Məhkəmə qərarları › İş №1-1(093)-131/2020

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-131/2020

17.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-131/2020 17.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısıları - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı X1, müdafiəçi – Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Vəkil, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində «polisin müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən vəsiqəni və rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və satmış, eyni məqsədlə saxta möhürüvə ştampı hazırlamış, habelə biləbilə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən, onun tanışı Şahid2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının intizamsızlıqlarına görə vaxtından əvvəl ehtiyyata buraxılmaları və bu səbəbdən də kredit ödənişlərində problemlər yaranması hallarına tez-tez rast gəldiyindən, bir qayda olaraq banklar tərəfindən həmin kateqoriyadan olan hərb qulluqçulara yüksək məbləğdə kredit verilmədiyini, şabelə Bakı şəhərində qeydiyyatda olmayan hərbi qulluqçulara kredit verilməsi üçün zamin tələb etdiyini bildiyindən, 2017-ci ilin sonlarında əvvəllər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində birlikdə xidmət etdiyi Şahid1 ilə cinayət əlaqəsinə girib pul müqabilində hərbi qulluqçulara aə mülki vətəndaşlara kredit götürə bilmələri üçün guya Bakı şəhərində qeydiyyatda olmaları əks olunan vətəndaşın saxta şəxsiyyət vəsiqəsini, guya zabit və ya gizir rütbəli hərbi qulluqçu olmalarına dair saxta şəxsi vəsiqə və guya yüksək məbləğdə əmək haqqı almalıran dair şişirdilmiş məbləğlərin əks olunduğu əmək haqqı hesabından saxta çıxarışı hazırlayıb sataraq qanunsuz gəlir əldə etmək qərarına gəlmişdir. Daha sonra Şahid2 cinayətkar niyyətlərini həyata keçirə bilmələri üçün qanunsuz hazırlayacaqları saxta sənədləri sata biləcəkləri «müştərilər» tapması məqsədilə cinayətkar qrupa yeni üzv cəlb etmək niyyətilə, 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxslə cinayət əlaqəsinə girib, cinayətkar niyyəti barədə onu məlumatlandırmış, aralarında vəzifə bölgüsü müəyyənləşdirərək, özününvə Şahid1 saxta vəsiqə və sənədləri qanunsuz hazırlamalarına, Təqsirləndirilən şəxs isə həmin saxta vəsiqə və sənədləri sata biləcəkləri «müştərilər» tapmasına, sonunculardan saxta sənədlərdən istifadə etməklə əldə edəcəkləri kredit məbləğindən asılı olaraq müəyyən miqdarda pul alınacağına və həmin məbləğin rollarından asılı olaraq aralarında bölünəcəyinə dair razılığa gəlmişlər. O, 2018-ci ilin mart ayında Şahid2 və Şahid1 qanunsuz hazırladıqları və özünün xx.xx.2018-ci il tarixdə «xxxxxxxxxx» ASC-nin 12 saylı filialından kredit götürərkən təqdim etdiyi, guya N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidmət etməsinə dair SQ seriyalı, ******* nömrəli saxta gizirin şəxsi vəsiqəsinin surətininhəmin filialda olmasını bildiyindən və sözügedən sənəddən istifadə edərək kredit götürməsi qərarına gəldiyindən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «xxxxxxxxxx» ASC-nin 12 saylı filialına yaxınlaşıb içəri daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ilk kredit götürdüyü zaman tanışlıq münasibəti yaranmış sözügedən filialın işçisi Şahid4 yaxınlaşmaqla kredit qismində 1000 manat məbləğində nəğd pul götürmək istəməsi haqda məlumat vermiş, sonuncu isə zəruri yoxlama və sənədləşmə prosedurunun aparılması üçün şəxsi və şəxsiyyət vəsiqələrini, habelə kart hesabından çıxarışı təqdim etməsini tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs digər tələb olunan sənədləri təqdim etsə də, guya şəxsi vəsiqəsini xidmət yerində unutduğunu deyib, hər bir halda həmin vəsiqə təqdim olunduqda surətini çıxardılıb geri qayıtdığına görə, Şahid4 əvvəlki kredit sənədləri sırasında olan SQ seriyalı ******* nömrəli saxta tgizirin şəxçi vəsiqəsinin surətndən yenidən surət çıxardaraq hazırkı sənədləri çırasına əlavə etməsinə razı salıb, məzmunu həqiqəti əks etdirməyən və yalan məlumatlar qeyd olunmaqla qanunsuz hazırlanmış saxta, hüquq verən sənədi, yəni N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi halda, guya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mühafizə taqımının komandiri vəzifəsində, gizir hərbbi rütbəsində xidmət etməsi barədə qeydlər yazılmış və onun fotoşəkilinin yapışdırıldığı, üzərində «212 saylı hərbi hissə» sözləri həkk olunmuş gerbli möhürlərlə möhürlənərək müvafiq səlahiyyətli şəxslərin imzaları çəkilmiş SQ seriyalı, ******* nömrəli saxta gizirin şəxsi vəsiqəsinin surətindən istifadə edib özünü N nömrəli hərbi hissənin giziri kimi təqdim edərək öz real hüquqi vəziyyətini (statusunu) dəyişməklə gizlədib bilə-bilə saxta sənəddən istifadə etmiş və 24-Y-2-0-272-18 nömrəli kredit sazişinə əsasən 36 ay müddətinə aylıq 40 manat 83 qəpik pul ödəmək şərti ilə bankdan 1000 manat məbləğində nəğd pul götürməyə nail olmuşdur. Aralarındakı razılığa və vəzifə bölgüsünə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının əvvəllərində tanışı, mülki şəxs Şahid7 Rəhman oğlunun pula ehtiyacının olduğunu bilib, rəsmi iş yeri və gəlirin olmadığına görə ona kredit verilməyəcəyini, ancaq tanışları vasitəsilə ilə onun guya zabit heyətindən olan hərbi qulluqçu olmasına və yüksək əmək haqqı almasına dair yalan məlumatların əks olunduğu saxta şəxsi vəsiqə və bank çıxarışı hazırlanmasını və həmin saxta vəsiqə və çıxarışdan istifadə etməklə 10000 manat məbləğində kredit götürməsini təşkil edə biləcəyini, lakin həmin məbləğdən 3000 manatın tanışlarına verilməli olduğunu bildirmişdir. Şahid7 Təqsirləndirilən şəxs təklifini qəbul edib saxta vəsiqə və sənəddən istifadə etməklə kredit götürməyə razılaşdıqdan sonra Şahid2la görüşdükdə sonuncu onun sinədən yuxarı, o cümlədən şəxsiyyət vəsiqəsinin zəruri səhifə və hissələrinin fotoşəkillərini çəkib mobil telefonunun yaddaşında saxlamış, sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən dəmir yolu vağzalının yaxınlığındakı, hazırda fəaliyyət göstərməyən fotostudiyaya gedib şəxsiyyəti istintaqla müəyyənləşdirməmiş işçiyə mobil telefonunda Şahid7 ftotşəklini gösətərək guya onun xidmət yoldaşı olduğunu, kapitan rütbəsində xidmət etdiyini, təcili hərbi geyimdə fotoşəklinin tələb olunduğunu, lakin fotoşəkil çəkdirmək üçün hərbi hissədən çıxa bilmədiyini bildirib aldadaraq, sonuncunun «kapitan» rütbəsinə uyğun hərbi geyimdə ftotşəklinin hazırlanmasını xahiş etmiş və fotostudiya işçisi tərəfindən müvafiq kompüter proqramından istifadə etməklə Şahid7 qeyd olunan formada 3x4 ölçüdə fotoşəklinin hazırlanıb çap edilməsinə nail olmuşdur. Bundan sonra Şahid2 cinayətkar qrupun üzvü Şahid1la birgə kirayə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində istintaqa dəqiq məlum olmayan ünvandakı evdə «zabitin şəxsi vəsiqəsi»nin qeydiyyata aparılmamış vərəqlərinin əvvəlcədən skaner qurğusu vasitəsi ilə şəxsi istifadəsində olan kompüterə köçürməklə əldə etdiyi elektron nümunələrində qrafik proqram təminatından istifadə edib seriya və nömrəsini yalandan, müvafiq olaraq «MN» və «0007085» kimi yazdıqdan sonra axınlı printer qurğusu vasitəsilə A4 formatlıvərəqlərdə çap etmiş, sonra isə Şahid1 həmin vərəqlərdə əlyazma üsulu ilə qələmlə Şahid7 guya «kapitan» rütbəsində olmasına, xidmət etdiyi hərbi hissəyə, tutduğu vəzifəyə, xidməti yerdəyişmələri ilə bağlı əmrlərin tarix və nömrələrinə, əmrləri vermiş vəzifəli şəxslərə dair saxta qeydlər yazmış, daha sonra isə zəruri yerlərdə Şahid2 və Şahid1 saxta imzalar etmiş, vərəqləri vəsiqə ölçüsündə kəsib ortadan kağıztiknələ tikərək vəsiqə şəklinə gətirdikdən sonra Şahid7 fotoşəklini vəsiqənin birinci səhifəsinə yapışdırmışlar. Sonra Şahid2 hansısa hərbi hissəyə məxsus gerbli möhürün skaner qurğusu vasitəsilə komputerinə köçürməklə əldə etdiyi elektron əksində qrafik proqram təminatından istifadə edib hərbi hissənin nömrəsini «177» kimi düzəldərək rəngli axınlı printer qurğusu vasitəsi ilə laminat selofanın üzərinə çap etməklə həmin hərbi hissələrin saxta möhür əkslərini hazırlamış, sonra həmin selofanı saxta vəsiqənin möhürlənməli hissələrinin üzərinə yerləşdirib selofanın möhür olan hissəsinin üzərindən sürtüb-sıxmaqla möhür əksini vəsiqənin üzərinə köçürmüş, daha sonra Şahid2 hazırladığı saxta vəsiqənin ilk, yəni fotoşəkil olan səhifəsinin arxasına həqiqi vəsiqələrdə olduğu kimi qalın olması üçün daha 2-3 ədəd eyni ölçülü vərəq, sonra isə həqiqi vəsiqənin rənginə uyğun parça vinil yapışdırmış, lakin həqiqi vəsiqələrin üz hissəsində olan yazıları həkk edə bilmədiyindən, həmin yazıların olmadığını bilinməməsi üçün saxta vəsiqəni müvafiq üzlüyə keçirmişdir. Daha sonra Şahid2 «xxxxxxxxxxxx» ASC-nə aid əmək haqqı kart hesabından çıxarışın skaner qurğusu vasitəsi ilə şəxsi istifadəsində olan kompüterə köçürməklə əldə etdiyi elektron nümunələrində qrafik proqram təminatından istifadə edib Şahid7 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə guya 1000 manatdan artıq məbləğdə əmək haqqı almasına adir saxta qeydlər apardıqdan sonra axınlı printer qurğusu vasitəsilə A4 formatlı vərəqlərdə çap etmiş, habelə həmin banka məxsus ştampın skaner qurğusu vasitəsilə kompüterinə köçürməklə əldə etdiyi elektron əksində qrafik proqram təminatından istifadə edib qeyd olunan bankın filial adı, kodu və verilmə tarixinə düzəlişlər edib laminat selofanın üzərinə çap edərək saxta möhür əksini qeyd olunan qaydada çıxarışın üzərinə köçürmüş və Şahid1la birgə zəruri yerlərdə saxta imzalar etmişdir. Daha sonra Şahid7 Şahid1 xx.xx.2018-ci il tarixdə ünvan 4 A ünvanında yerləşən «xxxxxxxxxxxx» ASC-nin Sumqayıt filialının yaxınlığında ona verdiyi saxta «zabitin şəxsi vəsiqəsi»ni və əmək haqqı kartı hesabından saxta çıxarışı eyni tarixdə həmin filiala təqdim edib istifadə etməklə kredit götürdüyü 10000 manat pulun 3000 manatını saxta vəsiqə və çıxarış müqabilində filialın yaxınlığında Şahid2 vermiş, sonuncu həmin puldan Şahid1 400 manat, Təqsirləndirilən şəxs 300 manat verib qalan pulu özünə götürməklə aralarında bölmüş, beləliklə də Təqsirləndirilən şəxs Şahid2 və Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən vəsiqəni və rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlanmış və satmış, habelə eyni məqsədlə saxta möhürü və ştampı hazırlamışdır. O, həmin vəzifədə və rütbədə xidmət edərkən 2018-ci ilin iyul ayının sonlarında xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 pula ehtiyacının olduğunu və kredit götürməkdə çətinlik çəkdiyini bilib, rütbəsinə görə ona kredit verilməyəcəyini, ancaq tanışları vasitəsilə ilə onun guya gizir rütbəli hərbi qulluqçu olmasına dair yalan məlumatların əks olunduğu saxta vəsiqə hazırlamasını təşkil edə biləcəyini və həmin saxta sənəddən istifadə etməklə təxminən 7000-8000 manat məbləğində kredit götürə biləcəyini, lakin qeyd olunan məbləğdən 2000-3000 manatın həmin tanışlarına verilməli olduğunu bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs təklifini qəbul edib saxta vəsiqədən istifadə etməklə kredit götürməyə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs onun mülki geyimdə, sinədən yuxarı, o cümlədən həqiqi şəxsi vəsiqə, şəxsiyyət vəsiqəsi və əmək haqqı kartının zəruri səhifə və hissələrinin fotoşəkillərini çəkib mobil telefonun yaddaşında saxlamış və daha çox gəlir əldə etmək məqsədilə ilə əvvəlcədən aralarında razılaşma olan vətəndaşlar Şahid2 və Şahid1 deyil, özü tərəfindən saxta sənəd hazırlanmasına qərara gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs öz adına kredit götürərkən tanış olduğunu «xxxxxxxxxx» ASC-nin 12 saylı filialının işçisi, baş mütəxəssis Şahid4 ilə əlaqə saxlayıb «ğüştəri» kimi təqdim etdiyi Şahid3 anket və əmək haqqısı barədə məlumatları bildirməklə adına 5000 manatdan artıq kredit verilməsinin mümkün olmasını dəqiqləşdirdikdəxx.xx.2020-ci il tarixdə axşam saatlarında sonuncu ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs Bakı şəhərində olan zaman yerləşmə yeri istintaqla müəyyənləşdirilməmiş kompüter salonlarının birində gecələdikdə mobil telefonun yadaşında saxladığı Şahid3 və əvvəllər kredit verilməsi ilə bağlı maraqlanması üçün ona göndərilmiş gizir rütbəli hərbi qulluqçunun şəxsi vəsiqələrinin fotoşəkillərini salondakı komputerlərin birinə köçürməklə onları axınlı printer qurğusu vasitəsiilə A4 ölçülü vərəqdə çap etmiş, daha sonra həmin «gizir»in şəxsi vəsiqəsinin surətində digər səhifələri dəyişikliksiz saxlayıb, yalnız seriya nömrəsi qeyd edilən və fotoşəkil olan səhifələrdə həmin hissələrin üzərinə eyni ölçülü ağ kağız parçaları yapışdırmaqla çoxladıcı apparat vasitəsi ilə surətini çıxardaraq onları yenidən çapa vermiş və artıq boş olan sözügedən hissələrə Şahid3 həqiqi şəxsi vəsiqəsində göstərilən «0030595» nömrəsinin və «kiçik çavuş» rütbəsində fotoşəklinin surətini köçürmüş, həmin fotoşəklin surətini köçürərkən rütbə olan hissəni nisbətən solğun çıxartdığından gizir rütbəsinə bənzətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çoxaldıcı aparat vasitəsilə düzəlişlər etdiyi «gizir» in şəxsi vəsiqəsinin surətlərində olan əlyazmaların üzərinə qara rəngli diyircəkli qələmlə Şahid3 anket məlumatlarını qeyd etməklə, digər əlyazmaların əsas yazılardan fərqlənməməsi üçün üzərinə eyni söz və rəqəmləri təkrar edib qalınlaşdırmaqla, o cümlədən, axınlı printer aparatı vasitəsi ilə çıxartdığı, lakin düzəlişsiz saxladığı «gizir»in şəxsi vəsiqəsinin səhifələrini əlavə etməklə guya Şahid3 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində baş çavuş hərbi vəzifəsində gizir rütbəsində xidmət etməsinə dair SQ seriyalı ******* nömrəli çaxta şəxsi vəsiqə surətlərini hazırlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şahid4 ilə aralarında olan səmimi münasibətindən istifadə edərək sonuncu ilə əlaqə saxlayıb guya üzrlü səbəblərə görə Şahid3 öz gizir şəxsi vəsiqəsinin əslini deyil, yalnız surətini təqdim etmək imkanında olmasını bildirməklə həmin sənədin surəti əsasında kredit verilməsinə köməklik etməsini xahiş edib razılığını almışdır. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 547-ci kvartal İnşatçılarprospekti 3 ünvanında yerləşən «xxxxxxxxxx» ASC-nin 11 saylı filialının yaxınlığında SQ seriyalı ******* nömrəli saxta «gizirin şəxsi vəsiqəsi»nin surətlərini Şahid3 verib, guya gizir rütbəli hərbi qulluqçu olmasına dair yalan məlumatların əks olunduğu saxta vəsiqədən istifadə etməklə kredit götürə biləcəyini dedikdə, sonuncu həmin saxta vəsiqənin surətlərini qeyd olunan filiala təqdim edib istifadə etməklə özünü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin giziri kimi təqdim edərək kredit götürdüyü 5700 manat pulun 2000 manatını saxta vəsiqə hazırlaması müqabilində filialın yaxınlığında Təqsirləndirilən şəxs vermiş, beləliklə də, Təqsirləndirilən şəxs təkrarən hüquq verən vəsiqəni və rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və satmışdır. Məhkəmə iclasının gedişində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Onun təqsiri məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid4 ifadələri ilə, eləcə də tədqiq edilmiş sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə baxışının gedişində dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsnin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət məhz böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir (CPM-nin 41.3cü maddəsi). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi). Məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir (CPM-nin 7.0.23, 84.6-cı maddələri). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» xx xxxxxx 2008-ci il tarixli qərarında əks olunmuş müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2018-ci il tarixli, 24-Y-2-0-272-18 nömrəli kredit sazişi, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə-bdəniş cədvəli, Təqsirləndirilən şəxs adına olan olan SQ seriyalı, ******* nömrəli, Şahid3 adına olan SQ seriyalı, ******* nömrəli və Şahid7 adına olan MN seriyalı, ******* nömrəli saxta şəxsi vəsiqələrin kserosurətləri, cinayət işinin materiallarında saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, təqdim etdiyi hesabata əsasən Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq zamanı 30 (otuz) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət hesabına ödənilməli, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 225 (iki yüz iyirmi beş) manat pul isə Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 41.1, 43.3, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış xx.xx.2018-ci il tarixli, 24-Y-2-0-272-18 nömrəli kredit sazişi, xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavə-bdəniş cədvəli, Təqsirləndirilən şəxs adına olan olan SQ seriyalı, ******* nömrəli, Şahid3 adına olan SQ seriyalı, ******* nömrəli və Şahid7 adına olan MN seriyalı, ******* nömrəli saxta şəxsi vəsiqələrin kserosurətləri, cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq zamanı 30 (otuz) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 225 (iki yüz iyirmi beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar