Məhkəmə qərarları › İş №1-1(093)-129/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-129/2023

28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-129/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı2, müdafiəçi- Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə İmişli rayonunun Ağamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N yanvar 2023-cü il tarixdə saat 0N:00-dan N fevral 2023-cü il tarixdə saat 0N:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemlərini, yəni borc məsələlərini həll etmək məqsədi ilə N yanvar 2023-cü il tarixdə saat 0N:00da səhər düzülüşündə iştirak etmədən hərbi hissəni özbaşına tərk etmiş və yaşadığı Bakı şəhərinə getmişdir. Bundan sonra o, N fevral 2023-cü il tarixdə saat 0N:00-da N nömrəli hərbi hissəyə geri qayıtmışdır. O, N nömrəli hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, həmçinin, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N yanvar 2023-cü il tarixdə saat 0N:00-da səhər düzülüşündə iştirak etmədən hərbi hissəni özbaşına tərk etmiş və N fevral 2023-cü il tarixdə saat 0N:00-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə geri qayıtdıqdan sonra müxtəlif bəhanələr gətirmiş və xidmət yerinə gəlməməsi ilə bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. Həmçinin Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı komandirlərinə məlumat verməmiş, törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N yanvar 2023-cü il tarixdə saat 0N:00-da səhər düzülüşündə iştirak etmədən hərbi hissəni özbaşına tərk etmiş və N fevral 2023-cü il tarixdə saat 0N:00-da xidmət yerinə qayıtmışdır. Həmçinin Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı komandirlərinə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. N yanvar 2023-cü il tarixdə saat 0N:00-da səhər düzülüşü zamanı komandiri olduğu kəşfiyyat bölüyünün (ƏİK) təxliyyə manqasının kəşfiyyatçısıistehkamçısı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsini müəyyən etmiş və bu barədə raportla hərbi hissə komandirinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə dəfələrlə mobil telefonla əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab vermədiyindən onunla əlaqə saxlaya bilməmişdir. 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun telefon zənginə cavab verdikdə hansı səbəbdən xidmət yerinə gəlməməsini soruşmuş, Təqsirləndirilən şəxs isə ona səhhətində problem olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı komandirlərinə məlumat verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 201N-ci il tarixli 345 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 04 dekabr 201N-ci il tarixli 0252 əç nömrəli əmrinə əsasən bağlaşma əsasında könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissənin sülhməramlı qüvvələr taborunun sülhməramlı bölüyünün sülhməramlı taqımının sülhməramlı manqasının atıcısı vəzifəsinə təyin olunduğundan N dekabr 201N-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 339 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının tuşlayıcısı vəzifəsindən azad edilərək həmin hərbi hissənin kəşfiyyat bölüyünün, təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N yanvar 2023-cü il tarixli NN6 nömrəli raportdan görünür ki, hərbi hissənin kəşfiyyat bölüyünün (ƏİK) təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N yanvar 2023-cü il tarixdə saat 0N:00-da xidmət yerinə çıxmamışdır Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 30 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N yanvar 2023-cü il tarixdə saat 0N:00 radələrindən etibarən xidməti yerinə çıxmamış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısına salınmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2023-cü il tarixli 41 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N fevral 2023-cü il tarixdə saat 0N:00 radələrində xidmət yerinə qayıtmış hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 126 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin kəşfiyyat bölüyünün təxliyyə manqasının kəşfiyyatçı-istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirinin X1 03 aprel 2023-cü il tarixli 027 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 7N-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N aprel 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəsinin komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 124 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs, Müdafiə Nazirinin X2 03 aprel 2023-cü il tarixli 027 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının manqa komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N aprel 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 04 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 17 aprel 2023-cü il tarixli 3757 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir bir məlumat yoxdur. Cinayət işinin materiallarını əlavə olunmuş AA serialı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2022-ci il təvəllüdlü X4) övladı vardır. Cinayət işinin materiallarını əlavə olunmuş medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 235N nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin N-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin N.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 5N.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 235N nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 35N, 3N3-3N4.1 və 3N5-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından 5% (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar