dediyi üçün 09 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2, bacısı R.Şərifova və anası Şahid2 ilə Xarici İşlər Nazirliyinin yaxınlığında görüşmüşdür. O, R.X31 Nazirliyində işə düzəlməsi ilə bağlı heç bir iş görməyib, heç kimə müraciət etmədiyi üçün bir qədər sonra sonuncunun ingilis dilini bilməməsi səbəbindən işə qəbul olunmasının mümkün olmadığını demiş və həmin vaxt Zərərçəkmiş şəxs2 verdiyi 18.355 manat məbləğində pulu tələb etdikdə o, yalandan həmin pulu yüksək vəzifədə çalışan tanışlarına verdiyini, pulu geri almasının mümkün olmadığını deyərək, həmin pulun müqabilində R.X5 Xidmətində işə düzəltməyi təklif etmişdir. R.Şərifova buna razılıq vermədiyi üçün daha sonra o, həmin pulun müqabilində kiçik qardaşı Şərif X12 Xidmətində işə düzəltməyi təklif etmiş və Zərərçəkmiş şəxs2 razılaşdıqdan sonra o, yanlarından ayrılmışdır. O, Zərərçəkmiş şəxs2 qardaşı Ş.X12 Xidmətində işə düzəldəcəyini desə də, bununla bağlı heç kimə müraciət etməmiş və bir qədər sonra o, Zərərçəkmiş şəxs2la telefon vasitəsilə əlaqə saxlayıb yalandan bu işin alınması üçün 20.000 (iyirmi min) manat məbləğində pul verməli olduğunu deyərək, qalan 2000 manat pulu da istmişdir. Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunun olmadığını, ancaq 500 manat pul verə biləcəyini dedikdə o, razılaşmış və onun istəyinə əsasən adına olan UniBank bankına məxsus bank kartına 500 manat pul köçürmüşdür. O, 500 manat pulu aldıqdan sonra yalandan Ş.Şərifovun 2023-cü ilin yanvar ayının sonunadək işə qəbul olunacağını demiş, lakin bununla bağlı heç bir iş görməmişdir. O, Zərərçəkmiş şəxs2 aldığı 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində pulu öz ehtiyaclarına xərcləyərək, borclarını qaytarmış və 24 yanvar 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində cinayət işi başlanılmışdır. Bundan başqa, o göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olarkən hərbi hissə komandirinin əmri ilə N noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək on günlük məzuniyyətə buraxılmış və məzuniyyətdən xidmət yerinə qayıtdıqdan bir neçə gün sonra anası Elnarə Zülfüqarova cərrahi əməliyyat olunduğu üçün anasını görməkdən ötrü yenidən məzuniyyətə çıxmaq istədiyini bildirmişdir. O, yenidən məzuniyyətə buraxılmasının mümkün olmadığını bildikdən sonra anasını görməkdən ötrü hərbi hissəni özbaşına tərk etmək qərarına gəlmiş və buna görə də 02 dekabr 2022-ci il tarixdə səhər saatlarında hərbi hissəni özbaşına tərk edib hərbi hissənin qarşısında olan, Laçın rayonundan Bakı şəhərinə sərnişin daşıyan Mercedes Sprinter markalı mikroavtobusa minərək Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə gəldikdən sonra valideynlərinin yaşadığı evə getmiş və valideynləri onun xidmət yerini özbaşına tərk etdiyini bilib dərhal xidmət yerinə qayıtmasını bildirmişlər. O, anasını gördükdən sonra xidmət yerinə qayıtmaq istəsə də, ailəsinin maddi vəziyyəti pis olduğu üçün bir müddət Bakı şəhərində qalıb işləyərək ailəsinin maddi vəziyyətini düzəltmək, bundan sonra xidmət yerinə qayıtmaq qərarına gəlmiş və bir müddət Bakı şəhərində qaldıqdan sonra 24 yanvar 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, o göstərmişdir ki, 2023-cü ilin yanvar ayında tanışı, icarəyə avtomobil vermək işi ilə məşğul olan Şahid7lə birlikdə Xızı rayonuna getmiş və orada aralarındakı söhbət zamanı sonuncu hər ikisinin tanışı Zərərçəkmiş şəxs4 Kənan Şıxəliyev adlı başqa bir tanışından sonuncunun Daxili İşlər Nazirliyinin X41 işə düzəldilməsinə kömək etmək adı ilə 15.000 (on boş mln) manat məbləğində pul aldığını deyərək, ondan Zərərçəkmiş şəxs4 bu işi həll edə bilibbilməyəcəyini soruşmuşdur. Həmin vaxt o, 15.000 manat məbləğində pulu ələ keçirməsi üçün yalandan Zərərçəkmiş şəxs4 bu işi həll edə bilməyəcəyini, ancaq özünün K.Şıxəliyivi həmin pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə biləcəyini demiş və Şahid7 K.Şıxəliyevlə telefon vasitəsilə əlaqə saxlayıb bu barədə məlumat verdikdən sonra əlaqə saxlamaları üçün sonuncunun mobil telefonunun nömrəsini ona vermişdir. Səhəri gün Bakı şəhərinə qayıtdıqdan sonra o, Şahid7 ofisində K.Şıxəliyevlə görüşmüş və tanış olan zaman özünü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat Baş İdarəsinin baş leytenant rütbəsində xidmət edən əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs4 verdiyi 15.000 manat məbləğində pulu alıb ona verəcəyi təqdirdə həmin pulun müqabilində onu yüksək vəzifədə çalışan tanışları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə biləcəyini demişdir. K.Şıxəliyev əvvəlcə bu haqda fikirləşəcəyini desə də, daha sonra onun bu təklifinə razılıq vermiş və sonrakı günlərdə həm o, həm də K.Şıxəliyev Zərərçəkmiş şəxs4 15.000 manat pulu tələb etdikləri üçün sonuncu yaşadığı evi satışa çıxardığını, evi satdıqdan sonra 15.000 manat pulu verəcəyini bildirmişdir. O, K.Şıxəliyevə işə düzəlməsinə kömək edəcəyini desə də, sonuncunu işə düzəltmək məqsədi olmamış və ona daha da inanması üçün mobil telefonunda guya K.X3 Xidmətində işə qəbul olunması ilə bağlı sonuncunun əvəzinə etdiyi müraciətin qeydə alınması, bununla bağlı yoxlama aparılması barədə qeydiyyat aparılmış sənəd hazırlamışdır. O, daha sonra internet sayıtlarından götürdüyü Dövlət Təhlükəsizliyi Xidmətinin gerbinin şəklini, eləcə də mobil telefonuna yüklədiyi “Loqo marker” proqramı vasitəsilə hazırladığı həmin xidmətin möhürünün şəklini hazırladığı sənədin üzərinə köçürmüş və sənədi çap edib özü imzalayaraq, sənədin surəıini K.Şıxəliyevə təqdim etmişdir. O, K.Şıxəliyevə sənədin əslini göstərsə də, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılmalı olduğunu deyərək sənədin əslini verməmiş və bir neçə gün sonra, yəni 21 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı evi satıb K.Şıxəliyevdən aldığı 15.000 manat pulu qaytardığı üçün sonuncu həmin gün 15.000 manat pulu işə düzəlməsinə kömək etməsi üçün ona vermişdir. O, K.Şıxəliyevdən 15.000 manat məbləğində pul alsa da, işə düzəlməsi ilə bağlı heç bir iş görməyərək, həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və K.Şıxəliyev aldadıldığını başa düşüb şikayət etdiyi üçün o, 24 yanvar 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan başqa, o göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Arif X15ytardığı 15.000 manat məbləğində pulu sonuncudan aldıqdan sonra Zərərçəkmiş şəxs4 yaşadığı mənzili satdığını bilib onun da pulunu ələ keçirmək qərarına gəlmiş və buna görə də səhəri gün, yəni 22 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4la əlaqə saxlayaraq aralarında tanışlıq münasibəti olduğu üçün daha az məbləğdə pul verməsi müqabilində yüksək vəzifədə çalışan tanışlarının vasitəsilə onun Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldilməsinə kömək edə biləcəyini demişdir. Həmin vaxt o, yüksək vəzifədə çalışan tanışlarının kimlər olmasını deməmiş və Zərərçəkmiş şəxs4 bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda o, 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 anası Ləman Hacinskaya ilə məsləhətləşdikdən sonra onun bu təklifini qəbul etmiş və həmin vaxt o, daha da inandırıcı olması, həmçinin Zərərçəkmiş şəxs4 fikrindən daşınmaması üçün guya Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunması ilə bağlı sonuncunun əvəzinə müraciətinin qeydə alınması barədə sənəd hazırlamaq qərarına gəlmişdir. O, həmin sənədi hazırladıqdan sonra inretnet sayıtlarından götürdüyü Dövlət Təhlükəsizliyi Xidmətinin gerbinin şəklini, eləcə də mobil telefonuna yüklədiyi “Loqo marker" proqramı vasitəsilə hazırladığı həmin xidmətin möhürünün şəklini sənədin üzərinə köçürmüş və sənədi çap edib imzalayaraq, surətini Zərərçəkmiş şəxs4 verəsə də əslini özündə saxlamışdır. A.Qüdərotv, eləcə də anası L.Hacinskaya sənədi gördükdən sonra ona daha da inanmış və buna görə də 23 yanvar 2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən binanın qarşısında ona 7820 manat məbləğində pul təqdim etmişlər. O, pulu aldıqdan sonra şəxsi ehtiyaclarına xərcləmiş və səhəri gün, yəni 24 yanvar 2023-cü il tarixdə K.Şıxəliyevin şikayəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulduğu üçün Zərərçəkmiş şəxs4 aldadıldığını bilmişdir. Hərbi hissəni özbaşına tərk etsə də bir müddət sonra xidmə yerində qayıtmağı düşünmüş və hərbi xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, oğlu Şahid1 2018-ci ildə Bakı Avrasiya Universitetinə daxil olmuş və 2022-ci ildə həmin Universitetin “Tərcüməçilik” ixtisasını bitirmişdir. Şahid1 sonuncu, yəni dördüncü kursda olan zaman 2022-ci ilin may ayında yaşadıqları Goranboy rayonunun Muzdurlar kəndinə gəlmiş və aralarındakı söhbət zamanı tədris fənləri üzrə keçirilən bəzi imtahanlarda müsbət nəticə əldə etmədiyi üçün diplom ala bilməyəcəyini, lakin tələbə yoldaşı Təqsirləndirilən şəxs Bəxtiar oğlunun 5N0 (beş min üç yüz) manat məbləğində pul müqabilində tanışları vasitəsilə diplom almasına kömək edə biləcəyini demişdir. Maddi imkanının pis olması səbəbindən o, həmin məbləğdə pulu verməsinin mümkün olmadığını demiş və Bakı şəhərinə qayıtdıqdan bir neçə gün sonra, yəni 2022ci ilin iyun ayında oğlu Şahid1 yenidən Goranboy rayonuna gələrək tələbə yoldaşı Təqsirləndirilən şəxs 1200 manat pulu əvvəlcədən, qalan 4100 manat pulu isə işin sonunda vermək şərti ilə 2022-ci ilin oktyabr ayının sonunadək diplom almasına kömək edə biləcəyini təklif ediyini demişdir. O, bu təkliflə razılaşdığı üçün adına olan, Kapital Bank bankına məxsus birkart kredit kartından 1200 manat məbləğində pul çıxararaq Təqsirləndirilən şəxs çatdırması üçün oğlu Şahid1 vermiş və pulu verdiyi zamanı onu Təqsirləndirilən şəxs ilə danışdırmasını istəmişdir. Oğlu Şahid1 pulu götürdükdən sonra Bakı şəhərinə getmiş və həmin gün onunla telefon vasitəsilə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs ilə bir yerdə olduqlarını, 1200 manat pulu verdiyini deyərək Təqsirləndirilən şəxs ilə onu danışdırmışdır. Telefonla danışan zaman Təqsirləndirilən şəxs kim olduğunu demədiyi tanışına 5N0 manat məbləğində pul verilməsi müqabilində oğlu Şahid1 2022-ci ilin oktyabr ayının sonunadək diplom ala biləcəyini demiş və o, Təqsirləndirilən şəxs ilə ilk dəfə danışsa da, onun sözlərinə inanmışdır. 1200 manat pul Təqsirləndirilən şəxs verildikdən bir neçə gün sonra, yəni 12 iyul 2022-ci il tarixdə oğlu Şahid1 müddətli həqiqi hərbi xidmətə çağırılaraq, qulluq etməsi üçün Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisindo yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş və N avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayıb, özünün hazırda Bakı şəhərində yerləşən hansısa hərbi hissədə xidmət etdiyini deyərək, oğlu Şahid1 diplom alma məsələsini həll edəcək Elnur müəllim adlı şəxsin kəsirlərə görə kredit borcunun ödənilməsi üçün 500 manat pul istədiyini demişdir. O, həmin pulu necə göndərəcəyini soruşduqda Təqsirləndirilən şəxs Şahid4 adlı şəxsin adına olan 4169-74N-6883-1779 nömrəli bank kartının nömrəsini deyərək pulu həmin bank kartına köçürməsini demiş və həmin gün o, Goranboy rayonunun Dəliməmmədll şəhərində yerləşən ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs nömrəsini dediyi bank kartına 500 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının sonunadək diplomu alacağını desə də ala bilməmiş və o, telefon vasitəsilə əlaqə saxlayıb bu barədə soruşduqda Təqsirləndirilən şəxs Elnur müəllim adlı şəxsdən xəbər gözlədiyini demişdir. Aralarında olan bu söhbətdən bir neçə gün sonra, yəni 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs telefon vasitəsilə əlaqə saxlayıb oğlu Şahid1 diplomunun hazır olduğunu deyərək 3N0 manat məbləğində pul götürüb Bakı şəhərinə gəlməsini demiş və bundan sonra o, adına olan kredit kartından həmin məbləğdə pul çıxararaq səhəri gün, yəni 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. O, həmin gün Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncu 3N0 manat pulu ondan aldıqdan sonra həmin yerdə gözləməsini tapşıraraq diplomu götürmək adı ilə yanından ayrılmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuraraq diplomun hələ hazır olmadığını, bir neçə günə hazır olacağını demiş və bundan sonra o, Goranboy rayonuna qayıtmışdır. Sonrakı günlərdə o, tez-tez Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb diplom barədə soruşduqda sonuncu bir neçə günə diplomun hazır olacağını demiş və N yanvar 2023-cü il tarixdə onunla telefon vasitəsilə əlaqə saxlayıb oğlu Şahid1 kəsirlərinə görə yaranan kredit borclarının bağlanması üçün 233 manat 50 qəpik məbləğində pulun ödənilməli olduğunu, pulu ödədikdən dərhal sonra diplomu götürəcəyini deyərək ondan həmin məbləğdə pulu istəmişdir. O, inandığı üçün həmin gün Təqsirləndirilən şəxs adına olan Uni Bank bankına məxsus bank kartına 235 manat pul göndərmiş və həmin gün əlaqə saxladıqda sonuncu yenə də diplomu götürə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs oğlu Şahid1 diplom almasına kömək edəcəyi adı ilə ondan ümumilikdə 5235 (beş min iki yüz otuz beş) manat məbləğində pul alsa da, heç bir iş görməyərək, daha sonra onunla ümumiyyətlə əlaqə saxlamamış və o, aldadıldığını başa düşdüyü üçün 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna şikayət emişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş 5.235 manat ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, bacısı Rəhimə Şərifova 2020-ci ildə Türkiyə Respublikasında ali təhsilini başa vurub Azərbaycan Respublikasına qayıtdıqdan bir müddət sonra özünə iş axtarmağa başlamış və bacısının iş tapmasına o, da kömək etmişdir. 2022-ci ilin oktyabr ayında o, aralarında dostluq münasibəti olan, Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hərbi Polisində xidmət edən Fuad Fərəcovla aralarındakı söhbət zamanı bacısına iş axtardığını bildirmiş və həmin vaxt F.Fərəcov xidmət yoldaşı gizir Şahid3 əlaqələrinin geniş olduğunu, bacısı R.Şərifovanın iş tapmasına kömək edə biləcəyini demişdir. O, Şahid3la görüşüb bu barədə söhbət etmək istədiyi üçün F.Fərəcov bir neçə gün sonra onları görüşdürmüş və aralarındakı söhbət zaman Şahid3 yüksək vəzifədə çalışan tanışlarının olduğunu deyərək, 16.000 manat məbləğində pul verməsi müqabilində bacısı R.X4 Xidmətində işə düzəlməsinə kömək edə biləcəyini demişdir. O, bacısının həmin xidmətdə çalışmasını istəmədiyi üçün buna razılıq verməmiş və bir neçə gün sonra Şahid3 onunla telefon vasitəsilə əlaqə saxlayıb, Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışan Leyla Qasımova adlı şəxslə aralarında qohumluq münasibətinin olduğunu, 18.000 (on səkkiz min) manat məbləğində pul verməsi müqabilində həmin şəxsin vasitəsilə bacısının qeyd edilən nazirlikdə işə düzəlməsinə kömək edə biləcəyini demişdir. O, valideynləri ilə məsləhətləşdikdən sonra Şahid3 bu təklifinə razılıq vermiş və 28 oktyabr 2022-ci il tarixdə Şahid3 bacısı R.Şərifovanın adının Xarici İşlər Nazirliyində qeydə alınması üçün ilkin olaraq N00 (üç min) manat məbləğində pul verilməli olduğunu dediyi üçün o, həmin gün Şahid3 istəyinə əsasən Şahid4 adlı şəxsin adına olan 4169- 7385-6387-52N nömrəli bank kartına N00 manat pul köçürmüşdür. O, N00 manat pulu bank kartına köçürdükdən sonra həmin gün bacısı R.Şərifovanın elektron poçt ünvanına Leyla Qasımova adlı istifadəçi adından Xarici İşlər Nazirliyində işə qəbul olunmaqla bağlı müraciətinin qeydə alınması barədə mesaj göndərilmişdir. O, Şahid3 istəyinə əsasən 01 noyabr 2022-ci il tarixdə Şahid4 adlı şəxsin adına olan 4169-7385-6387-52N nömrəli bank kartına 12.000 manat, öz adına olan 5103- 07N-7441-1820 nömrəli bank kartına isə N00 manat pul köçürmüş və bundan sonra bacısı R.Şərifovanın işə qəbulu üçün lazım olan sənədləri toplamağa başlamışdır. O, sənədləri tam topladıqdan sonra bu barədə Şahid3 məlumat vermiş və sonuncu 055- ***-**-** mobil telefon nömrəsinin sahibi olan Gündüz adlı şəxslə əlaqə saxlayıb sənədləri ona verməsini bildirmişdir. O, Gündüz adlı şəxslə əlaqə saxladıqda sonuncu özünün görüşməyə gələ bilməyəcəyini, sənədləri götürməsi üçün başqa bir şəxsi göndərəcəyini demiş və həmin gün kim olduğunu bilmədiyi bir şəxs onunla Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında görüşərək sənədləri ondan götürmüşdür. Sənədləri verdikdən bir neçə gün sonra Şahid3 onunla telefon vasitəsilə əlaqə saxlayaraq İT sertifikanın hazırlanması üçün 355 manat məbləğində pul istəmiş və o, sonuncuya inandığı üçün N noyabr 2022-ci il tarixdə Şahid3 adına olan 5103-07N-7441-1820 nömrəli bank kartına 355 manat pul köçürmüşdür. Şahid3 bacısı R.Şərifovanın 10 dekabr 2022-ci il tarixədək işə qəbul olunacağını dediyi üçün 08 dekabr 2022-ci il tarixdə onunla telefon vasitəsilə əlaqə saxlayaraq səhəri gün bacısı Rəhimə Şərifova ilə birlikdə Xarici İşlər Nazirliyinin yanına getməsini, orada Gündüz adlı şəxslə görüşəcəklərini demiş və Gündüzlə əlaqə saxlamaları üçün ***-***-**-** mobil telefon nömrəsinə zəng etməsini bildirmişdir. Şahid3 Gündüzlə görüşməyə gedən zaman bacısı R.Şərifovaya məxsus şəxsiyyət vəsiqəsini götürməyi, eyni zamanda əmək kitabçası almasını bildirmiş və 09 dekabr 2022-ci il tarixdə saat 10 radələrində o, anası Şahid2 və bacısı Rəhimə Şərifova ilə birlikdə Xarici İşlər Nazirliyinin yanına getmişdir. X44 Nazirliyinin yaxınlığına gəldikdən sonra Şahid3 verdiyi telefon nömrəsinə zəng etmiş və bir neçə dəqiqə sonra Gündüz yanlarına gəlmişdir. Onlar Gündüzü həmin gün ilk dəfə görmüş və tanış olan zaman sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs özünün Dövlət Təhlükəsizliyi Xidmətində əməliyyatçı vəzifəsində, leytenant rütbəsində, atasının həmin xidmətdə polkovnik rütbəsində, nişanlısının isə Xarici İşlər Nazirliyində çalışdığını demiş, lakin atasının və nişanlısının adını, hansı vəzifədə çalışmalarını bildirməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xarici işlər Nazirliyinə təqdim edəcəyi adı ilə bacısının şəxsiyyət vəsiqəsini, eləcə də aldıqları əmək kitabçasını götürmüş və yanlarından ayrılmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yanlarına gəlib əmək kitabçasını nazirliyə təqdim ediyini deyərək bacısının şəxsiyyət vəsiqəsini özlərinə qaytarmış və təxminən N dəqiqə sonra bacısı ilə birlikdə nazirliyə daxil olacağını bildirmişdir. X44 Nazirliyinin yaxınlığında dayanıb söhbət edən zaman Təqsirləndirilən şəxs bacısı R.Şərifovdan ingilis dilini bilib-bilmədiyini soruşmuş və həmin vaxt sonuncu ingilis dilini bilmədiyini, hətta Şahid3 əvvəlcədən bu barədə məlumat verdiyini demişdir. Bacısı R.Şərifovanın bu sözündən sonra Təqsirləndirilən şəxs Şahid3 ona bu barədə bir söz demədiyini bildirmiş və ingilis dilini bilmədiyi üçün Xarici İşlər Nazirliyində işə qəbul olunmasının mümkün olmadığını demişdir. Təqsirləndirilən şəxs bu sözündən sonra o, bacısının işə düzəlməsi üçün Şahid3 18.355 manat məbləğində pul verdiyini demiş və həmin vaxt Təqsirləndirilən şəxs bu barədə məlumatının olduğunu, Şahid3 həmin pulu ona verdiyini demişdir. Bacısı R.X31 Nazirliyində işə düzəlməsi mümkün olmadığı üçün o, Təqsirləndirilən şəxs verdiyi pulu tələb etmiş və həmin vaxt sonuncu qeyd edilən məbləğdə pulu yüksək vəzifədə çalışan tanışlarına verdiyini, almasının mümkün olmadığını deyərək, həmin pulun müqabilində bacısı R.X9 Xidmətində işə düzəltməyi təklif etmişdir. Onlar əvvəlcə razılıq versələr də, daha sonra bundan imtina etmiş, lakin Təqsirləndirilən şəxs həmin pulun müqablində digər qardaşı Şərif X12 Xidmətində işə düzəltməyi təklif etdikdə onlar razılaşmışlar. Daha sonra onlar Təqsirləndirilən şəxs yanında ayrılmış və bir qədər sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurub qardaşı Ş.Şərifovun işə düzəlməsi üçün əslində 20.000 manat məbləğində pul verilməli olduğunu deyərək qalan 2000 manatı da istəmişdir. Telefon danışığı zamanı o, həmin məbləğdə pulunun olmadığını, yalnız 500 manat pul verə biləcəyini demiş və Təqsirləndirilən şəxs razılaşdığı üçün həmin gün, yəni 09 dekabr 2022-ci il tarixdə o, ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan 5243-7544-13N-8063 nömrəli bank kartına 500 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonunadək qardaşı Ş.X10 Xidmətində işə qəbul olunacağını desə də, bununla bağlı heç bir iş görməmiş və əlaqə saxlamağa çalışsalar da Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Onlar maraqlandıqda G.X1 Xidmətində çalışmadığını, hansısa hərbi hissədə əsgər rütbəsində xidmət etdiyini, ayrı-ayrı vətəndaşları aldadıb pullarını ələ keçirdiyi üçün həbs edildiyini bilmiş və buna görə də 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş 18.855 manat ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X26 məhkəməyə ifadə verib göstərdi ki, o, “İnternational Bokt” kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışarkən 2022-ci ilin novabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 adlı bir şəxs mobil telefonuna zəng vurmuş və yaşadığı evi girov qoyub kredit götürmək istədiyini deyərək, kredit şərtləri ilə maraqlandıqda o, çalışdığı kredit təşkilatının girov qismində ancaq qızıl-zinət əşyaları və avtomobil qəbul etdiyini demişdir. O, Zərərçəkmiş şəxs4 çalışdığı kredit şirkəti tərəfindən ona kredit verilməsinin mümkün olmadığını desə də, başqa kredit təşkilatlarında çalışan, eləcə də faizə pul verən tanışlarının olduğunu demiş və bu məsələ ilə əlaqədar söhbət etmələri üçün onlar bir neçə dəfə görüşmüşlər. O, Zərərçəkmiş şəxs4la adətən Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yaxınlığındakı “Rent a Car” ofisində görüşmüş və orada olan zaman Zərərçəkmiş şəxs4 onu aralarında dostluq münasibəti olan, həmin ofisin sahibi Mirseyid Rzayevlə tanış etmişdir. Bir neçə gün sonra o, faizə pul verməklə məşğul olan İbrahim adlı şəxslə görüşmələri üçün Günəşli qəsəbəsinə getmiş və həmin vaxt Şahid7 də yanlarında olmuşdur. Onlar Günəşli qəsəbəsinə gedən zaman o, Zərərçəkmiş şəxs4 Şahid7 adını demədiyi yüksək vəzifədə çalışan tanışının istənilən şəxsi Daxili İşlər Nazirliyinin X41 işə düzəldə bildiyini deməsini eşitmiş, lakin Zərərçəkmiş şəxs4 həmin vaxt tanışının kim olmasını, hansı vəzifədə çalışmasını bildirməmişdir. O, dövlət işində çalışmaq istədiyi üçün bir neçə gün sonra Zərərçəkmiş şəxs4la telefon vasitəsilə əlaqə saxlamış və tanışının onun X41 işə düzəlməsinə kömək edə bilib-bilməyəcəyini soruşduqda Zərərçəkmiş şəxs4 maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs4 onunla telefon vasitəsilə əlaqə saxlayıb tanışı ilə danışdığını demiş və 15.000 (on beş min) manat məbləğində pul verməsi müqabilində tanışının onu X41 işə düzəldə biləcəyini, pulu verdikdən bir ay sonra işə başlayacağını bildirmişdir. O, valideynləri ilə məsləhətləşdikdən sonra bu işə razılıq vermiş və 28 noyabr 2022-ci il tarixdə özünə məxsus 15.000 manat pulu götürərək atası Daxil Şıxəliyevlə birlikdə Zərərçəkmiş şəxs4la görüşməyə getmişdir. Onlar Zərərçəkmiş şəxs4la Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Güvən” klinikasının yaxınlığında görüşmüş və pulu əvvəlcə notarial qaydada vermək istəsə də, ödəməli olduğu rüsumun çox olduğunu bildikdən sonra bu fikrindən əl çəkmişdir. Onlar notariat-ofisindən çıxdıqdan sonra o, üzərində olan 15.000 manat pulu Zərərçəkmiş şəxs4 vermiş və sonuncu işə qəbul üçün hazırlamalı olduğu sənədlərin siyahısını dedikdən sonra yanlarından ayrılmışdır. Təxminən 2-3 gün sonra o, sənədləri hazırladığı üçün Zərərçəkmiş şəxs4 bu barədə məlumat vermiş və sonuncu ilə dostu Şahid7 Yasamal rayonu ərazisində yerləşən iş yerində görüşərək sənədləri təqdim etmişdir. O, sənədləri Şahid7 iş yerində Zərərçəkmiş şəxs4 təqdim edən zaman orada onlardan başqa 20-25 yaşlarında bir oğlanın olduğunu görmüş və həmin vaxt Zərərçəkmiş şəxs4la Şahid7 həmin şəxsi aralarında dostluq münasibəti olan, Dövlət Təhlükəsizliyi Xidmətində çalışan Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. O, Təqsirləndirilən şəxs konkret olaraq hansı vəzifədə çalışdığını soruşduqda sonuncu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat Baş İdarəsində çalışdığını, rütbəsinin baş leytenant olduğunu demiş və bir qədər sonra onlar bayırda siqaret çəkən zaman o, həmin xidmətdə işə necə düzəlməsi ilə maraqlandıqda Təqsirləndirilən şəxs həmin xidmətdə çalışan generalleytenant Fuad Rəsulovun onun qohumu olduğunu, həmin şəxsin vasitəsilə işə düzəldiyini, hətta F.Rəsulovun vasitəsilə pul müqabilində istənilən şəxsi Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəltmək imkanının olduğunu bildirmişdir. O, Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunmasının mümkün olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs general-leytenant F.Rəsulovun vasitəsilə bu işi həll edə biləcəyini demiş və bu iş üçün 19.000 manat məbləğində pul verməli olmasını bildirmişdir. O, X41 işə düzəlməsinə kömək etməsi üçün Zərərçəkmiş şəxs4 15.000 manat məbləğində pul verdiyini, bu işin alınmayacağı təqdirdə həmin pulu alıb Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək etməsi üçün ona verəcəyini demiş və Təqsirləndirilən şəxs razılaşdıqdan sonra o, çıxıb getmişdir. Zərərçəkmiş şəxs4 bir ay ərzində işə düzələcəyini desə də, işə qəbul olunması ilə bağlı əmr verilməmiş və buna görə də sonrakı günlərdə həm o, həm də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 15.000 manat pulu tələb etmişlər. Zərərçəkmiş şəxs4 pulu başqa şəxsə verdiyini deyərək dərhal qaytarmamış və pulu verdiyi şəxsi tapa bilmədiyi üçün evini satışa qoyduğunu, evi satdıqdan dərhal sonra pulunu qaytaracağını bildirmişdir. Bir neçə gün sonra, yoni 19 yanvar 2023-cü il tarixdə o, pulun qaytarılması məsələsi ilə bağlı söhbət etmələri üçün Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4la görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs da yanlarında olmuşdur. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs onun işə qəbul olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini demiş və müraciətinin qeydə alınması barədə ona sənəd vermişdir. O, baxdıqda həmin sənəddə həqiqətən Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alınmasının, bununla bağlı araşdırma aparılmasının yazıldığını görmüş və sənədin üzərində gerb və Dövlət Təhlükəsizliyi Xidmətinin möhürü olsa da, həmin sənəd kserosurət olduğundan o, sənədin əslinin harada olduğunu soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sənədin əslinin Dövlət Təhlükəsizliyi Xidmətində saxlanıldığını, həmin sənədi gələcəkdə göstərsə də, ona verə bilməyəcəyini demiş və o, razılaşaraq oradan ayrılmışdır. İki gün sonra, yəni 21 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 onunla telefon vasitəsilə əlaqə saxlayıb yaşadığı evi satdığı üçün ondan aldığı 15.000 manat pulu qaytarmaq istədiyini demiş və buna görə də onlar həmin gün Nərimanov rayonu ərazisində yerləşən “Gənclik” metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs4 anası Ləman Hacinskaya, Təqsirləndirilən şəxs, Mirseyid Rzayev də orada olmuş və L.Hacinskaya oğlu Zərərçəkmiş şəxs4 ondan aldığı 15.000 manat pulu qaytaran zaman onun razılığı ilə pulu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək etməsi üçün Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra iki ay ərzində işə qəbul olunacağını demiş və bundan sonra o, oradan ayrılmışdır. O, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona təqdim etdiyi sənədin əslini görmək istədiyi üçün sonuncu iki gün sonra, yəni 23 yanvar 2023-cü il tarixdə zəng edərək sənədin əslinin özündə oiduğunu demiş və sənədi göstərməsi üçün onlar Ayna Sultanova heykəlinin yaxınlığında görüşmüşlər. Həmin vaxt yanlarında heç kim olmamış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədin əslini alıb baxdıqda əvvəlki sənəddə olan imzalarla həmin sənəddə olan imzaların fərqli odduğunu görüb saxta olmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs həmin sənədin onda qalmasına icazə verməsə də, mobil telefonu ilə sənədin şəklini çəkməsinə etiraz etmədiyi üçün o, həmin sənədin şəklini çəkmiş və Təqsirləndirilən şəxs yanından ayrıldıqdan sonra hansısa bir tanışına zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt tanışı Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon İdarəsindən onunla əlaqə saxlanılacağını deyərək telefonu söndürmüş və bir qədər sonra həmin idarədə çalışan Yasəf adlı şəxs onunla əlaqə saxlayıb bu barədə maraqlandıqda o, baş verənləri danışaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sənədi şəklini mobil telefonuna göndərmişdir. Yasəf adlı şəxs Təqsirləndirilən şəxs onu aldatdığını deyib Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə dəvət etdiyi üçün o, həmin idarəyə getmiş və Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığı üçün səhəri gün, yəni 24 yanvar 2023-cü il tarixdə sonuncu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra barəsində cinayət işi başlanıldığı üçün Təqsirləndirilən şəxs həbs edilmiş və araşdırma zamanı o, sonuncunun Zərərçəkmiş şəxs4 da işə düzəltmək adı ilə pul aldığını bilmiş və şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş 15.000 manat ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ifadə verib göstərdi ki, o, 2022-ci ilin oktyabr-noyabr ayılarında yaşadığı mənzili girov qoyub kredit götürmək, kredit götürdüyü pul ilə avtomobil alıb aralarında dostluq münasibəti olan Şahid7 sahibi olduğu “Rent a Car” ofisinə icarəyə vermək istədiyi üçün kredit götürməklə bağlı bir neçə banka müraciət etmiş, lakin banklar mənzili girov qismində qəbul etməmişlər. O, banklardan, kredit götürə bilmədiyi üçün Şahid7 daha sonra ona “İnternational Bokt” kredit təkilatında çalışan X26 adlı bir şəxsin telefon nömrəsini verərək həmin şəxslə əlaqə saxlamasını bildirmiş və o, K.Şıxəliyevlə əlaqə salxayıb bu barədə soruşduqda sonuncu çalışdığı şirkətin mənzili girov qismində qəbul etmədiyini demişdir. O, kredit götürə bilmədiyi üçün daha sonra K.Şıxəliyev ona faizə pul verən tanışlarının olduğunu, onlarla görüşə biləcəyini demiş və o, razılıq verdiyi üçün onlar bu işlə bağlı Günəşli qəsəbəsinə getmişlər. Onlar Günəşli qəsəbəsinə getdikdən sonra orada K.Şıxəliyevin tanışı ilə görüşmüş, lakin həmin şəxsin dediyi şərtlər onu qane etmədiyi üçün o, razılaşmamışdır. Onlar Günəşli qəsəbəsindən qayıdan zaman avtomobildə aralarındakı söhbət zamanı K.Şıxəliyev polisə, yaxud Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək istədiyini demiş və biznes fəaliyyəti ilə məşğul olan Rüfət adlı tanışı bir müddət əvvəl ona pul müqabilində istənilən şəxsi Daxili işlər Nazirliyinin X41 işə düzəldə bildiyini deməsi yadına düşdüyü üçün o, K.Şıxəliyevə Rüfət adlı tanışı barədə məlumat vermişdir. O, K.Şıxəliyevə Rüfət adlı tanışının onu X41 işə düzəldə biləcəyini dedikdə K.Şıxəliyev valideynləri ilə məsləhələşib cavab verəcəyini demiş və təxminən 1-2 gün sonra onunla əlaqə saxlayaraq Rüfət adlı tanışı ilə bu barədə danışmasını istəmişdir. O, Rüfət adlı tanışı ilə əlaqə saxlayıb bu barədə soruşduqda sonuncu 15.000 manat məbləğində pul müqabilində K.Şıxəliyevi bir ay ərzində X41 işə düzəldə biləcəyini demiş, lakin bu işi necə və kimin vasitəsilə həll edəcəyi, aldığı pulu kimə verəcəyi barədə məlumat verməmişdir. K.Şıxəliyev razılaşdığı üçün 2022-ci ilin noyabr ayının sonunda atası Daxil Şıxəliyevlə birlikdə ona 15.000 (on beş min) manat, bir neçə gün sonra isə işə qəbul üçün lazım olan sənədləri vermiş və o, Rüfət adlı tanışı ilə əlaqə saxlayıb bu barədə məlumat verikdə sonuncu pulu və sənədləri özündə saxlamasını, işə qəbul məsələsi həll olunan zaman onları alacağını bildirmişdir. O, 15.000 manat pulu bir neçə gün özündə saxladıqdan sonra pula ehtiyacı olduğu üçün xərcləmək qərarına gəlmiş və yaşadığı mənzili girov qoyub kredit götürmək istədiy üçün Rüfət adlı tanışına kredit götürəcəyi puldan verməyi planlaşdırmışdır. Rüfət adlı tanışı K.Şıxəliyevi bir ay ərzində işə düzəldəcəyini desə də bu işi həll edə bilməmiş və o, əlaqə saxlayıb bu barədə soruşduqda Rüfət yaxın günlərdə işin həll olunacağını bildirmişdir. Sonrakı günlərdə o, işlə maraqlanmaq üçün dəfələrlə Rüfət adlı tanışı ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış və bir müddət əvvəl Şahid7 vasitəsilə tanış olduğu, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs K.Şıxəliyevlə aralarındakı söhbət zamanı ona verdiyi 15.000 manat məbləğində pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək edəcəyini söz verdiyi üçün hər ikisi ondan K.Şıxəliyevin verdiyi 15.000 manat pulu tələb etmişlər. O, K.Şıxəliyevdon aldığı pulu xərclədiyi üçün pulu dərhal qaytara bilməmiş və anası Ləman Hacinskayanın bu barədə məlumatı olduqdan sonra pulu qaytarmaları üçün yaşadıqları mənzili satışa qoymuşlar Yaşadıqları evi satışa qoyduqdan bir neçə gün sonra, yəni 19 yanvar 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs və Şahid7lə birlikdə sonuncunun ofisində olan zaman Təqsirləndirilən şəxs K.Şıxəliyevlə görüşməli olduğunu deyərək birlikdə getməyi təklif etmiş və o, nə üçün görüşməli olduqlarını soruşduqda Təqsirləndirilən şəxs 15.000 manat pulu verməsə də, K.Şıxəliyevin adından işə qəbul olunmaqla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini, müraciətin qeydə alınaraq araşdırma aparıldığını, bununla bağlı sənədi tədim etmək üçün görüşməyə getdiyini demiş və o, etiraz etməyərək Təqsirləndirilən şəxs ilə birlikdə getmişdir. Onlar K.Şıxəliyevlə Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir vərəqdən ibarət sənəd çıxarıb K.Şıxəliyevə təqdim edərək işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alındığını demişdir. O, baxdıqda sənədin üzərində gerb, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin möhürünün olduğunu görmüş və həmin sənəddə K.Şıxəliyevin işə qəbul olunmaqla bağlı müraciətinin qeydə alınması göstərilmişdir. Təqsirləndirilən şəxs sənədi təqdim etdikdən sonra K.Şıxəliyevə 4 ay ərzində işə qəbul olunacağını demiş və iki gün sonra, yəni 21 yanvar 2023-cü il tarixdə yaşadıqları mənzil satıldığı üçün həmin gün o, 15.000 manat pulu qaytarmanı üçün K.Şıxəliyevlə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik” metrostansiyasınm qarşısında görüşmüşdür. Həmin vaxt anası Ləman Hacinskaya, Təqsirləndirilən şəxs, Mirseyid Rzayev də yanlarında olmuş və K.Şıxəliyev 15.000 manat pulun Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək etməsi üçün Təqsirləndirilən şəxs verilməsinə razılıq verdiyi üçün anası L.Hacinskaya pulu Təqsirləndirilən şəxs vermişdir. Onlar pulu təqdim etdikdən sonıu K.Şıxəliyev yanlarından ayrılmış və səhəri gün, yəni 22 yanvar 2023-cü il tarixdə o, Şahid7 iş yerinə gələn zaman Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək etməyi təklif etmişdir. O, bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs aralarında tanışlıq münasibəti olduğu üçün 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul müqabilində bu işi həll edə biləcəyini demiş və o, anası L.Hacinskaya ilə məsləhətləşdikdən sonra buna razılıq vermişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşdığı üçün səhəri gün, yəni 23 yanvar 2023-cü il tarixdə anası Ləman Hacinskaya ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşməyə getmiş və görüşən zaman sonuncu onun əvəzinə Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunması ilə bağlı müraciət etdiyini, müraciətinin qeydə alındığını deyərək bununla bağlı sənədin surətini ona təqdim etmişdir. O, sənədi alıb baxdıqda orada işə qəbul olunması ilə müraciətinin qeydə alınması, bununla bağlı araşdırma aparılmasının qeyd edildiyini görmüş və həmin sənədin üzərində gerb və Dövlət Təhlükəsizliyi Xidmətinin möhürü olmuşdur. Onlar sənədi gördükdən sonra Təqsirləndirilən şəxs daha da inanmış və buna görə də həmin gün anası ilə birlikdə yaşadıqları binanın qarşısında Təqsirləndirilən şəxs 7820 manat məbləğinə pul vermişlər. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 2-3 ay ərzində işə qəbul olunacağını demiş və K.Şıxəliyev aldadıldığını başa düşüb Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etdiyi üçün səhəri gün, yəni 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətində bununla bağlı araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı o, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldadıb onun da pulunu ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş 7.820 manat ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, 2018-ci ildə Bakı Avrasiya Universitetinə daxil olmuş və 2022-ci ildə həmin Universitetin “Tərcüməçilik” ixtisasını bitirsə də, tədris fənləri üzrə keçirilən bəzi imtahanlardan kəsirləri olduğu üçün diplom ala bilməmişdir. O, universitetin sonuncu, yəni dördüncü kursunda təhsil alan zaman diplom ala bilməyəcəyini öyrəndiyi üçün 2022-ci ilin təxminən may ayında tələbə yoldaşları ilə söhbət edən zaman bu barədə məlumat vermiş və həmin vaxt tələbə yoldaşı Təqsirləndirilən şəxs diplom almasına kömək edə biləcəyini deyərək, bu məsələ ilə bağlı daha sonra onunla əlaqə saxlamasını bildirmişdir. Təxminən 2-3 gündən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ondan bu barədə soruşduqda sonuncu atasının çalışdığı yerin kim olduğunu demədiyi rəisinin universitetin rektoru ilə yaxın münasibətinin olduğunu, 5N0 manat məbləğində pul verməsi müqabilində diplom almasına kömək edə biləcəyini demiş və atası Zərərçəkmiş şəxs1 pulun çox olması səbəbindən əvvəlcə buna razılıq verməsə də, Təqsirləndirilən şəxs 1200 manat pulu əvvəlcədən, qalan 4100 manat pulu isə işin sonunda vermək şərti ilə 2022-ci ilin oktyabr ayının sonunadək diplom ala biləcəyini təklif etdikdə atası razılaşmışdır. Atası Zərərçəkmiş şəxs1 Goranboy rayonunun Muzdurlar kəndində yaşadığı üçün 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs çatdırması üçün ona 1200 manat pul vermiş və pulu verən zaman sonuncunu onunla danışdırmasını istəmişdir. O, 1200 manat pulu götürdükdən sonra həmin gün Bakı şəhərinə gəlmiş və Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yanında Təqsirləndirilən şəxs ilə görüşərək onu atası Zərərçəkmiş şəxs1la danışdırmışdır. Telefonla danışan zaman Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1 narahat olmamasını, 5N0 manat məbləğində pul müqabilində adını demədiyi atasının rəisi vasitəsilə onun diplom almasına kömək edə biləcəyini demiş və telefonla danışdıqdan sonra atası 1200 manat pulu Təqsirləndirilən şəxs verməsini bildirdiyi üçün o, həmin pulu sonuncuya vermişdir. Bir neçə gün sonra, yəni 12 iyul 2022-ci il tarixdə o, müddətli həqiqi hərbi xidmətə çağırıldığı üçün daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamış və hərbi xidmətdə olan zaman ayrı-ayrı vaxtlarda atası Zərərçəkmiş şəxs1la telefon vasitəsilə əlaqə saxladıqda diplom almasına kömək etməsi üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul verdiyini bildimişdir. O, atasının konkret olaraq hansı tarixdə, hansı məbləğdə pul verdiyini bilməsə də Təqsirləndirilən şəxs onlardan ümumilikdə 5235 manat məbləğində pul aldığını öyrənmiş və sonuncu qısa zamanda diplomu alacağını desə də, bu işi həll etməmişdir. O, 15 fevral 2023-cü il tarixdə on günlük məzuniyyətə buraxıldığı üçün həmin müddət ərzində Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüş və buna görə də atası M.Qurabanov daha sonra Təqsirləndirilən şəxs barəsində şikayətini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, qızı X27 2020-ci ildə Türkiyə Respublikasında ali təhsilini başa vurub Azərbaycan Respublikasına qayıtdıqdan sonra özünə iş axtarmağa başlamış və bir müddət sonra, yəni 2022-ci ilin oktyabr ayında oğlu Zərərçəkmiş şəxs2 aralarında dostluq münasibəti olan Fuad Fərəcovun xidmət yoldaşı, Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hərbi Polisinin hərbi qulluqçusu, gizir Şahid3 R.Şərifovanın işə düzəlməsinə kömək edə biləcəyini demişdir. Oğlu Zərərçəkmiş şəxs2 Şahid3la görüşüb bu barədə söhbət etdikdən bir neçə gün sonra sonuncu oğlu Zərərçəkmiş şəxs2la əlaqə saxlamış və Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışan Leyla Qasımova adlı şəxslə aralarında qohumluq münasibətinin olduğunu, 18.000 (on səkkiz min) manat məbləğində pul verməsi müqabilində L.Qasımovanın vasitəsilə bacısı R.Şərifovanı həmin nazirlikdə işə düzəldə biləcəyini demişdir. Onlar razılaşdıqları üçün oğlu Zərərçəkmiş şəxs2 Şahid3 istəyi ilə 28 oktyabr 2022-ci il tarixdə nömrəsini dediyi bank kartlarına N00 manat, 01 noyabr 2022ci il tarixdə isə 15.000 manat məbləğində pul köçürmüş və bir müddət sonra Şahid3 hansısa sənədin hazırlanması üçün əlavə olaraq 355 manat məbləğində pul istədiyi üçün Zərərçəkmiş şəxs2 N noyabr 2022-ci il tarixdə ödəmə terminlalı vasitəsilə Şahid3 dediyi bank kartına qeyd edilən məbləğdə pulu köçürmüşdür. Şahid3 oğlu M.X23 09 dekabr 2022-ci il tarixdə Xarici İşlər Nazirliyinin yanında olmasını, Gündüz adlı şəxsin orada onunla görüşəcəyini dediyi üçün həmin gün səhər saatlarında o, qızı Rəhimə Şərifova və oğlu Zərərçəkmiş şəxs2la birlikdə Xarici İşlər Nazirliyinin yaxınlığına getmiş və orada özünü Təqsirləndirilən şəxs kimi təqdim edən 20-25 yaşlarında bir şəxslə görüşmüşlər. Tanış olduqdan sonra Təqsirləndirilən şəxs qızı R.Şərifovaya məxsus şəxsiyyət vəsiqəsinin, eləcə də əmək kitabçasını alaraq Xarici İşlər Nazirliyinə təqdim etmək adı ilə yanlarından ayrılmış və təxminən 15 dəqiqə sonra yanlarına qayıdıb şəxsiyyət vəsiqəsini R.Şərifovaya verərək, əmək kitabçasını Xarici İşlər Nazirliyinə təqdim etdiyini, bir qədər sonra qızı R.Şərifova ilə birlikdə qəbula gedəcəyini bildirmişdir. Daha sonra X44 Nazirliyinin yaxınlığında dayanaraq söhbət etməyə başlamış və söhbət zamanı Təqsirləndirilən şəxs qızı R.Şərifovadan ingilis dilini bilib-bilmədiyini soruşduqda sonuncu ingilis dilini bilmədiyini, hətta bu barədə Şahid3 məlumat verdiyini bildirmişdir. Qızı R.Şərifovanın bu sözündən sonra Təqsirləndirilən şəxs gizir Şahid3 bu barədə ona bir söz demədiyini, ingilis dili bilmədiyi üçün Xarici İşlər Nazirliyində işə qəbul olunmasının mümkün olmadığını demiş və onlar verdikləri 18.355 manat məbləğində pulu tələb etdikdə Təqsirləndirilən şəxs həmin pulu yüksək vəzifədə çalışan tanışlarına verdiyini, pul almasının mümkün olmadığı deyərək, həmin pulun müqabilində R.X5 Xidmətində işə düzəltməyi təklif etmişdir. Onlar bunu istəmədikləri üçün Təqsirləndirilən şəxs verdikləri pulun müqabilində digər oğlu Şərif X12 Xidmətində işə düzəldə biləcəyini demiş və pulu qaytarmadığı üçün onlar bu təklifi qəbul etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs yanından ayrılmış və həmin gün sonuncu oğlu Zərərçəkmiş şəxs2la telefon vasitəsilə əlaqə saxlayıb Ş.X10 Xidmətində işə düzəlməsi üçün əslində 20.000 manat məbləğində pul verməli olduğunu deyərək qalan 2000 manatı da istəmişdir. Onlar maddi imkanlarının yaxşı olmadığını, ancaq 500 manat pul verə biləcəklərini dedikdə Təqsirləndirilən şəxs razılaşmış və buna görə də həmin gün oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs nömrəsini dediyi bank kartına 500 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs oğlu Ş.Şərifovun 2023-cü ilin yanvar ayının sonunadək işə qəbul olunacağını desə də oğlu işə qəbul olunmamış və onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsalar da bu mümkün olmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs əslində hansısa hərbi hissədə əsgər hərbi rütbəsində xidmətdə olduğunu, ayrı-ayrı vətəndaşları aldadıb pulunu ələ keçirdiyi üçün həbs edildiyini bilmiş və aldadıldıqlarını başa düşdükləri üçün bununla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, o, 2022-ci ilin sentyabr ayının ortalarında Bakı Qarnizonu Hərbi Polisnin Hauptvaxtasında qarovul rəisinin köməkçisi vəzifəsində xidmətdə olan zaman hauptvaxtaya intizam qaydasında həbs cəzası verilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin N nömrəli hərbi hissəsinin əsgəri Təqsirləndirilən şəxs gətirilmiş və hər ikisi Sabirabad rayonundan olduqları üçün orada aralarında səmimi münasibət yaranmışdır. Təqsirləndirilən şəxs N gün hauptvaxtada qaldıqdan sonra xidmət yerinə qaytarılmış və təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Polisinə gətirilmişdir. O, maraqlandıqda Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən uzaqlaşdırılaraq, xidmət etməsi üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə verildiyini bilmiş və Təqsirləndirilən şəxs aparması üçün N nömrəli hərbi hissədən nümayəndə gec gəldiyi üçün sonuncu bir neçə gün Bakı Qarnizonu Hərbi Polisində qalmışdır. Bakı Qarnizonu Hərbi Polisində aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs əslində N nömrəli hərbi hissədən uzaqlaşdırılmadığını, məxfi tapşırıq üçün N nömrəli hərbi hissəyə göndərildiyini demiş və hərbi xidmətə çağırılmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində çalışdığını, orada yüksək vəzifədə çalışan polkovnik və general rütbəli tanışlarının olduğunu, həmin tanışlarının vasitəsilə istənilən şəxsi pul müqabilində istənilən dövlət orqanında işə düzəldə biləcəyini deyərək, əgər belə bir tanışı olarsa məlumat verməsini istəmişdir. O, Təqsirləndirilən şəxs ilə aralarında olan bu söhbəti xidmət yoldaşlarına dediyi üçün Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə aparıldıqdan bir neçə gün sonra, yəni 2022-ci ilin oktyabr ayında xidmət yoldaşı əsgər Fuad Fərəcov ona Məmməd adlı dostunun ali təhsili olan bacısına iş axtardığını demiş və ondan Məmmədin bacısının işə düzəldilməsinə kömək edə bilibbilməyəcəyini soruşduqda o, maraqlanacağını bildirmişdir. O, daha sonra Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs2 bacısı barədə məlumat vermiş və Gündüz 16.000 manat məbləğində pul verilməsi müqabilində Zərərçəkmiş şəxs2 bacısını Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə biləcəyini, lakin bunun üçün sonuncunun yaxşı səviyyədə ingilis dilini bilməsinin vacib olduğunu qeyd etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 məlumat verdikdə sonuncu bacısının ingilis dilini bilmədiyini, demiş və bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayıb Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışan Leyla Qasımova adı şəxslə aralarında qohumluq münasibətinin olduğunu, 18.000 manat məbləğində pul verməsi müqabilində Zərərçəkmiş şəxs2 bacısını həmin nazirlikdə işə düzəldə biləcəyini demişdir. Aralarındakı telefon danışığı zamanı Təqsirləndirilən şəxs işinin məxfi olması səbəbindən Zərərçəkmiş şəxs2, eləcə də sonuncunun bacısına onun barəsində məlumat verməməsini, Leyla Qasımovanın guya onun onun qohumu olmasını deməsini bildirmiş və o, buna inandığı üçün bu təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs2 ailəsi ilə məsləhətləşib bacısı Rəhimə Şərifovanın 18.000 manat məbləğində pul qarşılığında işə düzəlməsinə razılıq verdiyi üçün o, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və bundan sonra Təqsirləndirilən şəxs istəyi ilə Zərərçəkmiş şəxs2 28 oktyabr 2022-ci il tarixdə N00 manat, 01 noyabr 2022-ci il tarixdə hissəhissə olmaqla 15.000 manat, N noyabr 2022-ci il tarixdə iso 355 manat pul olmaqla ümumilikdə 18.355 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs istəyi ilə həmin pulların bir hissəsini onun adına olan, Kapital Bank bankına məxsus 5103-07N-7441-1820 nömrəli bank kartına, bir hissəsi isə Təqsirləndirilən şəxs ilə aralarında sevgi münasibətləri olan Şahid4 adlı şəxsin adına olan bank kartına köçürülmüş və o, adına olan bank kartına köçürülmüş pulların hamısını Təqsirləndirilən şəxs özünə vermişdir. Zərərçəkmiş şəxs2 işə qəbul üçün lazım olan sənədləri hazırlayıb Gündüzün hansısa bir tanışına verdikdən sonra Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə Xarici işlər Nazirliyinin yanında Zərərçəkmiş şəxs2, bacısı Rəhimə Şərifova və anası Şahid2 ilə görüşmüş, lakin həmin şəxslərin heç biri görüş barədə ona məlumat verməmişlər. Səhəri gün, yəni 10 dekabr 2022-ci il tarixdə saat 10-11 radələrində o, xidməti təhvil verib istirahət etməsi üçün yaşadığı evə gedən zaman xidmət yoldaşı Fuad Fərəcov onunla telefon vasitəsilə əlaqə saxlamış və görüşmək istədiyini dediyi üçün onlar Binəqədi rayonu Biləcəri qəsəbəsində görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 və qardaşı Şərif Şərifov da orada olmuş və aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxs2 ingilis dilini bilməməsi səbəbindən bacısı X28 İşlər Nazirliyində işə qəbul olunmasının mümkün olmadığımı demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu bunu təsdiq edərək, R.Şərifovanın ingilis dilini bilməməsi səbəbindən Xarici İşlər Nazirliyində işləməsinin mümkün olmadığını demişdir. Telefon danışığı zamanı o, Zərərçəkmiş şəxs2 alaraq verdiyi 18.355 manat pulu tələb etdikdə Təqsirləndirilən şəxs həmin pulun müqabilində Zərərçəkmiş şəxs2 qardaşı Şərif X12 Xidmətində işə düzəldəcəyini, hətta Zərərçəkmiş şəxs2la bu barədə razılaşdıqlarını demiş və o, Zərərçəkmiş şəxs2 bu barədə soruşduqda sonuncu bunu təsdiq edərək Təqsirləndirilən şəxs qardaşı Ş.Şərifovu 20 yanvar 2023-cü il tarixədək işə düzəltməyə söz verdiyini bildirdi. Daha sona o, bu işin ona aid olmadığını deyərək oradan ayrılmış və 2023-cü ilin yanvar ayının sonunda Zərərçəkmiş şəxs2 onunla telefon vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs harada olduğunu soruşmuşdur. Həmin vaxt o, G.Zlüfüqarlının harada olmasını bilmədiyini, onunla əlaqə saxlamadığını demiş və nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs2 qardaşı Ş.Şərifovun işə qəbul olunmadığını, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsa da, əlaqə saxlaya bilmədiyini demişdir. O, Zərərçəkmiş şəxs2la danışığı yekunlaşdırıb Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamış və Sabirabad rayonunda yaşayan tanışları vasitəsilə sonuncunun atasının mobil telefonunun nömrəsini əldə edib əlaqə saxladıqda Təqsirləndirilən şəxs fərarilik etməsi, həmçinin ayrı-ayrı vətəndaşları işə düzəltmək adı ilə aldadıb pullarını ələ keçirdiyi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edildiyini bilmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 məlumat verdikdə sonuncu pulu onun vasitəsilə Təqsirləndirilən şəxs verdiyi üçün pulu ondan tələb etmiş və o, özündə pul olmadığını, pulu tam şəkildə Təqsirləndirilən şəxs verdiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı puldan ona hər hansı bir məbləğdə pul vermədiyini, bu işdə heç bir marağının olmadığını dediyi üçün Zərərçəkmiş şəxs2 onun barəsində müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Bakı Avrasiya Universitetində təhsil aldığı müddətdə, yəni 2020-ci ildə tanımış və bir müddət sonra aralarında sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs universiteti bitirdikdən sonra 2022-ci ilin iyul ayında hərbi xidmətə göndərilmiş və əvvəlcə Bakı şəhərində yerləşən hansısa hərbi hissədə xidmət etsə də daha sona xidmət yeri Laçın rayonu ərazisində yerləşən nömrəsini bilmədiyi hərbi hissəyə dəyişdirilmişdir. Hərbi xidmətə göndərildikdən bir neçə ay sonra, yəni 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurub məzuniyyətə buraxıldığını, Bakı şəhərində olduğunu demiş və adına pul göndəriləcəyini bildirərək, pulun köçürülməsi üçün onun adına olan bank kartının şəklini çəkib mobil telefonuna göndərməsini istəmişdir. Həmin vaxt Gündüz ona kim tərəfindən, hansı məbləğdə, nə məqsədlə pul göndəriləcəyini deməmiş və o, bu barədə soruşmayıb, adına olan, Kapital Bank bankına məxsus 4169-7385-6387-52N nömrəli bank kartının şəklini Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. Adına olan bank kartı mobil telefonu SMS xidmətinə qoşulduğu üçün bir qədər sonra bank kartına N00 manat pul köçürülməsi barədə mesaj göndərilmiş və o, Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdon sonra sonuncunun istəyinə əsasən həmin gün görüşmüşlər. Görüşdükdən sonra onlar Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinə getmiş və Təqsirləndirilən şəxs oradan 1600 manat dəyərində qızıl-zinət əşyaları alaraq pulunu onun adına olan bank kartına köçürülmüş pul ilə ödəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qızılzinət əşyalarını nə üçün, kimə aldığını deməmiş və Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının yaxınlığına gəldikdən sonra onun adına olan bank kartını orada olan bankomata daxil edərək kartda olan N00 manat pulu çıxarmışdır. Təqsirləndirilən şəxs həmin pulu da özünə götürmüş və 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan bank kartına yenidən pul köçürüləcəyini desə də pulun kim tərəfindən, nə məqsədlə göndərilməsi barədə məlumat verməmişdir. Həmin gün adına olan bank kartına 13.500 manat məbləğində pul köçürülmüş və o, bu barədə Gündüzə məlumat verdikdən sonra sonuncu mobil telefonuna kimə məxsus olduğunu bilmədiyi bir bank kartının şəklini göndərərək səhəri gün pulun 3750 manatını həmin bank kartına köçürməsini, qalan 9500 manatını isə 28 May metrostansiyasının yaxınlığında yerləşən Kapital Bankın inzibati binasının qarşısında adını demədiyi şəxsə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs 9500 manat pulu verəcəyi şəxsin adını deməsə də əlamətləri barədə məlumat vermiş və o, həmin şəxslə görüşüb mobil telefonu ilə Gündüzə zəng vurub onları danışdırdıqdan sonra pulu vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında onunla telefon vasitəsilə əlaqə saxlayıb məzuniyyətə buraxıldığı üçün Bakı şəhərində olduğunu dediyi üçün onunla iki dəfə görüşmüş və sonrakı günlərdə telefon vasitəsilə əlaqə saxlasalar da, görüşməmişlər. 2023-cü ilin yanvar ayının sonlarında Şahlar adlı bir şəxs mobil teleflonuna zəng vurmuş və Gündüzün həbs edildiyini deyərək adına olan bank kartına köçürülmüş pulları istəmişdir. O, həmin pulları tam şəkildə Gündüzə verdiyini, özündə pul olmadığını demiş və telefonu söndürüb Təqsirləndirilən şəxs atası ilə əlaqə saxladıqda sonuncu həqiqətən Gündüzün həbs edildiyi desə də hansı səbəbdən həbs edilməsi barədə məlumat verməmişdir. İfadəsində Şahid4 Təqsirləndirilən şəxs hansısa bir şəxsi aldadaraq pulunu ələ keçirməsindən məlumatının olmadığını və adına olan bank kartına köçürülmüş pulları tam şəkildə Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 məhkəməyə ifadə verib göstərdi ki, oğlu Kənan Şıxəliyev 2022-ci ilin noyabr ayında ona Arif adlı bir şəxslə tanış olduğunu, sonuncunun 15.000 manat məbləğində pul müqabilində onu Daxili İşlər Nazirliyinin X41 işə düzəldə biləcəyini demiş və o, oğlunun dövlət işində çalışmasını istədiyi üçün buna razılıq vermişdir. Bir neçə gün sonra, yəni 2022-ci ilin noyabr ayının sonunda oğlu K.Şıxəliyev özünə məxsus 15.000 manat pulu götürərək pulu verməsi üçün onunla birlikdə Ariflə görüşməyə getmiş və görüşən zaman Arif ona 15.000 manat məbləğində pul müqabilində adını, harada və hansı vəzifədə çalışmasını demədiyi tanışı vasitəsilə oğlu K.X34 Alayında işə düzəlməsinə kömək edəcəyini demişdir. Onlar pulu əvvəlcə notarial qaydada vermək istəsələr də ödəməli olduqları rüsum çox olduğundan bunu etməmiş və notariat ofisindən çıxdıqdan sonra 15.000 manat pulu Zərərçəkmiş şəxs4 vermişlər. Zərərçəkmiş şəxs4 bir ay ərzində işi həll edəcəyini desə də oğlu K.Şıxəliyevin işə qəbul olunması ilə bağlı əmr verilməmiş və bir müddət sonra o, oğlu K.Şıxəliyevdən bu barədə soruşduqda sonuncu heç bir səbəb göstərmədən X41 işə düzəlməsi məsələsinin alınmadığını, Arifin pulu qaytaracağını, Gündüz adlı başqa bir tanışının həmin pulun müqabilində onu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldəcəyini demişdir. O, oğluna inandığı üçün etiraz etməmiş və 2023-cü ilin yanvar ayının sonunda oğlu K.Şıxəliyev Arifin 15.000 manat pulu qaytardığını, həmin pulu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək etməsi üçün Gündüz adlı şəxsə verdiyini, sonuncunun isə həmin xidmətdə işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alınması barədə sənədin surətini ona təqdim etdiyini bildirmişdir. O, sənədə baxdıqda məzmunundan, həmçinin möhürün yerləşmə yerindən sənədin saxta olmasından şübhələnmiş və səhədin əslinin harada olduğunu soruşduqda oğlu K.Şıxəliyev sənədin əslinin Gündüzdə olduğunu demişdir. Təxminən 2-3 gün sonra oğlu K.Şıxəliyev Gündüzün təqdim etdiyi sənədin saxta olduğunu, aldadılğını başa düdüyü üçün Gündüzün barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə şikayətini bildirdiyini demiş və sonuncunun Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 məhkəməyə ifadə verib göstərdi ki, o, 2023-cü ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman evin giriş qapısı döyülmüş və yaxınlaşıb qapının gözlüyündən baxdıqda qapını döyən şəxsin əvvəllər tanımadığı, 25-26 yaşlarında bir oğlan olduğunu görmüşdür. O, evdə tək olduğu üçün qapını açmamış və bir qədər sonra qonşuluqda yaşayan Azad adlı şəxs qapını döyən şəxsdən kimi axtardığını soruşduqda həmin şəxs oğlu Arifi axtardığını demişdir. Qapını açmadığı üçün bir qədər sonra həmin şəxs çıxıb getmiş və evə gəldiyi zaman o, həmin şəxsin əlamətlərini deyib kim olduğunu soruşduqda oğlu Zərərçəkmiş şəxs4 həmin şəxsin Kənan Şıxəliyev adlı şəxs olduğunu demişdir. O, K.Şıxəliyevin onu nə üçün axtardığını, nə üçün yaşadıqları evə gəldiyini soruşduqda oğlu Zərərçəkmiş şəxs4 sonuncunun polisə işə düzəlmək istədiyini, özünün bununla bağlı dostları vasitəsilə tanıdığı Rüfət adlı şəxsə müraciət etdiyini, Rüfət adlı şəxsin isə bu işi həll edəcəyini deyərək onun vasitəsilə K.Şıxəliyevdən 15.000 manat pul aldığını demiş və Rüfət adlı şəxsin işi etməməsi, həmçinin pulu qaytarmaması səbəbindən K.Şıxəliyevin pulu tələb etməkdən ötrü evlərinə gəldiyini bildirmişdir. O, oğlu Zərərçəkmiş şəxs4 bu işə görə irad turub, bu işdə marağının nə olduğunu soruşduqda sonuncu heç bir marağının olmadığını, məqsədinin sadəcə olaraq K.Şıxəliyevə kömək etmək olduğunu bildirmiş və pulu qaytarması üçün Rüfət adlı şəxslə əlaqə saxlamağa çalışsa da, əlaqə saxlaya bilmədiyini demişdir. Oğlu Zərərçəkmiş şəxs4 Rüfət adlı şəxsi tapa bilmədiyini dediyi üçün o, oğluna problem olmamasından ötrü K.Şıxəliyevin pulunu qaytarması üçün yaşadıqları mənzili satışa çıxarmış və təxminən iki həftə sonra, yəni 20 yanvar 2023-cü il tarixdə yaşadıqları mənzil oğlu Zərərçəkmiş şəxs4 dostu Şahid7 vasitəsilə satılmışdır. Səhəri gün, yəni 21 yanvar 2023-cü il tarixdə o, oğlu Zərərçəkmiş şəxs4 K.Şıxəliyevlə əlaqə saxlayıb, aldığı 15.000 manat pulu qaytarması üçün görüşməli olduqlarını deməsini bildirmiş və həmin vaxt Zərərçəkmiş şəxs4 15.000 manat pulu K.Şıxəliyevin razılığı ilə bir müddət əvvəl Şahid7 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs verəcəyini, sonuncunun həmin pulun müqabilində K.X6 Xidmətində işə düzəldəcəyini demişdir. O, Təqsirləndirilən şəxs kim olduğunu soruşduqda oğlu Zərərçəkmiş şəxs4 G.X1 Xidmətində çalışdığını, dayısının general rütbəli şəxs olduğunu demiş və bu zaman o, pulun Təqsirləndirilən şəxs verilməsinə etiraz edərək K.Şıxəliyevi görüşməyə çağırmasını bildirmişdir. Həmin gün onlar K.Şıxəliyevlə Nərimanov rayonu ərazisində görüşmüş və görüşən zaman Təqsirləndirilən şəxs və Şahid7 də yanlarında olmuşdur. Aralarındakı söhbət zamanı K.Şıxəliyev ona məxsus 15.000 manat pulun Təqsirləndirilən şəxs verilməsini dediyi üçün o, üzərində olan 15.000 manat pulu Təqsirləndirilən şəxs vermiş və sonuncu pulu aldıqdan sonra K.Şıxəliyevə həmin pulun müqabilində onu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldəcəyini demişdir. O, 15.000 manat pulu K.Şıxəliyevin razılığı ilə Təqsirləndirilən şəxs verdikdən sonra oradan ayrılmış və həmin gün oğlu Zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul müqabilində onu Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəltməyi təklif etdiyini demişdir. O, əvvəlcə buna razılıq verməsə də, oğlu A.X13 Xidmətində çalışmaq istədiyini dediyi üçün səhəri gün o, yaşadıqları binanın qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və aralarındakı söhbət zamanı sonuncu kim olduğunu demədiyi dayısının həmin xidmətdə çalışan general rütbəli şəxs olduğunu, 7820 manat məbləğində pul müqabilində dayısının vasitəsilə Zərərçəkmiş şəxs4 orada işə düzəldə biləcəyini demişdir. Həmin vaxt o, konkret cavab verməyərək bu barədə fikirləşmək istədiyini demiş və səhəri gün, yəni 23 yanvar 2023-cü il tarixdə yenidən oğlunun işi haqqında söhbət etmək üçün Təqsirləndirilən şəxs ilə görüşən zaman sonuncu oğlu Zərərçəkmiş şəxs4 işə qəbul olunması ilə bağlı özünün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyini deyərək, müraciətinin qeydə alınması barədə sənədin surətini onlara vermişdir. O, baxdıqda həmin sənəddə oğlu A.X7 Xidmətində işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alınmasının yazıldığını, sənədin üzərində gerb və həmin xidmətə aid möhür olduğunu görmüş və Təqsirləndirilən şəxs inandığı üçün həmin gün yaşadıqları evin yerləşdiyi binanın qarşısında Təqsirləndirilən şəxs 7820 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra oğlu Zərərçəkmiş şəxs4 iki ay ərzində işə qəbul olunacağını demiş və səhəri gün, yəni 24 yanvar 2023-cü il tarixdə onlar K.Şıxəliyevin şikayəti əsasında Təqsirləndirilən şəxs saxlanıldığını bilib aldadıldiqlarını başa düşdükləri üçün Dövlət Təhlükəsizliyi Xidmətinə gedərək bununla bağlı məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş XN məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından tanımış və sonuncu həmin vaxtdan onun direktoru olduğu Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən “Mega Rent a Car” ofisinə gələrək icarəyə avtomobil götürmüşdür. Təqsirləndirilən şəxs tez-tez gəlib icarəyə avtomobil götürdüyü üçün aralarında səmimi münasibət yaranmış və bir müddət sonra aralarındakı söhbət zaman sonuncu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsində çalışan Fuad Rəsulovun onun qohumu olduğunu, yaxın günlərdə hərbi xidmətə çağırılacağı üçün F.Rəsulovun köməyi ilə xidmət etməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhəri Zığ qəsəbəsində yerləşən hərbi hissəsinə göndəriləcəyini demişdir. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs hərbi xidmətə çağırıldığı üçün bir müddət əlaqələri olmamış və daha sonra yenidən onun direktoru olduğu ofisə gələrək icarəyə avtomobil götürmüşdür. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs qohumu Rəsulovun vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldiyini demiş və sonrakı günlərdə sonuncunun tez-tez ofisinə gəldiyini, bahalı avtomobillər icarəyə götürdüyünü görüb həmin pulları necə əldə etdiyini, xidmət yerindən necə çıxdığını soruşduqda Təqsirləndirilən şəxs xidmət yerindən tez-tez çıxmasına qohumu F.Rəsulovun şərait yaratdığını, F.Rəsulovun vasitəsilə pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində işə adam qəbul etdirdiyi üçün çoxlu pul qazandığını bildirmişdir. Aralarında səmimi münasibət olduğu üçün 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona birlikdə Xızı rayonuna getməyi təklif etmiş və orada aralarındakı söhbət zamanı o, 2022ci ilin iyul ayından tanıdığı Zərərçəkmiş şəxs4 adlı tanışının digər tanışı Kənan Şıxəliyevdən sonuncunun polisə işə düzəlməsinə kömək edəcəyi adı ilə 15.000 manat pul aldığını, lakin işi həll etmədiyini deyərək Zərərçəkmiş şəxs4 bu işi həll edə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 bu işi həll edə bilməyəcəyini, lakin özünün K.X6 Xidmətində işə düzəldə biləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bu işi 15.000 manat pul müqabilində deyil, daha artıq pul müqabilində edəcəyini bildirsə də konkret məbləğ deməmiş və o, telefon vasitəsilə K.Şıxəliyevlə əlaqə saxlayıb, Zərərçəkmiş şəxs4 onu polisə işə düzəltməyəcəyini, lakin Dövlət Təhlükəsizliyi Xidmətində çalışan Təqsirləndirilən şəxs adlı tanışının onu həmin xidmətdə işə düzəldə biləcəyini dedikdə K.Şıxəliyev etiraz etməmişdir. O, Zərərçəkmiş şəxs4la danışan zaman bu barədə ətraflı söhbət etmələri üçün telefon nömrəsini Təqsirləndirilən şəxs verəcəyini demiş və Təqsirləndirilən şəxs yanına gəlib K.Şıxəliyevin mobil telefonunun nömrəsini vermək istədikdə Təqsirləndirilən şəxs bir müddət əvvəl onun müdiri olduğu ofisdə K.Şıxəliyevlə tanış olduğunu, həmin vaxt telefon nömrəsini götürdüyünü demişdir. Bakı şəhərinə qayıtdıqdan sonra K.Şıxəliyevlə Zərərçəkmiş şəxs4 manat pulun qaytarılması məsələsi barədə söhbət etmələri üçün onun müdiri olduğu ofisə gəlmiş və söhbət zamanı Zərərçəkmiş şəxs4 yaşadığı evi satışa qoyduğunu, ev satılan kimi pulu qaytaracağını bildirmişdir. Həmin vaxt o, K.Şıxəliyevin danışığından onun artıq Təqsirləndirilən şəxs ilə razılaşdığını başa düşmüş və bir neçə gün sonra, yəni 19 yanvar 2023-cü il tarixdə Zülfüqarlı telefon vasitəsilə onunla əlaqə saxlayaraq K.X8 Xidmətində işə qəbul olunması ilə bağlı yoxlanışdan keçməsi üçün çağırış vərəqəsi verdiyini demişdir. Aralarında olan bu söhbətdən iki gün sonra, yəni 21 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 onun vasitəsilə yaşadığı evi satdığı üçün K.Şıxəliyevin 15.000 manat pulunu qaytarması üçün sonuncu ilə görüşmüş və həmin vaxt o, Zərərçəkmiş şəxs4 anasi Ləman Hacinskaya və Təqsirləndirilən şəxs orada olmuşdur. Onlar Nərimanov rayonu ərazisindo yerləşən “Gənclik” metrostansiyasının qarşısında görüşmüş və həmin vaxt L.Hacinskaya K.Şıxəliyevin razılığı ilə 15.000 manat pulu K.X3 Xidmətində işo düzəlməsinə kömək etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs4 və L.Hacinskaya ilə birlikdə oradan ayrılmış və əvvəlki günlərdə Təqsirləndirilən şəxs bu işin alınacağı təqdirdə, yəni K.Şıxəliyevdən pul alacağı təqdirdə ona hörmət edəcəyini, yəni pul verəcəyini dediyi üçün yolda olan zaman K.Şıxəliyevdən aldığı puldan ona N00 manat pul vermişdir. Həmin gün o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs ilə kafedə görüşən zaman sonuncudan K.Şıxəliyevi 12.000 manat məbləğində pul müqabilində Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəltməsinin inandırıcı olmadığını dedikdə Təqsirləndirilən şəxs narahat olmamasını, bu işə görə K.Şıxəliyevdən 27-28 min manat pul istədiyini, K.Şıxəliyevin pulun qalan hissəsini sonra verəcəyini, hətta bu işdən özünə təxminən 4-5 min manat xeyir qalacağını bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs inanmış və 24 yanvar 2023-cü il tarixdə o, iş yerində olan zaman oraya tanımadığı 4-5 şəxs gəlib özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs N00 manat pul alıb-almamasını soruşmuşlar. Həmin vaxt o, N00 manat pul aldığını demiş və nə baş verdiyini soruşduqda G.X1 Xidmətində çalışmadığını, aldadaraq K.Şıxəliyevdən işə düzəltmək adı ilə pul aldığı üçün onlar tərəfindən saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıldığı üçün həmin gün həbs edilmiş və araşdırma zamanı Təqsirləndirilən şəxs. Zərərçəkmiş şəxs4 da işə düzəltmək adı ilə 7820 manat məbləğində pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 məhkəməyə ifadə verib göstərdi ki, o, 12 oktyabr 2022-ci il tarixdə səhətində olan problemlə əlaqədar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul edilmiş və 21 oktyabr 2022-ci il tarixdə xidmət yerinə qayıdan zaman komandiri olduğu bölüyə Təqsirləndirilən şəxs adında bir əsgərin verildiyini, sonuncunun əvvəlki aylarda Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində xidmət etdiyini, hansısa nöqsana yol verdiyi üçün oradan uzaqlaşdırıldığını bilmişdir. O, bölüyə gələn zaman Təqsirləndirilən şəxs həmin gün səhər saatlarında ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə buraxıldığını bilmiş və 29 oktyabr 2022-ci il tarixdə məzuniyyət müddəti başa çatdığı üçün sonuncu xidmət yerinə qayıtmışdır. Fərdi söhbət zamanı əsgər Təqsirləndirilən şəxs anasının səhətində olan problemlərə görə məzuniyyətə buraxıldığını demiş və 01 noyabr 2022-ci il tarixdə o, hərbi hissə komandirinin əmri ilə N gün müddətinə məzuniyyətə buraxıldığı üçün xidmət yerindən ayrılmışdır. O, məzuniyyətdə olan zaman Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi zərurəti yarandığından hospitala getməsi barədə göndəriş götürməsi üçün 19 noyabr 2022-ci il tarixdə xidmət yerinə çağırılmış və xidmət yerinə gələn zaman əsgər Təqsirləndirilən şəxs on günlük məzuniyyətə buraxıldığını bilmişdir. O, bir neçə gün hərbi hissədə qaldıqdan sonra N noyabr 2022ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmiş və 05 dekabr 2022-ci il tarixdə xidmət yerinə qayıdan zaman əsgər Təqsirləndirilən şəxs məzuniyyətdən qayıtdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdiyini, bir daha xidmət yerinə qayıtmadığını bilmişdir. O, maraqlandıqda bölüyün hərbi qulluqçuları Təqsirləndirilən şəxs nə üçün hərbi hissəni özbaşına tərk etdiyini bilmədiklərini demiş və 2023-cü ilin yanvar ayının sonunda əsgər G.X1 Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs edildiyini eşitsə də nə üçün həbs edildiyini bilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid9 ittihama uyğun ifadə verərək, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməllərini törətdiyini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş X26 əsgər Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan 21 yanvar 2023-cü il tarixdə 15.000 (on beş min) manat məbləğində pul alması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 əsgər Təqsirləndirilən şəxs bacısı X28 İşlər Nazirliyində işə düzəlməsinə kömək edəcəyi adı ilə aldadaraq Şahid3 vasitəsilə ondan 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 əsgər Təqsirləndirilən şəxs övladı Şahid1 diplom almasına kömək edəcəyi adı ilə aldadaraq ondan ümumilikdə 5235 (beş min iki yüz otuz beş) manat məbləğində pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan, yəni 18.855 manat məbləğində pul tam şəkildə ödənilmişdir. 24 yanvar 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman mənzildən üzərində X19 Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunmaqla bağlı müraciətinin qeydə alınması barədə qeydiyyat aparılmış, həmçinin üzərində gerb və Dövlət Təhlükəsizliyi Xidmətinin möhür əksi olan sənəd, üzərində “Dövlət Təhlükəsizliyi Xidməti və baş leytenant Təqsirləndirilən şəxs” yazıları olan bir ədəd divar saatı aşkar edilərək götürülmüşdür. Vətəndaş Zərərçəkmiş şəxs4 məxsus mobil telefona baxış keçirilməsi haqqında 24 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş diskə köçürülən videogörüntüdən görünür ki, əsgər Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə vətəndaş X16 Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunmasına kömək edəcəyi adı ilə 15.000 manat məbləğində pul almışdır. Qəbzlərin surətindən və votsap yazışmalarından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 bacısı X28 İşlər Nazirliyində işə düzəlməsinə kömək etməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə N00 manat, xx.xx.2022-ci il tarixdə 15.000 manat, xx.xx.2022-ci il tarixdə 355 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdo 18.855 manat məbləğində pul vermişdir. Votsap yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs X20 Xarici İşlər Nazirliyində işə düzəlməsi məsələsi ilə əlaqədar həm birbaşa, həm də Şahid3 vasitəsilə R.Şərifova və onun qardaşı Zərərçəkmiş şəxs2la yazışmalar aparmışdır. Votsap yazışmasından görünür ki, Təqsirləndirilən şəxs X20 elektron poçt ünvanına Leyla Qasımova adlı şəxsin adından guya Xarici İşlər Nazirliyində işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alınması barədə mesaj göndərmişdir. İstintaq zamanı X20 işə qəbul olunmaqla bağlı Xarici İşlər Nazirliyinə müraciətinin daxil olub-olmaması, həmin nazirlikdə Leyla Qasımova adlı şəxsin çalışıb-çalışmaması, həmçinin nazirliyin “Elektron ünvan ” elektron poçt ünvanının olub-olmaması barədə sorğu göndərilmiş və sorğuya cavabda R.Şərifovanın işə qəbul ounmaqla bağıı Xarici İşlər Nazirliyinə müraciətinin daxil olmaması, nazirlikdə Leyla Qasımova adlı şəxsin çalışmaması və nazirliyin “Elektron ünvan ” elektron poçt ünvanının olmaması göstərilmişdir. Baxış keçirilməsi haqqında N mart 2023-cü il tarixi protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “Galaxy S22 Ultra” modelli mobil telefona baxış keçirilən zaman telefonun “Qalereya” bölməsində üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti” yazısı olan möhürün və Zərərçəkmiş şəxs4 adına hazırlanmış, guya Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunması ilə bağlı müraciətinin qeydə alınması barədə sənədin fotoşəkilləri aşkar edilmişdir. Şahid4 adına olan, Kapital Bank bankına məxsus 4169-7385-6387-52N nömrəli bank kartından edilmiş çıxarışdan görünür ki, həmin bank kartına xx.xx.2022-ci il tarixdə N00 manat, xx.xx.2022-ci il tarixdə isə 13.500 manat məbləğində pul köçürülmüşdür. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 299 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının atıcısı vəzifəsinə təyin edilmiş əsgər Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının komandiri, baş leytenant Kamil Qasımovun hərbi hissə komandanlığına ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin gün saat 10:00-da hərbi hissəni özbaşına tərk etmişdiç Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 351 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının 2-ci manqasının atıcısı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da hərbi hissəni özbaşına tərk etmişdir. xx.xx.2023-cü il tarixli 3606 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən mübahisəsiz hal aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N4-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə tam əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinə əsasən, fərrarlik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırması zamanı yaranır. Halbuki, məhkəmə iclasında təqsirləndirilən şəxsin dindirilməsi zamanı Təqsirləndirilən şəxs hərbi xidmət yeri olan hərbi hissəni özbaşına tərk etdiyini etiraf etsə də, törətdiyi əməlin hərbi xidmətdən boyun qaçırmaq məqsədini güdməməsi, baş vermə səbəbi kimi anasının xəstə olması müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu hal öz növbəsində Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 334.1-ci maddəsinin tərkibinin yaranmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; N5.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; N6.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmas ıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1, 3N.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: - dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; - məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı1 məhkəməyə vəsatət verərək, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələrin tərkib əlamətləri olmadığından verilmiş ittiham üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus Samsung markalı S22 Ultra modelli mobil telefonda K.Şıxəliyevin adına, guya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş, məzmununda “xx.xx.2023-cü il tarixində qeydiyyata düşmüş sənəd əsasnaməsində deyilir: X19 Dövlət Təhlükəsizlik Xidməti orqanlarında xidmətini davam etdirmək üçün etdiyi müraciyyəti əsasında xidməti mandat və idman inspeksiyasında iştirak etmək üçün və daxili araşdırmalar aparılması nəticəsində şəxsin qeydiyyata alınma prosesi başlamışdır. X11 Xidmətinin Nəsimi rayon yerli şöbəsinə təhvil verilir. İnsan resursları: X2, Qəbul şöbəsi X17. Tarix xx.xx.2023 ” qeydləri olan və özünə məxsus Samsung markalı S22 Ultra modelli mobil telefonda Zərərçəkmiş şəxs4 adına, guya Dövlət Təhlükəsizliyi Xidmatİ tərəfindən verilmiş, məzmununda “xx.xx.2023-cü il tarixində qeydiyyata düşmüş sənori əsasnaməsində deyilir: Zərərçəkmiş şəxs4 Dövlət Təhlükəsizlik Xidməti orqanlarım!« xidmətini davam etdirmək üçün etdiyi müraciəti əsasında xidməti mandat və idman inspeksiyasında iştirak etmək üçün və daxili araşdırmalar aparılması nəticəsində şəxsin qeydiyyata alınma prosesi başlamışdır. X11 Xidmətinin Nəsimi rayon yerli şöbəsinə təhvil verilir. İnsan resursları: X2, Qəbul şöbəsi X17. Tarix xx.xx.2023 ” qeydləri olan sənədlər hər hansı hüquq faktının mövcudluğunu təstiq edən olmadığından onun əməllərində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamış, bu səbəbdən də qeyd olunan nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə verilmiş ittiham üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən özünü vəzifəli şəxs kimi təqdim edib fiziki şəxsin, yəni 'X.Şıxəliyevin və Zərərçəkmiş şəxs4 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi faktı da təsdiq edilməmiş, belə ki, şəxsin özünü vəzifəli şəxs kimi təqdim etməsi əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülür ki, hazırki cinayət işi üzrə isə təqsirləndirilən şəxs bu faktı təsdiq etmək üçün heç bir hərəkət etməmiş, sadəcə sözlə bunu bildirmişdir. Bu səbəbdən də qeyd olunan nəzərə alaraq ona Azərbaycan Respublikası CMnin 310-cu maddəsi üzrə verilmiş ittiham üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hərbi xidmət yeri olan hərbi hissəni özbaşına tərk etməsi əməlində Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinin tərkibinin olmaması səbəbindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsindən həmin Məcəllənin 333.4-cü maddəsinə tövsif edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələri xaric edilməli, hərbi hissəni özbaşına tərk etməsi əməli həmin Məcəllənin 334.1-ci maddəsindən 333.4-cü madəsinə tövsif edilməli və o, yalnız Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 333.4-cü maddələri ilə təqsirli bilinib təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun özünün həmin cinayəti törətdiyini qismən etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.N-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və zərərçəkmiş şəxslərin şikayət, tələblərinin və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 178.2.2, 178.2.4 və 333.4cü maddələri az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası CMnin 50.4-cü maddəsinin tələbinə əsasən Hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Odur ki, qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib Azərbaycan Respublikası CM-nin 8.1 -ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), Azərbaycan Respublikası CM-nin 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası CM-nin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslərin hər birinin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin müddəalarını (cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər) tətbiq etməklə, ittiham olunduğu maddələrin sanksiyasında müəyyən edilən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən daha az müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tətbiq olunduğu təqdirdə təmin edilə bilər və bu qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 333.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzasını təyin etməyi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış X22 adına hazırlanmış sənəd, Təqsirləndirilən şəxs K.Şıxəliyevdən 15.000 manat pul almasının videogörüntüsü köçürülən disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərin surəti və Şahid4 adına olan bank kartından çıxarış iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı “S22 Ultra” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının keçirilməsi ilə bağlı ekspertiza xərci təşkil edən ümumilikdə 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: N2595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (XN, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə Şahid3 adına olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5-1(093)- 73/2023 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Rəqəmsal filialında açılmış AZ66AZRT******************** saylı cari AZN hesab üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 320.1-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilsin və həmin maddələr üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 333.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X22 adına hazırlanmış sənəd, Təqsirləndirilən şəxs K.Şıxəliyevdən 15.000 manat pul almasının videogörüntüsü köçürülən disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərin surəti və Şahid4 adına olan bank kartından çıxarış iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı “S22 Ultra” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılsın. İş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının keçirilməsi ilə bağlı ekspertiza xərci təşkil edən ümumilikdə 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: N2595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (XN, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin İş üzrə Şahid3 adına olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5-1(093)- 73/2023 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Rəqəmsal filialında açılmış AZ66AZRT******************** saylı cari AZN hesab üzərinə qoyulmuş həbs götürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar