Məhkəmə qərarları › İş №1-1(093)-125/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-125/2020

14.08.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-125/2020 14.08.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxx 1994-cüildə Ağdam rayonunda anadan olmuş, evli, ortatəhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Böyükbəyli kəqdində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2ci taborunun minaatan batareyasının 1-ci minaatan taqımının 2ci minaatan manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 320.2-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Əlizadə Hakim Qurbanxan oğlu təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun minaatan batareyasının 1-ci minaatan taqımının 2-ci minaatan manqasının komandiri vəzifəsində kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən vətəndaşlar Şahid2 və Şahid1 ilə danışıb, bankdan əlverişli şərtlərlə və yüksək məbləğdə kredit götürməsi üçün həmin şəxslərin vasitəçiliyi ilə hazırlanacaq saxta «gizirin şəxsi vəsiqəsi» əsasında bankdan kredit götürməsinə kömək etmələri barədə razılığa gəldikdən sonra kredit almağı üçün zəruri sənədlərin, yəni şəxsiyyət və hərbi qulluqçunun şəxsi vəsiqəsi, əməkhaqqı kartının fotoşəkillərini öz mobil telefonunun vasitəsilə «Whatsapp” mobil proqramından vətəndaş Şahid1, sonuncu isə öz növbəsində həmin mobil proqram vasitəsilə hazırda şəxsiyyəti istintaqa məlum olmayan, özünü Şahid1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin işçisi kimi təqdim etmiş «Şahin» adlı şəxsə göndərmişdir. «Şahin» adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs adına məzmunu təhrif edilməklə guya onun «gizir» hərbi rütbəsində xidmət etməsini təsdiq edəns axta «gizirin şəxsi vəsiqəsi» hazırlanıb aralarındakı sövdələşməyə uyğun olaraq Abşeron rayonunun Xırdalan şəhərində Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə günorta saatlarında saxta «gizirin şəxsi vəsiqəsi»ni əldə edib kredit götürmək üçün «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ni Xırdalan şəhər filialından təqdim etməklə 10.000 manat məbləğində pulu kredit yolu ilə əldə etməklə qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 təqsirləndirilən şəxsin cinayət əməlini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertizaların rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cildinin 100-cu vərəqinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 5\312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sənədlərin əsli olmadığından gizir vəsiqələrində olan imza və yazıların kim tərəfindən icra olunması barədə rəy vermək mümkün olmamışdır. Cinayət işinin 2-ci cildinin 104-105-ci vərəqlərinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 5\311, 5\312 nömrəli rəylərindən görünür ki, ekspertizaya şəxsi vəsiqələrin surəti təqdim edildiyindən həmin sənədlərin blanklarının və mətninin hansı üsulla hazırlanmasını, üzərində hər hansı düzəlişin aparılıb-aparılmamasını, üzərindəki möhür əkslərinin hansı üsulla vurulmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş SQ 00667274 nömrəli və SQ 00667311 nömrəli şəxsi vəsiqələrinin üzərində olan möhür əksləri N nömrəli hərbi hissənin möhürünün eksperimental nümunələri ilə eynilik təşkil etməmişdir. Cinayət işinin 1-ci cildinin 61-73-cü vərəqlərinə əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli BPM **********71 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xırdalan şəhər şöbəsindən 10.000 manat məbləğində kredit götürmüşdür. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqinə əlavə edilmiş Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli 1\841 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi SQ ******* nömrəli vəsiqə kadrlar idarəsi tərəfindən verilməmişdir. Cinayət işinin 2-ci cildinin 5-ci vərəqinə əlavə edilmiş «Azercell MMC» tərəfindən göndərilmiş diskə keçirilmiş baxış protokolundan görünür ki, 2019-cu ilin yanvar ayından həmin ilin noyabr ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid2 və Şahid1 istifadəsində olan mobil telefon nömrələri arasında mütəmadi danışıqlar olmuşdur. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx 2014-cü il tarixli 266 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi hissənin şəxsi heyyətinin siyahısına daxil edilməklə xidməti vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx 2019-cu il tarixli 293 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmətə uyğunsuzluğa görə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 124-cü vərəqinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqinə əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsionun özününhəmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs ƏhmədliCoşqunVəzirxanoğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-cimaddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, hazırda heç bir yerdəişləməməsini, himayəsində xəstə anasının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə qeyd olunan cinayət işi üzrə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motivi, üsulu, cinayətin törədlilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları təyin olunmasını mümkün saymır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı, hazırda heç bir yerdə işləməməsini, himayəsində xəstə anasının olmasını olmasını nəzərə alaraq yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddində-cərimə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə olan qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs SQ ******* nömrəli vəsiqə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 124 manat və 142.52 manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə barəsində həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs SQ ******* nömrəli vəsiqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 124 manat və 142.52 manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar