Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-123/2023 10.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx xxxxxx 1991-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 22 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq hərbi qulluqçusu, gizir, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, o, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu Qaraheybət hərbi şəhərciyi ərazisində yerləşən tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 01 aprel 2023-cü il tarixdə saat 08:00-da faktiki olaraq yaşadığı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 2, mənzil 21 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 19 aprel 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə övladının səhətində yaranmış problemlərlə əlaqədar olaraq saat 08:00-da xidmət yerinə getməli olduğu halda getməmişdir. Həmin tarixdə xidmət etdiyi bölüyün komandiri və şəxsi heyəti tərəfindən dəfələrlə onun mobil nömrəsinə zəng olunaraq xidmət yerinə çıxmalı olduğunu bildirsələr də o, xidmət yerinə çıxa bilməyəcəyini, habelə qısa müddət ərzində hərbi xidmətdən ehtiyata buraxılacağını bildirmişdir. 19 aprel 2023-cü il tarixdə o, xidmət yerinə gələrək bölük komandirinə bu barədə məlumat vermişdir. Xidmət yerinə vaxtında gəlməməyinin səbəbi, övladının sadə parsial tutmadan əziyyət çəkməsi və onun övladının 01 aprel 2023cü il tarixdən 17 aprel 2023-cü il tarixədək müxtəlif vaxtlarda X3 müayinələrə aparmağı olmuşdur. Sonra 13 may 2023-cü il tarixli əmrlə tutduğu vəzifədən azad olunaraq ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, müvafiq raportlar və əmrdən çıxarışlar, habelə digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün komandiri, kapitan rütbəsindədir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün baş çavuşu vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 07:50-də xidmət yerinə gəlməmişdir. O, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etsə də sonuncu telefon danışığı zamanı övladının xəstə olması ilə əlaqədar xidmət yerinə çıxmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs tez bir zamanda xidmətə gəlməsini demiş və onunla telefonda danışığı bitirmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi ilə bağlı ondan və yuxarı komandanlıqdan icazə almamışdır. O, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 08 radələrində xidmət yerinə gəlmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə gəldiyi zaman o, sonuncu ilə bir daha fərdi söhbət aparmış və xidmət yerinə gəlməməsinin səbəblərini soruşmuşdur. Təqsirləndirilən şəxs də ailə problemlərinin olması səbəbində gələ bilmədiyni demişdir. Sonra Təqsirləndirilən şəxs barəsində cinayət işinin açılacağını demiş və onu xidmət yerinə göndərmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin təlim silahlar bölüyünün pulyemyot taqımının 2-ci pulyemyot manqa komandiri, kiçik çavuş rütbəsindədir. 01 aprel 2023-cü il tarixdə xidmət etdiyi bölüyün bölük növbətçisi xidmətində olan zaman saat 07:30 radələrində sıra baxışı üçün düzülüş təyin olunmuş, bölükdə xidmət edən hərbi qulluqçuların sırada olub-olmadıqlarını siyahı üzrə yoxlayan zaman bölüyün baş çavuşu vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs sırada olmadığı müəyyən olunmuşdur. O, şəxsi istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng etmiş, Təqsirləndirilən şəxslə danışdığı zaman sonuncu ailəsində xəstəsinin olduğunu, bu səbəbdən xidmət yerinə gəlməyəcəyini bildirmişdir. Növbəti günlər ərzində bir neçə dəfə Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq xidmət yerinə gəlməsini bildirsə də sonuncu ailə problemlərinin olması ilə əlaqədan xidmət yerinə gəlməyəcəyini, qısa müddət ərzində hərbi xidmətdən ehtiyata buraxılacağını bildirmişdir. 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs xidmət yerinə gəlmiş, 10 may 2023-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılaraq, tutduğu vəzifədən azad edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş kiçik çavuş X1 və kiçik çavuş Şahid4 da eyni məzmunlu ifadələr verərək, kiçik çavuş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə həmçinin cinayət işinin materiallarında olan aşağıdakı sübutlar araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunda gizir və miçmanların həqiqi hərbi xidmətinə daxilolma haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2018-ci il tarixdə gizir kimi 5 il müddətinə könüllü olaraq hərbi xidmətə daxil olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 12 dekabr 2018-ci il tarixli 296 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Gizir hazırlığı” kursunu bitirərək tədris prosesinin təminatı taborunun təlim silahları bölüyünün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarında olan tədris prosesinin təminatı taborunun komandirinə ünvanlanmış raportdan görünür ki, təlim silahlar bölüyünün baş çavuşu vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə xidmət yerinə çıxmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin 01 aprel 2023-cü il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə xidmət yerinə çıxmamış hesab edilməklə həmin tarixdən ərzaq təminatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan Tədris prosesinin təminatı taborunun komandirinə ünvanlanmış raportdan görünür ki, gizir Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin 19 aprel 2023-cü il tarixli 113 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə xidmət yerinə gəlmiş hesab edilməklə bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 28 aprel 2023-cü il tarixli 4449 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin 13 may 2023-cü il tarixli 137 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Əliyev X2 Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 17 aprel 2023-cü il tarixli 048gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə 28 may 2023-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq hərbi qeydiyyata durmağı üçün SHXÇDX-nin Nəsimi rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq hərbi qulluqçusudur, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandirinin 28 may 2020-ci il tarixli 137 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Bakı şəhəri, Nəsimi rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə görə yalnız kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara nəzərdə tutulduğundan ordu sıralarından tərxis olunmuş təqsirləndirilən şəxsə həmin cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 333.3-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü ictimai işlər cəzası təyin etməyi əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Mərkəz” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356 , 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökm icra olunması Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Mərkəz” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1-1(093)-123/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-123/2023
10.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver