Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-122/2023 07.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru X2, ədliyyə polkovnikleytenantı X3, müdafiəçi - Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 3 aprel N00-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün mühafizə taqımının 2-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N mart N3-cü il tarixdə saat 07:50 radələrində faktiki yaşayış yeri olan ünvan 1 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N aprel N3-cü il tarixdə saat 17:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 12 iyul N1-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün mühafizə taqımının 2-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edərkən, şəxsi problemlərinin və müəyyən qədər borclarının olması səbəbindən N mart N3-cü il tarixdə saat 07:50-də xidmət yerinə gəlməmiş, borc aldığı şəxslərin borclarını qaytarmaq üçün məcbur qalıb pul axtarmışdır. 27 mart N3-cü il tarixdə xidmətdən sonra, ailəsinin yaşadığı evinə getməyərək dostu Nazim Allahverdiyevin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində kirayədə yaşadığı evinə getmiş və bundan sonra da bir neçə gün həmin evdə heç kimin xəbəri olmadan qalmağa başlamışdır. 11 aprel N3-cü il tarixdə saat 21:30 radələrində Nazimin evinə polis əməkdaşları gəlib onu Bakı Qarnizonu hərbi polisinə aparmışlar, N aprel N3-cü il tarixdə saat 17:00 radələrində hərbi hissənin nümayəndəsi gələrək onu hərbi hissəyə aparmışdır. O, xidmət yerinə getmədiyi müddət ərzində bu barədə heç kimə məlumat vermədiyini, yuxarı komandanlıqdan icazə almadığını, xidməti yerinə qayıtmamasının cinayət olduğunu başa düşdüyünü, etdiyi hərəkətin səhv olduğunu və törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, sənədlər və digər təkzib olunmaz mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Şahid1 Müşviq oğlu ifadəsində göstərmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N mart N3-cü il tarixdə saat 07:50-də xidmət yerinə çıxmamış, o, digər hərbi qulluqçulara əsgər Təqsirləndirilən şəxs harada olmasını və yerini müəyyənləşdirmələrini tapşırmış, həmin ərəfələrdə əsgər Təqsirləndirilən şəxs mobil telefon işlətməmişdir. Bundan sonra o, əsgər Təqsirləndirilən şəxs atası Xanhüseynə zəng edərək İlqarın evə gəlmədiyini bilmiş, əsgər Təqsirləndirilən şəxs yalnız N aprel N3-cü il tarixdə saat 17:00 radələrində xidmət yerinə qayıtmışdır. Əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsinin səbəbini şəxsi probleməri və borclarının olması ilə əlaqələndirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu çavuş Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilmiş baş gizir Şahid2 anoloji məzmunlu ifadələr verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli 216 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin maddi-texniki təminat bölüyünün mühafizə taqımının 2-ci mühafizə manqasının baş atıcısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissədən təqdim edilmiş bağlaşmanın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 12 iyul N1-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 3 (üç) il müddətinə könüllü xidmət keçmə ilə bağlı bağlaşma imzalamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 91 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin maddi-texniki təminat bölüyünün mühafizə taqımının baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N mart N3-cü il tarixdə saat 07:50-də xidmət yerinə çıxmadığı üçün bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 106 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin maddi-texniki təminat bölüyünün mühafizə taqımının baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N aprel N3-cü il tarixdə saat 17:00 radələrində xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş 13 aprel N3-cü il tаrixli 3627 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün tədbiqini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə şərh olunanları, həmçinin təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan N gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-122/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-122/2023
07.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver