Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-118/2023 25.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Samux rayonunun Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işsiz, Gəncə Hərbi Məhkəməsinin 18 iyul N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, Samux rayonunun Sərkar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Namazov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər hərbi rütbəsində xidmətdə olarkən N yanvar N0N3-cü il tarixdə saat 08:00-dan N fevral N0N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 0N mart N0N3-cü il tarixdə saat 08:00-dan N aprel N0N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçıqumbaraatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər hərbi rütbəsində xidmətdə olarkən, N yanvar N0N3-cü il tarixdə saat 08:00-da səhər düzülüşündə iştirak etməyərək hərbi hissəni özbaşına tərk edib yaşadığı Gəncə şəhərinə getmiş, N fevral N0N3-cü il tarixdə saat 08:00-da N nömrəli hərbi hissəyə geri qayıtmışdır. Həmçinin o, şəxsi və ailə problemləri ilə əlaqədar 0N mart N0N3-cü il tarixdə saat 08:00-da sıra düzülüşündə iştirak etmədən hərbi hissəni özbaşına tərk etmiş, habelə bu barədə komandirlərinə məlumat vermədən kirayədə yaşadığı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzilinə getmişdir. Bundan sonra şəxsi işləri ilə bağlı hərbi hissəyə qayıtmamış, N aprel N0N3-cü il tarixdə hərbi polis əməkdaşlarının onu axtardıqlarını öyrənmişdir. Hərbi polis əməkdaşlarının onu axtardıqlarını öyrəndikdən sonra o, N aprel N0N3-cü il tarixdə saat 08:00-da N nömrəli hərbi hissəyə geri qayıtmışdır. Qeyd olunan müddətlərdə hərbi hissəni şəxsi və ailə problemləri ilə bağlı tərk etmiş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və ya xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Etdiyi əməldən peşimandır. Ona ünvanlanan suallara cavab olaraq xidmət yerinə çıxmamağı ilə əlaqədar üzrlü səbəblərinin olmadığını, yalnız anasının xəstə olmaqla daimi qulluğa ehtiyacı olduğunu, özünün xidmətə qarşı münasibətinin müsbət olduğunu, xidmətdə olduğu müddət ərzində onu incidənin, nizamnamədənkənar hərəkətlərə məruz qoyanın, şərəf və ləyaqətini hər hansı formada alçaldanın olmadığını bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və N yanvar N0N3-cü il tarixdə saat 08:00-dan N fevral N0N3-cü il tarixdə saat 08:00-dək, habelə 0N mart N0N3-cü il tarixdə saat 08:00-dan N aprel N0N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN Əlövsət oğlu məhkəməyə ifadə verib göstərdi ki, N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusubaş əsgər Təqsirləndirilən şəxs N yanvar N0N3-cü il tarixdə saat 08:00-dan N fevral N0N3-cü il tarixdə saat 08:00-dək, habelə 0N mart N0N3-cü il tarixdə saat 08:00-dan N aprel N0N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Hərbi hissəni özbaşına tərk etməsinin səbəbi barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında 07 sentyabr N0NN-ci il tarixli bağlaşmadan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N1 sentyabr N0NN-ci il tarixli N83 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N yanvar N0N3-cü il tarixli 799 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N yanvar N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N fevral N0N3-cü il tarixli 1NN8 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N fevral N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış 0N mart N0N3-cü il tarixli N084 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs 0N mart N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N aprel N0N3-cü il tarixli 3N17 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N aprel N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar N0N3-cü il tarixli 36 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N yanvar N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral N0N3-cü il tarixli 48 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N fevral N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 0N mart N0N3-cü il tarixli 68 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs 0N mart N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N0N3-cü il tarixli 105 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N aprel N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəyə geri qayıtmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 11 aprel N0N3-cü il tarixli 3477 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may N0N3-cü il tarixli 138 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq bağlaşması ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və N may N0N3-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Gəncə Hərbi Məhkəməsinin 18 iyul N0NNci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş və N6 avqust N0NN-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. Cinayət işinin materiallarını əlavə olunmuş medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan, habelə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətlərdə xidmət yerinə vaxtında gəlməməsi və xidmət yerini bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə özbaşına tərk etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral N017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğu üçün cinayət qanunvericiliyinin tələblərinə görə ona hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi mümkünsüzdür. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının olmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində CM-nin 6N-ci maddəsinin müddəaları tətbiq olunmaqla ittiham olunduğu hər bir maddəyə nisbətdə bu maddələrin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü-cərimə cəzasının təyin edilməsi, təyin olunacaq cəzaların CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etməyi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.N-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.N maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.3-cü maddəsi ilə 400 (dörd yüz) manat cərimə cəzası, CM-nin 6N-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.4-cü maddəsi ilə 800 (səkkiz yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 800 (səkkiz yüz) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-118/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-118/2023
25.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver