Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-126/2024 24.09.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ X1 (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs-mülki iddiaçı X3 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kadrlar şöbəsinin sabiq baş mütəxəssisi, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti üzrə (əvvəlki adı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi) 13 avqust 2004-cü il tarixli, 64 şh nömrəli əmrlə hərbi xidmətə qəbul edilməklə 29 noyabr 2023-cü il tarixdə RM/680 şh nömrəli hərbi xidmətdən ehtiyata buraxılanadək Xidmətin Heydər Əliyev adına Akademiyasının kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə övladı Şahid2 Xidmətin struktur qurumlarında işlə təmin edilməsinə köməklik göstərilməsi üçün 2022- ci ilin avqust ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, xidməti vəzifəsi ilə əlaqədar yaranmış əlaqələrindən istifadə edərək Şahid2 Xidmətin Bakı şəhərində yerləşən ərazi bölmələrindən birində zabit rütbəli vəzifələrdən birinə təyin edilməsinə nail olacağını həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül bazarı” adlanan ərazidə yerləşən adı istintaqa məlum olmayan kafelərdən birində görüşləri zamanı yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün aidiyyəti vəzifəli şəxslərə 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla Zərərçəkmiş şəxs1 2022-ci ilin avqust ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaxınlığında 30.000 (otuz min) manat, eyni niyyətlə 2022-ci ilin oktyabr ayında Şahid2 vasitəsilə Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında 10.000 (on min) manat olmaqla, cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə iş yoldaşı Zərərçəkmiş şəxs4 qaytarmaq niyyəti və maddi imkanı olmadığı halda 5-6 ay ərzində 10.000 manat pul vəsaitini qaytarmaq şərtilə 2023-cü ilin yanvar-fevral aylarında ünvan 2 ünvanında yerləşən Xidmətin Heydər Əliyev adına Akademiyasında görüşləri zamanı aldatmaqla istəyib, sonuncunun həmin məbləğdə pul vəsaiti verməsinə dair razılığını almaqla sövdələşdikdən sonra 2023-cü ilin fevral ayında həmin ünvanda Zərərçəkmiş şəxs4 10.000 (on min) manat pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, yenidən cinayətkar əməlini davam etdirərək 2023-cü ilin iyun ayında qaytarmaq niyyəti və maddi imkanı olmadığı halda həmin ilin oktyabr ayında 30.000 manat pul vəsaitini qaytarmaq şərtilə həmin ünvanda görüşləri zamanı Zərərçəkmiş şəxs4 bir daha aldatmaqla istəyib, sonuncunun qeyd olunan məbləğdə pulu verməsinə dair razılığını almaqla sövdələşdikdən sonra 2023- cü ilin iyun ayı ərzində həmin ünvanda hissə-hissə olmaqla cəmi 30.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən ucuz qiymətə torpaq sahəsi alınmasına köməklik göstərilməsi üçün 2023-cü ilin may ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin qəsəbədə yaşadığını, orada satılan torpaq sahələri barədə məlumatlı olduğunu, bununla da münasib qiymətə torpaq sahəsi tapa biləcəyini həmin tarixdə ünvan 2 ünvanında yerləşən Xidmətin Heydər Əliyev adına Akademiyasının həyətyanı sahəsində görüşləri zamanı Zərərçəkmiş şəxs2 yalandan bildirərək, Mərdəkan qəsəbəsi ərazisində 0.06 ha torpaq sahəsinin alınması üçün 63.500 (altmış üç min beş yüz) manat pul vəsaitinin verilməsinin zəruri olduğunu sonuncunu aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşdikdən sonra, həmin adla sonuncudan 2023-cü ilin may ayının ortalarında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının ərazisində 33.000 manat, 2023-cü ilin iyun ayının əvvəllərində 10.000 manat, həmin ilin iyun ayının sonlarında 12.000 manat, 2023-cü ilin iyul ayında 8.500 manat olmaqla, cəmi 63.500 (altmış üç min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 63.500 (altmış üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 qaytarmaq niyyəti və maddi imkanı olmadığı halda 1 gün ərzində ərzində 30.000 manat pul vəsaitini qaytarmaq şərtilə 19 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında görüşləri zamanı aldatmaqla istəyib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə pul vəsaitini verməsinə dair razılığını almaqla sövdələşdikdən sonra həmin gün eyni ünvanda 30.000 (otuz min) manat pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ittihamın Zərərçəkmiş şəxs1 aid hissəsində özünü təqsirli bilir, digər hissələrdə özünü təqsirli bilmir, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməmiş, sonunculardan borc almış, aralarındakı münasibətlər mülki xarakterlidir və tezliklə borcunu qaytaracaqdır. O, 2004-cü ildən Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşı olmaqla, 2011-ci ildən indiki adı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləmiş, mayor hərbi rütbəsini daşımış, xx.xx.2023-cü il tarixdə isə xidmətə uyğunsuzluq əsası ilə hərbi qulluqçu kimi ehtiyata buraxılmışdır. Göyçay rayon sakini vətəndaş Zərərçəkmiş şəxs1 ilə təxminən dörd ildir ki, tanışlıq münasibətləri vardır. Belə ki, Zərərçəkmiş şəxs1 oğlu Xəyyam ilə bacısı oğlu Məlikəli Sultanov uzun illərdir dostluq münasibətləri saxlayırlar. Məlikəli və Xəyyam orta məktəbdə oxuyan dövrlərdə birlikdə ali təhsil müəssisələrinə hazırlaşmışlar. Onu Xəyyam və atası ilə Məlikəli tanış etmişdir. Xəyyam dəfələrlə onun yaşadığı evə gəlib- getmişdir. Tanışlığın ilkin məqsədi Xəyyamın müddətli həqiqi hərbi xidməti DTX-də, alınmadığı təqdirdə digər dövlət qurumlarında keçmək istəməsi ilə bağlı olmuş, bu məqsədlə də Məlikəli Xəyyamı və atası Natiqi onunla tanış etmişdir. Söhbətləri zamanı Natiq oğlu Xəyyamın DTX-də müddətli həqiqi hərbi xidmətə qəbul etdirmək istədiyini bildirmiş və bunun müqabilində istəyəcəyi qədər pul vəsaiti verə biləcəyini demiş, DTX alınmayacağı təqdirdə digər dövlət qurumlarına da saldıra bilib-bilməyəcəyi barədə maraqlanmışdır. O da Natiqə bu barədə köməklik göstərə bilməyəcəyini bildirmişdir. Xəyyamın müddətli həqiqi hərbi xidməti Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən hərbi hissələrinin birində keçdiyini sonradan eşitmişdir. Əsgərliyi bitirdikdən sonra, 2022-ci ilin xatırladığı qədərilə avqust ayında Natiqlə görüşləri zamanı sonuncu ondan oğlu Xəyyamı bu dəfə DTX-də işlə təmin etdirə bilib-bilməyəcəyi barədə maraqlanmışdır. Görüşdə Natiqdən başqa sonuncunun adını bilmədiyi qardaşı da iştirak etmişdir. Görüş zamanı o, Natiqə övladı Xəyyamın şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, diplomunun surətini və anket məlumatlarını qeyd edərək ona çatdırmasını istəmişdir. Həmin ərəfədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 10 sot torpaq sahəsi almaq qərarına gəlmiş və elə Natiq sənədləri topladığı vaxt pulu yetmədiyindən həmin görüş zamanı sonuncuya yalandan Xəyyamı DTX-də işlə təmin etdirəcəyini vəd edərək Natiqdən əvvəlcə 30.000 manat, daha sonra 10.000 manat pulu almışdır. Lakin o, Xəyyamı işə düzəldə bilməyəcəyini başa düşmüşdür. Sadəcə torpağı alıb satandan şonra aldığı pulu qaytaracağını fikirləşmişdir. Bu məqsədlə o, əvvəlcə X14 Təhlükəsizlik Xidmətinin Sabirabad və ya Saatlı rayonlarında yerləşən bölmələrində işlə təmin edəcəyini vəd etmiş və bu məqsədlə Natiqdən 2023- cü ilin avqust ayında Akademiyanın inzibati binasının yanında 30.000 manat pul almışdır. Daha sonra Natiqə Xəyyamı Bakı şəhərində yerləşən qurumlardan birində işlə təmin edəcəyini vəd edərək Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyanın yanında Natiqin oğlu Xəyyam daha 10.000 manat pul almışdır. Lakin sonradan işləri alınmadığından Natiqin pulunu qaytara bilməmiş və sonuncuya ikili vətəndaşlığı olduğunu bildirib işin alınmadığını demiş, Natiq isə sonradan ona verdiyi pulu geri qaytarmağını tələb etməyə başlamışdır. Sonuncunun da həmin vaxt nağd pulu olmadığından arvadı və anasına məxsus təxminən 15.000 manat dəyərində qızıl-zinət əşyalarını görüşərək Natiqə vermiş və geri qalan pulu da qısa müddətdə verəcəyini bildirmişdir. Bir neçə gün sonra isə Natiq onunla görüşərək verdiyi qızıl-zinət əşyalarını ona geri qaytararaq nağd pul lazım olduğunu demişdir. Bundan sonra Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağları adlanan ərazidə yerləşən arvadına məxsus 12 sot torpaq sahəsi və “Dənizim” restoranını, bundan başqa ünvan 4 ünvanında yerləşən 10.4 kv metrlik bir otaqlı mənzili təklif etsə də, Natiq təkliflərdən imtina edərək verdiyi pulu nağd qaydada geri tələb etmişdir. O da Natiqə olan borcunu qaytarmaq üçün idarə etdiyi maşını və torpaq sahəsini satmaq qərarına gəlmişdir. 24 sentyabr 2023- cü il tarixdə isə evdə olmadığı vaxtda Natiq, arvadı və oğlu Xəyyam anasının yaşadığı ünvan 5 ünvanında yerləşən evə getmişlər. Həmin vaxt evdə anası İradə Quliyevadan başqa bacısı Elnarə Sultanlı da olmuşdur. Natiq həmin vaxt anasından ona verdiyi pulu geri istədikdə sonuncu özünə məxsus qızıl-zinət əşyalarını Natiqə vermiş, sonuncu isə həmin qızılları sataraq pulun nağd qaydada verilməli olduğunu bildirmiş və evdən çıxaraq getmişdir. Bacısının əri X4 həmin günün səhəri, yəni 25 sentyabr 2023-cü il tarixdə qızıl-zinət əşyalarının bir qismini sataraq Natiqlə görüşüb 7.330 manat pulu vermiş və onun adından ona yerdə qalan pulu da oktyabr ayının sonuna qədər qaytaracağını bildirmişdir. Ümumilikdə o, Zərərçəkmiş şəxs1 bir neçə dəfəyə 7.330, 6.000, 2.700, 4.000 və 3.000 manat olmaqla, ümumilikdə 23.030 manat pul qaytarmışdır, hazırda Natiq Hümbətova 16.970 manat pul qaytarmalıdır və qısa zamanda həmin pul vəsaitlərini qaytaracaqdır. Zərərçəkmiş şəxs2 Heydər Əliyev adına DTX Akademiyasının Kadrlar şöbəsinin keçmiş əməkdaşı, 2017- 2020-ci illərdə DTX Akademiyasında (“Hüquqşünaslıq” ixtisası üzrə) 4 illik müddət ərzində qrup yoldaşı olmuşdur. Namiqlə münasibətləri normal olmuş, aralarında hər hansı problem olmamışdır. O, əvvəllər bir neçə dəfə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində torpaq sahəsi alıb sataraq gəlir əldə etmişdir. Belə torpaq sahələrini bəzən özünə aid, bəzən də müxtəlif dostlarının verdiyi pul vəsaitləri ilə almışdır. Torpaq sahəsini alıb satdıqdan sonra əldə etdiyi gəlirdən həm də həmin torpaq sahəsini almaqda pul vəsaitləri ilə ona kömək etmiş şəxslərə də əlavə pul vermişdir. Növbəti dəfə 2023-cü may-avqust aylarında o, torpaq sahəsi almaq istəyərkən pul lazım olduğundan borc almaq üçün Zərərçəkmiş şəxs2 müraciət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 razılaşıb ona Akademiyanın inzibati binasında öz xidməti otağında ardıcıl olaraq 33.000, 10.000, 12.000 və 8.500 manat olmaqla, ümumilikdə 63.500 manat pul vermişdir. O, həmin pul vəsaiti ilə 2023-cü ilin iyun ayında Şüvəlan qəsəbəsindən 6 sot torpaq sahəsini 85.000 manata hazırda xatırlamadığı şəxsdən almışdır. O, dövlət orqanının əməkdaşı olduğundan həmin torpaq sahəsini dostlarından birinin adına rəsmiləşdirmişdir. Təxminən 20 gün sonra həmin torpaq sahəsini 89.000 manata satmış, satışdan əldə olunmuş puldan 2023-cü ilin iyun ayının sonlarında 10.000 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmışdır. O, 10.000 manat pulu Namiqə verənədək sonuncu ona hələ 63.500 manat pul verməmişdir. Prosesin gedişatında Namiq ona ümumilikdə 63.500 manat pul vermişdir. O, birinci torpaq sahəsini satdıqdan sonra bir müddət sonra Namiqdən torpaq sahəsi alıb sataraq gəlir əldə etmək üçün bir qədər də pul alaraq 2023-cü il iyul ayının sonlarında 12 sot torpaq sahəsini 220.000 manata almışdır. Həmin torpaq sahəsini aldığı pul vəsaitinin 63.500 manatı Namiqə məxsusdur. Torpaq sahəsini əldə edib satışa çıxardıqdan sonra sahənin sənədlərində problem olduğu ona məlum olmuşdur. Belə ki, sənəddə göstərilən koordinatlarda olan torpaq sahəsi ilə faktiki yerində olan torpaq sahəsi üst-üstə düşməmiş, sürüşdürmə baş vermişdir. Yəni, faktiki ona satılmış torpaq sahəsi sənədlə başqa birinə məxsusdur, ona verilmiş sənədlərdə olan koordinatlara uyğun yerində olan torpaq sahəsində başqa bir şəxs ev tikmişdir. Beləliklə, o, həmin torpaq sahəsini sata, Zərərçəkmiş şəxs2 da borcu qaytara bilməmişdir. Torpaqla bağlı problem çıxdıqdan sonra Namiq onun verdiyi 10.000 manatı borc puldan çıxdığını bildirib qalan 53.500 manatı geri verməyini tələb etməyə başlamışdır. Hazıradək Namiq ümumilikdə 23.500 manat pul qaytarmış, hazırki borcu 40.000 manat təşkil edir. O, Namiqi aldatmamış, sadəcə torpaq sahəsinin sənədlərində olan problemlə əlaqədar sahəni satıb pulu Namiqə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4lə qeyd edilən Akademiyada birlikdə işləmiş, aralarında normal münasibət olmuşdur. O, əvvəllər dəfələrlə Pərvizdən müxtəlif məqsədlərlə borc pul götürüb qaytarmışdır. Sonuncu dəfə isə onun Pərvizə 10.000 manat borcu qalmışdır. Onun Pirallahı rayonu, Dübəndi qəsəbəsində 2015-ci ildən hazıradək fəaliyyət göstərməyən restoranı vardır. 2023-cü ilin iyun ayında həmin restoranı təmir etdirib işlətmək qərarına gəlmişdir. Bu işin görülməsi üçün ona pul lazım olmuşdur. O, bu barədə iş yoldaşı Pərvizə məlumat verərək sonuncudan təmirə kömək üçün 30.000 manat borc pul verməsini istəmiş, sonradan restoranın gəlirindən həm verdiyi pulu qaytaracağını, həm də əlavə gəlir də verəcəyini bildirmişdir. Pərviz də razılaşaraq ona 2023-cü ilin iyun ayının sonlarında Akademiyanın inzibati binasında 30.000 manat pul vermişdir. Beləliklə, ümumilikdə onun Pərvizə 40.000 manat borcu yaranmışdır. Daha sonra o, müvəqqəti olaraq Pərvizdən aldığı pul vəsaitini ifadəsinin Zərərçəkmiş şəxs2 aid olan hissəsində göstərdiyi 12 sot torpaq sahəsinin alınması üçün sərf etmişdir. Lakin torpaq sahəsinin sənədlərində qeyd etdiyi problem yarandığından Pərvizin pulunu qaytara bilməmişdir. Qeyd etdiyi torpaq sahəsi ilə bağlı problem çıxdıqdan sonra o, həmin problemləri həll etmək üçün Zərərçəkmiş şəxs3 17.000 manat borc pul istəyərək bir neçə günə qaytaracağını bildirmiş, sonuncu da razılaşaraq 2023- cü ilin avqust ayında Mərdəkan qəsəbəsində həmin məbləğdə pulu ona vermişdir. Lakin sonradan işlərində problemlər yarandığından həmin pulu Zaura dediyi vaxtda qaytara bilməmişdir. Ötən dövrdə o, Zaura 9.500 manat pul qaytarmış, 7,500 manat borcu hələ də qalmaqdadır. Hazırda törətdiyi əməldən peşmandır, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını və ziyanın qismən ödənilməsini nəzərə alaraq bağışlanılmasını xahiş edir. Məhkəmə iclasının davamında Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs3 olan borcunu məhkəmə baxışı gedən ərəfədə tam ödəmişdir. Digər zərərçəkmiş şəxslərə də qismən ödəniş etmiş, ümumilikdə 76000 manat borcu qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməməsi hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki ittihamın bu hissəsi də işin halları, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs oğlu Xəyyamın yaxın dostu Məlikəli Sultanovun doğma dayısıdır. Oğlu Fuadı elə məktəbdə oxuduğu dövrdən tanımışdır. Həmin dövrlərdə oğlu tez-tez Məlikəli ilə birlikdə Fuadla görüşmüş və nisbətən yaxın münasibətləri yaranmışdır. Həmin vaxtlarda X5 Xidmətinin əməkdaşı olduğunu bilmişdir. Oğlu məktəbdə təhsilini başa çatdırıb hərbi xidmətə getməyə hazırlaşan dövrdə X6 Xidmətinin hərbi hissələrindən birində hərbi xidmət keçmək istədiyini bildirdikdə sonuncu bununla maraqlanıb məlumat verəcəyini bildirmişdir. O, bu məsələləri oğlundan sonradan eşitmişdir. Hərbi xidmətlə bağlı söhbət etmək üçün Fuadgilin evinə gedərkən sonuncunu 2020-ci ildə ilk dəfə həmin vaxt orada görüb danışmışdır. Həmin vaxt bir müddətdən sonra Fuad onlarla əlaqə saxlayaraq oğlunun hərbi xidmət yerinin Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələrindən birinin təyin edilməsi üçün 12.000 manat pul lazım olduğunu bildirmişdir. O da həmin məbləğdə pulunun olmadığını bildirib imtina etmişdir. Daha sonra oğlu adi qaydada hərbi xidmətə gedib qayıtmışdır. Oğlu əsgərliyə gedib gəldikdən sonra sonuncunun işə düzəltmək məsələsi ilə məşğul olmağa başlamışdır. Oğlu uşaq vaxtlarında dövlət təhlükəsizlik orqanlarında işləmək arzusunda olduğundan o, bu barədə Fuada müraciət etmişdir. Bundan sonra Fuad dəfələrlə oğlu Xəyyama işə düzəltmək məsələsini müzakirə etmək üçün onunla görüşmək istədiyini bildirmişdir. Oğlu bu barədə bildirdikdə Fuadla görüşməyə razılıq vermişdir. Bundan sonra o və Xəyyam bir neçə dəfə müxtəlif ünvanlarda Fuadla görüşmüşlər. Fuad onlara Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə yaxın olduğunu, əvvəllər onun rəhbərliyi altında işlədiyini, sonuncuya birbaşa çıxışının olduğunu bildirdiyindən, Fuadda ona inam yaranmışdır. 2022ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə sonuncu ilə Dərnəgül adlanan ərazidə yerləşən adını “Şəfa” kimi xatırladığı kafelərdən birində görüşmüşlər. Həmin görüşdə qardaşı Namiq də iştirak etmişdir. Görüş zamanı Fuad yenə də əvvəlki qaydada Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə yaxın olduğunu, əvvəllər onun rəhbərliyi altında işlədiyini, sonuncuya birbaşa çıxışının olduğunu və özünün bu işi həll etmək iqtidarında olmağına inandırmaq üçün başqa bir çox məsələləri bildirdiyindən Fuada olan inamları daha da artmışdır. Söhbət zamanı Fuad onlara ilkin olaraq X2 Xidmətinin Sabirabad, İmişli və Salyan rayonlarında yerləşən bölmələrindən birində işləyəcəyini, bir müddət işlədikdən sonra Bakıya gətirməyin mümkün olduğunu bildirmişdir. O isə oğlunu birbaşa DTX-nın Bakı şəhərində yerləşən struktur qurumlarından birində işlə təmin etməyin mümkün olubolmadığını soruşduqda, Fuad bunun hazırda çətin olduğunu, yalnız bir müddət işlədikdən sonra Xəyyamın iş yerini Bakı şəhərində yerləşən struktur qurumlardan biri ilə dəyişdirməyin mümkün olduğunu bildirmişdir. O da razılaşmışdır. Daha sonra X15 Təhlükəsizlik Xidmətinin Sabirabad, İmişli və Salyan rayonlarında yerləşən bölmələrindən birində işlə təmin etməyin qiymətinin daha çox olduğunu və onların xətrinə bu işi 30.000 manat həll edəcəyini bildirmişdir. Fuad eyni zamanda həmin pulu aparıb kimlərəsə “hörmət” kimi verəcəyini desə də, konkret olaraq hər hansı ad çəkməmişdir. O da bununla razılaşmışdır. Təxminən 2-3 gün sonra o, qardaşı Namiq və oğlu X7 Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaxınlığında Fuadla görüşmüşdür. Onlar görüşə Xəyyamın ağ rəngli “Toyota Camry” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişlər. Bir neçə dəqiqə gözlədikdən sonra Fuad yanlarına gəlmiş və avtomobilə əyləşmişdir. Atası pulu vermək istəyərkən qardaşı ilə oğlu avtomobildən düşüb kənarda gözləməyə başlamışlar. Həmin vaxt o, qara rəngli torbada 30.000 manat pulu Fuada vermişdir. Fuad da pulu saymadan ondan qəbul etmişdir. Bir neçə dəqiqədən müxtəlif mövzulardan söhbət etdikdən sonra Fuad əlində qara rəngli torba ilə avtomobildən düşmüş və onlarla sağollaşıb oradan uzaqlaşmışdır. Bir müddət keçdikdən sonra X15 Təhlükəsizlik Xidmətinin Bakı şəhərində olan struktur bölmələrindən birində işlə təmin etmək üçün əlavə 10.000 manat istəmiş, o da bununla razılaşmışdır. O, həmin vaxt Xəyyama 10.000 ABŞ dolları məbləğində pul vəsaiti vermiş və həmin pulun 10.000 manat olan hissəsini Fuada çatdırmağını bildirmişdir. Onun belə çox məbləğdə pulu Xəyyama verməsinin səbəbi qalan hissənin özünə lazım olmağı olmuşdur. Daha sonra Xəyyamın ona deməyinə görə sonuncu Fuadla telefon əlaqəsi saxlayaraq sonuncu ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yanında görüşmüş və 10.000 manat pulu Fuada vermişdir. Bundan bir neçə ay keçməsinə baxmayaraq Fuaddan hər hansı xəbər çıxmamış və onlar bundan artıq narazılıq etməyə başlamışlar. Hətta o və qardaşı Namiq Fuadla görüşərək bu işin tezliklə həll olunmasını sonuncudan tələb etmişlər. Bundan bir neçə gün sonra Fuad Xəyyamla əlaqə saxlayaraq Akademiyanın kadrlar şöbəsində işləyən Toğrul adlı şəxsin onunla görüşmək istədiyini bildirib oğlunu oraya dəvət etmişdir. Orada elə Akademiyanın nəzarət buraxılış məntəqəsində Xəyyam həmin Torğul adlı şəxslə görüşmüşdür. Lakin bundan sonra da hər hansı yenilik olmamışdır. Daha sonra onlar Fuadın aldatdığını başa düşmüş və sonuncunun barəsində şikayət etmişlər. Bundan sonra Fuad onlara hazıradək bir neçə dəfə pul qaytarmış, hazırda sonuncunun borcu 17.000 manat təşkil edir. Verdiyi mülki iddianı müdafiə edir, mülki iddiasının tam təmin edilməsini tələb edir. Ziyan ödənilsə şikayəti olmayacaqdır, hazırda şikayətçidir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 da Zərərçəkmiş şəxs1la eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Heydər Əliyev adına DTX Akademiyasının Kadrlar şöbəsinin keçmiş əməkdaşı, 2017- 2020-ci illərdə DTX Akademiyasında (“Hüquqşünaslıq” ixtisası üzrə) 4 illik müddət ərzində qrup yoldaşı olmuş mayor Təqsirləndirilən şəxs ona qarşı dələduzluq hərəkətlərinə yol vermişdir. Belə ki, işlədiyi idarə 2023-cü ilin yay aylarında DTX Akademiyasının inzibati binasının 5-ci mərtəbəsində yerləşdiyindən qrup yoldaşı Təqsirləndirilən şəxs vaxtaşırı olaraq yanına gəlmiş, inam və etibarını qazanmağa çalışmışdır. Sonuncu müxtəlif vaxtlarda onunla söhbətlərində Mərdəkan qəsəbəsində yaşadığını, orada “ELİT HAMAM”ın sahibi olduğunu, bu mülkün ona atası tərəfindən qaldığını, atasının vaxtilə uzun müddət Bakı Şəhər İcra Hakimiyyətində “kupça”lar ilə bağlı şöbəsində çalışdığını, “Lexsus” və “Mersedes Class” avtomobillərinə malik olduğunu, Bakı şəhərində 2 mənzilə sahib olduğunu, Mərdəkanda trenajor zalı açdığını, Binəqədidə “Exchange” işlətdiyini, eyni zamanda Mərdəkanda torpaq alqı- satqısı ilə məşğul olduğuna onu inandıra bildirmişdir. Beləliklə, Fuad özünü işgüzar, imkanlı şəxs kimi təqdim etmişdir. O da Fuadın həm Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu bildiyindən bunlara inanmışdır. O, Fuadın hansısa pul vəsaitinə görə karyerasını qurban verə biləcəyinə inanmamışdır. 2023-cü ilin yaz aylarında o, Mərdəkan qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmiş və bu niyyəti barədə əvvəlcədən Fuada da məlumat vermişdir. Onlar nahar zamanı birlikdə vaxt keçirmiş, adətən boş vaxtlarında birlikdə Akademiyanın həyətində gəzişmişdir. Belə vaxtlarda da iş yoldaşı kimi məsləhətləşmişdir. O, Fuada torpaq sahəsi almaq niyyətini bildirdikdə, sonuncu ona Mərdəkan və Şüvəlan qəsəbələrində ona bazar qiymətindən daha aşağı qiymətə torpaq sahəsi tapa biləcəyini demişdir. 2023-cü ilin iyul ayında Fuadın sahibi kimi təqdim etdiyi Mərdəkan qəsəbəsində yerləşən “Elit- Hamam”a dəvət edildiyi zaman ona alıb-satdığı torpaqları göstərmişdir. Bir torpağın sotunun daha çox olduğunu göstərərək, onların sənədlərini düzəltməklə məşğul olduğunu, icra hakimiyyətində işləyən şəxsin sinif yoldaşı olduğunu, 6 sot torpağı da onun üçün rəsmiləşdirə biləcəyini qeyd etmiş, Mərdəkan qəsəbəsində torpaq sahələrinin baha olmasına baxmayaraq, ona ucuz qiymətə torpaq sahəsi alacağı ilə bağlı vədlər vermişdir. O isə pulunun olmadığını bildirdikdə, Fuad ona əlində olan nəyisə satıb torpaq sahəsi almaq üçün pul verməyində təkid etmişdir. Belə ki, Fuad ona bazar qiymətindən çox aşağı qiymətə torpaq sahəsi alacağını bildirmişdir. O da Fuadın şirin vədlərinə aldanaraq, 2023-cü ilin mayın 11-də 20ci sahə, Arif İsmayılov küçəsində yerləşmiş 3 otaqlı “samostroyka” evi 33000 min manata sataraq, həmin ilin may ayının ortalarında 33.000 manat pulu ona ucuz qiymətə torpaq sahəsi almaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının inzibati binasında iş otağında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Akademiyada 4-cü mərtəbədə, o isə 5-ci mərtəbədə əyləşdiyindən, demək olar ki, hər gün otağına gəlmişdir. Fuadla 4 il bir qrupda təhsil aldıqlarından, eyni zamanda Mərdəkanda yerləşmiş və sonuncuya məxsus olan “Elit-Hamam”da şam etdiklərindən, Fuadın səmimiliyinə inanmışdır. Beləcə, sonuncu ondan 2023-cü ilin iyuniyul aylarında Akademiyanın ərazisində 10.000, 12.000 manat, sonuncu dəfə isə 2023-cü ilin iyul ayında Fuadın göndərdiyi tanımadığı şəxsə Fuada çatdırması üçün 8.500 manat pul vermişdir. Beləliklə, Fuad ucuz qiymətə torpaq sahəsi almaq adı ilə ondan 63.500 manat pul almışdır. Götürdüyü borclardan təqribən 9.000 manatını müxtəlif hissələrlə qaytarmışdır. Bir müddət sonra Fuadın onu aldatdığını, ona torpaq sahəsi almaq niyyətinin olmadığını görüb 2023-cü ilin avqust ayının əvvəllərindən etibarən Təqsirləndirilən şəxs ona olan borcunun qaytarmasını tələb etməyə başlamışdır. Sonuncu isə, bir az möhlət verilməsini, guya verdiyi məbləğin və özünün qoyduğu məbləğ əsasında iki torpaq sahəsi aldığını və həmin sahələri yaxşı qiymətə sataraq pulu qaytaracağına söz vermişdir. Eləcə də, həmin torpaqların karandaşla çertyojlarını çəkərək, bir az da gözləməyini xahiş etmişdir. Bir müddətdən sonra Fuad iş yerində tapılmadığından, yaxud da telefonu götürmədiyindən sonuncudan şübhələnməyə başlamışdır. Akademiyanın həyətində gördükdə isə müxtəlif bəhanələrlə aradan çıxmağa çalışmış, gah oğlunun qarpızdan zəhərləndiyini, gah da şəkərinin qalxdığını, ayaqlarının şişdiyini bildirmiş və digər bəhanələr əsas gətirmişdir. Beləliklə, 2023-cü ilin avqust ayının 27-də Fuadla telefon danışığı zamanı sonuncudan aldığı pul vəsaitini qaytarmasını və ya ona aid torpaq sahəsini verməsini tələb etmişdir. Fuad torpağın rəsmiləşdirilməsi üçün sənədləri gətirməyini bildirdiyindən xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin kserosurətini sonuncuya təqdim etmiş, sonuncu da tanıdığı notariusda torpağı onun adına keçirəcəyinə söz vermiş, xx.xx.2023-cü il tarixdə səhər göndərdiyi mesajında ondan aldığı pul vəsaitini qaytarmaq üçün axşam görüşəcəklərini və pulu qaytaracağını bildirmişdir. Bundan sonra Fuadla dəfələrlə telefon danışıqları və görüşləri zamanı sonuncu tezliklə pul vəsaitini qaytaracağını bildirsə də, hazıradək ondan aldığı pul vəsaitini qaytarmamışdır. Təqsirləndirilən şəxs məhkəmə vaxtı ona 5000 manat ödəmiş, hazırda dəymiş maddi ziyan 35000 manat təşkil edir. Verdiyi mülki iddianı müdafiə edir, dəymiş ziyan hissəsində 35000 manat, qalan hissədə mülki iddiasının tam təmin edilməsini tələb edir. Ziyan ödənilsə şikayəti olmayacaqdır, hazırda şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, o, 2005-2008- ci illərdə Təqsirləndirilən şəxs ilə birlikdə hazırkı adı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Kadrlar şöbəsində işləmiş, həmin dövrdən də aralarında yaxşı münasibətlər yaranmışdır. 2023-cü ilin yay aylarında o, ata evini sataraq ipoteka götürüb yeni ev almağı planlaşdırmışdır. Bu məqsədlə o, Xətai metrostansiyasının yaxınlığında yerləşən iki otaqlı mənzilini 147.000 manata satmışdır. Həmin mənzili satmamışdan qabaq o, qohum-əqrabadan ipoteka krediti hesabına alacağı mənzilin ilkin ödənişini etmək üçün 30.000 manata yaxın borc pul almışdır. 147.000 manat puldan 40.000 manat hissəsini ev əşyaları və digər şəxsi məqsədləri üçün istifadə etmişdir. Bu ərəfədə mənzilini satmamışdan qabaq Fuad ondan dəfələrlə mənzilini satıbsatmadığını soruşmuş, Mərdəkan qəsəbəsindən ucuz qiymətə torpaq alıb- satmağın mümkünlüyünü bildirmişdir. Lakin o, hər dəfə özünün işlərinin olduğunu bildirib Fuadın təklifindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə Fuad ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki yaşadığı evdə olduğunu bildirmişdir. Fuad da bir neçə dəqiqədən sonra yaşadığı evin qarşısına öz avtomobili ilə gəlmiş və onu çağırmışdır. O da çölə çıxmış və Fuadla birlikdə onun avtomobilinə əyləşmişlər. Bu zaman Fuad ondan bir gün ərzində qaytarmaq şərtilə 60.000 manat pul istəmişdir. O isə bu məbləğdə pulunun olmadığını, 2 gündən sonra ipoteka krediti ilə mənzil alacağını və əlində olan pulla ilkin ödəniş edəcəyini bildirmişdir. Lakin Fuad israrla ondan heç olmasa həmin pulun yarısı qədər bir gün ərzində qaytarmaq şərtilə borca pul istəmişdir. O da Fuadın təkidlərindən bezərək özündə olan puldan 30.000 manatı həmin vaxt sonuncuya elə öz avtomobilində vermişdir. Həmin gün həftənin 6-cı günü olmuş və Fuad pulu növbəti gün qaytaracağına dair söz vermişdir. Növbəti gün Fuaddan xəbər çıxmamışdır. xx.xx.2023-cü il tarixdə Fuadla telefon danışığı apararaq artıq mənzil almaq üçün notariusa getməli olduğunu bildirmişdir. Fuad da pulla birlikdə oraya gələcəyini bildirsə də, saatlar keçməsinə baxmayaraq gəlməmiş və onun işi pozulmuşdur. Bu səbəbdən də, o, öz avtomobili ilə Fuadın yaşadığı evə gedərək sonuncudan pulunu qaytarmağını tələb etmişdir. Fuad da onun avtomobilinə əyləşmiş və avtomobili sonuncunun dediyi ünvanlara sürmüşdür. Bir neçə ünvanı birlikdə gəzdikdən sonra Fuad ona 13.000 manat pul qaytarmışdır. Bir müddət keçdikdən sonra Fuad ümumiyyətlə əlaqədən qaçmışdır. Sonuncunun qaynı Əziz adlı şəxs 2023-cü ilin oktyabr ayının ortalarında Şüvəlan qəsəbəsində 7.000 manat pulu əlbəəl ona qaytarmış, xx.xx.2024-cü il tarixdə isə 2.500 manat pulu onun bank kartına göndərmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 7.500 manat pul qaytarmalıdır. Fuadın ümumiyyətlə ona söz verdiyi şərtlərlə, müddətdə qaytarmaq şərtilə borc almaq niyyəti olmadığını düşünür. Həmin dövrdə Fuadın borcunun çox olduğunu, sonuncunun da həmin borcu qaytarmaq məqsədilə ondan borc aldığını, ona da borcu qaytarmaq niyyətinin olmadığını, göstərdiyi məqsədlə onu borc almaq adı ilə aldatdığını düşünür. O isə Fuadın bu əməlini vaxtında başa düşməmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü ildə məhkəməyə təqdim etdiyi eyni tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Hər ikisi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında müxtəlif vəzifələrdə işləmişlər. İşləri ilə əlaqədar son 5 il ərzində isə münasibətləri daha yaxın olmuşdur. Onlar dəfələrlə birlikdə vaxt keçirmiş, müxtəlif məclislərdə görüşmüşlər. Münasibətləri çox yaxın olmuşdur. Fuad həmişə özünü işgüzar, əlaqəli, maddi imkanı yaxşı olan bir şəxs kimi təqdim etmişdir. Münasibətləri yaxınlaşdıqdan sonra aralarında bir neçə dəfə borc münasibəti olmuş, sonuncu bir neçə dəfə ondan müxtəlif məbləğlərdə müxtəlif səbəblər göstərərək borc almış və söz verdiyi vaxtda da qaytarmışdır. 2023-cü ilin yanvar-fevral aylarında Fuad ona 10.000 manat pula ehtiyacının olduğunu, 5-6 ay ərzində qaytaracağını bildirib həmin məbləğdə borc verə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Hazırda Fuadın həmin pulu hansı səbəb göstərib ondan istədiyini xatırlamır. Həmin vaxt o, əvvəlki ildə çıxdığı məzuniyyət zamanı ödənilmiş pul vəsaitini öz avtomobilini sataraq yeni avtomobil almaq məqsədilə saxladığından Fuadın dediyi məbləğdə pul vəsaiti onda olmuşdur. Eyni zamanda əvvəllər Fuad dəfələrlə verdiyi borcları vaxtlı-vaxtında qaytarmışdır. O da Fuadla olan münasibətini nəzərə alaraq istədiyi pul vəsaitini sonuncuya borc kimi verə biləcəyini demişdir. Bir neçə gündən sonra Akademiyanın həyətində nahar vaxt birlikdə gəzişərkən evindən götürdüyü 10.000 manat pul vəsaitini Fuada təqdim etmiş, sonuncu da təşəkkür edərək həmin pul vəsaitini ondan götürmüşdür. 2023-cü ilin iyun ayında 10.000 manat pulun qaytarılması üçün danışdığı vaxtın başa çatmasına az qalmış Fuad ona yaxınlaşaraq Pirallahı rayonu, Dübəndi qəsəbəsində uzun müddətdir ki, fəaliyyətsiz qalmış restoranının olduğunu, hazırda həmin restoranın yenidənqurması ilə məşğul olduğunu, restoranı işə salandan sonra vəziyyətinin yaxşı olacağını bildirib həmin yenidənqurma işini davam etdirmək üçün ondan 30.000 manat borc pul istəmişdir. O da həmin məbləğdə pulunun olmadığını Fuada bildirsə də, sonuncu ondan israrla həmin pul vəsaitini kimdənsə tapıb ona verməyini xahiş etmişdir. Fuad həmçinin aldığı pulu həmin ilin sentyabr ayının sonlarında, oktyabr ayının əvvəllərində ona qaytaracağına dair söz vermişdir. O, Fuadla dostluq münasibətlərini nəzərə alıb sonuncunun çoxsaylı xahişlərindən sonra Fuadla razılaşmış və tikinti fəaliyyəti ilə məşğul olan yaxın dostu Laçın Allahverdiyevə 30.000 manat pula ehtiyacının olduğunu bildirib həmin məbləğdə pulu ona borc verməsini xahiş etmişdir. Sonuncu da pulun qardaşında olduğu üçün ona hissə-hissə verəcəyini bildirmişdir. O da Laçınla razılaşmışdır. 2023-cü ilin iyun ayında təxminən 10 günün içində bir neçə gün ara ilə o, Laçın Allahverdiyevdən hər dəfə 10.000 manat olmaqla, ümumilikdə 30.000 manat pul vəsaitini götürmüş, elə həmin formada, yəni 3 dəfəyə hər dəfə 10.000 manat olmaqla 2023-cü ilin iyun ayında təxminən 10 günün içində bir neçə gün ara ilə Fuada vermişdir. Beləliklə, o, Fuada 30.000 manat pul vermişdir. Bununla da, sonuncunun ona olan borcunun ümumi məbləği 40.000 manat təşkil etmişdir. O, Fuada həmin pul vəsaitini verməzdən öncə əvvəlki 10.000 manatın özünə məxsus olduğundan qaytarılmasını gecikdirə biləcəyini, lakin 30.000 manatı isə başqa şəxsdən borc aldığı üçün gecikdirməməsini bildirmişdir. Fuad da onunla razılaşmışdır. Bununla belə, Fuad hazırki dövrədək ondan aldığı pulu qaytarmamışdır. Dəfələrlə pulun qaytarılması üçün Fuada müraciət etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu tezliklə qaytaracağını bildirmişdir. Fuad ondan aldığı pul vəsaitindən istifadə etməklə qeyd etdiyi restoranda hər hansı yenidənqurma işləri ilə görməmişdir. Fuadın ondan borc pul aldığı vaxtlarda başqa şəxslərə borcu olduğunu sonradan bilmişdir. Fuadın ondan aldığı pulla digər şəxslərə olan borcunu ödədiyini düşünür. Bununla da, Fuad restoranı təmir etdirmək adı ilə onu aldadıb aldığı borcu söz verdiyi pulu vaxtında qaytara biləcəyinə inandıraraq əslində isə belə niyyəti olmadan ondan 40.000 manat pulu alaraq ona qarşı dələduzluq etmişdir. 3000 manat ödənilsə də qalan pul ödənməmişdir. Ziyanın bir hissəsi, yəni 13000 manat məhkəmə vaxtı qaytarılmışdır. Verdiyi mülki iddianı müdafiə edir, dəymiş ziyan hissəsində 24000 manat, qalan hissədə mülki iddiasının tam təmin edilməsini tələb edir. Ziyan ödənilsə şikayəti olmayacaqdır, hazırda şikayətçidir. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 13000 manat ödənilmişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Zülfüqar və Məlikəli birlikdə təhsil almış, ali məktəb imtahanlarına hazırlıq dövründə Xəyyam da onlara qoşulmuş və birlikdə hazırlaşmışlar. Bununla da, Zülfüqar, Məlikəli və Xəyyam arasında dostluq münasibətləri yaranmışdır. Bu səbəbdən də, o da bir ata kimi övladının dostlarının ataları ilə əvvəlcə qiyabi, sonradan isə bilavasitə tanış olmuşdur. O, həm Xəyyamın atası Natiqi, həm də Məlikəlinin atasını tanımışdır. Eyni zamanda Məlikəlinin Fuad adlı dayısının Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olmasını da bilmişdir. 2023-cü ilin aprel-may aylarında Xəyyamın atası Natiq ona zəng edərək Xəyyamı təhlükəsizlik orqanına işə düzəlmək üçün hərəkət etdiyini, lakin biraz uzun müddət keçdiyini bildirmiş və onunla görüşüb bu məsələ barədə söhbət etmək istədiyini demişdir. Razılaşdığı üçün Elmlər Akademiyası metrostansiyasının yaxınlığında olan restoranlardan birində görüşmüşlər. Həmin görüşdə o, Xəyyamın atası Natiq, orada ilk dəfə gördüyü Məlikəlinin dayısı Fuad iştirak etmişdir. Həmçinin bir müddət sonra oraya Xəyyamın adını xatırlamadığı, “Hacı” deyə müraciət olunan əmisi gəlmişdir. Orada baş tutan söhbətlərdən ona Natiqin oğlu Xəyyamı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək istədiyini, bu məqsədlə Fuada müraciət etdiyini, sonuncunun da Natiqdən 40.000 manat pul alaraq Xəyyamın həmin orqanda işlə təmin edilməsini təşkil edəcəyini vəd etməsi ona məlum olmuşdur. Həmin vaxt Fuadın pulu almasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq Xəyyamın hələ də işlə təmin olunmadığı üçün Natiqin bundan xeyli narahat olmasını başa düşmüşdür. Natiq ondan bu işin həll olunmasının belə gecikməsinin səbəbini soruşduqda o, pulla işə düzəlməyin mümkün olub-olmasından məlumatlı olmadığını, lakin güc strukturu olduğu üçün məsələnin gec həll olunmasının mümkün olduğunu bildirmişdir. Restoranda gedən söhbət zamanı o, X8 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işlə təmin edəcəyini bildirib Natiqdən 40.000 manat pul almasından əmin olmuşdur. Sonradan isə iş alınmadığı üçün Fuad aldığı pulun bir qismini Natiqə qaytarmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 Bakı Hərbi Məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 13000 (on üç min) manatı ödənilmişdir və onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Bakı Hərbi Məhkəməsinə ünvanladığı 08 avqust 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir və onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqları özündə əks etdirən diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Diskdə ümumilikdə 10 ədəd səs faylı mövcuddur və səs yazıları onların arasında olan, ittihamda göstərilən sövdələşməni təsdiq edir. İş materiallarına əlavə edilmiş qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş onunla Təqsirləndirilən şəxs arasında olan danışıqları özündə əks etdirən 01 ədəd disk 24 aprel 2024-cü il tarixdə qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 19 mart 2024-cü il tarixli, 11/3/2552 nömrəli məktub və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2004-2032-cü illərdə Milli Təhlükəsizlik Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2023-cü il tarixdə müvafiq əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış və xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidmətinə işə (həqiqi hərbi xidmətə) qəbulla bağlı müraciət edənlərin siyahısında Şahid2 adı keçmir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RİH Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il, xx.xx.2009cu il və xx.xx.2016-cı il təvəllüdlü üç yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün ifadəsinin etirafidici hissəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.14, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını və cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş və dələduzluq cinayəti nəticəsində ödənilməmiş 17000 manat, mənəvi zərər kimi 10000 manat, ümumilikdə 270000 manat pul məbləğinin təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulması və ödənilmiş dövlət rüsumu, eləcə də, vəkilə hüquqlarını müdafiə olunması üçün ödənilmiş 300 manat pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul edilməsinə dair mülki iddia qaldırmışdır. Məhkəmə baxışının sonuna qədər maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu 40000 manat məbləğində maddi ziyanın, 2000 manat dəyərində mənəvi ziyanın və ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə mülki iddia qaldırmışdır. Məhkəmə baxışının sonuna qədər maddi ziyandan 5000 manat ödənilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu 37000 manat məbləğində maddi ziyanın, 2000 manat dəyərində mənəvi ziyanın və ödənilmiş 207 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə mülki iddia qaldırmışdır. Məhkəmə baxışının sonuna qədər maddi ziyandan 13000 manat ödənilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona vurduğu 7500 manat məbləğində maddi ziyanın, 2000 manat dəyərində mənəvi ziyanın və ödənilmiş 115 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə müvafiq qərar qəbul edilməsinə dair mülki iddia qaldırmışdır. Məhkəmə baxışının sonuna qədər maddi ziyan tam ödənilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər (Zərərçəkmiş şəxs3 istisna omaqla) tərəfindən verilmiş mülki iddialar qismən təmin olunmalıdır. Maddi ziyana, dövlət rüsumuna və hüquqi xidmətə görə ödənişlər işdəki sübutlarla təsdiq edilir. Mənəvi ziyanla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək maddi ziyan olaraq 17.000 (on yeddi min) manat, dövlət rüsumu kimi ödənilmiş 171 (yüz yetmiş bir) manat və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul, cəmi 17471 ( on yeddi min dörd yüz yetmiş bir) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 veriməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilərək maddi ziyana görə 35.000 ( otuz beş min) manat, dövlət rüsumu kimi ödənilmiş 216 (iki yüz on altı) manat, cəmi 35.216 ( otuz beş min iki yüz on altı) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilərək maddi ziyan olaraq 24.000 ( iyirmi dörd min) manat, dövlət rüsumu kimi ödənilmiş 207 (iki yüz yeddi) manat, cəmi 24.207 (iyirmi dörd min iki yüz yeddi) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 qaytarılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs qarşı ödənilməmiş 7500 manat, mənəvi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə iddia tələbi baxılmamış saxlanılmalıdır. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü ildə məhkəməyə təqdim etdiyi eyni tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Amma mülki iddiadan imtina etməmiş, iddianın həcmini dəyişdirməmişdir. Mənəvi ziyanla bağlı hissədə də mülki iddianın araşdırılması bu işə baxılma hüdudlarında mümkün deyildir. İş uzun müddətdir icraatdadır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına təhvil verilsin və bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək maddi ziyana görə 17.000 (on yeddi min) manat, dövlət rüsumu kimi ödənilmiş 171 (yüz yetmiş bir) manat və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində, cəmi 17471 ( (on yeddi min dörd yüz yetmiş bir) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilərək maddi ziyana görə 35.000 ( (otuz beş min) manat, dövlət rüsumu kimi ödənilmiş 216 (iki yüz on altı) manat, cəmi 35.216 ( (otuz beş min iki yüz on altı) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilərək maddi ziyana görə 24.000 ( (iyirmi dörd min) manat, dövlət rüsumu kimi ödənilmiş 207 (iki yüz yeddi) manat, cəmi 24.207 (iyirmi dörd min iki yüz yeddi) manat məbləğində pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 7500 manat, mənəvi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pulun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə maddi sübut:- səs yazılarının əks olunduğu 01 (bir) ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12 (sədrlik edən) Fikrət Əliyev Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-126/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-126/2024
24.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver