Məhkəmə qərarları › İş №1-1(093)-115/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-115/2025

06.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-115/2025 06.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X1 (sədrlik edən), X3 və Əliyev Fikrət Hüseyin oğlundan ibarət tərkibdə Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlmövsum oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Füzuli rayonunun Kərimbəyli kəndində doğulmuş və orada daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hazırda heç bir yerdə işləməyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 232.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Həsənov X4 Nazirliyinin Qubadlı rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, X2 N may N-cü il tarixli 322 №-li əmrinə əsasən N iyun N-cü il tarixdən 30 iyun N-cü il tarixədək tağım, bölük və batareya komandirlərinin təkmilləşdirilməsi kurslarına cəlb edildiyindən N nömrəli hərbi hissə komandirinin N may Ncü il tarixli 157 №-li əmrinə əsasən həmin tarixdə kursların təşkil edildiyi Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş və kurslarda iştirak etmək məqsədi ilə ezamiyyətə gedərkən kurs müddətində keçiriləcək atışlarda istifadə etmək məqsədi ilə həmin vaxt N nömrəli hərbi hissədən öz adına təhkim edilmiş «AK-74» markalı ******* nömrəli avtomat silah və 4 (dörd) ədəd boş patron sandıqçası ilə birlikdə 2N may N-cü il tarixli təhkim olunma cədvəlinə əsasən adına müvəqqəti təhkim olumuş və 101 №-li qaimə əsasında ona verilmiş odlu silah sayılan 01 ədəd «PM» markalı, ŞP 5082 nömrəli tapançanı və 02 (iki) ədəd odlu silahın komplekt hissəsi sayılan boş patron sandıqçasını özü ilə N nömrəli hərbi hissəyə aparmışdır. Leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə gəldikdən sonra N iyun N-cü il tarixdən etibarən gündəlik olaraq hərbi hissənin ərazisində təşkil edilmiş məşğələlərdə, habelə hərbi hissədən təxminən N (otuz) km məsafədə yerləşən hərbi hissənin «Şahdağ» təlim mərkəzində (poliqonda) təşkil edilmiş təlim atışlarında iştirak etmiş və 24 iyun N-cü il tarixdə saat 08 radələrində növbəti dəfə təlim atışlarında iştirak etmək üçün hərbi hissənin «Şahdağ» təlim mərkəzinə (poliqona) gedərkən, atışlarda istifadə etmək məqsədi ilə öz adına təhkim edilmiş «AK-74» markalı ******* nömrəli avtomat silah və 4 (dörd) ədəd boş patron sandıqçası ilə bərabər, adına müvəqqəti təhkim edilmiş «PM» markalı, ŞP 5082 nömrəli tapançanı və 1 (bir) ədəd boş patron sandıqçasını özü ilə götürmüşdür. Həmin gün o, atış təlimlərində iştirak etdiyi zaman əlverişli fürsət olduğunu görüb bundan istifadə edərək, hazırda istintaqa məlum olmayan şəraitdə N nömrəli hərbi hissəyə məxsus, odlu silah sayılan və dəyəri 306 (üç yüz altı) manat təşkil edən N (bir) ədəd N mm kalibrli, «PM” markalı, ŞP 5082 nömrəli tapançanı və odlu silahın komplekt hissəsi sayılan, dəyəri 8 (səkkiz) manat təşkil edən N (bir) ədəd patron sandıqçasını sair şəxsi marağa görə öz qulluq mövqeyindən istifadə etməklə gizli yolla talamış və həmin tarixdən etibarən halhazırkı müddətədək istintaqa məlum olmayan yerdə gizlətməklə qanunsuz olaraq saxlamışdır. Daha sonra, leytenant Təqsirləndirilən şəxs öz cinayətkar əməlini ört-basdır etməklə buna görə gələcəkdə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə 24 iyun N-cü il tarixdə axşam saatlarında təlim atışlarının keçirildiyi təlim mərzəkindən (polinondan) N nömrəli hərbi hissəyə qayıtdıqdan sonra həmin vaxt tapança silah və ona aid boş patron sandıqçası üzərində olmadığı halda, özü ilə götürdüyü avtomat silahı və ona aid daraqları təhvil verməyərək yatdığı çarpayısının yanındakı dolabın arxasına qoymuş, daha sonra N iyun N-cü il tarixdə səhər saatlarında avtomat silahı çiyninə keçirib ona aid daraqları əynindəki zirehli gödəkçənin ciblərinə yerləşdirərək onunla birlikdə təkmilləşdirilmə kursuna cəlb edilmiş hərbi qulluqçulardan öncə onlara verilmiş silahların saxlanıldığı silah otağına getmiş və həmin vaxt silah otağının mühafizəsini təşkil edən bölük növbətçisi, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 həmin gün tapança silahdan atışların olmayacağını, buna görə tapançasını silah otağında saxlanılan silah yeşiyinə qoymaq istədiyini bildirərək ondan bunun üçün silah otağının qapısını açmasını tələb etmişdir. Əsgər Şahid1 onun tələbinə əsasən silah otağının qapısını açdıqdan sonra leytenant Təqsirləndirilən şəxs otağa daxil olub silah yeşiyinə yaxınlaşaraq yeşiyin üzərinə vurulmuş möhürün tamlığını pozmaqla qapağını açmış və həmin vaxt silah otağının girişindən sol tərəfdə dayanmış əsgər Şahid1 ona baxmayaraq silah otağının qapısına vurulmuş taxta lövhəciyin üzərindəki yapışqanı təmizləməklə məşğul olduğunu görüb bundan istifadə edərək, silah yeşiyinin içərisində saxlanılan «PM» markalı tapança silahlardan birini götürmüş və onu əlində nümayiş etdirib əsgər Şahid1 göstərməklə guya özünə məxsus tapança silahını yeşiyə qoyduğu görüntüsünü yaratmış, daha sonra həmin gün onunla birlikdə təkmilləşdirilmə kursuna cəlb edilmiş hərbi qulluqçulara 24 iyun N-cü il tarixdə tapança silahını özü ilə birlikdə təlim mərkəzindən N nömrəli hərbi hissəyə gətirdikdən sonra silah otağına verməyərək yataq otağında saxladığını, daha sonra isə onu tapa bilmədiyini bildirib onlarda tapança silahını naməlum şəraitdə itirməsinə dair fikir formalaşdırmışdır. Məhkəmənin gəlidiyi qənaətə görə Həsənov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 3-cü tağımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, X2 N may N-cü il tarixli 322 №-li əmrinə əsasən N iyun N-cü il tarixdən 30 iyun N-cü il tarixədək tağım, bölük və batareya komandirlərinin təkmilləşdirilməsi kurslarına cəlb edilərək Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmiş və 24 iyun N-cü il tarixdə həmin hərbi hissənin «Şahdağ» təlim mərkəzində olduğu vaxt adına müvəqqəti təhkim edilmiş, N nömrəli hərbi hissəyə məxsus N (bir) ədəd N mm kalibrli, «PM” markalı, ŞP 5082 nömrəli tapançanı və odlu silahın komplekt hissəsi sayılan, N (bir) ədəd patron sandıqçasını naməlum şəraitdə itirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə 24 iyun Ncü il tarixdə axşam saatlarında təlim atışlarının keçirildiyi təlim mərzəkindən (poliqondan) N nömrəli hərbi hissəyə qayıtdıqdan sonra həmin vaxt tapança silah və ona aid boş patron sandıqçası üzərində olmadığı halda, özü ilə götürdüyü avtomat silahı və ona aid daraqları təhvil verməyərək yatdığı çarpayısının yanındakı dolabın arxasına qoymuş, daha sonra N iyun N-cü il tarixdə səhər saatlarında avtomat silahı çiyninə keçirib ona aid daraqları əynindəki zirehli gödəkçənin ciblərinə yerləşdirərək onunla birlikdə təkmilləşdirilmə kursuna cəlb edilmiş hərbi qulluqçulardan öncə onlara verilmiş silahların saxlanıldığı silah otağına getmiş və həmin vaxt silah otağının mühafizəsini təşkil edən bölük növbətçisi, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 həmin gün tapança silahdan atışların olmayacağını, buna görə tapançasını silah otağında saxlanılan silah yeşiyinə qoymaq istədiyini bildirərək ondan bunun üçün silah otağının qapısını açmasını tələb etmişdir. Əsgər Şahid1 onun tələbinə əsasən silah otağının qapısını açdıqdan sonra leytenant Təqsirləndirilən şəxs otağa daxil olub silah yeşiyinə yaxınlaşaraq yeşiyin üzərinə vurulmuş möhürün tamlığını pozmaqla qapağını açmış və həmin vaxt silah otağının girişindən sol tərəfdə dayanmış əsgər Şahid1 ona baxmayaraq silah otağının qapısına vurulmuş taxta lövhəciyin üzərindəki yapışqanı təmizləməklə məşğul olduğunu görüb bundan istifadə edərək, silah yeşiyinin içərisində saxlanılan «PM» markalı tapança silahlardan birini götürmüş və onu əlində nümayiş etdirib əsgər Şahid1 göstərməklə guya özünə məxsus tapança silahını yeşiyə qoyduğu görüntüsünü yaratmışdır. Məhkəmədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, «Şahdağ» təlim mərkəzində olduğu vaxt 24 iyun N-cü il tarixdə ona təhkim edilmiş “Makarov PM” markalı tapança və patron sandıqçasını paliqonda olarkən itirdiyini düşünür. Təlimdən hərbi hissəyə qayıtdıqdan sonra silahını tapa bilməmişdir. N iyun N-cü il tarixdə səhər saatlarında artıq tapança onun üzərində olmamış, Şahid12 N iyun N-cü il tarixdə silahı onun üzərində gördüyünü bildirməsi ilə bağlı qeyd edir ki, şahid hadisənin tarixlərini yanlış xatırlayır, sonuncu onun üzərində tapançanı 24 iyun N-cü il tarixdə görmüşdür. O, silah talanmadığını, əlavə ifadə vermək istəmədiyini və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin Raket-Artilleriya Silahları xidməti rəisi vəzifəsində xidmət edir. Leytenant Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla münasibətləri xidməti olmuşdur, aralarında ədavət və mübahisə olmamışdır. N may N-cü il tarixdə X2 müvafiq əmrinə əsasən xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, kapitan Şahid8, kapitan Şahid7, baş leytenant Süleyman Bağırov, baş leytenant Şahid5, baş leytenant Şahid3, baş leytenant Şahid12, leytenant Təqsirləndirilən şəxs və kiçik leytenant Şahid4 01 iyul N-cü il tarixədək tağım və bölük komandirlərinin təkmilləşdirilməsi kurslarına cəlb edilərək Qusar rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getmişlər. Buna görə də, hərbi hissə komandiri tərəfindən hərbi hissənin raket-artilleriya silahları xidmətinə ezamiyyətə gedən zabitlərə qaimə əsasında “PM” markalı tapançaların və avtomat silahların verilməsi tapşırılmışdır. Bir müddət sonra silahın itməsi barədə məlumat verilmiş, bununla bağlı onun tərəfindən raport hazırlanmış, silahın “kartoçkasını” aidiyyatı orqanlara göndərmişdir. Qeyd olunan hadisə onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində deyil, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində baş vermişdir. Təqsirləndirilən şəxs təhkim edilmiş “Makarov PM” markalı tapançanı ona təhkim edilməsindən 2-3 ay əvvəl idarə heyətinin anbarından almışdır. Həmin silahlardan il ərzində ümumi bir dəfə atış olur və atış zamanı üç ədəd patron istifadə olunur. Silahlar telefonoqram əsasında qaimə ilə bölməyə verilir, hərbi qulluqçu digər hərbi hissəyə ezam olunarkən telefonoqramda onun silahlı olub-olmaması barədə qeydlər aparılır. Daha sonra hərbi qulluqçu anbardan qaimə ilə çıxaraq bölməyə daxil olur və orada silahla təhkim olunur. Silahların təhkim edilməsi barədə cədvəl tərtib edilir və aidiyyatı şəxsin imzası ilə təsdiq edilir. Silahların müvəqqəti təhkim olunması hərbi qulluqçunun hərbi biletində qeyd olunur. Digər hərbi hissəyə kursa gedən hərbi qulluqçunun hərbi biletində silahla təhkim edilməsi barədə qeyd olunmalıdır. Hərbi qulluqçuya silah təhkim ediləndən sonra onun hərbi biletinə müvafiq möhür vurulur. Hərbi qulluqçu xidmət etdiyi hərbi hissəni dəyişdiyi halda artıq digər hərbi hissə tərəfindən ikinci möhür vurulur. Gilizlər ümumi şəkildə yığılır, tarixinə görə yığılmır. Həmin gilizlər Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəyə təhvil verilir. Silahın lüləsinin üstündə və əl dəstəyinin yuxarı hissəsində olmaqla iki yerdə nömrəsi olur. Tapançanın zavod nömrəsindən başqa hər hansı bir hissəsində fərqləndirici nişan olmur. Silahlar hərbi qulluqçulara təhkim olunan zaman üzərinə kağızda nömrələr yapışdırılır. Lakin silahlar anbara təhvil verilən zaman həmin nömrələr götürülür. Kursa gedən hərbi qulluqçulara silahlar təhkim edilən zaman orada iştirak etməmişdir, həmin an xidməti yerində olmamışdır və köməkçisi onu əvəz etmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı soruşanda o, silahı silah otağına təhvil verdiyini, daha sonra orada itdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə tapançanı silah yeşiyinə bölük növbətçisi gözü qarşısında qoymuşdur. O, silahın itməsi barədə məlumat aldıqdan sonra 1-2 gün ərzində raport yazmamışdır. Orada olan zabitlər, xüsusən də Şahid7, Şahid3 və digərləri ilə əlaqədə olmuş və silahın tapılması üçün onlara vaxt vermişdir. Daha sonra silah tapılmamış və müvafiq raport hazırlayaraq aidiyyatı üzrə göndərmişdir. Həmin an onlarda Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olmadığı üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. Onun əlaqədə olduğu zabitlərin heç biri silahın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı şübhə etməmişdirlər, onlar yalnız silahın itdiyi barədə bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, hazırda həmin hərbi hissənin Raket-Artilleriya Silahları xidməti rəisi vəzifəsində xidmət edir. Leytenant Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında ədavət və mübahisə olmamışdır. Təqsirləndirilən şəxs kiminləsə ədavəti olduğunu görməmişdir, onu sakit və mədəni zabit kimi tanımışdır. X2 müvafiq əmrinə əsasən 01 iyul N-cü il tarixədək tağım və bölük komandirlərinin təkmilləşdirilməsi kurslarına cəlb edilərək Qusar rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə getmişlər. Buna görə də, hərbi hissə komandiri tərəfindən hərbi hissənin raket-artilleriya silahları xidmətinə ezamiyyətə gedən zabitlərə qaimə əsasında “PM” markalı tapançaların və avtomat silahların verilməsi tapşırılmışdır. Hərbi qulluqçulara avtomat silahlar təhkim olunsa da, onlar idarə heyəti olmadığına görə “PM” markalı tapança silahlar təhkim edilməmişdir. Bu səbəbdən də, hərbi hissənin silah anbarından adları qeyd olunan hərbi qulluqçuların hər birinə müvafiq qaimə əsasında bir ədəd “PM” markalı tapança və iki ədəd həmin tapançaya aid patron darağı verilmişdir. Bundan sonra, onlar özlərinə təhkim olunmuş avtomat silahlarını və hərbi hissənin silah anbarından verilmiş “PM” markalı tapançalarını hərbi hissənin raket-artilleriya silahları xidmətindən təhvil götürərək N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişlər. N nömrəli hərbi hissədə olarakən silah yeşiyi silah otağından, onların yatdığı otağa öz aralarında müəyyən etdikləri qaydaya əsasən hər gün iki nəfər şəxs tərəfindən daşınırdı, silahlar yeşiyə qoyulduqdan sonra yerinə qaytarılırdı, lakin bununla bağlı heç bir cədvəl və yaxud qrafik olmamışdır. Həmin silah yeşiyində heç bir qıfıl olmamışdır. “PM” markalı tapançaların daraqlarını da silah yeşiyinə qoyurdular. Silahın iki darağı var idi, bir daraq koburanın içərisində qalırdı, digər daraq isə tapançanın üzərində qalırdı və yaxud tapançanın yanına qoyulurdu. Kobura mütləq silah yeşiyinin içində olmalı deyildi. O, hər hansı hərbi qulluqçunun, o cümlədən Təqsirləndirilən şəxs üzərində boş kobura gəzdirdiyini heç bir zaman görməmişdir. Onlar dərs keçirilən günlər “PM” markalı tapançaları özləri ilə aparırdılar, lakin dərs nəzərdə tutulmayan günlər həmin tapançaları silah yeşiyində saxlayırdılar. Kimsə silah götürmək istəyəndə gün növbətçisi həmin şəxsi silah otağına buraxırdı. Dərsdən sonra gün növbətçisinə silahların təhvil verilməsi üçün gəlindiyi barədə bildirilirdi. Bundan sonra otağa daxil olurdular və silahlar təhvil verilirdi, lakin kimin silahı təhvil verdiyinə ayrıayrılıqda baxılmırdı. Ümumi qayda olaraq, əgər silah yeşiyi boş olurdusa, bu halda silah yeşiyini qaldıqları otağa aparırdılar. Lakin, “PM” markalı tapançalar silah yeşiyinin içərisində olan halda, silah yeşiyi silah otağında qalırdı. 24 iyun N-cü il tarixdə silah yeşiyinin qaldıqları otağa gətirilib-gətirilməməsini xatırlamır. O, həmin tarixdə poliqondan qayıdandan sonra Təqsirləndirilən şəxs çantasını, avtomatını, “PM” markalı tapançasını silah otağında görməmişdir, Təqsirləndirilən şəxs özünü isə yataq otağında görmüşdür. Onun çarpayısının və ya özünün üzərində “PM” markalı tapança və yaxud avtomat görməmişdir. O, axırıncı dəfə Təqsirləndirilən şəxs üzərində hansı gün “PM” markalı tapançanı gördüyünü xatırlamır. N iyun N-cü il tarixdə onlar poliqondan qayıdandan sonra kazarmaya doğru getmişlər. O, silah yeşiyini otağa aparmaq üçün Şahid3lə birlikdə silah otağına daxil olanda Təqsirləndirilən şəxs artıq orada idi və nə isə axtarırdı. Təqsirləndirilən şəxs silahını tapa bilmədiyini onlara bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs silahının itməsini rəhbərliyə məruzə etməli olduğunu bildirmişdir. Bundan sonra onlar otaqlarına getmiş, Təqsirləndirilən şəxs isə rəhbərliyə yaxınlaşaraq baş verən hadisə barədə məruzə etmişdir. Lakin həmin tarixdə axtarış aparılmamışdır, çünki digər hərbi qulluqçular buraxılışa çıxmışdılar. Şəxsi heyət buraxılışdan qayıtdıqdan sonra yeşiklərə baxılmış, lakin silah tapılmamışdır. Təqsirləndirilən şəxs isə həmin vaxt silahını itirmədiyini və yeşiyə qoyduğunu bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs silahını necə itirdiyi barədə soruşulanda o, “yolda gedəndə ürəyimə damdı ki, silahım yoxdur” deyə cavab vermişdir. Silahın poliqonda qalma ehtimalı olduğu üçün orada da axtarış keçirilməsi barədə qərar alınmışdır. Lakin o, poliqonda keçirilən axtarışda iştirak etməmişdir. Onların təlim keçdiyi hərbi hissənin komandiri ŞahidN söhbət etmək üçün Təqsirləndirilən şəxs öz otağına çağırmış, Təqsirləndirilən şəxs təxminən bir saat sonra qayıtmış, qayıtdıqda ŞahidN onu silahını itirdiyini boynuna almağa məcbur etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində tanımışdır. Onunla münasibətləri xidməti olmuşdur. Aralarında ədavət və mübahisə olmamışdır. N may N-cü il tarixdə X2 müvafiq əmri ilə N nömrəli hərbi hissəsinin tabeliyində olan hərbi hissələrinin N nəfərdən ibarət hərbi qulluqçuları, yəni zabit heyəti 01 iyul N-cü il tarixədək “tağım və bölük komandirlərinin təkmilləşdirilməsi” kurslarına cəlb edilərək Müdafiə Nazirliyinin Qusar şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Əvvəllər N nömrəli hərbi hissəyə yalnız tağım komandirləri kurslara cəlb olunurdular. Lakin ilk dəfə idi ki, qarışıq şəkildə, yəni digər zabitlər də kurslara cəlb olunmuşdular. Özü də, N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi həmin kurslara cəlb edilərək N nömrəli hərbi hissəyə ezamiyyətə getmişdir. Ezamiyyətə gedərkən hər kəsə təhkim edilmiş “AK-74M” markalı avtomat silahı və “PM” markalı tapança silahı verilmişdir. N nömrəli hərbi hissədə təşkil olunmuş “taqım və bölük komandirlərinin təkmilləşdirilməsi” kursunda təlim və məşğələlər hər həftənin 1-ci günündən 5-ci gününədək saat 08:00-dan saat 18:00-dək keçirilmiş, şənbə və bazar günləri isə istirahət vaxtı olmuşdur. 24 iyun N-cü il tarixdə hansı silahdan atış olmasını xatırlamır. Hadisə baş verməmişdən bir gün əvvəl öz tapancalarını atışa aparmışdılar. Poliqona gedəndə hamının üzərində tapançalarını yerləşdirmək üçün kobura olurdu. 24 iyun N-cü il tarixdə kimin qrup rəhbəri olmasını, Təqsirləndirilən şəxs üzərində koburanın və ya tapancanın olmasını xatırlamır. Lakin N iyun N-cü il tarixdə qrup komandirinin Təqsirləndirilən şəxs olmasını və onun üzərində boş koburanın olmasını dəqiq xatırlayır. N iyun N-cü il tarixdə poliqonda atış olmayıb. Ümumi qayda olaraq əgər silahdan atış zamanı istifadə olunubsa, həmin silah təmizlənməli idi. Ancaq silahını atışa aparmayan bəzi hərbi qulluqçular silahını təmizləmədən birbaşa yeşiyə yerləşdirirdi. 24 iyun N-cü il tarixdə tapancalarını poliqona aparmışdılar, poliqondan qayıtdıqdan sonra tapançaları silah otağına təhvil vermişdilər. Həmin tarixdə Təqsirləndirilən şəxs silahını təmizlədiyini görməmişdir. Onlar poliqondan fərqli saatlarda qayıdırdılar, onlar üçün silahlarını silah otağına təhvil vermək üçün müddət müəyyənləşdirilməmişdir. Silah otağının qapısı açıq olduğu zaman bölük növbətçisi onlara silahları təhvil vermək üçün məlumat verirdi. Hadisə baş verməmişdən əvvəl son 3-4 gün ərzində silahların yerləşdirildiyi yeşik onların yataqxanasına gətirilməmişdir. Onlar fərdi şəkildə silah otağına yaxınlaşaraq silahlarını təhvil verirdilər. Silahlar yeşiyə təhvil veriləndən sonra sayılırdı. Silahları öz silahını axırıncı təhvil verən şəxs və ya Şahid3 sayırdı. Əgər hansısa avtomat çatışmasaydı, bu rahat bilinirdi. Çünki bütün avtomatlar mövcud olan halda yeşik çətinliklə bağlanırdı. Lakin tapanca çatışmayan halda onu nəzərdən qaçırmaq mümkün idi. Təqsirləndirilən şəxs tapançasını adətən koburasız şəkildə yeşiyə qoyurdu və kobura çox vaxt onun üzərində olurdu. Onların yataqxanasında silahı gizlətmək üçün heç bir gizli yer yox idi. Təlim keçən şəxslər tərəfindən verilmiş tapşırığa əsasən N iyun N-cü il tarixdə poliqona yalnız avtomatla getmişdilər. O, həmin tarixdə öz silahını silah otağından götürmüşdür. Həmin gün silah otağı açıq idi və içəridə gün növbətçisi var idi. Gün növbətçisi silah otağının çölündə dayanırdı. N iyun N-cü il tarixdə o, silah otağında gün növbətçisindən başqa heç kimi görməmişdir. Silah otağına siqnalizasiya qoşulmuş, lakin onu içəridən ayırırdılar, çünki bəzən silah otağı uzun müddət açıq şəkildə qalırdı. Son zamanlar silah yeşiyindən bütün silahlar götürüldüyü üçün yeşiyi möhürləməyə ehtiyac qalmırdı. Möhür həmişə Şahid3 adlı zabitdə olurdu. N iyun N-cü il tarixdə poliqonda olan zaman Təqsirləndirilən şəxs üzərində tapanca görməmişdir. O, silah otağından avtomatı götürən zaman silah yeşiyində yerləşən tapancaların dəqiq sayını xatırlamadığını, amma orada təxmini 7-8 tapanca olduğunu bildirdi. Onların arasında həm koburalı, həm də koburasız silahlar mövcud idi. Silahların əvvəlcə birkaları olmuş, lakin bir müddət sonra bəzi silahların birkaları silinmişdi və ya qopmuşdu. Təqsirləndirilən şəxs silahında birkanın olub-olmamasını xatırlamır. N iyun N-cü il tarixdə onlara poliqondan qayıdandan sonra silahları təmizləmək barədə tapşırıq verilmişdi, onlar həmin gün yataqxanada silahlarını təmizləyən zaman səs-küy eşitmişlər. Bundan sonra yataqxanada olan zabitlər silah otağına gedərək özlərinə məxsus tapançalarını götürərək yataqxanaya gətirdilər. Sonradan Təqsirləndirilən şəxs tapançasının olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tapançasını silah yeşiyinə qoyduğunu və oradan oğurlandığını söyləmişdir. Təqsirləndirilən şəxs nə vaxt və kimin yanında silahını yeşiyə qoyduğu barədə hər hansı bir məlumat verməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, hadisə baş verən tarixi xatırlamasa da, hadisənin baş verdiyi günü xatırlayır. Həmin gün təlim mərkəzinə getməli idilər. Səhər vaxtı o, silah otağına getmiş, ona məxsus olan silahı götürərək otağı tərk etmişdir. O, silahını yeşikdən götürməmişdən əvvəl silah yeşiyi açıq vəziyyətdə idi və ondan əvvəl 4-5 nəfər öz silahlarını götürmüşdü. O, yalnız avtomat silahını götürmüş, lakin tapançası silah yeşiyinin içində qalmışdır. Təlim yerindən qayıtdıqdan sonra yataqxanaya getmişdir. Onlar həmin gün silah yeşiyini yataqxanaya gətirərək silahları təmizləmək və silah otağına təhvil vermək istəyirdilər. Orada Şahid3 və hazırda adlarını xatırlamadığı iki nəfər şəxsin birlikdə silah otağından çıxdıqlarını görmüşdür. Onlar Təqsirləndirilən şəxs axtarırdılar, onun silahının itdiyini bildirirdilər. Həmin gün silah otağı bağlanırdı, ertəsi gün isə təlim yox idi. Onlar itmiş silahı otaqda axtardılar, amma tapa bilmədilər. Silah otağı bağlandıqdan sonra otağı yenidən açmağa imkan olmamışdır. Onlar yeşiklərin səhv düşə biləcəyini və yaxud birinin silahının başqası ilə dəyişik düşə biləcəyini düşünmüşdülər. Şəxsi heyət gələndən sonra silah otağını açmağı və hər kəsə silahın itməsi barədə elan edilməsini qərara aldılar. Təxminən bazar günü onlar silahın itdiyini hər kəsə elan etdilər, sonra silah otağı açıldı. Bütün korpus öz silahını götürdü, daha sonra Təqsirləndirilən şəxs bir-bir silahların nömrələrinə baxdı. Lakin nömrələr uyğun gəlmədiyi üçün yenidən silahları yerinə qoydular. Həmçinin, onlar dəfələrlə otaqda və ərazidə axtarış keçirmiş, lakin silahı tapa bilməmişdilər. Təqsirləndirilən şəxs tapançasını səhər saatlarında silah otağına təhvil verdiyini və silahın həmin otaqda itdiyini bildirmişdir. Həmçinin bölük növbətçisi də Təqsirləndirilən şəxs özünə məxsus silahını silah yeşiyinə yerləşdirdiyini gördüyünü qeyd etmişdir. Korpus rəhbəri möhürü Şahid3 verdiyini demişdir. Silahlar təhvil veriləndən sonra yeşik bağlanmalı və axşam tərəfi möhür qaytarılmalı idi. Lakin Şahid3 mütləq şəkildə silah yeşiyini möhürləməli olması kimi bir qayda yox idi. Son günlər silah yeşiyi yataqxanaya aparılmırdı. Çünki əvvəllər silah yeşiyinin otağa aparılmasında növbələşdirilmiş, lakin daha sonra növbə ardıcılığı itirildiyinə görə aralarında narazılıq yaranmışdır. Bu söz-söhbətlərdən sonra silah yeşiyi artıq otağa gəlmirdi. Silah yeşiyinin yataqxanaya gətirilmədiyi günlər silah otağına gedib orada silahları təhvil verirdilər. Şahid3 həmin müddət silah yeşiyini möhürləməsini bilavasitə görməmişdir. Bəzi hallarda silahlar sayılmadan silah yeşiyinin möhürlənməsi hallarına şahid olmuşdur. İstənilən hərbi qulluqçu heç kimə heç bir şey demədən silah otağına daxil ola bilərdi. Təhvil-təslim kitabı yox idi, bölük növbətçisi silah otağının içərisində dayanırdı. Bölük növbətçisi hərbçilərin silahı təhvil verib-verməməsinə diqqət yetirmirdi. 24 iyun 20N-ci il tarixdə tapançalarını poliqona aparıblar, lakin poliqonda tapançaların olub-olmaması yoxlanılmırdı. O, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində tapançanın olub-olmamasını xatırlamır. Onlar poliqondan qayıdandan sonra tapançaları təmizlənməmişdir, çünki həmin gün tapançalardan atış olmamışdır. N iyun N-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində tapança görməmişdir. Həmin gün onlara özləri ilə tapança götürülməsinə ehtiyac olmadığı bildirilmişdir. Sonradan deyilənlərə görə, hadisə baş verməmişdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs silahını silah otağına təhvil vermək üçün gecikmişdir. Buna görə də, silahı çantasına yerləşdirmişdir. Təqsirləndirilən şəxs 24 iyun N-cü il tarixdə özünə məxsus silahı aparıb silah otağına təhvil vermək istəyəndə bölük növbətçisinin ona icazə vermədiyini bildirmişdir. Lakin, hər hansı hərbi qulluqçunun silahını təhvil verə bilmədiyi üçün üzərində saxladığı halın şahidi olmamışdır. Onlar silah itəndən sonra Təqsirləndirilən şəxs əşyalarına da baxış keçirmişlər. O, Təqsirləndirilən şəxs özündən “ürəyimə damıbdır ki, mənim silahım yoxdur” ifadəsini eşitməmişdir, lakin qrup heyəti ilə söhbət edən zaman adını xatırlamadığı şəxs Təqsirləndirilən şəxs belə bir ifadə işlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “tağım və bölük komandirlərinin təkmilləşdirilməsi” kurslarına cəlb edilərək Müdafiə Nazirliyinin Qusar şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Həmin müddət ərzində onun Təqsirləndirilən şəxsla xidməti münasibətləri olmuşdur. O, kursda olduğu müddət ərzində Təqsirləndirilən şəxsla eyni otaqda qalmışdır. Onlar silahları silah otağında olan silah yeşiyində saxlayırdılar. Silah otağında təhvil-təslim kitabı yox idi, səhər saatlarında həmin yeşik otaqdan götürülür, axşam isə geri qaytarılırdı. Əsgərlər yeməkxanada olarkən silahlarını təmizləyirdilər. Silahdan atış olmayan vaxtlar onu təmizləməyə ehtiyac olmurdu. Belə hallarda poliqondan qayıdan kimi silahları birbaşa silah otağına verirdilər. Silahları təmizləmək qaydası ilə bağlı heç bir nəzarət yox idi. Silah yeşiyi bəzi vaxtlar möhürlənir, bəzən isə möhürlənmirdi. Axırıncı silah yeşiyə təhvil veriləndə Şahid3 bu barədə məlumat verilməli idi, çünki möhür onda idi. Lakin digər hərbi qulluqçular da silah yeşiyini möhürləyə bilərdi. Silah yeşiyində 8-10 silah olurdu, silahların hamısı çətinliklə də olsa yeşiyə yerləşirdi. Lakin yeşiyə heç bir qıfıl vurulmurdu. Silah yeşiyində olan avtomatların qundağı qatlanan və qatlanmayan formada idi. O, öz PM silahının nömrəsini bilirdi, digər hərbi qulluqçularının öz PM silahlarının nömrələrini bilibbilməməsi barədə məlumatı yoxdur. Hər hansı hərbi qulluqçunun silahını silah otağına təhvil verməyib öz yastığının altına qoyması barədə eşitməmişdir. Əvvəllər silah yeşiyi yataqxanaya gətirilirdi. Silah yeşiyi yataqxanaya gətirilməyəndə silah otağına təhvil verilirdi. Silah otağı səhər saat 7 radələrində açılırdı və hər kəs silah otağına daxil ola bilərdi. Silah otağının girişində bölük növbətçisi dayanırdı və silahların götürülməsinə nəzarət etmirdi. Silah otağının qapısı təxminən şəxsi heyət dərsə gedənə qədər açıq qalırdı. Hərbi qulluqçular hərbi hissəni tərk edərkən heç nə yoxlanılmırdı. Hərbi qulluqçunun geyiminin altında silahın olub-olmamasına diqqət yetirilmirdi. 24 iyun N-cü il tarixdə öz silahını silah otağından götürmüşdü, silah yeşiyi yataqxanaya gətirilməmişdi. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində silah görməmişdir. Onlar həmin tarixdə atış üçün poliqona getmişdilər, poliqondan qayıtdıqdan sonra silah yeşiyi silah otağında qalmışdı. Həmin gün silah yeşiyinə möhür vurulub-vurulmaması haqqında məlumatı yoxdur. O, həmin tarixdə axşam saat N radələrində Təqsirləndirilən şəxsla görüşmüşdü. Həmin vaxt artıq silahlarını təhvil vermişdilər. Onlara silahları gec təhvil verməyi qoymurdular, axşam saat 8 radələrində silah otağı bağlanırdı. Təqsirləndirilən şəxs çarpayısının üstündə silah və yaxud çanta görməmişdir. 24 iyun N-cü il tarixdə poliqonda atış PM silahından, N iyun N-cü il tarixdə isə avtomat silahından olmuşdur. Həmin günlər Təqsirləndirilən şəxs atış etməsinə diqqət yetirməmişdir. N iyun N-cü il tarixdə poliqona PM silahları aparılmamışdı. Həmin gün poliqondan qayıdandan sonra Şahid3 və Şahid5 onu silah otağını qapısında qarşılamış, Təqsirləndirilən şəxs isə silah otağının içərisində dayanmışdı. Şahid3 “otaqdan qan iyisi gəlir, gəlin buradan gedək” cümləsini deyəndən sonra kazarmaya getmişdilər. Poliqonda itmiş silah üçün axtarış keçirilməsi təklifi Şahid3 və polkovnik Şahid11 tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs silahını bölük növbətçisinin gözü qarşısında silah otağına təhvil verdiyini, bölük növbətçisinin bu halı təsdiqlədiyini bildirdi. Buna baxmayaraq, axşam radələrində onlar axtarış keçirmək üçün poliqona getmişdilər. Təqsirləndirilən şəxs isə poliqona getməyə etiraz edirdi, “ora getməyə ehtiyac yoxdur, onsuz da, silahı orada itirməmişəm” deyə bildirirdi. ŞahidN Təqsirləndirilən şəxs qışqırmağını eşitmişdir, lakin onun Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etməsinin şahidi olmamışdır. “Mənim ürəyimə damıb ki, silahımı itirmişəm” cümləsini Təqsirləndirilən şəxs eşitdiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 24 iyun N-cü il tarixdə saat 18:00-dan N iyun N-cü il tarixdə saat 18:00-dək olan müddətdə N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyü üzrə gün növbətçisi təyin edilmişdir. O, baş vermiş hadisəni dəqiq xatırlamır, silahın itməyini silah otağında olan hərbi qulluqçuların səs-küyündən və danışılan söhbətlərdən eşitmişdir. Gün növbətçisi olduğu müddət ərzində silah otağına girməsinə icazəsi olmadığından daxil olmamışdır. O, həmin vaxt növbətçi postunda dayanmışdır. Növbətçi postu ilə silah otağının qapısı arasında təxminən 1 metr məsafə olmuş, lakin hərbi qulluqçuların silah otağına girib-çıxmasını görmüşdür. Şəxsi heyət poliqondan təxminən saat 16-17 radələrində qayıdırdı. Poliqondan qayıdan şəxsi heyət silahını dəhlizdə və ya zirzəmidə yerləşən silah otağında təmizləyirdi. Silahın yataq otağında təmizləndiyi halların şahidi olmamışdır. Silah təmizləmək üçün hərbi qulluqçulara avadanlıqlar verilmirdi. Bəzi vaxtlar silah yeşiyi silah otağına gətirilmirdi. O, silahların təhvil-təslim prosesində iştirak etməmişdir, təhvil-təslim kitabı da mövcud deyildi. Silah otağının qapısı bölük növbətçisi tərəfindən açılırdı və ayrı-ayrı hərbi hissələrə məxsus olan yeşiklərə hərbi qulluqçular tərəfindən özlərinə məxsus silahlar yerləşdirilirdi. Hər zaman silah yeşiyinə möhür vurulmurdu. Bölük növbətçisi silah yeşiyinin möhürlənibmöhürlənməməsinə nəzarət etmirdi. Bəzən silahların hamısı təhvil verilmirdi və bəzi silahlar hərbi qulluqçuların özündə qalırdı. Belə halda, silah yeşiyi bağlanılırdı, amma möhürlənmirdi. Silah otağında siqnalizasiya var idi, lakin bəzən otağın qapısı bir saat açıq qaldığı üçün siqnalizasiyanı söndürürdülər. Silah yeşiyi silah otağına adətən 3-4 nəfər hərbi qulluqçu tərəfindən aparılıb gətirilirdi. Silah yeşiyinin silah otağına aparılıb gətirilməsi üçün konkret vaxt müəyyən olunmamışdır. Silah otağı təxminən axşam saat 7-8 radələrində bağlanırdı. Lakin bəzi hallarda həmin saatdan sonra silahını təhvil verən şəxslər də olub, yəni silah otağının qapısı həmin saatdan sonra açılıb. Kimsə silah otağının qapısı bağlanandan sonra silahını təhvil vermək istəsə, onlar hərbi hissə növbətçisinə məlumat verirdilər. O, belə hallarda silahın təhvil verilməsinə icazə verilməməsi kimi halların şahidi olmamışdır. 24 iyun N-cü il tarixdə poliqondan qayıdandan sonra Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs silah otağı bağlanandan sonra silahını təhvil vermək üçün müraciət etməsi ilə bağlı məlumatı yoxdur. Bölük növbətçisi də Təqsirləndirilən şəxs silahını təhvil vermək üçün müraciət etməsini görməmişdir. N iyun N-cü il tarixdə, səhər saatlarında silah otağının qapıları təxminən 30- 40 dəqiqə açıq qalmışdı. Həmin tarixdə Təqsirləndirilən şəxs silah otağına gəlməsini görməmişdir, sonuncu dəfə hansı hərbi qulluqçunun silah otağından silah götürdüyünü xatırlamır. Silah itən zaman dəhlizdə olmuşdur, o, silah otağına girməyə icazə olmadığı üçün oraya daxil olmamışdır. Bölük növbətçisindən nə baş verdiyini soruşduqda zabitlərdən birinin silahının itməsini eşitmişdir. Həmin gün həm silah otağında, həm də poliqonda axtarış aparılmışdı. Hərbi hissə komandirinin tapşırığına əsasən poliqonda axtarış keçirilmişdir. Hadisə baş verəndən bir saat sonra iki nəfər gün növbətçisini və bölük növbətçisini qərargaha apardılar. Hərbi hissə komandiri onları çağırandan sonra onlardan silahı görüb-görməməsi barədə soruşmuşdur. O, hərbi hissə komandirinin sualına digər gün növbətçisi kimi silah otağına girməyə icazəsi olmadığı üçün heç nə görmədiyini söyləmişdir. Bölük növbətçisi isə Təqsirləndirilən şəxs öz tapançasını silah yeşiyinə qoyduğu vaxt gördüyünü bildirdi. Bundan sonra hərbi hissə komandiri tərəfindən gün növbətçilərinə otaqdan çıxmaq tapşırılmışdı. Sonradan bölük növbətçisi ona hərbi hissə komandirinin “silah haradadır?” sualına “bilmirəm” cavab verdiyi üçün qəzəbləndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 may N3-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən köçürülərək xidmətini Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə davam etdirmişdir. N iyun N-cü il tarixdə səhər saat 8-N radələrində Təqsirləndirilən şəxs silah otağına yaxınlaşaraq ona otağın qapısını açmağını demişdir. Təqsirləndirilən şəxs öz silahını silah yeşiyinə qoymaq istəyirdi, o, Təqsirləndirilən şəxs xahişindən sonra silah otağının qapısını açmışdır, Təqsirləndirilən şəxs isə içəriyə daxil olub silah yeşiyini açmışdır. Həmin vaxtı o, Elmirə baxmayaraq, silah otağının qapısına vurulmuş taxta lövhəciyin üzərindəki yapışqanı təmizləməklə məşğul olmuş, Təqsirləndirilən şəxs yeşiyə vurulmuş möhürün tamlığını pozmuş, PM markalı silahının lüləyindən tutaraq onu çağıraraq silahı yeşiyə qoyduğunu göstəmişdir. Əvvəllər heç bir hərbi qulluqçu silahı götürərkən və ya yeşiyə qoyarkən ona bunu nümayiş etdirmədiyi üçün həmin vaxt o, təəccüb edərək, Təqsirləndirilən şəxs “komandir mənə niyə göstərirsiz” demişdir. Təqsirləndirilən şəxs ona tapançanı göstərərkən tutacaq hissəsində fəqləndirici nişan “birka” olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs silah otağını tərk etmişdir, o, isə silah otağının qapısını bağlamışdır. Günorta saatları 7-8 nəfər hərbi qulluqçu silah otağına daxil olaraq onlara aid əşyaları götürmüş və silah otağını tərk etmişdirlər. Daha sonra axşam saatlarında hərbi qulluqçular təlimdən qayıdandan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış, silahına baxmaq istədiyini, bu səbəbdən silah otağının qapısını açmasını xahiş etmişdir. O, silah otağının qapısını açmış, Təqsirləndirilən şəxs isə içəriyə daxil olmuş və silah yeşiyini açdıqdan sonra öz silahını tapa bilmədiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs silahını yeşiyə qoyduğu halda orada olacağını bildirmişdir. Bəzi hərbi qulluqçular silahlarını öz otaqlarında saxlayırdılar, lakin çox vaxt silahlar silah otağında olan yeşiyin içərisinə qoyulurdu. Hərbi qulluqçular silah yeşiyini silah otağına gətirəndə o, otaqda olurdu. Hərbi qulluqçuların tək-tək gəlib silah yeşiyinə silah qoyma və ya götürmə halları olurdu. Bəzən bir hərbi qulluqçu ona məxsus olan silahı digər hərbi qulluqçudan gətirməsini xahiş edirdi. Silah otağının yanında gün növbətçisi olurdu, lakin o, silah otağının içərisini görmürdü. Gün növbətçisi sadəcə silah otağının qapısının açılıb-bağlanmasını görürdü. Təlimə gedən hərbi qulluqçular öz silahlarını təxminən səhər saat 7 radələrində götürürdülər. Bəzi hərbi qulluqçular özlərinə məxsus silahları ötən gündən üzərlərində saxlayırdılar. Silahların təhvili prosesi saat 07:00-da başlayıb 0N:00-a kimi davam edirdi. Hərbi qulluqçular təlimdən təxminən saat 18:00 radələrində, o, öz növbəsini təhvil verməmişdən öncə qayıdırdılar. Bəzən silah yeşiyinin yataqxanada saxlanıldığı, yəni silah otağına gətirilmədiyi hallar da baş verirdi. Silah yeşiyinin silah otağından götürülməsi və daha sonra otağa təhvil verilməsi üçün müəyyən bir vaxt nəzərdə tutulmamışdır. Silahların müəyyən saata kimi təhvil verilməsi barədə heç bir göstəriş olmamışdır və silah otağında təhvil-təslim aparılmırdı. Həmçinin, silah otağının qapısının özbaşına açılmasına icazə olmamış, yəni rəhbərlikdən verilən göstərişə əsasən silah otağının qapısı açılırdı və təlimə gedən hərbi qulluqçular öz silahlarını götürürdülər. Silah otağını qapısı hərbi qulluqçular öz silahlarını təmizləyib təhvil verəndən sonra bağlanırdı. Silah otağının qapısı “Yat” komandası verilənə kimi, yəni saat 22:00-a kimi açıq qalırdı. “Yat” komandasından sonra gələn hərbi qulluqçularla bağlı hərbi hissə növbətçisinə məlumat verilməli idi. Silah otağına öz silahlarını təhvil verməyən hərbi qulluqçular həmin silahları qaldıqları otaqlarda saxlayırdılar. Silah otağına yeşiklərin həm möhürlü, həm də möhürsüz gəldiyi hallar olurdu. Silahını sonuncu təhvil verən şəxs silah yeşiyini möhürləyirdi. O, silah yeşiyinin möhürlü olub-olmamasına cavabdeh deyil idi. Avtomat silahları hər gün silah otağından götürülürdü, lakin “PM” markalı tapançalar yalnız onlarla bağlı dərslər olan günlər götürülürdü. Hadisə baş verən günü “PM” markalı tapançadan yoxsa avtomat silahlardan atış günü olmasını xatırlamır. 24 iyun N-cü il tarixində, axşam saatlarında o, növbəni təhvil alandan sonra heç kim ona yaxınlaşıb öz silahını silah otağına qoyması barədə müraciət etməmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs görməmişdir. N iyun N-cü il tarixində, səhər saatlarında Təqsirləndirilən şəxs silah otağına gəlmişdir və Təqsirləndirilən şəxs ona tapança ilə bağlı dərsləri olmadığına görə öz “PM” markalı tapançasını təhvil verməyə gəldiyini söyləmişdir. Təqsirləndirilən şəxs öz tapançasını silah yeşiyinə qoymamışdan öncə həmin yeşik möhürlü vəziyyətdə idi. O, Təqsirləndirilən şəxs silah yeşiyinin möhürləməsini tələb etmişdi, lakin Təqsirləndirilən şəxs ona digər hərbi qulluqçuların öz silahlarını götürəcəyini və başqasının silah yeşiyini möhürləyəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs otağı tərk etdikdən 15-20 dəqiqə sonra digər hərbi qulluqçular silah otağına daxil olmuşdur. Lakin həmin şəxslərin Təqsirləndirilən şəxs açdığı silah yeşiyinə toxunub-toxunmadıqlarını görməmişdir. Həmin şəxslər hadisə baş verəndən sonra poliqona axtarış üçün getməmişdirlər. O, digər hərbi qulluqçular silah otağından gedəndən sonra silah otağının qapısını bağlamışdır və axşam saatlarında hərbi qulluqçuların silahları təhvil verməsi üçün açmışdır. Axşam saatlarında ilk olaraq Təqsirləndirilən şəxs silah otağına tələsik gəlmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs üzərində silahın olubolmamasını xatırlamır. Təqsirləndirilən şəxs ona silahına baxmaq istəməsini bildirmiş və silah yeşiyini açdıqdan sonra silahının orada olmadığını söyləmişdir. O, növbəni təhvil verəndə gizir Əmirova silahlardan birinin olmaması barədə məlumat vermişdir. N iyun N-cü il tarixində, yəni hadisə baş verən tarixdə hərbi hissə komandirinin göstərişinə əsasən hərbi hissədə, bütün silah yeşiklərində, otaqlarda və s. axtarış aparılmışdır. Poliqonda axtarış olmuşdur, lakin nə vaxt olduğunu və kimin göstəriş verməsini xatırlamır. Təqsirləndirilən şəxs poliqonda axtarış aparılmasına dair reaksiyasını bilmir, həmin vaxt onlarla birlikdə olmamışdır. Hadisə ilə bağlı hərbi hissə komandiri tərəfindən sorğu-sual edilmişdir. O, hərbi hissə komandirinə silahın harada olması ilə bağlı məlumatının olmamasını bildirmişdir. ŞahidN Təqsirləndirilən şəxs söhbət etmək üçün öz otağına çağırmışdır. Təqsirləndirilən şəxs qayıdandan sonra demişdir ki, ŞahidN ondan hadisənin necə baş verdiyi barədə soruşmuşdur və onu vuraraq silahı itirdiyini boynuna almağa məcbur etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin X2 müvafiq əmri ilə N nömrəli hərbi hissənin tabeliyində olan 707, 1N1, 04N, 812, 065 və 171 nömrəli hissələrdən tağım və bölük komandirlərindən ibarət olan ümumilikdə 30 nəfərlik zabit heyəti N may N-cü il tarixdən 01 iyul N-cü il tarixədək Qusar rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində təşkil olunan “tağım və bölük komandirlərinin təkmilləşdirilməsi” (mobilləşdirmə) kursuna cəlb olunmuşdur. Xidmət etdiyi N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdən toplanışa cəlb edilmiş zabitləri N may N-cü il tarixdə N nömrəli hərbi hissəyə aparmış və bundan sonrakı vaxtlarda onların nizam- intizamına nəzarət etmişdir. Toplanış müddətində məşğələlər N nömrəli hərbi hissənin ərazisində, təlim atışları isə Qusar rayonun yerləşən “Şahdağ” təlim mərkəzində keçirilmiş və şəxsi heyət hər gün hərbi hissədən həmin yerə getmişdir. N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdən toplanışa gedən zabitlər atış təlimlərinə cəlb olunduqları vaxt onları “Şahdağ” təlim mərkəzinə aparmış və atışları həyata keçirən xarici mütəxəsisslərə onları təqdim etmişdir. Toplanışa cəlb edilmiş zabitlər ümumilikdə 30 nəfər olmaqla, 2 qrupa ayrılmış və hər qrupda 15 nəfər zabit olmuşdur. Hər gün də, xarici mütəxəsisslər tərəfindən qruplara zabitlərin özlərindən bir nəfər həmin gün üçün komandir seçilmişdir. Atışlara nəzarəti, atışın həyata keçirilməsini və atışla bağlı bütün fəaliyyəti xarici mütəxəsisslər icra etmişdir. O, silahların yeşiyə yığılması qaydasının düzgün olmaması, silahların tək-tək bölük növbətçisi tərəfindən təhvil alınmalı olması barədə irad bildirmişdir. Hər otaqda bir yeşik olmaqla üç otaq mövcud idi. Silah yeşikləri möhürlənib bölük növbətçisinə təhvil verilməli idi. Silah yeşiklərinə möhür vurulmayanda fərqli bölük növbətçiləri onlara yaxınlaşıb öz iradlarını bildirirdilər. Onların korpusları üçün bir ədəd möhür ayrılmışdır. Onlara aid silah yeşiklərinə həmin möhür vurulurdu. Lakin heç bir zabitdə möhür olmadığı üçün o, bir rəhbər kimi öz möhürünü Şahid3 vermişdi. Silahı axırıncı götürən şəxsin silah yeşiyini möhürləməli olması ilə bağlı bir qayda yox idi. O, hər otaqda olan cavabdeh şəxsə silahları yeşiyə yığmağı və Şahid3 möhürü götürüb silah yeşiyini möhürləməyi tapşırmışdı. 26 iyun Silahlı Qüvvələr Günü olduğu üçün N iyun N-cü il tarixdə poliqondan qayıdandan sonra şəxsi heyəti buraxılışa göndərməli idilər. Bu məsələlərin həlli 5-ci korpusun rəhbərinə tapşırılmışdır. Həmin rəhbər şəxsi heyəti düzdükdən sonra zabitlərdən onlara məxsus silahları təhvil verib-verməməsi barədə soruşdu. Zabitlərin hər biri silahlarını təhvil verdiklərini bildirdilər. Həmin gün o, buraxılışa getməmişdi. Təxminən saat 8 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq öz silahın itirdiyi barədə məlumat vermişdir. Onlar N iyun N-cü il tarixdə avtomatla atış keçirmişdilər, yəni “PM” markalı tapançadan istifadə olunmamışdı. O, Təqsirləndirilən şəxs tapançanı poliqona aparmadıqlarını və bu səbəbdən silahının itməsinin mümkünsüzlüyünü bildirmişdir. Təqsirləndirilən şəxs isə ona silah yeşiyinə baxdığını və orada ona məxsus olan “Makarov PM” markalı tapançasının olmadığını demişdir. Sonradan onlar öz silah yeşiklərinə baxdıqda Təqsirləndirilən şəxs silahının orada olmadığını aşkar etmişdirlər. Təqsirləndirilən şəxs silahının orada olmadığını necə müəyyənləşdirdiyini soruşduqlarında öz silahının koburasız, bütün digər silahların isə koburalı olduğunu qeyd etmişdir. O, bölük növbətçisindən Təqsirləndirilən şəxs silahını təhvil verib-vermədiyi barədə soruşduqda o, silahın təhvil verildiyini gördüyünü söyləmişdir. Daha sonra o, bu barədə korpusun qərargah rəisinə məlumat verilmişdir. N iyun N-cü il tarixdə şəxsi heyət tam yerində olmadığından növbəti gün, yəni 26 iyun N-cü il tarixdə artıq şəxsi heyət buraxılışdan qayıdandan sonra ŞahidN tərəfindən düzülüş olmuş, lakin silah aşkar olunmamışdır. Şahid11 N, 26 və 27 iyun tarixlərində axtarış keçirmək üçün poliqona yollanmışdır. Təqsirləndirilən şəxs ona təkidlə öz silahını itirmədiyini, “PM” markalı tapançasını silah otağına təhvil verdiyini bildirirdi. Hətta o, Təqsirləndirilən şəxsla poliqona gedərkən ondan hansı ərazilərlə getdiyini xatırlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə orada axtarış etməyin vaxt itkisi olduğunu söyləmişdir. Bu səbəbdən onlar hərbi hissəyə qayıtmış, hərbi hissənin ərazisində və digər yerlərdə axtarış keçirmişdirlər, lakin heç bir nəticəyə gəlməmişdirlər. Şahid11 suallara cavab olaraq bildirmişdir ki, 24 iyun N-cü il tarixdə zabitlərin otağına girmişdir, lakin Təqsirləndirilən şəxs çarpayısında silah və ya tapança görməmişdir. Digər hərbi qulluqçulardan aldığı məlumata əsasən 24 iyun N-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “PM” markalı tapança onun üzərində olub. Artıq silah itəndən sonra Təqsirləndirilən şəxs özü 24 iyun N-cü il tarixdə yorğun olduğu üçün “PM” markalı tapançasını təhvil vermədiyi barədə bildirmişdir. Təqsirləndirilən şəxs tapançanı zabit çantasının içərisinə, avtomat silahını isə dolabın arxa hissəsinə qoyduğunu bildirmişdir. Digər hərbi qulluqçuların dediklərinə görə Təqsirləndirilən şəxs şəxsi heyətə yoxlama gələcəyi barədə məlumat aldığı üçün “PM” markalı tapançasını zabit çantasından götürərək silah otağına təhvil vermişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs onun silahının nömrəsini soruşmuş, lakin o, silahın nömrəsini xatırlamamışdır. Bu səbəbdən onun briqadası ilə əlaqə saxlanılmış və oradan göndərilmiş qaimənin şəklinə əsasən silah axtarılmışdır. N iyun N-cü il tarixdə bölük növbətçisi ona Təqsirləndirilən şəxs səhər saatlarında silahını təhvil verdiyi barədə söyləmişdir. Bölük növbətçisi ilə onun fərdi söhbəti olmamışdır. Briqada rəhbəri təhlükəsizlik baxımından bölük növbətçisi ilə danışmağa icazə vermirdi. ŞahidN Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq etməsi barədə məlumatı olmamışdır, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət izini görməmişdir. Məhkəmə iclasında şahid dindirilmiş ŞahidN ifadəsində göstərdi ki, 26 iyun N-cü il tarixdə briqada növbətçisinin məruzəsinə əsasən Təqsirləndirilən şəxs silahının itməsi ona məlum olmuşdur. Silahın itməsi ilə bağlı heç bir şəxs məlumat verməmişdir. Bu faktı gizlətməyə çalışmışlar. O, silahın itməsi faktını biləndən sonrə dərhal düzülüş vermişdir və hər yer yoxlanılmışdır. O, iki dəfə, 26 iyun və 27 iyun tarixlərində poliqonda olmuşdur. Yoxlanışdan sonra “Markov PM” markalı tapançanın itdiyi məlum olmuşdur. Daha sonra silahın iki gün əvvəl itdiyi barədə məlumat verilmişdir. Silahın itmə faktının üzə çıxmasının səbəbi həmin an Nərimanov metrostansiyasının yaxınlığında silahlı hadisə baş verməsi olmuşdur. Həmin hadisə sosial şəbəkələrdə paylaşılandan sonra hərbi qulluqçular öz aralarında bu məsələni müzakirə edərkən, bu barədə öyrənən növbətçi ona məruzə etmişdir. Təqsirləndirilən şəxs “Markov PM” markalı tapançasının harada itirdiyini soruşanda o, tapançasını poliqonda itirdiyini bildirmişdir. Bundan sonra poliqonda axtarış keçirilmiş, lakin axtarışın nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs yenidən tapançasını harada itirdiyini soruşanda o, gah Daxili Təhlükəsizlikdən yoxlanış keçirəcəyinə görə tapançanı öz çantasında gizlətdiyini və təhvil vermədiyini, gah da təhvil verdiyini və bölük növbətçisinin silahı itirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun tapançasında nişan olduğunu söyləsə də, bölük növbətçisi tapançada nişanın olmadığını bildirmişdir. Silahların təhlükəsizliyinə ilk öncə zabitlər, silah otağına təhvil veriləndən sonra isə bölük növbətçisi cavabdeh idilər. O, bölük növbətçisindən silahları hansı qaydada təhvil alması barədə soruşmamışdır. Onun təhvil-təslim kitabı ilə bağlı əmri olmuşdur. Belə ki, təhvil-təslim kitabı qrup rəhbərləri tərəfindən yaradılmalı idi. Onun əmrinə əsasən bölük növbətçisi silah otağının qapısında dayanmalı və silah otağına nəzarəti təşkil etməli idi. Həmin kursda olan hərbi qulluqçuların hamısı zabit olduqları üçün dərslərə cəlb olunurdular. Ona görə də onun xidmət etdiyi hərbi hissədən növbətçi təyin olunurdu. Hər qrupun öz rəhbəri olmuş, Təqsirləndirilən şəxs olduğu qrupun rəhbərində dəmir ştamplı möhür var idi. Həmin möhürlə silah yeşiyi möhürlənirdi və silah otağına təhvil verilirdi. Bölük növbətçisi silahların sayını yox, silah yeşiyinin möhürünün tamlığını qorumağa cavabdeh idi. Lakin bölük növbətçisinin silah yeşiyinin içərisində nə olduğu barədə məlumatı olmurdu. Silah yeşiyinin otağa aparılması, orada silahların yığılıb silah otağına təhvil verilməsi barədə təlimat mövcud deyildi. Nizamnaməyə əsasən bütün tapançalar yeşiklərə qoyulmalı, möhürlənməli və silah otağına növbətçiyə təhvil verilməli idi. Bölük növbətçisinin vəzifəsi möhürlü yeşikləri qəbul etmək idi, silah yeşikləri möhürsüz vəziyyətdə qəbul olunmurdu. Hər bir qrupun rəhbəri olurdu, onlar silah yeşiyinə cavabdeh olan bir şəxs təyin edirdilər. Bölük növbətçisi isə ona tabe idi və silah otağının mühafizəsi üçün dururdu. Silah yeşikləri möhürlü olduğu vəziyyətdə bölük növbətçisi silah yeşiyinin açılıb silah götürülməsinə icazə verməməli idi. Nəzarət-buraxılış məntəqəsində olan qaydalara əsasən zabit yaxınlaşaraq özünü təqdim etdikdən sonra hərbi hissəni tərk edə bilərdi. Zabitlərin üzərində olan əşyalar yoxlanılmırdı, ancaq çantaları yoxlanılırdı. O, Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmiş, düşünür ki, bu cür ifadəni Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bildirmişdir. O, yuxarı komandanlıq tərəfindən harasa ezam olunanda Şahid10 onu əvəz etmişdir. Şahid10 əmr vermək səlahiyyəti olmuş, lakin qanunsuz əmrlərə görə məsuliyyət daşıyırdı. Onun tərəfindən Şahid10 əmrləri yoxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən zabitlərin təkmilləşdirilməsi üçün kurslar təşkil etmişdilər. Zabitlər ezam olunan andan hər bir korpusun öz rəhbəri olmuşdur. Poliqonun ərazisi ezam olunan heyətə uyğun olduğuna görə onların Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yerləşdirilməsinə dair tapşırıqlar verilmişdir. Ezam olunan heyətə hərbi hissədə zabitlər üçün yataqxanada yerlər, məişət otaqları və silah otağı ayrılmışdır. Ezam olunan hərbi qulluqçular dərslərlə bağlı gündəlik, proqrama uyğun olaraq poliqona gedib və günün sonuna hərbi hissəyə qayıdırdılar. Onların dərslərinə və tədbirlərinə heç bir zaman müdaxilə edilmirdi. Nəzarət-buraxılış məntəqəsindən giriş-çıxış qaydasına əsasən, bütün hərbi qulluqçular briqada komandiri tərəfindən buraxılış vərəqəsi ilə təmin olunur, həmin vərəqədə müvafiq şəkil və möhür əks olunur. Hərbi qulluqçu hərbi hissəyə daxil olanda buraxılış vərəqəsini göstərməli, hərbi qulluqçunun əlində torba olarsa, həmin torbanın içərisində nə olduğunu göstərməlidir. Hərbi qulluqçunun üzərində olan əşyalar detektor vasitəsilə yoxlanılır. N iyun N-cü il tarixdə yuxarı komandanlıqdan bütün şəxsi heyətin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar buraxılması ilə bağlı əmr verilmişdir. Həmin gün səhər saatlarında hərbi hissə komandiri ümumi olaraq neqativ hallarla, natəmizliklə bağlı iradlar bildirmiş və günün sonunadək hər şeyin qaydasına qoyulmasını tapşırmışdır. Kurslara cəlb olunan zabitlərin ümumi rəhbəri mayor Adıgözəlov ona yaxınlaşaraq zabit heyətinin buraxılışa getməsi ilə bağlı icazə veribverməməyini soruşmuşdur. O, mayor Adıgözəlova briqada komandiri tərəfindən verilmiş tapşırığı yerinə yetirdiyini və komandirə məruzə etməsini bildirmişdir. Daha sonra o, briqada komandirinə yaxınlaşaraq verilmiş tapşırıqları yerinə yetirdiyini, şəxsi heyətdə heç bir problem olmadığını, silah-sursatın yerində olduğunu söyləmişdir. Bundan sonra briqada komandiri zabitləri buraxılışa göndərməyə icazə vermiş və 26 iyun N-cü il tarixdə günün sonunadək hərbi hissədə olmaqları barədə tapşırmışdır. 26 iyun N-cü il tarixdə hərbi hissənin növbətçisi tərəfindən ezam olunmuş hərbi qulluqçular arasında silahın itməsi ilə bağlı söz-söhbətin olması barədə məlumat daxil olmuşdur. Silahın itməsi ilə bağlı korpus komandirinə məruzə olunduqdan sonra bütün əşyalar və otaqlarda axtarış başlanmışdır. Təqsirləndirilən şəxs silahı poliqonda itirdiyini söyləmişdir. Həmin an 2-ci korpusun rəhbəri polkovnik-leytenant Şahid11 və qrup rəhbəri birlikdə gecə saatlarında poliqona getmişdirlər. Axtarış səhər saatlarına kimi davam etmiş, lakin heç bir nəticə olmamışdır. Həmin heyət ertəsi gün yenidən poliqona getmişdir. Oradan qayıdandan sonra Təqsirləndirilən şəxs silahı artıq çantasına qoyduğunu və silah otağına təhvil verdiyini bildirmişdir. N iyun N-cü il tarixdə, günün ikinci yarısında dərslər olmamışdır. 26 iyun N-cü il tarixdə silah otağı, ümumiyyətlə, açılmamışdır. Təqsirləndirilən şəxs silahını hansı səbəbdən təhvil vermədiyini soruşanda o, “yadımdan çıxmışdır” deyə cavab vermişdir. Bundan sonra bütün yataqları, dolabları və hər yeri yoxlamışdılar. Sonradan Təqsirləndirilən şəxs tapançanı bölük növbətçisinə təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sonradan bildirdiyinə görə, onlar poliqona gedən zaman həmin gün tapançadan atış olmayacağı yadına düşmüş, bundan sonra o, maşından düşərək silah otağına getmişdir. Bölük növbətçisi bildirmişdir ki, Təqsirləndirilən şəxs ona sadəcə uzaqdan bir silah göstərmiş və silah yeşiyinə qoyacağını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs silah yeşiyini açmışdır, lakin bölük növbətçisi onun nə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs isə silah otağını tərk etmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra silah otağına qayıtmış və öz silahını silah yeşiyində tapa bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstəridi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N-cü ilin may ayından etibarən xidmət edir, Təqsirləndirilən şəxs qeyd etdiyi vaxtdan tanıyır. O, Təqsirləndirilən şəxs intizamlı, nümunəvi bir zabit kimi tanımışdır. Kurs vaxtı müvafiq tapşırığa əsasən Təqsirləndirilən şəxs və digər on nəfər hərbi qulluqçuya “Markov PM” markalı tapançasını təhkim etmişdir. Kurs vaxtı Təqsirləndirilən şəxs məxsus silahın itdiyi və ya oğurlandığı müəyyən olunmuşdur. Daha sonra, ona N ədəd “PM” markalı tapança təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs forma 2 qaimə əsasında ezam olunmamışdan bir gün əvvəl “PM” markalı tapança təhkim etmişdir. Təqsirləndirilən şəxs təhvil verilən tapançanın üzərində zavod nömrəsindən başqa heç bir nömrə mövcud deyildi. Lakin onlar tapançalara zavod nömrəsindən əlavə kağız üzərinə yazılmış ştat nömrəsi də yapışdırırdılar. Təqsirləndirilən şəxs “Markov PM” markalı tapança ilə birgə iki ədəd maqazin və kobura təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək özünə təhkim edilmiş tapançanın nömrəsi barədə soruşmuşdur. O isə nömrələri əzbər bilmədiyi üçün qaimələrə baxıb Təqsirləndirilən şəxs silahının nömrəsini söyləmişdir. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda o, “deyəsən, tapançam yoxdur” deyə cavab vermişdir. Daha sonra mövcud olan tapançalara baxarkən Təqsirləndirilən şəxs məxsus tapança tapılmamışdır. Sonradan Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşanda tapançasının necə itdiyini bilmədiyini demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, kurs müddəti ərzində Təqsirləndirilən şəxsla eyni otaqda qalırdı. Hadisə baş verən gün səhər yeməyindən qayıdarkən leytenant Həsənov otaqda idi. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus olan “Makarov PM” markalı tapança onun üzərində, koburasına taxılmış vəziyyətdə idi. Təqsirləndirilən şəxs ondan əvvəl otağı tərk etmişdir. Daha sonra Şahid12 təchizatını geyinərək dərs yerinə getmişdir. Bundan sonra hansı proseslər baş verdiyi haqqında məlumatı yoxdur. Şahid12 suallara cavab olaraq bildirdi ki, hadisədən bir gün əvvəl, onların “Makarov PM” markalı tapança ilə atışları olmuşdur. Həmçinin, onlara bildirilmişdir ki, növbəti gün “Makarov PM” markalı tapança ilə atışları olmayacaqdır. Təqsirləndirilən şəxs silahını hansı səbəbdən götürməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs silahını silah otağına təhvil verib-verməməsini görməmişdir. O, öz avtomat silahını silah otağından götürmüş, “Makarov PM” markalı tapançanı isə silah otağında qoymuşdur. Hadisə günü səhər yeməyindən gec qayıtdığına görə sırada olmamışdır və yoxlanışın olması barədə heç bir məlumat eşitməmişdir. Poliqondan Təqsirləndirilən şəxsla eyni vaxt qayıtmış, lakin maşında olarkən silahın itməsi ilə bağlı heç bir söhbətləri olmamışdır. Şahid3 onlara Təqsirləndirilən şəxs öz silahını tapa bilməməsi haqqında məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, hadisə baş verən gün axşam saatlarında bölük növbətçisi ona zəng edərək əvvəl bölük növbətçisi vəzifəsini icra edən şəxsdən aldığı məlumata əsasən tanımadığı zabitə məxsus olan silahın itməsi barədə məlumat vermişdir. Həmin vaxt şəxsi heyət buraxılışa getdiyi üçün silahın digər silah yeşiklərində qalması ehtimalı olsa da, həmin yeşikləri açmağa icazə yox idi. Növbəti gün bölük növbətçisindən hadisə ilə bağlı soruşmuş, bölük növbətçisi ona Təqsirləndirilən şəxs məxsus olan tapançanın olmaması barədə bildirmişdir. Təqsirləndirilən şəxs isə silahını silah otağına təhvil verdiyini, lakin təlimdən qayıdarkən silahının silah otağında olmamasını aşkar etdiyini demişdir. Buraxılış bitəndən sonra kurs rəhbəri onunla əlaqə saxlamış, hərbi hissəyə gəlməli olduğunu bildirmişdir. O, hərbi hissəyə getdikdə bütün silah yeşiklərinin açıq vəziyyətdə olduğunu görmüşdür. Buna baxmayaraq, Təqsirləndirilən şəxs məxsus olan silah həmin yeşiklərdə aşkar olunmamışdır. Bundan sonra dərhal hərbi hissə komandirinə hadisə ilə bağlı məruzə etmişdir. Səbuhi Əhmədov suallara cavab olaraq bildirmişdir ki, hər hərbi hissə öz silahlarını silah yeşiyinə yığdıqdan sonra möhür vuraraq silah otağına təhvil verirdi. Lakin bəzən silah yeşiklərinə möhür vurulmurdu, həmçinin silah yeşiklərinin silah otağına təhvil verilmədiyi və hərbi qulluqçuların otağında qaldığı hallar da olurdu. Bəzən zabitlər silah yeşiklərini tam təhvil vermədən yeşiklərə möhür vurulurdu. Bölük növbətçisi isə silah yeşiklərində olan silahların sayını bilmirdi, yalnız möhürü görürdü. O, silah otağında silahların saxlanılması vəziyyətinin düzgün olmadığı barədə dəfələrlə yuxarı komandanlığa bildirmişdir. Bölük növbətçisi silahların təhvil verilməməsi barədə bir neçə dəfə ona şikayət etmişdir. Silahlar adətən saat 1N:00-a qədər təhvil verilirdi, sonra isə silah otağı bağlanırdı. Bayram günləri isə silah otağının qapısı açılmırdı. Lakin silahların saat 1N:00-dan sonra təhvil alınmaması barədə heç bir göstəriş verilməmişdir. Məhkəmə iclasında prosess iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan baş leytenant Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, 04 may N2-ci il tarixdən 02 fevral 20N-ci il tarixədək N nömrəli hərbi hissənin 3-cü əməliyyat taborunun 7ci əməliyyat bölüyünün komandiri vəzifəsində xidmət etmiş və sonuncu tarixdə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, aralarında qohumluq, düşmənçilik və ya ədavət olmamış, münasibətləri xidməti xarakter daşımışdır. O, həmin hərbi hissədə xidmətdə olarkən, Müdafiə Nazirliyinin X2 müvafiq əmri ilə N nömrəli hərbi hissənin tabeliyində olan hissələrdən tağım və bölük komandirlərindən ibarət olan ümumilikdə 30 nəfərlik zabit heyəti N may N-cü il tarixdən 01 iyul N-cü il tarixədək Qusar rayonu ərazisində yerləşən N nömrəli hərbi hissədə təşkil edilmiş “tağım və bölük komandirlərinin təkmilləşdirilməsi” (mobilləşdirmə) kursuna cəlb olunmuşdur. O da, bölük komandiri kimi həmin kursda iştirak etmişdir. Həmin toplanışla əlaqədar N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilərkən ona dörd ədəd patron darağı ilə birlikdə adına təhkim olunmuş bir ədəd avtomat silah, həmçinin iki ədəd patron darağı və bir ədəd qoburu ilə birlikdə müvəqqəti təhkim olunmuş bir ədəd “PM” markalı tapança verilmiş, sursat təminatları isə N nömrəli hərbi hissə tərəfindən təmin edilmişdir. Kurs müddətində həftənin bazar ertəsi cümə günlərində hər gün saat 08:00-dan saat 18:00- dək məşğələlər və təlim atışları keçirilmişdir. Onunla birlikdə gələn zabitlər məşğələ və təlim atışlarında 15 nəfərlik iki qrupa ayrılmışlar. Hər qrupa fərqli-fərqli məşğələlər keçirilmişdir. Təlimlər əsasən, Qusar rayonu ərazisində “Şahdağ” adlandırılan atış sahəsində, dərslər isə hərbi hissənin ərazisində və sinif otaqlarında keçirilmişdir. Təlimlər qayıtdıqdan sonra o, eyni yataq otağında qaldığı digər zabitlərlə birlikdə silahlarını yeşiklərə yığıb yeşiyin üzərini möhürlədikdən sonra N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün silah saxlama otağına təhvil vermişdir. Səhəri gün isə onlar silah otağından yeşiyi geri götürüb yataq otağına gətirərək silahlarını yenidən götürmüşlər. Silahlarını saxlamaq üçün N nömrəli hərbi hissə tərəfindən hər otağa bir ədəd taxta yeşik verilmişdir. Həmin yeşiyin içərisinə onlar tapança və avtomat silahlarını yığmışlar. Hər otaqda qalan şəxsi heyət öz yeşiyindən istifadə etmişdir. Silahları yığdıqları yeşiklər silah otağına üzəri möhürlənmiş halda verilmişdir. Lakin, onlar həmin yeşiyin qapağını kilidlə bağlamamış, sadəcə yeşiyin qapağını sapla bağlayaraq möhürləmişlər. Onun olduğu korpusa verilmiş yeşiklərin qapağı üzərilərində kurs rəhbəri təyin edilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant Şahid11 olan möhür ilə möhürlənmişdir. Lakin, polkovnik-leytenant Şahid11 işi çox olduğundan sonuncu həmin möhürü saxlamaq üçün ona vermişdir. 2-ci Ordu Korpusundan kursa cəlb edilən zabitlər silahlarını yeşiyə yığdıqdan sonra, yeşiyin üzərini möhürləmək üçün gəlib ondan möhürü götürüb yeşiyi möhürləmiş və sonra möhürü ona geri qaytarmışlar. Yeşikləri qoyduqları silah otağının açarı isə N nömrəli hərbi hissənin əsgəri olan bölük növbətçisində olmuşdur. Növbətçilər yalnız üzəri möhürlü halda yeşikləri qəbul etmişlər. Hər gün yeşikləri silah otağından növbəli şəkildə iki zabit götürüb yataq otağa gətirmiş və təlimdən sonra, axşam saatlarında aparıb silah otağına geri qoymuşdur. Kurs müddətində onun qaldığı yataq otağında olan zabitlərin silahlarının yeşiyə yığılaraq silah otağına təhvil verilməsi və oradan təhvil alınması məhz qeyd olunan qaydada həyata keçirilmişdir. Silahların və içərisində silah olduğu halda silah yeşiyinin yataq otağında qalması halları olmamışdır. N iyun N-cü il tarixdə saat 18 radələrində təlim yerindən N nömrəli hərbi hissəyə qayıtdıqdan sonra, onunla eyni yataq otağında qalan baş leytenant Şahid5 və leytenant Şahid4 ilə birlikdə yeşiyi götürüb yataq otağına aparmaq üçün həmin hərbi hissənin silah otağına gedib giriş qapısı açıq olan silah otağına daxil olduqda, leytenant Təqsirləndirilən şəxs bölük növbətçisi olan tanımadığı əsgərlə birlikdə silah otağının içərisində olduğunu, leytenant Təqsirləndirilən şəxs yarı oturmuş vəziyyətdə aşağı əyilərək içərisinə tapançalar yığılmış yeşikdə nəsə axtardığını görmüşdür. Leytenant Təqsirləndirilən şəxs nə axtardığını soruşduqda, sonuncu tapançasının yox olduğunu və tapançasını axtardığını bildirmişdir. Bu vaxt o və yanında olan baş leytenant Şahid5 tapançasının itdiyini necə bildiyi və hamıdan qabaq silah otağına gəlib tapançasını axtardığı barədə leytenant Təqsirləndirilən şəxs soruşmuşdur. Həmçinin o, leytenant Təqsirləndirilən şəxs nəyə görə silah yeşiyinin qapağını silah otağında açdığını irad tutmuş və adətən yeşiyi qaldıqları yataq otağına apardıqdan sonra orada açdıqlarını xatırlatmışdır. Çünki, leytenant Təqsirləndirilən şəxs atışdan və məşğələdən qayıdan, eyni otaqda qaldıqları digər zabitlərin hamısından qabaq silah otağına getməsi və silah yeşiyini silah otağında açıb içərisinə baxması onda şübhə yaratmış, elə bu vaxta qədər heç kim belə bir hərəkətə yol verməmişdir. Yeşiyin üzərinə qaldıqları yataq otağının nömrəsini yazdıqları üçün silah otağına gedilən vaxt onlar asanlıqla öz yeşiklərini tapıb yataq otağına aparmışlar. Leytenant Təqsirləndirilən şəxs isə həmin vaxt həyəcanlı və gərgin vəziyyətdə “yolda gələndə ürəyimə damdı ki, silahım yerində yoxdu, buna görə gəldim baxdım ki, görüm yerindədi yoxsa yox” sözlərini deyərək onlara cavab vermişdir. Bundan sonra onlar yeşiyi silah otağından götürmədən geri qayıtmışlar. Onlar, silah otağından yataq otağına getdikdən təxminən 20-N dəqiqə sonra, leytenant Təqsirləndirilən şəxs da yataq otağına gəlmiş və “PM” markalı tapança silahının yeşikdə olmadığını bildirmişdir. Leytenant Təqsirləndirilən şəxs tapançasını nömrəsinə uyğun olaraq axtarmasını bildirdikdə, sonuncu tapançasının nömrəsini bilmədiyini və tapançasının üzərinə “13” rəqəminin yazılaraq yapışdırıldığını demişdir. Bundan sonra, onlarla eyni otaqda qalan kapitan Şahid7 xidmət etdikləri N nömrəli hərbi hissənin raket-artilleriya silahları xidmətinin rəisi, mayor Zərərçəkmiş şəxsla mobil telefonla əlaqə saxlayaraq leytenant Təqsirləndirilən şəxs tapança silahının nömrəsini öyrənərək “ШП 5082» olduğunu bilmişdir. Daha sonra, leytenant Təqsirləndirilən şəxs hadisə barədə polkovnik-leytenant Şahid11 məruzə etmiş, polkovnik-leytenant Şahid11 isə 2-ci ordu korpusunun toplanışda olan bir neçə hərbi qulluqçusu ilə birlikdə silah otağına daxil olmuş və 2-ci ordu korpusunun zabitlərinin silahlarını yığdığı 3 ədəd yeşiyin hər birinin içərisinə silahların nömrəsinə uyğun olaraq baxmışdır. Sonra isə leytenant Təqsirləndirilən şəxs tapançasının tapılması məqsədi ilə təlimdə iştirak edən bütün şəxsi heyətin tapançaları yoxlanılmış, əşya çantalarına, qaldıqları otaqlara, eləcə də silah otağına, silah yığılan yeşiklərə baxış keçirilmiş, habelə, “Şahdağ” atış sahəsinə gedilərək orada axtarış aparılmış, lakin yenə də leytenant Təqsirləndirilən şəxs tapançası tapılmamışdır. Qeyd edir ki, 24 iyun N-cü il tarixdə təlimdən qayıdıb silahlarını silah yeşiyinə yığıb silah otağına təhvil verdikdən sonra leytenant Təqsirləndirilən şəxs üzərində tapança olduğunu, eləcə də səhəri gün təlimə getməzdən əvvəl sonuncunun tapançasını aparıb silah otağında yeşiyə qoyduğunu görməmişdir. Digər vaxtlarda olduğu kimi, 24 iyun N-cü il tarixdə də yeşiyin üzəri bağlanmamışdan əvvəl bu barədə otaqda olan hamıya bildirilmiş, leytenant Təqsirləndirilən şəxs da onunla eyni otaqda qaldığı üçün otaqda olan digər zabitlər kimi, həmin gün silah yeşiyinin üzərinin bağlanacağını və yeşiyin silah otağına veriləcəyini əvvəlcədən bilmişdir. 24 iyun N-cü il tarixdə təlimdən qayıtdıqdan sonra, leytenant Təqsirləndirilən şəxs yataq otağında olan çarpayısının üzərində və yataq otağında olan digər yerdə avtomat və tapança silahı görməmişdir. Nə də ki, leytenant Təqsirləndirilən şəxs tapançasını və avtomat silahını yataq otağında çarpayının üzərinə qoymasını görməmişdir. Leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə toplanışda olduqları müddətdə onunla birlikdə eyni yataq otağında qalsa da, təlim vaxtı başqa qrupda olduğundan sonuncunun 24 iyun N-cü il tarixdə, həmin tarixdən əvvəl və sonrakı vaxtlarda tapança silahı təlim vaxtı üzərində gəzdirməsini və saxlamasını görməmişdir. Silah yeşiyi yalnız N iyun N-cü il tarixdə leytenant Təqsirləndirilən şəxs tapança silahı tapılmadığı vaxt yataq otağına gətirilməmişdir. Xidmət etdikləri hərbi hissədən toplanış yerinə gəldikləri vaxt onlara verilmiş tapança silahlarının üzərində ağ kağıza qara rənglə yazılmış vəziyyətdə yapışıdırılmış rəqəmlər olmuşdur. Həmin rəqəm tapançanın əl ilə tutulan yerində olmuş və toplanışın ilk vaxtlarında rəqəm silahın üzərində olsa da, təlim vaxtı hərəkət edildiyi üçün əlin tərləməsi səbəbindən şəffaf yapışqanlı lentlə yapışdırılan rəqəm onun silahının üzərindən qopub düşmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, 02 avqust N-cü il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən təhkim edilmiş “PM” markalı, “ШП-5082” nömrəli tapança silahın talanması faktına görə Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsi ilə başlanmış, 10 mart 20N-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 12 mart 20N-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 232.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar verilmiş təqdimat Bakı Hərbi Məhkəməsinin 12 mart 20N-ci il tarixli qərarı ilə təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 20N-ci il tarixli qərarı ilə protest təmin edilməmiş və Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materaillarında olan qərarlara əsasən 14 mart 20N-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 232.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 18 mart 20N-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. N may 20N-ci il tarixli, 101 nömrəli qaimənin surətindən görünür ki, N nömrəli hərbi hissəyə məxsus “PM” markalı, “ШП5082” nömrəli tapança silahı 2 ədəd patron darağı və 01 ədəd qoburla birlikdə 2N may N-cü il tarixdə leytenant Təqsirləndirilən şəxs təhvil verilmişdir. Mexanikləşdirilmiş bölüyün şəxsi heyətinə silahların və cihazların təhkim olunması cədvəlinin surətindən görünür ki, PM markalı, «ШП5082» nömrəli tapança silahı leytenant Təqsirləndirilən şəxs adına təhkim olunmuşdur. Müdafiə Naziriyinin N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 322 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin bazasında xarici mütəxəssislərin rəhbərliyi altında birlik və birləşmələrin hər birindən 30 nəfər olmaqla tağım, bölük və batareya komandirlərinin toplanışlarının keçirilməsi, həmin toplanış müddətində şəxsi heyətin tam təchizatla (hücüm jileti, tapança, avtomat, kompas, GPS, xəritə və s) təmin olunması aidiyyəti vəzifəli şəxslərə tapşırılmışdır. N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 157 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs məşğələlərdə iştirak etmək məqsədi ilə N may N-cü il tarixdən 12 iyul N-cü il tarixədək olmaqla, 44 gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N-cü il tarixli, 1N6 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs həmin tarixdə ezamiyyətdən qayıtmışdır. N nömrəli hərbi hissəni RAS xidməti tərəfindən verilmiş arayış-hesabatdan görünür ki, N mm kalibrli “PM” markalı tapançanın 1 ədədinin qiyməti 306 (üç yüz altı) manat, həmin kalibrli və markalı tapança üçün darağın 1 ədədinin qiyməti isə 8 (səkkiz) manat təşkil etdiyi üçün həmin silahın və onun komplekt hissəsinin talanması nəticəsində dövlətə (hərbi hissəyə) ümumilikdə N (üç yüz on dörd) manat maddi ziyan dəymişdir. Elektron Prokurorluq informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışıdır. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, şahid qismində dindirilmiş Şahid3 barəsində Azərbaycan Respublikasının CM-in 120.1, 177.2.2, 177.2.4, 228.2.2, 232.2.2, 232.2.3 və 245-ci maddələri ilə cinayət işi başlamışdır. Hazırda sözügedən cinayət işi Cəlilabad Hərbi Məhkəməsinin icraatında 1-1(0N3)-115/20N nömrə altında baxılmaqdadır. Yaranmış zərurətlə əlaqədar məhkəmə, şübhələri aradan qaldırmaq üçün həmin iş üzrə maddi sübut olan 1 ədəd N mm kalibrli olmaqla “Makarov” konstruksiyalı, PM modelli, yarım avtomatik tapançanı məhkəmə iclasında təmin edərək tədqiq etmişdir. Baxış zamanı tapançanın üzərində olan nömrənin sildiyi, lakin, tapançanın lülə və tətik qoruyucusu ilə birlikdə bütün hissələri özündə saxlayan çərçivəni əsas hissədən ayırdıqdan sonra tapançanın nömrəsinin axır iki rəqəmi olan 3N lülənin başlanğıcında, sandıqça çıxarıldıqdan sonra isə sandıqçanın üzərində 113N nömrənin əks olunması müşahidə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs itirdiyi “Makarov” konstruksiyalı, PM modelli, yarım avtomatik tapança ilə Şahid3 aşkar edilmiş tapançanın eyni olmadığı öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 hadisə baş verən gün səhər yeməyindən qayıdarkən leytenant Təqsirləndirilən şəxs məxsus olan “Makarov PM” markalı tapança onun üzərində, koburasına taxılmış vəziyyətdə görməsinə dair ifadəsini Təqsirləndirilən şəxs təkzib etmiş və şahidin yanıldığını, tapançanı bir gün əvvəl yəni, 24 iyun N-cü il tarixdə onun üzərində gördüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şahid12 ifadəsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşmır, eləcədə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə inkar edildiyindən, həmin ifadəyə tənqidi yanaşılmalıdır. Bundan başqa şahid ifadələrində ŞahidN Təqsirləndirilən şəxs döyərək silahin itirilməsinin etiraf etdirilməsinə məcbur edilməsi barədə məlumat məhz Təqsirləndirilən şəxs tərəfindən bildirilmişdir. Onda hər hansı xəsarət izinin olmadığı və bununla bağlı aidiyyəti orqanlara müraciət etməməsi, həmin məlumatın uyğurma olduğunu və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşdığını təsdiq edir. Məhkəmə hesab ki, Təqsirləndirilən şəxs N (bir) ədəd N mm kalibrli, «PM” markalı, ŞP 5082 nömrəli tapançanı və odlu silahın komplekt hissəsi sayılan, N (bir) ədəd patron sandıqçasını gizli yolla talaması tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Başqa sözlə, onun qəsdlə özgə əmlakını öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək niyyəti müəyyən edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs 24 iyun N-cü il tarixdə N nömrəli hərbi hissənin «Şahdağ» təlim mərkəzində təlimdə olduğu vaxt adına müvəqqəti təhkim edilmiş, N nömrəli hərbi hissəyə məxsus N (bir) ədəd N mm kalibrli, «PM” markalı, ŞP 5082 nömrəli tapançanı və odlu silahın komplekt hissəsi sayılan, N (bir) ədəd patron sandıqçasını naməlum şəraitdə itirməsi, daha sonra onun tərəfindən silahın itirilməsinin aşkara çıxmaması üçün N iyun N-cü il tarixdə səhər saatlarında silahı saxlanc otağına təhvil verilməsinə dair süni mənzərə yaratması özünün ifadəsi ilə yanaşı ŞahidN, Şahid10 və Şahid1 ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 1N-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 12N-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikası CPM-nin 13N.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 1N aprel 1NN4-cü il tarixli Qərar). CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N7.1 və 3N7.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.200N-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən «cinayət hadisəsi olmadıqda» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası CPM-in 34N.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 34N.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 34N.5.1 və 34N.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmənin gəlidiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ona təhkim edilmiş N (bir) ədəd N mm kalibrli, «PM” markalı, tapançanı və N (bir) ədəd patron sandıqçasını itirməsi təsdiq olunduğundan, onun əməli Azərbaycan Respublikası CM-in 232.2.3-cü maddəsindən, həmin Məcəllənin 347-ci maddəsinə tövsif olunmalı və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham əssasız hesab edilməli və ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dizpozisiyasına əsasən, şəxsin hərəkətlərində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə olduqda cinayət tərkibi yaranır. İşin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tapança və patron sandıqçası təlimdə olduğu müddətdə rəsmi şəkildə təhkim edilmiş və itirdiyi anadək qeyd olunan silah və onun komplekt hissəsi müvəqqəti sahibliyində qanuni olmuşdur. Azərbaycan Respublikası CM-nin 5N-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 347-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu qənaətə gələrkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayətin ehtiyatsızlıqdan törədilməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.4-cü maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu iki gün təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin NN- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin NN-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin NN-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.1, 55, 344-347, 34N, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 1200 (min iki yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə bağlı cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Zaur Hacıyev (sədrlik edən), Fikrət Əliyev, Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar