Məhkəmə qərarları › İş №1-1(093)-12/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-12/2023

15.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-12/2023 15.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları-ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2 və ədliyyə polkovnik-leytenantı X2, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxslərin nümayəndəsi - Baki şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1, müdafiəçilər - Bakı şəhəri "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1989-cu ildə Naxçıvan MR-ın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyata olmaqla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə özgənin əmlakını qəsdən məhv etmək və zədələmək məqsədi ilə 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs2 verdiyi bir ədəd plastik butulkadakı benzini özü ilə götürüb, evin qarajına daxil olaraq, orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə, avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 17.200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədələndiyindən Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi, sonuncunun qayınatası Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən məhv etmək qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 1.000 manat məbləğində pul verəcəyi barədə vəd verib, 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində sonuncunu idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gətirib, həmin avtomobilin evin qarajında olduğunu Təqsirləndirilən şəxs1 bildirməklə ona bir ədəd içərisində benzin olan plastik butulka vermiş, bundan sonra Təqsirləndirilən şəxs1 evin qarajına daxil olub, orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, həmin avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə, avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 17.200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədələndiyindən Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü, ona Azərbaycan Respublikası CM-nin 186.2.2 və 187.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir əlaqəsi olmadığını göstərdi. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, ünvan 5aşayır. Əvvəllər soyğunçuluq cinayəti törətdiyi üçün dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2016-cı il tarixdə isə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Təxminən 2003-cü ildən 2012-ci il tarixdək olan müddət ərzində ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Azad olduqdan sonra əvvəllər yaşadığı məhəllədən tanışları ilə münasibətini saxlamışdır. Həmin tanışları ilə vaxt aşırı müxtəlif yerlərdə görüşmüşlər. Təxminən 2017-ci ilin oktyabr ayının ortalarında dostluq münasibətində olduğu və əvvəllər bir məhəllədə yaşadığı “Surxay” ləqəbli Sənan adlı şəxs onun mobil nömrəsinə zəng edib onunla təcili işi olduğunu bildirib onu Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin yanına dəvət etmişdir. Sənanla görüşə gəldikdə əvvəllər eyni məhəllədə yaşadığı Fariz adlı şəxs də orada olmuşdur. Farizi uzun müddət olmuşdur ki, yaşadığı məhəllədən qonşusu kimi tanımış, lakin uzun müddət olmuşdur ki, görməmişdir. Söhbət zamanı Fariz ona bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin qarajındakı avtomobili yandırmaq lazımdır. Bu iş üçün Fariz ona 1.000 (min) manat məbləğində pul təklif etmişdir. O, Farizdən öz yaşadıqları evin qarajında saxlanılmış avtomobili hansı səbəbdən yandırmaq istədiyini soruşduqda sonuncu ona bildirmişdir ki, həmin fərdi yaşayış evini Samir adlı qohumuna satmışdır. Səbəb kimi isə göstərmişdir ki, həmin fərdi yaşayış evini satmamışdan əvvəl problemləri yaranmışdır. Buna görə də ona təcili pul lazım olmuşdur. Qohumu Samirdən borc pul istəmiş, Samir isə ona pulunun olmadığını demişdir. Bir müddət sonra Fariz həmin fərdi yaşayış evini 30.000 (otuz min) manat pula satışa çıxarmış, qohumu Samir isə həmin evi almaq istədiyini bildirmişdir. Bundan sonra həmin evi satın almışdır. Samirin pulu olduğu halda ona köməklik etməməsi onu qəzəbləndirmişdir. Bu səbəbdən də Samiri cəzalandırmaq üçün sonuncunun avtomobilini yandırtmaq istəmişdir. O, Farizin təklif etdiyi 1.000 (min) manat pula ehtiyacı olduğundan, bu işə razılıq vermişdir. Fariz isə avtomobili yandırdıqdan sonra ona pulu verəcəyini söz vermişdir. Həmçinin ondan xəbər gözləməsini bildirmişdir. 27 oktyabr 2017-ci il tarixdə saat 23 radələrində Fariz ona zəng edib, NZS qəsəbəsinə dəvət etmişdir. O, yaşadığı mənzildən çıxıb, NZS qəsəbəsinə getmiş və orada yerləşən “Ulduz” marketin yaxınlığında Farizlə görüşmüşdür. Fariz ona demişdir ki, hazırda həmin Samirin aldığı evdə heç kim yoxdur və avtomobil qarajda saxlanmış vəziyyətdədir. Avtomobili yandırmaq üçün Fariz ona içərisi benzinlə dolu plastik “Fanta” butulkasını vermişdir. Bundan sonra onu idarə etdiyi markasını xatırlamadığı, qara rəngli, Cip formalı avtomobilinə əyləşdirib, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına aparmışdır. Həmin vaxt təxminən saat 02 radələri olmuşdur. Fariz onu evin yaxınlığında Samirin avtomobilini yandırmaq məqsədi ilə düşürtmüş, özü isə gedəcəyini bildirmişdir. Həmçinin ona evə daxil olmaq yollarını başa salmış və avtomobili yandırdıqdan sonra sonuncuya zəng etməyini tapşırmışdır. Fariz ona avtomobilin saxlandığı qaraja damdan keçməklə daxil olmaq mümkün olduğunu demişdir. Qarajın damı ilə keçdikdən sonra evin həyətinə enmək, oradan isə hamamın içərisi ilə qaraja daxil olmaq mümkündür. Beləliklə o, Farizin dediyi kimi sonuncunun ona verdiyi bir butulka benzinlə qarajın damına dırmaşmış, oradan evin həyətinə enmiş, bundan sonra qaraja gedən bağlanmamış qapını açıb qarajın içərisinə daxil olmuşdur. İçəri qaranlıq olduğundan üzərində olan yandıranın işığını yandırmışdır. Həmin vaxt görmüşdür ki, orada dövlət qeydiyyat nişanını xatırlamadığı bir ədəd “Mercedes Benz” markalı avtomobil saxlanmış vəziyyətdədir. Həmin avtomobilin şüşələri sürücü oturacağı və sürücü oturacağının arxası tərəflərdən yarımaçıq vəziyyətdə olmuşdur. O, Farizin ona verdiyi həmin içərisi benzinlə dolu plastik butulkadan benzin məhlulunu avtomobilin şüşələrinin yarımçıq qalmış hissəsindən içərisinə doğru tökmüşdür. Həmçinin benzini avtomobilin alın şüşəsinə də tökmüşdür.Həmin vaxt qarajda bir ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin qutudan 01 ədəd kibrit götürüb, yandıraraq avtomobilə tərəf bir metr məsafədə dayanmaqla tullanmışdır. Həmin vaxt partlayış baş vermiş və partlayışın təsirindən yerə yıxılmışdır. Daha sonra dərhal oraya gəldiyi yerdən çıxmışdır. Küçədə olarkən evin qaraj hissəsinin tüstüləndiyini görmüşdür. Farizə zəng edib, avtomobili yandırdığını deyib gəlib onu götürməyini xahiş etmişdir. O, Nobel prospektinə gedib, Farizi orada yolun kənarında gözləmişdir. Bir neçə dəqiqə sonra Fariz həmin idarə etdiyi avtomobillə gəlib onu yolun kənarından götürmüşdür. Fariz onu xahişi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yaxınlığına aparmışdır. Orada Fariz ona 160 (yüz altmış) manat məbləğində gördüyü işə görə pul vermiş, qalan pulu isə iki-üç gün ərzində verəcəyinə söz vermişdir. Lakin Fariz uzun müddət keçməsinə baxmayaraq onun pulunu müxtəlif bəhanələr gətirərək verməmişdir. 2019-cu ilin mart ayında aralarında dostluq münasibəti olan və keçmiş qonşuları Taleh adlı şəxslə mərasimlərin birində görüşmüşdür. Orada söhbət zamanı Talehə törətdiyi yanğın hadisəsini etiraf etmişdir. Bundan sonra Taleh vasitəsi ilə Samir, sonuncunun qardaşı Kamil və Samirin qayınatası Eldənizlə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışmışdır. Həmin danışıq zamanı bir daha törətdiyi yanğını etiraf etmişdir. 2020-ci ilin iyul ayında Fariz ona zəng edib, Əhmədli qəsəbəsində görüşməyi təklif etmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən KTV-in yaxınlığında görüşmüşlər. Görüşə Fariz həmin “Surxay” ləqəbli Sənan adlı şəxslə birlikdə gəlmişdir. Söhbət zamanı Fariz ona demişdir ki, Talehin avtomobilini yandırmaq lazımdır. Bu iş üçün ona 500 (beş yüz) manat məbləğində pul təklif etmişdir. O, Farizə Talehin avtomobilini yandıracağına söz verib oranı tərk etmişdir. Bundan sonra Talehlə əlaqə saxlayıb sonuncunu görüşə dəvət etmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində görüşüb, Talehin “AUDİ A4” markalı avtomobilində söhbət etməyə başlamışlar. Söhbət zamanı Talehə “Fariz sənin maşınını yandırmaq istəyir, buna görə də mənə 500 (beş yüz) manat məbləğində pul təklif edir” sözlərini demişdir. Taleh isə ona “sən pulunu Farizdən al qalan məsələləri mən özüm həll edəcəm” demişdir. Daha sonra Farizlə yenidən KTV-in yanında görüşmüş və avtomobilinin içərisində olarkən Farizə bildirmişdir ki, pulu versin, sonra Talehin avtomobilini yandıracaq. Fariz isə avtomobili yandırdığı halda pulu verəcəyini demişdir. O, avtomobildən enmiş və bu barədə Talehə zəng edib bildirmişdir. Taleh isə bildirmişdir ki, mənlik bir şey yoxdur, özü bu məsələni həll edəcəkdir. O, Talehlə mobil telefon əlaqəsini kəsmədən Farizin avtomobilinə daxil olmuş və Talehin hər şeyi eşitməsinə şərait yaratmışdır. Taleh onun dostu olduğundan sonuncunun avtomobilini yandırmaq məqsədi olmamışdır. Lakin Farizin niyyətini Talehə çatdırmaq istəmişdir. Bu səbəbdən də Farizlə Talehin avtomobilinin yandırılması barədə söhbət aparmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, yanğın hadisəsindən qabaq o, Şahid3 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin yanında görüşərkən, Təqsirləndirilən şəxs2 onu bir az kənara çəkib, öz qohumu Zərərçəkmiş şəxs1 avtomobilini pul müqabilində yandırmağı təklif etmişdir. Bu səbəbdən də Şahid3 Təqsirləndirilən şəxs2la aralarında olan həmin danışığı eşidib-eşitməməsini bilməmişdir. Şahid3 yanğın hadisəsindən qabaq bu barədə məlumatının olub-olmaması ona məlum olmamışdır. O, yanğın hadisəsindən qabaq Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evində əvvəllər olmamışdır. Həmin evin qarajına bir dəfə Təqsirləndirilən şəxs2 ona öyrətdiyi yolla daxil olub yanğın hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs2 onu idarə etdiyi avtomobilinə əyləşdirib, hadisə yerinə gətirərkən yolda yerləşən “Socar” şirkətinə məxsus YDM-dən həmin bir butulka benzini əldə edib ona vermişdir. İstintaqın ilkin mərhələsində həqiqətə uyğun ifadə verərək Təqsirləndirilən şəxs2 sifarişi əsasında yanğın hadisəsi törətdiyini etiraf etmişdir. Sonradan Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı ödəyəcəyini bildirdiyi üçün o da sonuncuya inanaraq istintaqın gedişində yanğın hadisəsini tək törətdiyini, Təqsirləndirilən şəxs2 avtomobilin yandırmaq üçün ona sifariş versə də, sonradan zəng vuraraq bundan imtina etdiyini, yanğın hadisəsini özünün törətdiyini bildirmişdir. Lakin, Fariz ona ziyanı ödəyəcəyini bildirsə də, ödəməmişdir. Buna görə də, hadisəni olduğunu kimi bildirmiş və həmin yanğın hadisəsini Təqsirləndirilən şəxs2 sifarişi əsasında törətmişdir. Ona təqdim edilmiş səs yazılardanda Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə sonuncunun yanğın hadisəsi ilə əlaqəsinin olmadığını bildirmişdir. Çünki Fariz ona adını çəkməməyi üçün pul təklif etmişdir. Buna görə də, o, səs yazılarda Farizin baş vermiş yanğın hadisəsindən məlumatı olmadığını bildirmişdir. Lakin Fariz ona söz vermiş olduğu pulu vermədiyi üçün o, yanğın hadisəsini Farizin sifarişi əsasında törətdiyini etiraf etmişdir. Yanğın hadisəsini törədilməsini ona Təqsirləndirilən şəxs2 sifariş vermiş və hadisədən sonra ona 1000 manat pul verəcəyini bildirsə də, 160 manat pul vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadəni Tale Binnətəliyevin ona pul təklif etməsi müqabilində verdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü, ona Azərbaycan Respublikası CM-nin 32, 186.2.2 və 32, 187.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, baş vermiş yanğın hadisəsi ilə bağlı heç bir əlaqəsi olmadığını, deyilənlərin ona qarşı atdığı şər və böhtan olduğunu göstərdi. Əlavə olaraq bildirdi ki, Tale ondan dəfələrdə bu məsələ ilə bağlı əvvəl 60.000 manat, sonra isə 37.000-42.000 manat pul tələb etmişdir. O, bu barədə hüquq mühafizə orqanlarına müraciət edilməli olduğunu bildirən zaman ona hədə qorxu gəlmişdir. Həmin yanğına görə onu cəzalandıraraq pul alacağını bildirərək onu və ailə üzvlərini öldürəcəyini bildirərək onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Bununla bağlı 37-ci PB-də təhqiqat araşdırması aparılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, ünvan 7 ünvanında qeydiyyatda olsa da, həmin fərdi yaşayış evi yandırıldığından müvəqqəti olaraq ailə üzvləri arvadı X3, qızı X7 və oğlu X4 ilə birlikdə qayınatası Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 54/2 saylı fərdi yaşayış evində yaşamışlar. Fərdi əməklə məşğuldur. 10 il olar ki, Bakı şəhərinin müxtəlif ərazilərində avtomobil ustası kimi çalışmışdır. 2017-ci il mart ayında ona məlum olmuşdur ki, qayınatası Zərərçəkmiş şəxs2 qardaşı Şahid6 sonuncuya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evini satmaq istəyir. O, qohumları ilə məsləhətləşib, həmin evi almaq qərarına gəlmiş və bu barədə qayınatası Eldənizin vasitəsi ilə Mübarizə bildirmişdir. Fərdi yaşayış evinin qiyməti qayınatası Eldəniz və sonuncunun qardaşı Mübariz arasında razılaşdırılmışdır. Belə ki, onlar razılığa gəlmişlər ki, həmin evi onlara 30.000 manata satsınlar. O, həmin qiymətlə razılaşmış və evi almaq istədiyini bildirmişdir. Həmin ərəfədə aralarında hələ heç bir evin alınması ilə bağlı sənədləşdirmə aparılmamış, Mübariz qayınatası Eldənizdən əvvəlcədən 7000 ABŞ dolları məbləğində pul istəmişdir. Mübariz həmin pulun ev üçün gələcəkdə veriləcək puldan çıxılacağını bildirmişdir. Qayınatası onunla razılaşmış və qayınatası ilə birlikdə onun da yığdıqları ümumi puldan 7000 ABŞ dollarını götürüb, Mübarizə vermişlər. Həmin ərəfədə dolların Azərbaycan manatına nisbətdə qiyməti 1.83 manat idi. Bir müddət sonra evi almaq məsələsi ortaya çıxmışdır. Verilmiş 7000 ABŞ dolları pulun hesablanması aparılarkən, dolların məzənnəsi stabil olmadığından və tez-tez oynadığından Mübariz aldığı 7000 ABŞ dolları pulun evlərində söz-söhbət olduğu üçün 1.80 manat hesablamasını xahiş etmişdir. Onlar qohum olduqları üçün razılaşmışlar, halbuki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq dollar 1.83 manat olmuş və onlar beləliklə Mübarizə güzəştə getmişlər. Bundan sonra qeyd kimi əvvəlcədən Mübarizə verdikləri 7000 ABŞ dollarını 1.80 manatdan hesablamaqla ümumilikdə ona 30.000 manat məbləğində pul vermişlər. Bundan sonra pulunu ödədikləri həmin evi onun adına sənədləşdirmişlər. O, həmin evi aldıqdan sonra uzun müddət keçməsinə baxmayaraq yaşayış üçün yararsız olduğundan orada yaşamamış və qayınatasının evində ailəsi ilə birlikdə yaşamağa davam etmişdir. Həmin ev bir mərtəbəli və evə bitişik qarajı olmuşdur. Ev qarajla birlikdə 118 m2 sahəni əhatə etmişdir. 27 oktyabr 2017-ci il tarixdə saat 03 radələrində müvəqqəti yaşadığı qayınatasının evində olarkən onun mobil telefonuna qonşuları Şahid2 zəng edərək bildirmiş ki, aldıqları evin içərisində nə isə yanır. O, dərhal evdən çıxıb, təxminən 50-60 metr uzaqlıqda yerləşən yeni aldığı evin qarşısına getmişdir. Həmin vaxt görmüşdür ki, evin qapı və pəncərələrindən tüstü çıxır və içəridən partlayış səsləri gəlir. Orada qonşuları Səyyar və yaxınlıqda yaşayan şəxslər olmuşdur. Səyyar ona bildirmiş ki, o artıq FHN-nin qaynar xəttinə zəng edib, yanğın barədə məlumat vermişdir. Buna baxmayaraq o, özü də FHN-nin qaynar xəttinə zəng edib yanğın barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları oraya gəlmişlər. Onların səyi nəticəsində yanğın söndürülmüşdür. Məlum olmuş ki, evin qarajı tamamilə, içərisinin isə bir hissəsi yanğın nəticəsində məhv olmuşdur. Evin qarajında həmin vaxt saxlanılmış qayınatası Zərərçəkmiş şəxs2 məxsus olan, etibarnamə əsasında onun idarə etdiyi, əvvəllər dövlət qeydiyyat nömrəsi **-OG-*** olan, lakin yanğından sonra nömrənin biri itdiyindən **-NX-*** dövlət qeydiyyat nişanı alınmış, “Mercedes Benz E240” markalı avtomobil də tamamilə yanmışdır. Həmin avtomobili o, evin qarajında 26 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində özü saxlamışdır. Həmin saatda heç bir yanğın əlamətləri olmamışdır. Avtomobili saxladıqdan sonra o, yaşadığı qayınatasının evinə getmişdir. FHN-nin əməkdaşları onun və sonradan gələn qayınatası Eldənizin iştirakı ilə yanğın söndürüldükdən sonra evə baxış keçirmişlər. Bu barədə akt tərtib edilmişdir və onlar qənaətə gəlmişlər ki, yanğın qarajda saxladığı avtomobilin elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yaranmışdır. Həmin anda onlar razılaşmış və əməkdaşların gəldikləri qənaəti məntiqli hesab edib, şikayətlərinin olmadığını bildirmişlər. Bir müddət sonra o, yanmış həmin evi tamamilə söküb, yerində yeni bir ev tikdirmişdir. 2019-cu ilin mart ayında tanışı Şahid1h Vəli oğlu onun mobil telefonuna zəng edib, evində baş vermiş yanğın barədə məlumatı olduğunu bildirmişdir. Bundan sonra o, Talehlə görüşüb, bu barədə söhbət etmişdir. Söhbət zamanı tanışı Taleh ona bildirmiş ki, qayınatası Eldənizin qardaşı Mübarizin oğlu Təqsirləndirilən şəxs2, qonşuları Surxay ləqəbli Şahid3 və Anar adlı şəxs ilə əlbir olub, onun evini yandırmışlar. Fariz evi yandırmaq üçün Anara 1000 manat pul ödəyəcəyini vəd verib və onun evini sonuncuya yandırtmışdır. Belə ki, tanışı Taleh kafelərin birində tanışları ilə birlikdə olarkən Anar adlı şəxsin də orada olmasını, söhbət zamanı Fariz adlı şəxsin sifarişi əsasında NZS qəsəbəsində yerləşən və ona məxsus yeni aldığı evi yandırdığını etiraf etmişdir. Həmçinin Taleh ona bildirmiş ki, Anar söhbət zamanı yandırdığı evə qarajının damına çıxıb, oradan evin həyətinə daxil olduğunu, həyətdən isə qarajın içərisinə orada olan hamamdan keçib, özü ilə gətirdiyi benzini həmin vaxt orada saxlanılmış “Mercedes” markalı avtomobilin alın şüşəsinə tökərək kibrit vasitəsi ilə yandırdığını demişdir. Taleh Anarın etiraf etdiyi cinayətin onun evi ilə əlaqəli olduğunu düşünüb, ona bu barədə məlumat vermişdir. Çünki, Anarın söhbətində təsvir etdiyi evin əlamətləri onun evinə uyğun gəlmişdir. Talehlə aralarında olan bu söhbətdən sonra o, qohumlarına bu barədə bildirmişdir. Onlar Talehin dediklərinə inanmamışlar, çünki Farizin ailəsi ilə yaxşı münasibətləri olmuşdur. Bu məsələni dəqiqləşdirmək üçün o, qayınatası Eldəniz və qardaşı Əliyev X8 qayınatasının evinə dəvət etmişlər. Sonuncudan Anar adlı şəxslə onları görüşdürməyi xahiş etmişlər. Taleh Anara zəng edib, onu dəvət etsə də sonuncu bundan imtina etmiş və “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışa biləcəyini bildirmişdir. Bundan sonra Taleh Anara görüntülü zəng etmiş və onunla danışmışdır. Onlar arasında olan danışığı o, qeyd etmək üçün kənardan mobil telefonu vasitəsi ilə çəkməyə başlamışdır. Talehlə Anar arasında olan söhbət zamanı Anar etiraf edərək doğurdanda onun evini yandırdığını, həmin evin həyətinə qarajın damı ilə daxil olduğunu, həyətdən isə hamamın içi ilə qaraja daxil olduğunu bildirmişdir. Həmçinin Anar demiş ki, hamamın qapısı açıq olmuş, o qaraja daxil olduqdan sonra orada “Mercedes” markalı avtomobili görüb, özü ilə gətirdiyi bir plastik şüşə benzin məhlulunu həmin avtomobilin alın şüşəsinə və yarımaçıq qalmış şüşələrdən içəriyə töküb, daha sonra qarajın mətbəxindən tapdığı kibritlə avtomobili yandırmışdır. Bundan sonra oradan güclə qaçdığını bildirmişdir. Anar həmin evi yandırmaq üçün Farizdən 500 manat pul aldığını, lakin ona vəd verilmiş qalan 500 manatı ala bilmədiyini bildirmişdir. X14 qarajda olan “Niva” markalı avtomobilə məxsus ehtiyat hissələrini özü ilə götürməyini tapşırmışdır. Lakin güclə qarajdan çıxdığından buna müvəffəq olmamışdır. O, həmin danışığı mobil telefonu vasitəsi ilə çəksə də təəssüf ki, səslər qeydə alınmamışdır. Buna baxmayaraq həmin görüntüləri o, təqdim etmişdir. Onlar Anarın sözlərinə inanmışlar, ona görə ki, həqiqətən də evinin qarajına gedən yol hamamdan keçmiş, hamamın qapısı açıq olmuş, qarajda “Niva” markalı avtomobilin ehtiyat hissələrini o, oraya yanğından qabaq iş yerindən gətirib qoymuşdur, həmin ehtiyat hissələrinə qohumu Farizlə şərik olmuşlar. Həmçinin yanğın günü avtomobilin şüşələrini yarımaçıq qoymuşdur ki, içəriyə hava daxil ola bilsin. Bütün bu söhbətlər hadisənin hallarına uyğun gəldiyindən buna inanmaya bilməzdi. Onlar qohumları ilə Farizin etdiklərini bir yerdə müzakirə etmək qərarına gəlmişlər. Lakin gözləmədikləri anda Farizin atası Mübariz və anası Asudə xanım özləri qayınatasının evinə getmişlər. Farizin onun evini yandırması məsələsi müzakirə olunmuş, söhbət zamanı sonuncunun atası demişdir ki, “mənim oğlumun belə hərəkət etdiyi sübut olunsa cəzasını çəkməlidir və mənim sizə veriləsi pulum yoxdur”. Lakin onlar heç pul belə istəməmişlər. Bu məsələ qohumlar arasında getdikcə böyümüş, onlarla münasibətləri korlanmışdır. Digər qohumları Göyçay rayonundan onların evinə gəlib, məsələni aydınlaşdırmağa çalışmışlar. Həmin vaxt evə həmçinin Farizin atası Mübariz, dayıları və özü gəlmişdir. Onlar tərəfdən isə atası Yasər, qardaşları Səbuhi və Kamil orada olmuşlar. Məsələni aydınlaşdırmaq məqsədi Talehi Farizin atası maşınla gedib oraya gətirmişdir. Onlar Talehdən olanları soruşmuş və sonuncu isə gördüklərini bir daha deyərək təsdiq etmişdir. Qohumları bu sübutlar qarşında Farizə heç bir söz demədən evi tərk etmişlər. Farizin dayısı Maqsud isə Farizə “get cəzanı çək” demiş və oranı tərk etmişdir. 2020-ci ilin iyul ayında Taleh Anarla bilmədiyi yerdə görüşüb, mobil telefon vasitəsi ilə danışıqlarını qeydə almışdır. Taleh həmin səs yazısını ona təqdim etmişdir. Yazıya qulaq asdıqda ona bir daha məlum olmuş ki, Fariz Anara pul verib, onun evini yandırtmışdır. Belə ki, səs yazısından görünür ki, Anar əvvəllərdə dediklərini bir daha etiraf etmişdir. Həmin yazını o, prokurorluq orqanlarına təqdim etmişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Taleh ona demişdir ki, Farizlə Anarı bir-biri ilə tanış edən Şahid3 olmuşdur. Onun da bu planlaşdırılmış yanğından xəbəri olmuşdur. Daha sonra görüntülü danışıqdan və qeyd etdiyi səs yazısından məlum olmuşdur ki, yanğın günü Fariz, Sənan və Anar kafelərin birində görüşərək yanğını müzakirə etmişlər, bundan sonra onlar Anarı yanğın törətməyə göndərmişlər. Daha sonra onlar yenidən bir yerə gəlmişlər. Ev ona məxsusdur və həmin evə dəymiş maddi ziyan 20.000 manat məbləğindədir. Hesab edir ki, yanğının törədilməsinə səbəb Təqsirləndirilən şəxs2 atası Şahid6 Farizin adına olan evi onlara satıb, lakin ona əldə edilmiş puldan heç bir şey verməmişdir. Həmçinin səbəb ifadəsində qeyd etdiyi kimi dolların məzənnəsi məsələsi ola bilərdi. Bundan başqa Farizin ona paxıllıq etməsi səbəb ola bilərdi. Lakin sonuncu ilə heç bir ədavəti olmamışdır. Onda olan məlumata əsasən Anar adlı şəxs 1989-cu il təvəllüdlü, əslən Naxçıvandan olan, “Qaçaq” ləqəbli Təqsirləndirilən şəxs1dur. Şahid3 onların qonşuluğunda yaşayır. Onların əlaqə nömrələri onda olmamışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi sonuncuya guya qardaşı Kamilin ona məxsus fərdi yaşayış evini və qarajının içərisində saxlanılmış qayınatası Eldənizə məxsus avtomobilin yandırmağı etiraf etməsi üçün 2.000 (iki min) manat məbləğində pul təklif etməsi tamamilə yalandır. O, qardaşı Kamil və qayınatası Eldəniz Anara etiraf etməsi üçün heç bir məbləğdə pul təklif etməmişlər. 27 oktyabr 2017ci il tarixdə saat 03 radələrində ona məxsus fərdi yaşayış evi yandığında FHN-nin əməkdaşları onun və qayınatası Eldənizin iştirakı ilə yanğın söndürüldükdən sonra evə baxış keçirmişlər. Bu barədə akt tərtib edilmiş və onlar qənaətə gəlmişlər ki, ev qarajda saxladığı avtomobilin elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yaranmışdır. Həmin anda onlar razılaşmışlar və əməkdaşların gəldikləri qənaəti məntiqli hesab edib, şikayətlərinin olmadığını bildirmişlər. Əgər onlar Farizə böhtan atmaq niyyətləri olsaymış, əvvəlcədən yanğın barədə şikayətlərinin olmamasını FHN-in əməkdaşlarına bildirməzlərmiş. Ona məxsus fərdi yaşayış evinin və qarajında olan qayınatası Eldənizə məxsus avtomobilin qəsdən yandırılmasını onlar sonradan Taleh adlı şəxsin vasitəsi ilə öyrənmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 etirafı ilə əmin olmuşlar ki, yanğını Fariz təşkil etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusat yalandır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 şahid Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdi. Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Lənkəran rayonu ərazisində tikintidə usta kimi işləmiş və orada kirayə yaşamışdır. Zərərçəkmiş şəxs1, eləcə də sonuncunun qayınatası Zərərçəkmiş şəxs2 əvvəllər ünvan 8 ünvanında yaşayarkən tanımışdır. Eldəniz və Samir onun qonşusu olmuşdur. Qeydiyyatda olduğu həmin fərdi yaşayış evində isə valideynləri yaşamışdır. Yanğın hadisəsi ilə əlaqədar bildirmişdir ki, təxminən 2019-cu ilin mart ayında tanışının ad günü mərasimində olarkən əvvəllər onun NZS qəsəbəsində qonşusu olmuş və oradan tanıdığı Anar adlı şəxs masa ətrafında əyləşdikləri zaman kriminal həyat sürən şəxslərin yanında demişdir ki, NZS qəsəbəsində ev və içərisində maşın yanıb, həmin hadisəni o, törətmişdir. Daha sonra o, eşitmişdir ki, onun qonşusu Samirin yaşadığı fərdi yaşayış evi və içərisində avtomobil yanmışdır. O, bu barədə Samirə məlumat vermişdir. Qərara gəlmişdir ki, Anarı Samirlə üzləşdirsinlər və məsələlərə aydınlıq gətirsinlər. Bununla da o, Anara zəng etmişdir. Sonuncuya bildirmiş ki, görüşmək lazımdır. Anar isə bildirmişdir ki, görüşməyəcək, lakin görüntülü danışa bilər. Onlar razılaşmış və Zərərçəkmiş şəxs1 evində olarkən o, Anara zəng edib, onunla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışmışdır. Həmin vaxt Samir və orada olan sonuncunun qohumları Anara suallara verməyə başlamışlar. Anar söhbət zamanı etiraf edərək doğurdan da Samirin evini yandırdığını, həmin evin həyətinə qarajın damı ilə, həyətdən isə hamamın içi ilə qaraja daxil olduğunu bildirmişdir. Həmçinin Anar demişdir ki, hamamın qapısı açıq olmuş, o qaraja daxil olduqdan sonra orada “Mercedes” markalı avtomobili görüb, özü ilə gətirdiyi bir plastik şüşə benzin məhlulunu həmin avtomobilin alın şüşəsinə və yarımaçıq qalmış şüşələrindən içəriyə töküb, daha sonra qarajın mətbəxindən tapdığı kibritlə avtomobili yandırmışdır. Bundan sonra oradan güclə qaçdığını bildirmişdir. Anar həmin evi yandırmaq üçün Farizdən 500 manat pul aldığını, lakin ona vəd verilmiş qalan 500 manatı ala bilmədiyini bildirmişdir. X14 qarajda olan “Niva” markalı avtomobilə məxsus ehtiyat hissələrini özü ilə götürməyini tapşırdığını bildirmişdir. Lakin güclə qarajdan çıxdıqından buna müvəffəq olmamışdır. Samir bu danışıqları kənardan mobil telefonu vasitəsi ilə çəkmişdir. Bir müddət sonra Farizin qohumlarından tanımadığı bir şəxs ona zəng edərək yanğınla bağlı onu Samirgilə dəvət etmişdir. O isə oraya getmişdir. Evdə təxminən 20 nəfərə yaxın adam olmuşdur. Fariz və sonuncunun valideynləri həmçinin orada olmuşdur. O, eşitdiklərini onlara olduğu kimi danışmışdır. Həmin vaxt Fariz deyilənlər qarşısında heç bir şey deyə bilməmiş və onun tərəfindən verilən sualları cavablandıra bilməmişdir. Orada olan şəxslər hər kəs Farizin bu yanğın hadisəsini təşkil etdiyinə əmin olmuşdur. Daha sonra o, Samirgildən getmişdir. 2020-ci ilin iyul ayında Anar ona sosial şəbəkədə yazmışdır ki, mobil nömrəsini ona versin, onunla işi vardır. O, Anara nömrəsini vermişdir. Bundan sonra onlar Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində onun “AUDİ A4” markalı avtomobilində görüşmüşlər. O, hər ehtimala qarşı danışıqları qeydə almaq üçün mobil telefonu ilə səsi yazmışdır. Anar ona bildirmiş ki, “Fariz sənin maşınını yandırmaq istəyir”, buna görə də ona 2.000 manat pul təklif etmişdir. O, Anar demişdir ki, “sən pulu ondan al daha sonra mənə bu barədə bildir”. Həmin söhbət zamanı Anar həmçinin Zərərçəkmiş şəxs1 evini də yandırdığını etiraf etmişdir. Bu işi Farizin təşkil etdiyini demişdir. Bundan sonra Anar oradan getmişdir. Bir müddət sonra Anar ona zəng edib bildirmiş ki, “Fariz pulu vermək istəmir”. Fariz ona demiş ki, “birinci get maşını yandır sonra pulunu verəcəm”. O, Anara demişdir ki, “sənlik deyil mən özüm bu məsələni həll edəcəm”. Bundan sonra Anar bir gün ona zəng edib bildirmiş ki, “Fariz yanına maşını yandırmaq məsələsini müzakirə etmək üçün gəlir”. Buna görə də Anar onunla telefon əlaqəsini kəsmədən mobil telefonunu cibinə qoyub, Farizin danışıqlarını yazacaqdır. O, həmin danışıqlara telefonundan qulaq asmış və əmin olmuşdur ki, Anarın dedikləri həqiqətdir. Fariz öz dili ilə deyilənləri təsdiq etmişdir. Daha sonra o, həmin səs yazısını Zərərçəkmiş şəxs1 vermişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Anar adlı şəxs naxçıvanlıdır, sonuncunun mobil nömrəsi onda hazırda yoxdur, harada yaşaması ona məlum deyildir. Anar qarayanızdır, 27-28 yaşı vardır. Gözlərinin rəngi qəhvəyidir. Anarı görsə dəqiqliklə tanıyar. Şahid3 adlı şəxsi o, Surxay kimi tanıyır. Onda olan məlumata əsasən X11 mobil nömrəsini almışdır. Həmçinin sonradan Anarla danışıq zamanı ona məlum olmuşdur ki, Sənan yanğınla bağlı Anarı Farizlə birlikdə kafedə gözləmişdir. Həmçinin əlavə dindirmə zamanı Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 idarə etdiyi “Audi A4” markalı avtomobili yandırmağı sifariş etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la arasında sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs2 onu Qəbələ rayonunda olarkən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə səs yazısı göndərərək təhqir etmişdir. Bundan sonra onunla sonuncunun yaşadığı ünvanın yaxınlığında görüşüb, ona söyüş söydüyü üçün bıçaqla xəsarət yetirmişdir. Daha sonra təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs2la barışdığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. 2020-ci ilin iyul ayında Anar ona sosial şəbəkədə yazmışdır ki, mobil nömrəsini ona versin, onunla işi vardır. O, Anara nömrəsini vermişdir. Bundan sonra onlar Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində onun “AUDİ A4” markalı avtomobilində görüşmüşlər. O, hər ehtimala qarşı danışıqları qeydə almaq üçün mobil telefonu ilə səsi yazmışdır. Anar ona bildirmiş ki, “Fariz sənin maşınını yandırmaq istəyir”, buna görə də ona 2.000 manat pul təklif etmişdir. O, Anar demiş ki, “sən pulu ondan al daha sonra mənə bu barədə bildir”. Həmin söhbət zamanı Anar həmçinin Zərərçəkmiş şəxs1 evini də yandırdığını etiraf etmişdir. Bu işi Farizin təşkil etdiyini demişdir. Bundan sonra Anar oradan getmişdir. Bir müddət sonra Anar ona zəng edib bildirmişdir ki, Fariz pulu vermək istəmir. Fariz demişdir ki, “birinci get maşını yandır sonra pulunu verəcəm”. O, Anara demiş ki, “sənlik deyil mən özüm bu məsələni həll edəcəm”. Bundan sonra Anar bir gün ona zəng edib, bildirmişdir ki, “Fariz yanına maşını yandırmaq məsələsini müzakirə etmək üçün gəlir”. Buna görə də Anar onunla telefon əlaqəsini kəsmədən mobil telefonunu cibinə qoymuş, onun danışıqlarını yazacaqdır. O, həmin danışıqlara telefonunda qulaq asmış və əmin olmuşdur ki, Anarın dedikləri həqiqətdir. Fariz öz dili ilə deyilənləri təsdiq etmişdir. Daha sonra o, həmin səs yazısını Zərərçəkmiş şəxs1 vermişdir. Onda olan məlumata əsasən sonralar Zərərçəkmiş şəxs1 həmin səs yazısını istintaq orqanına təqdim etmişdir. Şahid5 məhkəməyə ifadə verib göstərdi ki, sifariş əsasında “malyar” usta kimi fəaliyyət göstərir. Qardaşı Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ilin mart ayında qayınatası Zərərçəkmiş şəxs2 qardaşı Şahid6 30.000 (otuz min) manat məbləğində pula Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evini satın almışdır. Həmin ərəfədə o, ailə üzvləri ilə birlikdə işləmək məqsədi ilə Yunanıstan Respublikasının Afina şəhərində köçmüşdür. Orada olarkən qardaşı Samir ona zəng edib bildirmişdir ki, 27 oktyabr 2017-ci il tarixdə saat 03 radələrində yeni aldığı fərdi yaşayış evinin qarajında saxladığı qayınatası Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı avtomobil və həmin evin bir hissəsi yanğın nəticəsində məhv olmuşdur. Həmçinin bildirmişdir ki, yanğın hadisəsi ilə bağlı FHN-in əməkdaşları hadisə yerinə baxış keçirmişlər və belə qənaətə gəlmişlər ki, yanğının səbəbi qarajda saxlanılmış avtomobilin naqillərində baş vermiş qısaqapanma olmuşdur. Qardaşı Samir və onun qayınatası Eldəniz yanğınla əlaqədar olaraq heç kimdən şikayətçi olmadıqları barədə ərizə ilə FHN-in müvafiq idarəsinə müraciət etmişlər. O, qardaşı Samirə dəfələrlə bildirmişdir ki, “avtomobil səbəbsiz yana bilməzdi”. Çünki həmin avtomobildə heç nasazlıq olmamış və avtomobilə kənar bir qurğu quraşdırılmamışdır. Həmçinin qardaşı Samirdən soruşmuşdur ki, “bəlkə kiməsə qarşı bir səhv hərəkət etmisən”. Samir isə heç kimə onun evini və avtomobilini yandırmasına səbəb ola biləcək hərəkət etmədiyini demişdir. Onda bu yanğın hadisəsi şübhələr yaratmışdır. Təxminən 2019-cu ilin mart ayında qardaşı Samir ona zəng edib, bildirmişdir ki, dostluq münasibətində olduğu, NZS qəsəbəsində yaşayan Şahid1 ona evinin yandırılmasının Anar adlı şəxs tərəfindən törədildiyini demişdir. Həmçinin Tale ona demişdir ki, həmin Anar adlı şəxs onun evini yandırmaq üçün qohumları olan Təqsirləndirilən şəxs2 müəyyən məbləğdə pul almışdır. O, ilk dəfə bu barədə eşitdikdə də inanmamışdır. Çünki Farizin ailəsi ilə yaxın münasibətləri olmuşdur. Həmin söhbətdən təxminən 3-4 gün sonra o, Bakı şəhərinə gəlmişdir. Məsələni aydınlaşdırmaq üçün Farizlə danışıb, “İçəri Şəhər” metrostansiyası yaxınlığında görüşmüşdür. Fariz ora qara rəngli “X18” markalı, dövlət qeydiyyat nişanı xatırladığı qədəri ilə **-AA-*** olan xidməti avtomobillə gəlmişdir. Farizlə söhbət zamanı ona bildirmiş ki, “bilirəm ki, sənin bu yanğın hadisəsi ilə əlaqən yoxdur, məsələni aydınlaşdırmaq üçün həmin Anar adlı şəxslə görüşək və həqiqəti müəyyən edək”. Həmçinin Farizə demişdir ki, “sənin də övladın var istəmirəm ki, sənə böhtan atılsın”. Fariz ona aqressiv şəkildə heç kimlə görüşmək istəmədiyini bildirmişdir. Bu söhbətdən bir neçə saat sonra Fariz özü ona zəng edib, danışmaq üçün onu UPD qəsəbəsində yerləşən “Üç Qardaş” çay evinə dəvət etmişdir. O, oraya gedib Farizlə görüşmüşdür. Söhbət zamanı Fariz özü ilə gətirdiyi mobil telefonu masanın üzərinə qoyub, ondan soruşmuşdur ki, “mənim balama nə etmək istəyirsən, ona nə olacaq”. Farizin bu sözlərindən sonra o, təəccüblənmiş və hesab etmişdir ki, Fariz provokasiyaya əl ataraq, onun səsini mobil telefonu vasitəsi ilə qeydə almaq istəmişdir. Farizlə söhbətləri alınmamış və o, həmin çay evini tərk etmişdir. Bir neçə gün sonra qardaşı Samir yanğın məsələsini aydınlaşdırmaq məqsədi ilə Taleni öz evlərinə dəvət etmişdir. Tale gəldikdə orada o, qardaşı Samir və sonuncunun qayınatası Eldəniz birlikdə olmuşlar. Taledən xahiş etmişlər ki, Anar adlı şəxslə onları görüşdürsün. Tale Anara zəng edib, sonuncunu dəvət etsə də, bundan imtina etmiş və “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışa biləcəyini bildirmişdir. Bundan sonra Tale Anara görüntülü zəng etmiş və onunla danışmışdır. Onlar arasında olan danışığı qardaşı Samir qeyd etmək üçün kənardan mobil telefonu vasitəsi ilə çəkməyə başlamışdır. Tale ilə Anar arasında olan söhbət zamanı Anar etiraf edərək doğurdan da Samirin evini yandırdığını, həmin evin həyətinə qarajın damı ilə daxil olduğunu, həyətdən isə hamamın içi ilə qaraja girdiyini bildirmişdir. Həmçinin Anar demişdir ki, hamamın qapısı açıq olmuş, o qaraja daxil olduqdan sonra orada “Mercedes” markalı avtomobili görüb, özü ilə gətirdiyi bir plastik şüşə benzin məhlulunu həmin avtomobilin alın şüşəsinə və yarımaçıq qalmış şüşələrindən içəriyə töküb, daha sonra qarajın mətbəxindən tapdığı kibritlə avtomobili yandırmışdır. Bundan sonra oradan güclə qaçdığını demişdir. Anar həmin evi yandırmaq üçün Farizdən 500 manat pul aldığını, lakin ona vəd verilmiş qalan 500 manatı ala bilmədiyini etiraf etmişdir. X14 qarajda olan “Niva” markalı avtomobilə məxsus ehtiyat hissələrini özü ilə götürməyini tapşırmışdır. Lakin güclə qarajdan çıxdığından buna müvəffəq olmamışdır. Onlar Anarın sözlərinə inanmışlar, ona görə ki, həqiqətən də evin qarajına gedən yol hamamdan keçir, hamamın qapısı açıq olur. Həmin vaxt qardaşı Samir demişdir ki, Anar adlı şəxsi tanımır, həmin şəxs onun evində heç vaxt olmamışdır. Necə ola bilər ki, Anar evin həyətini və qarajı olduğu kimi təsvir edə bilsin. Həmçinin Samir bildirmiş ki, o yanğından qabaq iş yerindən Farizlə şərik olduğu “Niva” markalı avtomobilin ehtiyat hissələrini gətirib, qaraja yığmışdır. Anarın həmin ehtiyat hissələrinin orada olduğu barədə deməsi bir daha sübut etmiş ki, o həqiqətən də evi yandırmışdır. Bundan sonra onlar qohumları ilə Farizin etdiklərini bir yerdə müzakirə etmək qərarına gəlmişlər. Bu məqsədlə digər qohumları da Göyçay rayonundan Eldənizin evinə gəlib məsələni aydınlaşdırmağa çalışmışlar. Həmin vaxt evə Farizin atası Mübariz, dayıları və özü gəlmişdir. Onlar tərəfdən isə atası Yasər, qardaşları Səbuhi də gəlmişdir. Məsələni aydınlaşdırmaq məqsədi ilə Taleni və “Surxay” ləqəbli NZS qəsəbəsində yaşayan Şahid3 Farizin atası maşınla gedib oraya gətirmişdir. Sənanın adını da Anar öz danışığında qeyd etmişdir. Orada onlar Taledən olanları soruşmuşlar, sonuncu isə gördüklərini bir daha deyərək təsdiq etmişdir. Qohumları bu sübutlar qarşında Farizə heç bir söz demədən evi tərk etmişlər. Farizin dayısı Maqsud isə Farizə “get cəzanı çək” demiş və oranı tərk etmişdir. Təxminən 2020-ci ilin iyul ayında eşitmişdir ki, Fariz Talenin avtomobilini yandırmaq istəmiş, bundan sonra onlar mübahisə etmişlər və Tale Farizə bıçaqla xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı başqa məlumatı olmamışdır. Həmin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə görüntülü danışıqda əsas məqsəd həqiqəti müəyyən etmək olmuşdur. Onun qohumluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 böhtan atmaq üçün heç bir səbəbi olmamışdır. Əgər qardaşı Samir və sonuncunun qayınatası Eldənizin Farizə böhtan atmaq niyyətləri olsaymış ev yandığı gün FHN-in əməkdaşlarına şikayətlərinin olmamasını deməzlərmiş. Onlar Farizə böhtan atmaq istəsəydilər yanğın günü Farizdən şikayət edərdilər. Bu söhbət isə yanğından təxminən 2 il keçdikdən sonra ortaya çıxmışdır. Ona dəqiq məlum olmasa da hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 Farizgildən evi alan zaman ABŞ dollarının kursu dəyişmişdir. Bu onlara sərf etməmişdir. Hətta bir müddət Samir aldığı evi onlara qaytarmaq qərarına gəlmişdir. Lakin sonradan mübahisə həll olunmuşdur. Şahid3 məhkəməyə ifadə verib, baş vermiş yangın hadisəsi ilə bağlı bildirdi ki, Fariz ondan Anarın mobil nömrəsini istəməyib, o, Farizə və yaxud Anara nömrə verməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini polisin təzyiqi və təsiri nəticəsində üzərində “Al” marketlə bağlı iş oldğu üçün məcburiyyətdən verdiyini göstərmişdir. İfadəsinin sonunda ondan heç kimin nömrə istəmədiyini, kiməsə nömrə vermədiyini, ümumiyyətlə baş vermiş yanğın hadisəsindən məlumatlı olmadığını bildirmişdir. Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, qeyd etdiyi ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və fərdi əməklə məşğul olmuçdur. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Veqa” mebel salonunda satıcı işləmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımışdır. Farizlə birlikdə 194 saylı orta məktəbdə paralel siniflərdə oxumuşlar. Fariz əvvəllər Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Onların yaşadıqları ev isə həmin evin qonşuluğunda yerləşir. Onlar ailə üzvləri ilə Farizgilin yaxın qonşuluq münasibətləri olmuşdur. Təxminən 2017-ci ilin əvvəllərində Fariz və ailəsi həmin evi öz qohumları olan Zərərçəkmiş şəxs1 satmışlar. Samir özü də onların məhəlləsinin yaxınlığında qayınatası Eldənizin evində yaşamışdır. Samir həmin evi Farizgildən alsa da orada yaşamışdır. 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində yaşadığ evdə olarkən ailə üzvləri ona bildirmiş ki, qonşuluqda yerləşən Samirin yeni aldığı evdən partlayış səsləri gəlir. O və həmin vaxt evdə olan qardaşı Şahid3 birlikdə küçəyə çıxmışlar. Orada olarkən Samirin evinin qarajının yandığını görmüşdür. Qarajın darvazasından tüstü çıxmışdır. Yanğın barədə dərhal FHN-in qaynar xəttinə zəng edib, məlumat vermişdir. Həmçinin Samirə zəng edib, evinin yandığını bildirmişdir. Bir neçə dəqiqə sonra Samir özü də oraya gəlmişdir. Bundan sonra yanğın yerinə FHN-in əməkdaşları gəlib, yanğını söndürmüşlər. O isə qardaşı ilə birlikdə yaşadığı evə getmişdir. Samir özü ona vaxtında məlumat verdiyi üçün təşəkkür etmişdir. Çünki, evin qarajı və bir hissəsi yanmışdır. Digər hissələri isə salamat olmuşdur. Daha sonralar Samir özü ona demişdir ki, FHN-in gəldiyi qənaətə görə yanğına səbəb evin qarajında saxlanılmış Samirin qayınatası Eldənizə məxsus “Mercedes” markalı avtomobilin naqillərində baş vermiş qısaqapanma olmuşdur. 2019-cu ilin təxminən mart ayında Samirin qayınanası Sədaqət onların yaşadıqları mənzilə gedib, anası Safura ilə söhbət edərkən bildirmişdir ki, belə bir məlumat eşitmişdir ki, qardaşı X26 adlı şəxsin mobil nömrəsini verib, onları görüşdürmüşdür. Bundan sonra Fariz pul verib, Samirin evini Anara yandırtdırmışdır. Samirin qayınanası Sədaqətin dediyi sözlərdən sonra evlərində söz-söhbət yaranmışdır. Bundan sonra o, qardaşı Sənanla yanğın barəsində söhbət etmiş və sonuncu yanğın hadisəsindən bir neçə gün əvvəl Farizlə görüşdüyünü, həmin görüşdə Farizin xahişi ilə sonuncuya Anar adlı şəxsin mobil nömrəsini verdiyini bildirmişdir. Həmçinin bildirmiş ki, Fariz, qardaşı Sənan və Anar birlikdə görüşmüşlər, Fariz Anarı kənara çəkib, danışmışlar. Qardaşı Sənanın isə onların öz aralarında nə danışdıqlarından xəbəri olmamışdır. Qardaşı səmimi olaraq ona demişdir ki, Samirin evində baş vermiş yanğın hadisəsi barədə heç bir məlumatı yoxdur. O, qardaşı Sənanın sözlərinə inanmışdır. Qardaşı Sənanın yanğın barədə əvvəlcədən məlumatı olmamışdır. Çünki həmin yanğın baş vermiş ev faktiki olaraq onların yaşadıqları evə bitişikdir. Əgər vaxtında yanğın ailə üzvləri tərəfindən aşkar edilməsəydi, yanğın onların evlərinə də keçə bilərdi. Yanğın vaxtı Sənan və digər ailə üzvləri yaşadıqları evdə yatmışdır. Bir neçə gündən sonra Farizin valideynləri Mübariz və Asudə onların evilərinə gəlib, yanğın hadisəsi barədə söhbət etmişlər. Həmin söhbət zamanı da onlar demişlər ki, Anar Samirgilə bildirib ki, Farizin sifarişi əsasında Samirə satdıqları Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin qarajını içərisində saxlanılmış avtomobillə birlikdə yandırmışdır. Farizlə Anarı isə qardaşı Sənan calaşdırmışdır. X22 mobil nömrəsini vermişdir. Qardaşı Sənan isə Farizin valideynlərinə bildirmiş ki, Farizin istəyi ilə sonuncuya Anarın mobil nömrəsini vermişdir. Onlar arasında olan söhbətlərdən heç bir xəbəri olmamışdır. Həmçinin yanğın hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin yanğın hadisəsi barədə başqa heç bir məlumatı olmamışdır. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər NZS qəsəbəsində yaşamışdır. Onunla yaxın münasibətləri olmasa da, sonuncunu tanımışdır. 2017-ci ilin oktyabr ayında qardaşı Şahid3 istifadəsində hansı mobil nömrənin olmasını uzun müddət keçdiyindən xatırlamamışdır. Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun oğludur. Təxminən 2003-cü ildən 2012-ci il tarixdək olan müddət ərzində ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşamışlar. Daha sonra qeyd etdiyi ünvan 10 ünvanına köçüb, kirayə yaşamağa başlamışlar. Yanğın hadisəsi ilə əlaqədar bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 09 fevral 2021-ci il tarixdə cinayət törətdiyinə görə hüquq-mühafizə oqranları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, oğlu Anar əvvəllər NZS qəsəbəsində onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsin sifarişi əsasında həmçinin qonşuları olmuş sonuncunun qohumu Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus evin qarajını içərisində olan avtomobillə birlikdə yandırmışdır. Belə ki, oğlu tutulduqdan sonra o, əvvəllər yaşadığı NZS qəsəbəsinə getmiş və orada yaşayan qonşularla söhbət apardıqdan sonra ona bildirmişlər ki, Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 1.000 manat məbləğində pul təklif edərək Samirin evinin qarajında saxlanmış sonuncunun idarə etdiyi avtomobili yandırtmışdır. Həmçinin ona məlum olmuşdur ki, oğlu Anara avtomobili yandırmaq üçün benzini Təqsirləndirilən şəxs2 vermişdir. Lakin Təqsirləndirilən şəxs2 oğlu Anara pul verib-verməməsini bilmir. Bununla bağlı başqa məlumatı yoxdur. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təklif etdiyi pul müqabilində oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evin qarajındakı avtomobili yandırmasını bütün NZS qəsəbəsinin sakinləri bilir. Bunu konkret şəxsdən eşitməmişdir. Oğlu Təqsirləndirilən şəxs1 ona yanğın hadisəsi barədə heç bir şey deməmişdir. Məhkəmədə iş üzrə əlavə şahid qismində dindirilmiş X5 ifadə verib göstərdi ki, 27 oktyabr 2017-ci il tarixdə gecə Anarın «Surxay» ləqəbli Sənanla evə gəldiyini, evdə «Partladı, məni belə tulladı» və sair deyib gülüşürdülər. Baş vermiş yanğın hadisəsi ilə bağlı söhbətlərdən belə məlum olmuşdur ki, güya Fariz Anara evi yandırmaq üçün sifariş vermiş, Anar da evi yandırmışdır. Anarla Eldənizin vatsapla videogörüntülü danışıq zamanı Anar ona bu hadisənin baş verdiyini bildirmişdir. Sonra Anar onun yanında telefonda Farizlə danışmış, Farizə, «məni tutdurmaq istəyirlər. Mən Azərbaycandan qaçmaq istəyirəm, mənə pul lazımdır» demişdir. Daha sonra özünün də telefonda Farizlə danışdığını, Fariz belə bir hadisənin olmadığını bildirmişdir. Məhkəmədə iş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadə verib göstərdi ki, o, cinayəti görməmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı bildirdi ki, Təqsirləndirilən şəxs2 atası dayısı ilə onların evinə getmiş, Tale adlı şəxslə onları görüşdürməyi xahiş etmişdir. Buna qədər Zərərçəkmiş şəxs1 xahişi ilə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Tale ilə görüşdüyünü, söhbət zamanı Tale ona evin Farizin yandırdığını və nə vaxt lazım olsa sübut edəcəyini bildirmişdir. Bu söhbəti Farizin atası və dayısı bilib, məsələni aydınlaşdırmaq məqsədi ilə onlara getmişlər. Taleə zəng vurub görüş təyin etmiş və axşama evdə görüşməyə razılaşmışlar. Evdə baş vermiş söhbət zamanı Farizin verilən suallara başını aşağı salıb cavab vermədiyini göstərdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də tədqiq etmişdir. İş materiallarında olan Azərbaycan RespublikasıFövqəladə Hallar Nazirliyinin, X12 Xidmətinin 10 noyabr 2017-ci il tarixli X15 görünür ki, hadisə yerinə baxışdan, alınmış izahatlardan belə güman etmək olar ki, yanğına səbəb avtomobilin elektrik naqillərində baş vermiş qisaqapanma olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş telefon danışıqlarına qulaq asılmasına dair məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 adlı şəxsin adına olan ***-***-**-** mobil nömrəsini istifadə edən şəxslə 11 noyabr 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində çox saylı danışıqlar aparmışdır. Bunda başqa 18 oktyabr 2020-ci il tarixdə saat 11:46:10 saniyədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 adına olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir: Həmin danışıq zamanı Şahid3 adlı şəxsin adına olan ***-***-**-** mobil nömrəsini istifadə edən şəxs Təqsirləndirilən şəxs2 Xətai Rayon Polis İdarəsindən çağırıldığını bildirir, onun mobil nömrəsini polisə Təqsirləndirilən şəxs2 verib-verməməsini soruşur və telefonunu söndürüb, getməyəcəyini bildirir. Həmçinin Farizə təklif edir ki, nə danışıldığını bilmək məqsədi oturub söhbət etsinlər. Həmin danışığı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində olarkən həyata keçirmişdir. Telefon danışıqlarına qulaq asılmasına dair məlumatlara baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş, 01 ədəd, markasız, üzərində “101-234m” yazısı olan “CD” diskin daxilindəki “66662_Zəng Statistika (Qarşı Abunə)-**********06” adlı fayla tərəfimdən baxış keçirilərkən müəyyən olunmuşdur ki, 27 oktyabr 2017-ci il tarixdə saat 01:26:24 saniyədə Təqsirləndirilən şəxs2 “Baki sheh. Xetai ishini. Babek kuchesi 268” adlı anten əhatə dairəsində olarkən istifadəsində olan **********06 mobil nömrəsinə “Baki sheheri, Khatai rayonu, Z.Yusifov kuchesi 41” adlı anten əhatə dairəsində olan və İsmayıl Quliyevin adına olan **********01 mobil nömrəsini istifadə edən şəxs tərəfindən zəng daxil olmuşdur. Bundan başqa 27 oktyabr 2017-ci il tarixdə saat 00:34:30; 00:35:50 və 00:38:04 saniyələrdə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 mobil nömrəsinin “Bakı şəh. Səbail ray. Neftçilər küçəsi 65. Şenqli petrol şirkəti (Çin şirkəti). Əl oyunları sarayının yanı.” adlı anten əhatə dairəsində istifadəsi qeydə alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş, 01 ədəd üzərində “101-234m” yazısı olan “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “CD” formatlı diskin daxilindəki “VİD-20200816-WA0017” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntüdə bir neçə nəfər şəxs masa ətrafında əyləşib, mobil telefon vasitəsi ilə bir nəfər şəxslə görüntülü şəkildə danışıq aparır. Çəkiliş isə kənardan aparılır. Görüntüdən heç bir səs eşidilmir. Həmin fayla baxış zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid1 və Şahid5, Təqsirləndirilən şəxs1 bildirmişlər ki, həmin görüntülü danışıq “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onlar arasında aparılır. Həmin danışıqda səs eşidilməsə də, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evin qarajında saxlanılmış “Meredes” markalı avtomobili Təqsirləndirilən şəxs2 sifarişi əsasında yandırdığını etiraf edir. İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd markasız “CD” diskin daxilindəki “AUD-20200910-WA0011” adlı fayla baxış keçirilərkən müəyyən olunmuşdur ki, İ səs- Yoxe qardaş mən onların yanına gedirəm Eldəniznən də görüşürəm. O Kamil vare oların şeyi onnan görüşürəm. Olar deyir ki, Fariz min manat Anara min manat danışıb Anarnan Surxay vare Cəlalın oğlu Anarnan Surxaynan min manata danışıb Eldənizin evin yandırıbdır. Deyir olar. İİ səs- Sənin qadanı alım min min manata ev yandırırlar? Sənin başına dönərəm boş boş söhbətələrdi. Heç olmasa elə bir söz deyin ki min manata heç bu dəyqə quş vurmurlar. Sənin başına dönərəm mən. Boş söhbətdi Farizdən obyekt tikiblər neyniyiblər. Farizi mən on il bunnan qabaq görmüşəm. On il bunnan qabaq. Bəlkədə hələ çox. Boş söhbətdi. İ səs- Yoxe mən rahat olmaq istəyirdim ki, çünki mən səni tanımıram bir şey eləmirəm. yəni ev də yiyəsiz deyil də. bunu Kamil deyir Eldəniz deyir onun arvadı deyir. Yəni bu şeylərin hamısının. Mən də deyirəm ki o gündə söhbət olanda Taleh gəlmişdi ora deyir belə belə anası da gedib, Anarı sənin üzünə durğuzurlar. deyirəm bu kişi eləməyibsə o məsələn şəxsiyyətli insan üzə yalannan durmur da eliyibsə gedsin dursun qardaş başına dönüm gedsin dursun. Mən heç nə demirəm. İİ səs- Taleh deyib ki üzə durur? İsəs-hə İİ səs- denən hələ bu nə söhbətdiye eliyirsən məni tanımırsan. Üzə durmağa .. İ səs- Hə də mən də deyirəm ki onlara, deyirlər bizi polislə hədələyirlər. deyirəm bu kişi eliyibsə apar ver polisə. Mən əgər.. olsam Allah mənə qənim olsun. gedmiyəcəm onun dalınca. amma belə yığılışırlar ora. Əsas da bu işi təşkil eliyən Kamildi o ….. gələn vare o. nə bilim kürəkənin qardaşıdı nədisə. Təşkil edən odur ki, bu qohumları ..... edən odu. hamı bir birinən üz gözdü. Yəni bu hadisəyə görə. bir dənə elə mən çoxdan o şeyə də dedim ki, yəni qardaş başına dönüm o kişi desin ki, mən yəni Surxaynan pul alıb Farizin evin yandırtdırmışam. mən də sənin evini də nə bilim dilənim dolanım qohum əqraba yığışaq sataq nəyimiz varsa nə bilim evimizi sataq, tikdirək evini. Yoxsa nə istəyirsən bizdən sən.? Əl çək də daha. İİ səs- Yoxe işi kiminsə üstünə yıxıb evin tikdirməsin. O orda rahat otura bilməz. biz kiminsə üzünə duran oğlan deyilik. Allaha and olsun bizi yaxşı tanıyırlar. Mən Farizə yalandan durub naxalqa eliyim ki, sən mənim.. adama deməzlər ki ə min manata sən ev yandırannansan? İ səs- Ə yoxe bacım yeznəm də deyir ki, o Surxaygilnən Cəlalgilnən olarda NZS də yaşayıb xeyirimiz şərimiz olub yəni hər şeyimiz bir olub. Mən nətər gedib qardaşımın evini yandırtdıra bilərəm. İİ səs- yoxe bura azərbaycandıye burda elə şeyi eliyən yoxduye. İ səs- Hə İİ səs- Allah bilir nətər olub yanıbdır qəza zədədi baş verib. Sən kiminsə üstünə yıxmalı deyilsən ki bunu. İ səs- Mən də deyirəm kişisən, əgər sənə evi tikdirmək lazımdırsa qardaşındıda məhlədə yeznəmdi. denən qohum əqraba mənən kömək eliyin. Mən də düşüm qohum əqrabadan kimin nəyi var .. eliyim gətirim ona evi tikdirməyə kömək eliyim. Amma belə bu boydanan şeyi ayıbı biyabrçılığı. Mən nətər sənin qapına gəlim ki, yaxşı mən sənin evini tikdirirəm? Elə belə qohum kimi denən yəni yığaq sənə pul verək tikdirək. O Kamil də çalışır ki sənnən Surxayı... nə bilim deyir buların belə işi var elə işi var ki bu bunlar danışıb. Keçən dəfə Fariznən olan söhbət olub. Bandit mandit söhbəti. Onu Eldəniz edib. Özü də poda adamlar da olub. Deyib ki, Sədqatədə Eldəniz sənin nəyinə lazımdır. Buna da deyiblər ki sən çıxıb Cəlalın oğluna deyərsən Samiri belə edərlər elə edərlər. Nə bilim belə olub. belə gedir söhbət. bu bu yəni qalmışıq ... Allah köməyi olsun sənlə siviyaza çıxdım. sən dedin .. mən də rahatdaşdım. Yoxsa belə qalımışıq da. Qohum əqraba üz göz olub. Bu oğraş da hər vasitə ilə adam durğuzub şey eliyib ba belə belə hərəkətlər eləmək istəyir. Mındar mındar hərəkətələrə eləmək istəyir. İİ səs- qardaş sənin qadanı alaram onnan it qurd söhbəti eləmiyəcəklər sənlə .... rasiyadan gəlmisən hardan gəlmisən. Hara ürəkləri istəyir görüşək oturaq söhbət edək. Mən onlara deyim ki, camaatı nəyə. Camaata ev tikdirmək istəyirsiz siz? yəni mən heç Farizi 10 il bunnan qabaq görmüşəme. tanımamışam. O düzgün həyat yaşayan oğlan olub da . Mən belə görmüşəm İ səs- Hə, bizdə nə adam tutdurmaq mən də ona o Kamili düzün axtarsan mən vermək istəyirdim şeyə banditliyə ki yəni aparıb məşğul olsunlar da olar tərəfdə elə şeylər ola bilir, bizim tərəfdə yox. Getdim şey vare Cəlal. Cəlalı tanıyırsan? Surxayın atası. Mən Cəlalnan söhbət elədim kim heş kəsin həyatına ora içəri getsə bu birisilərin də ....aparacaq da. Mən onu bir dəfə gördüm orda. onun sifətinə bələdəm də yəni onun tırkanı qoyanın hamısı Eldənizə də Sədaqətə də. Ordakı adamların hamısına. yəni riqurovka verən odu. Yəni Kamildi. Hər vaistənən bunu üzünə adam duğuzmaq mı, yükləmək kim bu evi tikdirmək. Başqa bunların amalı yoxdu ki evlərin nə cürə tikdirsinlər. Amma biz qohum əqraba olsa idik. Evlərin necə olsa desə idi ki mənim gücüm çatmır evi tikdirməyə. Lap desə idi ki yalannan yaşamağa evim yoxdur. 9 çeşmədə evi bu yanda var da. Bularda üzə durmaq var da. o şeydə Kamildə zadda. Yəni desə idi biz dilənərdik dolanardıq. Qohum əqrabadan axı yığışardıq 50 manat 100 manat axı nə bilim 5 manat 10 manat nə toplsa idik aparıb verərdik. Mən indi haq nahaq yerə sənin danışığından da hiss eliyirəm ki, yəni insan adam başqa şeydidə. Yalanı sən də yemirsən də, yəni mən yalannan gedib kimisə üzünə durursan insanın öz içindən özünə sual verən yeri var da yəni mən bunu elədimsə də o kişilik qürüru adamı qoymur axı onu yiməyə düz deyil? İİ səs- Elədi, elədi İ səs- Hə də bu İİ səs- Allaha and olsun İ səs- Hə İİ səs- Birinci Fariz olmuya mənə kimsə bu şeyi təklif eliyə İ səs- Hə İİ səs- Birinci Fariz olmuya mənə kimsə bu şeyi təklif eliyə birinci onu eləmərəm ikinci də eləsəm. Allaha and olsun kiminsə üzünə duran oğlan deyiləm İ səs- Hə İİ səs- ikincisidə ki Fariz o temalarda yoxe vabşe iki gün bunnan qabaq görüşmüşük. Allaha and olsun gülüncdü ki iki min manataq görə kimsə gedin nəsə edər. Boş söhbətlərdi. İ səs- Həəə İİ səs-... ... .. ortalıqda uşaqlar deyirlər ki bizim adımız hallanır .. belə işlərnən zadnan məşğuldur. Yəni mən Farizi elə tanımıram. O söhbətdə gələndə dedim o elə uşaq deyil axı onu niyə adın .. guya biznən nəzə söhbət eləyib. Boş söhbətlərdi kişi. Rahat danışın olarnan. Məni çağırıb eləsələr, rahat söhbər eliyərəm olarnan. Mən bilirəm ortaya çıxardan deyirlər Talehdi Allaha and olsun yəni mən elə yerlərnən siviyaz yaratmışam ki, olduğu yerdə onu götürəcəklər deyəcəklər ki bala sən niyə camaata şər atırsan ? İ səs- Oları götüzdürmək mənim əlimdə iki vur ikidir. Mən bir qohumçuluqda peşmançılıq yaratmaq istəmirəm, birdə ki çujoy paxmel kimisə aparım şey eləməyə. Bi dənən Kamili bilirəm ki, bu şeyləri evdə də çöldə də hər şeynən .. eliyən budur. İİ səs- Həə bildim İ səs- Bildin? Ona görə mənə Allah köməyin olsun sənnə siviytaza çıxdım sən də bunları mənə dedin bir az ürəyim rahatdaşdı mənim. İnsan çiy süd əmib də Farizi aparıb .. yox ki salam olar eləyib eləməyib. İndi sən mənə nə boyda rahatlıq verdin bu danığnan. And olsun Allaha elə bir anadan indi oldum. əmin oldum da Allah sənin həyatda nə işlərin var hamısını avand eləsin. İİ səs-Sag ole İ səs- Lazım olsa mən sənnən siviyaza çıxıb görüşərəm. İİ səs-İnşallah inşallah Allaha and olsun Fariznən o temalar da boş söhbətdi indi bilmirəm niyə atıblar neyniyiblər İ səs- Ancaq o gedə vare o oğraş Kamil İİ səs-Hə həə İ səs- Ancaq bu söhbətlərin hamısını mutid eliyən odu. İİ səs-Hə hə bildim İ səs- Hə O Taleh də deyir ki guya sənnən Farizinin nəsə pul söhbəti olub. nə bilim belə mən onun yanında olmuşam nə bilim nömrəvi mən vermişəm. sən guya puluvun qalanın çatdırmamısan. Belə belə söhbətələr eliyir o da deyir ki gedib sənin üzünə duracam. Bacımgildə gedib ora Talehgilə guya deyib ki orda Anaraı döymüşəm. Leşini atmışam nə bilim belə eləmişəm. Təzədən Surxayı soruşur. O Surxay vare Surxay yoxdu. İİ səs-Kim döyübdü? Taleh guya məni döyübdü İ səs- Həəəəə İİ səs-Allaha nad olsun Taleh bizim yaşayışımıza bələddir. Taleh məni iki yüz metrdən görəndə Bismilah eliyən oğlandı. Onu imenni o sözünə görə palçat eliyəcəklər. Allaha and olsun İ səs- Hmmm İİ səs-Sağlıq olsun indi mən Talehnən danışaram. deyərəm ə sənin başın qaçıb. Sən vabşe risq edib əl ata bilərsən ki, hələ məni döyürsən İ səs- Hə hə. Belə bir də ki biz Surxayı soruşduq ora gedəndə mən heç Talehi tanımırdım dedi kimsən? Farizin üzünə duracam. Taleh gələndə mən nə bilim kimdi insandıda oturub. danışdı. Mən də özümə lazım olan şeylər götürdüm, ona çox üstünə getmədim dedi ki video zaps var qoy ortalığa. Dedi ki Anardan görüntülü mən siviyaza çıxa bilərəm. Dedim çıx siviyaza camaatın içində dedi yoooo sənə bu dediyim şeylər bəs eləmədi. Saznatelni adamları indi mən onun dilinən danışa bilmirəm də. Başa düşürsən hər insanın özünün danışıq tərzi var. Mən o temada onun kimi natiqliyim yoxdu. Mənnən onnan lazım olan o sözü dedi ki dedi Anara Fazin nömrəsini mən vermişən. Sənnən pul istəyib. belə dedi sən də belə dedin nə bilim belə belə də söhbətələr oldu guya sən bu Fariz sənə ev zakaz eliyib. 500 manatı verməyib. Gah deyib 150-sini verib 250-sini verməyib heç bir sözü də üst üstə düşməyib. İİ səs-Ə boş söhbətdiye day-day Allaha and olsun İ səs- hə hə İİ səs-Gülməli söhbətlərdi bunlar mənə gülməli gəlir 300 mant 500 manat And olsun Alaha mən bir dənə sənnən telefonla danışdım çox rahatdaşdım da. Mən o Kamili məslən tullatdırıb içəri onu şey eliyərəm, içəri girən kimi o yalandan da olsa hamısın sürütdürəcək. Onun dərdinnən mən onu elətdirmədim. İİ səs-Hə bilirəm. Belə də Farizi indiyənən kimi necə tanımısansa düzgün ülə elədə tanı. Allaha and olsun Fariz yaxşı uşaqdı. O öz halal çörəyini qazanandı. onnan belə temalarda utanaram. nə o mənnən gəlib elə söhbət edər nə də mən onnan. O elə uşaq deyil. İ səs- Qardaş Allah sənin ölənlərinə rəhmət eləsin. Mən səni tapıb. Sənnən görüşəcəm. Yəni sənən təşəkkür edəcəm İİ səs-Allah köməyin olsun ağsaqqal İ səs- sag ol İİ səs- sag ol Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin səs yazısında İİ səs ona məxsusdur. Həmin danışıqda o, Təqsirləndirilən şəxs2 adını bilmədiyi qohumu ilə söhbət edir. Həmin şəxs odan yanğın hadisəsində Təqsirləndirilən şəxs2 günahının olubolmamasını soruşur. O isə Fariz Yusifvon ailəsində söz-söhbətin yaranmaması üçün həmin şəxsə yanğın hadisəsinin qəsdən törədilmədiyini bildirir. Həqiqətdə isə ifadəsində qeyd etdiyi şəraitdə yəni, Təqsirləndirilən şəxs2 sifarişi ilə fərdi yaşayış evinin qarajında saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili yandırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd markasız “CD” diskin daxilindəki “VİD_20190922_003828” adlı fayla baxış zamanı müəyyən olunmuşdur ki, İ səs- Alo İİ səs- Alo İ səs- Salam əleyküm, Kamil necəsən İİ səs- sag ol İ səs- tanıdın kimdi İİ səs- yox .. İ səs- Anardı, Naxçıvanlı İİ səs- hə İ səs-Anardı Anar İİ səs-Anar kimdi qardaş İ səs- Taleh nə bilim səninlə danışıb nə deyib, nə demiyib bilmirəm İ səs-alo İİ səs-Deyirəm Taleh səninlə nə temalar danışıb Anar Naxçıvanlı, Elvinin qardaşı İ səs- Hə Hə bildim qardaş, salam İİ səs - Əleykümə salam İ səs-yaxşısan İİ səs - sag ol, Allah canıvı sag eləsin İ səs- Qardaş, bu nə məsələdir Naxçıvandan məni axtarırlar İİ səs - kim axtarır səni İ səs- kimə yazıb vermisiniz, onlar. Mənim prapisqam oradı ona görə İİ səs - sən hardasan indi İ səs- mən qəbələdə İİ səs - nə gayırmaq istəyirsən mənə zəng eləməklə İ səs- mən deyirəm, deyirdiz elə bir söhbət olmayacaq axı it qurd söhbəti. necə oldu məni axtarırlar İİ səs - nətər döhbət olmayacaq İ səs- it söhbəti nə bilim qurd söhbəti İİ səs - mən sənnənharda görüşə bilərəm İ səs- mənnən? İİ səs - hə İ səs- gəl Qəbələyə yeddi gözələ İİ səs - nə vaxt gəlim İ səs- elə indi dur gəl İİ səs - Bakıdan durum ora gəlim indi bu dəyqə? İ səs- hə bu dəyqə gəl orda qabağına çıxacam, maşının var sənin? İİ səs - yo yoxdu İ səs- Talehə denən götürsün gəlsin, talehnən də işim var mənim. Taleh mənə söz demişdi axı kəlmə demişdi. İİ səs - nə kəlməsi İ səs- hay hüy tema olmayacaq demişdi İİ səs - hay küy tema deyəndə yoxa çıxdın.. İ səs- yoxa çıxdın deyəndə ki, o söhbət nəsə söhbət vardısa bu söhbəti taleh eliyibsə Talehdən elə bu söhbəti sən istədə mənnən niyə istəyirsən. İİ səs - mən sənnən nə istəmişəm İ səs- istəmisən deyəndə ki sənin adınnan gəlib məni niyə axtarırlar İİ səs - kimin adınnan İ səs- sənin adınnan İ səs- Talehə deyirəm, taleh deyirki onlar vermiyibdi filankəs Eldəniz veribdi fərqi nədir ki? kim veribsə verilibdi tema sizin ailədən çıxıb da qardaşım məni niyə axtarırlar ki? ...... İ səs- mənə lazımdı .... İ səs- yo məni axtarmalı deyillər niyə axtarmalıdılar ki məni İİ səs - hə? İ səs- yo məni niyə axtarmalıdılar ki İİ səs -... yandırmamısan? İ səs- yo İİ səs - hə.. İ səs- onu kim yandırıb gedin axtarın tapın da İİ səs - niyə sən özün .. mən yandırmışam? İ səs- mən söhbət eləməmişəm İİ səs - eləməmisən? İ səs- yo mən dedim ki gəlim oturaq söhbət eləyəyk İİ səs - sən gəlmədin axı söhbət eləməyə İ səs- mən gəldim Taleh dedi ki mənnən söhbət elə onun söxü mənim sözümdü indi sənin sözüvü mən onnan eləmişəm taleh sənin sözünü deyib mənə İİ səs - talehnən ... Fariznən bir yerdə deyərdin ki belə belə şeylər olub.. düzü hərəkəti eləsə idin deyərdin İ səs- dostum mən Farizi tanımıram belə də Farizi götür gəl yanıma Fariz nəsə deyəcəksə mən Fariznən söhbət edəcəm. Qaldı belə Talehlə sənin sözüvə mən o sözü istəyirəm ki deyirdiz belə söhbət olmayacaq. Bu niyə olubdur. Bildin nətər? İİ səs -.. deyəndə ki qardaş bu boyda söhbət olub. Uşaq oyucağı deyile kişinin evi yanıb maşının yanıb.. Araşdırıb tapmalı deyilki kim deyib İ səs- gedin axtarın tapın da bə taleh danışanda ortalıqdan danışır nə bilim bütün oğruları qaldırır ayağa... Tapa bilmirdi? İİ səs - Mənim nömrəmi sənən kim verib bəs İ səs- Sənin nömrəni mən tapmışam da mən ürəyim kimin nömrəsini istəyir iki vur iki....tapıram İİ səs - Mənim nömrəmi heç kim bilmir nzs-də İ səs- Niyə? sənin nömrəvi heç kim bilmir? Sənin telefonunza zəng gəlmir, İİ səs - Mənim nömrəmi bir dənən taleh bilir İ səs- İndi taleh bilir ya Talehdən başqa heç kim zəng eləmir sənə? İİ səs - Yo hec kim zəng eləmir İ səs- Mən amma sənən səng eliyənnən almışam sənin nömrəni. Ola bilər sənnən zəng eləyib danışıb amma tək sənə Taleh zəng eləmir də talehdən də başqa adamlar da sənə zəng eləyir. Mənə hələ həmin adam.. İİ səs - Heç kim bu nömrəmi bilmir mənim İ səs- Hə bir dənə Talehnən siviyzadasan da telefonda hə? İİ səs - Bu nömrəynən bir dənə Talehnən danışıram İ səs- ə mənim sənin imenni bu sözüvə...belə eşidirsən? İİ səs - hə İ səs- mən Qəbələdəyəm gəl otur söhbət eliyək olar? gəl mən çıxacam sənin qabağına İİ səs -.. Bilmirəm də sabahlarım zəngləşək görüşək ürəyin harda istəyit orda görüşək İ səs- Ə mənim ürəyim istədiyi yer oradıda deyirəm gələmmirəm bakıya İİ səs - Sənin ürəyin istəyən yer.. gələ bilmirəm axı mən ora İ səs- Qardaş problem sənin problemindidə uje İ səs- Həm deyirsən ki mən diyən olsun həm də deyirsənki belə mən verdiyim .. sən gəl bildin nətər? İİ səs - Deyirəm sabahlarım görüşək gedək danışaq, söhbət eliyək də İ səs- Sən özün vare sən özün mənnən tək tək hardasa elə bil ki sənnən o sözü alıb sənnən o sözü alıb kişi kimi bir birmizə söz veririk təkbətək otururq söhbət eliyirik sonra bu söhbət olmasın da eldəniz verdi nə bilim kim verdi neter verdi. ikimiz harda istəyirsən sənnə görüşək söhbət eliyək. Elə bir dənən xod var, İİ səs - Problem deyil İ səs- Sənə mən nətər inanım İİ səs - Nətər inanasan? İ səs- Hə çünki bunnan qabaq da söz vermişdiz ona görə birinci danışıq deyil də İİ səs -.. Eləməmişəm birinci, sən vabşe mənim siviyazım olmayıb İ səs- Hə, nətər olmuyub İİ səs - Vabşe siviyazım olmuyub...nə də sinin yanında agzımnan söz çıxmayıb İ səs- Dostum, gör nə deyirəm onda taleh sənin adınnan yalan danışıb ki, sən filakəsnənə danışırsan? Əgər elə olubsa mən o hərəkəti sənnən gözdüyürəm də talehə qarşı hərəkətivi eliyərsən sənin adınnan danışıb. İİ səs - Nə danışıb ki Taleh mənim adımnan sənə? İ səs- Sən nə demisən ona. O da onu mənə deyib İİ səs - Nə demişəm ki mən ona? İ səs- İndi mən oturum telefonda söhbət eləmiyim də görüşək ikimiz. İİ səs -.. Haqqında çox söhbət eliyirlər. İ səs- Ə mənim haqqımda, eşidirsən mənim haqqımda. İİ səs - Mənim sənə qarşı sözüm olmuyub dilimnən nəsə söz çıxmayıb.... İ səs- Nə eşitməmisən hec nə mənnən? Mənim ağzımnan İİ səs - Sənin ağzınnan yox İ səs- Ay sag ol qulaq as deyirsən eşitməmisən bə niyə deyirsən ki sən deyilsən? Bə niyə naxalqa pirijivat eliyirsən ki iki dəyqə 3 dəyqə bunnan qabaq .... İ səs- Ə mənim qardaşımnan gedib söhbətivi həll eliyərsən bu mənim sözümdü sənən deyirəm. mən deyirəm sən mənnən danışmısan deyirsən ki yox danışmamışam. İki dəyqə bunnan qabaq deyirsən ki sənin ağzınnan belə belə bir dənə söz demisən. Mən də deyirəm ki deməmişəm. Bildin nətər? İndi mən deyirəm sən ... İİ səs - Hə İ səs- Ə ona denən sənin qardaşın mənən bu sözü deyir ki deməy sənin ona cavabdehsən də demək sən demisən o sözü İİ səs - Necə?! .. İ səs- Qaqaş mən həyatda hec kimə atviçat deyiləme, mən öz sözümə atviçatam. Mən deyirəm bu temanı nə Farizi tanıyıram. ... İ səs- Qulaq as mən nə Farizi tanıyıram Farizi belə bir 15-16 il bunnan qabaq görmüşəm. bildin nətər? kimsə kiminsə dalınca mənim adımnan kimsə söz deyirsə o onun öz qəmi kəmidi belə mən söz deməmişəm ki Fariz belədi. mən farizə belə telefonda siviyaz olubdu. İİ səs - Təmizsənsə bu söhbətdə nədən narahat olursan ki? İ səs- Yo mən narahat olmurame xeyir ola ki qardaş mən təmiz .. İ səs- Ay sag ol deyirsən ki təmizəm. xeyir ola ki mən təmiz ola ola məni naxçıvanda kimsə axtarır. İİ səs -.... Düzdü sən hec nədən narahat olma İ səs- Yoxe düzə niyə naxılqa pirijivat olunur ki, elə şey olur, .... İ səs- Bə niyə axtarırlar ki məni? İİ səs - Heç kəs danışmaz da. İ səs- Yo onda mənə nəsə olsa səni tanıyıram mən. Razısan? İİ səs - Problem deyil sənən heç nə olan deyil İ səs- Hec nə qaqaş ba sənin elə bil ki eşitdim də. sən özün dedin ki sənə nəsə olsa məni tanıyırsan. İİ səs -..Nəsə olsa sən hər şeyi kim nəsə qıraqdan eliyərsə mənim problemim yoxdu onnan mənnən sənin bu elədiyin söhbətə görə sənə hec nə olmaz. İ səs- Bu söhbətə görə yox. bu temada deyirəm ki eşidirsən? İİ səs - Sən qalan nəsə. min dənə problem eləmisən hoqqa çıxartmısan. İ səs- Eşidirsən? Birinci hoqqa çıxardan adam eşidirsən yaxşı adam olmaz. Telefon arxasındayıq danışığımızı bir birimizi gözlüyək. İİ səs - Ə mən də o mənada deyirəm də sən nə işlər görmüsən. İ səs- Mən heç bir iş görməmişəm. .... İ səs- qaqaş heç kim indiyənə kimi deyə bilməz ki anar hardasa işləyib. mən iş zad görüb eləmirəm. belə qaldı mən o bilmirəm. mənnən siviyaz eliyən. Pul təklif eləyib neyniyib mənə deyir ki gah 2 min verim neyniyim sən kiməsə naxalka at. O mənlik deyil eşidirsən o 100 mində gətirib versə. ... İ səs- Hələ sizin tərəf deyilibdir. əgər kimisə yıxmaq fikriniz var idisə çerez mənim adımnan yıxma İİ səs - Burda telefon danışığınan eləmisən .. ......... ... mən orda olmamışam İ səs- Kimsə sözünü demə də. Sən deyirsən bayaq sənə dedimki mənnən danışmısan? Görürsən yenə kiminsə deyirsən sən onu mənim ağzımnan eşitsən yenə başqa məsələ İİ səs - Eləməmisən də elə.. İ səs- Mənə elə təklif olunubdur. eşidirsən? Alınıb sizdən pul? İİ səs -..Mənə 10m manat kontur göndər. İ səs- Mənə deyiblər siviyaz elə. Demişəm konturum yoxdur mənə 10 manat kontur vurublar. İİ səs -..2000 Pul verilib bizə nakolka at nə bilim nə ğayır İ səs- Hə də siz tərəfdən mənə deyilib iki min demişəm ə bu nə söhbətdiye eliyirsiz iki min gətirim verim sən kiməsə. İİ səs - Sənnən o söhbəti kim eliyib? İ səs- Elə siz tərəfdən eliyib. İİ səs - Kim eliyibdə sənə . İ səs- Ə qaqaş deyəsən bir birimizi yaxşı tanımırıq.eşidirsən mən ad verən deyiləm sən ailəvin içindəsən bir yannan maraq elə sənə deyərlər kim deyib . mənnən niyə soruşursan? İİ səs -..Maraq eləsinlər? İ səs- Hə sən özününkülərdən maraq elə deyrələr sənə. Qaldı Talehə mən onnan özüm söhbət edəcəm. İİ səs - Pul istəmisən ki sənən onu eliyiblər də İ səs- Sənin o dediyin söz varaa sən elə bil ki ona cavab verərsən də. bildin nətər? kim kimə durduğu yerdə pul istəyər ki? İİ səs - Qardaş nə bilim yəqin siviyaz sən talehlə eləmisən. İ səs- Ə nə bilimnən olmur ki nə bilimnən olmur. İİ səs - Sən siviyazı Talehnən yaratmısan da burda. İ səs- mən heç Taleh. İİ səs- Sən bizim qardaşımıznan görüşməmisən nə eldəniznən görüşməmisən sənən kimsə gəlib deyib ki sənən iki min pul təklif olunur. İ səs- Hə mən də atqaz eləmişəm. İ səs- Verilibdi siz tərəfdən qulaq as lap sən tək dediyin kimi olunub yaxşı; İİ səs - Biz tərəflərdə elə bişərəf insan yoxdur. İ səs- Xoş sevindim halınınza qaqa gör nə deyirəm əgər o olunubsa o olunsan eşidirsən? Əgər o olunubsa sizdən pul çıxılıb? Vermnisiz iki min pul? ...... İ səs- Ay sag ol demək ki mən deməmişəm. əgər mən onu ses idim o pulu sizdən alardı. əgər alınmıyıbsa İİ səs - Bizdə elə şərəfsizlik yoxdur. İ səs- Təki olmasın mən də onu istəyərəm İİ səs - Hə elədi biz haqın yolunu bilən adamıq. .. kimisə yükləmək yox. İ səs- Ona görə qaqaş bu temada vara İİ səs - bu temada.. kimi əli varsa.əgət təmizsənsə rahat otur yerində İ səs- Sən mənə yer göstərmə yerində otur. mən ürəyim harda istəyir orda otururam. belə bir dənə sən hara istəyirsən sabah mən gəlim eşidirsən? Həmin fayla baxış zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin səs yazısında İ səs ona məxsusdur. Həmin xatırlamadığı tarixdə baş tutmuş danışıqda o, Zərərçəkmiş şəxs1 qardaşı Kamil adlı şəxslə söhbət edir. Həmin söhbəti əvvəlcədən qeydiyyata almışdır ki, qeydə alınan danışığı Təqsirləndirilən şəxs2 xahişi ilə ona versin. Çünki yanğın hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs2 qohumları arasında sözsöhbət yaranmışdır. Həmin danışıqda o, yanğın hadisəsinin qəsdən törədilmədiyini bildirir. Həqiqətdə isə ifadəsində qeyd etdiyi şəraitdə yəni, Təqsirləndirilən şəxs2 sifarişi ilə fərdi yaşayış evinin qarajında saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili yandırmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi danışıqlar qeydə alınmış 01 ədəd “Kodak” markalı, CD-R formatlı diskin daxilindəki məlumatlara baxış keçirilmiş və “AUD-20200707-WA0000” adlı fayl dinlənilərkən aşağıdakılar müəyyən olunmuşdur, 1-ci səs – mənim nəyimə lazımdıyey Samir kimdi, Taleh kimdi, falnkəs Anar kimdi, bilin kimdi, mən pulumu almışam qardaş getdim yandırdım, burda əsas işi görən adam sənsən Fariz bunu zakaz verən sənsən sən deməsən Anar niyə gedib onu yandırsın durduğu yerdə, Anara nə düşmüşdür Samirnən düşmənçiliyi yox, Eldəniznən düşmənçiliyi yox, Anara nə düşüb ki getsin oranı yandırsın. Sənin öz eviniydidə ****** cammatdan pul almısan cammat pulun istəyəndə pis olur 2-ci səs – mənəm 2-ci səs- hələ ***** gəlib ki, deyir şeyi vermirəm 400 manat hələdə qalıb orda başa düşdün nə qədər, deyir niyə deyir ki şeydi mənim deyir nivamın şeyləri zadı qalmışdı qarajda deyir onnarda yanıb, 1-ci səs-cammatın evi yanır maşını yanır sən niyə bunun zapçastını fikirləşirsən 2-ci səs- hə deyir şitim zadım qalıb orda nə bilim yanıbdır, 1-ci səs- qardaş sən indi bidənə gör bu adam nə qədər ***** adamdı kı öz əmisinin evini yandırır, bunun əmisi əmisi qızı bunun bacısı düşürdə 2-ci səs- hədə hə 1-ci səs-əmi qızıdıdaa, bir qandıda, bacısıdıdaa, sən bacıvın evin yandırarsan sən gör nə qədər şərəfsiz adamsan kı, səndə namus qeyrət deyilən bir şey yoxdur ku sən gedib öz bacıvın evini yandırırsan, bunların evində bilirsən necə olub, 2-ci səs- biyəm danışıb 1-ci səs-çağırıb evə gəlmiyənə kimi, bunlar çörək yemirlərmiş stola heç oturmağa qoymurlarmış ki, Fariz gəlsin, Fariz gəlsin Farizdə buna bunlara elədiyi yaxşılıq 2-ci səs- temada guya bilirsən nədi 1-ci səs-həə 3-cü səs-istiyib nə qədər istiyib ki ver qaytaracam 1-ci səs-yooyoox, bunlar tema elə olmuyubdu, Samirgil deməli pul verib saxlamağa 3-cü səs- hmm 1-ci səs- Farizgilə dollar veriblər, buda dollar qalxandaaa Samirgil deyifki pulu ver ev alacığıq, buda dedi pulu xərcləmişik, deyir bənətər xərcləmisən mən sənə pulu saxlamağa vermişəm, hə deybi hə yaxşı verərik bunlar gətirib köhnə kursnan verib, buna dollar yox manatnan veriblər uda deyib ə qardaş mən sənə dollar vermişəm, mənim dollarımı qaytar dala mən ev alacam deyib ev alassan gəl bizim evi sataq bizim evi al, deyib ə mən sənin evini istəmirəm də gedirəm özümə başqa ev alım, nəysə deyib pulumuz yoxdu, deyib ə pulunuz yoxdu, yox makler gətiriblər, qiymət hesablıyıblar məsəl üçün deyirəm aa, bilmirəm indi nə qədər deyib, məsəl üçün makler deyib otuz minə bunlar deyib ə yoxe otuz min azdı 2-ci səs- əə deyib otuz..... 2-ci səs- otuz üç min məsəl üçün bu da çıxardıb, üş min də əlavə pul verib, Samirdə bunlara əlvə üş min pul verib, bunlarda onlardan abijni düşüb ki, bizim evimiz əlimizdən çıxdı, evimizi aldılar, 2-ci səs- hmm də xəjdəmisiz də onu 1-ci səs- başa düşdün bunlar irad bildirib, cammat sənə pul verib 2-ci səs-qaqaş bunlar tutublarda qaqaş bunlar tutublar bəlkə deyirsən pulu xəjdəmiyiblər 1-ci səs- aaa indi bilmirəmdə günah babalı öz boyunlarına qaqaş ə ***** də bunu sənə daveriya eləmişəmsə qaqaş sən mənim puluma niyə dəyirsən bunu mən sənə saxlamağa vermişəm, mən sənə verməmişəm ki, ala xəjdə sora mən isdiyəndə qaytarasan deyərəmə eybi yoxda mən sənə xəjdəməyə vermişdim 2-ci səs- vermisən orda niyə shbət eliyirsən mənnən 1-ci səs- ay sağol 3-cü səs- gör nə deyiremee xani belə temalar düşəndə mənə denəndə kimisə şey eləmək ....... şaqqalıyım 1-ci səs- qaqa mənlik döyüle elə şeylər 3-cü səs- yoxe kimsə sənə desə eləsə 1-ci səs- ə yoxe ..... mənə desədə mən tanıdığım bildiyimə sabah Allah eləməsin sən onnan get sroka Elnur mənə deməz ki, qaqa sən elədin Anar bu işi sən dedin, Anar getdi, yəni mən onnan sonra Elnurun üzünə baxa bilmərəm. 2-ci səs- mən olsam ba dediyin ....... videoların atsın mənə məndə bunlardan gedib Farizə deyəcəmki, on min ver ********* videonu sildirirəm 1-ci səs- həəə yəni sən qaqaş Allaha nad olsun deyirəm bi dənə bu işi bi dənə qaynat 2-ci səs- sən nə qaynat....****** mənim ömrümü bunlar Allaha and olsun, 1-ci səs- qeşəng bidənə qay gör qardaşın nə ...... bunların ağzını ****** yoxsa yox, görsün ki, mənim maşınımı yandırmaq nə deməkdir, nəsə maşınımın səsi deyy 2-ci səs ******* deyib şey ...... ******* samirdə zada atıb, 1-ci səs- mənnəndə sənə əmanət məsləhət kiminsə ev vara evdən uzaq ol kiminsə evini yandırmaq zad ev elə bir şeydi ki, 2-ci səs- mənim kiminsə evini yandırmaq fikrim yoxuyduku 1-ci səs- ev elə bir şeydi ki, adamı elə bir tikə........, özün neçə illərdi kvartirant qalırsan görürsən 2-ci səs- ****** mənim evi yandırmaq , maşını şey eləmişdi mən nə bilime o məni bilirsən nə elədi Taleh ********* məni vurdu dal-dala Allah verdiee spiçka zajqalka varıydı əlimdə benzini tökdüm, şüşlər lap açıxdı, pristav elə gəldimki, gəldimki, belə yandıram, hər yanda belə qaranlıx, Allah elə bilki mənə bi dənə spiçka görsətdi, bax balamın canı götürdüm spiçkanı yandırdım, uzaxda tutudum, yandırdım belə əlimdə tulladım, tulluyan kimi sifətim qap qara oldu, eşidirsən elə bir məni götürdün çırpı şeyədə o birsi şeyə otağa məni bi dənədə səs çıxdı, darvazadan varyoxuna lənət özümü itirmədim, əlimi spiçkaya vu, spiçka , spiçakanı götürdüm, butulkaada götürdüm başa düşdün ki,..... çıxdım o birsi təfənən qarajın üstünnən tullandım qoydum üstünə,qaçanda da şeydəki ay ble polislər yoxdu, oradkılar nədi axı sexin yanında Nazimgilə düşmürsən yemiş baş Nazimgilə 1-ci səs- həəə həə həə 2-ci səs- orda şey yoxdu 1-ci səs- həəə bax ofisdə həə həə həə 2-ci səs- dedi hə noldu dedim ə yanır, mən qaşdım, belə qaşdı biridə mənim dalımca qaşdı, məndə qoydum üstünə istədi... qaçmağ var axı məndə məndə Bakı neft bazası yoxdu qaşdım o tərəfə getdim, telefonnanda bunnarnan danışıram, bunnar məni yığıbdı dedim ki, həə bunnardada şeydi pulsuzuydu cinnən gedən ondada cin işdədirdim, danışdın deiyr əə qaqaş ...... Lyonun yanındayıq, dedim əə gəlirəm, getdim, ora məni görüblər ******* gülməydən deməli sifətimqaradı eşidirsən kojası vurub sifətimə zadda, Allah məni qutardıda o spiçkanı görməynən mən nəbilimə ev alışacağ orda mən heç onu geyə bilərəm o qiymətə evdi 1-ci səs- burda kimnən qalırsan 2-ci səs- mamam 1-ci səs- hmm Həmçinin “AUD-20220709- WA0004” adlı fayl dinlənilərkən aşağıdakılar müəyyən olunmuşdur. 1-ci səs- alo 2-ci səs-həə 1-ci səs- qaqaş davay düzəlt mən çıxıram düzəlt səsin al konkret 2-ci səs- telefonu sən adboya vermə mən telefonun səsini alıram hə 1-ci səs- həə........dedim kimdi ala 3-cü səs- (gülür) 1-ci səs- Fariz neynədin dədə ay. 3-cü səs- həə 1-ci səs- neyniyək fikrin nədi sənin, uzatmağın şeyi yoxdu Allaha and olsun 3-cü səs-həə 1-ci səs- şeydi bunla bağlı nə deyim, heç nə da qaqa danışmışam fsyo da dedim vəziyyət pidi belədi. Mənə deyir sən ordan pul götürmüsən mənə yalan deyirsən, dedim pul zad götürmürəm. Deyir mənə üş yüz manat pulum var 3-cü səs- həə, həə 1-ci səs-Fariz nə fikirləşirsən qaqaş denən işimizi görək da 3-cü səs- sən razılaşmısan 1-ci səs- mən razılaşdırıram, razılaşdırmağa, uzatmağa qaqaş gözləyir sənöl 3-cü səs- yoxee bunnan bağlı danışıb razılaşdırmısan 1-ci səs- ona o lazımdı o gedir 3-cü səs- üş dənəyə 1-ci səs- hə Surxay yəni ordan bizəpul çatmayacaq ha 4-cü səs-mən nə onu tanımıram ya da sizi 3-cü səs- Taleh bilməsin 1-ci səs- Ə yoxe yox başınxaradı ala yox e yox yox yox narahat olma mən tərəfdənbir ədən romadı iş görən odasizi taımır 3-cü səs- Surxay 1-ci səs- mən niyə deyirəm Surxay 3-cü səs- deyirəm insandı da gedər orda deyər başa düşdün 1-ci səs- yox e yox sabah bu tema partlıyanda 4-cü səs- sonra demə də bu belədi 1-ci səs- qaqaş bu tema partlasa Taleh biləcək ki, NZS-də bu işi görən yoxdu başa düşdün, birdənə mənəm bu temalara girən ildin nətəri 3-cü səs- Taleh........... NZS-də min dənə maşın yanıb başa düşdün 1-ci səs- sənin nə vaxt elemək fikrin var, sən mənə denə bi dənə 3-cü səs- haçan alınarsa oğlana zəng elə tapşırda 4-cü səs- temanı öyrədir............. 1-ci səs- elə bir şey var o mənə şəxsən o bilirsən o mənə nə dedi, dedi qaqa sən psixoloqsan deyin mən getdim gördüm sən aradan itdin bildin nətəri yoxsa mənim özümdə o dəfəki temanətəri oldu sənə bi söz demədim, dedim qaqaş problem yoxdu, Ala belədi ki, o hara getdi biz yerdə olacuq üçümüz maşında olacuq odakı qabaqda 3-cü səs- gedib polisə deyərki maşınımı yandırıblar, insandıda insadıda və yaxud gedib deyərki maşınımı yandırıblar tap başa düşdün polisdi də başlıyar axtarmağa başa düşdün, surxay var yoxunalənət bir dəfə də belə bir şey olub sənlik bir şey yoxdu ki yox. Sən həmin gün harda olmusanay Surxay sən harda olmusan evimdə yatırıdm anardı anarı tanıyan yoxdu 1-ci səs- əə yoxe əə Anar hardan tanıyır 3-cü səs- Anardı Anarı tanıyan yoxdu 1-ci səs- bu evi bax bu evi ikinizdən başqa anıyan yoxdu NZS-də bax mən deyirəm də indi, hər şey dosduq öz yerində zato evi sizdən başqa heçnə bu temadan sonra kimsə gəlsə bizim qapıya mən elə bil ki, sizi tanıyıram 3-cü səs- bariqalar 1-ci səs-hər ehtimala deyirəm 3-cü səs- yəni ki, hər ehtimala bizə minusdu ki minmusdu ki pilus deyil, Minusu var ki pilusu yoxdur 1-ci səs- qaqaş mən bu uşaqnan mən bu uşaqnan Allaha and olsun bu mənə bu mənə bilirsən nə dedi, dedi ki, oraların hamısı kamradı eşidirsən maşınla girəmməsiz, bunlar özü gedəcək ala yerdə gedəcək qaqaş yerdə gedəyin ayrı-ayrı sonra Surxay gəldi mənə dedi ki, üş yüz dörd yüz verərsən dedim hə eliyərik əlimizdən gələni eliyərik 3-cü səs- yəni ki, elə bir şey aldu ki, Fariz evdə yoxuydu başa düşdün 1-ci səs ala Elvin hardan bilir bunu hələ Elvin hələ bilir ki, sən srokdasan, bu temada ölüb gedib, 4-cü səs- Taleh deməyi var axı 1-ci səs- həə sən deyirsən ki, Taleh ona deyər maşın yanıb ala Elvin deməz oun 4-cü səs- deyər e qaqa sən ağlıva gələrdi 1-ci səs- belə də ki, qaqaş o pulun deyibdi sizin yanınızdayam. Pul məndə olsun sizin yanınızdayam o olmayacaq hələ bir şey puluvuzu qaytaracam mən bilirəm ki, qaqaş Allaha and olsun o onu eləmiyəcək 3-cü səs- götürdü pulu getdi 1-ci səs- qaqaş o elə deməz axı 4-cü səs- ağlıva gələrdi ki, Taleh hansısa temada polis söbəti ola Taleh orda ola, olanda olursa qardaş 1-ci səs- Pul məndə olsun sizin yanınızdayam, o olmayacaq elə bilki, puluvuzu qaytaracam mən elə bilirəm ki, qaqaş Allahaand olsun ki, o onu eləmiyəcək ala o elə eləməz axı qaqaş 4-cü səs- qeyrətin***** var yoxun ****** mən öz doğma qardaşıma atveçat durmuram. Varyoxun***** ağlıva gələrdiki Taleh hansısa temada polis söbəti ola Taleh orda ola 3-cü səs- əminsiz qardaş 1-ci səs- indi bu hansı maşının ağı, qaranı, ağı deyirsən qaranı dəqiq danışım hə 3-cü əsəs- getsin ora ikisidə orda olsa deyirəm ikisi də orda olsa ağıda 1-ci səs- mən hələ ona parkda söz verməmişəm ki, həmin günü sənin vəziyyətivi gül eliyəcəm Allaha and olsun 4-cü səs- Anar sənə bir dənə söz deyim eşidirsən məni sən bizə inanmırsan, bizdə sənə inanırıq ona inanmırıq 1-ci səs- yoxe iş görək, Oduda deyir pulumu ver qaqaş prastoy qələmə deyir rəngli şəklivi çəkim, deyir o deyirdə mənə arxadan baxın görəsiz ki, yandı indi bu işi gördü, qurtardı tam razı saldı nətəri zəng eliyəcəmki qaqa davay mənim pulumu gətir 4-cü səs- pul məındə olacaq 1-ci səs- qaqa Allaha and olsunki, camaatın yanında mən şey olaram əəəə mən sizə arxayınam. Bilirəm o gələcək prostu o ******* mənə deyir ki, ***** qurumsaq götürəsən pulu buna deyirəm ki, üş yüz manat verir mənə deyir ki, yalan deyirsən yeddi yüz verb, o qıraqda ola NZS-də olmaya özüm eliyirəm mən NZS-ə girmək istəmirəm başa düşdün, nə vaxt eləsin qaqaş Fariz hə axşam eləsin yüz faiz pulu mən kimnən götürəcəm, 4-cü səs- yarım saat bir saat sənə zəng vuracam mənim zəngimi gözlə 1-ci səs- Ə sən mənnən narahat olma, sən mənən rahat ol. Elvin deyəcək Talehə o Talehdən söz gizlətmir. Elvinə demərəm axı 3-cü səs- sən denən ki, mən Farizlə görüşərəm, Başa düşdün, başa düşdün. Fariz nolub e indi bərk gedən oğlanlardan danışırsan denən kim atveçat durub ki, Fariznən görüşəndə itlər aparmayacaq başa düşdün 1-ci səs- bu temada bayramda eliyərdin bir də tonqal, bu günbayramdı qardaşıva ordan iki manat əlli qəpiyə bi dənə çaxır var, alırsan vuram gedirəm onunla üş yüz manatı yoluna qoyuram 4-cü səs- tləsmə da Anar qoy mən zəng eliyim sonra 1-ci səs- onda sən yoluna qoydun qoymadın mən bu temanı onnan danışmalıyam ki, Surxay mən sənə zng eliyəndə həmin vaxtı sən çıxma, sən pulu bilirsən hara qoyarsaaaan tualetiizin üstü var ee, 4-cü səs- cəlal da onu deyir bax gör Cəlalın ürəyin göbəyin yeyə bilərsənmi 1-ci səs- qaqaş Taleh Taleh gəlməz , mən bilirsən niyə rahatam mən bilirsən niyə rahatammən bilirəm ki, Taleh maşını yansa da bu temada itə verməz mən bilirəm hə Surxay verər səncə, belə də on maşını yanadan sonra sığortası varda sığorta ödəmir 4-cü səs- həmin sözləri mən demişəm DTX-nın içindən çıxıb gələn olub........ 3-cü səs- bir həftə döymür eləmir ancaq ayaq üstə 1-ci səs- dayan qorxutma iş görəcikdə işimizi görək qutaraq, sonra hər maşın aldıqca yandır 3-cü səs- Samirgilin Eldəniz əminin başqa yerdə evi var oğraşdı 1-ci səs- ola *** yedim oldu maşın almır daha 3-cü səs- oğraşdı almırlarda bəlkə də pulları da var almırlarda oğraşdı İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “Kodak” markalı, CD-R formatlı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı həmin danışıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 səslərinin olub-olmamasını müəyyən etmək məqsədi ilə onlardan müqayisəli tədqiqat üçün səs nümunələri götürülərək müvafiq ekspertiza rəylərinin alınmasından ötrü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-fonoskopik ekspertizası üzrə 30 dekabr 2020-ci il tarixli, 4/1112 saylı ekspert rəyindən görünür ki,-

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 yox, digər şəxsə məxsusdur. 3.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 yox, digər şəxsə məxsusdur. 4.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə ”K” kimi işərə olunmuş diktorun danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan həmin diktorun səs və nitqinin Təqsirləndirilən şəxs2 və ya digər şəxsə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının 18 mart 2021-ci il tarixli, 4/146 saylı ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun- Təqsirləndirilən şəxs1 səs və nitqində danışıq anında fiziki təsir əlamətləri aşkar olunmadı. İstintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 dekabr 2019-cu il tarixli, 26058 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı 2005-ci il buraxılışlı “Mersedes E240” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı, mühərrik tutumu 2600 sm3 olan avtomobilin, 14 il istismarı müddətini nəzərə alaraq, 27 oktyabr 2019-cu il tarixdə, təqdim edilmiş fiziki şəxs X6 məxsus servis xidməti tərəfindən 30 noyabr 2019-cu il tarixdə verilmiş qüsur aktına əsasən respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 17200,00 manat müəyyən edilir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 18 fevral 2021-ci il tarixli, 375 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sulları aşağıdakı kimi cavablandırır: 1.Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur.

2. Təqsirləndirilən şəxs1 aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. 3.Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Əlavə: Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ–dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə oplunmuş Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-235/2023 nömrəli hökmdən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkir. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ–dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. 27 oktyabr 2017-ci il tarixdə ünvan 11 ünvanında yerləışən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə bitişik olan qarajda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz E 240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermis yanğın hadisəsi üzrə cinayət tərkibi müəyyən edilmədiyindən müvafiq olaraq 08 dekabr 2017-ci il, 26 iyul və 08 oktyabr 2019-cu il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini inkar edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin 3-cü ərazi X16 İdarəsinin verdiyi 10 noyabr 2017-ci il tarixli aktına əsasən və ibtidai istintaq orqanının özünün cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 avqust 2022-ci il tarixli qərarında hadisə yerinə baxışdan, alınmış izahatlardan belə güman etmək olar ki, yanğına səbəb qarajda olan avtomobilin elektrik naqillərində baş vermiş qısaqapanma olmuşdur. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı ilkin izahatlarında baş vermiş yanğın hadisəsinin səbəbi kimi avtomobilin elektrik naqillərində baş vermiş qısaqapanmanın olduğunu və heç bir şikayətlərinin olmadığını göstərmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamın qənaətincə baş vermiş cinayət hadisəsi ilə əlaqələrininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs kimi verdiyi ikin ifadəsində (cild 2; iş vərəqə: 20-27) və məhkəmə istintaqının sonrakı mərhələlərində verdiyi ifadələrində baş vermiş yanğın hadisəsi ilə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını və Təqsirləndirilən şəxs2 evin yandırılması ilə bağlı ona sifariş vermədiyini, habelə həm ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində və həm də məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadələrində iş üzrə şahid Taleh Binnətəliyevin ona təklif etdiyi pula ehtiyacı olduğundan baş vermiş yanğın hadisəsinin Təqsirləndirilən şəxs2 sifarişi əsasında guya törətdiyini etiraf etdiyini göstərmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində və məhkəmə baxışı zamanı verdiyi ifadələrində baş vermiş yanğın hadisəsi ilə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs1 evin yandırılması ilə bağlı sifariş vermədiyini və bu barədə ümumiyyətlə heç bir danışığı olmadığını göstərmişdir. Bundan əlavə, iş üzrə əsas şahid – Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxslərə qarşı heç bir dəlil göstərməyərək Təqsirləndirilən şəxs2 ondan Təqsirləndirilən şəxs1 mobil nömrəsini istəmədiyini, nə ona, nə də ki, Təqsirləndirilən şəxs1 nömrə vermədiyini, baş vermiş yanğın hadisəsi ilə təqsirləndirilən şəxslərin əlaqəsinin olması barədə məlumatsız olduğunu bildirmişdir. Məhz məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar, baş vermiş yanğın hadisəsinin cinayət hadisəsi ilə birbaşa əlaqəsinin olmasını təkzib edir, həmin hadisə ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı təqsirləndirilən şəxslərin qeyd olunan yanğın hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayında ad günü mərasimində söhbət zamanı iş üzrə şahid X1 NZS qəsəbəsində ev və içərisində maşını guya özünün yandırdığını etiraf etməsi və həmin etirafın Tale Binnətəliyev tərəfindən Zərərçəkmiş şəxs1 bildirməsi halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş yanğın hadisəsinə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onların təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, yalnız Təqsirləndirilən şəxs1 2017-ci ildə baş vermiş yanğın hadisəsinin üzərindən iki ildən artıq müddət keçdikdən sonra 2019-cu ildə mərasimlərin birində iş üzrə şahid Tale Binnətəliyevə yanğın hadisəsini özünün törətməsinə dair etirafını yeganə mötəbər sübut kimi qəbul edən ibtidai araşdırma orqanı, ehtimallara əsaslanaraq təqəsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq istinad olunan Azərbaycan Respublikası CM-in 186.2.2 və 187.1 və 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə ittiham vermişdir. Belə ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 09 fevral 2021-ci il tarixli şübhəli şəxs kimi verdiyi ifadəsində 2019-cu ilin mart ayında məclislərin birində tanışı Taleə NZS qəsəbəsində baş vermiş yanğın hadisəsini Fariz adlı şəxsin məlum olmayan üsulla yandırdığını eşitdiyini, ondan bu barədə soruşulduğu təqdirdə (hazrkı cinayət işi üzrə zərərçəkmiş şəxslər və yaxınları tərəfindən) həmin yanğın hadisəsinin Fariz tərəfindən törədilməsini gördüyünü etiraf etməsi müqabilində Zərərçəkmiş şəxs1 qardaşı Şahid5 və şahid Tale Binnətəliyev tərəfindən ona 5.000 (beş min) manat pul təklif olunduğunu, yanğın hadisəsi ilə bağlı əlaqəsinin olmadığını göstərmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən, eləcə də məhkəmə iclasında sorgu-sual zamanı Təqsirləndirilən şəxs1 iş üzrə şahid Tale Binnətəliyev tərəfindən ona təklif olunan pul müqabilində, Tale Binnətəliyevin ona bu işdə çoxlu pul olduğunu və bu barədə hüquq-mühafizə orqanlarına məlumatın verilməyəcinə dair söz verməsi müqabilində baş vermiş yanğın hadisəsinin Təqsirləndirilən şəxs2 sifarişi əsasında guya törətətdiyini etiraf etməsini göstərmişdir. Bununla yanaşı, məhkəmə çıxışında Təqsirləndirilən şəxs1 baş vermiş yanğın hadisəsinin guya Təqsirləndirilən şəxs2 sifarişi əsasında törətməsinin etiraf etməsi müqabilində Zərərçəkmiş şəxs1 ona hissə-hissə olmaqla ümumilikdə 3.000 (üç min) manata yaxın pul verdiyini göstərmişdir. İttiham tərəfi göstərilən bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir Bundan əlavə, cinayət işi materiallrından və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlardan məlum olur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə istinad olunan ittihamı iş üzrə şahid Tale Binnətəliyevin sanki istintaq aparmaq hüququ olan şəxs kimi hərəkətləri əsasında vermişdir.Tale Binnətəliyev sanki cinayət təqibi üzrə icraatı həyata keçirən orqan olaraq, “necə olursa olsun” prinsipi ilə hərəkət edərək baş vermiş yanğın hadisəsinin mütləq şəkildə guya Təqsirləndirilən şəxs2 sifarişi əsasında törədildiyini hər vəclə sübut etməyə çalışmış, hətta iş üzrə araşdırılma aparılarkən Təqsirləndirilən şəxs2 hədə- qorxu gəlməklə ona bıçaqla xəsarət yetirmişdir. Habelə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində- benzini avtomiobilin alın şüşəsinə tökdüyünü, daxil olduğu qarajda bir ədəd kibrit qutusu görüb, həmin kibrit qutusundan 01 ədəd kibrit götürüb evi və avtomoibili yandırdığını göstərmişdir. Belə ki, təqsirləndirilən şəxs özgənin əmlakını yandırıcı maddələrdən istifadə etməklə məhv etdiyini dərk edir, amma bununla belə, yanmanın baş verməsi üçün əsas olan kibriti nədənsə daxil olduğu qarajda axtarıb tapır. Həmçinin, məhkəmə istintaqının ilkin mərhələsində sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 baş vermiş yanğın hadisəsindən xeyli müddət keçdikdən sonra yanğın hadisəsini guya özünün törətməsinə dair etiraf etməsini-“mənim xarakterim belədir, əməli törətdikdən sonra halallıq alıram” deyə izah etməsi fonunda “halallıqın” iş üzrə zərərçəkmiş şəxslərdən deyil, özünü bi işdə məhz istintaqçı kimi aparan Taledən alması da öz özlüyündə baş vermis hadisənin səbəbləri, mexanizmi və inkişafı ilə üzlaşmayan növbəti nəticənin təzahürüdür. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrinə də tənqidi yanaşaraq onu inandırıcı hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd edilən Məcəllənin 125.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatı həyata keçimək, istintaq və ya digər prosesual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqəsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təqsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan əlavə, ittiham tərəfinin iş üzrə əsas şahidi kimi dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı ifadəsində təqsirləndirilən şəxslərə qarşı heç bir dəlil göstərməyərək Təqsirləndirilən şəxs2 ondan Təqsirləndirilən şəxs1 nömrəsini istəmədiyini, nə Farizə nə də ki, Anara nömrə vermədiyini, ümumiyyətlə baş vermiş yanğın hadisəsi ilə bağlı məlumatlı olmadığını göstərmişdir. Həmçinin baş vermiş yanğın hadisəsi ilə bağlı ibtidai istintaqda şahid qismində verdiyi ifadə zamanı “İVS”-də saxlanıldığını, üzərində başqa bir cinayət işi olduğundan saxlanıldığı Polis idarəsində təqsirləndirilən şəxslərin əleyhinə ifadə verməyə zorlandığını bildirmişdir. Bu xüsusatlar da, təqəsirləndirilən şəxslərin baş vermiş yanğın hadisəsinə heç bir aidiyyətinin olmamasına dəlalət edir. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 telefon danışıqlarına 6 ay müddətdə gizli olaraq qulaq asılmasına baxmayaraq sözü gedən yanğın hadisəsi ilə bağlı hər hansı bir şəxslə, o cümlədən Təqsirləndirilən şəxs1la danışıqların aparılması, qeyd olunan yanğın hadisəsinə dair hər hansı bir məlumat, dəlil müəyyən edilməmişdir. Məhkəmənin cinayət işi üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə 02 oktyabr 2023-cü il tarixli 1-1(093)-12/2023-cü il nömrəli qərarla təyin etdiyi məhkəmə yanğın və texnoloji partlayışlar təqdqiqatı ekspertizasının aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 27 noyabr 2023-cü il tarixli Məlumatına əsasən- Hadisə yerinə baxış zamanı, fərdi yaşayış evıinin yanğın baş vermiş hissələrinin təmir olunduğu və yanğından sonrakı qalıqların təmizləndiyi, eləcə də, yanğın baş vermiş avtomobilə baxış zamanı avtomobilin bəzi hissələrinin (qapıların, sağ qanadın, bamperin və s.) söküldüyü, hadisənin baş verməsindən uzun müddət keçdiyindən avtomobilin üzərində işlərin itdiyi müəyyən edilmişdir. O, cümlədən, cinayət işi materialları ilə tanış olduqda qərarda qoyulmuş sualların cavablandırılması üçün toplanmış materialda ziddiyətlər olduğundan rəyin material əsasında verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.Eyni ilə də cinayətprosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmasını təsdiq edən hər hansı bir başqa sübut təqdim etmədi. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı heç bir cinayət hadisəsi olmadığı halda, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan cinayət əməllərini törətmələri (özgənin əmlakını qəsdən məhv etmək və ya zədələmək məqsədilə yandırmaq) yalnız ehtimallara əsaslanmış, baş vermiş yanğın hadisəsi ətrafında hərtərəfli, tam və obyektiv araşdırma aparmadan əsassız olaraq cinayət hadisəsi kimi qiymətləndirib təqəsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq Azərbaycan Respublikası CM-in 186.2.2 və 187.1 və 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə ittiham vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 42.2.1-ci maddəsinə əsasən baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır Bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir (CPM-nin 356.5-ci maddəsi). Bəraət hökmü çıxarılarkən ekspertiza dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir (CPM-nin 133.2-ci maddəsi). Beləliklə, həm məhkəmə, həm də ibtidai istintaq zamanı əldə olunmuş sübutlar ayrıayrılıqda, eləcə də, məcmu şəklində tədqiq edilərkən məlum olmuşdur ki, baş vermiş yanğın hadisəsində cinayət hadisəsi yoxdur, təqəsirləndirilən şəxslərə verilən ittiham isə tam əsassız olmaqla işin faktiki hallarına uyğun deyil. Bu səbəbdən məhkəmə, yuxarıda qeyd edilən əsaslanmanı və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilməli, barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməli, qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 05 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı məhkəmə xərcini təşkil edən 600 (altı yüz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 42.2.1, 42.2.2, 344-350, 352-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

Hökmetdi: Təqsirləndirilən şəxs1 cinayət hadisəsi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2 və 187.1-ci maddələri ilə bəraət verilsin. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin Təqsirləndirilən şəxs2 cinayət hadisəsi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə bəraət verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərcini təşkil edən 600 (altı yüz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar