Məhkəmə qərarları › İş №1-1(093)-114/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-114/2023

28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-114/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru dliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Səbail rayonu, ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmamaqla xidmət yerinə vaxtında qayıtmamışdır. Kərimov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin baş qərargahın mərkəzi rabitə qovşağının qəbuledici mərkəzinin dizel elektrikçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N mart N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda, üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, yalnız N aprel N23-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmaqla bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, N oktyabr N21-ci il tarixdən həmin hərbi hissədə xidmətə başlamışdır. O, xidmətdə olan zaman 01 mart N23-cü il tarixdə saat 19:00-da iş saatı bitdikdən sonra evinə getmiş, ertəsi gün N mart N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə getməli olduğu halda getməmişdir. Hərbi hissədən ona zəng olunaraq xidmət yerinə qayıtmalı olduğu, barəsində araşdırma aparıldığı bildirilmişdir. O, N aprel N23-cü il tarixdə saat 13:00-da xidmət yerinə getmiş və qayıtması ilə bağlı raport yazılaraq həmin gün əmrə salınmışdır. O, xidmət yerinə vaxtında getməməsinə səbəb olaraq mülki həyatdakı bir neçə tanışına olan borcları və həmin borcların sıxıntısı olmuşdur. Hal-hazırda Törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Şahid1 Yaqub oğlu məhkəməyə ifadə verərək göstərdi ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, sonuncu ilə aralarında şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs 01 mart N23-cü il tarixdə saat 19:00-da axşam düzülüşündən sonra evinə getmiş, ertəsi gün N mart N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə geməli olduğu halda gəlməmişdir. Dərhal bu barədə raport yazılaraq, əmrə salınmış və MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs zəng olunaraq xidmət yerinə qayıtmalı olduğu, barəsində araşdırma aparıldığı bildirilmişdir. Daha sonra MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N aprel N23-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmış və bu barədə raport yazılaraq həmin gün əmrə salınmışdır. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs şəxsi problemləri ilə əlaqədar olaraq xidmət yerinə vaxtında qayıtmadığını bildirmişdir. Şahid2 məhkəməyə ifadə verərək göstərdi ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla aralarında şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs 01 mart N23-cü il tarixdə saat 19:00-da olan axşam düzülüşündən sonra evinə getmiş, ertəsi gün N mart N23cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Dərhal bu barədə raport yazılaraq, əmrə salınmışdır. Sonra MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs N aprel N23-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmış və bu barədə raport yazılaraq həmin gün əmrə salınmışdır. MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs şəxsi problemləri ilə əlaqədar olaraq xidmət yerinə vaxtında gəlmədiyini öyrənmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N21-ci il tarixli 6 nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs Mabriz oğlu həmin hərbi hissənin mobil rabitə mərkəzinin kabel-xətt taqımının kabel-xətt manqasının baş xətt nəzarətçisi vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına daxil edilib bütün təminat növlərinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 101 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, həmin tarixdə MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin Baş qərargahın mərkəzi rabitə qovşağının qəbuledici radio mərkəzinin dizel-elektriki vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N mart N23-cü il tarixli raportdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N23-cü il tarixli 62 №-li əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə çıxmadığı üçün şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N aprel N23-cü il tarixli raportdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli 96 №-li əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtdığı üçün şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının təqdim edilmiş arayışından görünür ki, MAHHXHQ, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 28 fevral N23-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 6500 (altı min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, işdəki bütün sübutları araşdırıb onları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 03 (üç) azyaşlı uşağının olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkərək günahlarını etiraf etməsini də nəzərə alır. Beləliklə, məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, cavnlığını, törətdiyi cinayəti səmimi etiraf edib peşimançılıq çəkməsini, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını və ailə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəcasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsində göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs aylıq pul təminatından 05% dövlət nəfinə tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) ay 04 (dörd) gün həbsdə saxlama müddəti hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaıdır. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclası zalından dərhal azad ediməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 27 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 42 (qırx iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversal Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 05 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) ay 04 (dörd) gün həbsdə saxlama müddəti hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla aylıq pul təminatından dövlət nəfinə 05 % məbləğində pul tutulmaqla 9 (doqquz) ay 14 (on dörd) gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 28 fevral N23-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 6500 (altı min beş yüz) manat cərimə cəzasını hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 05 % məbləğində pul tutulmaqla 9 (doqquz) ay 14 (on dörd) gün müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və 6500 (altı min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazriliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X1 etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversal Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən N (iyirmi) gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar