Məhkəmə qərarları › İş №1-1(093)-120/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-120/2023

13.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-120/2023 13.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Düyərli kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 2-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən onunla eyni bölükdə xidmət edən əsgər yoldaşı Şahid1 ilə birlikdə 30 mart N3-cü il tarixdə qərargah bölüyünün 13 nömrəli otağında istirahət etdikləri zaman saat 14:50 radələrində həmin otağın qapısının qarşısından keçən N nömrəli hərbi hissənin qərargah bölüyünün taktiki komanda məntəqəsinin sürücüsü, əsgər Zərərçəkmiş şəxs onlara su gətirməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs əsgər yoldaşlarının xahişinə əsasən iki stəkan su gətirərək otağa daxil olmuş və Təqsirləndirilən şəxs yanından keçib suyu ilk növbədə Şahid1 vermişdir. Zərərçəkmiş şəxs yanından keçərək suyu ilk növbədə Şahid1 verməsini görən Təqsirləndirilən şəxs bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib Zərərçəkmiş şəxs suyu ilk növbədə Şahid1 verməsinin səbəbini və onu «peysər» hesab edib-etməməsini soruşduqda Zərərçəkmiş şəxs gətirdiyi suyu ona verərək suyu ilk növbədə kimə verməyinin hər hansı bir fərqinin olmadığını və bunu etməkdə hər hansı bir məqsəd güdmədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs böyük çağırışçı olduğu üçün öz üstünlüyünü göstərmək, nüfuzunu bərpa etmək və Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə ona «döyüşə» komandası verib saat 16:00-dan tez döşəmənin üzərindən qalxacağı halda “peysər” söyüşünə layiq olacağını demiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərişinə əsasən bir müddət «döyüşə» vəziyyətində qaldıqdan sonra ayağa qalxıb sonuncuya etirazını bildirməklə ona söyüş ünvanlayan şəxsin “peysər” söyüşünə layiq olduğunu demiş, bunu eşidən Təqsirləndirilən şəxs cavab olaraq ona “peysər” olmasına aydınlıq gətirməyəcəyi halda, “var-yox” söyüşünə layiq olacağını və onu bölüyün şəxsi heyəti arasında “peysər” kimi tanıdacağını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu “peysər” kimi tanıda bilməyəcəyi təqdirdə özünün “peysər” söyüşünə layiq olacağını bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediyi sözlərdən əsəbləşib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud surətdə pozaraq sağ əli ilə qarşısında hərəkətsiz vəziyyətdə dayanan Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq sol əli ilə sonuncunun baş nahiyəsinə yumruq zərbələri endirmiş, bu zaman Şahid1 onları ayırmaq məqsədilə Zərərçəkmiş şəxs geriyə doğru çəkərək sonuncunu Təqsirləndirilən şəxs uzaqlaşdırmağa nail olmuş, lakin Təqsirləndirilən şəxs qanunsuz və zorakı hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üstünə gedib sağ əli ilə onun burun nahiyəsinə bir yumruq zərbəsi vurmaqla Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «burun belinin şişkinliyi və hər iki gözaltı nahiyələrinin qançırı ilə müşayiət olunan burun sümüyünün xətti yerdəyişməyən sınığı, alt dodağın selikli qişasının çapılmış yarası, boyunun ön səthinin qançırları, başın sağ gicgah və təpə nahiyəsində yumşaq toxumalarda cüzi şişkinliyi» xəsarətlərini yetirməklə zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissənin qərargah bölüyünün 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olarkən 30 mart N3-cü il tarixdə qərargah bölüyünün 13 nömrəli otağında onunla eyni bölükdə xidmət edən Şahid1la istirahət etdikləri zaman saat 14:50 radələrində həmin otağın qapısının qarşısından keçən Zərərçəkmiş şəxs onlara su gətirməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs iki stəkan su gətirərək otağa daxil olmuş və onun istirahət etdiyi yatağın yanından keçib suyu ilk növbədə Şahid1 vermişdir. O, Zərərçəkmiş şəxs bu hərəkəti qəsdən hörmətsizlik etmək niyyəti ilə etdiyini düşünüb Zərərçəkmiş şəxs suyu ilk növbədə Şahid1 verməsinin səbəbini və onu «peysər» hesab edib-etməməsini soruşduqda Zərərçəkmiş şəxs gətirdiyi suyu ona verərək suyu ilk növbədə kimə verməsinin hər hansı bir fərqinin olmadığını və bunu etməkdə hər hansı bir məqsəd güdmədiyini bildirmiş, lakin o, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə ona «döyüşə» komandası verib saat 16:00-dan tez döşəmənin üzərindən qalxacağı halda “peysər” söyüşünə layiq olacağını demişdir. Zərərçəkmiş şəxs onun göstərişinə əsasən bir müddət «döyüşə» vəziyyətində qaldıqdan sonra ayağa qalxıb sonuncuya etirazını bildirməklə ona söyüş ünvanlayan şəxsin “peysər” söyüşünə layiq olduğunu demiş, o, bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs “peysər” olmasına aydınlıq gətirməyəcəyi halda, “var-yox” söyüşünə layiq olacağını və onu bölüyün şəxsi heyəti arasında “peysər” kimi tanıdacağını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ona “peysər” kimi tanıda bilməyəcəyi təqdirdə özünün “peysər” söyüşünə layiq olacağını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediyi sözlərdən əsəbiləşib çarpayıdan qalxmaqla sağ əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub sıxmış, daha sonra onlar bir-birinin yaxasından tutub itələşməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs onun sol sifət nahiyəsinə bir yumruq zərbəsi endirmiş və dırnağı ilə sifətinin sol nahiyəsini cızmışdır. Şahid1 arxa tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşıb kürəyindən yapışaraq ayağını onun baldır nahiyəsinə dirəyib itələməklə Zərərçəkmiş şəxs ondan ayıraraq çarpayının arasından çıxarmağa nail olmuş, lakin, Təqsirləndirilən şəxs əsəbi olduğuna görə yenidən Zərərçəkmiş şəxs üzərinə gedərək sağ əli ilə sonuncunun burun nahiyəsinə yumruq zərbəsi vurmuş, həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs burnundan qan gəlmişdir. Bu zaman otağa müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuçavuş Şahid2 daxil olmuş və onları ayırmışdır. Hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissənin qərargah bölüyünün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 30 mart N3-cü il tarixdə saat 14 radələrində qərargah bölüyünün əsgər yataqxanasının 13-cü otağının qarşısından keçən zaman həmin otaqda istirahətdə olan əsgərlər: Təqsirləndirilən şəxs və Şahid1 ondan su gətirməsini xahiş etmişlər. Əsgər yoldaşlarının xahişinə əsasən iki stəkan su gətirərək otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs istirahət etdiyi çarpayının yanından keçərək suyu ilk növbədə Şahid1 vermiş, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşıb digər stəkanda olan suyu Təqsirləndirilən şəxs uzatmışdır. Bu zaman Təqsirləndirilən şəxs ondan suyu ilk növbədə Şahid1 verməsinin səbəbini və onu “peysər” hesab edib-etməməsini soruşmuş, o, gətirdiyi suyu Təqsirləndirilən şəxs verərək suyu ilk növbədə kimə verməsinin hər hansı bir fərqinin olmadığını və bunu etməkdə hər hansı bir məqsəd güdmədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona qəzəbli şəkildə “döyüşə” komandası vermiş, o, həmin göstərişə əsasən döşəmənin üzərinə uzanaraq “döyüşə” komandasını icra etmiş, lakin Təqsirləndirilən şəxs ona saat 16:00-dək döşəmənin üzərindən qalxacağı halda “peysər” söyüşünə layiq olacağını bildirdikdə, o, Təqsirləndirilən şəxs saçını kəsdirməli, axşam növbəyə təyin edildiyi üçün getməli və istirahət etməli olduğunu bildirmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs ona hərbi hissədə baş tutacaq təlimata getmək üçün saat 16:00-da yuxudan durmalı olan şəxsi heyət oyanana qədər döşəmənin üzərində “döyüşə” vəziyyətində qalmasını tapşırmışdır. O, 15-20 saniyə döşəmənin üzərində uzanıqlı vəziyyətdə qaldıqdan sonra özünü təhqir olunmuş kimi hiss edib ayağa qalxaraq söyüşü ona aid edənin özünün “peysər” söyüşünə layiq olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə əsəbi şəkildə “peysər” olmağına aydınlıq gətirməyən şəxsin “var-yox” söyüşünə layiq olacağını, həmçinin bu hərəkətlərinə görə onu bölükdə “peysər” kimi tanıdacağını demişdir. O, bu sözlərin qarşılığında Təqsirləndirilən şəxs “peysər” kimi tanıtmayan şəxsin özünün “peysər” hesab olunacağını bildirdikdə, Təqsirləndirilən şəxs çarpayıdan qalxaraq sağ əli ilə onun boyun nahiyəsindən tutmaqla sol əli ilə onun başının müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri endirmiş, bunu görən Şahid1 ona arxa tərəfdən yaxınlaşıb müdaxilə etməklə onları bir-birindən uzaqlaşdırmağa nail olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs qanunsuz və zorakı hərəkətlərini davam etdirərək yenidən onun üzərinə gəlib sağ əli ilə burun nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Həmin zərbə nəticəsində onun burnundan qan gəlməyə başlamış, bu zaman otağa müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid2 daxil olmuş və onları ayırmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, Məhkəmədən onun bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan zaman 30 mart N3-cü il tarixdə saat 14 radələrində qarovul naryadına cəlb olunduğu üçün qərargah bölüyünün əsgər yataqxanasının 13-cü otağında istirahətdə olmuş, bu zaman həmin otaqda onunla birgə Təqsirləndirilən şəxs da istirahətdə olmuş, Təqsirləndirilən şəxs saat 14:50 radələrində Zərərçəkmiş şəxs 13 nömrəli otağın qapısının qarşısından keçdiyini görüb sonuncudan su gətirməsini xahiş etmiş, bu vaxt o, da susuzladığını bildirərək Zərərçəkmiş şəxs onun üçün də su gətirməsini istəmiş, bu səbəbdən də, Zərərçəkmiş şəxs bir neçə dəqiqə sonra əlində su ilə dolu iki stəkanla həmin otağa geri qayıtmış, Zərərçəkmiş şəxs iki stəkan su ilə otağa daxil olaraq ilk növbədə su ilə dolu stəkanı Təqsirləndirilən şəxs istirahət etdiyi çarpayının yanından keçib ona gətirmiş, bundan sonra ikinci stəkanı Təqsirləndirilən şəxs aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu hərəkəti qəsdən hörmətsizlik etmək məqsədilə etdiyini düşünüb əsəbi şəkildə onu “peysər” hesab edib-etməməsini soruşmuş, Zərərçəkmiş şəxs isə gətirdiyi suyu Təqsirləndirilən şəxs verərək suyu ilk növbədə kimə verməsinin hər hansı bir fərqinin olmadığını və bunu etməkdə hər hansı bir məqsəd güdmədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə sonuncuya “döyüşə” komandası vermiş, həmin göstərişə əsasən Zərərçəkmiş şəxs dərhal otaqda döşəmənin üzərinə uzanaraq “döyüşə” komandasını icra etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saat 16:00-dək döşəmənin üzərindən qalxacağı halda “peysər” söyüşünə layiq olacağını bildirdikdə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs saçını kəsdirməli, axşam növbəyə təyin edildiyi üçün getməli və istirahət etməli olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərbi hissədə baş tutacaq təlimata getmək üçün saat 16:00-da yuxudan durmalı olan şəxsi heyət oyanana qədər döşəmənin üzərində “döyüşə” vəziyyətində qalmasını tapşırmışdır. Zərərçəkmiş şəxs 10-15 saniyə döşəmənin üzərində uzanıqlı vəziyyətdə qaldıqdan sonra qalxaraq söyüşü ona aid edənin özünün “peysər” söyüşünə layiq olduğunu bildirmiş, Təqsirləndirilən şəxs bu sözlərdən sonra “peysər” olmağına aydınlıq gətirməyən şəxsin “var-yox” söyüşünə layiq olacağını, həmçinin bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs bölükdə “peysər” kimi tanıdacağını bildirmiş, Zərərçəkmiş şəxs cavab olaraq Təqsirləndirilən şəxs “peysər” kimi tanıtmayan şəxsin özünün “peysər” söyüşünə layiq olduğunu dedikdə, Təqsirləndirilən şəxs çarpayıdan qalxaraq sağ əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutmaqla sol əli ilə onun başının müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri endirmiş, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq etdiyini görüb dərhal onlara doğru gedib Zərərçəkmiş şəxs arxa tərəfindən yaxınlaşaraq onları bir-birindən uzaqlaşdırmağa nail olmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə gedib sağ əli ilə sonuncunun burun nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs burnundan qan gəlməyə başlamış, bu zaman otağa müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid2 daxil olmuş və onları ayırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə-tibbi ekspertizasının rəyini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 04 aprel N3-cü il tarixli, 410 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun belinin şişkinliyi və hər iki gözaltı nahiyələrinin qançırı ilə müşayiət olunan burun sümüyünün xətti yerdəyişməyən sınığı, alt dodağın selikli qişasının çapılmış yarası, boyunun ön səthinin qançırları, başın sağ gicgah və təpə nahiyəsində yumşaq toxumalarda cüzi şişkinliyi, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs göstərdiyi müddətdə və şəraitdə əmələ gəlmələri inkar olunmur. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Yusif Əsədzadənin 30 mart N3-cü il tarixli raportundan görünür ki, 30 mart N3-cü il tarixdə saat 15:25 radələrində hərbi hissənin qərargah bölüyünün taktiki komanda məntəqəsinin sürücüsü, əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə müraciət etmiş və müayinə olunaraq ona “Burun əsasının küt travması, alt dodağın içəri səthinin səthi çapılmış yarası, boyunun ön səthinin çoxsaylı səthi qançırı, gicgah və təpə nahiyəsinin yumşaq toxumalarının küt travması”” diaqnozu qoyularaq yardım olunmuşdur. Deməsinə görə həmin tarixdə əsgər yoldaşı Təqsirləndirilən şəxs ilə mübahisə zamanı xəsarət almışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi, baş leytenant Zahid Nəcəfovun 30 mart N3-cü il tarixli raportundan görünür ki, həmin hərbi hissənin qərargah bölüyünün əsgərləri: Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşmışlar. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, əsgərlər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabeçilik münasibəti yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N2-ci il tarixli, 90 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 02 nömrəli sərəncamı ilə hərbi xidmətini davam etdirmək üçün hərbi hissə komandirinin sərəncamına keçirilmiş əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən gəldiyinə görə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N2-ci il tarixli, 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs vakant vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar olaraq qərargah bölüyünün 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N2-ci il tarixli, 182 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədən gəldiyinə görə qərargah bölüyünün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N3-cü il tarixli, 170 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissə komandirinin sərəncamına keçdiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N iyun N3-cü il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 06 aprel N3-cü il tarixli, 3297 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəmkir rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş 30 may N3-cü il tarixli, 2/40/372 nömrəli arayışa əsasən, Təqsirləndirilən şəxs Şəmkir rayon X2 X3 Poliklinika şöbəsinin Narkoloji və Psixo-Nevroloji kabinetlərində dispanser qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, faktiki olaraq xidmət müddətini başa vurmasını və gənc olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur. Həmçinin, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 yanvar N2-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmaqla 1 il 6 aya yaxın müddətdə xidmətdədir və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə N3-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılması qərara alınmışdır. Bu səbəbdən də, məhkəmə yuxarıda qeyd olunmuş 20 may N3-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsgər Təqsirləndirilən şəxs da şamil olunduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən olunmuş xidmət müddətini başa vurmamışlarsa təyin oluna bilər. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Məhkəmə, cinayət qanunvericiliyinin müddəalarına əsaslanaraq Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hal təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları (cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınıb Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər) tətbiq olunmaqla, həmin Məcəllənin 332.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü-cərimə cəzasının təyin edilməsi və barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 332.1-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar