Məhkəmə qərarları › İş №1-1(093)-132/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-132/2023

01.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-132/2023 01.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə, müdafiəçi - Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 1 iyul N003-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Şatırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 1ci mühafizə taqımının N-ci mühafizə qrupunun atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 01 nömrəli əmrinə əsasən, bölük komandiri baş leytenant Elmir Gülmaliyevin göstərişi ilə “qərargah bölüyünün təsərrüfat işlərinə bölgü kitabı”nda zəruri qeydlər aparılmaqla Artilleriya texnikaları, silah-sursat və xüsusi texnikaların saxlanması bölməsinin NN-ci anbarında təsərrüfat işlərinə cəlb olunmaqla sursatların anbara yerləşdirilməsini həyata keçirən zaman öz qulluq mövqeyindən istifadə edərək xx.xx.N0NN-ci il tarixdə, habelə həmin tarixdən sonra da, yəni xx.xx.N0NN, xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə qeyd edilən işləri görən zaman təkrarən müxtəlif çaplı döyüş sursatı hesab edilən patronları talamaq qərarına gələrək, döyüş sursatlarının sayılması ilə bağlı açıq olan yeşiklərin içərisindən hər dəfə müxtəlif sayda olmaqla ümumi dəyəri 10 (on) manat 86 (səksən altı) qəpik təşkil edən 03 (üç) ədəd 9x18 mm, 05 (beş) ədəd 9x19 mm, 01 (bir) ədəd 11x43 mm, 01 (bir) ədəd 5,45x39 mm, 0N (iki) ədəd 7,6Nx39 mm, 01 (bir) ədəd 7,6Nx54 mm olmaqla, ayrı-ayrı vaxtlarda ümumilikdə 13 (on üç) ədəd istifadəyə yararlı olan döyüş sursatı hesab edilən patronları gizli olaraq oğurlayaraq həmin patronları qarovul binasının qurutma otağında dəmir quruducunun profilinin içərisində gizlətməklə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə döyüş sursatlarını talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, hərbi xidmətdə olduğu müddətdə qarovul xidmətinə təyin olunmuş, qarovul xidməti saat 18:00-dan növbəti gün saat 18:00-dək həyata keçirilmiş, N0NN-ci ilin müxtəlif aylarında, eləcə də dekabr ayında bir neçə dəfə hərbi hissənin Artilleriya texnikaları, silah sursat və xüsusi texnikaların saxlanması bölməsinin NN-ci anbarında silah-sursatların, patronların və s. yüklərin daşınması, doldurulub-boşaldılmasında iştirak etmişdir. Həmin anbarda yüklərin doldurulub boşaldılması hərbi hissə komandirinin əmri ilə qərargah bölüyünün əsgərlərinə həvalə olunmuş, mütəmadi olaraq müəyyən yüklərin doldurulub boşaldılması üçün anbara əsgər ayrılması gərəkdikdə bölük komandiri, baş leytenant Elmir Gülmaliyev tərəfindən əsgərlər seçilərək həmin anbarlara ayrılmış və müvafiq kitabda həmin əsgərlərin adları qeyd edilmişdir. Özü də N0NN-ci ilin dekabr ayında son on günlükdə təxminən 5 dəfə olmaqla NN nömrəli anbara təsərrüfat işlərinin görülməsi üçün ayrılmışdır. O da döyüş sursatları olan patronlarla dolu yeşiklərin anbarlara yerləşdirilməsi üçün NN nömrəli anbara bir neçə əsgər yoldaşı ilə birlikdə ayrılmışdır. Anbara gələn yeşikləri maşınlardan anbara daşıyarkən yeşiklərin bəziləri açıq vəziyyətdə olmaqla həmin yeşiklərin arasında hərbi qənimətlər də olmuş, həmin sursat yeşikləri anbarda sayıldıqdan sonra möhürlənmişdir. Özü yeşikləri daşıyan zaman ilk dəfə 8 ədəd kiçik ölçülü patronları hamısını eyni yeşikdən bir dəfəyə götürmüşdür. Həmin patronları götürməkdə məqsədi sadəcə xoşuna gəldiyi üçün olmuşdur. Həmin patronları üzərində saxlayaraq eyni gün qarovul xidmətinə çıxdıqda qarovul evində quruducunun içərisində gizlətmişdir. Bundan sonra bir neçə dəfə də qarovul xidmətinə çıxdığı gün səhər saatlarında silah sursat anbarına ayrılmaqla, həmin günlərdə də eyni qaydada hər dəfəsində müxtəlif görünüşdə və rəngdə patronları xoşuna gəldiyi üçün ayrı-ayrı yeşiklərdən hər dəfəsində bir-iki ədəd olmaqla, bu dəfə nisbətən iri çaplı avtomat silahlar üçün nəzərdə tutulmuş patronları götürmüş və qarovul evində eyni yerdə gizlətmişdir. Beləliklə, təxminən 4 dəfəyə ümumilikdə 14 ədəd patronu anbardan oğurlayaraq özündə saxlamaq üçün qarovul evində gizlətmişdir. Həmin patronları evə aparmaq məqsədi olmasa da, xoşuna gəldiyi üçün sahib olmaq istəmişdir. Lakin, N0N3-cü ilin yanvar ayında isə həmin patronların özündə qalmasının təxris olunmağına problem olacağını düşünmüş və bunun aşkar edilməsindən qorxmuşdur. Götürdüyü 14 ədəd patronu anbara geri qaytarmaq istəsə də buna imkanı olmamış, ona görə də bu barədə tağım komandiri Şahid1 13 yanvar N0N3-cü il tarixdə saat 9-10 radələrində könüllü məlumat vermişdir. Bu barədə gizir Şahid1 bölük komandirinə məruzə etdikdən sonra üçü birlikdə qarovul binasına gedərək patronları həmin şəxslərə göstərmişdir. Bundan sonra bu barədə hərbi hissə komandirinə məlumat vermiş, araşdırma təyin olunmaqla, növbəti gün, yəni 14 yanvar N0N3-cü il tarixdə araşdırma zamanı baxış keçirildikdə patronları gizlətdiyi yerdən götürərək şəxsən təqdim etmişdir. Həmin patronları zədələmədən, istifadə etmədən könüllü təhvil vermişdir, etdiyi əməldən peşimandır. Qeyd olunan patronları götürdüyü tarixlərin məhz xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlər olduğunu ehtimal edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsindən əlavə zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, ekspert rəyi, maddi sübut və eyni digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Artilleriya texnikası, silah-sursat və xüsusi texnikaların saxlanması bölməsinin rəisi, baş leytenant Nümayəndə göstərmişdir ki, Qərargah bölüyünün sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu – 1-ci mühafizə taqımının N-ci mühafizə qrupunun atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs sonuncu N nömrəli hərbi hissənin qərargah bölüyünə təyinat aldıqdan sonra tanımış, 14 yanvar N0N3-cü il tarixdə araşdırma zamanı baxış keçirildikdə əsgər Təqsirləndirilən şəxs patronları gizlətdiyi yerdən götürərək şəxsən təqdim etmiş, sursatlar təlimata uyğun olaraq ağzı bağlı və möhürlü yeşiklərdə saxlanılır və daşınması zamanı onun və anbar rəisinin iştirakı ilə açılır. Onların iştirakı ilə möhürlər açıldıqdan sonra sayılır, daha sonra yenidən möhürlənərək əsgərlərin köməkliyi ilə cərgəyə vurulur. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Artilleriya texnikası, silah-sursat və xüsusi texnikaların saxlanması bölməsinin anbar rəisi, gizir Şahid3 Nümayəndə ilə oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün 1-ci mühafizə tağımının sabiq komandiri, ehtiyatda olan gizir Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs də daxil olmaqla bir qrup əsgərlər hərbi hissə ərazisində təsərrüfat işləri, anbarlarda yüklərin doldurulub-boşaldılması, həmçinin silahsursat anbarından yüklərin doldurulub-boşaldılması ilə məşğul olmuş, Təqsirləndirilən şəxs N0NN-ci ilin müxtəlif aylarında, eləcə də dekabr ayında bir neçə dəfə hərbi hissənin Artilleriya texnikaları, silah sursat və xüsusi texnikaların saxlanması bölməsinin NN-ci anbarında silah-sursatların, patronların və s. yüklərin daşınması, doldurulubboşaldılmasında iştirak etmişdir. 13 yanvar N0N3-cü il tarixdə saat 9-10 radələrində daxili əmrlə qərargah bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsini icra edən zaman əsgər Təqsirləndirilən şəxs narahat və fikirli olduğunu müşahidə etmiş, bu səbəbdən sonuncu ilə söhbət edərək hansısa probleminin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs silah-sursat anbarından yüklərin doldurulub-boşaldılması zamanı müxtəlif çaplı 14 (on dörd) ədəd patronu götürdüyünü və qarovul binasındakı qurutma otağındakı dəmir quruducunun yuxarı hissəsində saxladığını, həmin patronları anbardan götürdüyü vaxt təxris olunarkən özü ilə aparmaq niyyətində olduğunu ona bildirmişdir. O da bu barədə öz növbəsində bölük komandiri, baş leytenant Elmir Gülmaliyevə məruzə etdikdən sonra sonuncu və əsgər Təqsirləndirilən şəxs ilə birlikdə qarovul binasına gedərək əsgər Təqsirləndirilən şəxs göstərdiyi yerdə patronları aşkar etmişlər. Həmin patronlar istiliyin çatmadığı hissədə olmasına baxmayaraq partlamaması üçün dəmir quruducunu söndürmüşlər. Bundan sonra bu barədə hərbi hissə komandirinə məlumat verilmiş, növbəti gün, yəni 14 yanvar N0N3-cü il tarixdə araşdırma zamanı baxış keçirildikdə əsgər Təqsirləndirilən şəxs patronları gizlətdiyi yerdən götürərək şəxsən təqdim etmişdir. Özü Təqsirləndirilən şəxslə etdiyi əməl ilə bağlı söhbət etdikdə sonuncu patronları bir neçə dəfə olmaqla N0NN-ci ilin dekabr ayı ərzində götürdüyünü, müxtəlif ölçülərdə və rənglərdə olduğundan patronlara marağının olduğunu, bu səbəbdən onları götürərək təxris olunduqdan sonra özü ilə aparmaq istədiyini, lakin N0N3-cü ilin yanvar ayında həmin patronları aparmağın düzgün olmadığını, özünə problem yaranacağını düşündüyünü bildirmişdir. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri, baş leytenant ŞahidN Şahid1 ilə oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. 14 yanvar N0N3-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Artilleriya texnikaları, silah-sursat və xüsusi texnikaların saxlanılması bölməsinin NN-ci anbarında keçirilmişdir. Anbarda içərisində müxtəlif çaplı silahlar və onların mərmilərinin, eləcə də artilleriya və xüsusi texniki silahların olduğu N cür yeşiklər - zavod üsulu ilə hazırlanmış və möhürlü vəziyyətdə olan yeşiklər, həmçinin “Vətən müharibəsi” zamanı ələ keçirilmiş qənimətlərin toplanıldığı yeşiklər vardır. Həmin yeşiklərə baxış zamanı onların möhürlə möhürlənmiş vəziyyətdə olduğu müəyyən edildi. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə birlikdə həmin yeşiklərin daşınmasına cəlb olunan zaman xatırlamadığı yeşiklərin bir neçəsindən ayrıayrı çaplara məxsus patronları götürdüyünü bildirmişdir. Baxış əsgər Təqsirləndirilən şəxs götürdüyü həmin patronları gizlətdiyi hərbi hissənin “Qaravul” binasında davam etdirilmiş və sonuncu patronları qurutma otağında olan dəmirin profilinin içərisində gizlətdiyini bildirmiş, könüllü olaraq öz təşəbbüsü ilə həmin yeri göstərərək 1 ədəd, ağ rəngli, “A4” formatlı vərəqə bükülmüş halda 14 ədəd müxtəlif çaplı patrona bənzər əşyanı gizlətdiyi yerdən şəxsən götürərək təqdim etmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsindən təqdim olunan N mart N0N3cü il tarixli məktuba əsasən 16 mart N0N3-cü il tarixdə hərbi hissədə N ədəd 9x18 mm, N ədəd 9x19 mm, 01 ədəd 11x43 mm, 01 ədəd 5,45x39 mm, 0N ədəd 7,6Nx39 mm, 0N ədəd 7,6Nx54 mm patronun çatışmazlığı aşkar edilmişdir. 13 mart N0N3-cü il tarixli 3/390 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş 14 (on dörd) ədəd patrondan 03 (üç) ədəd patron 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “Steçkin” konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilən zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır, 05 (beş) ədəd patron 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin” “LUGER P08” (PARABELLUM) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır, 01 (bir) ədəd patron 11x43 mm kalibrli (0.45 düyüm) olub həmin kalibrə malik “Cold" markalı revolverlərdə və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır, 01 (bir) ədəd patron 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS- 74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır, 0N (iki) ədəd patron 7,6Nx39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır,döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır, 0N (iki) ədəd patron 7,6Nx54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” snayper silahında, “PK”, “PKM” pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, 01 (bir) ədədi döyüş sursatıdır, digər 01 (bir) ədədi isə döyüş sursatı hesab edilməyən təlim-məşq təyinatlı patrondur, təyinatları üzrə istifadəyə yararlıdırlar. N may N0N3-cü il tarixli qərarla 03 (üç) ədəd 9x18 mm, 05 (beş) ədəd 9x19 mm, 01 (bir) ədəd 11x43 mm, 01 (bir) ədəd 5,45x39 mm, 0N (iki) ədəd 7,6Nx39 mm, 01 (bir) ədəd 7,6Nx54 mm olmaqla, ümumilikdə 13 (on üç) ədəd istifadəyə yararlı olan döyüş sursatı hesab edilən patronlar sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsindən təqdim olunan N may N0N3cü il tarixli məktuba əsasən, 13 ədəd döyüş sursatı hesab edilən patronun ümumi dəyəri 10 (on) manat 86 (səksən altı) qəpik olaraq hesablanmışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsindən təqdim olunan “postlar cədvəli”nin surətindən görünür ki, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə sutkalıq qarovul xidmətinə cəlb olunmuşdur. “Qərargah bölüyünün təsərrüfat işlərinə bölgü kitabı”nın surətinə əsasən, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN, xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə müvafiq işlərin görülməsi üçün silah-sursat anbarına təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli 0179 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə gəlməklə həmin tarixdən bütün növ təminat normalarına daxil edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N0 oktyabr N0N1-ci il tarixli 0N40 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən qərargah bölüyünün 1-ci mühafizə taqımının N-ci mühafizə qrupunun atıcısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N7 yanvar N0N3-cü il tarixli 0N7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 01 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, artilleriya texnikaları, silah-sursat və xüsusi texnikaların saxlanılması anbarlarında yüklərin yüklənib-boşaldılması, həmçinin gündəlik işlərin görülməsi qərargah bölüyünün şəxsi heyətindən ayrılmışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələrinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, həmçinin həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə də nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halarl, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəzanın şərti tədbiq edilməsini məhkəməyə təklif etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.N3, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.N-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral N008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Məhkəmə kollegiyası, dövlət ittihamçısının mövqeyini, işin hallarını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və şəxsiyyətinin müsbət cəhətdən xarakterizə edilməsini nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələri ilə təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd 9x18 mm, 05 (beş) ədəd 9x19 mm, 01 (bir) ədəd 11x43 mm, 01 (bir) ədəd 5,45x39 mm, 0N (iki) ədəd 7,6Nx39 mm, 01 (bir) ədəd 7,6Nx54 mm olmaqla, ümumilikdə 13 (on üç) ədəd istifadəyə yararlı olan döyüş sursatı hesab edilən patronlar Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə verilməlidir. İş üzrə Məhkəmə-ballistik ekspertizası üzrə 64 (altmış dörd) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N3N.N.N və N3N.N.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Cəlilabad rayonu icra və probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “ hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd 9x18 mm, 05 (beş) ədəd 9x19 mm, 01 (bir) ədəd 11x43 mm, 01 (bir) ədəd 5,45x39 mm, 0N (iki) ədəd 7,6Nx39 mm, 01 (bir) ədəd 7,6Nx54 mm olmaqla, ümumilikdə 13 (on üç) ədəd istifadəyə yararlı olan döyüş sursatı hesab edilən patronlar Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə verilsin. Məhkəmə məhkəmə-ballistik ekspertizası üzrə 64 (altmış dörd) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zeynal Ağayev hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar