Məhkəmə qərarları › İş №1-1(093)-13/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-13/2023

08.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-13/2023 08.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, mudafiəçi: Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış subay, orta təhsilli, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq hərbi qulluqçusu, kursant, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci və xx xxxxxx 2001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış subay, natamam orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nda kursant vəzifəsində xidmət edərkən, şəxsi istifadəsi üçün qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmək qərarına gələrək, bu məqsədlə 08 may 2022-ci il tarixdə axşam saatlarında tanışı, vətəndaş Şahid5 zəng edib onun üçün şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin tapmasını və xidmət yerinə göndərməsini xahiş etmiş, sonuncu istintaqa məlum olmayan mənbədən iki bükümdə qeyd edilən psixotrop maddədən almaqla içərisində ərzaq məhsulları olan selofan torbaya yerləşdirib “Bolt” şirkətinə məxsus müvafiq mobil tətbiqi proqramı vasitəsi ilə taksi sifariş edərək Təlim və Tədris Mərkəzinin “Qaraheybət” hərbi şəhərciyinə göndərdikdən sonra ona məlumat verdikdə nəzarət buraxılış məntəqəsinə yaxınlaşmaqla taksi sürücüsündən həmin torbanı qəbul etməklə şəxsi istehlak miqdarından artıq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,812 və 1,003 qram olmaqla, ümumi çəkisi 1,815 qram təşkil edən 2 ədəd, kristallik hissəciklərdən ibarət olan və kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş və üzərində saxlamaqla daşıyıb hərbi şəhərciyin nəzarət buraxılış məntəqəsindən içəri keçirmək istəyərkən həmin məntəqənin növbətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid6 tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlandığından yuxarı komandanlığa məruzə edilmiş və müvafiq qaydada qablaşdırıldıqdan sonra götürülməklə faktla bağlı araşdırma başlanmışdır. O, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli, 109 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan xaric edildikdən sonra, 25 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində tanışı vətəndaş Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində olarkən həmyerlisi, Saatlı rayonu sakini vətəndaş Zərərçəkmiş şəxs1 yaxınlıqdan keçməsini gördükdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İ.Eldaroğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 salamlaşmadan keçməsini bəhanə gətirməklə üzərinə həyatı və sağlamlığı üçün təhlükəli basqın edib qolu ilə boyun nahiyəsindən tutaraq kənara çəkdikdən sonra bu vəziyyətdən istifadə edən qrup üzvü İ.Eldaroğlu üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarıb açmaqla silah qismində istifadə edərək uc hissəsini Zərərçəkmiş şəxs1 sol qarın nahiyəsinə dirəyib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu təqdim etməsini tələb etmiş və sonuncuya məxsus daxilində 4 (dörd) manat dəyərindəki "xxxx" MMC-yə məxsus GSM nömrəsi və 5 (beş) manat dəyərindəki 16 GB-lik yaddaş kartı olan 80 (səksən) manat dəyərli bir ədəd “Samsung Galaxy A 01” markalı mobil telefonunu vahid niyyətlə ələ keçirib hücuma məruz qalmış zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişlər. Bundan əlavə, o, 26 iyun 2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən “Azadlıq” parkının ərazisində olarkən vətəndaş Zərərçəkmiş şəxs2 həmin parkla hərəkət edərək onlara tərəf gəlməsini gördükdə təkrarən quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərinə həyat və sağlamlığı üçün təhlükəli basqın edərək cibində olan pulu təqdim etməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 imtina etdiyindən vahid niyyətlə hərəkət edən qrup üzvü İkin Eldaroğlu sonuncunun sol qolundan tutub burmuş və sol ayağının arxa hissəsinə iki təpik zərbəsi vuraraq dizi üstə çökdürmüş, bu vəziyyətdən istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şalvarının arxa sağ cibində olmaqla daxilində 4 (dörd) manat dəyərindəki "xxxx" MMC-yə məxsus GSM nömrəsi olan 320 (üç yüz iyirmi) manat dəyərli bir ədəd “Samsung Galaxy A 32” markalı mobil telefonu ələ keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 sağ əlini uzadıb telefonunu geri tələb etdikdə İ.Eldaroğlu sonuncunun sol sifət nahiyəsinə, Təqsirləndirilən şəxs1 isə sağ qulaq nahiyəsinə ümumilikdə iki yumruq zərbəsi vurmuşlar. İ.Eldaroğlu vət. Zərərçəkmiş şəxs2 pulunun hansı cibində olmasını soruşduqda cavab vermədiyindən baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs1 isə məqsədlərinə nail olmaq və sonuncunun müqavimətini qırmaq üçün əynində olan köynəyi nisbətən yuxarıya doğru qaldıraraq bel kəmərinə keçirməklə üzərində gəzdirdiyi qatlanan cib bıçağını silah qismində nümayiş etdirib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək əlini Zərərçəkmiş şəxs2 sağ yan cibinə salmış və sağ sifət nahiyəsinə bir yumruq zərbəsi vurub 80 (səksən) manat miqdarında pulunu çıxarıb ələ keçirməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsə ümumilikdə 404 (dörd yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla təkrarən quldurluq etmişlər. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. İ.Eldaroğlu 25 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində tanışı, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin sabiq kursantı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində olarkən vətəndaş Zərərçəkmiş şəxs1 yaxınlıqdan keçməsini gördükdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 salamlaşmadan keçməsini bəhanə gətirməklə üzərinə həyatı və sağlamlığı üçün təhlükəli basqın etdikdə qrup üzvü Təqsirləndirilən şəxs1 qolu ilə Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən tutaraq kənara çəkdikdən sonra bu vəziyyətdən istifadə edərək üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarıb açmaqla silah qismində istifadə edərək uc hissəsini sonuncunun sol qarın nahiyəsinə dirəyib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək mobil telefonunu təqdim etməsini tələb etmiş və Zərərçəkmiş şəxs1 məxsus daxilində 4 (dörd) manat dəyərindəki "xxxx" MMC-yə məxsus GSM nömrəsi və 5 (beş) manat dəyərindəki 16 GB-lik yaddaş kartı olan 80 (səksən) manat dəyərli bir ədəd “Samsung Galaxy A 01” markalı mobil telefonunu ələ keçirib hücuma məruz qalmış zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişlər. O, 26 iyun 2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən “Azadlıq” parkının ərazisində olarkən vətəndaş Zərərçəkmiş şəxs2 həmin parkla hərəkət edərək onlara tərəf gəlməsini gördükdə təkrarən quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərinə həyatı və sağlamlığı üçün təhlükəli basqın edərək cibində olan pulu təqdim etməsini tələb etmiş, sonuncu imtina etdiyindən Zərərçəkmiş şəxs2 sol qolundan tutub burmuş və sol ayağının arxa hissəsinə iki təpik zərbəsi vuraraq dizi üstə çökdürmüş, bu vəziyyətdən istifadə edən digər qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şalvarının arxa sağ cibində olmaqla daxilində 4 (dörd) manat dəyərindəki "xxxx" MMC-yə məxsus GSM nömrəsi olan 320 (üç yüz iyirmi) manat dəyərli bir ədəd “Samsung Galaxy A 32” markalı mobil telefonu ələ keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 sağ əlini uzadıb telefonunu geri tələb etdikdə İ.Eldaroğlu sonuncunun sol sifət nahiyəsinə, Təqsirləndirilən şəxs1 isə sağ qulaq nahiyəsinə ümumilikdə iki yumruq zərbəsi vurmuşlar. Daha sonra İ.Eldaroğlu Zərərçəkmiş şəxs2 pulunun hansı cibində olmasını soruşduqda cavab vermədiyindən baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs1 isə məqsədlərinə nail olmaq və Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq üçün əynində olan köynəyi nisbətən yuxarıya doğru qaldıraraq bel kəmərinə keçirməklə üzərində gəzdirdiyi qatlanan cib bıçağını silah qismində nümayiş etdirib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək əlini sonuncunun sağ yan cibinə salmış və sağ sifət nahiyəsinə bir yumruq zərbəsi vurub 80 (səksən) manat miqdarında pulunu vahid niyyətlə ələ keçirməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsə ümumilikdə 404 (dörd yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Təqsirləndirilən şəxs1 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 08 may 2022-ci il tarixdə bədənində şiddətli ağrılar olduğundan tanışı Şahid5 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək “patı” lazım olduğunu demiş, o da tapıb göndərəciyinə dair vəd vermişdir. Axşam saat 21- 22 radələrində Şahid5 ona zəng edərək “patı” tapmasını və həmin narkotiki cipsi bağlamasının içərisinə yerləşdirərək yanında şirniyyatla birlikdə taksiyə qoyub göndərməsini, həmin narkotikə görə 50 manat və yol haqqını ayrıca ödəməsini, qısa müddətə sürücünün çatacağını demişdir. Nəzarət buraxılış məntəqəsinə getmiş və orada göy rəngli “Opel Astra” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobil olmasını, yanında məntəqə növbəçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid6 dayanmasını görmüş, yaxınlaşarkən “Opel” markalı avtomobilin sürücüsü “Fayaz sənsən” deyə soruşduqda “hə, mənəm” deyə cavab vermişdir. Sürücü əlində olan üzəri şəkilli selofan torbanı verib “bu sənə çatacaq, 100 manat verməlisən” deyə bildirmiş, sürücüyə “mənə 50 manat verməyim deyilib, 100 manat çoxdur” deyə bildirərkən, taksi sürücüsü mobil telefonunu götürüb kiməsə zəng etmiş və danışmış, daha sonra telefonu uzadıb danışmasını bildirmişdir. Telefonu alıb danışdıqda qarşı tərəfdə Şahid5 səsini eşitmiş, sonuncu “pulun yoxdursa, qalsın” sözlərini deyərkən üzərində 12 manatın olmasını, ancaq taksi pulunu verə biləcəyini demiş, pulu sonra verəcəyinə dair razılaşmışlar. Şahid6 NBM-in növbətçisi kimi paketi ondan götürüb yoxlamağa başlamış, daha sonra kiməsə zəng etmiş, qısa müddətə hadisə yerinə hərbi hissə üzrə cavabdeh, baş leytenant Şahid7 yaxınlaşmışdır. Onu yanına çağırmış, iştirakı ilə bağlamanı açdıqda içərisində 1 ədəd litrlik “Coca-cola” adlı spirtsiz içki, 2 ədəd “Rulet” adlı şirniyyat, 4 ədəd “Darenka” adlı şokolad, 1 ədəd “Zavira” adlı alışqan və 1 ədəd “Lays” yazısı olan paket olmuş, həmin paketin yuxarı hissəsi alışqanla yandırılıb dəlik formasına salındığından sonuncu hansı səbəbdən “Lays” yazılı paketin yuxarı hissəsinin yandırılmasını, içərisində nə olmasını soruşmuş, cavab olaraq guya bilməməsini söyləmişdir. Şahid7 onun və Şahid6 iştirakı ilə paketi tam olaraq cırıb içərisində olanlara baxmış, həmin vaxt kartof dilimlərindən başqa onların arasında iki ədəd selofan bağlamda narkotik vasitəyə bənzər bükümlərin olmasını müşahidə etmiş, yenidən onda nə olmasını soruşduqda bir daha guya məlumatının olmamasını söyləmişdir. Baş leytenant Şahid7 hadisə ilə əlaqədar hissə növbətçisinə məlumat vermiş, özü taksi sürücüsünə 11-12 manat pul verərək yola salmışdır. Faktla bağlı araşdırma başlanmış, sözügedən iki ədəd bükümdə olan ağ rəngli narkotik vasitəyə bənzər maddələr götürülmüş, artıq araşdırma zamanı əvvəllərdə narkotik vasitədən istifadə etməsini, həmin bağlamada olan “patı” adlı psixotrop maddəni tanışı vasitəsi ilə sifariş etməsini etiraf etmişdir. 13 may 2022-ci il tarixdə kursdan xaric edilmiş və yaşayış yerinə qayıtmış, bundan sonra müxtəlif restoran və şadlıq saraylarında süfrəçi kimi çalışmağa başlamışdır. 24 iyun 2022-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Şahid3la Binəqədi rayonu ərazisində görüşüb orada olan kafelərin birində oturub yeyibiçmişlər, daha sonra kirayə yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsinə getmişlər, evə giriş qapısının yaxınlığında dayanıb siqaret çəkib söhbət etmişlər. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində həmin yerə həmyerliləri Şahid1 və Zərərçəkmiş şəxs1 gəlməsini görmüşlər, Şahid1 salam verib içəri doğru keçsə də, Zərərçəkmiş şəxs1 salamlaşmadığından bu hərəkəti onun və Təqsirləndirilən şəxs2 xoşuna gəlməmişdir. İrad bildirdikdə səhvini başa düşmədiyindən Zərərçəkmiş şəxs1 cəzalandıraraq hər hansı bir maddi dəyərli əşyasını almaq qərarına gəlmişlər, bundan sonra sonuncunun boyun nahiyəsinə qolunu qoyub kənara çəkdikdə İ.Eldaroğlu arxasınca hərəkət etmiş, nisbətən uzaqlaşdıqda dayanmışlar, yenidən hər ikisi Q.Qardaşova iradlarını dedikdən sonra İ.Eldaroğlu əlini belinə ataraq “üstündə nəyin var, telefon var” söyləməklə guya bıçağının olması ilə Zərərçəkmiş şəxs1 qorxudub mobil telefonunu tələb etmişdir. Sonuncu “Samsung Galaxy A 01” markalı telefonunu təqdim etsə də, sifrəsini demək istəmədiyindən İ.Eldaroğlu bir daha yalandan olaraq üzərində bıçaq olması təsəvvürünü yaratmaqla köynəyi nisbətən yuxarı qaldırıb “bunu sənə soxaram” deməklə şifrəni bildirməsini tələb edib istəyinə nail olmuşdur. Növbəti gün kim olmasını xatırlamadığı şəxs Zərərçəkmiş şəxs1 adından zəng edib mobil telefonu qaytarmalarını xahiş etdiyindən və əks halda barələrində şikayət olunacağını dediyindən İ.Eldaroğluna məlumat verib telefonu alaraq taksi vasitəsi ilə “White Palace” restoranına Zərərçəkmiş şəxs1 çatdırılması üçün göndərmişdir. 25 iyun 2022-ci il tarixdə axşam saatlarında yenidən tanışları Təqsirləndirilən şəxs2 və Şahid3la Binəqədi rayonu ərazisində görüşüb orada olan kafelərin birində oturub yeyib-içdikdən sonra “Azadlıq” metrostansiyası yaxınlığında yerləşən parka gedib oturub söhbət etmişlər, siqaret çəkərkən onlara bir nəfər, sonradan Zərərçəkmiş şəxs2 olmasını bildikləri şəxs yaxınlaşaraq istəkləri ilə cinsi münasibətdə ola biləcəklərini təklif etmişdir. Sonuncunun bu hərəkəti onun və Təqsirləndirilən şəxs2 xoşuna gəlmədiyindən göz işarəsi ilə Zərərçəkmiş şəxs2 cəzalandıraraq hər hansı bir maddi dəyərli əşyasını almaq qərarına gəlmişlər. İ.Eldaroğlu ilə ayağa qalxıb guya razılaşmış kimi orada yerləşən ayaqyolu istiqamətində hərəkət etmişlər, sonuncu Zərərçəkmiş şəxs2la yanaşı özü isə arxa tərəfdə hərəkət edirmiş, bu zaman həmin şəxsin arxa cibində mobil telefonunun olmasını görmüş, onlar dayandıqda Zərərçəkmiş şəxs2 cibindən “Samsung Galaxy A 32” markalı mobil telefonu dartıb çıxarmış və müqavimət göstərməməsi üçün bir sillə zərbəsi vurmuşdur. İ.Eldaroğluda sonuncuya təpik zərbəsi vurub yerə yıxdıqda qaçaraq oradan uzaqlaşmışlar. Növbəti gün həmin telefonu İ.Eldaroğlu ilə birlikdə “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon dükanlarının birinə şəxsi telefon adı ilə sonuncunun vəsiqəsini təqdim etməklə satmışlar, Novxanı qəsəbəsinə gedib “Ləman” adlı restoranda oturub yeyib-içmişlər. xx.xx.2022-ci il tarixdə isə tanışı Şahid5 vasitəsi ilə həmin narkotiki özü üçün sifariş etmiş, narkotik vasitələrin satışı ilə məşğul olan qohum və ya tanışları olmamış, kimdən, necə, nə vaxt və kimin vasitəsi ilə psixotrop maddə olan metamfetamini əldə etməsini bilməmişdir. Ona göndərilən və nəzarət buraxılış məntəqəsində baxışı keçirilən selofan paketin içərisində psixotrop maddənin olduğunu əvvəlcədən bilmiş, Şahid5 onu xəbərdar etmiş, istifadə edilməsinin qanunsunsuz olduğunu anlamışdır. Hər hansı bir psixiki və ya sair xəstəlikdən əziyyət çəkməmiş, narkoloji, psixiatrik və sair dispanserlərdə qeydiyyatda olmamışdır. Zərərçəkmiş şəxs2 hər hansı biri əvvəlcədən tanımamış, ilk dəfə “Azadlıq” metrostansiyası yaxınlığındakı parkda görmüşlər, Zərərçəkmiş şəxs1 həmyerli olmasını eşitsə də, əvvəlcədən tanımamış, İ.Eldaroğlunun da sonuncu ilə tanışlığı olmamışdır. Təsadüfən vətəndaşlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə rastlaşmışlar, əvvəlcədən onlara qarşı qanunsuz hərəkət etmək niyyətində olmamışlar, məhz hadisə tarixində həmin şəxsləri gördükdə içkili olduqlarından, hərəkətlərindən əsəbiləşdiklərindən və maddi nemət əldə etmək istədiklərindən İ.Eldaroğlu ilə cinayət əməlləri törətmişlər. Əvvəllər heç vaxt bu kimi qanunsuz hərəkətlərə yol verməmiş, İ.Eldaroğlunun da digər şəxslərə qarşı belə bir hərəkətlər etməsini eşitməmişdir. İlk hadisə zamanı vət. Zərərçəkmiş şəxs1 “Samsung Galaxy A 01” markalı, daha sonrakında isə vət. Zərərçəkmiş şəxs2 “Samsung Galaxy A 32” markalı mobil telefonu hədə-qorxu gəlib əldə etmişlər, həmin vaxt ətrafda və yanlarında adlarını çəkdiyi şəxslərdən başqa kimsə olmadığından və ya keçmədiyindən hadisənin birbaşa şahidləri olmamış, baş vermiş hadisələrin nəticəsində vət. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı bir gözlə görünən xəsarət almalarını müşahidə etməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs2 və Şahid3 üzərində kəsici-deşici və sair silah, konkret olaraq qatlnan bıçaq görməmiş, özündə də olmamış, artıq Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu satdıqdan sonra İ.Eldaroğlu hazırda xatırlamadığı ərazidən 15 manat qarşılığında bozumtul rəngli qatlanan bıçaq almışdır. Təqsirləndirilən şəxs2 vət. Zərərçəkmiş şəxs1 taladığı “Samsung Galaxy A 01” markalı mobil telefonu satıb aralarında bölmək fikrində olmuşlar, lakin sonradan məcbur qalıb telefonu qaytarmışlar. Təqsirləndirilən şəxs2 özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 24 iyun 2022-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Şahid3la Binəqədi rayonu ərazisində görüşüb orada olan kafelərin birində oturub yeyib-içmişlər, daha sonra sonuncunun kirayə yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsinə getmişlər, evə giriş qapısının yaxınlığında dayanıb siqaret çəkərək söhbət etdikdən qısa müddət keçdikdə, yəni xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində həmin yerə sonradan Şahid1 və Zərərçəkmiş şəxs1 olmasını bildiyi şəxslərin gəlməsini görmüşlər, Şahid1 onlara salam verib içəri doğru keçsə də, Zərərçəkmiş şəxs1 salamlaşmadığından bu hərəkəti onun və Təqsirləndirilən şəxs1 xoşuna gəlməmiş, iradlarını bildirdikdə səhvini başa düşmədiyindən Zərərçəkmiş şəxs1 cəzalandıraraq hər hansı bir maddi dəyərli əşyasını almaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1 sonuncunun boyun nahiyəsinə qolunu qoyub kənara çəkdikdə onların arxasınca hərəkət etmiş, nisbətən uzaqlaşdıqda dayanmışlar, yenidən hər ikisi Zərərçəkmiş şəxs1 irad bildirdikdə yalandan olaraq əlini belinə ataraq “üstündə nəyin var, telefon var” demiş, bu şəkildə vət. Zərərçəkmiş şəxs1 guya bıçağının olması ilə qorxudub mobil telefonunu tələb etmişdir, sonuncu “Samsung Galaxy A 01” markalı telefonunu təqdim etsə də, sifrəsini demək istəmədiyindən bir daha eyni yalanı təkrar edərək köynəyi nisbətən yuxarı qaldırıb “bunu sənə soxaram” deməklə şifrəni bildirməsini tələb etmiş və şifrəni öyrənmişdir. Növbəti gün Təqsirləndirilən şəxs1lə görüşdükdə Zərərçəkmiş şəxs1la həmyerli olduqlarını, kiminsə (qohum və ya tanış) sonuncunun adından zəng edib mobil telefonunu qaytarmalarını, əks halda barələrində şikayət edəcəklərini dediyindən telefonu Təqsirləndirilən şəxs1 vermişdir. Sonradan bildiyinə görə, sonuncu telefonu taksi vasitəsi ilə “White Palace” restoranına Zərərçəkmiş şəxs1 çatdırılması üçün göndərmişdir. 25 iyun 2022-ci il tarixdə axşam saatlarında yenidən tanışları Təqsirləndirilən şəxs1 və Şahid3la Binəqədi rayonu ərazisində görüşüb orada olan kafelərin birində yeyib-içdikdən sonra “Azadlıq” metrostansiyası yaxınlığında yerləşən parka gedib oturub söhbət etmişlər, siqaret çəkərkən bir nəfər, sonradan Zərərçəkmiş şəxs2 olmasını bildi şəxs onlara yaxınlaşmaqla istəkləri ilə cinsi münasibətdə ola biləcəklərini təklif etmişdir. Onun bu hərəkəti onun və Təqsirləndirilən şəxs1 xoşuna gəlmədiyindən göz işarəsi ilə həmin şəxsi cəzalandıraraq hər hansı bir maddi dəyərli əşyasını almaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1lə ayağa qalxıb guya razılaşmış kimi orada yerləşən ayaqyolu istiqamətində hərəkət etmişlər, Şahid3 isə yerində qalmışdır. Özü Zərərçəkmiş şəxs2la yanaşı, Təqsirləndirilən şəxs1 isə arxada gedərək anidən dayandıqda sonuncu Zərərçəkmiş şəxs2 cibindən “Samsung Galaxy A 32” markalı mobil telefonu dartıb çıxartmış və bir sillə zərbəsi vurmuş, həmin vaxt müqavimət göstərməməsi üçün özüdə Zərərçəkmiş şəxs2 təpik zərbəsi vurub yerə yıxmış və qaçaraq oradan uzaqlaşmışlar. Növbəti gün həmin telefonu Təqsirləndirilən şəxs1lə birlikdə “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən telefon dükanlarının birinə şəxsi telefon adı ilə öz vəsiqəsini təqdim etməklə satmışlar, Novxanı qəsəbəsinə gedib “Ləman” adlı restoranda oturub yeyibiçmişlər. Təqsirləndirilən şəxs1lə əsgər yoldaşı olmuşlar, onlardan hər hansı biri Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamış, ilk dəfə “Azadlıq” metrostansiyası yaxınlığında yerləşən parkda görmüşlər, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs1 ümumi olaraq tanımasını, həmyerli olmalarını sonradan bilmişdir. Baş vermiş hadisələr zamanı təsadüfən vət. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə rastlaşmışlar, əvvəlcədən belə bir niyyətləri olmamış, məhz hadisə tarixində onları gördükdə içkili olduqlarından, hərəkətlərindən əsəbləşdiklərindən və maddi nemət əldə etmək istədiklərindən Təqsirləndirilən şəxs1lə birlikdə belə bir qanunsuz hərəkətlərə yol vermişlər. Əvvəllər heç vaxt bu kimi qanunsuz hərəkətlərə yol verməmiş, tanışı Təqsirləndirilən şəxs1 isə digər şəxslərə qarşı belə bir hərəkətlər etmələrini eşitməmişdir. İlk hadisə zamanı Zərərçəkmiş şəxs1 “Samsung Galaxy A 01” markalı, daha sonrakında isə Zərərçəkmiş şəxs2 “Samsung Galaxy A 32” markalı mobil telefonu hədə-qorxu gəlib əldə etmişlər. 25 və 26 iyun 2022-ci il tarixlərdə baş vermiş hadisələr zamanı ətrafda və yanlarında adlarını çəkdiyi şəxslərdən başqa kimsə olmadığından və ya keçmədiyindən hadisənin birbaşa şahidləri olmamışdır. Baş vermiş hadisələrdən sonra vət. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı bir gözlə görünən xəsarət almalarını müşahidə etməmişdir. Tanışı Təqsirləndirilən şəxs1 vət. Zərərçəkmiş şəxs2 cibindən mobil telefonu çıxardıqdan sonra sifətinə bir sillə vurmuş, özü isə sonuncunun müqavimət göstərməməsi üçün bir təpik zərbəsi vurmuş, bundan sonra qaçmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə sözlə mübahisə etdiyindən sonuncu ilə işarələşib həmin şəxsi cəzalandırmaq və qorxuzmaq üçün mobil telefonunu götürmüş, bu telefonu satıb sonuncu ilə aralarında bölmək fikrində olmuş, lakin sonradan məcbur qalıb telefonu qaytarmışlar. Zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, restoranda süfrəçi kimi işləməyi öyrənmək üçün həmkəndlisi və uzaq qohumu Şahid1la danışdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərinə gəlmişdir. İş yeri olan “White palace” restoranına getmiş və görüşüb gün ərzində orada olmuş, toy məclisi bitdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Şahid1la birlikdə sonuncunun Binəqədi rayonu Ç.Ə.Rəsulzadə qəsəbəsi ərazisində kirayə yaşadığı evə gəlmilər. Şahid1 irəlidə hərəkət edərək içəriyə daxil olduqdan sonra giriş qapısının yaxınlığında biri həmkəndlisi Şahid3 olmaqla üç nəfər şəxsin olmasını görmüşdür. Yorğun olduğundan salamlaşmadan yanlarından keçmiş, sonradan Təqsirləndirilən şəxs1 olmasını bildiyi şəxs ona irad bildirməklə qolunu boynuna keçirib kənara çəkmiş, Təqsirləndirilən şəxs2 arxasınca gəlmiş, 25-30 metr kənarlaşdıqdan sonra dayanmışlar, Təqsirləndirilən şəxs1 yenidən nə üçün salam vermədən keçdiyi deyib iradlarını davam etdirmişdir. Söhbət edən zaman anidən İ.Eldaroğlu əynində olan şalvarın sağ tərəfindən, yəni bel hissəsindən bir ədəd qatlanan bıçağı çıxararaq uc hissəsini qarın nahiyəsinə dirəmiş və mobil telefonunu tələb etmiş, onu bıçaqla vurub xəsarət yetirəcəyindən çəkinib əynində olan qara rəngli şalvarın qabaq sağ cibindəki bir ədəd “Samsung Galaxy A 01” markalı mobil telefonunu təqdim etmişdir. İ.Eldaroğlu şifrəni deməsini istəmiş, bıçaq hələdə qarın nahiyəsinə dirənmiş vəziyyətdə olduğundan şifrəni bildirmişdir. Bundan sonra uzaqdan olsa belə Şahid1 baş verənləri görüb qışqırmışdır. Təqsirləndirilən şəxs1 və İ.Eldaroğlu qaçaraq oradan uzaqlaşmışlar, sonuncu ilə birlikdə həmin şəxsləri bir müddət axtarsalar da, tapa bilməmişlər. Növbəti gün baş verənləri atası Qanuni nümayəndə danışmış, həmin gün axşam saat 22 radələrində telefonu geri qaytarılmış, bu zaman içərisində olan 16 GB-lik yaddaş kartı və 050 827-36-78 saylı GSM nömrəsinin çıxarılmasını müəyyən etmiş, xx.xx.2022-ci il tarixdə DİN-in “102” xidmətinə faktla bağlı şikayət etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımamış, ilk dəfə hadisə yerində görmüş, onların hər hansı biri ilə əvvəllər aralarında mübahisə və ya düşmənçilik olmamış, həmin şəxslərin məhz ona qarşı qanunsuz hərəkətlər etmələrini izah edə bilməmiş, fikrincə yaşı az olduğundan və maddi nemət əldə etmək istədiklərindən belə etmişlər. Hadisə zamanı kimsə ona qarşı zor tətbiq etməmiş, sadəcə Təqsirləndirilən şəxs1 onu evin yaxınlığına qaranlıq əraziyə aparıb söhbət etdikdə İ.Eldaroğlu qatlanan bıçağı sol yan böyrünə dirəməklə mobil telefonunu təqdim etməsini tələb etmiş və vermədiyi halda həmin bıçaqla ona xəsarət yetirəcəyini qeyd etmişdir. Ətrafda və yanlarında adlarını çəkdiyi şəxslərdən başqa kimsə olmadığından və ya keçmədiyindən hadisənin birbaşa şahidləri olmamışdır. İ.Eldaroğlu bıçağını sol böyür hissəmə dirədikdə həyatı üçün real təhlükə hiss etsə də, əynində paltarlar olduğundan və sonuncu güc vermədiyindən xəsarət almamış, digər şəxslərdə silah olub-olmamasını görməmiş, nümayiş etdirilməmişdir. İ.Eldaroğlunun bıçağı qatlanan olsa da, qaranlıq olduğundan rəngi və başqa xüsusiyyətlərini görməmişdir. Şahidlər Şahid1 və Şahid2 zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri özlərinə aid hissədə mahiyyəti üzrə təsdiq etdilər. Zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, 26 iyun 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən “Aylı-gecə” restoranında şənlik məclisi olduğundan süfrəçi kimi işini yekunlaşdırdıqdan sonra saat 01 radələrində işdən çıxıb “taksi” fəaliyyəti ilə məşğul olan avtomobillərin biri ilə yaşayış ünvanının yaxınlığına gəlməklə “Azadlıq” metrostansiyası tərəfdə düşərək orada yerləşən parka keçmiş və piyada evə tərəf hərəkət etməyə başlamışdır. Parkda olan daş çıxıntılarda üç nəfər kişi cinsli cavan şəxslərin əyləşməsini görmüş, onlardan ikisi hərəkət istiqaməti ilə üzbəüz oturduqlarından gəldikdə bunu müşahidə etmişlər, digəri isə yanakı qaydada oturduğundan görüb-görməməsini bilməmişdir. Yanlarından keçməli olduğundan aralarında təxminən 2-3 metr məsafə qaldıqda üzbəüz olan, sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxslər ayağa qalxıb ona yaxınlaşmışlar, siqaret istədikdə olmadığını və ümumiyyətlə çəkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 “çəkmirsən, al qoy cibinə çəkənlər verərsən” demiş, sözlərini anlamadığını qeyd etdikdə “bu vaxt hardan gəlirsən və nə işləyirsən?” deyə sual etmiş, ofisiant olduğuna görə gecə saatlarında evə qayıtmasını və evinin yaxınlıqda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 “həə, ofisiantın yaxşı çayevoyu olur” söyləmiş, cavab olaraq “olur, özümə görə” dedikdə aralarında sözlə mübahisə yaranmışdır. Çünki ondan cibində olan pulun məbləğini və verməsini tələb etdikdə imtina etmişdir. İ.Eldaroğlu sol əli ilə sol qolundan tutub biraz burmuş və sağ ayağı ilə sol ayaq nahiyəsinə iki təpik zərbəsi vurduğundan bir dizi üstə çökmüşdür. Təqsirləndirilən şəxs1 ondan sağ tərəfdə olmaqla əynində olan şalvarın arxa sağ cibində boz-gümüşü rəngli “Samsung A 32” markalı mobil telefonun bir hissəsini görüb əli ilə tutub çəkməklə götürmüş, sağ əlini uzadıb telefonunu geri tələb etdikdə İ.Eldaroğlu nalayiq ifadələrdən istifadə etməklə sağ əli sol sifət nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. Yenidən telefonu geri istədikdə Təqsirləndirilən şəxs1 üzərinə gəlib bir yumruq zərbəsi atmış, zərbə sağ qulağının arxa hissəsinə dəymişdir. İ.Eldaroğlu pulunun hansı cibində olduğunu soruşduqda olmadığını dediyindən yenidən baş nahiyəsinə bir yumruq zərbəsi vurub nalayiq ifadələr işlətməklə pulu istəmişdir. Təqsirləndirilən şəxs1 isə əynindən olan köynəyi biraz yuxarı qaldırıb bel kəməri ilə şalvarı arasında saxladığı boz rəngli qatlanan bıçağı nümayiş etdirməkə “elə eləmə ki, bunu arxadan sənə soxum” deyib dərhal əlini sağ yan cibinə salmışdır. Pulu çıxara bilməməsi üçün sağ əli ilə cibinin üstündən tutmuş, sonuncu isə sağ sifətinə bir yumruq zərbəsi vurduqda ağrıdan əlini buraxmış, Təqsirləndirilən şəxs1 həmin cibində olan 80 manat pulu çıxarıb götürmüş və kənara çəkilmişdir. Yerdən toz-torpağı əli ilə götürüb hələdə sol qolunu tutan İ.Eldaroğlu tərəfə atmış və anidən əlini çəkib qalxaraq qaçmış və Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edib hadisənin araşdırılmasını xahiş etmişdir. Cinayət əməllərini törətmiş şəxsləri tanımamış, ilk dəfə hadisə yerində görmüş, əvvəllər aralarında hər hansı bir mübahisə və ya düşmənçilik olmamışdır. Fikrincə gecə saatlarında onların olduğu ərazidən keçdiyindən və ətrafda kimsə olmadığından ona qarşı bu kimi hərəkətlərə yol verməklə maddi nemət əldə etmək istəmişlər, buna da nail olub mobil telefon və pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 və İ.Eldaroğlu onun 80 manat pulunu və boz-gümüşü rəngli “Samsung Galaxy A 32” markalı mobil telefonunu ələ keçirmişlər, telefonun daxilində yalnız "xxxx" MMC-yə məxsus 050 723-50-65 saylı nömrəli GSM kartı olmuşdur. Mobil telefonunu və pulunu vermək istəmədiyindən, o cümlədən fikrincə İ.Eldaroğlu və Təqsirləndirilən şəxs1 onu çəkindirmək istədiklərindən zor tətbiq etmişlər, həmin vaxt ətrafda və yanlarında adlarını çəkdiyi şəxslərdən başqa kimsə olmadığından və ya keçmədiyindən hadisənin birbaşa şahidləri olmamışdır. İ.Eldaroğlu və Təqsirləndirilən şəxs1 vurduğu yumruq və təpik zərbələri nəticəsində bədəninin müxtəlif nahiyələrində bir müddət ağrı və qızartı olmuş, lakin xəsarət izi yaranmamışdır. Təqsirləndirilən şəxs1 bel kəmərində saxladığı bıçağını nümayiş etdirsə də, hadisə zamanı istifadə etməmiş, sadəcə pulu könüllü təqdim etməyi üçün nümayiş etdirmiş, digər şəxslərdə silah olub-olmamasını görməmiş, həmin bıçaq qatlanan və boz rəngli olmuş, başqa xüsusiyyətləri yadında qalmamışdır. Şahid qismində dindirilmiş vətəndaş Şahid3 analoji məzmunlu ifadə verərək yuxarıda göstərilənləri özünə aid hissədə mahiyyəti üzrə təsdiq etmişdir. Şahid Azərbaycan Ordusunun Təlim və Tədirs Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid6 məhkəməyə ifadə verib göstərdi ki, 08 may 2022-ci il tarixdə saat 09-10 radələrində “Qaraheybət” hərbi şəhərciyinin nəzarət buraxılış məntəqəsinin növbətçisi təyin olunduğundan növbəni qəbul edib xidmətini aparmışdır. Həmin gün axşam saat 22 radələrində NBM-ə xatırladığına görə, tünd göy rəngli “**-KC-***” dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil yaxınlaşmış, sürücüsü olan bir nəfər 30-40 yaşlı kişi cinsli şəxs həmin avtomobildən düşərək əlində olan selofan paketlə məntəqənin girişinə gəlib taksi olduğunu bildirməklə “bu paket Fəyyaz adlı kursanta çatacaq, özünün xəbəri var” sözlərindən istifadə etmiş, bu sözləri eşitdikdə gözləməsini tələb etmişdir. Kursant Təqsirləndirilən şəxs1 NBM-nə yaxınlaşmış, taksi sürücüsü “Fəyyaz sənsən?” dedikdə sonuncu “hə, mənəm” demiş, bu zaman taksi sürücüsü əlində olan üzəri şəkilli selofan paketi verib “bu sənə çatacaq, 100 manat verməlisən” sözlərindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 bu qədər pul deyilməyib söyləyəndə aralarında pulla bağlı sözlə mübahisə yaranmış, balaca paketdə olan əşyalara görə 100 manat pul istənilməsindən şübhələndiyindən həmin paketi sonuncudan götürüb yoxlamağa başlamış və içərisində müxtəlif yeyib-içəçək məhsullarını, habelə “Lays” yazısı olan paketin üzərində yandırma vasitəsi ilə dəlik olmasını müşahidə etmiş, bununla da, şübhəsi daha artmışdır. Dərhal hərbi hissə növbətçisi, baş leytenant Araz Abdiyevə zəng vurub qeyd edilənləri qısa olaraq məruzə etmiş, dərhal sonra NBM-ə hərbi hissə üzrə cavabdeh, baş leytenant Şahid7 yaxınlaşmışdır. Bağlamanı açdıqda içərisində 1 ədəd litrlik “Coca-cola” adlı spirtsiz içki, 2 ədəd “Rulet” adlı şirniyyat, 4 ədəd “Darenka” adlı şokolad, 1 ədəd “Zavira” adlı alışqan və 1 ədəd “Lays” yazısı olan paket olmuş, həmin paketin yuxarı hissəsi alışqanla yandırılıb dəlik formasına salındığından Şahid7 kursant Təqsirləndirilən şəxs1 yanlarına çağırmışdır. Taksi sürücüsü çöldə gözləməklə kiməsə, yəni qeyd olunan məhsulları göndərən və sonuncunun qardaşı olmasını dediyi şəxsə zəng edəcəyini demişdir. Baş leytenant Şahid7 kursant Təqsirləndirilən şəxs1 hansı səbəbdən “Lays” yazısı olan paketin yuxarı hissəsinin yandırılmasını, içərisində nə olmasını soruşmuş sonuncu bilmədiyini, içərisində qızardılmış və qurudulmuş kartof dilimlərinin olacağını söyləmiş, bundan sonra Şahid7 onun və Təqsirləndirilən şəxs1 iştirakı ilə paketi tam olaraq cırıb içərisində olanlara baxmış, kartof dilimlərindən başqa onların arasında iki ədəd selofan bağlamada naməlum, lakin narkotik vasitəyə bənzər bükümlərin olmasını müşahidə etmişlər, Təqsirləndirilən şəxs1 nə olmasını soruşduqda sonuncu guya məlumatının olmamasını söyləmişdir. Baş leytenant Şahid7 hadisə ilə əlaqədar hissə növbətçisinə məlumat vermişdir. Taksi sürücüsü əlində telefonla gələrək Təqsirləndirilən şəxs1 uzatmış və selofan paketi göndərən şəxsin olmasını deyərək danışmasını, pulunu ödəməsini tələb etmişdir. Təqsirləndirilən şəxs1 tanımadığı şəxslə telefonla danışmış, Şahid7 taksi sürücüsünə paketin içərisindən narkotikə bənzər iki ədəd bükümün aşkar edildiyini dedikdə sonuncu məlumatının olmamasını söyləmiş, Təqsirləndirilən şəxs1 danışıb razılaşdığını, ancaq yol pulu verəcəyini söyləyib taksi sürücüsünə 10-15 manat pul verib yola salmışdır. Bundan sonra faktla bağlı araşdırma başlanmış, sözügedən iki ədəd bükümdə olan ağ rəngli narkotik vasitəyə bənzər maddələrin götürülmüş, artıq araşdırma zamanı Təqsirləndirilən şəxs1 əvvəllərdə narkotik vasitədən istifadə etməsini, həmin bağlamada olan “patı” adlı narkotik vasitəsini tanışları vasitəsi ilə sifariş etməsini etiraf etmişdir. Şahidlər Azərbaycan Ordusunun Təlim və Tədirs Mərkəzinin zabiti, baş leytenant Şahid7, vətəndaş Şahid4 Şahid6 ilə eyni analoji məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri özlərinə aid hissədə mahiyyəti üzrə təsdiq etmişlər. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 08 may 2022-ci il tarixdə təxminən saat 19-20 radələrində tanışı, həmin vaxt hansısa hərbi hissədə xidmətdə olan Təqsirləndirilən şəxs1 ona zəng vuraraq qonşuları «Məhəmməd» adlı şəxsdə ona məxsus əşyaların olmasını, onları götürüb olduğu yerə göndərməyini xahiş etdi və yerləşmə yeri barədə «Votsap» proqramı vasitəsi ilə məlumatı göndərdi. O, da razılıq verdi. Bundan sonra «Məhəmməd» adlı şəxsin evinin qarşısına getdi, sonuncu ilə görüşdü, Məhəmməd, ona içərisi dolu olan selofan paketi təqdim etdi. Götürdükdən sonra açıb içərisinə ümumi nəzər keçirdikdə «Coca-cola» adlı içki, şirniyyatlar, alışqan və «cipsi» olmasını gördü, üzərinə özü də 2 ədəd «Rulet» adlı şirniyyat və «Fanta» adlı içkini alıb qoydu və «Bolt» proqramı vasitəsi ilə çatdırılma üçün «taksi» sifariş etməklə Təqsirləndirilən şəxs1 göndərdiyi ünvanı qeyd etdi. Hazırda həmin ünvanın harada olmasını xatırlamır. Daha sonra yaşayış yerinin yaxınlığına tünd rəngli marka və qeydiyyat nömrəsi yadında olmayan avtomobil yaxınlaşdı, «taksi» sürücüsü avtomobildən düşdü, o, sürücüyə içərisi yuxarıda göstərilən məmulatlarla dolu olan selofan paketi təqdim edib hərbi hissə yaxınlığına gedəcəyini və «Fəyyaz» adlı şəxsə təqdim etməli olmasını söylədi, habelə sürücüyə sonuncunun mobil nömrəsini bildirdi. Təxminən bir saat sonra taksi sürücüsü onun mobil nömrəmə zəng edərək irad bildirməklə hansı səbəbdən ona problem yaratdığını söylədi. O, nə baş verdiyini anlamadığını dedikdə selofan paketin içərisindən narkotik vasitənin aşkar olunmasını əlavə etdi. Cavab olaraq bu barədə heç bir məlumatının olmadığını qeyd etdi. Sonradan o, Təqsirləndirilən şəxs1 zəng edib hadisə ilə əlaqədar tənqidi sözlərini çatdırdıqda, Təqsirləndirilən şəxs1 telefonunu söndürüb zənglərinə daha cavab vermədi. «Məhəmməd»lə danışdıqda isə sonuncu Təqsirləndirilən şəxs1in sifarişi ilə narkotik vasitəni əldə edərək selofan paketin içərisinə qoymasını etiraf etdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilən yer Binəqədi rayonu S.S.Axundov küçəsi ilə “Azadlıq parkı” nın girişində baş vermiş, həmin park “Azadlıq” metrostansiyası çıxışının yaxınlığında yerləşməklə aşağı hissəsinin girişində şadlıq sarayı var, üst girişi isə “Azadlıq” prospektindədir. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akt və xx.xx.2022-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursu”nun kursantı Təqsirləndirilən şəxs1 gətirilmiş bağlamaya nəzarət buraxılış məntəqəsində baxış keçirilən zaman iki ədəd narkotik maddəyə bənzər bükümlər aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokol və əlavə edilmiş fotocədvəldən məlum olur ki, xx.xx.2022-ci il tarixdə kursant Təqsirləndirilən şəxs1 gətirilmiş bağlamaya nəzarət buraxılış məntəqəsində baxış keçirilən zaman aşkar edilmiş iki ədəd narkotik maddəyə bənzər büküm qablaşdırılaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, kursant Təqsirləndirilən şəxs1 götürülmüş və qablaşdırılmaqla zərfə yerləşdirilmiş bükümlərə baxış keçirilmiş, zərfin arxa tərəfində müvafiq yazılar qeyd olunmaqla imzalar çəkilmiş, möhür vurulmuş, zərf açıldıqda içərisində iki ədəd selofan büküm olması aşkar edilmiş, bükümlər açıldıqda isə daxilində narkotik maddəyə bənzər vasitələr olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokollardan aydın olur ki, 050 794-12-52 saylı nömrədən 070 981-11-51 saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 18:34, 19:47, 21:27 və 21:33-də, 055 282-06-16 saylı nömrədən 070 981-11-51 saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 20:23 və 21:45-də, həmçinin 070 981-11-51 saylı nömrədən 050 794-12-52 saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 19:28, 19:50, 20:00, 20:03, 20:04, 20:05, 20:08, 21:08, 21:14 və 21:28-də, 070 981-11-51 saylı nömrədən 055 282-06-16 saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:10, 21:27, 21:30, 21:40, 21:45, 21:47,21648, 21:50, 21:52, 21:57 və 22:09-da zəng edilərək müəyyən müddətlərə danışıqlar aparılmışdır. İstintaq materiallarına əlavə edilmiş vət. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs2 onu bıçaqla hədələyərək “Samsung Galaxy A 01” markalı mobil telefonunu zorla ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində “Azadlıq” metrostansiyası çıxışının yaxınlığında yerləşən parkda iki nəfər tanımadığı şəxs tərəfindən zorakılığa məruz qalmaqla ona məxsus 80 manat məbləğində pul və “Samsung Galaxy A 32” markalı mobil telefon götürülmüşdür. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli, 107 nömrəli əmrindən edilən çıxarışdan aydın olur ki, əsgər Təqsirləndirilən şəxs1 “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun namizədi kimi “Qaraheybət” hərbi şəhərciyi üzrə qazan təminatına qoyulmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli, 108 nömrəli əmrindən edilən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs1 həmin Mərkəzdə keçirilən “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilmiş hesab edilməklə kursant vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2022-ci il tarixli, 109 və 113 nömrəli əmrlərindən edilən çıxarışlardan görünür ki, kursant Təqsirləndirilən şəxs1 kursdan xaric edilməklə xx.xx.2022-ci il tarixdən həmin Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2812 nömrəli rəyindən aydın olur ki, aşkar olunaraq götürülmüş və ekspertizaya təqdim edilmiş iki ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,812 qram, 1,003 qram ümumi təmiz çəkisi 1,815 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6133 nömrəli rəyindən məlum olur ki, 2022-ci ilin iyun ayında olan orta bazar qiyməti nəzəri qaydada hesablanmaqla bir ədəd işlənmiş vəziyyətdə olan “Samsung Galaxy A 01” və “Samsung Galaxy A 32” markalı mobil telefonların satış üçün komplektləşdirməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınaraq müvafiq olaraq – 80 və 320 manat, 16 GB-lik yaddaş kartı – 5 manat və "xxxx" MMC-yə məxsus GSM nömrə - 4 manat kimi müəyyən olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2428 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorlardan periodik istifadə etmə halları olmuş, hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmiş, narkomaniya xəstəliyindən əzab çəkmirmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamış, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. 17 iyun 2022-ci və 16 iyul 2022-ci il tarixlərdə DİN-in Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamələrə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən kursant Təqsirləndirilən şəxs1 mənfi cəhətdən xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli, onların həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməklə, barışıq əldə etməsini və onlara qarşı şikayət və tələbin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsilərn islah edilməsinə, həm təqsirləndirilən şəxslər, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiklərii maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 56.1.2-ci maddəsinin müddəasına görə (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir) cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini, cəzalarının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 30 iyun 2022-ci il tarixdən hesablanmasını (Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barələrində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan, fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertiza xərcləri 105 (yüz beş) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, maddi sübut kimi tanınmış – Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan psixotrop maddə hesab edilən təmiz çəkisi 1,815 qram olan “Metamfetamin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasə təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2na Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. maddi sübut kimi tanınmış – Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan psixotrop maddə hesab edilən təmiz çəkisi 1,815 qram olan “Metamfetamin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə xərci olan 105 (yüz beş) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar