Məhkəmə qərarları › İş №1-1(093)-113/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-113/2023

18.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-113/2023 18.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 24 avqust 1993-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı – müşahidəçi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş hərbi rütbəsində xidmətdə olarkən 17 iyun N2-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs və sonuncunun əmisi Şahid1 qohumu X4 ilə görüşmək məqsədi ilə yaşadıqları məhəlləyə gəldiyi üçün Zərərçəkmiş şəxs ona irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, bu səbəbdən də 20 iyun N2-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs xidməti yeri olan N nömrəli hərbi hissənin rəhbərliyinə şikayət etmişdir. Həmin gün N nömrəli hərbi hissənin komandanlığından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən barəsində şikayət olunduğu bildirildiyi üçün o, sonuncularla görüşmək istəmiş, bundan sonra Şahid1 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxslə əlaqə saxladıqda danışıq zamanı yenidən aralarında mübahisə yaranmış və onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlədib Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin ərazisindən keçən Müşfiq qəsəbəsi-Sumqayıt yolunun kənarında yerləşən ərazidə görüş təyin etmişlər. Bundan sonra həmin gün, yəni 20 iyun N2-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1la təyin olunmuş yerdə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs ətrafında toplaşmış şəxslərin sonuncu ilə birlikdə olduqlarını düşünərək özlərini müdafiə etmək məqsədi ilə birlikdə gəldikləri qohumları Şahid4 avtomobilinin yük yerindən bir ədəd taxta parçası götürmüş, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, yəni heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə gedərək Zərərçəkmiş şəxs əlində olan taxta parçasını sonuncunun əlindən alaraq baş nahiyəsinə vurub Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası” xəsarətini yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 17 iyun N2ci il tarixdə o, dostu Mehmanın ailəsini və sonuncunun baldızı Fəxriyəni idarə etdiyi “Mercedes” markalı avtomobillə yaşadıqları Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinə Mehmanın qayınatası Fəxri Cabbarovun evinə aparmış, Mehmanın ailəsi və Fəxriyə avtomobildən endikdən sonra o, getmək istədikdə Fəxriyənin əmisi oğlu Zərərçəkmiş şəxs onun avtomobilinin qarşısına çıxmış, ona əmisi qızı Fəxriyəylə görüşdüyünü, onun üçün onların yaşadığı məhəlləyə gəldiyini desə də, o, Zərərçəkmiş şəxs Fəxriyə ilə hər hansı münasibətinin olmadığını, Fəxriyə üçün məhəlləyə gəlmədiyini, dostu Mehmanın ailəsini qayınatasının evinə gətirdiyini bildirmişdir. Lakin həmin vaxt aralarında anlaşılmazlıq olduğundan mübahisə yaranmış, bundan sonra həmin yerə Zərərçəkmiş şəxs əmisi Şahid1 da gələrək onunla mübahisə etməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs mübahisənin böyüməməsi üçün ona getməsini bildirmiş və o, razılaşaraq dava etmədən avtomobilinə əyləşib oradan getmişdir. Bundan sonra 20 iyun N2-ci il tarixdə o, N nömrəli hərbi hissədə təlimdə olarkən hərbi hissədən ona zəng edilərək Şahid1 və Zərərçəkmiş şəxs ondan şikayət etdiklərini bildirmişlər. Bundan bir neçə saat sonra Şahid1 ona zəng edərək görüşmək istədiyini deyib ona Abşeron rayonunun Müşfiqabad-Sumqayıt yolunun kənarına gəlməsini söyləmiş, o, həmin vaxt Şahid1 xidmətdə olduğu üçün iş vaxtı bitdikdən sonra görüşməyi təklif etmiş, lakin Şahid1 həmin vaxt ona indi gəlməsini demiş və aralarında anlaşılmazlıq yarandığından mübahisə etmiş, bu zaman Şahid1 indi gəlməsini deyib ağır söyüşlər və nalayiq ifadələr işlətmiş və o, əsəbiləşdiyindən hərbi hissə rəhbərliyinə məlumat vermədən və icazə almadan təyin olunmuş yerə getmişdir. O, Abşeron rayonunun Müşfiqabad-Sumqayıt yolunun kənarına çatdıqda həmin yerdə Şahid1 qohumu Şahid3 və Şahid2 olduğunu görmüş, Şahid3 və Şahid2 ilə söhbət edib sonunculara hadisə barədə danışdıqdan sonra onların hər ikisi üzrxahlıq edib Şahid1 və Zərərçəkmiş şəxs səhv hərəkətlər etdiklərini demişlər. Bu zaman o, əsəbi olduğundan yüksək səslə danışmış və bu səbəbdən kənarda olan şəxslər ətrafa toplaşmağa başlamışlar. Bundan bir neçə dəqiqə sonra Şahid4 məxsus “Hyundai Elantra” markalı avtomobil həmin yerə gələrək bir qədər aralıda dayanmış və Zərərçəkmiş şəxsla Şahid1 həmin avtomobildən enmiş, lakin onların qohumu olan Şahid4 həmin avtomobildən enməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs və Şahid1 avtomobildən endikdən sonra avtomobilin yük yerindən taxta parçası götürdüklərini və ona tərəf gəldiklərini görmüş, bu zaman o, Zərərçəkmiş şəxs əlində olan taxtanı əlindən alaraq həmin taxta ilə sonuncunun baş nahiyəsinə 1 qüvvətli zərbə vurmuşdur. Bu vaxt Şahid1 həmin yerdən qaçaraq uzaqlaşmış, bundan sonra Şahid4 gələrək Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib qeyd olunan yerdən aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin dəqiqləşdirilməsi məqsədi ilə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və Təqsirləndirilən şəxs 20 iyun N2-ci il tarixdə saat 16 radələrində baş vermiş hadisənin yerini və şəraitini əyani şəkildə göstərməklə ifadəsinin düzgünlüyünü təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində göstərilən cinayət əməlinin törədilməsində təqsiri iş üzrə özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, N2-ci ilin iyun ayının ortalarında o, yaşadığı məhəllədə bir neçə nəfərdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs əmisi X3 ilə münasibətinin olduğunu, bu səbəbdən də Təqsirləndirilən şəxs tez-tez məhəlləyə gələrək Fəxriyə ilə görüşdüyünü eşitmiş, bundan sonra 17 iyun N2-ci il tarixdə saat 21 radələrində o, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yaşadığı məhəllədə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə məhəlləyə gəldiyini və Fəxriyənin Təqsirləndirilən şəxs avtomobilindən endiyini görmüş, Fəxriyə yaşadığı evə getdikdən sonra o, Təqsirləndirilən şəxs yaxınlaşaraq yaşadıqları məhəllədə söz-söhbət yarandığını bu səbəbdən də Fəxriyə ilə məhəllədə görüşməməsini, münasibətləri varsa başqa yerdə görüşmələrini deyərək iradını bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Daha sonra əmisi Şahid1 onun Təqsirləndirilən şəxslə mübahisə etdiyini eşidib həmin yerə gələrək Təqsirləndirilən şəxslə mübahisə etməyə başlamış, lakin o, əmisi Şahid1 Təqsirləndirilən şəxslə dava edəcəyini düşünüb sonuncunu kənara çəkmiş və Təqsirləndirilən şəxs avtomobilinə əyləşib getmişdir. Daha sonra o, məhəllədə olan bəzi şəxslərdən Təqsirləndirilən şəxs bir neçə nəfər şəxslə yenidən məhəlləyə gələrək onu axtardığını eşitmiş, buna görə də o, problem yaranmaması üçün əmisi Şahid1la birlikdə Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissəyə gedərək həmin hərbi hissənin rəhbərliyinə Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat verib narazılıqlarını bildirmiş və hərbi hissə rəhbərliyi tərəfindən onlara bir daha belə hallara yol verilməməsi barədə Təqsirləndirilən şəxs xəbərdar ediləcəyi bildirilmişdir. Onlar hərbi hissədən getdikdən bir neçə saat sonra Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəyə şikayət etdikləri üçün onlarla görüşmək istədiyini öyrənmişlər. Bundan sonra əmisi Şahid1 Təqsirləndirilən şəxs mobil nömrəsini tapıb zəng etmiş, həmin danışıq zamanı Təqsirləndirilən şəxs onu və əmisi Şahid1 söhbət etmək üçün Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinə Müşfiq- Sumqayıt yolunun kənarına çağırmış, eyni zamanda əmisi Şahid1 Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə danışarkən aralarında yenidən mübahisə yaranmış və onlar birbirinə qarşı nalayiq ifadələr işlətmişlər. Həmin vaxt o və əmisi Şahid1 əmisi oğlu Şahid4 avtomobilində olduqlarından həmin avtomobillə qeyd olunan yerə getmiş, həmin gün, yəni 20 iyun N2-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onları çağırdığı Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinə Müşfiq-Sumqayıt yolunun kənarına çatdıqda Təqsirləndirilən şəxs tək olmadığını, yanında mülki geyimdə olan 13 nəfərin olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid3 və Şahid2 ilə söhbət etmişdir. Həmçinin o, və əmisi Şahid1 Təqsirləndirilən şəxs tək olmadığını fikirləşib özlərini müdafiə etmək üçün əmisi oğlu Şahid4 avtomobilinin yük yerindən belin tutacağını, yəni taxta hissələrini götürmüş, avtomobildən endikdə Təqsirləndirilən şəxs onların üzərinə gəlmiş, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs qarşısına çıxaraq sonuncunu dayandırmaq istəsə də, bunu edə bilməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb əlində olan taxta parçasını əlindən alaraq baş nahiyəsinə vurmuş, həmçinin Təqsirləndirilən şəxs onu vurduqdan sonra o, Təqsirləndirilən şəxs və tanımadığı digər şəxslərin Şahid1 üzərinə getdiyini görsə də, Şahid1 vurub-vurmamasının şahidi olmamışdır. Daha sonra isə o, huşunu itirmiş, ayıldıqda Bakı şəhəri X8 gətirildiyini görmüşdür. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı onlar 20 iyun N2-ci il tarixdə Təqsirləndirilən şəxs taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 qüvvətli zərbə vurmasını təsdiq etmişlər. Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 göstərmişdir ki, 20 iyun N2-ci il tarixdə dostu Şahid4 ona zəng edərək hazırda adını xatırlamadığı kafelərdən birinə çağırmış, o, həmin kafeyə getdikdə Şahid4 ona Təqsirləndirilən şəxs adlı bir nəfərin əmisi Şahid1 və əmisi oğlu Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini və hazırda onların Təqsirləndirilən şəxslə görüşmək istədiklərini bildirmiş, bundan sonra Şahid1 Təqsirləndirilən şəxs zəng edərək Müşfiqabad-Sumqayıt yolu yaxınlığında görüş yeri təyin etmiş, bu zaman Şahid4 ona və qohumları Şahid3 davadalaş olmasın deyə əvvəlcə onun və Şahid3 onlardan əvvəl həmin yerə getmələrini, Təqsirləndirilən şəxslə söhbət etmələrini söyləmiş və onlar Şahid4 ilə razılaşıb qeyd olunan yerə getmişlər. Həmin gün, yəni 20 iyun N2-ci il tarixdə saat 16 radələrində o və Şahid3 təyin olunmuş yerdə Təqsirləndirilən şəxslə söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs qarşı hər hansı nalayiq ifadə işlətmədiyini, lakin Şahid1 nalayiq ifadə işlətməsi səbəbindən cavab olaraq Şahid1 nalayiq ifadə işlətdiyini demiş, bu zaman o, Təqsirləndirilən şəxs haqlı olduğunu bildirərək üzrxahlıq etmişdir. Həmçinin qeyd olunan söhbət zamanı Təqsirləndirilən şəxs yüksək səslə və əsəbi şəkildə danışdığı üçün həmin yerin kənarından keçən bir neçə tanımadığı şəxs ətrafa toplaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs və Şahid1 da Şahid4 avtomobili ilə qeyd olunan yerə gəlmiş, lakin Şahid4 avtomobili bir qədər aralıda saxlamış, Zərərçəkmiş şəxs və Şahid1 avtomobildən enərək əllərində olan taxta parçaları ilə Təqsirləndirilən şəxs üzərinə gəlmiş və bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan taxta parçasını əlindən alıb sonuncunun baş nahiyəsinə vurmuşdur. Şahid1 isə bunu görüb hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Bu zaman Şahid4 hadisə yerinə gəlib Zərərçəkmiş şəxs baş nahiyəsindən yaralandığını görmüş və sonuncunu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Şahidlər Şahid4 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tibbi ekspertizanın 29 iyun N2-ci il tarixli 1414 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs tərəfindən Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə ünvanlanmış 20 iyun N2-ci il tarixli ərizədən görünür ki, o, 20 iyun N2-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. 05 dekabr N2-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi, Müşfiq- Sumqayıt yolunun Müşfiqabad qəsəbəsi istiqamətində yolun sağ kənarında yerləşmiş, baxış keçirilən yol əsas yola bitişik, torpaq örtüklü, kənarları çınqıl daşlı olmuşdur. Yolun sağ və sol tərəfləri torpaq sahəsidir və nahamar olmuşdur. Torpaq yolda avtomobillərin və piyadaların hərəkətləri intensiv olmuş, sağ hissədə zibillik olmuşdur. 04 may N3-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «nomreler.xls» adlı fayla daxil olduqda ********** və ********** saylı mobil nömrələrin X2 adına, **********, ********** və ********** saylı mobil nömrələrin Şahid1 adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. «antenaN2.xls» adlı fayla daxil olduqda aşkar edilmiş məlumatlardan görünür ki, ********** (Şahid1 adına olan) saylı mobil nömrə ilə ********** və ********** (Təqsirləndirilən şəxs istifadəsində olan) saylı mobil nömrələr arasında 20 iyun N2-ci il tarixdə çoxsaylı zənglər olmuş, habelə qeyd olunan nömrələr arasında ilk zəng ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N1-ci il tarixli 86 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral N1-ci il tarixli müvafiq əmrinə əsasən təşkilat-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq Sülhməramlı Qüvvələr taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs kəşfiyyat bölüyünün 2-ci manqasının kəşfiyyatçısı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissəsinin komandirinin N mart N2-ci il tarixli 96 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 024əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin müvafiq bəndinə əsasən kəşfiyyat bölüyünün kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının kəşfiyyatçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – çavuş Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilərək kəşfiyyat bölüyünün kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı – müşahidəçi vəzifəsinə təyin edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 3 (üç) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini və hərbi xidmətini davam etdirmək istəyini də, nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə qanunun yuxarıda göstərilən tələblərinə riayət edərək Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab etmir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, etdiyi əməldən səmimi peşmançılıq çəkməsi, cəzasını yüngülləşdirən halların mövcudluğu və cəzasını ağırlaşdıran halın olmadığı, habelə işin halları ilə bağlı yuxarıda göstərilənlər onun artıq ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə olduqca mənfi təsir göstərə biləcəyini və zərər çəkmiş şəxslə barışması da təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi məsələsinə xidmət edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar