Məhkəmə qərarları › İş №1-1(093)-122/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-122/2025

03.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-122/2025 03.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx N001-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, Lerik rayonu Anbu kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborun döyüş dəstək taqımın 1-ci pulemyot manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Əhmədov X10 Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborun döyüş dəstək taqımının N-ci avtomatik qumbaraatan manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarında iştirakı ilə bağlı sığorta ödənişi almaq məqsədilə N0N4-cü ilin may ayında xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 vasitəsilə vətəndaş X6 ilə saxta sənədlərin hazırlanması müqabilində 500 (beş yüz) manat pul verəcəyi barədə razılaşmışdır. Daha sonra O.İ.Möhübbətov tərəfindən Şahid1 vasitəsilə 31 may N0N4-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində ona çatdırılmış, məzmunu təhrif edilməklə və yalan məlumatlar daxil edilməklə guya onun N sentyabr N0N3-cü il tarixdə Ağdərə rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması səbəbindən az ağır dərəcədə xəsarət almasını təsdiq edən, N nömrəli hərbi hissənin möhürləri ilə təsdiq edilmiş, səlahiyyətli şəxsin imzası qeyd olunan 01 oktyabr N0N3-cü il tarixli N701N nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın N nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş xəsarətin dərəcəsinə və səbəbinə dair, habelə, eyni məzmunlu N nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmiş, hərbi hissə komandirinin imzası qeyd olunan N7 oktyabr N0N4-cü il tarixli 4841N nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə * sığortaolunan hesab olunmasına dair.’Lhüquq verən saxta arayışları əldə etmiş,.və adı çəkilən arayışları həmin gün saat 09:34 radələrində Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospekti 3103 ünvanında yerləşən 4 saylı Bakı Dost Mərkəzinə təqdim etməklə qanunsuz olaraq hazırlanmış hüquq verən saxta sənəddən bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, N yanvar N0N3-cü il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. N0N4-cü ilin may ayında N nömrəli hərbi hissədə mobilləşdirmə kursunda ezamiyyətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 onun yanında mobil telefonla danışan zaman antiterror əməliyyatlarında iştirak edən şəxslərə pul kompensasiyasının verilməsi barədə eşitmişdir. Bu barədə maraqlanan zaman sonuncu “Orduxan” adlı tanışının 500 (beş yüz) manat pul müqabilində antiterror əməliyyatlarında iştirak etməsi ilə bağlı pul kompensasiyasının verilməsi işini həll etdiyini demişdir. O, əsgər Şahid1 müraciət edərək antiterror əməliyyatlarında iştirak etdiyini və həmin pul kompensasiyasını almaq üçün ona köməklik etməsini xahiş etmişdir. Əsgər Şahid1 öz telefonu vasitəsilə “Orduxan” adlı şəxslə onun yanında danışmış, Şahid1 telefon danışığını səsgücləndirici ilə apardığına görə aralarında olan söhbəti eşitmiş, telefon danışığı zamanı “Orduxan” adlı şəxs antiterror əməliyyatında iştirak edən şəxslərə N000 (iki min) manatdan artıq məbləğdə pul kompensasiyası verildiyini, həmin kompensasiyanı almaq üçün sənədlər lazım olduğunu və həmin sənədləri 500 (beş yüz) manat pul qarşılığında verdiyini bildirmişdir. O, pulunun olmadığını və işi həll etdikdən sonra alacağı kompensasiyadan 500 manatı verə biləcəyini təklif etmiş, Orduxan təkliflə razılaşmşdır. 31 may N0N4-cü il tarixdə səhər saatlarında Şahid1 onun barəsində tərtib olunmuş sənədləri ona verərək “Orduxan” adlı şəxsin verdiyini bildirmişdir. Həmin sənədlərin məzmunu ilə tanış olmasa da N və N nömrəli hərbi hissələrdən verilmiş arayışlar olmasını görmüş, lakin həmin arayışlarda digər yazıları oxumamışdır. Bundan sonra, həmin gün xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər X15 ilə birlikdə 4 saylı Bakı Dost Mərkəzinə yollanmışlar. Ona sənədləri həmin yerə verməsini Şahid1 başa salmış və o, həmin idarənin təxmini olaraq harada yerləşməsini bilmişdir. Bundan sonra, A.Əfəndiyevlə birlikdə həmin yerə gedib sənədləri təqdim etmişlər. Lakin ona hər hansı bir kompensasiya ödənilməmişdir. Həmçinin, Orduxan tərəfindən verilən arayışların saxta olmasını bilməmiş, Orduxanın həmin arayışları haradan əldə etməsi ilə bağlı məlumatı yoxdur. O, N sentyabr N0N3-cü il tarixdə başlanan antiterror əməliyyatında iştirak etsə də yaralanmamış və xəsarət almamışdır. O, Orduxanın təqdim etdiyi sənədlərin saxta olmasını ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən araşdırma aparan şəxs tərəfindən zəng edildikdən sonra öyrənmişdir. Onun Orduxanla aralarında hər hansı bir görüş və ya zənglə danışıq olmamış, razılaşmaları Şahid1 vasitəsilə baş tutmuşdur. Sığorta pulunun əldə edilməsi ilə bağlı N nömrəli hərbi hissəyə və müvafiq vəzifəli şəxslərə müraciət etməmiş, bununla bağlı N nömrəli hərbi hissə tərəfindən ona hər hansı sənəd təqdim edilməmişdir. Şahid1 onun şəxsiyyətini təsdiq edən vəsiqəsinin şəklini çəkib, Orduxana göndərmişdir. Orduxan ona və digərlərinə konkret olaraq hansı ad və məzmunlu sənədlər hazırlayacağı barədə məlumat verməmişdir. Orduxandan xidmət etdiyi N nömrəli hərbi hissənin möhürləri olan sənədi haradan əldə etməsi ilə bağlı maraqlanmamışdır. Orduxanın sənədləri hazırlamaq müqabilində 500 manat pul istəməsi təklifi onda hər hansı bir şübhə yaratmamışdır. Orduxan tərəfindən adına hazırlanmış üzərində N nömrəli hərbi hissənin möhürləri olan xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli və üzərində N nömrəli hərbi hissənin möhürü olan xx.xx.N0N3-cü il tarixli N701N nömrəli sənədlə tanış olsa da həmin arayışlarda az ağır dərəcəli xəsarət almasına dair qeydləri görməmişdir. O, N nömrəli hərbi hissədə xidməti ilə bağlı arayışın hərbi hissəsinin özündən verilməli olduğunu bilmiş, belə arayışların Orduxan tərəfindən verilməsi onda şübhə yaratmamış, arayışları alması barədə hərbi hissədə hər hansı bir aidiyyəti şəxsə bildirməmişdir. Antiterror əməliyyatında iştirakı ilə bağlı müavinət verilə bilməsi haqqında N nömrəli hərbi hissədə həmin əməliyyatlarda iştirak etmiş şəxslərdən maraqlanmamış, əməliyyatından sonra bu əməliyyatın iştirakçılarına hər hansı bir müavinət verilməsi ilə bağlı hər hansı bir rəsmi məlumat verilməmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınamsını və hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ifadəsində göstərdi ki, N0N4-cü ilin ilk aylarında onunla birlikdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət etmiş, N0N0-ci ildə tərxis edilmiş, hazırda Rusiya Federasiyasında yaşayan X8 ilə mobil telefonla danışan zaman sonuncu onun N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak etdiyini bilib, bir nəfər tanışının bu əməliyyatda iştirak etməyi ilə bağlı ona müavinət düzəldə biləcəyini demişdir. O, V.Əsgərovdan bu barədə maraqlandıqda sonuncu həmin şəxsin adının “Orduxan” olduğunu, keçmiş hərbi qulluqçu olmasını deyib, istifadəsində olan mobil nömrəsini əlaqə saxlaması üçün ona göndərmişdir. V.Əsgərovdan “Orduxan” adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəni öyrənmiş və Orduxana zəng etmiş, özünü təqdim edib, nömrəsini Vüsaldan aldığını demişdir. O, Orduxana antiterror əməliyyatında iştirak etdiyini deyib, ona bununla bağlı müavinətin düşüb-düşməməsini soruşmuşdur. Orduxan ona bu işdə köməklik edə biləcəyini təklif edərək görüşmələrini istəmişdir. N0N4cü ilin mart ayının əvvəllərində o və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər X1 görüşmək üçün Gəncə şəhərinə getmişlər. Orduxanla Gəncə şəhərində “Park House” adlı restoranda görüşmüşlər. Görüşə gedənə qədər Anar Əfəndiyevə kiminlə nə məqsədlə görüşəcəkləri barədə bildirməmişdir. Görüş zamanı Orduxan özü haqqında məlumat verib, əslən Ağdam rayonundan olmasını, keçmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu demişdir. Görüş zamanı Orduxandan ona hansı qaydada müavinət düzəldəcəyini soruşmuş, Orduxan isə cavabında onun antiterror əməliyyatında iştirakını öyrəndikdən sonra bununla bağlı müavinət alması üçün ona sənədlər təşkil edəcəyini və bunun müqabilində ondan 500 (beş yüz) manat pul alacağını demişdir. Orduxan həmin sənədlər əsasında ona NN00-N300 manat müavinət veriləcəyini bildirmişdir. O, Orduxandan hansı sənədləri hazırlayacağını soruşmuş, Orduxan isə cavabında “sənin nə işin var, şəxsiyyət vəsiqənin şəklini mənə at, özüm həll edəcəm” demişdir. Həmin vaxt Orduxan ona bununla bağlı saxta sənəd hazırlayacağı barədə heç bir məlumat verməmiş, bundan sonra Orduxanın təklifi ilə razılaşmışdır. Həmin vaxt Anar Əfəndiyev də Orduxanın mobil nömrəsini götürmüşdür. Bundan sonra, onlar ezamiyyətdə olarkən N0N4-cü ilin may ayında o, gizir X1N və gizir ŞahidN Orduxanın təklifi ilə bağlı məlumat vermiş, təxminən N may N0N4-cü il tarixdə axşam saatlarında Bakı şəhərində olan Beynəlxalq Avtovağzalın yanında yerləşən “Şəki” kafesində o, gizir X1N və gizir Ələsgərov X4 görüşmüşdür. Bu görüşə qədər İ.Muradzadə və ŞahidN Orduxanı tanımamışlar. Həmin görüş zamanı Orduxan ona etdiyi təklifi onlara da etmişdir. İ.Muradzadə və ŞahidN Orduxanın təklifi ilə razı olub, müavinətlə bağlı sənədləri təşkil etməsi üçün hər birinə 500 manat pulu Orduxana verməyə razı olmuşlar. Onlar hər birinə 500 manat olmaqla ümumilikdə 1000 manat pulu Orduxana vermişlər. O isə Orduxana gəlməsi üçün 100 manat pulu əvvəlcədən onun kartına, qalan 500 manat pulu isə Orduxana tam güvənmədiyi üçün Vüsal Əsgərovun kartına atmışdır. Həmin görüş zamanı Orduxan növbəti gün üçün onlara lazım olan sənədləri təqdim edəcəyini, onlarla birlikdə həmin sənədləri vermək üçün özünün də gedəcəyini demişdir. N9 may N0N4-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda olan “N0 yanvar” metrostansiyasının yaxınlığında hər üçü “Orduxan” adlı şəxslə səhər saatlarında görüş təyin etmişlər və ŞahidN məxsus Fordfocus markalı avtomobillə görüşə yollanmışlar. “N0 Yanvar” metrostansiyasının yaxınlığında Orduxan avtomobilə əyləşmiş, sonra onlara sənədlərinin hazır olduğunu, əlindəki faylın içərisində olmasını bildirmiş və onlara özünün göstərəcəyi idarəyə birlikdə gedərək həmin sənədləri verməli olduqlarını demişdir. Onlar avomobillə gedərək 4 saylı Bakı DOST Mərkəzinin qarşısında dayanmışlar. Orduxan hərəsinə iki səhifədən ibarət sənəd vermiş və onlara fərdi şəkildə həmin binaya daxil olaraq sənədləri verib qeydiyyata düşmələrini bildirmiş, özü isə onunla birlikdə içəri daxil olmuşdur. O, Orduxan, ŞahidN və İ.Muradzadə birgə olmaqla həmin binaya daxil olmuşlar. İçəri girdikdən sonra dəhlizin sonunda bir cərgədə düzülmüş masalarda əyləşmiş xanıma yaxınlaşaraq sığorta pulu ilə bağlı müraciət etmək istədiklərini bildirmişlər. Həmin xanım döyüşlərdə iştirak edibetməmələrini soruşmuş, sənədləri aldıqdan bir ay sonra sığorta pullarının ödəniləcəyini bildirmişdir. Həmin yerdən çıxdıqdan sonra Orduxanla birlikdə avtomobillə yenidən “N0 yanvar” metrostansiyasının yaxınlığına qayıtmışlar. Sonra Orduxan onlardan ayrılmışdır. Onlardan iki gün sonra isə 31 may N0N4-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Təqsirləndirilən şəxs və baş əsgər XN verdiyi sənədləri 4 saylı Bakı DOST Mərkəzinə təqdim etmişlər. 31 may N0N4-cü il tarixdə Orduxan Təqsirləndirilən şəxs üçün hazırladığı sənədləri N nömrəli hərbi hissənin qarşısında Təqsirləndirilən şəxs çatdırması üçün ona vermiş və o, həmin sənədləri Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan sonra Orduxanın vəd etdiyi pullar hesablarına köçməmişdir. Bundan sonra, “Orduxan” adlı şəxslə əlaqə saxlayaraq verdiyi pulları qaytarmasını tələb etmiş, N0N4-cü ilin yay aylarında Orduxan hər birindən aldığı pulları tam olaraq qaytarmışdır. O, N0N3-cü ilin sentyabr ayında lokal tipli antiterror əməliyyatında N nömrəli hərbi hissənin 1-ci taborunun tərkibində N sentyabr N0N3-cü il tarixdən Kəlbəcər rayonunun Çərəkdar yaşayış məntəqəsindən Heyvalı yaşayış məntəqəsinə qədər ərazidə döyüş tapşırığını yerinə yetirmiş, həmin döyüş əməliyyatları zamanı yaralanmamış və xəsarət almamışdır. Buna görə hərbi hissənin tibb məntəqəsinə və ya başqa müalicə müəssisəsinə müraciət etməmişdir. O, Orduxan adlı şəxsin təqdim etdiyi sənədlərin saxta olmasını bilməmişdir. N9 may N0N4-cü il tarixdə Orduxanın ona təqdim etdiyi iki ədəd arayışda soyad, ad və ata adının yazıldığı hissəyə baxıb, sənədin özünə aid olduğunu, həmçinin, həmin arayışların birində N nömrəli hərbi hissənin künc ştampı və gerbli möhürünün olmasını, digər sənəddə isə N nömrəli hərbi hissənin möhürünün olmasını görmüş, lakin həmin sənədlərin məzumu ilə tanış olmamışdır. Orduxandan bu sənədləri haradan əldə etməsi ilə bağlı maraqlanmamış, “Orduxan” adlı şəxsin hər birindən sənədləri hazırlamaq müqabilində 500 manat pul istəməsi və alması təklifi onlarda hər hansı bir şübhə yaratmamışdır. N nömrəli hərbi hissənin möhür əskləri olan N dekabr N0N3-cü il tarixli 14318 nömrəli nömrəli sənədlə tanış olarkən özünün az ağır dərəcəli xəsarət almasının göstərildiyinə fikir verməmiş, N nömrəli hərbi hissədə xidməti ilə bağlı həmin hərbi hissədən arayış əldə etməli olduğunu bilsə də, “Orduxan” adlı şəxs tərəfindən ona arayışlar təqdim edilərkən orada hərbi hissəyə dair möhürlərin olması onda həmin arayışların doğru olması qənaətini yaratmışdır. N9 may N0N4-cü il tarixdə “Orduxan” adlı şəxsdən arayışları qəbul edib, dövlət orqanına təqdim etdikdən sonra həmin arayışları alması barədə hərbi hissədə hər hansı bir aidiyyəti şəxsə bildirməmişdir. “Orduxan” adlı şəxsin təqdim etdiyi sənədlərin saxta olmasını Dövlət Sosial Müdafiə Fondundan zəng gəldiyi zaman öyrənmişdir. O, sığorta pulunun əldə edilməsi ilə bağlı N nömrəli hərbi hissəyə və müvafiq vəzifəli şəxslərə müraciət etməmişdir. Antiterror əməliyyatında iştirakı ilə bağlı müavinət verilə bilməsi haqqında bildirdikdən sonra bu barədə N nömrəli hərbi hissədə onunla birlikdə həmin əməliyyatlarda iştirak etmiş şəxslərdən maraqlanmamışdır. Antiterror əməliyyatında iştirak edən şəxslərə müavinət verilməsi ilə bağlı hər hansı bir vəzifəli şəxs tərəfindən rəsmi elan edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, tibb xidməti mayoru Şahid4 ifadəsində bildirdi ki, o, N0NN-ci ildən son 3 aya kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qarnizona hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Təqsirləndirilən şəxs tanımır. N0N3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında yaralanmış hərbi qulluqçuların onlarda komissiyadan keçib Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın N nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş xəsarətin dərəcəsinə və səbəbinə dair arayışlar, xəsarət almış hərbi qulluqçu xidmət etdiyi hərbi hissənin komandirinin göndərişi əsasında, barəsində olan tibbi və xidməti xasiyyətnamələr, eləcə də Qoşma 11 (travma haqqında arayış) ilə birlikdə N nömrəli hərbi hissənin qarnizon hərbi həkim komissiyasına müraciət etdikdən sonra hərbi həkim komissiyasında müayinələrdən keçirilməklə təyin olunmuş xəsarətin ağırlıq dərəcəsinə uyğun olaraq verilir. Həmin arayışlar hərbi-həkim komissiyasının sədri tərəfindən imzalanaraq N nömrəli hərbi hissənin gerbli möhürü ilə təsdiq edilir və sənədin sol üst hissəsinə həmin hərbi hissəyə məxsus künc ştampı qoyulur. Şahid1, Təqsirləndirilən şəxs, X1N, ŞahidN və X9 adlarına tərtib olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari sığorta ödənişinin verilməsi” Qaydasının N nömrəli əlavələri N nömrəli hərbi hissədə (hospitalda) və onun tərəfindən tərtib olunmamış, adının qarşısında olan imza tərəfindən icra edilməmişdir. Ümumiyyətlə, sığorta ödənişinin alınması üçün tərtib olunan arayışlarda yalnız hərbi-həkim komissiyası rəisinin imzası çəkilir, yəni ki katibin imzasına ehtiyac olmur. Həmçinin, sözügedən arayışların künc hissəsindəki N nömrəli hərbi hissənin ştampında qeyd edilmiş xaric olma nömrələri də düzgün yazılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və qeyrilərinin adlarına tərtib olunmuş əlavələrdə müvafiq olaraq qeyd olunan “4N161”, “N701N”, “7413” və “N0176” xaric olma nömrələri ümumiyyətlə N0N3-cü il ərzində aparılmış “Hazır olan arayışların qeydiyyatı kitabı”nda yoxdur. Həmin arayışlardan görünür ki, onlar saxta yollarla hazırlanmış və əslinə oxşar tərtib edilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qarnizon hərbi həkim komissiyasının katibi, mülki işçi Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir ŞahidN ifadəsində göstərdi ki, hərbi xidmətə başladığı gündən bu günədək aparılan bütün döyüş əməliyyatlarında, o, cümlədən xx.xx.N0N3-cü il tarixdə aparılmış antiterror əməliyyatında iştirak etmişdir. Həmin əməliyyatlar zamanı xəsarət almamış və yaralanmamışdır. xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N4-cü i tarixinədək N və N nömrəli hərbi hissələrdə kursda olmuşdur. xx.xx.N0N4-cü il tarixdə gizir X1N və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ilə Bakı şəhərində olan Beynəlxalq Avtovağzalın yanında yerləşən “Şəki" adlı kafedə olan zaman mülki geyimdə olan tanımadığı şəxs yaxınlaşaraq əsgər Şahid1 ilə görüşmüş, Şahid1 “Orduxan” adlı şəxsi onlara təqdim edib, tanışı olduğunu bildirmişdir. Biraz söhbət etdikdən sonra kafedən çıxaraq özünə məxsus “Ford- focus” markalı avtomobilə əyləşmişlər və bundan sonra “Orduxan” adlı şəxs onlara antiterror əməliyyatlarda iştirak etdikləri üçün onlara sığorta pulunun ödənilməli olduğunu demişdir. Onlar belə ödənişlərin olubolmaması barədə məlumatlarının olmadığını dedikdə Orduxan bu barədə hər tərəfli məlumatı olduğunu, hansı sənədlərin lazım olduğunu bildiyini söyləmişdir. Orduxandan hansı sənədlərin lazım olduğunu soruşduqda Orduxan bu işlərin görülməsi, həmçinin müvafiq sənədlərin yığılması üçün xərclərin olduğunu bildirmiş, bu işlərin görülmək üçün nə qədər xərcin lazım olduğünu soruşduqda sonuncu hər şəxs üçün 500 (beş yüz) manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Onlar Orduxanın təklifi ilə razılaşmışlar və bu səbəbdən o və gizir X1N 500 (beş yüz) manat olmaqla Orduxana ümumi 1000 (min) manat pul vermişlər. Orduxan bütün sənədlərin toplanmasını özünün həll edəcəyini, hazırlanmış sənədləri verdikdən sonra həmin sənədləri onun bildirəcəyi ünvana aparacaqlarını demişdir. xx.xx.N0N4-cü il tarixdə “N0 yanvar” metrostansiyasının yaxınlığında hər üçü “Orduxan” adlı şəxslə səhər saatlarında görüşmüşlər. “N0 yanvar” metrostansiyasının yaxınlığında Orduxan gələrək avtomobilə əyləşmiş, sonra onlara sənədlərinin hazır olduğunu və adını bilmədiyi idarəyə birlikdə gedərək həmin sənədləri ora verməli olduqlarını demişdir. Onlar avomobillə adını xatırlmadığı üç mərtəbəli binanın qarşısına gəlmişlər. Sonra fərdi şəkildə həmin binaya daxil olmuşlar. İçəri keçdikdən sonra dəhlizin sonunda əyləşmiş qadına yaxınlaşaraq sığorta pulu ilə bağlı müraciət etmək istədiklərini bildirmişlər. Həmin qadın döyüşlərdə iştirak edib-etməmələri barədə soruşmuş, sənədləri alıb, bir aydan sonra sığorta pullarının ödənəcəyini bildirmişdir. Həmin yerdən çıxdıqdan sonra Orduxan onlardan ayrılmışdır. Bundan bir ay sonra sığorta pulunun keçməməsi səbəbilə o, əsgər Şahid1 şikayət edəcəyini bildirmiş, N0N4-cü ilin avqust ayında əsgər Həsənov X11 500 (beş yüz) manat pulu alaraq ona qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq komandiri, ehtiyatda olan polkovnik-leytenant Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 dekabr N0NN-ci il tarixdən 05 noyabr N0N4-cü il tarixədək Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, 05 noyabr N0N4-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, gizir X1N, gizir ŞahidN, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Təqsirləndirilən şəxs, əsgər X15 və əsgər Şahid1 tərəfindən sığorta ödənişinin verilməsi üçün təqdim edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.N0N3-cü il tarixli N7091, xx.xx.N0N4-cü il tarixli 17834, xx.xx.N0N3-cü il tarixli 4841N, xx.xx.N0N3-cü il tarixli 14318 və xx.xx.N0N4cü il tarixli 196N10 arayışlar saxta olmaqla onun tərəfindən imza edilməmiş, arayışlardakı imzalar ümumiyyətlə ona aid olmamışdır. Həmin arayışların hansı qaydada və kimin tərəfindən hazırlanması barədə məlumatı olmamış, həmçinin həmin arayışlardakı xaric olma nömrələri də həqiqətə uyğun olmamışdır. Hərbi qulluqçu xidmətdə olduğu zaman xidməti tapşırığı yerinə yetirilməsi ilə bağlı hər hansı bir xəsarət alarsa bu barədə hərbi hissənin tibb məntəqəsində “zədələnmələrin qeydiyyatı” kitabında qeydə alınmış, bundan sonra, həmin hərbi qulluqçuya xəsarəti ilə bağlı sığorta ödənişi alınması üçün Forma 11 deyilən sənəd verilməsi nəzərdə tutulmuşdur ki, həmin sənəddə də xəsarət alması ilə bağlı məlumatlar qeyd olunmuşdur. Forma 11 sənədi əsasında isə hərbi qulluqçuya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0N3-cü il N0 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” nın 1 nömrəli əlavəsinə uyğun formada tərtib edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayış verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, 09 aprel N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə şübhəli şəxs qismində tanınaraq barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə sənədlərin texniki ekspertizasının xx.xx.N0N5-ci il tarixli, 5/N4 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, X7 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X9 adına xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli arayışlarda və “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, X7 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X9 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlarda olan ştamp və möhür əksləri şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, X7 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X9 adına xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli arayışlardakı ştamp əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin ştampının eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, X7 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X9 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlardakı möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, X7 adına xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, X9 adına xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli arayışlardakı möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş N nömrəli hərbi hissənin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə” dair ŞahidN adına xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, Təqsirləndirilən şəxs adına xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, X7 adına xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, Şahid1 adına xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, X9 adına xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli arayışlardakı ştamp əkslərinin təsvirləri ekspertizaya təqdim N nömrəli hərbi hissənin ştampının eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.N0N5-ci il tarixli, 4/64 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına” dair xx.xx.N0N3-cü il tarixli N7091 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli, xx.xx.N0N4-cü il tarixli 17834 nömrəli, xx.xx.N0N3-cü il tarixli 14318 nömrəli, xx.xx.N0N4-cü il tarixli 196N10 nömrəli “Arayışlar”ın aşağı hissələrində “N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Şahid3” qrafalarında olan imzalar - Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, “xəsarətin dərəcəsinə və səbəbinə” dair xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, xx.xx.N0N3-cü il tarixli N701N nömrəli, xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli “Arayışlar”da “Komissiyanın sədri: tibb xidmət mayoru” qrafalarında “Şahid4” yazılarının qarşılarında olan imzalar - Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, “xəsarətin dərəcəsinə və səbəbinə” dair xx.xx.N0N3-cü il tarixli 178N nömrəli, xx.xx.N0N3cü il tarixli N701N nömrəli, xx.xx.N0N3-cü il tarixli 7413 nömrəli, xx.xx.N0N3-cü il tarixli 4N161 nömrəli, xx.xx.N0N3-cü il tarixli N0176 nömrəli “Arayışlar”da “Komissiyanın katibi:” qrafalarında “Şahid5” yazılarının qarşılarında olan imzalar Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 31 may N0N4-cü il tarixli müraciət vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 31 may N0N4-cü il tarixdə saat 09:34-də dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi ilə bağlı ərizə ilə 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 0111əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborun döyüş dəstək taqımının N-ci avtomatik qumbaraatan manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə N yanvar N0N3-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 336 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborun döyüş dəstək taqımının N-ci avtomatik qumbaraatan manqasının komandiri vəzifəsindən xüsusi əməliyyat taborun döyüş dəstək taqımın 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N76 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Kəlbəcər rayonunda cəmləşən 1-ci taborun hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs döyüş tapşırıqlarının icrası ilə əlaqədar N sentyabr N0N3-cü il tarixdən Kəlbəcər rayonu Çərəktar yaşayış məntəqəsindən Heyvalı yaşayış məntəqəsi istiqamətində lokal antiterror döyüş əməliyyatlarına cəlb edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzindən daxil olmuş 19 dekabr N0N4-cü il tarixli 570N nömrəli sorğuya cavabdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs adına Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin və Regional Məhkəmə-X5 arxiv məlumatlarında məhkəmə-tibbi müayinədən keçməsi haqqında heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N dekabr N0N4-cü il tarixli N6734 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs N0N3-cü il ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olmamış, hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin poliklinika bölməsində N0N3-cü ilin dispanser müayinəsindən keçirilmiş, “Sağlam” rəyi verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N7 dekabr N0N4-cü il tarixli 1841 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixli 4841N nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” arayış verilməmişdir. X3 Sistemindən əldə olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Orduxan adlı şəxsin ona təqdim etdiyi sənədlərin saxta olmasından məlumatı olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, özünün rəsmi müraciəti olmadan hərbi hissədən onun adına sənədlərin qanuni yolla əldə edilməsinin qeyri-real olmasını, həmin sənədlərin başqa şəxs tərəfindən götürülməsinin də qeyri-mümkün olduğunu bilməməsi ağlabatan deyil. Beləliklə ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 3N0.N-ci maddəsinə tövsif etmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 59.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 19- N0 sentyabr N0N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında iştirakı etməsi cəzasını yüngüllədirən hal qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.N və 58.3-cü maddələri). Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin hazırda hərbi qulluqçu olduğunu nəzərə alınaraq barəsində təqsirli bilindiyi CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayət olmaqla həmçinin onun 19-N0 sentyabr N0N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında iştirakı onun barəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini zəruri edir. CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral N017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə onların təqslirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilmiş 01 oktyabr N0N3-cü il tarixli N701N və N7 oktyabr N0N4-cü il tarixli 4841N nömrəli saxta arayışlar cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutularaq 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı aylıq pul təminatının dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası icra olunması üçün təqsirləndirilən şəxsin hərbi xidmət keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsin komandanlığına, hərbi xidmət yerini dəyişdikdə isə müvafiq hərbi hissənin komandanlığına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilmiş 01 oktyabr N0N3-cü il tarixli N701N və N7 oktyabr N0N4-cü il tarixli 4841N nömrəli saxta arayışlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan N0 (iyirmi) gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. XN0

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar