Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-116/2023 25.06.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi – “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1997-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Beyləqan rayonunun Eyvazlılar kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 1-ci qrupunun kəşfiyyatçıtuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən, barəsində 24 may 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Daskəsən rayonunun Zağalı kəndi ərazisində dislokasiya edilmiş 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən pula ehtiyacı yarandığından ayrı-ayrı banklara kredit götürmək üçün müraciət edərkən banklar tərəfindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yalnız zaminlə və az məbləğdə kredit verildiyini öyrəndikdən sonra, daha yüksək məbləğdə pul krediti almaq məqsədilə 2022-ci ilin noyabr ayının ortalarında xidmət yerinin yaxınlığında təsadüfən tanış olduğu, aralarındakı razılığa əsasən şəxsiyyət və hərbi vəsiqəsinin fotoşəkilini, eləcə də öz şəklini kameralı mobil telefonu ilə selfi edərək avtoportret formasında çəkib “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əvvəlcədən göndərdiyi, şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxs tərəfindən 2000 (iki min) manat pulun müqabilində hazırlanmış, məzmunu təhrif edilməklə guya onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmətdə olmasını təsdiq edən, qeyd edilən xidmətin Kadrlar Baş İdarəsinin rəisinin imzası və həmin xidmətin müvafiq möhürü ilə təsdiq edilmiş, şəxsi fotoşəkli və rekvizitləri, eləcə də xx.xx.2026-cı il tarixədək etibarlılıq müddəti olduğu qeyd olunan ZH №004135 nömrəli hüquq verən saxta xidməti vəsiqəni aralarındakı sövdələşməyə uyğun olaraq, 16 noyabr 2022-ci il tarixdə təxminən saat 09:30-da Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında sonuncudan əldə etmişdir. Bundan sonra o, qeyd edilən xidməti vəsiqənin saxta olmasına tam əmin olub, orada qeyd edilən rekvizitləri kredit götürən zaman bank əməkdaşları tərəfindən ona veriləcək dəqiqləşdirici suallara şübhə yaratmamaq məqsədi ilə vəsiqədə göstərilən yalan məlumatlara uyğun şəkildə cavab verməsi üçün “Baba” adlı şəxsin tapşırığı əsasında əzbərləyib, həmin gün, yəni 16 noyabr 2022-ci il tarixdə saat 11 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 560B ünvanında yerləşən “İnşaatçılar” filialının inzibati binasına daxil olub növbəlilik əsasında ona xidmət göstərən kredit ekspertinə təqdim etməklə, hüquq verən rəsmi sənədin istifadə edilməsi məqsədi ilə saxtalaşdırılaraq qanunsuz hazırlandığını biləbilə saxta sənədlərdən istifadə edərək, bankın prosedur qaydalarına uyğun şəkildə rəsmiləşdirilmə aparıldıqdan sonra CP/89436/88/35 nömrəli kredit sazişi əsasında 36 ay müddətinə, illik 15 faiz olmaqla, 10000 (on min) manat məbləğində nağd istehlak kreditini əldə etməyə nail olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin payız aylarında anasını müalicə etdirmək üçün ona 7-8 min manat civarında nağd pul lazım olmuşdur. Bu məqsədlə ayrı-ayrı banklara müraciət etdikdə ona zaminlə və maksimum üç min manat məbləğində kredit verilməsinin mümkün olacağını bildirmişlər. Tanış və qohumlarından da istədiyi məbləğ qədər borca pul ala bilməmiş, bu səbəbdən də olduqca ağır maddi çətinliyi yaranmışdır. Həmin ərəfədə, yəni 2022-ci ilin noyabr ayının təxminən 11-12-də nahar fasiləsi zamanı N nömrəli hərbi hissənin xidmət etdiyi 2-ci taborunun yerləşdiyi Daşkəsən rayonunun Zağalı kəndi ərazisində, hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yaxınlığında yerləşən kafedə xatırlamadığı xidmət yoldaşları ilə çay içərkən bir nəfər tanımadığı, əvvəllər görmədiyi orta yaşlı bir kişi ona yaxınlaşıb kredit almaq istəyən hərbi qulluqçulara köməklik edə bilən şəxs olduğunu bildirib kağız parçasına yazılmış mobil nömrəsini vermişdir. Həmin ərəfədə pula ehtiyacı olduğundan qeyd edilən kağız parçasını həmin şəxsdən almış, sonuncu ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamağını deyib getmişdir. 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə həmin şəxsə zəng etmişdir. Həmin şəxs özünü Baba kimi təqdim etmiş, söhbət zamanı sonuncuya N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu deyib, bankdan 10000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra Baba adlı şəxsin tapşırığına əsasən şəxsiyyət vəsiqəsinin hər iki tərəfini, hərbi vəsiqəsinin fotoşəkli olan ilk səhifəsini fotosunu, eləcə də öz şəklini selfi edib avtoportret formasında çəkib sonuncuya göndərmişdir. Baba adlı şəxs bankdan götürəcəyi 10000 manat puldan ona 2000 (iki min) manatını verməli olduğunu dedikdə, sonuncu ilə razışlaşmışdır. Daha sonra Baba adlı şəxs ona sənədləri hazırlayacağını, banka gedərkən həmin sənədləri ondan götürməyini, həmin sənədlər əsasında imza edib kredit götürəcəyini demişdir. Əvvəllər etdiyi müraciətlər zamanı ona həmin məbləğdə kreditin verilmədiyini bildiyi üçün Baba adlı şəxsin ona hansısa qanunsuz yolla kredit düzəltdirəcəyini başa düşmüş, lakin bunu konkret olaraq hansı üsulla edəcəyini həmin vaxt bilməmişdir. Bundan sonra Baba adlı şəxslə növbəti gün Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında görüşmək barədə razılaşmışlar. O, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Baba adlı şəxslə Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında görüşmüş, görüş zamanı sonuncu cibindən təxminən 10 sm. enində 15 sm. uzunluğunda olan bir ədəd plastik karta bənzəyən vəsiqə çıxarıb zabitin saxta xidməti vəsiqəsi olduğunu bildirib krediti həmin vəsiqə ilə götürəcəyini demişdir. O, həmin vəsiqəyə baxdıqda fotoşəklinin yapışdırıldığını, guya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin baş leytenant hərbi rütbəsində, bölük komandiri vəzifəsində xidmət edən zabiti olması barədə qeydlər aparıldığını, həmin vəsiqənin guya DSX-nin Kadrlar Baş İdarəsinin rəisi, generalmayor A.Həsənov tərəfindən imza və DSX-nin müvafiq möhürü ilə təsdiq edildiyini, vəsiqənin olduqca professional şəkildə saxtalaşdırılaraq hazırlandığını görmüşdür. Pula ehtiyacı olduğundan həmin saxta vəsiqədən istifadə edərək 10000 manat məbləğində kredit götürmək niyyətini özündə qətiləşdirmişdir. Bundan sonra bank əməkdaşlarının müvafiq suallarını cavablandırarkən şübhə yaratmamaq üçün Baba adlı şəxsin tapşırdığı kimi edərək həmin saxta vəsiqədə olan məlumatları əzbərləmişdir. Bundan sonra Baba adlı şəxs yaxınlıqda yerləşən "xxxx" ASC-nin “İnşaatçılar” filialını ona göstərərək içəri girib kreditlə bağlı müraciət etməsini bildirib, özünü DSX-nın zabiti kimi təqdim edərkən soyuqqanlı olmağını tapşırmışdır. O tək olaraq banka daxil olub növbə götürmüş, növbəsi çatdıqda Ruslan adlı kredit ekspertinin əyləşdiyi masaya yaxınlaşıb sonuncunun qarşısında əyləşmişdir. Ruslan adlı kredit eksperti ondan şəxsiyyət vəsiqəsini və həmin saxta xidməti vəsiqəni alıb baxa-baxa ona xidmətlə bağlı suallar verməyə başlamış, sonuncuya saxta vəsiqədə qeyd edilmiş yalan məlumatları təsdiq edərək, guya DSX-nin N nömrəli hərbi hissəsinin bölük komandiri vəzifəsində xidmət edən baş leytenant hərbi rütbəli zabiti olduğunu demişdir. Sonrakı söhbət zamanı Ruslan adlı kredit ekspertinə 10000 (on min) manat kredit götürmək istədiyini deyib, yaxınlıqda yerləşən əmək haqqı aldığı "xxxx" ASC-yə gedib əmək haqqı kartıdan çıxarış edib geri qayıdaraq sonuncuya vermişdir. Ruslan adlı kredit eksperti onun şəxsiyyət vəsiqəsi ilə qeyd edilən saxta xidməti vəsiqənin surətini çıxararaq əsillərini özünə qaytarmışdır. Bundan sonra bankın prosedur qaydalarına uyğun müvafiq sənədləşmə aparılaraq ona imza etdirilmiş, orta aylıq maaşı təxminən 1500 manat olduğundan ona 36 aylıq müddətinə, illik 15 faizlə, aylıq 347 manat ödəmək şərti ilə istədiyi 10000 (on min) manat məbləğində nağd istehlak kreditinin verilməsi rəsmiləşdirilmişdir. Bankın xəzinəsindən həmin 10000 pulu qəbul edib çölə çıxaraq bir qədər əvvəl Baba adlı şəxslə görüşdüyü yerə getmişdir. Orada Baba adlı şəxslə görüşmüş, ona istədiyi məbləğdə kredit almağı üçün hazırladığı saxta vəsiqənin müqabilində əvvəlcə razılaşdıqları kimi 2000 manat pul vermişdir. Baba adlı şəxs həmin pulu və qeyd edilən saxta xidməti vəsiqəni ondan alıb özündə saxlamışdır. Sonra onlar sağollaşmışlar, həmin vaxtdan sonra bir daha Baba adlı şəxsi görməmiş, hansısa əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolu, iş materiallarına əlavə edilmiş sənədlər, eləcə də, iş üzrə toplanmış digər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Belə ki, şahid qismində ifadə vermiş "xxxx" ASC-nin İnşaatçılar filialının istehlak kreditləri bölməsinin aparıcı eksperti Şahid1 ifadəsində göstərmişdir ki, kredit eksperti kimi onun vəzifəsi kreditlə bağlı müraciət edən müştərini qəbul edib, onun sənədlərinə, əvvəlki kredit öhtəliklərinə necə əməl edib-etməməsinə, əmək haqqı tarixçəsinə, eləcə də onun ilkin ünsiyyət zamanı yaratdığı təssürata uyğun olaraq müraciəti dəyərləndirməkdən, müsbət nəticə olarsa, bankın cari şərtlərinə uyğun kredit rəsmiləşdirməkdən ibarət olmuşdur. Onun müştəriləri arasında bəzən hərbi qulluqçular da olmuş, təcrübəyə əsasən xidmət müddətləri nisbətən məhdud olduğundan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, əsasən də Müdafiə Nazirliyinin MAHHXHQ-na yüksək məbləğdə, eləcə də adətən zamin olmadan kredit verilməmişdir. Zabitlərə isə, əsasən də Dövlət Sərhəd Xidmətinin zabitlərinə zaminsiz və daha yüksək məbləğdə kredit verilmişdir. Hərbi qulluqçulara krediti onların şəxsiyyət vəsiqəsi hərbi qulluqçu olmasını təsdiq edən rəsmi sənədi, yəni hərbi vəsiqəsi və əmək haqqı kartından çıxarış əsasında verilmişdir. Prosedura uyğun olaraq həmin üç sənəd onlardan alınmış, əmək haqqı kartından çıxarışın əsli, şəxsiyyət vəsiqəsi ilə hərbi vəsiqənin isə surəti kredit dosyesinə əlavə edilmiş, qeyd edilən iki sənədin əsli dərhal müştəriyə geri qaytarılmışdır. Bundan sonra həmin müştərinin razılığı əsasında Mərkəzi Bankın kredit reyesterində kredit tarixçəsi yoxlanılmış, hansısa problem olmadığı halda həmin müştəriyə filial daxili qərarla kredit ayrılması məsələsinə baxılmışdır. Həmçinin, Naxçıvan MR-da qeydiyyatda olan hərbi qulluqçulardan başqa, filialda kredit verilməsi üçün hər hansı arayış tələb olunmamışdır. O, 16 noyabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə hansısa əlaqəsi, tanışlığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. 16 noyabr 2022-ci il tarixdə saat 11 radələrində iş yerində olarkən Təqsirləndirilən şəxs onun əyləşdiyi masaya növbə əsasında tək olaraq yaxınlaşıb kredit götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini alıb harada işlədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində zabiti olduğunu bildirib xidməti vəsiqəsini, eləcə də əmək haqqı kartından çıxarışını təqdim etmişdir. Daha sonra o, M.Ş.X1 Xidmətinin olan iş stajını soruşmuş, sonuncu bir ildən artıq müddətdə iş stajının olduğunu demişdir. O, Təqsirləndirilən şəxs hansı məbləğdə kredit götürmək istədiyini soruşduqda, sonuncu 10000 manat məbləğində kredit götürmək istədiyini demişdir. Bundan sonra o, bankın daxili prosedur qaydalarına uyğun olaraq, Təqsirləndirilən şəxs kredit öhdəlikləri barədə Azərbaycan kredit bürosundan çıxarış etmiş, sonuncunun təqdim etdiyi əmək haqqı kartının çıxarışı əsasında orta aylıq əmək haqqını hesablayıb, onun min beş yüz manatdan artıq orta aylıq əmək haqqının olduğunu müəyyən etmişdir. Həmçinin təqdim edilən hərbi vəsiqəyə baxıb Təqsirləndirilən şəxs DSX-nin N nömrəli hərbi hissəsində, baş leytenant hərbi rütbəsində, bölük komandiri vəzifəsində zabit kimi xidmət etdiyini, bu sənədin müvafiq qaydada imza və möhürlə təsdiq edilməsini görüb kredit sənədlərini hazırlamağa başlamışdır. O, həmin vəsiqəyə baxa-baxa Təqsirləndirilən şəxs xidmətlə bağlı suallar vermiş, sonuncu təqdim etdiyi vəsiqədə qeyd edilmiş bütün məlumatları olduğu kimi cavablandırmışdır. Bank əməkdaşı olaraq kredit rəsmiləşdirərkən mümkün ola biləcək bütün saxtakarlıqları nəzərə alaraq, həmişə diqqətli, ehtiyatlı olmağa çalışsa da, Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqənin bütün standartlara uyğun olması, orada qeyd edilmiş bütün rekvizitlərin tam olması, hansısa sənədin əsil və ya saxta olduğunu müəyyənləşdirmək üçün bankda hər hansı xüsusi texnologiyanın olmaması, eləcə də sonuncunun verilən suallara sərbəst və səlis şəkildə cavablar verməsinə görə onda hansısa şübhə yaranmamışdır. Bu səbəbdən həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surətləri çıxarılmış və əsilləri özünə geri qaytarılaraq kredit rəsmiləşdirilməsi davam etdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aylıq 346 manat 65 qəpik ödəniş etməklə, illik 15 faiz olmaq şərtilə "xxxx" ASC-nin “İnşaatçılar” filialında 36 ay müddətinə 10000 (on min) manat pul kreditinin ayrılmasının mümkünlüyü barədə məlumat verilmiş, sonuncu bankın şərtləri ilə razı olduğunu bildirərək kredit sazişini və digər sənədləri imzalamışdır. Bundan sonra həmin sənədlərin müvafiq səhifələri filialın rəhbər şəxsləri tərəfindən də imzalanıb möhürlə təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs filialın daxilində yerləşən kassaya yaxınlaşaraq oradan 10000 məbləğində pulu qəbul edərək, kredit sazışinin və ödəniş cədvəlinin bir nüsxəsini ondan alıb, filialın inzibati binasını tərk etmişdir. Şahid qismində ifadə vermiş baş leytenant Şahid2 Zəfər oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin 2-ci taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs da xidmət etdiyi 6-cı bölüyünün komandiri vəzifəsində xidmət edir. 2023-cü ilin yanvar ayının ortalarında Dövlət Təhlükəsizlik Xidmətindən komandiri olduğu bölüyün ərazisinə gəlmiş bir əməkdaş Təqsirləndirilən şəxs izahat almışdır. Həmin gün Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin payız aylarında anasını müalicə etdirmək ona 7-8 min manat civarında təcili şəkildə pul lazım olduğunu, bu məqsədlə nağd istehlak krediti götürmək üçün ayrı-ayrı banklara müraciət etdiyini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün banklar tərəfindən ona 3000 manatdan artıq kredit verilmədiyini, həmin ərəfədə hərbi hissənin yaxınlığında yerləşən kafelərin birində çay içdiyi zaman bir nəfər mülki şəxsin ora yaxınlaşıb kredit götürmək istəyən şəxslərə köməklik edə biləcəyini dediyini, bundan sonra həmin şəxsin mobil əlaqə nömrəsini götürdüyünü, həmin şəxlə danışıb razılaşaraq Bakı şəhərində görüşdüklərini, həmin şəxsin orada ona guya Dövlət Sərhəd Xidmətinin baş leytenant rütbvəsində, bölük komandiri vəzifəsində xidmət etdiyini təsdiq edən saxta zabit vəsiqəsi verdiyini, "xxxx" ASC-nin “İnşaatçılar” filialına yaxınlaşıb həmin vəsiqəni kredit ekspertinə təqdim etdiyini, özünü orada qeyd edilən saxta vəsiqədə yazıldığı kimi zabit olaraq təqdim etdiyini, bundan sonra ona 36 aylıq müddətə 10000 (on min) manat məbləğində pul krediti verildiyini həmin pulun 2000 manatını ona saxta vəsiqə hazırlayan şəxsə verdiyini, yerdə qalan pulla isə anasını müalicə etdirdiyini demişdir. Həmin vaxt o, bu qanunsuz əməlinə görə Təqsirləndirilən şəxs irad bildirmiş, sonuncu əməlindən peşman olduğunu demişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri üzrə keçirdiyi tədbirlər zamanı N nömrəlıi hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin baş leytenant hərbi rütbəli zabiti olmasına dair saxta sənəd təqdim edərək "xxxx" ASC-dən 10000 (on min) manat məbləğində kredit götürməsi faktı aşkar edilərək bu barədə toplanmış müvafiq materiallar məxfi poçtla Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki¸ həmin tarixdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “İnşaatçılar” filialından götürdüyü kredit üzrə iş dosyesində olan sənədlərin təsdiq edilmiş surətlərinə baxış keçirilərək qeyd edilən kredit dosyesinin imza nümunələri vərəqəsi, şəxsiyyət vəsiqəsinin surəti, məlumat vərəqəsi, xidməti vəsiqənin surəti, ödəniş kartı üzrə çıxarış, istehlak kreditinin alınması üzrə ərizə-anket, kredit sazişi və ödəniş cədvəlindən ibarət olması müəyyən olunmuşdur. Baxışı keçirilən 01 vərəqdən ibarət imza nümunələri vərəqəsindən, 01 vərəqdən ibarət şəxsiyyət vəsiqəsinin surətindən, 01 vərəqdən ibarət məlumat vərəqəsindən, 04 vərəqdən ibarət ödəniş kartı üzrə çıxarışdan, 01 vərəqdən ibarət istehlak kreditinin alınması üzrə ərizə-anketdən, 01 vərəqdən ibarət kredit sazişindən və 01 vərəqdən ibarət ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin “İnşaatçılar” filialının direktoru Z.T.Həsənov xx.xx.1997-ci il təvəllüdlü, şəxsiyyət vəsiqəsinin nömrəsi AA******* olan Təqsirləndirilən şəxs imza nümunələrinin götürülməsinə icazə vermiş və Ruslan.E.Abdullazadə tərəfindən onun imza nümunələri götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs banka "xxxx" ASC-dən “416974******9077” hesab nömrəli aylıq məvacib kartına xx.xx.2022-xx.xx.2022 tarixləri aralarında mədaxil olan məbləğin orta aylıq çıxarışını təqdim etmiş, nəticədə onun orta aylıq məvacibinin 1,517 manat olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək anket məlumatlarını bildirib bankdan ona 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. Bundan sonra 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində illik 15 (on beş) faiz olmaqla kredit ayrılması barədə Təqsirləndirilən şəxsla "xxxx" ASC-nin “İnşaatçılar” filialının direktoru Z.T.Həsənov arasında CP/89436/88/35 nömrəli kredit sazişi bağlanmış, Təqsirləndirilən şəxs A27743 nömrəli müştəri kodu verilmiş və sonuncu hər ay 346.65 (üç yüz qırx altı manat altımış beş qəpik) olmaqla, 10000 manatı əsas borc kimi, 2482.47 manati isə faiz borcu kimi olmaqla, ümumilikdə 12482.47 (on iki min dörd yüz səksən iki manat qırx yeddi qəpik) məbləğində pulu ən geci 36 ay müdddətində bankın hesabına köçürməyi öhdəsinə götürmüşdür. Bundan başqa baxışı keçirilən 01 vərəqdən ibarət xidməti vəsiqənin surətindən görünür ki, həmin vəsiqə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ZH 004135 nömrəli xidməti vəsiqəsidir. Baxış zamanı həmin xidməti vəsiqənin xx.xx.1997-ci il tarixdə Beyləqan rayonunda doğulmuş Beyləqan rayonunun Eyvazlılar kəndində qeydiyyatda olan, rütbəsi baş leytenant, xidmət yeri N nömrəli hərbi hissə, vəzifəsi bölük komandiri olan Təqsirləndirilən şəxs adlı zabitə Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynovun imzası icra edilməklə, həmçinin Dövlət Sərhəd Xidmətinin möhürü ilə təsdiq edilməklə, xx.xx.2021-ci il tarixdə beş illik etibarlılıq müddətinə, yəni xx.xx.2026-cı il tarixədək verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38-16/2- 2541/23 çıxış nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin DSX-də xidmətdə olması (işləməsi) barədə hansısa məlumat yoxdur. Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38-16/2-5889/23 çıxış nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adlı şəxs hazırda və ya əvvəllər DSX-də hər hansı bir hərbi rütbədə və ya vəzifədə xidmət etməmişdir. 004135 nömrəli xidməti vəsiqə DSX-nin Xüsusi Hava Qüvvələri Komandanlığının hərbi qulluqçusu, baş gizir X2 N nömrəli hərbi hissədə xidmət edərkən “ZH” seriyası ilə deyil, “GH” seriyası ilə verilmişdir. Lakin sonradan DSX-nin rəisinin müvafiq əmrinə əsasən DSX-nin bütün hərbi qulluqçulaqrı yeni vəsiqə ilə təmin olunduğundan K.S.Babayevaya məxsus GH 004135 nömrəli xidməti vəsiqə geri təhvil alınaraq müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-1/2- 1545/23 çıxış nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgər hərbi rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur və ona AD-0058607 nömrəli “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli 117 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Quru Qoşunları komandanının 16 aprel 2022-ci il tarixli 039əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə şəxsi heyətin siyahısına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə tərəfindən müsbət xarakterizə edilmişdir, xidmət müddətində yuxarı komandanlıq tərəfindən həvəsləndirilməmiş və cəzalandırılmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur, ailə tərkibi atası və anasından ibarətdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-in 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ZH 004135 nömrəli saxta xidməti vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ZH 004135 nömrəli saxta xidməti vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1-1(093)-116/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-116/2023
25.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver