Məhkəmə qərarları › İş №1-1(093)-123/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-123/2020

11.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-123/2020 11.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Rafiq Qaraxan oğlu Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X2, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxxxx 1992-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Paşabəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Əliyev X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin Madd-texniki təminat bölüyünün təmir emalatxanasının (raket artilleriya silahlarının) manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, N9-cu ilin iyun ayının əvvələrində müxtəlif banklara müraciəti əsasında ona rütbəsinə və aldığı aylıq məvacibinə görə yüksək məbləğdə pulun kredit qismində verilməyəcəyini öyrəndiyindən, həmin ayın sonlarında həmyerlisi, mülki şəxs Şahid1 sözügedən işi təşkil və təmin etmək imkanında olan tanışlarının olmasını eşitdiyindən maddi çətinliklərini aradan qaldırmaq üçün sonuncu ilə danışıq aparıb guya bankda sənədləşmənin hazırlanması adı ilə Şahid1 özünün sinədən yuxarı bir neçə istiqamətdən fotoşəkillərini, həmçinin qanuni şəxsi və şəxsiyyət vəsiqələrinin zəruri səhifələrinin şəkillərini çəkərək “Votsap” mobil tətbiqi proqramı vasitəsi ilə göndərmişdir. Şahid1 onunla əlaqə saxlayıb “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də adına 10000 manat miqdarında kredit rəsmiləşdirilməsinin mümkünlüyünü, lakin bunun müqabilində götürüləcək kredit məbləğindən 2200 manatın işi təşkil edən tanışlarına verməli olmasını bildirdikdə, razılıq verərək xx.xx.N9-cu il tarixdə səhər saatlarında Ağdam rayonundan Bakı şəhərinə gəlib əvvəlcədən aralarında olan razılığa əsasən Yasamal rayonu “20 yanvar” metrostansiyası yaxınlığında görüşməklə birlikdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialının qarşısına gedib Şahid1 tanışı olmaqla sözügedən işi təşkil və təmin etməyə vəd vermiş vətəndaş Şahid2 ilə tanış olmuşdur. Şahid2 əvvəlcədən qanunsuz hazırladığı saxta şəxsi vəsiqəni Təqsirləndirilən şəxs təqdim etməklə onun əsasında bankdan yüksək məbləğdə kredit götürə biləcəyi barədə xəbərdar etmiş, sonuncu həmin sənədi nəzərdən keçirib adına hazırlanmış gizirin saxta şəxsi vəsiqəsi olmasını görüb bu şəkildə kredit götürülməsinə razılıq verərək həmin gün saat 11-12 radələrində sözügedən bankın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 14, 533-cü məhəllə ünvanında yerləşən “Yasamal” filialının inzibati binasına daxil olmuş, orada olarkən bankın istehlak kreditləri şöbəsinin mütəxəssisinə yaxınlaşıb ona məzmunu həqiqəti əks etdirməyən və yalan məlumatlar qeyd olunmaqla qanunsuz hazırlanmış saxta, hüquq verən sənədi, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi halda, guya həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun fotoşəkili yapışdırılmış, üzərində “190, hərbi hissə” sözləri həkk olunmuş gerbli möhürlərlə möhürlənərək müvafiq səlahiyyətli şəxslərin imzaları çəkilmiş SQ seriyalı, ******* nömrəli saxta gizirin şəxsi vəsiqəsini verib, özünü N nömrəli hərbi hissənin giziri kimi təqdim edərək öz real hüquqi vəziyyətini (statusunu) dəyişməklə gizlədib bilə-bilə saxta sənəddən istifadə etmiş və BPM**********61 nömrəli kredit sazişinə əsasən 48 ay müddətinə aylıq 326 manat 10 qəpik pul ödəmək şərti ilə bankdan 10000 manat məbləğində nağd pul götürməyə nail olmuşdur. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuşdur, xx.xx.N4-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılaraq xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, hazırda həmin hərbi hissənin Madd-texniki təminat bölüyünün təmir emalatxanasının (raket artilleriya silahlarının) manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətini davam etdirir. N9-cu ilin iyun ayında atasının səhhətində ciddi problemlər yarandığından müalicə olunması üçün, eləcə də fərdi təsərrüfatı üçün təcili olaraq pul lazım olduğundan dost-tanışından borc pul istəmiş, lakin borc pul tapa bilmədiyi üçün bankdan kredit götürmək qərarına gəlmişdir. O, bir neçə banka müraciət etsə də, MAHHXHQ olduğu üçün ona yüksək məbləğdə kreditin verilməməsi bildirilmişdir. Bundan sonra adlarını xatırlamadığı xidmət yoldaşlarından qonşu Üçoğlan kəndindən tanıdığı Şahid1 bankdan kredit götürməklə məşğul olduğunu öyrənib ona zəng edərək pula ehtiyacının olması barədə məlumat verərək bankdan zaminsiz kredit götürməkdə kömək edə biləcəyini maraqlandıqda sonuncu, şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsinin bütün vərəqlərinin (MAHHXHQ-nın şəxsi vəsiqəsinin) və öz şəklini profildən və öndən olmaqla telefonun kamerası ilə çəkib “vvhatsapp” proqramı vasitəsilə ona göndərməsini və bankdan kreditin götürülməsi barədə maraqlanacağını demişdir. O, da həmin gün şəkilləri Şahid1 göndərmişdir. Təxminən 2-3 gün sonra Şahid1 ona zəng edərək Bakı şəhərində bankdan kredit götürmək üçün maraqlandığını, 10.000 (on min) manat məbləğinədək zaminsiz kredit götürə biləcəyini, əvəzində isə ona 2.200 (iki min iki yüz) manat pul verməsini bildirmişdir. Həmin vaxt təcili pul lazım olduğundan razılaşmış və xx.xx.N9-cu il tarixdə qanuni buraxılışa çıxaraq Bakı şəhərinə gedib “20 Yanvar” metrostansiyasının yaxınlığında Şahid1la görüşmüşdür. Saat təxminən 11-12 radələrində X4 filialına gedərək bankın qarşısında Şahid1 onu Şahid2 ilə tanış etmişdir. Sonuncu bankın qarşısında cibindən hərbi vəsiqə çıxarıb ona vermiş, həmin vəsiqəyə baxan zaman “gizirin şəxsi vəsiqəsi” olduğunu, vəsiqədə onun ad, soyad, ata adının yazıldığını və gizir rütbəsində formada şəklinin olduğunu görmüş, vəsiqənin digər səhifələrinə baxmamışdır. Bu vəsiqənin nə olduğunu soruşan zaman Şahid1 və Şahid2 ona məxsus MAHHXHQ vəsiqəsini alıb saxta vəsiqəni ona verərək həmin vəsiqə əsasında kredit götürəcəyini bildirmişdir. O, Şahid1 və Şahid2 saxta vəsiqə hazırlamalarını başa düşmüş, lakin maddi çətinliyi olduğu üçün onlardan saxta vəsiqəni götürüb həmin vəsiqəni təqdim etməklə kredit götürmək üçün banka müraciət etmişdir. Filialın əməkdaşı harada işləməsi, krediti hansı məqsədlə götürmək istədiyini soruşduqda o, N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidmət etdiyini, götürəcəyi krediti atasının müalicəsinə və şəxsi təsərrüfatına xərcləyəcəyini bildirmiş və sənədləşmə işləri aparıldıqdan sonra 10.000 (on min) manat məbləğində ayda 326 manat 10 qəpik olmaqla 48 ay müddətində kredit götürmüşdür. O, filialdan çıxıb yenidən Şahid1 və Şahid2la bankın qarşısında görüşüb əvvəlcədən danışdıqları qaydada 2.200 manat pulu Şahid1 vermişdir. Şahid2 ona məxsus hərbi vəsiqəni özünə qaytararaq saxta gizir vəsiqəsini geri almışdır. Bundan sonra oradan ayrılıb Ağdam rayonuna qayıtmışdır. Şahid1la telefonda danışarkən sonuncu, saxta sənəd əsasında kredit götürəcəyi barədə məlumat verməmişdir. Lakin sonuncu ilə Bakı şəhərində görüşüb ətraflı söhbət edən zaman məlumatı olmuşdur ki, saxta gizir vəsiqəsi əsasında kredit götürəcək. Banka müraciət etməmişdən qabaq Şahid1 və Şahid2 ona həmin vəsiqənin saxta olması barədə məlumat vermişlər. Çünki o, MAHHXHQ olduğu halda həmin vəsiqədə gizir hərbi rütbəsi yazılmış və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Yasamal” filialında onun təqdim etdiyi vəsiqənin saxta olması müəyyən edilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yasamal” filialından götürdüyü kredit qismində pul üzrə aylıq ödənişləri də hal-hazıradək aparır, ödəməmək kimi fikri olmamışdır. O, əmək haqqını Beynəlxalq Bankın kartından aldığı üçün kredit ödənişlər bank tərəfindən hər ay aylıq məvacibindən tutulurmuş. SQ seriyalı ******* nömrəli gizirin şəxsi vəsiqənin saxta olduğunu bildiyi halda pula ehtiyacı olduğu üçün saxta vəsiqədən istifadə edərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialından kredit qismində 10.000 manat pul götürmüşdür. Şahid1 və Şahid2 vaxtı-vaxtında ödənişlər aparacağı halda heç bir problem yaranmayacağını ona demişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmədən bağışlanmasini xahiş edir. Şahid1 oğlu məhkəməyə ifadə verib göstərdi ki, N9-cu ilin aprel-may aylarında həmkəndlisi, hazırda ölmüş Orxan adlı tanışı ona zəng edərək bir nəfər tanışı olduğunu və hərbi qulluqçuların bankdan kredit götürmələrinə köməklik edə biləcəyini, ona da müəyyən məbləğdə hörmət edəcəyini bildirmişdir. Onun qardaşı Elməddin Zeynalov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan və özünün də kənddə bərbər işlədiyindən hərbi qulluqçu tanışları çox olduğundan maraqlanacağını bildirmişdir. Orxan ona ***-***-**-** mobil nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamasını bildirdikdə, nömrəni yığaraq tanışlıq vermişdir. Həmin şəxsin adının Şahid2 olduğunu öyrənmişdir. Şahid2 bankda işlədiyini düşünüb telefon söhbəti zamanı qardaşı E.Zeynalovun adına kredit götürmək istədiklərini bildirdikdə Şahid2 qardaşının şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonun kamerası ilə çəkib “vvhatsapp” proqramı vasitəsilə mobil telefonuna göndərməsini bildirmiş, o da, həmin sənədin şəklini göndərmişdir. Bir neçə saat sonra Şahid2 ona zəng vurub qardaşının adına kredit olduğundan və ödənişlərdə gecikmələr olduğundan bank tərəfindən kredit verilmədiyini bildirmişdir. Bundan başqa, N9-cu ilin iyun ayının sonunda MAHHXHQ, Təqsirləndirilən şəxs ona zəng vuraraq kredit götürmək istədiyini bildirib kömək etməyi xahiş etdikdə, sonuncuya Şahid2 mobil telefon nömrəsini verib şəxsiyyət vəsiqəsi, hərbi vəsiqəsinin mobil telefonun kamerası ilə çəkilmiş şəkillərini «vvhatsapp» proqramı vasitəsilə ona göndərməsini və götürüləcək hər min manat kredit müqabilində 200 manat ona və Şahid2 verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. xx.xx.N9-cu il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşüb “Elmlər Akademiyası” metrostansiyasına gedib orada Şahid2la görüşmüşlər. Onları tanış edib X4 filialına gedib növbə götürüb qayıtmış və növbə kağızını Təqsirləndirilən şəxs vermişdir. Şahid2 əvvəlcədən vəsiqənin saxta olmasını ona demiş, o, da öz növbəsində bunu Təqsirləndirilən şəxs izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxta gizir vəsiqəsindən istifadə etməklə bankdan 10.000 (on min) manat məbləğində kredit götürmüş və qabaqcadan razılaşdıqları kimi 2.200 manat pulu ona vermişdir. Şahid2 oğlu məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, xx xxx N4-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında çalışmağa başlamışdır. Hazırda həmin filialda aparıcı mütəxəssis vəzifəsində işləyir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs xatırlamır, lakin təqdim olunmuş sənədlərə əsasən həqiqətəndə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında çalışdığı zaman ona kredit qismində pul verilməsini qeyd etmişdir. Vətəndaşlar Şahid1 və Şahid2 isə ümumiyyətlə tanımır, onlarla münasibəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.N9-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialına daxil olaraq hərbi qulluqçu olmasını bildirməklə müəyyən miqdarda istehlak krediti götürmək istədiyini demişdir. Bunun əsasında Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədləri tələb edərək mərkəzi kredit reyestri üzrə yoxlama apararaq müştərinin borc öhdəliklərinə baxmaqla hər hansı bir bankdan kredit götürmədiyini və borcunun olmamasını müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hansı miqdarda maaş almasını yoxlamış, sonuncu ABB-dan əmək haqqı aldığı üçün onun kredit götürməsi üçün yetərli məbləğdə maaş aldığını görüb sirfariş verdiyi məbləğ üzrə adına kreditin rəsmiləşdirilməsinin mümkünlüyünü izah etmişdir. Həmçinin hərbi vəsiqəsinə baxıb N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində müəyyən vəzifədə çalışmasını, bu sənədin müvafiq qaydada imzalar və möhürlərlə təsdiq edilməsini görüb kredit sənədlərini hazırlamağa başlamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs şəxsi və şəxsiyyət vəsiqələrinin surətləri çıxardılaraq əsilləri özünə geri qaytarılmış, lakin hesab üzrə çıxarışı kredit sənədlərinə əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxın qohum və tanışlarının mobil nömrəsi öyrənilərək müvafiq qeydlər aparılmışdır. Bununla da, Təqsirləndirilən şəxs adına 10.000 manat məbləğində kredit sifariş edildiyindən sonuncuya kreditin 3 il müddətinə verilməsi, aylıq 326 manat 10 qəpik ödəniş etməli olduğu və kreditin faizi ilə bağlı məlumat vermiş, həmçinin krediti rəsmiləşdirmək üçün kredit müqavilələrini və digər sənədləri imza etməsi üçün təqdim olunmuşdur. İmza edildikdə Təqsirləndirilən şəxs zəruri sənədlərlə bankın kassasına yaxınlaşmış, oradan 100 manat nağdlaşma komissiyası tutulmaqla 9900 manat nağd pul verilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialına saxta sənəd, yəni “gizirin şəxsi vəsiqəsi” təqdim etməklə kredit alması barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs şəxsi vəsiqəsinə baxmış, həmin sənəd möhürlü və imzalı olmuş, saxta olmasına hər hansı bir şübhəsi yaranmamışdır. Təqsirləndirilən şəxs Nizami oğlu əmək haqqını “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin plastik kartı ilə aldığı üçün kredit müqaviləsi üzrə aylıq ödənişlər həmin əməkhaqqı kartından tutulurmuş. Hərbi qulluqçu Təqsirləndirilən şəxs filiala daxil olarkən saxta sənədlə kredit götürəcəyini əvvəlcədən bilmişdir. Çünki bankda olarkən ondan sənədlərini təqdim etməsini xahiş etdikdə hazırda məlum olduğu kimi saxta sənədləri təqdim etmiş və orada olan məlumatları şifahi qaydada təsdiq etmişdir. O, sözügedən sənədlər üzrə dəqiqləşdirmə aparmaq üçün müəyyən suallar, yəni harada, hansı vəzifədə və rütbədə xidmət etməsi, krediti hansı məqsədlə götürməsi barədə suallar vermiş, Təqsirləndirilən şəxs də təqdim etdiyi sənədlərə əsasən suallara cavab vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən göndərilmiş məktubdan və məktuba əlavə olunmuş sənədlərin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş kredit müqaviləsinə dair sənədlər təqdim edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xx xxxxxx N9cu il tarixli raportdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən şəxsi vəsiqəsini saxtalaşdıraraq qanunsuz olaraq kredit yolu ilə pul götürmüşdür. İş materiallarına əlavə edilmiş AD № ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx xxxx N4-cü il tarixli, 84 nömrəli əmrdən çıxarışından görünür ki, MAHHXHQ Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N9-cu il tarixli, 254 nömrəli əmrdən çıxarışından görünür ki, MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin maddi texniki təminat bölüyünün təmir emalatxanasının (raket artilleriya silahları) manqa komandiri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş SQ № ******* nömrəli şəxsi vəsiqədən görünür ki, vəsiqədə MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs “gizir” hərbi rütbəsində N nömrəli hərbi hissədə xidmət etməsi göstərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxx N9-cu il tarixli, BPM**********61 nömrəli kredit sazişindən görünür ki, həmin filial tərəfindən ona 48 ay müddətinə illik 24% faizlə 10.000 manat nağd pul krediti ayrılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ödəniş cədvəlinin surətindən görünür ki, xx xxxx N9-cu il tarixdə verilmiş kredit üzrə o, xx xxxxxx N9-cu il tarixdən xx xxxx 2023-cü il tarixədək hər ay 326 manat 10 qəpik, sonuncu ay isə 319 manat 70 qəpik ödəniş həyata keçirməli olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialı tərəfindən Təqsirləndirilən şəxs verilmiş məxaric orderinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx N9-cu il tarixdə 9900 manat pulu qəbul etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına olan kredit müqaviləsi üzrə xx.xx.N9-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 10.000 manat isthelak krediti üzrə aylıq kredit ödənişlər aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 4/173 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx xxxx N9-cu il tarixli fiziki şəxslər üçün kredit sifarişinin 1-ci vərəqinin aşağı sağ küncündəki imaz, 2-ci vərəqinin “(sofarişi verməyə səlahiyyətli olan şəxs S.A.A)” qrafasındakı imza; BPM**********61 nömrəli, xx xxxx N9-cu il tarixli kredit müqaviləsinin 1-ci, 2-ci vərəqlərinin aşağı sağ küncündəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs xx.xx.N9” əlyazmaları və “Borc alan” qrafasındakı imza; xx xxxx N9cu il tarixli BPM**********61 nömrəli kredit müqaviləsinə əlavə №1-in 1-ci vərəqinin aşağı sağ küncündəki imza, 2-ci vərəqində “Borc alan” qrafasındakı imza; xx xxxx N9-cu il tarixli BPM**********61 nömrəli məxaric orderində “Təqsirləndirilən şəxs xx.xx.N9” əlyazmaları və “Müştərinin imzası/Customer Signature” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat – Səfərbərlik İdarəsinin xx.xx.2020-ci il tarixli, 20/481 nömrəli məktubundan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs AD № ******* nömrəli müddətdən artıq xidmət edən hərbi qulluqçunun şəxsi vəsiqəsi verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməllər Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, onun gəncliyini, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsini, xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin etməyi qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut,- xx xxxx N9-cu il tarixli, BPM**********61 nömrəli kredit sazişi, xx.xx.N9-cu il tarixli 1 nömrəli əlavə - ödəniş cədvəli, Təqsirləndirilən şəxs adına olan SQ seriyalı, ******* nömrəli gizirin saxta şəxsi vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar məhkəmə xərci 112 Azn (yüz on iki) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə- Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilməlidir. Cinayət prosessual-qanunvericiliyin tələblərinə görə şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir (CPM-nin 197.1.5-ci maddəsi). Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir (CPM-nin 193.3-cü maddəsi). Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs pulsuz hüquqi yardım göstərdiyi üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz iyirmi) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1800 (min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut,- xx xxxx N9-cu il tarixli, BPM**********61 nömrəli kredit sazişi, xx.xx.N9-cu il tarixli 1 nömrəli əlavə - ödəniş cədvəli, Təqsirləndirilən şəxs adına olan SQ seriyalı, ******* nömrəli gizirin saxta şəxsi vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 112 AZN (yüz on iki) ekspertiza xərci alınıb Məhkəmə- Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz əlli) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar