Məhkəmə qərarları › İş №1-1(093)-126/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-126/2023

24.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-126/2023 24.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı X3, müdafiəçi - Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1997-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət edən zaman ezamiyyətdə olduğu Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsini N fevral N3-cü il tarixdən N mart N3-cü il tarixədək özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissəni bir neçə dəfə özbaşına tərk etməsi ilə əlaqədar olaraq N3-cü ilin yanvar ayının ortalarında barəsində şərəf məhkəməsi keçirilərək ordu sıralarından tərxis olunması barədə qərar çıxarılmışdır. Sonra o, N nömrəli hərbi hissənin N-ci taboru ilə birgə N3 yanvar N3-cü il tarixdən 18 fevral N3-cü il tarixədək Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş, lakin N fevral N3-cü il tarixdə N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən qısa müddət ərzində ordu sıralarından tərxis olunacağını düşünüb şəxsi və ailə problemlərini həll etmək məqsədilə hərbi hissəni özbaşına tərk edərək Xaçmaz rayonunda yerləşən evinə getmiş və hərbi hissəyə qayıtmağa real imkanın olmasına baxmayaraq N mart N3-cü il tarixədək hərbi hissəyə geri qayıtmamışdır Hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, habelə, xidmət dövründə digər hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, o cümlədən N nömrəli hərbi hissədə olan digər hərbi qulluqçularla onun arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. O, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamış, o cümlədən hərbi hissəni özbaşına tərk etməsi üçün hər hansı dözülməz ağrıları və dözülməz həyat şəraiti olmamışdır. Hazırda o, törətdiyi əməldən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Şahid1 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N fevral N3-cü il tarixdən N mart N3-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs NN-ci ilin oktyabr ayının sonlarında şəxsi ehtiyatsızlığından yıxılaraq sol əlindən xəsarət almış, bununla bağlı dəfələrlə N nömrəli hərbi hissənin tibb məntəqəsində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinədə olmuş, lakin sağlamlığında ciddi problemlər olmadığından ambulator və ya stasionar müalicəyə qəbul edilməmiş, xidməti vəzifələrinin icrasından azad olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs NN-ci ilin oktyabr ayından N3-cü ilin fevral ayının ortalarına qədər hərbi xidmətini davam etdirmiş və hərbi hissəni özbaşına tərk etməsi üçün səhhətində hər hansı dözülməz ağrıları olmamışdır. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant ŞahidN Şahid1lə eyni məzmunlu ifadə ifadə verərək, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk etməsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 183 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçıtuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin NN yanvar N3-cü il tarixli N5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs NN yanvar N3-cü il tarixdən 06 fevral N3-cü il tarixədək N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 41 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissədə ezamiyyətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs ezamiyyət müddəti N fevral N3-cü il tarixdən 18 fevral N3-cü il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N fevral N3-cü il tarixli 1N05 nömrəli raportdan görünür ki, N nömrəli hərbi hissədə ezamiyyətdə olan N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 49 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə ezam olunanların siyahısından çıxarılaraq hərbi hissəni özbaşına tərk edənlərin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 7N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N mart N3-cü il tarixdə saat 10:00 radələrində xidmət yerinə gəlmiş və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 7N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N7 fevral N3-cü il tarixli 010 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş, N mart N3-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 1N aprel N3-cü il 3557 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1 və 59.N-ci maddəsinə əsasən gənc olmasını, valideyinlərinin xəstə olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkərək günahlarını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Təqsirləndirilən şəxs kontrakt (bağlaşma) əsasında hərbi xidmətdə olmadığından, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının barəsində təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, həmçinin işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsi tətbiq edilməklə qanunvericiliklə müəyyən edilmiş həddə cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs XN müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 36 (otuz altı) iş saatına görə N16 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 355-356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 6N.1-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 36 (otuz altı) iş saatına görə N16 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar