Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-125/2023 14.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X4, Bakı şəhəri SİRİUS vəkil bürosunun vəkili XN və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında N iyul N993-cü il tarixdə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbəsi N saylı hərbi hissədə daimi qeydiyyatda olmaqla ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül-N qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun NN-ci bölüyünün N-ci taqımının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N7 yanvar N0N3-cü il tarixdə saat N radələrində hərbi hissədən çıxmaq üçün N-ci nəzarət buraxılış məntəqəsinə daxil olmuş, həmin vaxt N-ci nəzarət buraxılış məntəqəsinin növbətçisi olan, həmin hərbi hissənin N-ci taborunun əlaqələndirici zabiti, leytenant Şükürlü X7 Xəlilzadəyə hərbi hissədə təlimlərlə bağlı toplanışa gəlmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin vəzifəli şəxslərinin nahar fasiləsi zamanı nəzarət buraxılış məntəqəsindən çıxacaqlarını deyib geyim formasının düzgün olmadığını, yəni qış səhra gödəkçəsini geyinməməsi, boynuna boğazlıq taxması, baş geyimini düzgün daşımaması və isimliyinin olmaması səbəbindən nəzarət buraxılış məntəqəsinin növbətçisi kimi ona irad bildirilə biləcəyini deyərək Təqsirləndirilən şəxs geyim formasını düzəltməsini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nəzarət buraxılış məntəqəsindən çıxaraq hərbi hissəyə qayıtmış və təxminən N0 dəqiqə sonra yenidən nəzarət buraxılış məntəqəsinə daxil olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs geyim formasını tam düzəltmədiyini görüb ona iradını bildirdikdə aralarında mübahisə yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs əsəbi halda Zərərçəkmiş şəxs üzərinə gədərək hər iki əli ilə sonuncunun yaxasından tutub Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N və 38-ci maddələrinin “Hərbi qulluqçu komandirlərə (rəislərə) hörmət etməli, hərbi qulluqçular biribirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” kimi tələblərini kobud şəkildə pozaraq, rütbə üzrə rəisi hesab edilən Zərərçəkmiş şəxs sağ üz nahiyəsinə qəsdən sol baş nahiyəsi ilə N (bir) baş zərbəsi vurmuş, bu zaman hadisə yerinə gələn həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş ŞahidN onları ayırmasına baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəzəbli olduğundan aralarında olan mübahisəni yenidən davam etdirərək əsəbi halda sonuncuya “bura gəl” deyərək çağırmış və Zərərçəkmiş şəxs üzərinə doğru gedərək sağ ayağı ilə sonuncunun sol bud nahiyəsinə N (bir) təpik zərbəsi vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərərvurmayan “sağ almacıq nahiyəsinin səthi postravmatik qansızması” xəsarətini yetiməklə rəisə hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, N7 yanvar N0N3cü il tarixdə saat N radələrində hərbi hissədən çıxmaq üçün N-ci nəzarət buraxılış məntəqəsinə daxil olmuş, həmin vaxt orada olan N-ci nəzarət buraxılış məntəqəsinin növbətçisi, N nömrəli hərbi hissənin N-ci taborunun əlaqələndirici zabiti, leytenant Zərərçəkmiş şəxs onun geyim formasını pozduğunu görüb ona iradını bildirmiş, həmçinin ona təlimlərlə bağlı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin vəzifəli şəxslərinin hərbi hissədə olduqlarını, həmin şəxslərin nahar fasiləsinə çıxacaqlarını və həmin vaxt geyim formasını pozduğunu gördükləri təqdirdə ona irad tuta biləcəklərini deyib ondan geyim formasını qaydasına salmasını tələb etmişdir. O, həmin vaxt geyim qaydasını pozaraq başına “çeçenka” adlandırılan papaq geyinmiş, həmçinin boynuna boğazlıq taxmış, qış gödəkçəsi geyinməmiş və yaxasına isimlik taxmamışdır. Zərərçəkmiş şəxs ondan geyim formasını düzəltməsini tələb etdikdən sonra o, geyim formasını qaydasına salmaq üçün hərbi hissəyə qayıtmış və təxminən N0 dəqiqə sonra yenidən nəzarət buraxılış məntəqəsinə daxil olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs ona boğazlığını çıxarmadığı üçün yenidən irad tutaraq “boyunluğunu çıxart” dedikdə o, Zərərçəkmiş şəxs “üzürlü say qardaşım, problem yoxdur, bunu da çıxardaram” dedikdə, həmin vaxt Zərərçəkmiş şəxs ona “qardaşım deyil, cənab leytenantdır. Subardinasiya qaydalarını riayət et” demiş, o, da cavabında Zərərçəkmiş şəxs “sən məni tanımırsan, mənim burda hər kəslə münasibətim var” deyərək üzünü çevirib nəzarət buraxılış məntəqəsindən çıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs onu səsləyərək “ay yoldaş, mənə maraqlı deyil sən kimsən” demiş, o, isə Zərərçəkmiş şəxs “ay yoldaş nədire” dedikdə Zərərçəkmiş şəxs ona “cındır demədimki, ay yoldaş dedim” ifadəsini işlətmiş, bu zaman o, Zərərçəkmiş şəxs onun ünvanına “cındırsan” dediyini düşünərək əsəbiləşib sonuncuya “cındır özünsən” demiş və Zərərçəkmiş şəxs üzərinə doğru gedərək iki əli ilə sonuncunun yaxasından tutmuş, həmin vaxt Zərərçəkmiş şəxs də onun yaxa nahiyəsindən tutmuş, daha sonra isə onun qollarından tutaraq N-ci nəzarət buraxılış məntəqəsinin çıxış qapısının pilləkanlarında olan dəmir tutacağa sıxdıqda o, başının sol nahiyəsi ilə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə bir dəfə kəllə ilə zərbə endirmişdir. Həmin vaxt çavuş ŞahidN aralarına girərək onları ayırmışdır. Zərərçəkmiş şəxs ilə ayrıldıqdan sonra o, sonuncuya qarşı qəzəbli olduğundan yenidən Zərərçəkmiş şəxs doğru gedərək ona əsəbi halda “bura gəl” demiş, Zərərçəkmiş şəxs də həmin vaxt ona doğru gəldikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər ŞahidN onun qarşına keçmiş, lakin o, cəld şəkildə hərəkət edərək sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs göstərmişdir ki, o, N6 yanvar N0N3-cü il tarixdən N7 yanvar N0N3cü il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissənin N-ci nəzarət buraxılış məntəqəsinin növbətçisi təyin olunmuş, onunla birlikdə gizir Kənan Əlizadə N-ci nəzarət buraxılış məntəqəsinin növbətçisinin köməkçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: əsgərlər X6 və XN isə N-ci nəzarət buraxılış məntəqəsinin gün növbətçiləri təyin olunmuşlar. N7 yanvar N0N3-cü il tarixdə saat N radələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs nəzarət buraxılış məntəqəsinə daxil olan zaman o, Təqsirləndirilən şəxs geyim formasını kobud surətdə pozduğunu, yəni başında “çeçenka” adlandırılan papaq, boynunda boğazlıq və qış gödəkçəsiz və kitelində isimlik olmadığını görüb sonuncuya öz iradını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs təlimlərlə bağlı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin vəzifəli şəxslərinin hərbi hissədə olduqlarını, həmin şəxslərin nahar fasiləsinə çıxacaqlarını və Təqsirləndirilən şəxs geyim formasını pozduğunu gördükləri təqdirdə ona irad tuta biləcəklərini deyib sonuncudan geyim formasını qaydasına salmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs irad tutduqdan sonra sonuncu hərbi hissəyə qayıtmış və təxminən N-N0 dəqiqə sonra yenidən nəzarət buraxılış məntəqəsinə daxil olmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs geyim formasını tam düzəltmədən yalnız baş geyimini dəyişdiyini görüb ondan geyim formasını niyə tam düzəltmədiyini soruşmuş və ondan boyunluğunu çıxarmasını tələb etdikdə Təqsirləndirilən şəxs ona “üzrlü say qardaşım bunu da çıxardaram” demiş o, Təqsirləndirilən şəxs “qardaşım, deyil, cənab leytenantdır” deyərək subardinasiya qaydalarına riayət etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona “məni hərbi hissədə hamı tanıyır, kimdən istəsən soruşa bilərsən, mənim hamı ilə yaxşı münasibətim var” demiş və ona məhəl qoymayaraq üzünü çevirib nəzarət buraxılış məntəqəsindən çölə çıxmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs səsləyərək “ay yoldaş, bu mənə maraqlı deyil, səni tanımıram, tanımaq da istəmirəm” dedikdə Təqsirləndirilən şəxs geriyə qayıdaraq ona “ay yoldaş nədire, başa düşmədim” demiş, bu zaman o, sonuncuya “cındır demədimki? Ay yoldaş dedim” ifadəsini işlətdikdə Təqsirləndirilən şəxs onun “cındır” dediyini düşünərək “cındır özünsən” deyib əsəbi halda üzərinə doğru gələrək N-ci nəzarət buraxılış məntəqəsinin çıxış qapısının qarşısında hər iki əli ilə onun yaxasından tutmuşdur. Həmin vaxt o, da Təqsirləndirilən şəxs yaxasından tutaraq sonuncuya sakitləşməsini bildirmiş, habelə Təqsirləndirilən şəxs əsəbi olduğundan onu vurmaması üçün və ona müqavimət göstərərək xəsarət yetirməsinin qarşısını almaq üçün özünü müdafiə etmək məqsədi ilə hər iki əli ilə Təqsirləndirilən şəxs qollarından tutaraq nəzarət buraxılış məntəqəsinin pilləkanlarının kənarında olan dəmir tutacağa sıxmış, bu zaman Təqsirləndirilən şəxs baş nahiyəsi ilə onun sağ sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Həmin vaxt N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş ŞahidN onları ayırmışdır. Ayrıldıqdan sonra o, nəzarət buraxılış məntəqəsinə daxil olarkən Təqsirləndirilən şəxs ona əsəbi halda “bura gəl” deyərək üzərinə doğru gəlmiş, o, da Təqsirləndirilən şəxs tərəf gedən zaman ŞahidN Təqsirləndirilən şəxs qarşısına keçərək ona doğru gəlməsinin qarşısını almış, ŞahidN isə onun yanında dayanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs cəld şəkildə ŞahidN qarşısına keçərək ona tərəf yaxınlaşmış və sağ ayağı ilə onun sol bud nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər ŞahidN ifadəsində göstərmişdir ki, o, N7 yanvar N0N3-cü il tarixdə saat N radələrində N nömrəli hərbi hissənin N-ci nəzarət buraxılış məntəqəsindən çıxaraq avtomobilinə doğru gedən zaman həmin gün N-ci nəzarət buraxılış məntəqəsinin növbətçisi olan, hərbi hissənin N-ci taborunun əlaqələndirici zabiti, leytenant Zərərçəkmiş şəxs ilə hərbi hissənin 4-cü taborunun NN-ci bölüyünün N-ci taqımının sürücüsü-müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs sözlü mübahisə etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs geyim formasını pozduğu üçün Zərərçəkmiş şəxs ona iradını bildirdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “qardaş” deyə müraciət edən zaman Zərərçəkmiş şəxs ona “qardaş deyil, cənab leytenantdır. Subardinasiya qaydalarına riayət et” dediyini eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzünü çevirərək nəzarət buraxılış məntəqəsindən çıxmaq istəyərkən Zərərçəkmiş şəxs onu “ay yoldaş” deyə səsləmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru dönərək “ay yoldaş nədire” dedikdə Zərərçəkmiş şəxs ona “cındır demədimki, ay yoldaş dedim” ifadəsini işlətmiş, bu zaman Təqsirləndirilən şəxs ona “cındır özünsən” demiş və əsəbi halda Zərərçəkmiş şəxs üzərinə doğru gedərək iki əli ilə sonuncunun yaxasından tutmuş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs sakitləşməsini bildirirərək hər iki əli ilə onun qollarından tutaraq nəzarət buraxılış məntəqəsinin pilləkanlarının kənarında olan dəmir tutacağa sıxdıqda Təqsirləndirilən şəxs baş nahiyəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir kəllə zərbəsi vurmuşdur. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırmaq üçün yaxınlaşmaq istədikdə həmin vaxt çavuş ŞahidN nəzarət buraxılış məntəqəsinin inzibati binasından çıxaraq onları ayırmışdır. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayrıldıqlarını gördükdə dönüb avtomobilinə doğru getmiş, lakin avtomobilə çatan zaman yenidən onların mübahisə etdiyini gördükdə geri qayıtmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getdiyini görüb Zərərçəkmiş şəxs vurmaması üçün Təqsirləndirilən şəxs qarşısına keçdikdə sonuncu cəld şəkildə onun qarşısına keçərək Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə təpiklə bir dəfə zərbə vurmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin madditexniki təminat bölüyünün təsərrüfat taqımının mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş ŞahidN, ŞahidN ilə eyni məzmunlu ifadələr vermişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zədələnmələrin qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs N7 yanvar N0N3-cü il tarixdə “sağ almacıq nahiyəsinin postravmatik qansızması” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 NN mart N0N3-ci il tarixli 33N nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəsarət və xəsarət izi aşkar olunmadı. Lakin, N nömrəli hərbi hissənin «zədələnmələrin qeydiyyatı» kitabının çıxarışından göründüyü kimi xx.xx.N0N3-cü il tarixdə tibbi müayinəsi zamanı hansı ki, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müddəti (xx.xx.N0N3) və şəraiti şəxsin ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. N nömrəli hərbi hissəsinin komandirinin N9 fevral N0NN-ci il tarixli N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N09 nömrəli hərbi hissə komandirinin N8 fevral N0NN-ci il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin N-ci mexanikləşdirilmiş taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə, N09 nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N9 fevral N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, vəzifəsini təhvil almış və icrasına başlamışdır. N nömrəli hərbi hissəsinin komandirinin N9 mart N0NN-ci il tarixli 96 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun maddi-texniki təminat taqımının, avtomobil manqasının sürücüsü vəzifəsindən azad edilərək 4-cü taborun NN-ci bölüyünün N-ci taqımının sürücüsü vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissəsinin komandirinin NN avqust N0NN-ci il tarixli NNN nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin N9 iyul N0NN-ci il tarixli 0N94 nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci sülhməramlı qüvvələr taborunun (əməliyyat imkanları konsepsiyasının) əlaqələndirici zabiti vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün X9 gəlmiş hesab edilmiş, NN avqust N0NN-ci il tarixdən şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş həqiqi hərbi xidmət müddətinin uzadılması haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifələrində həqiqi hərbi xidmət müddəti NN aprel N0NN-ci il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissəsinin komandirinin N6 yanvar N0N3-cü il tarixli N6-NR nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs N6 yanvar N0N3-cü il tarixdən N nömrəli nəzarət buraxılış məntəqəsinin növbətçisi naryadına təyin olunmuşdur. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs arasında tabeçilik münasibəti olmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs rəis hesab olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş NN aprel N0N3-cü il tarixli 3494 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 330.N-ci maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in NN.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in N9.N.4-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması və N9.N.NN-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etməsini, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini də nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in N8.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün tədbiqini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in N0.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in N0.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin N0.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə şərh olunanları, həmçinin təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 34N-349, 3NN-3N3, 3N6, 3N8, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə N (beş) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-125/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-125/2023
14.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver