Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-124/2023 11.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 14 avqust 1998-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali hərbi təhsilli, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.3 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən qohumu Zərərçəkmiş şəxs 2022ci ilin sentyabr ayının əvvəllərində ona zəng edərək N nömrəli hərbi hissədə “komando” kursuna cəlb olunmuş oğlu müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X14 oğlunun “varikosel” xəstəliyindən əziyyət çəkdiyi üçün sonuncunun kursdan xaric olunacağını demiş və bundan sonra xidmətini hansı hərbi hissədə davam etdirəcəyini soruşmuş, o, Elnar Həsənlinin xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Kəlbəcər və ya Laçın rayonunun ərazisində dislokasiya olunmuş hərbi hissələrindən birinə göndəriləcəyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin işğaldan yeni azad edilmiş ərazilərdə yaradılmış hərbi hissələrdə xidmət etməkdə çətinlik çəkəcəyini düşünərək oğlu Elnar Həsənlinin yaşadığı Sumqayıt şəhərinə yaxın hərbi hissələrdən birində xidmət etməsini istədiyini, bu mümkün olmadığı halda Elnar Həsənlinin gənc əsgər kursunu keçdiyi Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidmətini davam etdirməsini istədiyini demiş və bunun mümkün olub-olmaması barədə soruşduqda o, bununla bağlı tanışlarından maraqlandıqdan sonra məlumat verəcəyini bildirmiş, daha sonra o, 2022-ci ilin sentyabr ayının əvvəllərində bu barədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin raketartilleriya silahları xidmətinin rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi vəzifəsində xidmət edən, leytenant X5 bildirdikdə Zülfüqar Namazov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerinin dəyişdirilməsi səlahiyyətinin olmadığını habelə, belə bir səlahiyyətə malik tanışın olmadığını bildirmiş, lakin ona Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün qohumu Zərərçəkmiş şəxs oğlu 3000 (üç min) manat məbləğində pul istəməsini və həmin pulu aralarında hər birinə 1500 (min beş yüz) manat olmaqla yarı-yarıya bölməyi təklif etmiş, o, Zülfüqar Namazovun təklifini qəbul edib sonuncu ilə cinayət əlaqəsinə girmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə qohumu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsinə kömək etmək niyyəti olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlib 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək sonuncunun oğlu Elnar Həsənlinin xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilməsi müqabilində xidmət yoldaşı Zülfüqar Namazovun tanışı olan yüksək vəzifəli şəxsə əvvəlcə 2000 (iki min), Elnar Həsənlinin xidmət yeri dəyişdirildikdən sonra isə 1000 (bir min) manat məbləğində pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs onun bu təklifini qəbul etdikdən sonra aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs leytenant Zülfüqar Namazova məxsus 51N7 5133 4803 95N1 nömrəli bank kartını “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmiş, Zərərçəkmiş şəxs bundan sonra Sumqayıt şəhərinin ərazisində yerləşən “Şahin Market” adlı ərzaq mağazasında olan “E Manat” ödəmə terminalından Zülfüqar Namazova məxsus 51N7 5133 4803 95N1 nömrəli bank kartını 19 sentyabr 2022-ci il tarixdə 1501 (bir min beş yüz bir) manat, 20 sentyabr 2022-ci il tarixdə 501 (beş yüz bir) manat göndərmiş, daha sonra o, 2022-ci ilin sentyabr ayının sonlarında Zülfüqar Namazovla aralarında olan razılığa əsasən yenidən qohumu Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq oğlunun N nömrəli hərbi hissədə qalması və işğaldan azad olunmuş ərazilərə göndəriləcək şəxsi heyətlə birlikdə göndərilməməsi üçün qalan 1000 (bir min) manatı da ödəməli olduğunu, əks təqdirdə oğlunun N nömrəli hərbi hissədə saxlanılmasına Zülfüqar Namazovun köməklik göstərə bilməyəcəyini qeyd etməklə inandırmış, bundan sonra Zərərçəkmiş şəxs qonşusu Şahid2 Seyfulla oğlundan 1000 (bir min) manat məbləğində pul vəsaitini Zülfüqar Namazova məxsus 51N7 5133 4803 95N1 nömrəli bank kartını göndərmək üçün borc qismində istəmiş, Şahid2 bu barədə qaynanası X1 bildirərək Zülfüqar Namazova məxsus 51N7 5133 4803 95N1 nömrəli bank kartına 1000 (bir min) manat məbləğində pul vəsaitini göndərməsini bildirmiş, daha sonra X7 Namazovun bank kartına 03 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayonunun ərazisində yerləşən “Mustafa Market” ərzaq mağazasında quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1000 (bir min) manat məbləğində pul göndərmişdir. Bundan sonra o, Zülfüqar Namazovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3002 (üç min iki) manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xeyrinə hər hansı hərəkət etməmiş və Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin 2022-ci ilin oktyabr ayının ortalarında Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərildiyini öyrəndikdən sonra 2023-cü ilin yanvar ayının əvvəllərində ondan hüquq mühafizə orqanına şikayət etmiş, o, bunu öyrəndikdən sonra 2023-cü ilin may ayının ortalarında 3002 (üç min iki) manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan başqa, o, qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 30 sentyabr 2022-ci il tarixdə saat 08:00-dan 10 oktyabr 2022-ci il tarixədə saat 1N radələrinədək üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, o, qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 11 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla yanaşı o, qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 28 oktyabr 2022-ci il tarixdə saat 08:00-dan 0N noyabr 2022-ci il tarixdə saat 08:00-dək üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.1,178.2.3 və 333.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin avqust ayının sonlarında qohumu Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq sonuncunun oğlu Elnar Həsənlinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə “komando” kursuna göndərildiyini və bir qohum kimi Elnar Həsənliyə nəzarət etməyini, tək oğul övladı olduğu üçün ərköyün böyüdüyünü demişdir. O, bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq tez-tez sonuncunun oğlu Elnar Həsənli ilə bağlı ona məlumat vermişdir. 2022ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Elnar Həsənlinin “Varikosel” xəstəliyi tutulduğunu, buna görə də kursdan xaric olunacağını demiş və oğlunun bundan sonrakı xidmətinin necə olacağını soruşmuşdur. O, Zərərçəkmiş şəxs kursdan xaric edildikdən sonra Elnar Həsənlinin xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin işğaldan yeni azad edilmiş Kəlbəcər və ya Laçın rayonunun ərazisində yerləşən hərbi hissələrdən birində xidmətə təyin olunacağını demiş, Zərərçəkmiş şəxs bu zaman ona oğlunun işğaldan yeni azad edilmiş hərbi hissələrdə xidmət etməkdə çətinlik çəkəcəyini, bundan narahat olaraq Elnar Həsənlinin daha təhlükəsiz hərbi hissələrdən birinə, yəni Sumqayıt şəhərində yerləşən Müdafiə Nazirliyinin bölmələrindən birinə, yaxud Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmasının mümkün olub-olmamasını soruşmuş, bundan sonra o, Zərərçəkmiş şəxs bu barədə tanışlarından maraqlanacağını və ona məlumat verəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Zülfüqar Namazovla söhbət edən zaman o, qohumu Zərərçəkmiş şəxs övladı Elnar Həsənlinin daha təhlükəsiz hərbi hissələrdən birinə, o cümlədən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmasının mümkün olub-olmaması barədə maraqlandığını demiş, Zülfüqar Namazov ona bu mövzuda köməklik göstərə bilməyəcəyini, belə bir səlahiyyətinin olmadığını, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini dəyişdirmək səlahiyyəti olan tanışının olmadığını bildirmiş, ardınca ona Elnar Həsənlinin xidmət yerini dəyişdirmək adı ilə Zərərçəkmiş şəxs 3000 manat pul istəməyini və həmin pulu aralarında yarı-yarıya bölməyi təklif etmişdir. O, Zülfüqar Namazovun təklifini qəbul etmiş və aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində zəng edərək Zülfüqar Namazov adlı hərbi qulluqçu yoldaşının olduğunu, sonuncunun yüksək rütbəli və vəzifəli tanışı olduğunu, oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün həmin yüksək vəzifəli şəxsə 3000 manat pul verilməli olduğunu demişdir. O, Zərərçəkmiş şəxs həmin 3000 manatın 2000 manatını Elnar Həsənlinin N nömrəli hərbi hissəyə təyin olunması N manatını isə gələcəkdə Elnar Həsənlinin xidmət yerinin işğaldan azad edilmiş hərbi hissələrdən birinıə dəyişdirilməməsi üçün verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs bir qədər tərəddüd etsə də Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin N nömrəli hərbi hissədə saxlanılması müqabilində 3000 manat verməyə razılaşmış və o, bundan sonra Zülfüqar Namazovla razılığa əsasən sonuncuya məxsus 51N7 5133 4803 95N1 saylı bank kartının nömrəsini “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxsla Zülfüqar Namazov biri-biriləri ilə əlaqəni onun vasitəsilə saxlamışdır. Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün Zülfüqar Namazova məxsus bank kartına 19 sentyabr 2022-ci il tarixdə 1501 manat, 20 sentyabr 2022-ci il tarixdə 501 manat, 03 oktyabr 2022-ci il tarixdə 1.000 manat pul göndərmişdir. Bundan sonra Zülfüqar Namazov əldə olunan 3002 manat məbləğində puldan ona 1500 manat verməli olduğu halda xidmət yerini özbaşına tərk etmiş və həmin puldan ona heç bir ödəniş etməmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin Kəlbəcər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirildiyini öyrəndikdən sonra bu barədə ona bildirmiş və Zülfüqar Namazova verdiyi pulları tələb etmişdir. O, hadisədən sonra qohumu Zərərçəkmiş şəxs hüquq mühafizə orqanına şikayət etdiyini öyrəndikdən sonra 2023-cü ilin may ayında 3002 manat pulu tam şəkildə Zərərçəkmiş şəxs qaytarmışdır. N sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezam olunmuş, ezamiyyət müddətində 29 sentyabr 2022-ci il tarixədək müayinələrdən keçmiş, daha sonra isə xidmət yerinə qayıtmalı olduğu halda öz şəxsi işləri ilə əlaqədar müayinələrdən yayınmış, daha sonra 10 oktyabr 2022-ci il tarixdə yenidən hospitala gələrək göndərişlə oftolmologiya şöbəsinə getmiş, orada ambulator həkim müayinəsindən keçdikdən sonra yenidən müayinələrdən yayınmış və 27 oktyabr 2022-ci il tarixdə yenidən hospitala müraciət edərək müayinələri bitirmiş, bundan sonra növbəti gün, yəni 28 oktyabr 2022-ci il tarixdə saat 08:00-da xidmət yerimə qayıtmalı olduğu halda ezamiyyətdən gecikərək 0N noyabr 2022-ci il tarixdə saat 08:00-da N nömrəli hərbi hissəyə geri qayıtmışdır. Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Elnar Həsənli 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağrılmış, gənc əsgər kursunu keçmək üçün Müdafiə Nazirliyinin Yevlax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, orada gənc əsgər kursunu keçdikdən sonra “komando” kursu keçmək üçün Müdafiə Nazirliyinin Qusar rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. O, bundan sonra əmisi Ağa Həsənovun nəvəsi olan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyini bildiyindən sonuncuya zəng edərək Elnar Həsənlinin “komando” kursuna cəlb olunduğunu bildirmişdir. Bir müddət sonra o, özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və oğlu Elnar Həsənlinin “varikosel” xəstəliyinə tutulduğunu, damarlarının genişləndiyini və bu səbəbdən də kursdan xaric olunacağını demişdir. O, Təqsirləndirilən şəxs Elnar Həsənlinin kursdan xaric olunduqda sonra hansı hərbi hissəyə göndəriləcəyini soruşduqda, Təqsirləndirilən şəxs cavabında X10 Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər yaxud Laçın rayonu ərazisndə yerləşən hərbi hissələrindən birinə göndəriləcəyini demişdir. O, Təqsirləndirilən şəxs Elnar Həsənlinin Kəlbəcər yaxud Laçın rayonunda xidmət etməkdə çətinlik çəkəcəyini, oğlunun Sumqayıt şəhərinə yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birində yaxud Elnar Həsənlinin gənc əsgər kursunu keçdiyi N nömrəli hərbi hissədə xidmətini davam etdirməyin mümkün olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs ona bu barədə maraqlanıb xəbər edəcəyini bildirmiş və 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək N nömrəli hərbi hissədə xidmət edən X8 adlı dostunun olduğunu və həmin dostunun yüksək vəzifəli tanışı olduğunu, Elnar Həsənlinin N nömrəli hərbi hissədə xidmətini davam etdirməsi üçün Zülfüqar Namazovun tanışı olan həmin vəzifəli şəxsə ümumilikdə 3000 manat məbləğində pul verməli olduğunu demişdir. O, bir qədər tərəddüd etsə də, Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və Təqsirləndirilən şəxs bundan sonra ona “Whatsap” tətbiqi vasitəsilə Zülfüqar Namazov adlı şəxsə məxsus 51N7 5133 4803 95N1 saylı bank kartı nömrəsi və həmin kartın fotoşəklini göndərmişdir. Təqsirləndirilən şəxs ona 2000 manat məbləğində pulu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün, N manat məbləğində pulu isə Elnar Həsənlinin gələcəkdə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə ezam edilməməsi üçün verməli olduğunu bildirmişdir. O, bundan sonra 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Şahin Market” ərzaq mağazasında olan “E-manat” terminalından 1501 manat, 20 sentyabr 2022-ci il tarixdə həmin ərzaq mağazasında olan “E-manat” terminalından 501 manat göndərmişdir. O, həmin pulu 2022-ci ilin sentyabr ayının ortalarında “Turanbank”dan nağd kredit götürərək Zülfüqar Namazova məxsus bank kartına köçürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə pulu olmadığı üçün qonşusu, Sumqayıt şəhər sakini Şahid2 Seyfulla oğluna müraciət etmiş və ondan borca pul verməsini xahiş etmiş, Şahid2 da onun xahişini yerə salmamış və İsmayıllı rayonunda yaşayan qaynanası X1 zəng edərək Zülfüqar Namazovun kart hesabına 1000 (min manat) pulu göndərtdirmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının ortalarında o, oğlu X10 Naizlriyinin Kəlbəcər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə göndərildiyini öyrəndikdən sonra Təqsirləndirilən şəxs verdiyi pulu tələb etmiş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirdiyini gördükdə hüquq-mühafizə orqanına bu barədə şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Şahid2 Seyfulla oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr vermişdir. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid1 göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargahı Qusar şəhərində yerləşmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N sentyabr 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezamiyyətə göndərilmiş və 23 sentyabr 2023-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan N noyabr 2023-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bir neçə dəfə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasına səbəb şəxsi və ailə problemləri olmuş, xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməllərin cinayət olmasından xəbərdar olmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi qulluqçusu, tibb xidməti baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə saat 1N radələrində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasının həmin tarixli 7210 nömrəli göndərişi ilə poliklinikanın oftolmologiya şöbəsinə göndərilmiş və orada ambulator müayinədən keçmiş, bundan sonra müayinələrdən yayınmış və daha sonra isə 27 oktyabr 2022-ci il tarixdə yenidən hospitala müraciət edib müayinələri bitirərək hərbi xidmətə yararlı hesab edilərək xidmət etdiyi N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli 10N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış, 20 sentyabr 2022-ci il tarixli 8859 nömrəli raportda leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasına 3 (üç) gün müddətinə ezam edilməli olduğu qeyd edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N oktyabr 2022-ci il tarixli 9152 nömrəli raportdan görünür ki, leytenant X2 ezamiyyət müddəti 23 sentyabr 2023-cü il tarixdə başa çatsa da, qeyd edilən tarixədək xidmət yerinə qayıtmamışdır. N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N noyabr 2022-ci il tarixli 10578 nömrəli raportdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 0N noyabr 2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 282 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri, leytenant Təqsirləndirilən şəxs 3 (üç) gün müddətinə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasına ezam edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 29N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 23 sentyabr 2022ci il tarixdə ezamiyyət müddətinin bitməsinə baxmayaraq N oktyabr 2023-cü il tarixədək xidmət yerinə qayıtmamışdır. N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 342 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 0N noyabr 2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 22 sentyabr 2022-ci il tarixli 12907 nömrəli müayinə vərəqəsindən görünür ki, leytenant Təqsirləndirilən şəxs 22-29 sentyabr 2022-ci il tarixlərdə həkim müayinələrindən keçmişdir. 10 oktyabr 2022-ci il tarixli 7210 nömrəli göndərişdən görünür ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının oftolmologiya şöbəsinə göndərilmiş və orada həmin tarixdə ambulator müayinədən keçmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasından təqdim edilmiş 27 oktyabr 2022ci il tarixli 1247N nömrəli məktubdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasına müraciət etdikdən sonra tibbi müayinələrdən beş gün müddətinə keçməli olduğu halda müayinə vaxtını bilərəkdən uzadaraq 27 oktyabr 2022-ci il tarixdə müayinədən keçmişdir. 10 yanvar 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanladığı ərizəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: leytenant Təqsirləndirilən şəxs və X4 ondan oğlu X14 oğlunun xidmət yerininin dəyişdirilməsi müqabilində 3002 (üç min iki) manat məbləğində pul vəsaitini alması, həmin tarixədək oğlunun xidmət yerinin dəyişdirilməməsi və ödədiyi pul vəsaitinin geri qaytarılmaması barədə bildirmişdir. 19 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-dən üç il müddətinə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. 19 sentyabr 2022-ci il, 20 sentyabr 2022-ci il və 03 oktyabr 2022-ci il tarixli ödəniş qəbzlərin surətindən görünür ki, X5 məxsus Azərbaycan Beynəlxalq Bankının 5****************95N1 nömrəli kart hesabına müvafiq olaraq 1501 (min beş yüz bir), 501 (beş yüz bir) və 1000 (bir min) manat olmaqla ümumilikdə 3002 (üç min iki) manat məbləğində ödəniş edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2022-ci il tarixli 253 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər X14 oğlu N avqust 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 0N oktyabr 2022-ci il tarixli raportdan görünür ki, əsgər X14 oğlu səhhətində yaranan problemlərə görə “9-cu qəbul komando başlanğıc kurs”undan xaric edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 300 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X14 oğlu hərbi hissənin 4-cü taborunun 12ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmiş və bütün növ təminatlara daxil edilmişdir. 25 may 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanladığı ərizəsində oğlu X14 oğlunun xidmət yerininin dəyişdirilməsi müqabilində Təqsirləndirilən şəxs və X5 verdiyi 3002 (üç min iki) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən qaytarıldığını, hazırda Təqsirləndirilən şəxsla barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 31 oktyabr 2022-ci il tarixli 12907 nömrəli arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 333.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla belə, cinayət qanunu müddəalarının qüvvəsinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Zərərçəkmiş şəxs məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqdim etdiyi ərizədə sonuncunun ona 3002 (üç min iki) manat məbləğində pulunun qaytardığını, onunla barışdığını, ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 18N.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Kapital Bankın qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə 752 (yeddi yüz əlli iki) manat dövlət büdcəsinə ödəniş etmişdir ki, bu da, Zərərçəkmiş şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarından az deyildir. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.11. -ci maddələrinin tələblərinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 39.3-ci maddəsinə əsasən isə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir (Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsi). Dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır (Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsi). Azərbaycan Respublikası CPM-in 43.1 və 43.1.1-ci maddələrinin tələblərinə görə dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından, eyni zamanda həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Azərbaycan Respublikası CM-in 73- 1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməsi barədə qərarı çıxarılmasını istəmişdir. Odur ki, məhkəmə şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə ona qarşı cinayət təqibinə xitam verilməli, Azərbaycan Respublikası CM-in 333.3-cümaddəsi ilə isə olan cinayət əməllərinin aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinə nisbətdə cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in N1.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün tədbiqini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 35N, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, bu maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla N (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-124/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-124/2023
11.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver