Məhkəmə qərarları › İş №1-1(093)-128/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-128/2023

28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-128/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki XN, müdafiəçi - Bakı şəhəri Mərkəz bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 8 mart 1995-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olmaqla faktiki olaraq orada yaaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Rəhimov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun “Dron” qrupunun komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən N6 dekabr NNN-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, 0N fevral NN3-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında gəlməmiş, yalnız 06 iyun NN3-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində saxlanılaraq Nərimanov RPİnin X5 təhvil verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 1N may N16-cı il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, N5 dekabr NNN-ci il tarixdə axşam radələrində anası Səlbi Rəhimova ilə telefonda danışan zaman sonuncu səhhətində ciddi problemlərin yarandığını ona demiş və o, səhəri gün, yəni N6 dekabr NNN-ci il tarixdə saat N radələrində hərbi hissənin şəhərciyindən çıxaraq taksi ilə yaşadığı Beyləqan rayonunun Birinci Şahsevən kəndinə getmişdir. O, yaşadığı evdə anası Təqsirləndirilən şəxs ilə görüşərək sonuncunu Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmış, həkimlər anasını müayinə etdikdən sonra bir-iki dərman yazmış və anasının ev şəraitində müalicə olunmasını məsləhət görmüşlər. Atası nə səbəbə xidmət vaxtı evdə olduğunu ondan soruşduqda, o, sonuncuya yalan danışaraq ordu sıralarından ehtiyata buraxıldığını demiş, amma onun məqsədi anası sağalanədək bir neçə gün onun yanında qalmaq və daha sonra xidmət yerinə gedərək xidmətinə qaldığı yerdən davam etmək olmuşdur. Xidmət yerinə getmədiyi ilk günlərdə hərbi hissədən komandirləri ona zəng edərək harada olduğunu və nə səbəbə xidmət yerinə gəlmədiyini ondan soruşmuş, o, komandirlərinə anasının xəstəliyi ilə əlaqədar Beyləqan rayonunda olduğunu və tezliklə xidmət yerinə gələcəyini demişdir. O, bir çox hallarda isə telefonunu söndürmüşdür. 06 iyun NN3-cü il tarixdə evdə olan zaman iki polis əməkdaşı gəlib onu Beyləqan rayon Polis Şöbəsinə, oradan isə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə gətirmişlər. Hazırda etdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi onun tam etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, sənədlər və digər mötəbər, təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “K” taborunun komandiri, kapitan Şahid1 göstərmişdir ki, hərbi hissənin “K” taborunun “Müşahidə dron” qrupunun komandiri-operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs N6 dekabr NNN-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyini görüb sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefonu sönülü olmuşdur. O, dərhal Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında gəlməməsi ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmişdir. Sonralar o, Təqsirləndirilən şəxsla bir neçə dəfə də əlaqə saxlamağa çalışsa da, bu heç cür mümkün olmamışdır. Müdafiə nazirliyinin Baş Qərargah rəisinin 0N fevral NN3cü il tarixli əmri ilə kiçik gizir Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunmuşdur. Təqsirləndirilən şəxs anasının xəstə olması barədə komandanlığa heç bir məlumat verməmiş, xidmət yerinə çıxmadığı müddət ərzində komandir heyətindən bununla bağlı icazə almamışdır. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları, kapitan ŞahidN və gizir Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 göstərdiyini mahiyyəti üzrə təsdiq etmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N19-cu il tarixli 11 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N yanvar N19-cu il tarixdən hərbi hissənin Nci xüsusi əməliyyat taborunun 3-cü xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissəsindən təqdim edilmiş N fevral NN-ci il tarixli bağlaşmanın surətindən görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Ordusunda 5 (beş) il müddətinə könüllü xidmət keçmə ilə bağlı bağlaşma imzalamışdır. N nömrəli hərbi hissə komandirinin N mart NNN-ci il tarixli 94 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs N-ci xüsusi əməliyyat taborunun 3-cü xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsindən N-ci xüsusi əməliyyat taborunun müşahidə dronları qrupunun komandiri-operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N6 dekabr NNN-ci il tarixli raportdan görünür ki, “K” taboru “Müşahidə dron” qrupunun komandiri-operatoru, kiçik gizir Təqsirləndirilən şəxs xx.xx.NNN-ci il tarixində saat 08:00-da xidmət yerinə çıxmamışdır. N nömrəli hərbi hissə komandirinin N6 dekabr NNN-ci il tarixli 38N nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, “K” taboru “Müşahidə dron” qrupunun komandirioperatoru, kiçik gizir Təqsirləndirilən şəxs N6 dekabr NNN-ci il tarixdə saat 08:00-da xidmət yerinə çıxmadığına görə bütün növ təminatları dayandırılmışdır (qazan təminatından çıxarılmışdır). N nömrəli hərbi hissə komandirinin N fevral NN3-cü il tarixli 34 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, “kiçik gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən göndərilən 6 iyun NN3-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin Cinayət Axtarış üzrə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs 6 iyun NN3-cü il tarixdə saat 09:00-da Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində tutularaq həmin tarixdə Nərimanov RPİ-in X5 təhvil verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş 7 iyun NN3-cü il tarixli, 6167 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 59.N-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.N-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak edərək göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin N9 dekabr NN-ci il tarixli sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin N4 iyun NN1ci il tarixli sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Baş nazirinin N1 aprel NNN-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikası Müdafiə nazirinin N4 dekabr NN-ci il tarixli əmri ilə “Şücaətə görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinəəsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi cinayətlərə görə tutan nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs oğlunun ordu sıralarından tərxis olunduğuna görə barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N03-cü il N5 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın N5-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 6N.N-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən halı müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsi tətbiq edilərək təqsrli bilindiyi hər iki maddə üzrə cərimə cəzasının təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-in 44.N-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-in 158.N-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin maddəyə və həmin Məcəllənin 158.N.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu müddət də daxildir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 6 iyun NN3-cü il tarixdə saat 09:00-da tutularaq Nərimanov RPİ-in X5 təhvil verilmiş və 7 iyun NN3-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə ittiham elan edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir ki, o, faktiki olaraq bir gün həbsdə olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs faktiki olaraq bir gün həbsdə olduğu müddət nəzərə alınaraq, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, ordu sıralarından tərxis olunmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından barəsində Azərbaycan Respublikası CM-in 6N.1-ci maddəsini tətbiq edərək, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyalarında müəyyən edilmiş cəzalardan daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini, həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 6N.1-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs faktiki olaraq bir gün həbsdə olduğu müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə onun üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar